Ethnoglobus » КУЛЬТУРА » “Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...

“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...

image

Hilal Məmmədov., 

riyaziyyat üzrə fəlsəfə doktoru

Xüsusi olaraq ethnoglobus.az resursu üçün

 

Ön söz... çə söz... Artıq bir ilə yaxındır ki, ABŞ və Avropanın bir çox 

Artıq bir ilə yaxındır ki, ABŞ və Avropanın bir çox ölkələrinin ən prestij kinozallarında nümayiş etdirilən “Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”(tal); “The Return of the Projectionist” (eng); “Le Retour du projectionniste”(fr) adlı   bədii-sənədli film minlərlə dünya   kinosevərləri ilə yanaşı, neçə-neçə beynəlxalq kinofestivalların təşkilatçıları  və  rəsmi dövlət təmsilçiləri tərəfindən də hədsiz rəğbətlə qarşılanmaqdadır... 

Görəsən, ilk dəfə olaraq əsasən Talış dilində Talış dağlarının ucqar bir kənd ərazisində iki öncül Avropa ölkələri sayılan - Almaniya və Fransanın ortaq istehsalı olan bir filmin cəmi dünyada bu qədər populyarlığının sirri nədir? Nə qədər qəribə görünsə də məhz yüzlərlə beynəlxalq səviyyəli nümayişlərdən sonra, nəhayət ki, “Kinomexanikin qayıdışı”nın  ölkəmizin cəmi iki binasında - filmin çəkildiyi ucqar Sım (Astara r) kənd klubunda (4 noyabr) və Bakının  keçmiş “Azərbaycan” k/t-da (5 noyabr) izdihamlı təqdimat mərasimi keçirilmişdir.  Həqiqətən də filmə maraq o qədər çox idi ki, şayəd sabah paytaxtımız Bakının ya əyalət şəhərlərimizin (Lənkəran, Astara və d.) iri zallarında da  tamaşaya çıxarılsa, yenə də izdihamla qarşılanacağına şəkk yoxdur...   Təəssüf ki, minlərlə  soydaşlarımız öz doğma vətənlərində hələ də bu filmin  intizarında olsalar da, dünyanın bir çox xarici məmləkətlərinin  - Almaniya, Fransa, İngiltərə,  İsveçrə, Portuqaliya, Cənubi Koreya, Rusiya və d. ölkələrinin yüzlərlə kinozallarında  filmin təqdimat afişaları artıq bu ilin sonunacən təyin edilmişdir.  

Əlbəttə ki, “Kinomexanikin qayıdışı” filmi barədə bir çox xarici kinoşünaslar kimi, ölkəmizin də tanınmış kino mütəxxəsisləri tərəfindən kifayət qədər geniş məqalələr dərc edilmişdir. Bu məqalələr arasında bu yaxınlarda kinoşünas Sevda Sultanova xanım tərəfindən  dərc edilmiş   “Səmidin sehirli lampası” https://kinoyazar.az/səmidin-sehrli-lampasi/ və Mirmehdi Ağaoğlunun Kinomexanikin sənədli ya bədii qayıdışı?” https://kinoyazar.az/kinomexanikin-sənədli-ya-bədii-qayidisi/ adlı xeyli ətraflı və mükəmməl analitik yazılarını xüsusilə qeyd etmək vacibdir. 

Film barədə  şərh edəcəyimiz aşağıdakı mövge isə bir qədər fərqli rakursdan əks ediləcəkdir... Şübhəsiz ki,   fərqli baxışlı və  tənqidçilərimiz də tapıla bilər və istənilən halda,   onlara da əvvəlcədən təşəkkürümüzü bildiririk... 

1.Xəyallardakı Talış filmi ...

Təxminən 50-60 il öncə, ilk uşaqlıq illərimizdə  kəndimizin, dağ və meşələrimizin əsrarəngiz  guşələrini gəzib-seyr etdikcə, qəlbimizdən  xoş bir arzu keçərdi: görəsən, elə bir gün gələcəkmi ki, öz doğma Talış  dilimizdə  dünya səviyyəli  bədii ya sənədli bir film ortaya çıxsın və orada həm dilimiz, həm milli-etnoqrafik mədəniyyətimiz,  həm   möcüzələrlə dolu təbiətimiz və s.   ətraflı təsvirlərlə cəmi dünyaya tanıtdırılsın? 

1966-cı ildə, 7 yaşında ikən, ailəmizlə birgə doğma kəndimiz Təngərüddən (Tangərü(tal.)) Bakıya köçdük. Bir il (1965/1966) kəndimizdəki məktəbin hazırlıq sinfinə getsək də  öz doğma Talış dilimizdən  savayı digər dili qavraya bilməz və sinif müəllimindən dərs vaxtı eşitdiyimiz bir-iki Azərbaycanca (biz “türkcə” deyirik) kəlməni də zorla  yaddaşımıza həkk edərdik... 

