Ethnoglobus » ЭТНОПОЛИТИКА » ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər

ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər

image

24.06.2025

Keyhan London - 22 iyun 2025-ci il (1 tir 1404) ABŞ dövlət katibi Marko Rubio “Fox Business” telekanalına verdiyi müsahibədə İslam Respublikasının danışıqlarda vaxt itkisinə və İrandakı nüvə obyektlərini bombalamasına işarə edərək dedi: "Onlar Donald Trampla oynamaqda böyük səhv etdilər".

- Dövlət katibi Marko Rubio ABŞ-ın hərəkətindən sonra ilk müsahibəsində bizə qoşulur. Cənab nazir, burada olduğunuz üçün sizə təşəkkür edirik. İndi İranla müharibə vəziyyətindəyik?

- Yox, deyilik. Bu, İrana qarşı müharibə deyil. Bu, çox sadə bir məsələdir. 67gün öncə ABŞ prezidenti iranlılara məktub göndərdi ki, sizə nüvə silahı hazırlamağa, hərbi nüvə proqramını icra etməyə icazə verilməyəcək. Gəlin danışıqlar aparaq, mən bu məsələni diplomatik və sülh yolu ilə həll etmək istəyirəm. 

Ancaq son 35 ildə hər bir Amerika prezidenti ilə oynadıqları oyunu onunla (Trampla) da oynamağa çalışdılar. Prezident onlara dedi ki, əgər razılığa gəlməsək və istədiyimiz də budursa, onda mən başqa yol tutmalı olacağam. Və dünən gecə həmin işi gördü. [İran vaxtı ilə 22 iyun (1 tir) bazar günü səhəri] O, başqa bir yol seçdi. Amma bu seçim İran [rejiminin] seçimi idi. Bu yolu biz seçmədik - onlar seçdilər. Onlar Donald Trampla oynamaqla böyük səhvə yol verdilər və prezident Tramp dünən gecə hərəkətə keçdi.

Düşünürəm ki, bu gün dünya 24 saat əvvəl olduğundan daha təhlükəsiz və daha sabitdir. [Bazar ertəsi, 23 iyun] Bizim hərəkətimizi pisləyən və bununla bağlı bəyanatlar verən bir sıra ölkələr pərdə arxasında bizimlə razılaşdılar ki, bu hərəkətimiz zəruri imiş. Onlar öz ictimai rəyləri üçün belə mövqe tutmalıdırlar, lakin dünən gecə İranda baş verənlərdən narazı olanlar yalnız İran rejimidir.

 

-İranda kimdənsə nəsə eşitmisiniz və cavab reaksiyası gözləyirsinizmi?

- Əgər belə bir cavab reaksiyası verəcəklərsə, bu, onların indiyə qədər etdikləri ən pis səhv olacaq. Baxın, biz İranın hava məkanına istədiyimiz kimi daxil olub, çıxa bilərik. Biz bunu dünən gecə etdik. Prezident ordumuzu dünyanın o başından göndərdi. İçəri girdilər, əməliyyat etdilər, qayıtdılar. Bizə bir güllə də atılmadı. Biz onların hava məkanından çıxana qədər nə baş verdiyini belə bilmədilər. Vurulduqlarını dərk edənədək təyyarələrimiz İranın hava məkanından çıxdılar.

Buna görə də İran cavab reaksiyası versəydi, bu, fəlakətli səhv olardı. Amma bizim məqsədimiz bu deyil. Biz İrana müharibə elan etməmişik. Biz İranla müharibə istəmirik. Əgər bizə hücum etsəydilər, bu, onlar tərəfindən dəhşətli səhv olardı. Belə ki, bizim heç vaxt görmədikləri imkanlarımız var. Açığı, biz bunu istəmirik. Bizim məqsədimiz odur ki, İran heç vaxt nüvə silahına malik olmasın. Əgər onlar hər hansı digər ölkə kimi elektrik stansiyalarının olduğu mülki nüvə proqramı istəyirlərsə - dünyanın bir çox ölkəsində olduğu kimi - bunu edə bilərlər. Onlara belə bir sövdələşmə təklif olunub. Onlar bunu rədd etdilər. Bizi oynatmağa çalışdılar. 10 gün cavab vermədilər və indi prezident buna cavab verməli idi.

 

- Prezident bu yaxınlarda bir paylaşımında dedi ki, İran liderinin harada gizləndiyini bilir, amma hələlik onu hədəfə almağa hazır deyil. İranda rejim dəyişikliyi ilə bağlı baxışlarınız haqqında nə deyə bilərsiniz?

- Əlbəttə, məqsədimiz bu deyil. Təxminən 65-67 gün əvvəl prezidentin İranın Ali Rəhbərinə göndərdiyi məktubda məqsədimiz açıq-aydın göstərilmişdi. Həmin məktubda o, "Sizin nüvə silahınız olmayacaq, gəlin məsələnin sülh yolu ilə həllini müzakirə edək. Həqiqətən, həm İran, həm Amerika, həm də dünya üçün yaxşı olan bir razılaşma əldə edə bilərik. Amma bunu etməsəniz, mən məsələnin həllinə başqa cür yanaşmalı olacağam", - dedi.

