Ethnoglobus » КУЛЬТУРА » Qasım Qasımzadənin ədəbi-elmi portreti

Qasım Qasımzadənin ədəbi-elmi portreti

image

Safurə Quliyevanın təqdimatında - Dilarə Adilgil yazır



AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işə başlayanda, ilk diqqətimi çəkən nüans iş otağımızda divardan asılan retro-portret olmuşdu. Portret yazı stolumla üzbəüz asıldığından hər başımı qaldıranda istər-istəməz şəkildəkinin mülayim, həm də iti baxışları ilə qarşılaşırdım. Haqqında "köhnə kişilərdəndir", - deyə düşündüyüm bu foto ömrünün sonuna kimi, əvvəl Azərbaycan sovet ədəbiyyatı, 1989-cu ildən isə "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" adlanan şöbənin keçmiş müdiri, şair-alim Qasım Qasımzadənin idi. Əməkdaşların xatirə-söhbətlərini dinlədikcə, o mənim üçün "interyerdə portret" olmaqdan çıxır, maraqlı bir subyektə çevrilirdi. Bu səbəbdən, şöbənin aparıcı elmi işçisi Safurə Quliyevanın "Qasım Qasımzadənin yaradıcılıq yolu" monoqrafiyası çapa gedəndə ona ilk həvəs göstərənlərdən biri elə özüm oldum. Bu, Ədəbiyyat İnstitutunun "Sənətkarın elmi pasportu" silsiləsindən hazırladığı 46-cı kitabı idi. Kitab - Yeni ilə xoş başlanğıc, ədəbiyyatşünaslara, xüsusən, Qasım Qasımzadəni tanıyanlara dəyərli hədiyyə oldu. Monoqrafiya filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı, şair Q.Qasımzadənin həyat və yaradıcılığına həsr edilmiş, sənətkarın çoxşaxəli irsi izlənilmiş, parlaq şəxsiyyəti, mükəmməl obrazı bütün tərəfləri ilə canlandırılmışdır.

S.Quliyeva "professional elmi portret" ustasıdır, "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyinin əsas oçerk müəlliflərindəndir. O, yarım əsrlik elmi fəaliyyəti dövründə bu gün ədəbiyyatşünaslığımızın klassikləri sayılan alimlərlə çiyin-çiyinə çalışmış, belə bir münbit mühitdə yetişmişdir... Tanıdığın şəxsin portretini yaratmaq həm asandır, həm çətin... Asandır ona görə ki, predmetə bələdsən, Safurə xanımın situasiyasında olan kimi, illərlə gözünün önündə olub, sanki rəssamsan, naturadan çəkirsən... Çətindir ona görə ki, onu başqaları da tanıyır, müasirləri sağdır, şahidlər "uydurmağa" qoymazlar... Ön sözün müəllifi, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, "ədəbi-elmi portret"in "əvvəldən axıra qədər" Q.Qasımzadə "yaradıcılığına və şəxsiyyətinə böyük ehtiram və yüksək professionallığın" təzahürü olduğunu iki yerdə qeyd etmişdir. Şirindil müəllimin bu dəqiq qənaəti 5 fəsildən ibarət monoqrafiyanın "açar sözüdür". Hər fəsil də, əvvəlki fəslin mündəricəsini inkişaf etdirib daha da qüvvətləndirir. Əsər Qasım müəllimin ömür yolu ilə tanışlıqla başlayır. Ən həcmli hissə də elə bu fəsildir. Şairin soy-kökü, yaxın şəcərəsi haqqında məlumat verilir, Zəngəzur mahalının adlı-sanlı kişiləri olan babaları Hacı Qasım və Şahsuvar bəy, anası Arəstə xanım hörmətlə xatırlanır. Q.Qasımzadənin tərcümeyi-halına geniş ekskurs edən tədqiqatçı məlum aksiomu bir daha təsdiq edir ki, keçmişi olmayanın nə indisi, nə gələcəyi var... Öz sələflərindən ən yaxşı keyfiyyətləri əxz edən Qasım müəllimin mənəvi zənginləşməsində Yaradan nəinki "dincəlməmiş", əksinə, daha da səxavətli olmuşdur.

