Ethnoglobus » ЭТНОПОЛИТИКА » Firudin İbrahimi və azərbaycançılıq

Firudin İbrahimi və azərbaycançılıq

image

F.İbrahimi 1945-ci ilin sentyabr ayında Azərbaycan Demokrat Firqəsi (ADF) sıralarına qoşulmuş, 1 oktyabr 1945-ci il tarixində ADF-nin Təbrizdə təşkil olunmuş I qurultayında iştirak edən 237 nəfər  Azərbaycan xalq nümayəndələrindən biri olmuş,  Azərbaycan Milli Məclisi təşkil olunduqdan sonra isə Seyid Cəfər Pişəvərinin başçılığı ilə təşkil  edilmiş   39 nəfərdən ibarət Azərbaycan Milli Hökumətinin tərkibində Baş prokuror vəzifəsinə təyin olunmuşdur.

O özünün çox qısa sürən şüurlu ömrünü Azərbaycanı, millətini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, milli kimliyini, milli varlığını dünyaya tanıtdırmağa həsr etmiş, istər ədəbi-bədii, istər elmi-publisistik, istərsə də Paris Sülh Konfransında iştirakı zamanı qələmə aldığı qeydlərində ardıcıl olaraq azərbaycançılıq düşüncəsinin inkişafına, onun təbliğinə və təntənəsinə xüsusi diqqət yetirmiş, bu yolda əlindən gələn bütün səyləri ortaya qoymuşdur.

F.İbrahimi 21 noyabr 1918-ci il tarixində İran tərəfindəki Astara şəhərində dünyaya gəlmişdir. O, 1941-ci ildə, Tehran Universitetinin hüquq fakültəsində təhsil aldığı zaman, İran Xalq Partıyası (İXP) sıralarına qoşulmuş və eyni zamanda da tələbə hərəkatında fəal şəkildə iştirak etmişdir. Ədəbi fəaliyyətinə universitetə qəbul olduğu ildən başlamış və tez bir zamanda siyası məqalələr də yazmağa başlamışdır. 

1943-cü ildə S.C.Pişəvərinin vasitəsilə “Ajir” qəzeti təsis olunduqdan sonra F.İbrahimi   bu mətbu nəşrlə əməkdaşlığa başlamış və həmin ildə də redaksiya heyətinin üzvü seçilmişdir. O, öz məqalələrində imperializmi, onun yerli əlaltılarını ifşa etmişdir. “Ajir” qəzetində fəaliyyəti ilə yanaşı  F.İbrahiminin yazıları ardıcıl olaraq İXP-nin rəsmi orqanı olan “Rəhbər”, antifaşist “Mərdom”, Fəhlə və Zəhmətkeşlər Birliyinin Birləşmiş Mərkəzi Şurasının orqanı olan “Zəfər” qəzetlərində və digər mütərəqqi mətbuat orqanlarında çap olunmuşdur. Azərbaycanda çıxan “Xavər-e nou” (Yeni Şərq), “Azərbaycan”  qəzetləri və s. demokratik mətbuat orqanları ilə də əməkdaşlıq etmiş, onlar üçün günün ictimai-siyasi məsələlərinin təhlilinə həsr olunmuş çoxlu sayda məqalələr yazmışdır. 

1945-ci ilin may ayında Tehran Universitetinin hüquq fakültəsini bitirən F.İbrahimi İran Xarici İşlər Nazirliyi və “Ettelaat” qəzeti tərəfindən dəfələrlə iş təklifi alsa da, xalqına xidməti özünün əsas vəzifəsi hesab edərək bu təklifləri qəbul etmir və öz ana yurdu Azərbaycana qayıdır. 

5 sentyabr 1945-ci il tarixində ADF-nin rəsmi orqanı “Azərbaycan” qəzetinin ilk sayı nəşr olunur və elə həmin tarixdən də F.İbrahimi “Azərbaycan” qəzeti ilə əməkdaşlığa başlayır. 