İranlılar [İslam Respublikası] bu məktubu bəyənmədilər və ona cavab vermədilər. Onlar saxta danışıqlara girib prezidenti oyuna gətirməyə çalışdılar. Onlar əvvəlki prezidentlərə etdiklərini Trampa da edə biləcəklərini düşünürdülər. Amma dünən gecə başa düşdülər ki, bu dəfə belə olmayacaq. Və dünya bunu dərk etdi. Belə bir yanaşma təkcə bu məsələ üçün deyil, dünyada baş verən bir çox başqa məsələlər üçün vacibdir. Tramp dediyini edən prezidentdir. Və onun məsələyə belə bir yanaşması İran rejimi də daxil olmaqla, çoxlarını şoka saldı. 

 

-Bu gün İranın nüvə imkanlarını necə dəyərləndirirsiniz?

- Onlar mütləq zəifləyiblər. Baxın, əgər İran nüvə silahı əldə etməkdə qərarlıdırsa, məncə, bu, rejimin sağ qalması üçün çox təhlükəli olardı. Mən həqiqətən inanıram ki, bu, rejimin sonu olacaq. 

Texniki cəhətdən İranın imkanları mütləq geri çəkildi - təkcə bizim dünən gecə etdiklərimizə görə deyil, israillilər bundan əvvəl də bəzi qeyri-adi işlər görmüşdülər. Nəticə etibarilə qərar İranındır. Bu, çox sadə bir qərardır. Əgər onlar elektrik enerjisi istehsal etmək üçün nüvə reaktorlarına sahib olmaq istəyirlərsə, bunun bir çox yolu var - bir çox ölkələr bunu özləri uranı zənginləşdirmədən ediblər.

Yox, əgər istədikləri dağların dərinliklərində heç kimin görə bilməyəcəyi və müfəttişlərin yalnız onların icazəsi ilə daxil ola biləcəyi gizli proqramdırsa, böyük problemlərlə üzləşəcəklər. Çünki bu, təhlükəli, zorakı, ekstremist rejimdir. Bizim İran xalqı ilə heç bir problemimiz yoxdur -- dünən gecə biz İran xalqına hücum etmədik; nüvə obyektlərinə hücum etdik. Əgər onların istədikləri dünyadakı mülki nüvə proqramları ilə heç bir əlaqəsi olmayan və daha çox bomba düzəltməyə çalışmaq kimi olan gizli proqramdırsa, yenə də təkcə bizimlə deyil, dünyanın bir çox başqa ölkələri ilə də problemləri olacaq.

 

- Hansı problemlər? Nə demək istəyirssiniz?

- Hazırda qarşılaşdığımız problemlər kimi. Baxın, niyə Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və BƏƏ-də bazalarımız var? Bütün bu bazalar bu ölkələri İrandan qorumaq üçündür. Hizbullah niyə mövcuddur? İrana görə. Həmas niyə mövcuddur? İrana görə. Bəs husilər? İrana görə. İraqda Amerika əsgərlərini şikəst edən və öldürən yol kənarındakı bombaları kim hazırladı? İran [rejimi]. Bu bölgədəki bütün problemlərin arxasında onlar durur. Onlar bütün Yaxın Şərqdə qeyri-sabitliyin mənbəyidir, yeganə mənbəyidir. 40 ildir ki, dünya bunun bədəlini ödəyir. 

İndi təsəvvür edin ki, bu rejim yalnız bir nüvə silahı əldə etsəydi, ya da bir nüvə silahına sahib olmağın astanasında olsaydı, nə olardı. Dünya belə bir vəziyyətlə üzbəüz idi. Bu qəbuledilməzdir. Prezident Tramp dünən gecə dünyaya yaxşılıq etdi və indi İran [rejimi] oyanmalıdır. İran rejimi oyanıb deməlidir ki, əgər biz həqiqətən də ölkəmizdə nüvə enerjisi istəyiriksə, onu əldə etməyin bir yolu var. Təklif hələ də masadadır. Biz sabah onlarla danışıb prosesə başlamağa hazırıq. Steve Whitkoff onlarla razılığa gəlmək üçün dünyanı çox gəzdi, lakin onlar çox oynadılar. Çox oynadılar və indi nəticəsini gördülər. 

 

- Avropalılar son bir neçə həftə ərzində bu böhranda ləng davrandılar. Avropadakı tərəfdaşlarımızdan və müttəfiqlərimizdən nə gözləyirsiniz?

