Ethnoglobus » В МИРЕ » Tərəddüdlü iran

Tərəddüdlü iran

Tərəddüdlü iran
В МИРЕ
Ethnoglobus.Az
Фото: Ethnoglobus
20:08, 22 iyun 2026
805
0

Foto: google

RƏHBƏR RƏHBƏR DEYİL

İslam inqilabının rəhbəri( əgər fiziki mövcuddursa) dünən(18.06.2026) 18 iyun 2026-cı il tarixində Amerika və İran  arasında imzalanmış Anlaşma memorandumu  ilə bağlı İran xalqına müraciət  ünvanlayıb.

Müraciətdə o cümlədən deyilir:”Prinsipcə, mənim fərqli fikrim var idi,  amma Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi hörmətli Prezidentin İran xalqının və Müqavimət Cəbhəsinin hüquqlarını qorumaq üçün öz adından və digər üzvlər adından  götürdüyü öhdəliyi və  məsuliyyət daşıdıqlarını bildirdiklərini nəzərə alaraq ona   [razılaşmanın imzalanmasına ]icazə verdim”.

Müraciətdə daha sonra deyilir ki, İran milləti və bu kiçik xidmətçi  sənəddəki  şərtlərin yerinə yetirilməsini gözləyəcəklər.Lakin gələcəkdə keçiriləcək üzbəüz danışıqlarda düşmənin nöqteyi-nəzəri qəbul edilməyəcək .

Qısa müraciətin məğzi qeyd edilən iki abzasda öz əksini tapmışdır.

Buradakı fikrlər haqqında çox danışmaq olar.Lakin ilk təəssürat kimi aşağıdakıları demək olar.

1.Rəhbərin adından yayımlanan müraciətdə  sənəd “Amerika və İran prezidentləri arasında imzalanmış” sənəd adlandırılır.Halbuki sənəd rəsmi şəkildə  “İran və Amerika”arasında  imzalanmış sənəd adlanır.

Bu zahirən xırda bir dəyişiklik əslindəindiki və sonrakı hadisələr üçün nəinki Rəhbərin, eləcə də onunla həmfikir olan bütün hakimiyyət qolları,siyasi və və qeyri-rəsmi təzyiq qrupların heç bir məsuiyyət daşımadığını  vurğulamaq məqsədinə xidmər edir.

2.Rəhbərin İran-Amerika müharibəsinin bitəməsi haqqında öz , ayrıca, fərqli fikri var imiş.

Həmin fikrin nədən ibarət olduğu açıqlanmasa da, onu da Rəhbərin İranın idarə edilməsində heç bir rol oynamadığı və   sonrakı hadisələr qarşısında heç bir məsuliyyət daşımıdığı mesaji kimi oxumaq olar..

3.Rəhbər sənədin imzalanmasına iki şərtlə icazə verib.

3.1 Ali Milli Təhkükəsizlik Şurasının sədri kimi Prezident  öz adından  və danışıq aparan digər rəsmilər adından İranın və Müqavimət cəbhəsinin maraqlarını qoruyacağı barədə öhdəlik götürüb.

Prezidentin Rəhbər qarşısında belə öhdəlik götürməsinin qeyd edilməsi müraciəti tərtib edənlərin ya tam savadsızlığını, ya da bəri başdan bütün məsuliyyəti  prezidentin ayağına yazmağa hazır oduqlarını  göstərir.Savadsız ona görə ki, İranın maraqalrını, ərazi bütövlüyünü, suverenliyini qorumaq prezidentin Əsas qanunla müəyyən edilmiş vəzifələrindəndir.

3.2Prezident və qeyd edilən rəsmilər Rəhbəri əmin ediblər ki, imzalanan  sənəd üçün məsuliyyət daşıyırlar.

Bunu Rəhbərin adından qeyd etməyin qətiyyən yeri deyil, çünki ölkənin bütün səviyyədən olan   rəsmiləri daşıdıqları vəzifələrə görə Rəhbər, millət, Əsas qanun qarşısında məsuliyyət daşıyırlar.

Bütün bunlar Rəhbərin İranın idarə edilməsində heç bir rolu olmadığını və Prezident və bütün danışıq tərəfdarlarının  hakimiyyətdən uzaqlaşdırmaq üçün hazırlıq getdiyini göstərir.İndi qalır Müvəqqəti sazişin yerinə yetirilməsinə mane olmaq.Buna da hələlik İsrail Livana-Hizbullah mövqelərinə hücumları ilə geniş miqyasada yardım edir.

Rəhbərin müraciəti göstərir ki, İranın Nüvə sahəsində  ilk hərtərəfli  saziş bağlnmasının(2015-ci ildə imzalanıb, 2016-cı ilin əvvəlindən qüvvəyə minib) əsas tərəfdarı olan  prezident H.Ruhaninin  Müqavilə bağlanandan  iki il sonra(2018) indiki prezident Trampın Müqavilədən bir tərəfli qaydada çıxmasından sonra yaranan və prezident və bütün islahat cəbhəsinə qarşı yönəlmiş hərtərəfli  təbliğat və təxribatların təkrar olmaq ehtimalı böyükdür. Deyilənlərə görə, İranda Nüvə sazişinin əleyhdarlarının”ciddi səyi” nəticəsində Tramp məlum qərarı qəbul etmişdir.Bundan sonra da H.Ruhaninin, öz sözlərinə görə,  prezidentliyinin sonlarana(2013-2021) doğru Amerikanın C.Bayden administrasiyası ilə saziş bağlamağa lap yaxın olsalar da, yeni seçilmiş (2021) mühafizəkar prezident İ.Rəisi  və onun komandası  keçid mərhələsində sənədin imzalanmasına mane olmuş və sonra həmin məsələyə qayıtmamışlar.

Rəhbərin müraciəti həmin ssenarinin təkrar olunma ehtimalının son dərəcə yüksək olduğunu göstərir.Belə ki, danışıqlar məsələsi meydana gələndən bu günə kimi ona qarşı yerli medianın məlumatına görə, sayca az, təsir imkanı böyük olan güclü müxalifət fəaliyyət göstərir.\19 iyun 2026




Vidadi Mustafayev

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
Rəhbər Xameneyinin başına nə gəldi?
Rəhbər Xameneyinin başına nə gəldi?
07.04.26, В МИРЕ
Qüds azadlıq yolunda
Qüds azadlıq yolunda
28.04.22, АНАЛИТИКА
VƏHY  TƏHKİYƏÇİSİNİN  MÜƏLLİF  “BİZ”İ
VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ
26.05.25, ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
02.12.24, АНАЛИТИКА
Küftə haqqında dastan.
Küftə haqqında dastan.
01.06.22, КУЛЬТУРА