Onun Azərbaycan mədəniyyəti, tarixi barədə məqalələri Azərbaycan xalqının milli qürur hissinin oyanmasında mühüm rol oynadı. F.İbrahiminin “Azərbaycan danışır... İftixarlı tariximizdən bir neçə parlaq səhifə”  adlı silsilə məqalələri 31 oktyabr - 21 noyabr 1945-ci il (9-30 aban 1324-cü il) tarixləri arasında  “Azərbaycan” qəzetinin (ADF orqanı) 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla ayrı-ayrı başlıqlar altında çap olunmuşdur. Bu yazılar F.İbrahiminin müqəddiməsindən və Azərbaycanın qədim tarixi, əhalisi, azərbaycanlıların milli kimliyi, bu diyarın azadlığı, istiqlaliyyəti uğrunda apardıqları mübarizə və fədakarlıqları, mədəniyyət tarixi, dövlət və ordu quruluşu, ədəbiyyatı, xətti, dili, siyasi təşkilatları, məzhəbləri, geyim, adət-ənənələri barədə  19 məqalədən ibarətdir. F.İbrahiminin sözügedən məqalələri 1946-cı ildə toplu şəklində “Sovet Mədəniyyəti Evi” tərəfindən “Azərbaycanın qədim tarixi haqqında” adı ilə Təbrizdə Azərbaycan dilində əski əlifbada çap olunmuşdur.

Bu dövrdə F.İbrahiminin həyatında ən mühüm və diqqətçəkən hadisələrdən biri onun Avropaya, xüsusilə də Paris şəhərinə səfəri idi. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra qalib dövlətlər dünyanın gələcəyi və Avropada sülhün bərqərar edilməsi barədə danışıq və müzakirələr aparmaq məqsədilə “Paris Sülh Konfransı” adlı beynəlxalq bir toplantını təşkil etdilər.[1] Sözügedən toplantı elə bir mərhələdə təşkil ounmuşdu ki, müstəmləkə və yarımmüstəmləkə ölkələri xalqları yaranmış şəraitdən daha çox faydalanaraq ayağa qalxdılar, ölkələrinin tam istiqlalını və öz haqlarını tələb etdilər. Konfrans açılmamış bu düyünləri çözməli və qarşıda duran bütün suallara cavab verməli, onların həllinə çalışmalı idi.   Qeyd olunmalıdır ki, Paris Sülh Konfransında İkinci Dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasındakı sülh müqavilələri barədə İrana öz hökumətinin mövqeyini şərh etmək imkanı verilmişdi.

F.İbrahimi də Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi sifəti ilə bu konfransa gedir və 1946-cı il avqust ayının 10-dan Paris şəhərinin “Lüksemburq” adlanan ən məşhur tarixi qəsrində[2] keçirilən konfransın iclaslarında iştirak edir və sona kimi də bütün müzakirələrin gedişini diqqətlə izləyir. Təəssüflər olsun ki, bu gün də Azərbaycan adına, onun azadlıq və istiqlaliyyət, sülh uğrunda mübarizə tarixinə kölgə salanlar, böhtan atanlar, iftira söyləyənlər öz çirkin, məntiqsiz, insanlığa sığmayan işlərindən əl çəkmirlər. Bunun da bir neçə səbəbi var; siyasi və milli qərəzçilik, nadanlıq və ya müvafiq siyasi qurumların sifarişilə iş görmək. 