- Baxın, mən hesab edirəm ki, avropalılar - xüsusilə Almaniya, Fransa və İngiltərə - İranın nüvə silahı əldə etməməli olduğunu çox açıq şəkildə bəyan etdilər. Əslində, Fransa ilk dəfə bir addım da irəli getmiş oldu. Belə ki, İranın uranı zənginləşmə qabiliyyətinə malik olmamasının zəruriliyini bildirdi. Bizim artıq üzvü olmadığımız, amma digər məlum ölkələrin hələ də üzvü olduqları JCPOA sazişindən sonrakı dövr üçün sanksiyalar hələ də qüvvədədir. İran [rejimi] bu razılaşmanı tamamilə pozur. Buna görə də üç ölkə bu ilin oktyabrına qədər İran [rejimi] əleyhinə sanksiyaları bərpa edib-etməmək barədə qərar verməlidir. Biz onları İrana bu istiqamətdə təzyiqləri davam etdirməyə təşviq edirik, çünki bu, başqa bir təzyiq vasitəsidir.

- Bəs Yaxın Şərqdəki müttəfiqlərimiz? Maraqlıdır ki, İranın müvəkkillərindən heç bir reaksiya görməmişik - istər İranın özü, istər Hizbullah, istərsə də Husilər. Sizcə və təbii ki, ilk xarici səfərində Yaxın Şərqdəki dostlarımızla münasibətləri gücləndirməyə çalışan prezident Tramp necə düşünür?

- Yaxşı, biz açıq şəkildə bildirdik ki, bu proxy qruplardan hər hansı biri Amerikaya hücum edərsə, biz onlarla nəinki məşğul olacağıq, hətta İranı da məsuliyyətə cəlb edəcəyik. Bu hücumların arxasında kimin dayandığını bilirik. Bu, onların yayılmış gedişlərindən biridir; İraq və Suriyada kiçik şiə hərbi qrupları yaradırlar və sonra onların arxasında gizlənirlər, guya özləri bu işə qarışmırlar. Biz bilirik ki, bu onların öz işidir, o cümlədən Husilər. Deməli, İran bu qrupların hərəkətlərinə görə məsuliyyət daşıyacaq.

- İranın nüvə silahına malik olmasına cəmi bir həftə qaldığını söyləmək düzgündürmü və bu məqamda hər şey məhv edilibmi?

- Məncə, onların nüvə silahı yaratmaq üçün lazım olan hər şeylərinin olduğunu söyləmək düzgün olardı. Onlar uranı zənginləşdirmək qabiliyyətinə malikdirlər. Onların ən azı 9 və ya 10 bomba hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uranı var. Onu 60%-dən 90%-ə qədər zənginləşdirmək üçün cəmi bir neçə gün lazımdır. Əminik ki, onların silah hazırlama planları var. Onların nüvə başlıqları daşıya bilən orta və yaxın mənzilli raketləri var. Yeri gəlmişkən, onlar kosmik proqrama sahib olduqlarını iddia edirlər. İran Aya getməyə hazırlaşmır ki? Onların kosmik proqramı var, çünki onlar qitələrarası ballistik raketlər - Şimali Koreyanın indi bacardığı kimi, bir gün ABŞ-a da çata biləcək uzaqmənzilli raketlər yaratmaq istəyirlər. Onların arxasınca getdikləri şey budur.

- Cənab nazir, son sual, İranın [rejimin] dünya üzrə neft nəqlini pozmaq üçün Hörmüz boğazını bağlamaq üçün addım atmasını gözləyirsinizmi?

- Mən Pekindəki Çin hökumətini bu məsələ ilə bağlı İranla əlaqə saxlamağa təşviq edirəm, çünki onlar neft idxalına görə Hörmüz boğazından çox asılıdırlar. İran rejimi bunu etsə, bu, növbəti fəlakətli səhv olacaq. Bu, İran üçün iqtisadi intihar olacaq. Təbii ki, belə bir hərəkətə qarşı çıxmaq üçün bizim seçimlərimiz var. Amma digər ölkələr də bu məsələyə diqqət yetirməlidir. Bu, digər ölkələrin iqtisadiyyatına bizimkindən qat-qat pis zərər vuracaq. Fikrimcə, bu, təkcə bizdən deyil, başqalarından da ciddi reaksiya tələb edən kütləvi eskalasiya olacaq.

- Cənab nazir, Çin [İran rejiminin] ortağı idimi? Biz qırıcıların İrana daxil olduğunu bilirik, lakin bu təyyarələrin yükünün nə olduğunu bilmirik.

- Xeyr, Çinin bu məsələdə iştirakına dair əlimizdə heç bir sübut yoxdur.

Mənbə: https://news.gooya.com/2025/06/post-99202.php 

 

Təqdim etdi: Səməd Bayramzadə

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:44Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?20:30İRAN ŞƏHİD RƏHBƏRİ İLƏ VİDALAŞIR11:33İRAN YENƏ DƏ ORTA ƏSRLƏRDƏ QALMAQ İSTƏYİR.13:34Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…20:08Tərəddüdlü iran19:19Fələstin və İslam İnkişaf Bankı Fələstinin enerji sektorunun maliyyələşdirilməsi üçün 37 milyon ABŞ dolları dəyərində saziş imzalayıb18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyul 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
ГАЛЕРЕЯ