Ethnoglobus » ИСТОРИЯ И ОБЩЕСТВО » AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ

AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ

image
Azərbaycan Demokrat Firqəsinin yaradılmasının (12 şəhrivər 1324/3 sentyabr 1945) 80-ci ildönümü münasibətilə təqdim edilir
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
Müqəddimə
Əsrimizdə baş verən cahanşümul böyük siyasi və ictimai hadisələr göstərdi ki, xalqları əsarət altına alıb onların zəhmətindən sui-istifadə etmədən keçinə bilməyən köhnəlmiş və çürümüş ictimai vəziyyətin məhv olması dövrü gəlib çatmışdır. Bu dünyanın xalqları açıqdan-açığa zülm və sıxıntı zəncirlərini əbədi olaraq qırıb bəşəriyyətin böyük qurbanlar bahasına qazandığı azadlığı hər qiymətə olursa-olsun saxlamaq istəyirlər. Ona görə də hər yerdə demokratiya tərəfdarları ilə irtica arasında öz hakimiyyətini saxlamağa can atan bir ovuc zalımlar ilə azadlıq istəyən xalq arasında qızğın mübarizə günü-gündən şiddətlənir.
Bu gün ictimai, iqtisadi və mədəni cəhətdən ibtidai halda yaşayan tayfalar və qəbilələr belə hər cür sıxıntı və təzyiqin əleyhinə çıxıb öz həyatlarını müstəqil və azad tərzdə qurmaq istəyirlər.
Müttəfiqlərin və demokratik qüvvələrin beynəlxalq irtica mərkəzi olan faşist Almaniyasının cahangirliyi üzərində qələbə çalması nəinki Avropanın irəlidə gedən xalqlarını dəhşət və iztirabdan xilas etdi, eyni zamanda bütün dünyanı və o cümlədən, Şərqin sənaye cəhətdən dalda qalmış zəif ölkələrində yaşayan xalqlarıın azad olmaq və demokratik dövlət yaratmaq ümidini gücləndirdi.
Azərbaycan öz gələcəyinə böyük ümidlə baxan azad və demokratik həyat yaratmaq üçün hər cür fədakarlığa hazır olan ölkələrdən birisidir.
Yüz illərlə xalqımızı əsarət altında saxlamaq siyasətini təqib edən daxili və xarici cinayətkarlar milyonlarla azərbaycanlıların qan-tər ilə yaratdıqları sərvətini çəkib aparmaqla kifayətlənməyib onun böyük tarixini,  qədim mədəniyyətini, ahəngdar dilini, bir sözlə, milli varlığını inkar edir və onu əsarət altında saxlamağa çalışırlar. Lakin xalqımız heç bir zaman  düşmənlərinə baş əyməmişdir. O, ağır mübarizələrdə öz torpağının şərafətini saxlamağa müvəffəq olub, öz tarixini, dilini və mədəniyyətini hifz etmişdir.
Səttərxan və Şeyx Məhəmməd Xiyabanı kimi böyük simalar Azərbaycan xalqının azadlığı uğrunda apardıqları mübarizələrdə böyük fədakarlıqlar göstərmiş və dünyanı  heyrətə salmışdır. İstibdad və irtica əleyhinə mübarizədə Azərbaycan xalqı bütün öz həmvətənlərinə köməklər etmişdir. İndi də İranda həqiqi azadlıq-istiqlal və demokratik üsul-idarə yaratmaq Azərbaycan xalqının ali hədəfidir. O, İranda azlıq təşkil edən bütün xalqların, o cümlədən kürdlər və ermənilər və qeyrilərinin apardıqları azadlıq hərəkatının öndərlərindən sayılır. İranlıların hamısını birləşdirən və dost edən də bu arzu və amaldır. Çünki Rza xan istibdadının zülmü bu xalqların hamısını ayaqdan salmışdır. Bu macəra yenə də təkrar olursa, yenə  bütün İran xalqı istisnasız bir surətdə fəlakətə sövq ediləcəkdir.
