Ethnoglobus » ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ » "Qarabağ", Milli futbol komandası və milli ideologiya

"Qarabağ", Milli futbol komandası və milli ideologiya

"Qarabağ", Milli futbol komandası və milli ideologiya
ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ / ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
11:30, 26 aprel 2026
1 056
0

  

Gülnara İnanc, kvant psixoloqu, mentor, Ethnoglobus.az beynəlxalq onlayn araşdırma mərkəzinin qurucusu, etnopsixoloq və ekspert

 

(Yazı çöl işlərim və uzun illər apardığım araşdırmaların nəticəsində yazılıb)

 

“Qarabağ” futbol klubu adı ilə bərpa olunan komandanın müasir tarixi 1987-ci ildən başlayır. Qeyd edək ki, Qarabağın Azərbaycanın tərkibindən çıxarılması İdeologiya kimi 1985-ci ildə, şüar kimi səslənməsi isə  ilk dəfə 1987-ci ilin oktyabrında Erevanda keçirilən ekologiyaya həsr olunmuş mitinqlərdə başlamışdı.

Belə bir müqavimət fonunda yaranan komanda torpaqlarımızın işğalından sonra milli ideologiyanın alətlərindən biri idi. 30 il “Qarabağ” kəlməsi , o cümlədən bu ad altında mövcud olan hər bir proses  bu torpaqların Azərbaycana məxsusluğunu səsləndirməli idi. 


 “Qarabağ” artıq bir coğrafiya deyil, dinindən etnik kimliyindən asılı olmayaraq hər bir azərbaycanlının qeyrət , namus məsələsi idi. 

Belə bir şəraitdə “Qarabağ” kəlməsi bütün təzahürləri ilə milli birləşdirici ideologiyaya çevrildi.  Geniş coğrafiyada yayılma imkanlarına görə idman , xüsusilə də futbol bütün dünya azərbaycanlılarını birləşdirən “Qarabağ” ın Azərbaycana məxsusluğunu dünyada səsləndirməli idi.

 

Təqdimat nizamına diqqət etsək birinci yerdə “ Qarabağ” ikinci yerdə “Azərbaycan” gəlir. Torpaqlarımızın işğal altında olduğu illərdə SSRİ tərkibindən yeni ayrılmış Azərbaycan dünya coğrafiyasında tanınmırdı. Bununla yanaşı, “Qarabağ” kəlməsi savaş səbəbindən gündəmdə idi.

Yəni, şüurda “Qarabağ” , şüuraltında isə “Azərbaycan “ idi.

 

Həmin illərdə “Qarabağ”ın oyunları futbolu sevməyənlərin belə diqqətini özünə çəkirdi. Bütün Azərbaycanın enerjisi onun oyunlarına yönələk “12-ci” oyunçu olurdu. Xatırlayaq ki, həmin dövrdə bütün dünyaya “Qarabağ” deyə bağırmağa çalışır, haqqımızı istəyirdik.   Diqqət etsək, bu prosesdə Azərbaycan ikinci plana keçirdi. Bu, emosional-psixoloji, mental-fizioloji bir haldır. Sağlam olanda diqqətimiz bütün bədəndə, bir orqanımız ağrıyanda isə bütün diqqətimiz onda olur. Qeyd edək ki, bütün enerji “Qarabağa” yönəldiyi üçün o, qürur, milli futbol futbol komandamız isə gülüş atributuna çevrilmişdi. 

 

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız azad olunduqdan sonra “Qarabağ” milli birləşdirici ideologiya funksiyasını itirdi. Əvvəla, “ Şəhidlər olməz, vətən bölünməz” şüarı leqioner oyunçular üçün heç bir əhəmiyyət daşımır. Yəni, Azərbaycanlı üçün müqəddəs olan şəhidlər maddi maraq və karyera üçün satın alınmış bir futbolçu üçün heç bir mənəvi-əxlaqi, psixoloji-emosional  dəyəri yoxdur. Bu, təbiidir.

 

UEFA Çempionlar Liqası pley-off mərhələsində “Qarabağa” məğlub olandan sonra Macarıstanın “Ferentsvaroş”komandaının baş məşqçisi Robbi Kin müsahibəsində demişdi:  “Millidən neçə oyunçunuz var? Bunlar hamısı oyunçularla bağlıdır. Xarici oyunçularınız var. Millidə oynayanlar çox yoxdur ki, “Qarabağ”da. Amma bizdə Macarıstan millisində oynayan 6 oyunçu var. Sizdə 3 oyunçu var idi. 7-8 oyunçu isə xaricilər idi. Bir çox hallarda 5-6 macar futbolçu komandada olur. “Qarabağ” fərqli məsələdir. “Qarabağ”ı Azərbaycan olaraq nəzərə almayaq. Burada xaricilər var.” 1.

 Gördüyümüz kimi, R.Kin “Qarabağ”ın milli komanda olmadığını vurğulayır və bununla dediklərimizi kənar baxışla təsdiqləyir.

Diqqət etsək, artıq “Qarabağ” FK mövzusunun tənqid toxunulmazlığından çıxdığını görərik. Bu komandaya istiqamətlənən enerji artıq digər komandalar arasında paylamnağa başlayıb-burada azarkeşlərin- tərəfdarların da artıq “Qarabağ”dan ayrılaraq öz sevdikləri (bölgə, simpatiya, yaxud enerjiyə əsaslanaraq) komandaları seçdiyini müşahidə edirik.

 

Beləliklə,  Vətən müharibəsindən sonra “Qarabağ” FK -da işğal olunmuş torpaqlarımızın ümumiləşdirilmiş  coğrafi təcəssümü missiyasını, birləşdirici amil kimi  Azərbaycanın milli ideologiyası funksiyasını yekunlaşdırdığı üçün onun  yerini bu idman növünün populyarlığını nəzərə alaraq Azərbaycan milli futbol komandası tuta bilər. 

 

Fikir veririksə, bu halda Azərbaycan kəlməsi və anlayış artıq dövlətçilik kimliyi mərkəzə keçərək birləşdirici vətəndaş amilinə çevrilir. 

 

Azərbaycan Milli Futbol komandasının milli ruhu birləşdirəcək vacib amillərdən biri onun legionerlərdən deyil, azərbaycanlı idmançılardan formalaşdırılmasıdır.  


Azərbaycan bayrağı, himni, ruhu, sərhədləri onun üçün yüksək toxunulmaz dəyər olan futbolçulardan. Burada Türk A Milli futbol komandasındakı bəzi oyunçuların Avropada yaşadığı ölkələrini təmsil etmək şansları olduğu halda Türkiyəni seçmələri nümunəsi var.


Qeyd: Azərbaycan Milli Futbol komandası mövzusunu növbəti yazılarda davam edəcəyik.


İstinad: 1. “Qarabağ”ın sonrakı oyunları məni maraqlandırmır” — Robbi Kin

 

 

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Azərbaycanın ilk KVANT PSİXOLOQU Gülnara İnanc Lent.az-a danışdı: Zəngin olmaq üçün 3D-dən çıxmaq lazımdır
Azərbaycanın ilk KVANT PSİXOLOQU Gülnara İnanc Lent.az-a danışdı: Zəngin olmaq üçün 3D-dən çıxmaq lazımdır
15.02.22, ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ
TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ
14.11.24, КОНФЕРЕНЦИИ
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN
11.07.23, ЭТНОПОЛИТИКА
HEYDƏR   ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
10.05.25, ИСТОРИЯ И ОБЩЕСТВО