"Qulaq filologiyası" və ya o işığı...yandırın
ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
Bahəddin Həzi
"Ohrenphilologie". Bu söz almancadır; onu alman filoloq Eduard Zivers elmə gətirib.
Bu sözü Azərbaycancaya çevirsək, "qulaq filologiyası" kimi oxunacaq. Ya da "eşitmə filologiyası".
Bu, mətnin canlı - insan səsi ilə səslənməsinə xüsusi diqqət yetirir. Yəni ədəbi mətni təkcə “augenphilologie”, yəni "göz filologiyası" öyrənmir, həm də mətnin insan səsində öyrənilməsi - insan səsindəki mətnin incələnməsi zərurətindən söhbət gedir. Deyir, şeiri yazılı mətn kimi oxuyursan, hə, bir də onu insan səsində dinlə. O bədii mətn insan səsində də o effekti yaradırmı?!
Çox vaxt deyirik, məsələn, İsa Muğanna (İsa Hüseynov) "Məşhər" romanı yazıb, çox təsirlidir. Ancaq "Nəsimi" filmi o romandakı effekti doğurdumu?!
Yəhudi əsilli məşhur rus filoloqu Mixail Qasparov "Dünya mədəniyyətinin tarixi" kitabında maraqlı bir əhvalatla "eşitmə filologiyası"nı açır. Bir nəfər çıxış edir, zalda hamı onu dinləyir. Birdən işıq sönür və... çıxış edən də susur. Bayaqdan onu diqqətlə dinləyənlər də sakitcə gözləyir. Ancaq natiq çıxışına davam etmir. Hamı işığın yanmağını gözləyir.
Oxşar situasiyaları hər birimiz yaşamışıq: işıq sönüb, hamı susub, hər kəs işığın yanmağını gözləyib.
Belə baxanda həmin anda axı mətn oxumuruq ki, qaranlıq bizə mane olsun; natiq, yaxud həmsöhbət danışmağa davam etsə, biz onu eşidərik, elə deyilmi?!
Yox, elə deyilmiş...
Formal məntiqlə yanaşanda, qaranlıq qulağa mane olmur. Ancaq əslində məsələ başqa cürdür.
Sən demə, biz insanı dinləyəndə onun verbal nitqini bədən dili ilə - üzünün, gözünün ifadəsi ilə, jestləri, mimikləri ilə bir yerdə... EŞİDİRİK. Biz insan səsini ayrılıqda deyil, insanı BÜTÖVLÜKDƏ dinləyirik...
Bunları bu qədər yazmaq nəyə lazım idi?! Deyim: hansı cəmiyyətdə İŞIQ öləziyirsə, sönürsə, səs də susur. Çünki insanın sözünün işığı əslində öz işığının spektridir. Adamın dediyi sözün gücü o anda, sadəcə, mətnin enerjisi deyil, o mətni, ordakı vurğuları, duyğuları, intonasiyaları qüvvətləndirmə və ötürmə sehridir.
Axı sözün də, səsin də rəngləri, rəng çalarları var. Bu çalarlar bir-birinə uyğun gəlməyəndə, ürəkləri titrətməyəcək. Heç tərpətməyəcək də...
İşığı söndürülmüş cəmiyyətdə danışan dillər də öz-özünə qıfıllanır. Deyirsən: "Göz kontaktı qura bilmədiyim insana, sözümün enerjisini necə çatdıracam?! Çatdıra bilməyəcəmsə, necə danışacam?!"
Söhbət zamanı adamlar bir-birinə təkcə: "Qulaq as" demir. Həm də ara-sıra belə deyir: "Mənə bax!", "Gör, nə deyirəm..."
Biz bəzən qarşımızdakına heç qulaq asmırıq. Çünki nə dediyini... görə bilmirik...
Bax, ona görə çox zaman bir-birimizi anlamaqda çətinlik çəkirik. Məktəbdə mətni kitabın üzündən oxusaq da, müəllimin üzündən oxuya bilməyəndə, üç nəfərdən ikisi "fransız qalır".
Uşaq, ya böyük, fərq etməz - bir-birimizdən niyə belə sürətlə qopuruq?!
Səbəb çox sadədir: işığı söndürmüşük deyə, bir-birimizi anlamırıq...
Bu gedişlə mədəniyyət yaradan xalqdan dönüb anlaqsızlar çoxluğuna çevrilə bilərik, xəbəriniz olsun...
Ya da çevrilmişik, xəbərimiz yoxdur.
P S. 1930-cu illər - repressiya dövrü idi. Məşhur filosof Heydər Hüseynovun yetirməsi, indiki Bakı Dövlət Universitetinin fəlsəfə professoru olmuş Əhməd Kazımov bir gün auditoriyada dərs deyirdi. Axşamüstü idi: gün batır, hava qaralır, sinif otağına qaranlıq çökürdü. Professor tələbələrdən birinə deyir: "Oğlum, qalx, o işığı yandır".
Tələbə işığl yandırır. Professor isə ona belə təşəkkür edir: "Çox sağ ol. İşıqlı günə çıxasan".
Həmin gecə adamı apardılar, "Sənin sözündən belə çıxır ki, bizim bolşevik cəmiyyəti qaranlıqda yaşayır" deyə ittiham etdilər, ildırımsürətli məhkəmənin hökmü ilə... əlüstü güllələdilər...
Yeri gəlmişkən, öz tələbələri satmışdı...
Mənbə: bizimyol.info
Ссылки по теме:
"Qulaq filologiyası" və ya o işığı...yandırın
Fələstin Dövlətinin Səfirliyi Cəbəl Əl-Mükəbər Klubunun Gənclər Nümayəndə Heyətini Bakıda qarşılayıb
TSİKAN – LƏZGİ EVİNİN DADI
Sardiniyada İranla bağlı gizli danışıqlar
От нубохунде до национальной школы: история образования горских евреев (II часть)
От нубохунде до национальной школы: история образования горских евреев (I часть)
İRAN REJİMİNİN ÖZ PREZİDENTİNƏ İKİNCİ ZƏRBƏSİ.
HAMI İRAN \FARS DÖVLƏTİ YARADIRDI, BİRCƏ FARSLARDAN SAVAYI
Читайте также:
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
КУДА СХОДИТЬ И ЧТО ПОСМОТРЕТЬ В ТАДЖИКИСТАНЕ
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Nizami Gəncəvi: Etnik müəyyənlik, etiqadi sərbəstlik
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
Qasım Qasımzadənin ədəbi-elmi portreti
Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)