Fatimə Müəzzi adlı müəllif “Tarix-e moaser-e İran” (İranın müasir tarixi) dərgisinin 2008-ci ilin yayında çıxan 46-cı sayında dərc olunmuş “Pəhləvi dövrünün siyasi xadimləri – Firudin İbrahimi” başlıqlı yazısında F.İbrahiminin Paris Sülh Konfransında iştirakı barədə Ənvər Xameinin “Siyasi xatirələr”nə[3] istinadən yazır: “Sülh Konfransının gedişi barədə hesabatları hazırlayıb göndərmək üçün 1946-cı ilin iyulunda 4 nəfər mətbuat nümayəndəsi sifəti ilə İrandan Parisə yola düşdü. Firudin İbrahimi bu heyətin tərkibinə Azərbaycanın mətbuat nümayəndəsi kimi qatılmışdı. O, konfransın işi başa çatandan sonra Parisdə qaldı və 2 aydan sonra Azərbaycana qayıtdı.”[4] Aydın görünür ki, xanım Müəzzi çox ciddi məsələlərə həsr olunmuş konfransın açılış və bağlanış tarixi, oradakı məsələlərin məzmunu barədə ən bəsit məlumalara belə malik deyildir. Belə ki, sözügedən konfransın işi iki ay yarım davam etmişdir. Yazı müəllifi Fatimə Müəzzi və “Siyasi xatirələr” müəllifi Ənvər Xamei F.İbrahiminin Azərbaycana döndükdən sonra Paris Sülh Konfransının gedişi barədə “Sülh uğrunda” başlığı altında “Azərbaycan” qəzeti səhifələrində  dərc olunmuş silsilə yazılarını oxusaydılar, bu qədər məsuliyyətsiz hökmlər verə bilməzdilər. Ənvər Xamei “Siyasi xatirələrində” yazır: “Firudin İbrahimi özü ilə gətirdiyi bütün pulları iki ay müddətində eyş-işrətə xərcləyib qurtarmışdı. Mən Parisə gəlməmişdən öncə Azərbaycana qayıtmağı qərara aldı”.[5] Belə çıxır ki, Sülh Konfransında İranın mətbuat nümayəndəsi sifəti ilə iştirak etmək üçün Parisə getmiş Ə.Xamei konfransın yalnız açılış və bağlanış mərasimlərində iştirak etmiş, iclasların gedişini isə nə izləmiş, nə də hesabatlar hazırlayıb göndərmişdir. Əslində onun özü İran dövləti tərəfindən bu vəzifəni icra etmək üçün ayrılmış pulları təyinatı üzrə deyil, öz şəxsi maraqları üçün xərc etmişdir.

Bu konfransın iclaslarında iştirakın nəticəsi olaraq F.İbrahimi ADF orqanı olan “Azərbaycan” qəzetinin 9 noyabr – 10 dekabr 1946-cı il tarixləri arasında çıxmış 23 sayında “Sülh uğrunda” başlığı altında Paris Sülh Konfransı barədə geniş hesabat xarakterli silsilə məqalələrini çap etdirir. O, bu yazılarında ABŞ və İngiltərənin ikiüzlü siyasətini və həmin siyasəti təqib edən Fransanı ifşa edir, bu konfransda iştirak edən həmin dövlətlərin nümayəndələrinin keçmiş müstəmləkə dövlətlərində öz nüfuzlarını qorumaqla yanaşı, hətta yeni regionlar əldə etmək və onlarda da müstəmləkəçilik siyasətini genişləndirmək cəhdlərini aydın bir şəkildə açıqlayır.

F.İbrahimi Paris Sülh Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fəaliyyətində, Azərbaycana göndərdiyi hesabatlarında, “Azərbaycan” qəzetində bu konfrans barədə “Sülh uğrunda” başığı altında çap etdirdiyi silsilə yazılarında da Azərbaycanı, onun xalqını, milli varlığını, qurduğu Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını özü üçün əsas fəaliyyət xətti kimi qəbul etmiş və son nəfəsinə kimi də bu prinsiplərə sadiq qalmışdır.

F.İbrahimi konfrans barədə azərbaycançılıq ruhu ilə yoğrulmuş “Sülh uğrunda” başlıqlı hesabatlarına belə başlayır: “Əsas mətləbə başlamadan əvvəl səfərimin bir neçə müxtəsər yaddaş və xatirələrinə işarə etməyə məcburam və xəyal edirəm ki, bu hissə oxucuların diqqətini cəlb edəcəkdir...

Ana dilimizin düşmənləri: Mənim pasportum Təbriz polis idarəsi tərəfindən verilmiş və nəticədə Azərbaycan dilində yazılmışdır. Ona görə mən bu pasportu həmişə bir əziz yadigar kimi saxlayacağam. 

