Ethnoglobus » ПРАЗДНИКИ, ОБРЯДЫ » Böyük Çillə-Qaraqış başladı

Böyük Çillə-Qaraqış başladı

Böyük Çillə-Qaraqış başladı
ПРАЗДНИКИ, ОБРЯДЫ
Ethnoglobus.Az
Фото: Ethnoglobus
16:54, 21 dekabr 2025
697
0
Bu gün saat 19.03.01-də Azərbaycana qış fəsli daxil olur. Yəni planetin Şimal Yarımkürəsinə qış, Cənub Yarımkürəsinə yay fəsli gəlir. 
Böyük Çillə-Qaraqış başlayır…
Astronomik izah: 
Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək. 
Yəni 40 gün Böyük Çillə-Qaraqış, 20 gün Kiçik Çillə-Yalquzaq ayı, 30 gün Boz ay…Xalq təqvimində iki gün fərqi olur…
Qaraqış haqqında qısa-qısa…
...Qədim bayramların, mərasimlərin  keçirilməsində astronomik proseslər, coğrafi enlik, coğrafi uzunluq, iqlim, coğrafi şərait, tarixi gedişat, etnik özünəməxsusluqla yanaşı təsərrüfat həyatı, maddi-mənəvi mədəniyyət, ailə məişəti və s. əsas yerdə durur.
Bayramların adlandırılması, müxtəlif dini inanclarla əlaqələndirilməsi sonrakı, yozulması bir çox hallarda subyektiv məsələlərdir...
Günəş Qış gündönümündə zodiakın ən dərin guşəsinə - Oğlaq (Təkə) bürcünə girir. Bununla da  “Böyük Çillə”, el arasında “QARAQIŞ” deyilən dövr başlayır...
Yer planetinin Günəş ətrafında dövrü 365,2422 gündür, təqvim ili isə 365/366 gündür. Buna görə də qış gündönümü bəzən 21 dekabra, bəzən də 22 dekabra düşür. Məsələn, keçən il qış 22 dekabrda başlamışdı…
Sibirdə, Qazaxıstanda elə indi də 21 dekabr- Böyük Karatün gecəsi, 22 dekabr isə Nurtuğan bayramının başlanğıcı sayılır...
Böyük Karatün gecəsi Böyük Qara Zülmət mənasına gəlir...
Həmin gecəyə “Çillə gecəsi”, “Şəbi - yelda”, “Leylət - təvil” (ilin ən uzun və qaranlıq gecəsi) də deyilir...
Qış gündönümü gecəsi astronomik illik dövr başa çatır...  
Qaranlıq ən uzun dövrünə çatır və geri çəkilməyə başlayır...
“Çillə gecəsi”ndən sonra, günəş tədricən üfiqdən yuxarı qalxır, yeniləşmiş vəziyyətə gəlir....
Bu gecə Günəş geri dönür...Yəni Şimal Yarımkürəsinə doğru irəliləməyə başlayır...
“Gün dönümü”ndən sonrakı günlərdə Günəş bir az erkən çıxır, bir az geç batır, gündüzlər uzanmağa başlayır…
“Böyük Çillə” qışın başlanğıc günündən, yəni dekabrın 21-dən fevralın 1-2-dək olan qırx günlük vaxtdır, bu müddət isə hər biri 7 gündən ibarət 4 balaca çilləyə (çilləbeçəyə) bölünür... 
Böyük Çillə - qışın oğlan çağıdır....
Böyük Çillə kişilərin bayramıdır...
Qaraqış günləri cəmiyyətin özünü səfərbər etdiyi dövrdür...
Qaraqış günləri insanların, ailələrin, cəmiyyətin, dövlətin sınaq dövrüdür...
Böyük Çillə şifahi xalq yaradıcılığı, folklor nümunələrində, eləcə də bir sıra yazıçılarımızın əsərlərində əksini tapıb...
Səhəngdəki qarpızı kəsmək zamanıdır... 
Azərbaycanda XX əsrin ortalarınadək səhəngdə saxlanılan “Çillə qarpızı” kəsilər, nişanlı qıza pay verilər, ilin ən uzun gecədə nağıllar, dastanlar söyləyərdilər...  
Qarpızın səhəngdə saxlanmağına inanmadınız? 
Çillə qarpızının qabıqları atılanda niyyət tutulur, tumları isə bərəkətli il olması üçün saxlanılırdı... 
“Böyük Çillədə suvaran çox, Kiçik Çillədə suvaran isə az məhsul götürər”
“Qışda işini bilən, yazda-yayda ziyan çəkməz”
Böyük Çillə Novruza doğru yolun başlanğıcıdır..
...İndi də Şimallı-Cənublu Azərbaycanın bölgələrində “Böyük Çillə” keçirilir. Kiminsə həmin mərasimi qeyd etməməsi, unutması, yaxud istədiyi kimi yozması bu mərasimin əvvəllər keçirilməməsi anlamına gəlməz.
Bəhmən Əliyev, 
t.ü.f.d., dosent, etnoloq




Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
“QARAQIŞ”, YƏNİ “BÖYÜK ÇİLLƏ” BAŞLAYIR
“QARAQIŞ”, YƏNİ “BÖYÜK ÇİLLƏ” BAŞLAYIR
20.12.23, ПРАЗДНИКИ, ОБРЯДЫ
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Novruz bayramının tarixi kökləri
Novruz bayramının tarixi kökləri
20.03.22, ПРАЗДНИКИ, ОБРЯДЫ / КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
KİÇİK ÇİLLƏ –YALQUZAQ ayı başlayır
KİÇİK ÇİLLƏ –YALQUZAQ ayı başlayır
31.01.24, ЭТНОГРАФИЯ / ПРАЗДНИКИ, ОБРЯДЫ
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
"Boz ay" başladı
"Boz ay" başladı
22.02.22, КУЛЬТУРА / ПРАЗДНИКИ, ОБРЯДЫ
VƏHY  TƏHKİYƏÇİSİNİN  MÜƏLLİF  “BİZ”İ
VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ
26.05.25, ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
Kiçik Çillə ilə Böyük Çillənin mübahisəsi nə ilə bitib?
Kiçik Çillə ilə Böyük Çillənin mübahisəsi nə ilə bitib?
05.02.23, ПРАЗДНИКИ, ОБРЯДЫ
İRANIN  AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN  MƏRHƏLƏLƏRİ
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
23.04.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА