XURAFAT, YAXUD MOLLA PROFESSOR
VİDADİ MUSTAFAYEV
Foto: www.cbo.gov
İslam maarifi və tarixi üzrə universitet professoru,hövzə( dini təhsil sistemi) müdərrisi,dini və siysi məsələlər üzrə ekspert,radio-televiziya verlişlərində tez-tez çıxış edən, tanınmış xətib adlandırılan, Müstəzəfan( zəiflər- istikbara( güclülər) antonim) fondu sədrinin mədəniyyət üzrə müavini , fond tərəfindən Parsiyan Turizm və istirahət holdinqinə icracı direktor təyin edilmiş şəxs İranda son zamanlarda baş verən hadisələrlə bağlı Sepaha bağlı və ya ona məıxsus sayta geniş müsahibə vermişdir.
Əvvəlcə qeyd edək ki, xarici görkəmi və geyimində mollalaıqdan əsər əlamət yoxdur.Bəri başdan onu da xüsusi vurğulayaq ki, müsahibəsində elm deyilən şeydən nə danışq tərzində, nə hadisələrə yanaşması və məntiqində əsər-əlamət yoxdur.
Onun irtcaçı siyasi mövqeyini və geniş kütləni xurafat nağılları ilə yuxuya verməsi niyyətini göstərən bir neçə faktı qeyd etməklə kifayətlənməyi vacib hesab edirik.
İran prezidenti M.Pezeşkiyanın televiziya ilə çıxışından danışaraq deyir:”Ərəb ölkələri başçılarından üzr istəməsi,silahlı qüvvələri itaətsizlik və özbaşnalıqda ittiham etməsi və “ heç nəyə baxmadan atəş açmaq” ifadəsini işlətməsi Amerikanın İrana hərbi hücumlarından daha qorxulu idi”.
Prezidentin çıxışnda silahlı qüvvələrin təxribatçı rol oynadığı barədə fikirlərə rast gəlinmir.Ola bilər yazılı mətndə redaktə edilib.Professor həmin məsələni ön plana çəkərək yenidən prezident ilə Silahlı qüvvələr və yəqin ki, ilk növbədə Sepah arasında, fikir ayrılığını dərinləşdirmək məqsədi güdür.Prezidentin sözlərini Amerikanın hərbi təcavüzü ilə müqayisə edib ondan daha təhlükəli adlandırmaq M.Pezeşkiyanı nəiki istefaya məcbur etmək, həm də onu, ekstremistlərin dediyi kim, vətənə xəyanətdə ittiham edərək həbsi məsələsini gündəmı gətirmək məqsədi güdür.Doğrudan da professora görə Amerikadan təhlükəli insan ölkəyə necə rəhbərlik edə bilər?.
Halbuki hamı yaxşı görür və bilir ki, prezident var gücünü İranı düşdüyü fəlakıt zonasından çıxarmağa sərf edir.Bu yolda o moxsaylı xarici və xüsusən daxili maneələrlə üzləşir.
Professor prezidentin daha bir fikrini olduqca yanlış və düşmənə haqq qazabdırıcı fikir kimi dəyərləndirir.Prezident deyib:”Bilsə idik ki, uranı zənginləşdirmə bizim İmamın [ata Xameneinin] həyatı bahasına başa gəlıcək, zənginlışdirməzdik”,
Professor prezidentin səmimi və həıqiqəti əks etdirən sözlərinə münasibət bildirərə belə hesab edir ki, hadisəni bu cür şərh etmək doğru deyil, elə fikirləşərlər ki, İran həqiqətən uranı zənginləşdirirmiş. Professor hamının, o cümlədən bu sahədə əsas orqan olan Beynəlxalq Atom Enerjisi Agentliyinin bildiyi, buna görə əvvəlcə təşkilatın direktorlar şurasında müzakirə olunduğu və sonra BMT TŞ ötürüldüyü və 2015- cı ilə qədərki sanksiyaların avtomatik olaraq bərpa edildiyi həqiqəti qəsdən unudaraq “sadəlövhcəsinə” prezidenti doğru danışmaqda ittiham edir.
Professor İran Xarici işlər nazirliyinin fəaliyyəti ilə bağlı danışaraq ağı qara görərək qeyd edir ki.həmin qurum yarandığ zamandan ( Fəthəli şahın hakimiyyəti dövründən-1797-1834) fəaliyyətinə nəzər salsaq orada XƏYANƏT xətti görərik.Xarici işlər nazirliyi masonluq, qərbpərəstlik,İranaı qərbləşdirmək yuvası olub.