Tehrandan Parisə getməkdən ötrü Fransa vizasından əlavə İraq, Suriya, İordaniya, Livan, Fələstin və Misir tranzit vizalarına da ehtiyac var idi. Bu iş adətən Xarici İşlər Nazirliyinin əli ilə olmalı idi. Ona görə mən Xarici İşlər Nazirliyinin pasport və viza şöbəsinə müraciət etdim. Bu nazirlikdə uzun illərdən bəri mühüm və həssas postları tutub, bürokratizmin daşlaşmış fiqurlarına çevrilmiş idarə işçiləri mənim pasportumu Azərbaycan dilində gördükdə ildırım vurmuş kimi mat qaldılar: “Ağa, bağışlayın, biz bu pasportu qəbul edə bilmərik, çünki Azərbaycan dili rəsmi dil deyil”, - deyə pasportu əldən-ələ verib müxtəlif və çoxlu sayda şöbələrdə gəzdirdilər. Nəhayət, pasport idarəsinin rəisi cənab Ərdəşir mənim dəlillərimi eşitdikdən sonra[6], göstərilən dövlətlərin səfirliklərinə notalar hazırlayıb göndərdi. Pasportun Azərbaycan dilində yazılması Xarici İşlər Nazirliyi üçün həllolunmaz bir məsələ açmış və ömürlərini idarə mizinin dalında çürütmüş bürokratlar üçün əngəl olmuşdu.

          Bunlar Azərbaycan dilində yazılan pasportu rəsmiyyət ilə tanımaq istəmirdilər, lakin həmin şəxslər İran xalqının xəzinəsini talayanlar və məşhur qaçaqçılar üçün siyasi, ya xidməti pasportu hazırlayıb iki əlli onlara təqdim edir və bu oğrular üçün İrandan xaricdə hər cür diplomatik toxunulmazlıq şəraiti yaradırdılar.

          Azərbaycan dili mərkəzi hökumət tərəfindən rəsmi bir dil kimi tanınmağına baxmayaraq, Xarici İşlər Nazirliyini özləri, ya ailələri üçün daimi “tiyul”a[7] çevirən məmurlar Azərbaycan dilinə müxalifət və düşmənçilik göstərməkdən çəkinmədilər.

Lakin orada da Azərbaycan dili öz mövcudiyyətindən müdafiə edib qalib çıxdı.

Piramidlər ətəyində vətənimizin adı. Bizi Parisə aparan böyük hərbi təyyarə çərşənbə günü 7 avqust 1946-cı il tarixində saat 7-də “Mehrabad” aeroportundan uçub saat 9-da “Həbaniyə” (Bağdad) aeroportuna yetişdi. Bir saatdan sonra təyyarə hərəkət edib İraq, Cənubi Suriya, İordaniya, Cənubi Fələstin və Süveyş kanalının üstündən keçib günortadan sonra saat 4-də Helio Polis aeroportu “Əl-Məza”ya yetişdi. Müsafirlər pasportları polis dairəsinə təhvil verdikdən sonra kobud və tərbiyəsiz gömrük məmurlarının əlindən qurtarıb, “Helio Polis palas” mehmanxanasına tərəf aparıldılar. Planım bu idi ki, bu dayanacaqdan istifadə edib dərhal məşhur piramidləri görməyə gedəm. Taksi Helio Polis və Qahirə arasındakı məsafəni arxada qoyub, Nil çayının üstündəki böyük körpülərdən keçərək piramid şossesində irəli gedirdi. Piramida ətəyində mən bir neçə nəfər cavan tələbə ilə tanış oldum. Onlardan fransız dilinə bələd olan birisi məni azərbaycanlı bildikdən sonra mənə çox maraqla yaxınlaşdı və müxtəlif tarixi abidələr barədə şərh verdi...

          Mənim Misir cavanlarının siyasi həyatına dair verdiyim suallara misirli cavan çox ehtiyatla cavab verirdi. Dediyinə görə, xalqın fikir və əqidələrini təftiş edənlərdən çəkinirdi. 

