Ethnoglobus » В МИРЕ » Fələstinin Bakıdakı səfirliyinin bəyanatı

Fələstinin Bakıdakı səfirliyinin bəyanatı

Fələstinin Bakıdakı səfirliyinin bəyanatı
В МИРЕ
Ethnoglobus.Az
Фото: Ethnoglobus
14:16, 27 may 2026
1 006
0

Foto: google

Fələstin Dövləti bir sıra ərəb və İslam ölkələrinin xarici işlər nazirlərinin Qəzzaya doğru hərəkət edən flotiliyanın iştirakçılarına qarşı israilli ifratçı nazir İtamar Ben-Qvir tərəfindən törədilmiş dəhşətli və alçaldıcı hərəkətləri pisləyən bəyanatını dəstəkləyir.

Səudiyyə Ərəbistanı Krallığının, İordaniya Haşimilər Krallığının, Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin, İndoneziya Respublikasının, Pakistan İslam Respublikasının, Türkiyə Respublikasının, Qətər Dövlətinin və Misir Ərəb Respublikasının xarici işlər nazirləri İsrail tərəfindən saxlanılma zamanı Qəzzaya doğru hərəkət edən flotiliyanın iştirakçılarına qarşı israilli ifratçı nazir İtamar Ben-Qvir tərəfindən törədilmiş dəhşətli, alçaldıcı və qəbuledilməz hərəkətləri ən sərt formada pisləyirlər.

Nazirlər Ben-Qvirin saxlanılan şəxslərə qarşı qəsdən və açıq şəkildə həyata keçirdiyi alçaltmanın insan ləyaqətinə qarşı rüsvayedici hücum olduğunu və İsrailin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququ üzrə öhdəliklərinin açıq şəkildə pozulması demək olduğunu təsdiq edirlər.

Həmçinin nazirlər Ben-Qvirin və digər İsrail rəsmilərinin işğal olunmuş Fələstin ərazisində fələstinlilərə qarşı törətdikləri qanunsuz və ekstremist təhrikçilik və zorakılıq aktlarını ən sərt formada pisləyir və qınayırlar.

Nazirlər xəbərdarlıq edirlər ki, Ben-Qvirin təxribat xarakterli hərəkətləri nifrət və ekstremizmi alovlandırır, iki dövlətli həll əsasında ədalətli və davamlı sülhə nail olunmasına yönəlmiş səylərə mane olur.

Nazirlər Ben-Qvirin öz əməllərinə görə məsuliyyətə cəlb edilməsini tələb edir, onun təxribatlarına, təhrikçiliyinə və təkrarlanan pozuntularına son qoymaq, hədələrini davam etdirməsinin qarşısını almaq, bu cür hərəkətlərə dözümlülük göstərilməməsini və onların təkrar olunmamasını təmin etmək üçün konkret tədbirlər görülməsinə çağırırlar. Eyni zamanda bütün saxlanılan şəxslərin insan hüquqlarının qorunmasının və ləyaqətinin təmin edilməsinin, onlarla humanist rəftar olunmasının, eləcə də işğal olunmuş Fələstin ərazisində beynəlxalq hüquqa tam riayət edilməsinin zəruriliyini vurğulayırlar.

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
"Sionist İsrail və Şeytan Amerika" İranı necə xilas etdi?
"Sionist İsrail və Şeytan Amerika" İranı necə xilas etdi?
02.09.24, ЭТНОПОЛИТИКА
Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?
Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?
08.07.26, ЭТНОПОЛИТИКА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Gazze'deki savaşın Doğu Akdeniz'deki gaz sahalarının gelecekteki gelişimi üzerinde uzun vadeli sonuçları olabilir
Gazze'deki savaşın Doğu Akdeniz'deki gaz sahalarının gelecekteki gelişimi üzerinde uzun vadeli sonuçları olabilir
24.12.23, АНАЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Vaşinqton Fələstin-İsrail münaqişəsini Fələstinin iştirakı olmadan həll edir?!
Vaşinqton Fələstin-İsrail münaqişəsini Fələstinin iştirakı olmadan həll edir?!
28.04.22, АНАЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Qüds azadlıq yolunda
Qüds azadlıq yolunda
28.04.22, АНАЛИТИКА
İSLAM VƏ ƏRƏB DÜNYASININ HƏMAS- İSRAİL MÜHARİBƏSİNƏ MÜNASİBƏTİ
İSLAM VƏ ƏRƏB DÜNYASININ HƏMAS- İSRAİL MÜHARİBƏSİNƏ MÜNASİBƏTİ
16.11.23, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Qüds, Azərbaycan və Dağlıq Qarabağ
Qüds, Azərbaycan və Dağlıq Qarabağ
09.06.24, ЭТНОПОЛИТИКА