İslam inqilabından sonra da həmin nazirlikdə xəyanət xətti davam edib. Bu gün qərbçiliyi, qərbə vurği\unluğu, qərbləşməni davam etsək,”BƏRCAM kimi böyük vir tarixi Nekbətə( fəlakətə) çatacağıq ki,hətta Tramp belə onun altına girmədi.
Deməli Xarici siyasət idarəsi və orada işləyənlər xarici dövlətlərin maraqlarına xidmət edirlər. Dövlətin ən mühüm qurumlarından biri olan, Rəhbərin xarici siyasət xəttini yerinə yetirməyə xidmət edən bir qrum xəyanət yuvasıdır.Dövlətə və onun Rəhbərinə bundan böyük iftira və böhtan olmaz.
Daha sonra professor BƏRCAM dyilən və 20215- ci ikdə İram ilə 5_1 arasında İran üzərində onun nüvə proqramı ilə əlaqədar olan və 2006- cı ildən başlanan və 202-cu ildən xeyli sərtləşən BMY YŞ sanksiyalarının ləğv edilməsi haqqında sənədi İran üçün fəlakət adlandırır.Maraqlıdır ki fəlakət terminin də fələstinlilərdən götürüb, Onlar İsrailin yarandığı günü özləri üçün fəlakət adlandırdığı halda professor sanksiyaların aradan qaldırıldığını təsdiq edən sənədi tarixi fəlakət adlandırır. Daha sonra İranı bu fəlakətdən həmin sənədi ppozan Trampın xilas etdiyini vurğulayır.
Artıq burada professorun sağlam ağıl və düşüncə sahibi olduğuna, dövlətin mənafeinin birv qrup radikal, ekstremist qrupun maraqlarına qurban verildiyi, onun antimilli, antixalq mahiyyəti özünü açıq şəkildə göstərir.İranın düşməni D.Trampı İranı BƏRCAMdan xilas edən adam kimi təqdim etməsinə nə ad vermək olar?
Professor yuxarıdakı mövqeyi ilə bütün şər, anitərəqqi qüvvələrin ideoloqu və hətta başçısı olmaq iddiasını ortaya qoymuş olur.
Bunlar professorun fəliyyətinin siyasi istiqamətinin hansı məqsədə xidmət etdiyini göstərir.
Onun bir sıra hadisələri dini baxımdan izah etməsi demk olar ki, ancaq marginal təbəqələr tərəfində qəbul edilə bilər.
O daha bir siyasi prosesdən danışaraq Əsas qanunun müəyyən etdiyi müddəaları şübhə altına alaraq inkar edir.
Professor özü də bilmədən və ya rəqibləri mənfi obrazda göstərmək üçün yeni Rəhbərin təyin edilməsi məsələsində şiddətli mübarizə getdiyini vurğulayır.Əlavə edir ki, bir çoxları(?) Trampın sevimlisinin(?) rəhbər olması uğrunda səy göstərirdilər, onları qane etməyən namizədi Amerika xaricdən bombalayır, Tram tərəfdarları isəonu söz bomardmanına tuturdular.
Professor solidni vid alaraq bəyan edir ki, onlar unudurdular ki,Xübrəqan məclisi qurumunun 88 üzvünün İmam zamanın naibini seçmək hüqyqy yoxdur, onlar yalnız həmin şəxsdə həmin vəzifəyə layiq olduğunun əlamətini kəşf etməli idilər.Həmin əlamət seçkininQədr gecəsinə təsadüf etməsi idi.Ona görə şəhid Rəhbərin bütün insani, elmi, dini keyfiyyətlərini irs götürmüş oğlu Müctəba Xamenei Allah tərəfində naib təyin edildi.Xübrəqan yalnız bu təyinatı təsdiq edə bilərdi.
Avam camaata ünvanlanmış bu professor sözünün təkzib edilməsi üçün Əsas qanunda Rəhbərliyin Xübrəqan Məclisi haqqında hissədə 107-ci Maddənin dediyini qeyd etmək kafidir.Əsas qanun deyir ki,Rəhbərliyin Xübrəqan Məclisi Rəhbərin TƏYİN edilməsi, vəzifədən kəınarlaşdırılması və fəaliyyətinə nəzarət etmək hüquq və məsuliyyəti vardır.
