Ethnoglobus » КУЛЬТУРА » Dodo İradə Məlikova haqqında bir neçə söz

Dodo İradə Məlikova haqqında bir neçə söz

image

Ağ geyinən şəhidin anası qara geyməz!

Yayın qızmar çağları idi. Günəş göydən yerə od ələyirdi. Ağacların yarpaqları öləziləşmişdi. Dostum Möhübbət Ağayev məni yolda gözləyirdi. Bir azdan ona qoşulub Günəşli kəndinə yollandıq. Şəhid Vüqar Mövlanovun atası Tumarxan kişi bizi evində gözləyirdi. “Dodo” qəzetinin baş redaktoru, araşdırmaçı jurnalist İradə Məlikova da şəhidin ailəsinə baş çəkməyə gəlmişdi. Görüşüb söhbət etdik. Bu görüş adi görüşlərə bənzəmirdi. Hüznqarışıq təbəssüm, gözlərdən süzülən qəmli baxışlar özünü büruzə verirdi. Şəhid Vüqarın şəklindən boylanan vüqarlı baxışlarından, ondan əmanət qalmış əşyalarından heç cür yayına bilmirdik...

Mən Vüqarın cəsarətli, qeyrətli döyüş yoluna, canını Vətənə fəda edərək şəhidlik məqamına ucalmış qəhrəman əsgərə, bədəni Vətənə dönmüş Vüqar Mövlanova “Qələbəyə inamla döyüşdü” adlı oçerk həsr etmişəm. Vüqar da, Vətən şəhidləri də zamanla qoşa addımlayan, düşmənin qarşısında sipərə dönən qəhrəmanlardır. Biz və gələcək nəsillər başımızı qürurla dik tutmağımıza, xəcalətdən çıxmağımıza, aldığımız hər nəfəsə, atdığımız hər addıma, firavan yaşadığımız xoş həyata, aydın sabaha görə Vüqar kimi əyilməz, yenilməz, polad kimi sınmaz şəhidlərə, qazilərə, onlara doğan analara borcluyuq. Onlar bizim tapdanmış qürurumuzu bizə qaytardılar. Özlərini cismən mərmilərin zərbi bölsə də, Vətənimizin bütövlüyünə nail oldular. Əsrlərdən bəri param-parça olmuş torpaqlarımızı beləcə heç kəs qaytarmamışdı... Özləri cismən şəhid olsalar da, Vətəni yaşatdılar, əbədilik qazandılar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, sərkərdəlik məharəti ilə torpaqlarımız əsarətdən azad edildi, Vətən bütövləşdi.

İradə xanım bizə Zəfərimizi, qələbəmizin tamını dadızdıran çoxlu sayda şəhid məzarına, şəhid ailələrinə baş çəkib, ana-bacılara, atalara təskinlik verib, onlara mənəvi dayaq olub, problemlərin həlli üçün səlahiyyət sahiblərini narahat edib. Qəzet və kitablarında şir ürəkli əsgərlərimizi vəsf edən yazılar yazıb. Ən böyük mükafatı isə daxilində tapdığı təskinlik olub.

 

Bu görüş kədərli olsa da, videokameranın, telefonların yaddaşından yayınmadı. Ən yaddaqalan bilirsiniz nə oldu? İradə xanım Məlikova bibisi gəlini olan Bəsti xanıma ürək-dirək verirdi. Sonra səliqə ilə bükdüyü xınayı rəngli kəlağayı açdı, göz yaşı ilə şəhidin anasına: “Bax, bacım, oğlun Vüqardan sənə hədiyyə gətirmişəm. O istəyir ki, daha sən qara bağlamayasan” – deyərək anaya özünəməxsus tərzdə təskinlik, ürək-dirək verdi. Şair Etibar Vəliyevin “Qara yaylıq satmayın” şeirini yana-yana oxudu. Dedi ki, şair lap yerində yazıb: “Ağ geyinən şəhidin, anası qara geyməz”.
 – Bəsti ana, sən də qəmini unut, gözlərinə dolmasın bulud! – deyə ananın boynunu qucaqladı. Çox təsirli bir səhnə idi...

Doğrudan da, çox təsirli bir səhnə idi. İlk dəfə idi ki, şəhidin anasını beləcə ovundururdu. Kəlağayı sanki göydəki şəhid ruhlarının bir parçası idi, enmişdi yerə. Sanki oğlu Vüqardan şad xəbər gətirmişdi: “Mən cənnətdəyəm, ana. Səbrli ol. Mən ölməmişəm, sadəcə məkanımı dəyişmişəm!”

Bu epizodu niyə xatırladım və oçerkə ön söz kimi daxil etdim? Çünki İradə xanımın jurnalist kimi təcrübəsində belə hallar çox baş verib. Hər bir epizod unudulmaz olub. Yaddaşında möhkəm izlər buraxıb, xatirəyə dönüb.