Misirdə mütərəqqi və demokratik hərəkat açıq surətdə fəliyyət göstərməyə imkan tapa bilmir. Əsas Qanun “hazırkı vəziyyəti” pozan hər bir hərəkəti qadağan etmiş və cinayət qismində tanımışdır.

          Mən cavan misirli üçün əldə etdiyimiz müvəffəqiyyətlər barəsində danışdım. Azərbaycan xalqının böyük hərəkatı, kəndlilər arasında yer bölgüsü məsələsi, universitet təsisi və xüsusilə Təbriz radiosu onu ciddi surətdə maraqlandırırdı: “Biz Təbriz radiosunun xəbərlərini maraqla dinləyirik. Fransa proqramı az və müxtəsər olduğuna görə türk dilinə bələd olan yunanlılar bu işdə bizə kömək edirlər”, - deyirdi...

Xalqımızın azadlıq vədəsi verən nidası bütün Yaxın Şərq ölkələrini bürümüş və piramida ətəklərində öz vətəninin həqiqi azadlığını arzu edən misirli cavana mübarizə dərsi öyrətmişdir.”[8]

Paris Sülh Konfransı barədə Firudin İbrahimidən ardıcıl, izahlı, doğru və düzgün məlumat alan S.C.Pişəvəri 3 sentyabr 1946-cı il tarixində ADF-nin təsis olunmasının bir illiyi münasibətilə Təbriz teatr salonunda təşkil olunmuş   bayram mərasimindəki nitqində böyük bir fəxrlə qeyd etdi: “İndi Sülh Konfransında[9] Yaxın Şərqdən yox, həm də Əlcəzair və Tunisdən gələn mətbuat nümayəndələri də bizim nümayəndələrə demişlər ki, onlar da bizim böyük işimizi alqışlayırlar.”[10]

Paris Sülh Konfransının gedişini əvvəldən axıra kimi izləyən F.İbrahimi orada iştirak edən Sovet nümayəndə heyəti üzvlərinin mövqelərini təqdir və təşviq edirdi. Belə ki, o, Sovet İttifaqını kiçik dövlətlərin istiqlalını, milli mənafelərini müdafiə edən, dünyada qlobal, regional qarşıdurma və münaqişələrin qarşısının alınması istiqamətində çox böyük səylər xərc edən dövlət kimi tanıyırdı. F.İbrahimi “Azərbaycan” qəzetində çap etdirdiyi “Sülh uğrunda” başlıqlı silsilə məqalələr sırasında “Sülhün qüdrətli müdafiəçiləri” adlı yazısında deyir: “Sosialist quruluşunun əsaslı mahiyyətilə əlaqədar olaraq, Sovet hökuməti xalqlar arasında dostluq yaratmaq və davamlı bir sülh icad etmək siyasətini təqib etməkdədir. Sovet nümayəndələri Paris Sülh Konfransında demokratik və ədalətli bir sülh yaradılması yolunda böyük fədakarlıqlar göstərmişlər. Sovet nümayəndələri üç böyük dövlət arasında qəbul olunan qərarlara vəfadar qalıb və bu qərarlara əsaslanaraq, sülh düşmənlərinə qarşı ciddi mübarizə aparırdılar. Sülh konfransı qurulan zaman böyük Sovet hökumətinin sülh tələbi siyasətinə qarşı geniş təbliğat gedirdi. Bu qəbil təbliğatlardan məqsəd sülh konfransını nəticəsiz qoymaq, gələcək sülh və təhlükəsizliyin əsaslarını zəiflətmək idi. Bu qorxulu hədəfə çatmaq üçün bütün mürtəce mətbuat təchiz olunmuşdu. Sovet hökuməti, sovet xalqları çox böyük maraqla konfransın gedişiniı təqib edirdilər. Yalnız Sovet mətbuatında   konfransın bütün müzakirələrini görmək olurdu.”[11]