Q.Qasımzadə Qubadlıda anadan olub, Şəki Pedaqoji Texnikumunu bitirmiş, Kəlbəcərdə məktəb müəllimi, Yevlaxda maarif şöbəsində metodist işləmişdi; Azərbaycanın hər qarışında iz qoymuş, hər parçasını özünə vətən bilmişdi. Əsər qəhrəmanın həyat materialı, çoxcəhətli yaradıcılığı əsasında yazılsa da, Safurə xanım üçün vacib amil - sənətkarlıq xüsusiyyətləri, bədiilik də unudulmamışdır. Bu cəhətlərinə görə onu obrazlı elmi proza, roman-monoqrafiya da adlandırmaq olar: "Q.Qasımzadənin taleyi elə gətirmişdi ki... nənnisi barlı-bəhrəli bağlarda ağac budaqlarından asılmış, iməkləməyi, durub-yıxılmağı "quzu tüklü" yaşıllıq sərilmiş güllü-çiçəkli çəmənlər olmuş, məktəb yolu Kəlbəcərin uca dağlarından keçmiş, miniyi dırnağından od qopan köhlənlər olmuşdu". Monoqrafiyadakı poetik vüsət onu standart tərcümeyi-hal, yaradıcılıq yolu çərçivəsindən çıxarıb elmi-bədii süjetə çevirir.

Şairin lirikasından bəhs etdiyi birinci fəsildə müəllif onun şeirlərini nəinki ideya-məzmununa görə qruplaşdırır, poetik xüsusiyyətlərini incələyir, yeri gəldikcə onların yaranmasına təkanverici məqamlardan da bəhs edir. Belə ki, "Bənövşə yarpağı" şeiri həm yaranma tarixi, həm sənətkarlığı, eləcə də aktuallığı ilə bu gün də seçilir. Avropa səyahəti zamanı azərbaycanlı turistlərin biri xaricdə də yerlibazlıq azarından əl çəkməyib, dünya xəritəsində onsuz da kiçik olan Azərbaycanı öz dayaz atmacaları ilə daha da kiçildirmiş. Bundan hiddətlənən Qasım müəllim sərt reaksiya verərək həmin adamı pərt edir: "Eyib olsun! Dünya ərazisi ilə müqayisədə bənövşə yarpağından da kiçik olan torpağımızı bir neçə yerə bölsək, nöqtəyə dönüb itmərikmi?" Yerlipərəstlik kimi milli qüsurumuz bu gün də bizə mane olursa, ümid yenə "Bənövşə yarpağı"nadır...

Vətən - müqəddəs mövzu kimi Q.Qasımzadə lirikasının özəyini təşkil edir. S.Quliyeva bu qəbildən olan nümunələri fəxrlə "Vətən şeiri" adlandırır. Ura-patriotizmdən uzaq, vətən həsrətinə dəyib dağılan şairin qəlb harayının əks-sədası onun şeirlərində eşidilir. Həm də, ucadan... Təhlilə cəlb edilən əsərlər, seçilən şeir nümunələri alimin poeziya sərraflığından, bədii zövqündən xəbər verir:

 

Adam var ki, Kür, Araztək çay görməyib,

Qarışmayıb gülüşünə şəlalələr.

Uçurumun şir ağzından gül dərməyib,

Dodağını öpməyib daş piyalələr...