Rza xan istibdadı Hitlerin faşist ideyalarını və amalını vətənimizə gətirərək zülm və əsarəti gücləndirdi, İran daxilində yaşayan azərbaycanlı, kürd, assuri və ermənilərə doğma ana dilində yazıb oxumaq, kitab və qəzetlər nəşr etmək, sənət və teatr əsərləri yaratmaq, yerli idarə və məhkəmələrdə ana dilindən istifadə etmək imkanlarını qadağan etdi.  Nəticədə, xalqlar arasında böyük nifaq yarandı. Bu istibdad heykəlinin yıxılmasından dörd il keçməsinə baxmayaraq, yenə o mənhus siyasət davam etməkdədir. Bəlkə, onu meydana çıxaran mürtəce ünsürlər get-gedə həyasızlaşaraq  xalqa hücuma keçib onun demokratik hərəkatını boğmaqdadırlar.
İrtica məmləkətimizin sənaye cəhətdən tərəqqi edib güclü və qüvvətli olmasını istəmir. Onu Nuh əyyamından qalma vəziyyətdə saxlamağa cəhd edir. Xüsusilə xalqımızın tərəqqi çarxını geri döndərmək istəyən bu mürtəce siyasət əleyhinə ciddi qiyam edilməlidir.
Bütün İran xalqlarının ümumi arzularından başqa, Azərbaycanın bir çox yerli xüsusiyyətləri də vardır ki, xalqımızın fikri bu böyük siyasi, iqtisadi və mədəni xüsusiyyətlərlə məşğuldur. Biz var qüvvəmizlə öz milli varlığımızı isbat edib vətənimizin tale və müqəddəratını öz güc və iradəmizlə təyin etməliyik. Dünya vəziyyətinin yaratdığı fürsətdən istifadə edib həyatımızı istədiyimiz kimi, yəni həqiqi demokratik üsul daxilində azad yaşatmaq əsası üzərində qurmalıyıq. Bu fürsətdən istifadə etmək üçün təbəqə və sinif nəzərdə tutmayıb hər bir azadlıqsevər azərbaycanlının çalışması lazımdır. Bütün Azərbaycanda yaşayan camaat milliyyət və dil ayrılığını nəzərə almayıb bu yolda əl-ələ verib səy və təlaş göstərməlidir. Demokratiya və azadlıq idealı yolunda bütün vətəndaşlar vahid bir bədən kimi birləşməli və hər cür mübarizəyə hazır olmalıdır. Azərbaycan İranın ayrı yerləri kimi müasir və mədəni məmləkətlərdən yüz illərlə dalı qalmışdır. Əsrimiz maşın, elektrik, elm əsri və böyük sənaye və maşınlar ilə təchiz olunmuş sənət və kənd təsərrüfatı əsridir. Biz iftixarla tariximizə layiq olmaq, əcdadımızın əzəmət və şöhrətini yenidən canlandırmaq fikindəyik və vətənimizi mütərəqqi  və həqiqi demokratik bir ölkəyə çevirməliyik. Yoxsa güclülərin əsarəti altından qurtara bilməyib çox pis bir zamanda məhv ola bilərik.
Siyasi, iqtisadi və uzun bir mədəni həyatını zamanın tələbinə görə qura bilməyən və çürümüş köhnə ictimai vəziyyətin məngənəsində əsir qalan bir millət uzun müddət öz istiqlal və azadlığını saxlamağa müvəffəq olub imperialist dövlətlərin əsarətindən xilas ola bilməz. Bu cəmiyyət və təbiətin pozulmaz qanunlarındandır.
Ona görə Azərbaycan Demokrat Firqəsi Azərbaycanın sənaye, ticarət, elm və kənd təsərrüfatı cəhətdən tərəqqisi həqiqi xalq hakimiyyəti və milli demokratiya üsulunun qələbəsi üçün zəruri şərtlərdən sayılıır.
Firqə elə bir zamanda işə başlayır ki, bütün dünyada demokratiya cəbhəsinin qələbə çaldığı kimi, dünyanın zəif və gücsüz millətləri Atlantik Xartiyasının əsasları üzərində öz həyatlarını istədikləri kimi qurmaq hüququnu əldə etməyə müvəffəq olmuşlar. Milli demokratik bir təşkilat olan Azərbaycan Demokrat Firqəsi İranın və xüsusilə, Azərbaycanın xüsusiyyətlərinə görə özünün ən yaxın vəzifələrini aşağıdakı şəkildə təyin edir.
Ümumi siyasi məsələlər.
1)  Azərbaycan Demokrat Firqəsi İranın ərazi bütövlüyü və istiqlaliyyətini müdafiə etməklə bərabər, Azərbaycanın milli və yerli xüsusiyyətlərini nəzərə alaraq onun iqtisadi-siyasi və milli-mədəni tərəqqisini surətləndirmək məqsədilə təcili olaraq əyalət və şəhər əncümənlərinin seçkilərinə başlamasını tələb edir.
2)  Azərbaycana İran daxilində mədəni, iqtisadi, ticarət, dil və mədəniyyət cəhətdən yerli muxtariyyat və öz həyatını istədiyi kimi qurmaq üçün geniş hüquqlar əldə etmək firqəmizin ən əsasi vəzifələrindəndir.
3)  Firqəmiz fərd azadlığının təmin edilməsini insanlıq və həmvətənlik hüququnun müqəddəs əsaslarından sayır və onun yolunda mübarizə edir.
4)  Məmləkəti fəlakətə sövq etmiş onun iqtisadi, ictimai və siyasi tənəzzülünə səbəb olub xalqı zülmət və cəhalətdə saxlayan müstəbidlər hakimiyyəti ciddi surətdə məhv edilməlidir və bir daha diktatorluğa yol verilməməlidir.
5)  Xalqa söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, toplanma və təşkilat azadlığı verilməlidir. Müstəbidlər və faşizm ideyalarını təblığ edən mürtəcelər bu böyük nemətlərdən məhrum edilməlidir.
6)  Xalqın ümumi rəy verməsi yolu ilə məmləkətin dərdlərini qanan və onun yaralarını sağaltmaq istəyən və buna qadir olan həqiqi xalq demokratik dövləti  yaradılmalıdır.
7)  Istisnasız olaraq iyirmi yaşına çatmış bütün kişi və arvadlar seçməyə, 27-dən 80 yaşına çatanlara seçilmək hüququ verilməlidir. Seçkilərdə təhdid və rüşvət kimi xain hərəkətlərin qəti surətdə qabağı alınmalıdır . Xalq müstəqim, mütənasib, məxfi bir surətdə öz qanuni rəyini bildirmək imkanına malik olmalıdır. Ancaq bu yol ilə həqiqi xalq nümayəndəsi olan vətən və millət xadimlərini seçmək mümkün ola bilər.
Qeyd: Seçkilər bütün ölkədə təxirsiz olaraq müəyyən və qısa bir müddətdə icra olunmalıdır.
😎  Bütün müttəfiq və demokratik millətlər və xüsusən yaxın qonşumuz olan Sovet Respublikaları İttifaqı ilə olan  səmimi dostluğumuzu saxlamaq xarici siyasətimizin əsasını təşkil etməlidir.
9)  Dövlət təşkilatı istibdad və diktatura tərəfdarlarından və faşist fikirli adamlardan təmizlənməlidir. Dövlət qulluqçuları, məsələn jandarm və polis məmurlarının qanunsuz və təcavüzkar hərəkətlərinə  heç vəchlə yol verilməməlidir. Yeyinti və rüşvətxorluq tamamilə aradan qaldırılmalıdır.
İqtisadi və ticarət məsələləri haqqında
Azərbaycan Demokrat Firqəsi ölkəni tərəqqi yoluna çıxarmaq və xalqın azadlığını xarici və daxili irticanın təcavüzündən qorumaq üçün vətənimizin iqtisadiyyatının əsaslı surətdə dəyişilməsini və aşağıdakı iqtisadi tədbirlərin həyata keçirilməsini lazım və vacib bilir:
10)  Dövrünü keçirib çürümüş iqtisadi prinsiplər  müasir iqtisadi-ictimai şəraitlə əvəz olunmalidır. Xalqımız öz milli və ağır sənayesini yaradıb onu müasir bir hala salmalıdır və elə tədbirlər görməlidir ki, çox tez bir zamanda ölkəmizin sənaye məhsuluna olan ehtiyacını öz zavodları vasitəsilə təmin etmək mümkün olsun və məmləkət düçar olduğu yoxsulluq və fəlakətdən nicat tapıb mütərəqqi və zəngin məmləkətlər sırasına keçə bilsin.