Onun cəmiyyətin ruhanilərə münasibəti haqqında fikri də son dərəcə birtərəfli, qanundan kənar və irticaçı xarakter daşıyır.
İranda H.Rəsai adında bir mühafizəkar ruhani var.Həftəlik qəzet sahibi və baş redaktorudur.Müxalif düşərgədən olan dini, siyasi şəxsiyyətlər barəsində iftira xarakterli ifadələr işlətdiyinə görə qəzeti dəfələrlə bağlanıb və yenidən nəşrə davam edib.Onun həmin davranışı yüzlərlə şikayətə səbəb olub.
M.Pezeşkiyan hökumətinin qəti əleygdarı olan bu şəxs prezidentin də sözlərini təhrif edərək ona böhtanlar atıb.O parlamentin spikerinə də ağır ittiham irəli sürərək onu qəbul olunmuş qanun və qərarlara əl gəzdirməkdə,onlarda dəişiklik etmək,təhrif etməkdə günahlandırmışdır.Spikerin şikayəti və məsələyə ciddi yanaşması nəticəsində Rəsai məsuliyyətə cəlb olunaraq 10 ay həbsə məruz qalıb.
Professor həmin məsələyə münasibət bildirərək yazır ki,hər ikisi doğru hərəkət etməyib.Xüsusən spiker.
O yazır ki,spiker şikayət etdi, deputat həbsə getdi” bunun harası İslamın xeyrinədir”?Spiker sakit qalsa idi,dava açmasa idi, bu ruhani zülm altına girərdimi? Daha sonra spikerdən tələb edir ki, tam haqlı olsa da, gedib Rəsaidən üzr istəyib onu həbsdən qurtarsın.Niyə? Çünki “Bir din uşağı\bəççe zindanda olmamalıdır.Hətta səhv etsə, kimin onun üzərində haqqı olsa da, cəzalandırılmamalıdır”.Daha sonra əllaməliyini davam edirərək yazır :”Spiker və cəmiyyətin böyükləri öyrənməlidirlər ki,cəmiyyət səviyyəsində adi UŞAQLAR kimi davranmasınlar”(?!)Ruhannin həbsi hizbullahçı uşaqları çox kədərləndirir və İran millətini narahat edir.
Göründüyü kimi professorun guya dünyadan xəbəri yoxdur, bilmir ki, ruhanilərin qanun poza biləcəklərini, cinayət törədə biləcəklərini nəzərə alıb Məhkəmə sistemində onlar üçün ayrıca Dini məhkəmə təşkil etmişlər.Həmin məhkəmədə rejimə bu və digər dərəcədə müxalif olan bir çox ruhani cinayət məsuliyyətinə cəlb edilib.Professor özünü bilməməzliyə qoyarqa qanunun aliliyinin nə demək olduğu bir yana qalsın, qanuna hörmət etməyin vacibliyini unudur, ruhani təbəqəsinin qanundan kənar olduğunu iddia etmək istəyir.Bunula ruhanilərin rəğbətini qazanmaq istəyən professor böyük əksəriyyətin nifrətini qazanmış olur.
O riyakarlıq edərək guya ruhani təbəqəsinə əhalinin əksəriyyətinin hıqiqi münasibətini bilməyərək onların həbs olunmasının millətdə(???) narahatlıq yaratdığını idia edir.
Professor keçmiş və indiki rəhbərdən danışarkən tarixə baş vuraraq onları Əli və Hüseynlə nəinki müqayisə edir, hətta eyni tale yaşadıqlarını iddi edir.
Beləliklə, professor dünya işləri, siyasət ictimai münasibəylər və s. danışarkən elmdən bixəbər olduğunu və ya özünü marginallar səviyyəsində, göstərərək onların rəğbətini qazanmağa çalışır.Onun əhalinin maariflənməsini deyil, xurafat girdabına qərq olaraq, orada çabalamasını təşviq etmək səyi yalnız və yalnız məhkum olunmalıdır.O nəinki professor, hətta savadlı adam adına belə uyğun gəlməyən bir şəxsdir.
Belə professorları olan cəmiyyətin düşdüyü ağır və xroniki beynəlxalq,regional və daxili böhranlardan tezliklə çıxa biləcəyinə ümid çox azdır.\ 8 oktyabr 2026