 

Əsl poeziya ali hisslərin, incə duyğuların tərcümanıdır. Şair hisslərini oxucu ilə bölüşüb, onu da həyəcanına bürüyür, düşüncəsinin, sözün gözəlliyinə qərq edir. Poeziya tədqiqatçısı isə obyekti öyrənir, dərinliyinə varır, onu bizim üçün elmi cəhətdən açıb-xırdalayır: "Q.Qasımzadənin şeir silsiləsində təbiət lövhələri canlı, ekspressiv-emosional təsir bağışlayır. Dağ yağışının qara buludların gəlişindən, ta şıdırğı yağıb hamını təpədən dırnağadək tam islatmasına qədər olan təsviri təbii, sirayətedicidir. Lirik "mən" təbiətdəki gözəllikləri sadəcə, seyr etmir, onun qoynunda isinə-isinə, islana-islana, sevinə-sevinə bizi də öz yaşantıları ilə təsirləndirir". Bu arada məlum filmdən məşhur cümlə yada düşür: "Əgər dünyada poeziya haqqında danışacaq kimsən yoxdursa, yaşamağın nə mənası?" Burada, "nə yaxşı ki, Safurə xanım var aramızda", demək keçir könlündən... Həmkarlarının Safurə xanıma verdiyi "səriştəli poeziya tədqiqatçısı, poeziyanın zərif, həssas bilicisi" kimi epitetlər, bənzətmələr tədqiqatçı professionallığının bədii təyinlərinə çevrilir.

Xronologiya üzrə davam edən monoqrafiyada "Şairin poemaları", "Alimin publisistikası" da ilk dəfə olaraq peşəkarcasına araşdırılmışdır. Q.Qasımzadə poema janrına, əsasən, yaradıcılığının ilk dövründə - 1950-1963-cü illərdə müraciət etmişdi. Bu poemaların adlarının özü bir gözəllikdir: "Meşə nəfəs alırdı", "Alma almaya bənzər", "Damcılar", "Günəş gec batacaq" və s. ...

Q.Qasımzadənin elmi araşdırmaya cəlb olunan publisistikası içərisində xarici ölkələrə səfərlərindən qələmə aldığı xatirələri xüsusilə diqqəti cəlb edir. S.Quliyeva yazıçının "Getdim, gördüm, düşündüm", "10 günün təəssüratı" və b. səyahətnamələrini elə canlı təqdim edir ki, dərhal gedib gözünlə görmək istəyirsən. Əlbəttə ki, bu səfərlərin gözü 1968-ci ildə getdiyi İstanbul-Bursa-İzmir-Ankara səyahətidir. Bu təəssürat həm də, onunla maraqlıdır ki, orada "bir millət, iki dövlət" deyil, əvvəllər bizə mənfi yüklü kapitalist ölkəsi kimi tanıdılan Türkiyədən söhbət gedir (Bu o zaman idi ki, "hamı hər iş və hər şey üçün - varlıqda-yoxluqda, xəstəlikdə-sağlıqda, üzünü şimala, "vətənimizin" paytaxtı Moskvaya çevirirdi. Bakıda Türk filmləri festivalı keçiriləndə sovet Azərbaycanı bu filmlərə rus dilində diktor tərcüməsi ilə baxırdı". - D.A.). Lakin bütün bunlara baxmayaraq şair dili, dini bir olan ölkədə özünü qərib hiss etmir, sonradan "səfər yaşantıları lirik-romantik duyğuların ifadəsi olaraq" şeirlərinə köçür.

Safurə xanımın analizlərində elmi üslubla rəvan ədəbi-bədii dil bir-birini tamamlayaraq, fikrin ifadəsini asanlaşdırır, "quru" akademizmi xatirə fraqmentləri canlı edir. Hansıları ki, mən vaxtaşırı, yeri düşdükcə, dəfələrlə Safurə xanımın dilindən eşitmişəm... Məsələn, bir axşam Q.Qasımzadə dostu B.Vahabzadə ilə axşam gəzintisinə çıxır, sovet ideologiyasından gileylə yanaşı, "ikiyə bölünmüş Azərbaycanın taleyi ilə bağlı yanğılarını bölüşürdülər". Bu arada yerdən tapdıqları kibrit qutusu ilə bəxt sınamaları monoqrafiyanın həssas və maraqlı hissələrindəndir.