F.İbrahimi Parisdə olduğu müddətdə Fransanın müstəmləkəsi olan ölkələrin istiqlaliyyət və azadlıq hərəkatı rəhbərləri və nümayəndələri ilə əlaqə yaradır, onlarla fikir mübadiləsi aparırdı. Elə həmin zamanda da o, Mərakeş İstiqlal Partiyasının nümayəndə heyəti ilə də görüşür və danışıqlar aparır. O, bu danışıqlar barədə yazır: “Sentyabr ayının 19-da “Lutsiya” otelində mən bir demokrat qəzet yazarının vasitəsi ilə Mərakeşin İstiqlal Partiyasının nümayəndə heyəti ilə tanış oldum. Otelin salonunda biz bir saatdan artıq söhbət etdik. Azərbaycan hərəkatı haqqında geniş məlumatları var idi. Amma təəccüb edirdilər ki, bir müsəlman milləti Ərəb Dövlətləri Liqasının köməkliyi olmadan necə öz azadlığını əldə etməyə müvəffəq olmuşdur. Danışıqdan başa düşdüm ki, Mərakeş İstiqlal Partiyası nümayəndələri Ərəb Dövlətləri Liqasının başında duranları və imperialist dövlətlərin planlarını icra edənləri tamamilə tanımamışlar. Ərəb Dövlətləri Liqası onların nəzərində böyük bir milli qüvvə kimi görünürdü və ona görə belə düşünürdülər ki, bütün müsəlman xalqlarının nicatı bu qüvvədən asılıdır. Mən Ərəb Dövlətləri Liqasının nə olduğunu və həqiqi mahiyyətini onlar üçün izah etdim ki, hər bir millət həqiqi azadlıq əldə etmək və öz müqəddəratına sahib olmaqdan ötrü yalnız bir qüvvəyə söykənməlidir. O da millətin birliyi və bu birlikdən əmələ gələn qüvvədir.”[12]

          F.İbrahimi nəinki təcrübəli bir yazıçı və məşhur hüquqşünas, eyni zamanda da kamil bir diplomat idi. O, ana dilindən başqa fars, fransız və ərəb dillərini də mükəmməl bilirdi. Bu qabiliyyəti də sözügedən sahələrdə ona yüksək manevr etmə imkanları verirdi. 

F.İbrahimi “Sülh uğrunda” başlıqlı məqalələr toplusunun birinci hissəsini 10 dekabr 1946-cı il tarixində tamamladı. Belə ki, 23-cü son yazı həmin tarixdə “Azərbaycan” qəzetində çap olundu. Zaman fürsət vermədi. İki gün sonra - 12 dekabr 1946-ci il tarixində İran şah ordusu 13 iyun 1946-cı il tarixli Təbriz-Tehran müqaviləsinin şərtlərini pozaraq Azərbaycana hücum etdi. Həmin gün F.İbrahimi öz məsləkdaşları ilə birlikdə ADF MK-nın binasında səngər yaradaraq 34 saatlıq silahlı çatışmadan sonra  həbs olundu və zindana salındı. 

İranın xəbər agentliklərinin nümayəndələri mətbuat səhifələrində F.İbrahimi ilə zindanda keçirdikləri görüşləri əks etdirən yazılar dərc etmişdilər. Nümunə kimi onlardan birini oxucuların diqqətinə təqdim edirik:  

“Ondan soruşduq: - Siz prokuror olduğunuz zaman hansı işləri icra etmisiniz?  

O cavabında dedi: - Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs olunan günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik.  

Sual etdik: - Bəs, o xalq haradadır, niyə sizin ölümünüzü istədilər? 

Cavab verdi: - Mənim kimilərin ölümünü istəyənlər imperialist ağalarının göstərişlərini yerinə yetirən mürtəce Tehran hökumətidir. Bu gün xalqımızın əl-ayağı, fəhlə, kəndli, zəhmətkeş və həmçinin əli qələm tutan ziyalıların dili bağlanmışdır. Amma bu əsarət zəncirləri əbədi deyil və onların qüdrətli əlləri ilə açılacaqdır.”[13] 