Bakıda tədricən azərbaycanca (türkcə) və rusca öyrəndik, orta məktəbi və Bakı Dövlət Universitetini əla qiymətlərlə bitirib   Moskvaya yola düşdük və dünyanın ən nüfuzlu Riyaziyyat  Məktəbinin (SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunun) aspiranturasına daxil olduq, oranı da vaxtında və uğurla bitirib fizika-riyaziyyat üzrə elmi dərəcəni aldıq... 

Lakin  hər dəfə doğma Talışa qayıdanda,  o xoş “Talış Film” diləyimizi heç cürə başımızdan  çıxarda bilmirdik...  Bəli, illər sonra (1980-90-cu illər)  bilavasitə bizim şəxsi təşəbbüsümüzlə “Vokruq Sveta”, “Sputnik”, “Nauka i jizn” və d.  neçə milyon tirajlı beynənmiləl jurnallarda Talış barədə geniş həcmli məqalələrin və orijinal foto materialların çapına nail ola bilsək də və sonralar  Talışa aid  bir çox qısametrajlı həvəskar və rəsmi tv filmlər  çəkilsə də,  təəssüf ki, arzuladığımız KİNO hələ ki xəyallarda yaşayırdı...  2022-ci ildə Lənkəranda kino-komediya janrında Talış dilində (iki gəncin eşq məcaralı mövzusunda) çəkilmiş ilk qısametrajlı “Ha kinəlim” (19 dəq., ssenariy: S.Dadaşov, rejissor:A.Cəfəri, operator: Q. Zulfi, Ş.Camalbəyli;)  filmi; 2023-də Bakının bir çox kino-teatrlarında nümayiş etdirilən, Talış mifologiyası əsasında komediya-qorxu janrında çəkilən “Bö Aləjen” adlı ilk irihəcmli bədii film (90 dəq., rej. və ssenariy: Zaur Tahirsoy)   qismən də olsa arzularımızı çin etsə də, dünya kinofestivallarına yol açacaq professional səviyyəli Talış filmi hələ ki real aləmdə görünmürdü... Əslində nəinki talışca, heç o bir-iki məlum köhnə Azərbaycan filmindən (“Məşədi İbad”, “Arşın mal alan” və d.) savayı, son 50-60 ildə dünya məkanına çıxacaq bir sənədli ya bədii Azərbaycan filmimiz də yox idi... 

Bu yaxınlarda xalqımızın fədakar ziyalı qızı, teatr-mədəniyyət işçisi, qiraətçi, Talış dilindəki yüzlərlə qısametrajlı həvəskar video-çarxların müəllifi Könül Rəsuli xanım bizi min bir sevinclə müjdələdi: Noyabr ayının 5-də “Azərbaycan” CinemaPlus-da talış dilində “Kinomexanikin qayıdışı” adlı dünya səviyyəli bir filmin premyerası keçiriləcək və biz mütləq orada iştirak etməliyik... Əlbəttə ki, anonsu 1-2 ay öncə paylaşılmış Kinonun yolunu hədsiz intizarla gözlədik və nümayişi saat 19:00-a təyin olnmuş zalda artıq bir saat öncə boş yer qalmamışdı... 

2. Reallığa qovuşmuş ilk Talış filmi...

“Kinomexanikin qayıdışı” filminin nümayişindən öncə kinozalın foyesində bir ağsaqqalın bir neçə gənclə talış dilində şirin söhbətini eşidib onlara yaxınlaşdıq və dərhal da kimliklərini öyrəndik,  ağsaqqal - filmin baş qəhrəmanı Səmid kişi, gənclərdən biri onun əsas tərəf müqabili Ayaz və digərləri isə sosial şəbəkələrdən tanınmış bloqerlər idi... Onlar filmin (əksər kadrlarının) çəkildiyi, bizə uşaqlıqdan doğma, yaxın dost və qohumlarımızın məskunlaşdıqları Astaranın ucqar SIM kəndindən Bakıya - filmin premyerasına gəlmişdilər... Məhz ilk uşaqlıq və gənclik illərimizdən Sım, Pəlikəş, Sipiyət, Diqoli, Hamoşam və d. qonşu dağ kəndlərinə böyük eşqlə bağlılığımızın bir sirri də məhz ulu əcdadlarımızın və  bir çox doğmalarımızın ta qədim  dövrlərdən bu yerlərdə yaşamı, mübarizə yolları, məzar və   ziyarətgahları idi... 