11)  İstibdad dövründə aparılan xain siyasət nəticəsində Azərbaycanın sərvətləri çəkilib aparılmış və orada nə bir görkəmli zavod, nə bir fabrik, nə də ayrı bir mühüm sənət ocağı yaradılmamışdır. Bunu nəzərə alaraq, Azərbaycan Demokrat Firqəsi Azərbaycanda milli sənaye yaradılmasını, fabrik, məktəb və xətəxana tikib və yollar çəkilməsi üçün vəsaitlər əldə edilməsini ciddi surətdə tələb edir, əyalət və vilayət əncümənləri vasitəsilə buna nail olacağına inanır. Azərbaycanın gəlirinin böyük hissəsi yuxarıdakı tədbirlər yolu ilə Azərbaycanın abadlığına sərf edilməlidir.
12) Ticarəti hər cür vasitələrlə genişləndirmək və xalqın maddi həyatını yaxşılaşdırmaq üçün işsizlik əleyhinə qəti tədbirlər görülməlidir.
Iqtisadi həyatı və ticarət işlərini elə aparmaq lazımdır ki, ümumiyyətlə, tacirlər, xüsusən də, xırda və orta alverçi, habelə əsnaf iqtisadi çətinliyə rast gəlməsin. Bütün ölkədə iqtisadi dirilik (həyat) canlansın. Bütün xalqın maddi həyat şəraiti yaxşılaşsın.
13) Pulun qiymətdən düşməsinin qabağını almaq üçün tədbirlər görülməlidir.
14)  Zəhmətkeş və yoxsulların iştirakı ilə istehsalçı və kooperativ şirkətlər və xırda zavodlar yaratmaq və mövcud dəzgahlar və əl əməyinə əsaslanan zavodlara kömək edib onların iflasdan qurtarmalarına zəhmət sərf olunmalıdır.
15) Sənayenin tərəqqi və təkamülünü sürətləndirmək, fəhlələrin vəziyyətini yaxşılaşdırmaq məqsədilə aşağıdakı maddələri qanun şəklinə salmaq lazımdır:
a)   Bütün ölkədə 8 saatlıq iş günü təyin edilməli və artıq işə mütənasib əlavə əmək haqqı verilməlidir.
b)  Fəhlə, qulluqçu və mütəxəssislər üçün ictimai sığorta qanunu yaradıb həyata keçirməlidir.
c)   Birliklər və bütün zəhmətkeş təşkilatları haqqında xüsusi qanun yaratmalıdır.
d)   On dörd yaşına qədər uşaqların işlədilməsi qadağan edilməlidir. 14 yaşından 18 yaşına qədər olan uşaqlar üçün iş müddəti 6 saatdan artıq olmamalıdır.
e)   Yetim və ehtiyacı olan uşaqların işdən çıxarılıb küçələrdə qalmaması üçün dövlətin hesabına xüsusi yetimxanalar açmaq və məktəblərdə yoxsul uşaqlarına təhsili davam etdirmək üçün pulsuz yemək və paltar verilməlidir.
f)    14 yaşından 18 yaşına qədər olan uşaqlar üçün xüsusi sənət məktəbləri  açılmalıdır, burada da uşaqlar gündə 4 saat işləməklə sənət öyrənməli və 4 saat da dərs oxumalıdır.
g)  Tezliklə xüsusi əmək qanunu müəyyən edilməlidir.
h)  Bütün fəhlə və mütəxəssislərin hüquqları qorunmaq şərtilə həftədə bir dəfə istirahət günü, azadlıq günləri, milli və dini bayramlarda istirahət və ildə bir ay məzuniyyətlər  verməlidir
i)    Hamilə qadınlara doğuşa 6 həftə qalmış, doğuşdan 6 həftə sonraya qədər məzuniyyət verilməlidir.  Bütün hüquqları qorunmaq şərti ilə .
16)  Xalqın mənafeyini nəzərə almaq şərtilə vergi üsuluna yenidən baxmalı, hər vətəndaşın iqtisadi vəziyyətinə, sənətinə və gəlirinə görə vergi təyin edilməli, qeyri-müstəqim vergilər bacardıqca azalmalıdır.