Deyirlər, söz sehr kimidir – güclüdür, qüdrətlidir. Dişinin arasından çıxdımı, artıq sənin deyil! Mən də artıq sözü uçurtmuşam. Qalır mabədini davam etdirmək. Budur, qələmə alıram, ümid edirəm ki, ürəyinizcə olar. Onu da bəri başdan deyim ki, müşahidə etdiklərim yalnız İradə xanımın gerçək həyatının bəzi qatlarını əks etdirir. Əgər qatların hər birini açıb nəql etsək, bu, bəlkə də yorucu olardı.

                                           Baba ocağı köməyə gəldi

İradə xanımın 10 yaşı vardı, böyük bacı Sevda isə 14 yaşın içində idi. Sevda kənd kitabxanasında Ağaş əmisindən götürdüyü maraqlı romanları və hekayə kitablarını 1-2 gecəyə oxuyub bitirərdi. İradə ondakı kitaba həvəsinə heyran qalsa da, Sevdaya çata bilmirdi. Mütaliəyə ondakı həvəs İradəni oxumağa, öyrənməyə sövq edirdi. Sevdanın qalın dəftərində yazdığı şeirləri və qeydləri çox xoşuna gələrdi. Bacısına oxşamaq İradənin ürəyindən keçsə də, büruzə vermirdi.

Vaxt gəldi ki, nənəsi Dodoxanım 1978-ci ilin aprel ayının 22-də, 64 yaşında rəhmətə getdi. Nənənin ölümü ailəni xeyli mütəəssir etdi. Bacılar hara addım atırdılarsa, nənənin əl nişanələrini, onun əşyalarını görürdülər, nəfəsini duyurdular, nənəni unuda bilmirdilər. Nənə onların yuxularına işıqlı siması və xeyirxahlığı ilə gəlirdi...

Dodoxanım nənəni kənd qəbiristanlığında torpağa tapşırdılar. Onlar bir neçə gündən sonra Bakıya getməyə hazırlaşdılar. Sevdaya və İradəyə dedilər:
 – Siz bizimlə Bakıya gəlirsiniz, yoxsa baba ocağında qalırsınız? – deyə Şirzad ata sözünə davam etdi: – Deyəsən, baba yurdumuz sahibsiz qalar. Bəs nə edək? Mən iş yerimə qayıdıram.

Qızlar isə kənddə çox da təmtəraqlı olmayan evdə qalmağa üstünlük verdilər. Onlar elə bilirdilər ki, yurd-yuvanı hamı birlikdə tərk etsə, Dodoxanım nənənin ruhu onları bağışlamaz. Beləliklə də, bacılar Şirzad atadan, Məryam anadan uzaqda yaşamalı oldular...

Əvvəllər çox çətinlik, sıxıntı olsa da, yavaş-yavaş öyrəşirdilər. Həyəti şumlayıb becərdilər, toyuq-cücə saxladılar, meyvə-tərəvəz yığdılar, qışa tədarük gördülər, bir sözlə, yaşamağı bacardılar.

Yeniyetmə bacılar uşaq düşüncəsi ilə elə bilirdilər ki, həyat beləcə davam edəcək. Lakin tale Sevdanı və İradəni ayrı-ayrı qismətə tuş elədi. Sevda Azərbaycan kəndində (indiki Günəşli) qalıb müxtəlif işlərdə çalışdı.

Həyatın yazılmamış qanunları var: biz də o qanunların hökmü ilə yaşayır və ömür sürürük. İradə səkkizilliyi bitirən kimi Azərbaycan Politeknik Texnikumuna daxil oldu və dörd ildən sonra orta ixtisas təhsili aldı. O, gənc mütəxəssis kimi Bakı Məişət Kondisionerləri Zavodunda işləməyə göndərildi. Yeni iş yeri isə “Cənubkəndtəsərrüfatısutəchizatı” layihə institutu oldu. Burada işləməklə bərabər, İnşaat Mühəndisləri İnstitutunun axşam şöbəsinin tələbəsi oldu. On il Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində işlədi.

Özü də, sözü də işıq – İradəli xanım

 

İradə xanım fitrətən istedadlıdır, şair təblidir, jurnalist qələmlidir, qəlbi təmizdir. Hər bir qonaq ona əzizdir, xeyirxahdır, süfrəsi açıqdır, hamıya can yandırır. Onun həyatı tammetrajlı kinofilmə, qalın bir romana bənzəyir – qələm yazmaqda, göz baxmaqda acizdir. Hər halda, təsvir etməyə, xatırlanmağa layiq sözlər tapılır. Ondakı mehribanlıq, sədaqət, ədalət, vətənsevərlik, yurda bağlılıq, halallıq, səbirli və təmkinli olmaq – sözsüz ki, öyrənilməyə layiqdir.