...Xatırladaq ki,  “Vokruq Sveta” jurnalının tanınmış jurnalisti Murad Adjı(yev) ilə birlikdə ilk dəfə (1990) bu yerlərdə, o cümlədən Şindan qalasında olduqdan sonra, onun bir çox məqalələri və  xeyli maraqlı foto şəkilləri  həm “Vokruq Sveta”da, həm də digər məhşur xarici  jurnallarda  dərc edilmişdir...Bir vaxtlar bu Talış dağlarının ecazkar təbiətinə və tarixi abidələrinə məftun olmuş xarici səyyahlar və  tədqiqatçı alimlər (Jak de Morqan, B.V.Müller və d.) kimi,  dostumuz  Murad Adjinin də arzusu idi ki Talış dilində maraqlı bir film ortaya çıxarılsın...  

2024-in əvvəllərindən  artıq dünyanın bir çox ölkələrinin (ABŞ, Almaniya, Fransa, İsveçrə, Cənubi Koreya, İngiltərə, Rusiya və d.)   onlarla və bəlkəm də yüzlərlə prestij kino-zallarında və festivallarında   böyük rəğbətlə qarşılanan  Almaniya (Lichtblick Film) və Fransanın (Kidam) ortaq istehsalı olan “Kinomexanikin qayıdışı”  filminin nəhayət ki ölkəmiz - Azərbaycana və ucqar Sım kəndinə səfəri nə qədər sevindirici hal olsa da, təəssüf ki  müəmmalar da az deyildi (bu barədə az sonra)... 

Sual olunur: görəsən, əsasən ucqar bir dağ kəndi    çərçivəsində çəkilmiş, heç bir professional aktyorun iştirak etmədiyi, xeyli sayda sadə kənd əhli ilə birgə çəkilmiş və əsasən elə onların öz doğma Talış dillərində(titrli tərcümələrlə)  səslənən və hətta Oskar mükafatına təqdimatının müzakirə edildiyi  film nədən minlərlə insanların, tamaşaçıların,  professional Kino tədqiqatçı və sənətkarların və d. diqqətini bu qədər cəlb etmişdir? Axı, belə filmlər minlərlədir... Biz məhz bu barədə, o cümlədən kinoşünas Sevda Sultanova xanımın  “Səmidin sehirli lampası” https://kinoyazar.az/səmidin-sehrli-lampasi/   

məqaləsindəki “Lampa”nın bəzi sehrli sirrləri barədə  fikirlərimizi açıqlamaq istərdik... 

3. “Səmidin sehrli lampası”nın bəzi sirrləri...

Bu gün dünyamız nə qədər qloballaşsa da, fərqli ölkələrin və   xalqlarının fərqli milli-etnik atributları həmişə  nəzərə çarpan ilk məqamlardan biri olmuşdur. Elə ölkəmizin özündə də  (bu gün) fərqli region və  etnik xüsusiyyətlərinə malik  azlıqda qalan aborigen xalqlara aid  hər hansı tədbir, film, reportaj, hadisə və s. böyük maraqla izlənilir. Məsələn, Azərbaycanın görkəmli maarifpərvər qızı Sədaqət Kərimova xanımın  öz doğma xalqının – Ləzgilərin həyat hekayəsindən bəhs edilən “Soyuq günəş” (2020., 125 dəq.), “Səssiz haray”(2023., 110 dəq.) və d. tammetrajlı bədii filmlərinin baxış sayı artıq on miyonları ötüb... Əlbəttə ki bu say yalnız filmin xeyli maraqlı məzmunu ilə yox, həm də qədim bir xalqın – Ləzgilərin və məskunlaşdıqları diyarın  özünəməxsus  fərqli və maraqlı  cəhətləriylə tamaşaçıların nəzərini cəlb etmişdir. Bir neçə il ərzində ərsəyə gəlmiş bu mükəmməl filmlərin direktoru, ssenari müəllifi, rejissoru, prodüsseri, musiqi bəstəkarı və d. eyni zamanda məhz Sədaqət xanımın özüdür və film də əsasən Ləzgilərin yaşadığı regionda (Qusar, Quba, Xaçmaz və d.) çəkilmişdir. 

Amma “Kinomexanikin qayıdışı” filminin ssenari müəllifi və rejissoru  Orxan Ağazadə (1988., Lənkəran., Sütəmurdov k.); rejissor assisenti Leylaxanım Qənbərova (1992., Bakı); operatoru Daniel Quliyev (1991., Zaqatala) və d.  bizim soydaşlarımız  olsa da, film iki öncül Avropa dövlətinin -  Fransa və Almaniyanın ortaq istehalı kimi dünya kinoekranlarına çıxmışdır.  