17) Göstərilən iqtisadi tədbirləri həyata keçirmək üçün kifayət qədər sərmayə ilə Azərbaycan milli bankı təşkil edilməlidir.
Kənd təsərrüfatı haqqında
Azərbaycan Demokrat Firqəsi Azərbaycan kəndlilərinin ac və yoxsul hala düşməsinin günahını indiyə qədər kəndlərdə olan feodal (dərəbəylik) üsulunda görür. Buna görə də firqə hesab edir ki:
18)  Tez bir zamanda kəndli ilə mülkədar münasibətlərini müəyyən etməkdən ötrü xüsusi qanun yaradılmalıdır. Dövlət yerlərini təcili olaraq kəndlilərə pulsuz olmaq şərtilə paylamaq lazımdır. Həmçinin istibdad dövrünün tərəfdarı olan və Azərbaycanı qoyub qaçmış ayrı mülkədarların da əmlakı müsadirə olunub kəndlilərin ixtiyarına verilməlidir.
19)   Kəndlilərə kənd təsərrüfatını canlandırmaq və əkinçiliyi artırmaq məqsədilə uzun müddətli və nəzərə çarpacaq endirim ilə çox borc vermək üçün “Bank-e kəşavərzi” nin [1] iş şəraitini dəyişdirib onu bu ehtiyacı təmin etməyə qadir bir hala salmaq lazımdır.
20)  Bəzi mülkədarlar tərəfindən zorla qəbul etdirilmiş əlavə və eləcə də rəhmsiz vergilər aradan qaldırılmalı və elə bir şərait yaradılmalıdır ki, kəndli öz məhsulları ilə ailəsini idarə edib insana layiq həyat qura bilsin.
21)  Kənd təsərrüfatı işini nizama salmaq, zəhmətkeş kəndlinin işini yaxşılaşdırmaq üçün kəndlərdə kəndli cəmiyyətləri yaradılmalıdır. Bu cəmiyyətləri kəndlilərin özləri idarə etməlidir.
22)  Kəndxudalar kəndlilərin arasından seçilməlidir.
23)  Kənd təsərrüfatını müasir elm və sənayenin böyük müvəffəqiyyətləri əsasında qurmaq üçün dövlət kəndlilərə traktor və sair kənd təsərrüfatı maşınları ilə kömək etməlidir.
24)  Jandarm və dövlət qulluqçularının öz məqamlarından sui-istifadə edib kəndlilərin var-yoxlarını əllərindən almalarına yol verilməməlidir.
25)  Azərbaycan kəndlisini quraqlıq və susuzluq qorxusundan qurtarmaq üçün dövlət hesabına çeşmələr yaradıb, artezian quyuları qazdırmaq və onlara çaylar və göllərin suyundan lazımınca istifadə etmək imkanı verməli, bu yollar ilə kənd təsərrüfatı məhsulunu artırmalı  və kəndlinin vəziyyəti yaxşılaşdırılmalıdır.
Xalq maarifi haqqında
Azərbaycan Demokrat Firqəsi savadsızlıq və cəhalətlə mübarizə etmək üçün xalq maarifi haqqında aşağıdakı vəzifələri irəli sürür.
26) Milli Şura Məclisi tərəfindən təsdiq edilən pulsuz və icbari təhsilin təcili surətdə icrasını tələb edirik.
27)  Ana dili milli mədəniyyətin tərəqqisi üçün qüdrətli bir vasitədir. Ona görə balalarımız dərhal istər dövlət, istərsə xüsusi mədrəsələrdə öz ana dilimizdə tədris etməlidir. Bunun üçün dərhal dərs kitabları  və sairə tədris ləvazimatı hazırlamaq lazımdır. Azərbaycanda yaşayan başqa millətlər: kürdlər, ermənilər və assurilərin də öz ana dillərində mədrəsə açmaq haqqı və hüququ ilə firqəmiz tamamilə razıdır.
28)  Azərbaycan xalq maarifinin tərəqqisi və təkamülünü təmin etmək üçün Təbrizdə milli universitet yaradılmalıdır.