Əsər həqiqi alim zəhmətinin, yuxusuz gecələrin, evdən, ailədən "oğurlanan" zamanın məhsuludur. Safurə xanım onilliklərin ciddi araşdırmaçısıdır, həm də məsuliyyətlidir, ondan da artıq zəhmətkeşdir. Başladığı yeni işə sadəcə, girişmir, əksinə, onu beyninə, qəlbinə yerləşdirir, ta bitirənə qədər onunla yaşayır, ondan ayrıla bilmir. Bir tədqiqat başqa birinə yol açır. S.Quliyeva kitabında özünün araşdırması ilə yanaşı, həmkarlarından şərh və sitatlara da geniş yer ayırır. Məqsəd - Q.Qasımzadəni düşündürən məsələləri, qaldırdığı problemlərə dair fikirləri müqayisəli şəkildə həmkar və dostlarının müşahidə və təhlillərində önə çıxarmaqdır. Qasım müəllimin yetirmələrindən olan, hazırda AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, professorlar - Qəzənfər Paşayev, Şamil Salmanov, tənqidçilərdən Əkbər Ağayev, Qulu Xəlilov, şair Hüseyn Kürdoğlu və başqalarının yanaşma və dəyərləndirmələri monoqrafiyanın əhatəsini genişləndirib əhəmiyyətini artırır.

Q.Qasımzadə tərcüməçilik fəaliyyəti ilə də ciddi məşğul olmuş, bu sahədə böyük uğurlara imza atmışdır. Y.Yevtuşenkonun "Əfqan qarışqası" şeirinin tərcüməsi orijinalı ilə rəqabət aparacaq qüvvədədir, tərcüməçi şüşə kimi görünməz olub, həmmüəllifliyə iddialıdır:

Sərilmişdir rus cavanı Əfqanıstan düzündə,

Gəzir müsəlman-qarışqa onun tüklü üzündə.

Çoxdan ülgüc toxunmayan sifətdə gəzmək çətin,

O, mərhumun qulağına pıçıldadı xəlvəti:

"Heç bilirsən, yaralanıb öldüyün yer haradır?

Bircə onu bilirsən ki, yaxınlıqda İrandır.

Burda islam sözünü də eşitmisən ilk dəfə,

Nə niyyətlə silahlanıb bəs gəldin biz tərəfə?"

 

Həqiqətən də, "ədəbiyyat - həyatın güzgüsüdür"sə, "yazıçılar zamanın bələdçiləridirlər". (akademik İsa Həbibbəyli) Başqa sözlə, - tarixin təkrar olunmaq kimi bir "vərdişi" var... 1983-cü ildə yazılmış bu şeirin süjeti 2020-ci ildə bizim Qarabağda təkrar olundu, bu dəfə həmin rus əsgərinin aqibətini 4000 erməni gənci yaşadı. İbrət: "Özgə torpağına daşla gələn, başını da qoyub gedər".

S.Quliyeva tədqiqat obyektinə dərin bələdliklə yazdığı monoqrafiyada Q.Qasımzadənin "dağ vüqarlı poeziyası" və elmi yaradıcılığından başqa, milli ənənələrə bağlı xarakterini, vətəndaşlıq mövqeyini, yüksək erudisiyasını, cəsarətli və qərəzsiz alim, tənqidçi mahiyyətini, "ipək kimi yumşaq, ipək kimi möhkəm" şəxsiyyətini tam açmışdır.

Əsərdə müəllif səmimiyyətini xüsusi qeyd etmək istəyirəm. Çox zaman publisistikada, hətta, müəllif təhkiyəsində belə, bu qədər ürək açıqlığı müşahidə olunmur. Əsərdə ara-sıra elə xatirələrə yer verilir ki, Safurə xanım onun üstündən rahatca sükutla keçə bilərdi. İctimailəşdirməyindən isə həm əsər, həm baş qəhrəman, eləcə də müəllifin özü qazanır.