(Prodüserlər - François-Pierre Clavel (Fransa), Lino Rettinger(Almaniya); Səs - Murtuza Nəcəfli; Montaj - Nicole Schmeier (BFS); Kamera asistenti və işıqçı - Kamil Harun; İcraçı prodüserlər - Yvonne Gottschalk, Emin Quliyev; Prodakşn mencerlər - Johanna Canu, Həsrət Ramazano;Prodakşn asistenti - Alice Brezet; Səs miksi - Antonin Dalmasso; Rəng - Emmanuel Fortin. 2024., 90 dəq)


Yuxarıda qeyd edildiyi kimi, artıq bu ilin dekabr ayının sonunacən  “Kinomexanikin qayıdışı” dünyanın bir çox möhtəşəm kinozallarının afişalarında məxsusi yer tutmaqdadır... Görəsən, dünyanın müxtəlif qütblərinin -  Avropa, ABŞ, Koreya, Rusiya tamaşaçılarını filmdə cəlb edən nədir? 

Bu barədə bəzi şəxsi mülahizələrimizi bildirmək  istərdik: 

 

4. Keçmişə nastolji qayıdış...

 

Əvvala, filmdə heç bir aktyor yoxdur və Talış dağlarının qoynundakı Sım kənd əhlinin böyük bir qisminin iştirakı ilə çəkilmişdir. Əslində, baş rolların ifaçıları ilə yanaşı  çəkilişdə iştirak etmiş hər kənd əhli professional aktyordur. Bu 90 dəq-k tammetrajlı bədii film real bir həyat hekayəsini real cizgilərlə əks etdirdiyindən, əksər kinoşünasların da qəbul etdiyi kimi, onu  birmənalı olaraq Sənədli film də qəbul etmək olar və bu səbəbdən də  beynəlxalq kinofestivallarda da “bədii” və ya “sənədli” filmlər kimi təqdim edilməsi təsadüfi deyildir. Ən müasir və mükəmməl texnika ilə təmin olunmuş  dünya əhlini cəlb edən heç də 30-40 il öncə bir kənd klubunda traktor səsli proektorla əsasən “Hind kino”larını nümayiş etdirən  Kinomexanikin (Səmidulla İdrisovun) yenidən öz kənd klubuna “qayıdışı” deyildi, həm də özlərinin, ata və babalarının, ana və nənələrinin çox da uzaqda olmayan dünənki qaynar, xoş və səmimi həyatlarına nastolji qayıdışıdır. Axı, çox uzaq yox,  elə 100 il öncə, dünənki Avropanın da, ABŞın da, Koreya ya Rusiyanın da (məxsusən əyalətlərdə) insanların əksəriyyəti  həmin SIM  kənd əhli kimi sadə, səmimi, mehriban, əxlaqlı, həya-abırlı qaynar həyat tərzini yaşayardılar... Bu gün də talışlar arasında yaşanan və filmdə xüsusi yer tutan (Səmid kişinin filmlə bağlı axşam toplantısı)  “Şəvnışt” (“axşam yığıncağı”) adlanan məclislər onlarda da az olmamışdır. Əslində, filmdəki belə “Şəvnışt” epizodları ilə yanaşı kifayət qədər digər məqamlar da bu günkü dünya əhlini köhnə xoş günlərinə nastolji   qayıdışı xatırladırdı... Demək, qloballaşmış dünyanın bir guşəsində hələ ki çox şey dəyişməyib... 

Hətta traktor səsli sovet proektoru   Səmidin tərəf müqabili - 15-16 yaşlı gənc dostu,  talışca və türkçə ərsəyə gətirdiyi bir çox animasiya filmləriylə tanınmış Ayazın (filmdə də Ayaz Xalıqov) neçə əziyyətlə birgə   topladıqları materialları təsadüfən pozulmuş müasir planşetindən də daha etibarlılığına da təsadüfi yer ayrılmır.  


 