29)  Yaşlıları savadlandımaq və onlara müəyyən xüsusi bilik  vermək üçün bütün şəhər və kəndlərdə məktəblər və sənət evləri açılmalıdır. Bu məktəblərdə maddi rahatlıq və təhsil şəraiti yaratmaq və onları müəllim cəhətindən təmin etmək üçün xüsusi tədbirlər görmək lazımdır.
30)  İbtidai məktəbdən tutmuş  ali  məktəbə qədər bütün dərs kitabları və proqramlarına yenidən baxılmalı, istibdad və zülm təbliğ edən sözlər varsa, onlardan çıxarılıb atılmalı və təzə nəsli demokratiya və azadlıqsevər ruhda tərbiyə etmək üçün təzə dərs kitabları və proqramlar yaradılmalıdır.
31) Şəhərlərdə və kəndlərdə maarif və elm təşkilatlarının sayı artırılmalı, kitabxanalar, qiraətxanalər təşkil edilməli, əhali üçün münəzzəm surətdə və pulsuz konfranslar verməli, elm və mədəniyyət vasitəsi ilə xalqı ictimai nöqsanlarımızı aradan aparmaqdan ötrü mübarizəyə cəlb etməlidir. Yeni nəslimizi məhv eləyən tiryəkxanalar, əxlaqsızlıq evləri və qumarxanalar aradan götürülməlidir. Bütün bu işlərdən məqsəd xalqın gözünü açmaq, əxlaq və mənəviyyatını yüksəltmək, onu vətənin istiqlalı və azadlığını saxlamaq və qorumaq üçün ciddi mübarizələrə hazırlamaqdan ibarətdir.
Xalq səhiyyəsi
Xalqın sağlamlığı onun həyat mübarizəsi üçün mühüm şərtlərdəndir. Buna görə də səhiyyə sisteminin qeydinə qalmağı Azərbaycan Demokrat Firqəsi böyük məsələlərdən bilir. O xüsusda aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edir.
32)  Mövcud naxoşları (xəstələri) sağaltmaq kafi deyil, xəstəliklərin qabağını almaq üçün ciddi tədbirlər görmək lazımdır.
33)  Küçələrdə, bazarlarda, evlərdə natəmizliyə, çirkliyə, pintiliyə yol verməmək üçün tədbirlər görülməlidir.
34)   Qızdırma, titrətmə (malyariya) əleyhinə ciddi mübarizə aparılmalıdır və bu kimi ölkədəki xəstəlikləri törədən səbəblər aradan qaldırılmalıdır. Batlaqlar qurudulmalı, bağlar və ağacların sayı artmalıdır.
35)  Keçəllik, traxoma və sair yoluxucu xəstəlikləri aradan qaldırmaq üçün dövlət ciddi tədbirlər görməli və bu işə maddi və mənəvi kömək yetirməlidir.
36)   Əhaliyə gündəlik həyatında lazım olan səhiyyə məlumatı vermək üçün konfranslar təşkil etməli və radio vasitəsilə xalqı başa salmalı və bu məqsədlə xüsusi kitabçalar nəşr olunmalıdır.
37)  Gələcək nəslin tərbiyəsi üçün şəhərlərdə və kəndlərdə körpələr və yaşlı uşaqlara məxsus cəmiyyələr və dövlət hesabına tərcümə evləri açılmalıdır.
Ədəbiyyat, incəsənət və mətbuat
38)  Xalqın mənəvi və ruhi qidası olan ədəbiyyat və incəsənətin tərəqqisi üçün hər bir şəraiti yaratmaq lazımdır. Bu məqsədlə Təbrizdə Azərbaycan yazıçıları və sənətkarları cəmiyyəti təşkil olunmalıdır. Bu cəmiyyətlərin Azərbaycanın başqa şəhərlərində və kəndlərində şöbələri olmalıdır.
39)  Yazıçı və sənət sahiblərinin zəhmət və haqqlarını nizama salan yaradıcılıq hüququnu təmin etmək üçün  dövlət büdcəsindən kafi miqdarda kömək təyin edilməli, sənətkarların yaratdıqları əsərlərə mükafat qismində əmək haqqı verilməlidir.