S.Quliyevanın hər kitabı alimlər, ədəbiyyatşünaslar, elmə yeni gələnlər üçün hazır köməkçi vasitədir. "Qasım Qasımzadənin yaradıcılıq yolu" da şair-alimin özəl fəaliyyəti ilə yanaşı, həm də, müasirlərinin də içində olduğu dövrün, ictimai-ədəbi mühitin geniş mənzərəsidir. Məsələn, Qasım müəllimin Qarabağ mövzulu fəaliyyətinə işıq salmaqdan öncə belə bir panoram giriş verilir: "Azərbaycanın zəngin torpaqlarına yiyələnmək xəyalında olan və həmin məqsədlə 100 ildən bəri uzun gedişli planlar hazırlayıb zaman-zaman fürsət düşən kimi onu həyata keçirən qonşu ermənilər XX yüzilliyin səksəninci illərində artıq açıq hücum üçün starta hazır idilər".

Yekun olaraq demək istəyirəm ki, filologiya üzrə fəlsəfə doktoru, dosent S.Quliyeva Q.Qasımzadənin adına, tutumuna, şəxsiyyətinə layiq bir əsər ortaya qoymuşdur. Müəllifin diqqət və məhəbbətlə yazdığı monoqrafiyanı zövqlə oxudum, ikiqat zənginləşdim... Həm Qasım müəllimi görünən və görünməyən tərəfləri ilə yenidən kəşf etməklə, həm də bu tərəflərin əhatəli, mükəmməl S.Quliyeva təqdimatı ilə. Bu yazı da, əsərə və müəllif zəhmətinə qiymət vermək cəhdidir.

Qasım müəllim özü demiş, 70 il yaşayıb dünyanın hər üzünü gördü: oxucu məhəbbəti də qazandı, dövlət tərəfindən də qiymətləndirildi. Müqəddəs torpaqlarımızın işğalından da yanıb-yaxıldı, övlad dağı ilə də sarsıldı... Ağ və qara... Lakin həyatın hər zolağında ləyaqətli insan, dəyərli, məhsuldar, mənalı sənətkar ömrü yaşadı.

Hal-hazırda da şöbəmizdə Qasım müəllimin portreti asılıb. Bayram keçirəndə, ad günü qeyd edəndə çəkdirdiyimiz kollektiv şəkillərin hamısında Qasım müəllim divardan baxır. Şöbəyə ondan sonra gələnlər də onu tanıyır, sevir... Safurə xanım həmişə "elə dayanaq ki, Qasım müəllim də düşsün...", - deyir. Bu ağ-qara foto Q.Qasımzadə nüfuzunun, şəxsiyyətinin, poeziyasının portret təcəssümüdür. Bu gün də Qasım Qasımzadə elminin, sənətinin ucalığında dayanır. Həm də dostlarının, həmkarlarının, yetirmələrinin, davamçılarının qədirbilənliyində!


 Qasım Qasımzadənin ədəbi-elmi portreti. Safurə Quliyevanın təqdimatında - Dilarə Adilgil yazır | Edebiyyatqazeti.az 


ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi
САМОЕ ЧИТАЕМОЕ
  1. Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil
  2. НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ
  3. HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
  4. "Qarabağ", Milli futbol komandası və milli ideologiya
  5. Risky Partnership
  6. «Шеш кнафаим»: книга, потерянная по дороге
  7. Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü
  8. «Красная среда»: Праздник творения и начало жизни в езидской вере
  9. Что происходит в Юго-Восточной Азии?
  10. Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )
  11. Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш
  12. Когда рукопись становится практикой
  13. Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə
  14. XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST
  15. SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
  16. Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно
  17. Welatparêzekî kurd ji Azirbêcanê
  18. Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?
  19. В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном
  20. YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы
  21. Heydər Əliyev və Cənubi Azərbaycan problemi
  22. İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin
  23. XHAR – LƏZGİ OCAĞI
  24. Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом
  25. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı
  26. Молчаливое свидетельство эпохи
  27. “QALİB” İRAN
  28. Fələstinin Bakıdakı səfirliyinin bəyanatı
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyun 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
ГАЛЕРЕЯ