Öz keçmişlərinə “nastolji qayıdış” əsasən yaşlı tamaşaçıları özünə cəlb etsə də,  filmdə müasir gəncliyi də düşündürməyə vadar edən epizodlar az deyildir... Min bir çətinliklərlə xaricdən  proektor lampasını tapıb poçtla gətizdirmiş və axır ki  adı heç də təsadüfi seçilməmiş məhşur  “Həqiqət həmişə qalib gəlir!”   Hind filminin tələm-tələsik təmir edilmiş kənd klubunda  texniki qüsurlarla da olsa  bir təhər   nümayişı övlad itkisinin qəhərini   qismən də olsa Səmidə unutdursa da, onu, Ayazı, kənd əhlini və bütün Dünya əhlini düşündürəcək daha mühüm məqamlar da diqqətdən qaçmır: bu gün yalnız ölkəmiz yox, cəmi dünya  əhli mənəvi sıxıntılara qərq olub, -  kütləvi pandemiya bəlası, ailə dağıntıları, əxlaqsızlıq,  hər şeyin maddiyatlə ölçülməsi, qohum-əqrəba  münasibətlərinin iflası və s. adi hallara çevrilmişdir. Məhz   “Kinomexanikin qayıdışı” filminin bir çox epizodları insanları düşündürməyə vadar edir:  Hind filmlərindəki saf məhəbbət və kifayət qədər digər əxlaqi dəyərlər  ön plana çəkilir, insanlar (sonda həmişə qalib (!) gələcək) Həqiqət naminə (!) birgə mücadiləyə dəvət edilir. Məhz dünya əhlinə çatdırılan mühüm mesaj da budur ki, baxın,  nə qədər kasıb həyat durumlarında yaşasalar  da,  internet imkanları (demək olar ki) olmasa da  bir kənd əhlinin bugünki bu saf, səmimi, xoş, mehriban  həyat tərzi yalnız (filmdə bəzi kadrları heç də  təsadüfi seçilməmiş) az-çox varlı  Bakıda yox, heç  ən zəngin xarici dövlətlərdə də  çatışmır. Əslində filmdə dünya tamaşaçıları ilə yanaşı, elə bizim “Azərbaycan” k/t-nın  zalındakı insanları da məxsusi olaraq cəlb etmiş və düşündürən əsas məqamlardan  idi bunlar... Başqa sözlə desək, “Kinomexanikin qayıdışı” – cəmi dünya əhlinin öz həyat tərzlərinin yenidən islahına çağırışı nəzərləri xüsusilə cəlb etmişdir...

 

5.Min bir gecə nağıllı Film...

 

Fransa və Almaniyanın bir çox KİV-də “Kinomexanikin qayıdışı” filminin məhşur “Min bir gecə nağılları” ilə müqayisəsi və vəsfi də təsadüfi deyildir.  Onların qeyd etdikləri kimi,   “Filmdə real həyat hekayələri, sadə kənd əhlinin utopik həyat tərzi, dərd-sərləri, sevinc və yumorları, bürokratik və i.a. səhnələrinin   ecazkar  təbiət gözəllikləri ilə birgə vəhdəti  sanki  “Min bir gecə nağıllarını xatırladır””.

Həqiqətən də 90 dəqiqəlik   filmin  heç bircə dəqiqəsi də  tamaşaçıları yormur,  onlarda sıxıntı yaratmır.

Əksinə, professional operatorun (Daniel Quliyev) 4 fəsilin də ecazkar təbiət gözəlliklərini və incəliklərini də böyük məharətlə lentə alması tamaşaçılara xüsusi rahatlıq və zövq verir.   Təsadüfi deyildir ki,  Almaniyada (Köln şəhəri) kino sahəsi üzrə nüfuzlu mükafatlardan sayılan, operator (təsvir rejissorluğu) və montaj (qrafika) işinə görə verilən “Alman Kamera Mükafatı”nın (Deutscher Kamerapreis) qalibləri sırasında məhz bu film xüsusi yer almışdır. Mükafatlandırma mərasimində münsiflər heyətinin qərarı məhz bu şəkildə açıqlanıb: “Hər bir kadr rəsm kimidir. Azərbaycan dağlarında kənd kinoteatrını birlikdə bərpa etmək istəyən iki fərqli film həvəskarının hekayəsindən bəhs edən filmdə Daniel Quliyev kamerası ilə kino poeziyasını vəsf edir”.

Demək, dünya tamaşaçılarının filmə bu qədər xoş münasibətlərin bir sirri də Filmdə bu qədər təzadlı Təbiət gözəlliklərindən aldıqları mənəvi zövq və istirahət idi...

 

6.“Kinomexanikin qayıdışı”nın milli-etnik sirrləri...

 