Zindanda qaldığı 6 ay ərzində ağır işgəncələrə məruz qalan, bütün çətinliklərə dözən F.İbrahimi fəxrlə deyirdi: “Mən öz ömrümü Azərbaycan zəhmətkeşlərinin və bütün İranın azadlığı, səadəti yolunda sərf etmişəm. Bu zaman içərisində çalışdım ki, öz vəzifəmi şərəflə yerinə yetirim. Mən xalq mübarizəsinin şölələri içərisində tərbiyə olunmuşam. Bu üzdən də özümü xalqa xidmətdə borclu bilirəm və müqəddəs mübarizə yolunu tutduğum üçün fəxr edirəm. Mübarizəmin bu axır mərhələlərində də öz iradə və cəsarətimi qoruyacağam.”[14] 

O, satqın şah rejiminin təşkil etdiyi məhkəmədə özünü müdafiə edərkən, əslində bütün İran xalqlarının və zəhmətkeşlərinin hüquqlarını müdafiə edirdi və imperialistlərin cinayətlərini, onların daxili nökərlərini ifşa edirdi. F.İbrahimi məhkəmədəki çıxışlarında demişdi: “Gələcək zəhmət təri tökən, işin çoxluğundan əlləri qabar bağlamış insanlarındır. Həmin qabarlı əllər bütün zindanların və işgəncə yerlərinin qapılarını açacaq, bütün cəllad və zülmkarları məhv edəcəkdir. Gün gələcəkdir ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, onların mədəniyyət və milli qürurlarını tapdalayanlar, öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqlar.[15]   

Edamdan iki gün öncə F.İbrahimi Paris Sülh Konfransına gedərkən aldığı kostyumun zindana göndərilməsini istədi. Sübh tezdən, üzünü qırxdıqdan sonra ağ köynəklə kostyumunu geyindi, qırmızı rəngli qalstukunu boynuna vurdu. Səliqəsinə xüsusi diqqət yetirdi. O, bəzi yoldaşlarının təəccübünü görüb onlara dedi: “Biz öz həyatımızı bütünlüklə paklıq və şərəf içərisində keçirdik, niyə dar ağacı altında pərişan halda görünməliyik?”[16] 

F.İbrahimi 1947-ci ilin 23 may gününün səhəri saat 4-də Təbrizin Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısındakı meydanda edam olundu. Kəndir boynuna salınmamışdan öncə gözlərini qapadı və vida əlaməti olaraq üzünü Savalan dağı istiqamətinə tutaraq başı ilə təzim etdi və sonra cəlladların cəkic zərbəsi kimi fərqinə vardıqları uca səslə dedi: 

“Yaşasın Azərbaycan! 

Yaşasın azadlıq! 

Məhv olsun istibdad! 

Yaşasın İran xalqlarının birliyi!”[17] 

Həmin gün bütün Azərbaycan xalqı matəmə qərq oldu. Təbrizin mübariz cavanları mitinq və etiraz nümayişləri, “intiqam komitələri” təşkil etdilər. 

İnanırıq ki, F.İbrahimi şəxsiyyəti, sürdüyü ömür, Azərbaycanın azadlığı uğrunda keçdiyi mübarizə yolu, göstərdiyi qəhrəmanlıq, milli kimliyimizi və varlığımızı bütün dünyaya tanıtdırmaq işində qələmindən çıxan yazıları günümüzün gəncliyi və gələcək nəsillərimiz üçün örnək olacaq və uğrunda şəhid olduğu gün də gələcəkdir. 

F.İbrahimi həm yazıları, həm də əməlləri ilə millətinin layiq olduğu yeri bütün dünyaya tanıtdıra bildi, Azərbaycanın şəhidlik tarixində ən müqəddəs və uca zirvə də məhz ona aiddir.

 

Bayramzadə Səməd Zülfəli oğlu, 

dosent, tarix üzrə fəlsəfə doktoru,

AMEA akad.Z.Bünyadov adına

Şərqşünaslıq İnstitutunun

Cənubi Azərbaycan şöbəsinin müdiri

 


[1]Paris Sülh Konfransı — 1946-cı il iyulun 29-da Parisdə 21 dövlətin iştirakı ilə öz işinə başlamış və həmin ilin  oktyabr ayının 15-də öz işini başa çatdırmışdır.