40)  Rəssamlıq, heykəltəraşlıq və musiqi sahəsində Azərbaycan xalq yaradıcılığının ədəbi sənətlərini saxlamaq məqsədilə dövlət tərəfindən müəssisələr və (atelye) emalatxanalar yaradılmalı və ustadların əlinin altında istedadlı cavanlara sənət öyrədilməlidir.
41)  Azərbaycan dilində kitab nəşrinə mane olan adamlar vətən xaini və xalq düşməni kimi məsuliyyətə alınmalıdır.
42) Müəllimlərin, dövlət idarələrində işləyən xırda məmurların maaşı təmin edilməlidir.
43) Teatrın böyük ictimai tərbiyə ocağı olduğunu nəzərə alaraq Təbriz və Azərbaycanın başqa şəhərlərində olan teatrların xərci dövlət tərəfindən təmin edilməlidir.
Milli məsələ
44)  İran dövlətinin daxilində yaşayan hər bir millətin daxili muxtariyyatı və müqəddəratını təyin etmək hüququ əyalət və vilayət  əncümənləri vasitəsilə təmin edilməlidir.
45)  Azərbaycanlılara xas xüsusiyyətə malik olan İran xalqları ictimai təşkilatlar və dövlət idarələrində öz ana dillərindən istifadə etməli və bu idarələrdə milli dillər maneəsiz olaraq islədilməlidir.
Məhkəmə işləri
46) Rza şah dövründə hoqqabazlıq və zor ilə keçirilmiş bütün irticaçı qanunlar ləğv edilib, onun əvəzində azadlıq və demokratiyaya uyğun qanunlar yaradılmalı, hakimlərin müstəqilliyi qəti surətdə təmin olunmalıdır. Polis və jandarm məmurlarının ictimai işlərə qarışmalarına ciddi surətdə son qoyulmalıdır.
47) Məhkəmələr hər cür təzyiqdən azad olmalı və ancaq ədalət və haqqa arxalanmalı, siyasi və mətbuat mühakiməsi münsiflər heyətinin iştirakı ilə icra edilməlidir. Məhkəmələrdə işlər çox tez bir surətdə icra edilib müttəhimləri mütərəddid vəziyyətdə saxlamaq günah hesab olunmalıdır. Məhkəmə və prokurorun rəsmi əmri olmadan heç bir kəsin evinə girib təftiş etmək olmaz. Polis və jandarm şübhələndiyi şəxsləri inzibati yolla 24 saatdan artıq nəzarət altında saxlaya bilməz. Günahsız həbs və saxlamalar günah hesab olunub, ona səbəb olanlar cəzalanmalıdır.
48) Keçən cinayətkarları məhkəməyə cəlb edib onların 24 illik hesablarına yetişib günahları sübut edilərsə, dərhal icra olunmalıdır.
Ordu haqqında
49) Ordunun islahı və onun demokrat ölkəyə layiq bir ordu kimi idarə olunan münasib bir vəziyyətə salınmalı, həmçinin hərbi qanunu xalqın xeyrinə dəyişmək lazımdır.
50) Azərbaycanın tarixi yadigarlarını qorumaq üçün milli bir muzey yaratmaq lazımdır.
 “Azərbaycan” qəzeti, ADF orqanı, Təbriz, say 24, 18 mehr 1324/10 oktyabr 1945
[1] Kənd təsərrüfatı bankı
ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:13ƏSİL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan İran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
САМОЕ ЧИТАЕМОЕ
  1. ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ
  2. Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)
  3. Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)
  4. Дональд Трамп: «Гренландия — территория США с 2026 года»
  5. Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран
  6. İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU
  7. Переписка и рукописи раввинов
  8. ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ
  9. İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?
  10. Kahinəti təğdis kardə bey
  11. Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.
  12. Что означает NAVTEX Турции в Эгейском море?
  13. Турецкие ученые прибыли в Антарктиду в 10 раз
  14. ƏSİL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.
  15. Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему
  16. İki ənənənin dialektikası: Novruz və Ramazan
  17. TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.
  18. От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном
  19. Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы
  20. İRAN İKİ CƏBHƏDƏ VURUŞUR
ОПРОС

Где будете встречать Новый год?


 
«    Mart 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ГАЛЕРЕЯ