Dünya auditoriyasını cəlb etmiş “Kinomexanikin qayıdışı”nın  mühüm sirrlərindən biri də filmin ərsəyə gətirildiyi əsrarəngiz təbiətli, başdan-başa sıldırım qaya və mağaralarla, saf bulaq, şəlalalə və sıx meşələrlə zəngin   coğrafi məkan və həmin məkanın məxsusi milli-etnik dəyərləriylə seçilən qədim sakinləridir.  Azərbaycanın cənub-şərq regionunda, qonşu İranla həmsərhəd bölgədə yerləşən və tarixin  hökmü ilə ikiyə bölünmüş  Talış mahalına və əzəldən buralarda yaşayan Talışların dilinə və milli-etnik mədəniyyətlərinə   beynəlmiləl maraqlar da nəzərlərdən qaça bilməzdi... Əlbəttə ki, çoxlarının bəlkə də barələrində ilk dəfə eşitdikləri bir dildə - Talışca  çəkilmiş filmin  titrlərində ingilis, alman, koreya, rus və hətta Azərbaycan (türk) d. dillərinə  tərcümə ilə verilməsi  dünya kinoşünasları və tamaşaçıları üçün tamamilə yeni hal olub, həmin dilin daşıyıcılarına da maraq  oyatmaya bilməzdir. Həqiqətən də əgər cəmi sivil dünya əhlinin Azərbaycan dövləti, xalqı və dili barədə az-çox məlumatları var idisə,  cənub-şərqindəki bu xeyli cazibədar əyaləti və əhalisi barədə demək olar ki məlumatlı deyildilər. Bildiyimiz kimi,  bu gün dünyada öz əzəli dillərində danışan təxminən 4-5 min   xalqlar qalmışsa da, onların da böyük  əksəriyyəti əsasən bugünki beynəlmiləl qloballaşma və texnoloji inkişaf prossesinin qurbanı olaraq  böyük sürətlə əhatələrindəki digər çoxsaylı xalqların arasında əriməkdədirlər. Xeyli təəssüflər olsun ki, bu və ya digər  səbəblərdən, bizim ölkəmizdə yaşayan aborigen tatlar, ləzgilər, avarlar, udinlər, kürdlər və d.   xalqlar kimi, talışlar da sürətlə titul – Azərbaycan türkləri, xaricdəki soydaşlarımız isə məskunlaşdıqları xarici dövlətlərin titul dilləri ilə assimilasiya olunmaqdadırlar. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi, əgər 40-50 il öncə, doğulduğumuz Təngərüd (Tanqərü) kəndinin orta məktəbində öz doğma Talış dillərindən başqa, digər bir dildə, o cümlədən titul xalqın dilində sərbəst danışan məktəbli uşaqlar barmaqla (“fors edir” rişxəndli ilə) göstərildisə,  bu gün isə əksinə, nəinki məktəbdə, evlərində də ana dillərində sərbəst  danışan uşaqlar artıq tək-tük tapılar... Artıq  nəinki Talışın aran kəndlərində,  ucqar dağ kəndlərində də assimilyasiya prosesi sürətlə davam etməkdədir. Halbuki 33 il öncə biz Murad Adji ilə birgə həmin SIM ilə qonşu Pəlikəş kəndində səfərdə olarkən, təsadüfən  rastımıza çıxan 10-12 yaşlı bir qızın Muradın rusca “Zdravstvuy!” salamı da “az tırki zındənim” (“mən türkcə bilmirəm”) cavabı ilə qarşılanmışdır...(bax.: https://www.vokrugsveta.ru/vs/article/7026/) 

“Talış, Çaruj və digərləri” adlı həmin  reportajında müəllifin xüsusilə qeyd etdiyi maraqlı bir məqam da məhz budur ki, həmin dağ sakinləri arasında doğma Talış dillərindən başqa hər hansı digər bir dil (rus, igilis, fransız ya d.)  onlara yaddır və “tırki zındənim” kimi ümumiləşmişdir.  Xeyli təəssüflər olsun ki, 33 il öncə həmin reportajda xatırlanan “tırki zındənim” Aybənizin bugünki nəvələri artıq öz doğma dillərini unutmaqdadırlar... 

 

Bu gün filmin çəkildiyi SIM kəndində də eyni acınacaqlı haldır, valideyinlərin əksəriyyəti artıq uşaqları ilə doğma dillərində yox, türkcə təmas saxlamağı daha məqbul hesab edirlər. Hər yerdə olduğu kimi, buralarda da valideyinlərin səhv mövqeləri bundan ibarətdir ki, guya uşaqları digər titul dillərdə daha çox tərəqqi edib, daha çox da ruzi-bərəkətli olarlar...Halbuki onlar İlahi sərvət hesab edilən doğma dillərilə yanaşı, tədricən digər milli-etnik atributlarını, o cümlədən əzəli pak mənəvi-əxlaqi dəyərlərini   də gec-tez itirməyə məhkum edilirlər...   

 

Məhz “Kinomexanikin qayıdışı”da nəzərə çarpan  bu ikidillilik və assimilyasiya səhnələri heç də bəzi kinoşünasların film barədə qeyd etdikləri kimi adi bir hal olmayıb, filmin ssenari müəllifi və rejissoru Orxan Ağazadənin yalnız Talışların deyil,  etnik azlıqda qalmış cəmi digər qədim xalqların da gələcək acı aqibətləriylə bağlı xeyli  ciddi bir mesajı və məqamı dünya auditoriya qarşısında ortaya qoymasıdır. Axı, nədən bu  gün bir relikt bitkinin, ağacın, heyvanın və d. yox olmasından həyəcan təbilini çalan Dünya unikal etnik dil, tarix və mədəniyyətə malik xalqların böyük sürətlə “itməsinə” bu qədər laqeyd münasibət bəsləməlidir? 