[2]II Dünya müharibəsindən öncə Fransa Senatı bu qəsrdə fəaliyyət göstərirdi.

[3]انور خامه‌ای.خاطرات سیاسی.تهران،گفتار و علم،1372.ص 537

[6] Şübhəsiz ki,   F.İbrahiminin cənab Ərdəşir ilə  görüşü zamanı ortaya qoyduğu dəlillər 1946-cı il aprelin 22-də (2 ordibeheşt 1325) İranın Qəvamüssəltnə hökumətinin Azərbaycan barədə 7 maddədən ibarət  bəyannaməsinin 3-cü (ADF MK orqanı  “Azərbaycan” qəzeti, 27 ordibeheşt 1325/17 may 1946) və 13 iyun 1946-cı ildə Təbriz şəhərində Azərbaycan Milli Hökuməti və Qəvamüssəltənə dövləti arasında    arasında imzalanmış  müqavilənin 12-ci  (ADF MK orqanı  “Azərbaycan” qəzeti, 26 xordad 1325/16 iyun 1946) maddəsinə  söykənirdi. 

[7] Hədiyyə edilən torpaq mənasını daşıyır.

[8]“Azərbaycan” qəzeti (ADF orqanı), say 56 (345), 9 noyabr 1946

[9] 29 iyul-15 oktyabr tarixlərində Fransanın Paris şəhərində keçirilən Sülh Konfransı nəzərdə tutulur. 

[10]“Azərbaycan” qəzeti (ADF orqanı), say 1 (290), 5 sentyabr 1946

[11]“Azərbaycan” qəzeti (ADF orqanı), say 74 (363), 2dekabr 1946

[12]“Azərbaycan” qəzeti (ADF orqanı), say 59 (348), 12 noyabr 1946

[13]Sitat 1982-ci ildə İXP tərəfindən çap olunmuş «Tudə şəhidləri” kitabının I cildindəki “Şəhid yoldaş: Firudin İbrahimi” adlı başlıqdan götürülmüşdür/http://www.sedayemardom.net/?p=26580

[14]Yenə orada

[15]Yenə orada

[16]Yenə orada

[17]Sitat Firudin İbrahiminin ölümünün 63-cü ildönümü münasibətilə 21 may 2010-cu il tarixində Behruz Mətləbzadənin “Azrbaycan” saytında dərc olunmuş “Tutuqluların prokuroru!” adlı məqaləsindən götürülmüşdür/http://www.azer-online.com/azer/?p=14535

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟
САМОЕ ЧИТАЕМОЕ
  1. Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil
  2. ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.
  3. İRAN İKİ CƏBHƏDƏ VURUŞUR
  4. Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы
  5. НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ
  6. Скрытая архитектура Торы: взгляд через схему (Часть I)
  7. HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
  8. ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი
  9. Илия II как объединитель грузинского общества
  10. İranın Qafqazda nüfuz davası
  11. Нисону — Песах
  12. "Qarabağ", Milli futbol komandası və milli ideologiya
  13. Седакъет Керимова : СА ХАХАДИЗ
  14. Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие
  15. Скрытая архитектура Торы: взгляд через схему (Часть II)
  16. Risky Partnership
  17. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması
  18. Fələstin Torpaq Gününün 50 illiyi
  19. Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya
  20. Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı
  21. Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü
  22. «Шеш кнафаим»: книга, потерянная по дороге
  23. «Красная среда»: Праздник творения и начало жизни в езидской вере
  24. Rəhbər Xameneyinin başına nə gəldi?
  25. Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )
  26. Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш
  27. Что происходит в Юго-Восточной Азии?
  28. XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST
  29. Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно
  30. İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin
  31. YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы
  32. Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?
  33. SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
  34. Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə
  35. В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном
  36. XHAR – LƏZGİ OCAĞI
  37. Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом
ОПРОС

Где будете встречать Новый год?


 
«    May 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
ГАЛЕРЕЯ