Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü
- 9-04-2026, 09:06
- В МИРЕ
- 0
- 303
Foto: google
Vidadi Mustafayev
19 fərvərdin1405\ 8aprel 2026.Bu günün tarixi hadisəsi ABŞ,İsrail-İran müharibəsinin 40-cı günündə ABŞ ilə İran arasında 2 həftəlik ATƏŞKƏS elan olunmasıdır.
Bu gün bir çox digər hadisələr də baş verib.
1.İranın keçmiş Rəhbəri ayət.S.Ə.Xameneinin həlak olmasının 40-cı günüdür
2.İslam aləmində ilk dəfə dəfn olunmamış insanın(S.Ə.Xamenei) 40 mərasimi keçirilir.
3.Dəqiq məlum olmasa da, dünyada ilk dəfədir ki,fəaliyyətqabiliyyətini( müvəqqəti də olsa) itirmiş şəxsin(yeni Rəhbər M.Xamenei)ölkəni “idarə etməsinin” 31-ci günüdür.
4. İlk dəfə D.Trampın İranı əməlli-başlı qorxutduğu gündür.İran qorxusundan Trampın Hürmüz boğazı ilə bağlı tələbini qəbul etdi.
Buna qədər İran and-aman edirdi ki,heç vaxt atəşkəsə razı olmayacaq,müharibənin birdəfəlik başa çatmasını tələb edir.
5.Bu gün D.Trampın bir “YALANI” da üzə çıxdı,O deyirdi,ki İranda müzakirə aparacaq insanı müəyyən etmişik,İranda isə hamı onu yalanlayırdı.Amma bu gün elan olundu ki,İrandan müzakirə komandasına Parlamentin Spikeri Məhəmməd Bağır Qalibaf başçılıq edəcək.
6.İran bütün səviyyələrdə elan edir ki, Amerikanı diz çökdürüb, qalib gəlmişdir. Qələbənin göstəricisi kimi Amerikanın guya İranın danışıqlara başlamaq üçün təklif etdiyi şərtləri qəbul etməsi qeyd edilir.
7.ABŞ elan edir ki, İrana qalib gəlib, qələbənin göstəricisi kimi, İranın son anda, Trampın ultimatumunun vaxtının bitməsinə 90 dəqiqə qalmış Hürmüz boğazının açılması tələbini yerinə yetirməyə hazır olduğuna razılıq verməsi qeyd edilir.
8.Amerika,İsrail- İran müharibəsi Amerikanın super güc olmadığını sübut etdi.Amerika da Rusiya kimi nüvə bombası hesabına supergüc hesab olunur.Rusiya 4 ildən çoxdur Ukraynaya,ABŞ 40 gündür İrana qalib gələ bilməyib.
9.İranın bütün qonşuları, bəziləri nəzəri, digərləri( ərəb ölkələri) öz təcrübələrində İranın necə”mehriban” qonşu olduğunu bir daha gördülər.
İranlılar və iranpərəstlər iddia edirlər ki,guya ABŞ İranın 10 bəndlik təkliflini son sənəd kimi qəbul edib.Amerika isə həmin təklifləri danışıqların bazası kimi qəbul etdiyini deyir.10 bəndin ikisi Amerikanın(BMT TŞ sanksiyaları;BAEA sanksiyalarının ləğvi) səlahəyitlərindən kənardır.İcrası qeyri-mümkün olan bəndlər də vardır. İran spikerinin müavini bəyan edir ki, bütün bəndlər qəbul edilməsə, Rəhbər sazişi imzalamayacaq.
Amerika bundan əvvəl İrana 15 bəndlik təklif göndərmidir.İran onları qəbul etmədiyini bəyan edirdi.Amerikanın Müdafiə naziri bəyan edir ki, İran onların şərtlərini qəbul etməsə, elektrik stansiyaları və körpüləri bombalanacaq.
İndi kim deyə bilər ki, kim kimin şərtlərini qəbul edəcək, hazırda kim qalibdir.
Şərtlərin müqayisəsi göstərir ki, iki həftədən sonra çox güman ki, müharibə davam edəcək, nəinki sülh bərqərar olacaq.\8 aprel 2026
