O cümlədən, indiki Azərbaycan xalqının etnogenezinin formalaşmasında mühüm rol oynamış aborigen xalqların belə sürətli assimilyasiyası  elə sabahkı Azərbaycan tarixinin və mədəniyyətinin gözlənilə bilən faciəsi demək deyilmi? 

 

Məhz  “Kinomexanikin qayıdışı” filminin bir çox epizodlarında rejissor və operatorun böyük məharətlə əks etdirdikləri bu kimi mənalı Haray səhnələri geniş tamaşaçı kütləsinin və  kinoşünasların diqqətini cəlb etməyə də bilər,  lakin relikt canlıların tədricən itməsindən narahat olmuş bu və ya digər dövlətlərin rəsmi təmsilçilərini oyatmaya bilməz!   

“Kinomexanikin qayıdışı”nda  baş  qəhrəmanlar  Səmid kişinin və 15-16 yaşlı Ayazın demək olar ki, bütün kadrlarda bir-birilə və qohum-əqrəbalarıyla  talışca ünsiyyəti onların öz doğma dillərinə olan sadiqliyinin yüksək təcəssümü idi. Filmdə xeyli incəliklə təsvir edilmiş  bu dil problemi xüsusi yer tutur: Səmid kişi kənd əhlini klubun zalına yığıb onlara yaxın günlərdə, köhnə proyektor cihazının lampasını əldə etdikdən sonra, nümayiş etdiriləcək Film  barədə öz doğma dilində - talışca danışır. Gənclər və yaşlılar da talışca öz münasibətlərini bildirsələr də zaldakı məktəblilərin türkcə sualına  Səmid rəsmi dildə (türkcə) cavab versə də,  nümayiş etdiriləcək yeni filmin mütləq rəsmi dövlət dilində - Azərbaycanca (türkcə) səsləndirilməsinin vacibliyini öz dilində-talışca təklif edən müəlliməyə isə o, heç bir cavab vermir və  susqunluqla qarşılayır. Filmin fədakar ssenari müəllifi və rejissoru Orxan Ağazadə və operatoru Daniel Quliyev həqiqətən də  yüksək peşəkarlıqlarla  bu xeyli həssas 2-3 dəqiqəlik epizodu lentə ala bilmişlər. Şübhəsiz ki, cəmi beynəlmiləl aləm üçün xeyli aktual və vacib sayıla bilən bu kimi epizodlar da filmin öncül dünya dövlətlərinin beynəlxalq Kinofestivalları sayəsində daha da  populyarlaşmasına yol açmışdır...

 

“Kinomexanikin qayıdışı”n son kadrosunda   Səmədlə Ayazın evdə arxası üstə uzanıb, ayaqlarını isti kənd sobasının yanında divara söykəyərək nümayiş etdirdikləri seansın uğur və qüsurlarının müzakirəsini də 3-4 il ərzində, min bir maddi və mənəvi  çətinliklərlə çəkilmiş filmin bəlkə də ən mənalı və sirli məramının aşkara çıxarılması idi. 

 

7.“Həqiqət həmişə qalib gəlir”...

Və ya:

Budullayın və Səmidin bənzərli qayıdışları və Həqiqətin qalibiyyəti...  

 

Filmə ad seçilərkən, gənc Ayazın “Kinomexanikin qayıdışı”  təklifinin Səmid kişinin ürəyicə olması və ona  məhşur Sovet filmi “Budulayın qayıdışı”nı (1985) xatırlatması də təsadüfi deyildir. Həmin Sovet kinosunun əsas süjetini  -  bir vaxtlar banditlər tərəfindən vəhşicəsinə döyüldüyündən yaddaşını itirmiş  Budulayın təsadüfən oğlu Vanya ilə rastlaşması nəticəsində  hafizəsinin bərpası, unudulmuş keçmişinə qayıtması, sonda düşmənlərinə qalib gələrək ailəsinə, kəndinə və xalqının yanına qayıdışı təşkil edirdi. Əslində hər iki filmin xeyli  oxşar məqamları vardır. Səmidin də qarşısına (Vanya kimi) gənc, istedadlı animasiyaçı   Ayaz təsadüfi çıxmamışdır... Səmid kişi Bakıya da təsadüfi gəlmir, oğlunun orada müəmmalı ölümünün səbəblərini öyrənməyə çalışır... Onun dağüstü parkdan min bir xəyallarla yeni, min bir dərdli çoxmilyonlu Bakını seyr etməsi və dəniz çimərliyində tənhalıq səhnələri də təsadüfi deyildir... Artıq ona bir çox Həqiqətlər bəlli idi: o, yalnız oğul  dərdini çəkmirdi, həm də bütöv bir xalqının, onun dil və mədəniyyətinin bugünki və sabahkı acınacaqlı taleyindən ötrü, bəlkə də cəmi bəşəriyyətin gələcək azğın halına görə narahat idi... 

Səməd kişi yaxşı anlayır ki, əslində İlahi nemətlər sayılan dil və mədəniyyət ölərsə, xalq da ölər...  Axı, son 30 ilin ərzində böyük sürətlə ölən yalnız doğma dilləri yox, həm də  dədə və babalardan, ana və nənələrdən yadigar qalmış  nümunəvi  ədəb-əxlaq, milli-etnik adət və ənənələrin tədricən unudulması idi... Əslində filmdə təsvir edilmiş Novruz tonqalı da qismən təhrif olunmuş səhnə idi, belə ki, talışlar axır Çərşənbə və Novruzda heç də odunlardan yox, məhz saman çöplərindən (küləş, kıləş) hazırlanmış  7 tonqalın üstündən  xüsusi ritual qaydaları ilə hoppanardılar...   

Sual olunur: görəsən, xeyli müdrik, səbirli və təmkinli “köhnə” Səmid kişi  və qismən çılğın “yeni” Ayaz gənclə birgə dilədikləri əsas missiyalarına  nail ola bildilərmi?  


 

Əlbəttə ki, nail oldular və qalibdirlər! Hətta məşhur hind filmi “Həqiqət həmişə qalib gəlir” (və ya:“Sonuncu imtahan”)  və Sovet filmi “Budulayın qayıdışı” filmindəki baş qəhrəmanlardan da yüksək zirvələrə qalxa bildilər...

Şübhəsiz ki, şəxsən bizim də sevincimizin həddi-hüdudu yox idi: axı,  “Kinomexanikin qayıdışı” – uşaqlıq arzularımızı çin etmiş, xəyallarımızdan reallığa çevrilmiş və dilədiyimiz həmin  beynəlxalq səviyyəli  Talış filmi idi...  

Bununla belə, ”Kinomexanikin qayıdışı” filmini  heç də yalnız Talışların yox, həm də bu gün milli-etnik azlıqda qalmış, bir çox obyektiv ya subyektiv  səbəblərdən sürətlə yox olmağa məhkum olmuş digər 4-5 minlik xalqların da  haray səsi hesab etmək olar... 

Ümidvarıq ki,  Dünya kinofestivallarını yüksək uğurlarla fəth etməkdə olan  bu möhtəşəm Film tezliklə  öz ölkəmizin də bütün  kino-teatrlarında (“Azərbaycan” k/t olduğu kimi) belə coşqu ilə  nümayiş etdiriləcəkdir...

Bir daha, bir tamaşaçı kimi,  ”Kinomexanikin qayıdışı” filminin çəkilişində zəhməti keçmiş hər kəsə, məxsusən də soydaşlarımız  rejissor Orxan Ağazadəyə, operator Daniel Quliyevə, filmin baş qəhrəmanları Səmid İdrisova  və Ayaz Xalıqova,  kinonun Bakıdakı nümayişində mühüm rolu olmuş şəxslərə, o cümlədən, Azərbaycan Kinematoqrafiya İttifaqına (AKİ)  və filmi yüksək səviyyədə tamaşaçılara təqdim etmiş AKİ İH üzvü, kinoşünas Sevda Sultanova xanıma dərin minnətdarlığımızı bildiririk. İnşallah, yeni uğurlarla yola davam – ŞİMON!

 

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan İran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.15:17کمال17:40ЕС ввел санкции против представителей властей АТО Гагаузия12:11Dilənçiliyin sosiologiyasına dair qeydlər: ilahi təhdid və mənəvi terror11:59امام علی (ع)14:36В Баку подключились к международной акции "Диктант на лезгинском языке"13:35Geyim və əxlaq haqqında19:37Глава МИ-5 заявил о росте угроз со стороны России и Ирана17:17İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır14:09“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”09:48İran dini, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq etnik və dini əyləci əlində saxlayacaq.
САМОЕ ЧИТАЕМОЕ
  1. TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB
  2. Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)
  3. Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub
  4. Рабби Иосиф бен Хаим Шур
  5. Паломники и Старый ишув Первый этап, часть II
  6. Оша’на Рабба – Араво - ГIэрево
  7. Литовские татары в XVII-XX вв.
  8. Турция является одним из важнейших партнеров Срединного коридора
  9. Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)
  10. ترک ها در احادیث پیامبر
  11. Страсти за Каспием
  12. Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
  13. Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III
  14. დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია
  15. TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ
  16. FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"
  17. В Японии разработали новый метод «описание мыслей»
  18. IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ
ОПРОС

Где будете встречать Новый год?


 
«    Dekabr 2025    »
B.e.Ç.a.ÇC.a.CŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
ГАЛЕРЕЯ