İradə xanım onu əhatə edən mühitin hiss və həyəcanları, arzu və istəkləri ilə nəfəs alır. Bu mühitdəki yaşam tərzində baş verən olaylara öz prizmasından baxır, Şərqin min illərdən bəri özünü doğruldan milli-mənəvi dəyərlərinə üstünlük verir. İradə xanım xanımlara örnəkdir, onu hamıya sevdirən – ürəkdən gələn istəkdir.

Əldən-ələ gəzən hər bir kitabında, “Dodo” qəzetinin hər bir sətrində Dodo xanımın barmaqlarının izi, gözünün nuru qalıb. Cənnətin zəvvarları, Vətənimizin xilaskarları – şəhidlərin qəhrəmanlığı qiyməti bir tarixdir, tarixi isə zaman yaşadır. Sehirli söz olayları, olacaqları yaşadır, nəsildən-nəslə ötürür. Onun qüdrəti, dərinliyi, böyüklüyü qarşısında böyük Füzuli – o eşq Allahı – heyrət edib!

Yeni qəzet doğuldu

Bəs sözün sehrinə düşən, onun cazibəsindən çıxa bilməyən, söz xəzinəsinə baş vuran İradə xanım Məlikova ötən illərdə nə itirdi, nə qazandı? İradə xanım deyir ki, ötən illər geri qayıdan deyil. Onun qazancı isə müqəddəs qələmi ilə yazdığı yadigarlar olub. Tərcüməçi-müxbir kimi fəaliyyəti onu qane etmədi. İnternetlə işləməyi, qəzetə rəhbərliyin necə olmasını, tərtibat işini öyrəndi.

 

2017-ci ilin may ayından “Dodo” (talış dilində ana-bacı deməkdir) adlı qəzet təsis etdi və baş redaktor oldu. “Azərbaycan” Nəşriyyatında otaq aldı, redaksiyanı formalaşdırdı. Rayonlara, qəsəbələrə, kəndlərə yollandı, müxtəlif tədbirlərin iştirakçısı oldu. Öz ətrafına fəal qələm sahiblərini topladı, talışların dilini, folklorunu, etnoqrafiyasını, adət-ənənəsini, mahnılarını, ədəbiyyatını bilənlərə qəzetdə meydan açıldı. “Dodo” qəzetinin ilk sayı 22 iyul 2017-ci ildə işıq üzü görəndə, sanki baş redaktor İradə xanımın yeni bir övladı dünyaya gəldi!

                                             O, həm də naşirdir!

İradə xanım qəzet redaktoruna məxsus tükənməz enerjiyə, yüksək erudisiyaya, möhkəm yaddaşa və iti zəkaya malikdir. “Dodo” qəzeti nəşrə başladığı vaxtdan indiyədək, yəni 6 iyul 2017-ci il tarixindən 2025-ci ilin iyul ayınadək, 97 sayı oxuculara təqdim edilmişdir. O, nəşriyyat imkanlarını genişləndirmək üçün “Dodo” MMC yaratmış, ilk növbədə öz kitablarını bu imza ilə çap etdirməyə başlamışdır.

Nəşr edilmiş “Dodo” qəzetinin VIII cilddən ibarət kitabları nəfis şəkildə çap olunmuşdur. Bu, bir salnamədir. AMEA-nın Folklor İnstitutu “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” (11 xalqın dilində, 2016), “Azərbaycanda yaşayan xalqların əfsanə, rəvayət və nağılları” (15 xalqın dilində, 2018), “Yolon sıxanon” – talış dilində (atalar sözləri) kitabı (2018), azsaylı xalqların folkloru silsiləsindən “Talış folkloru” IV seriya kitabı (iki dildə, 2019) nəşr etmişdir.

 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar talış xalqının böyük rəhbərə olan dərin hörmət və ehtiramını, məhəbbətini, onun dahiliyini ifadə edən “Mən fəxr edirəm ki, azərbaycanlıyam – Az fəxr kardəm ki, Azərboyconijim” (iki dildə, 2023) kitabı Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilmişdir.

Eyni zamanda, İradə xanımın çoxillik yaradıcı zəkasının məhsulu olan “Birlikdə düşünək” (Azərbaycan və talış dillərində) kitabında məqalələri, analitik yazıları, ictimai əhəmiyyət kəsb edən təklifləri, müsahibələri geniş şəkildə əksini tapmışdır. Bu siyahını daha da genişləndirmək olar.

Azərbaycan Milli Mətbuatının 150 illiyi ərəfəsində İradə xanım Məlikova ilə polemik söhbət edirik. O deyir ki, hər hansı bir xalqın böyüklüyü, qədim tarixi onun top-tüfəngi, qoşun sayı, pul-parası ilə deyil; tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, tolerantlığı, alimləri və tanınmış şəxsiyyətləri ilə ölçülür.

Elə məhz İradə xanım da xalqın yaşaması, dövlətçiliyin və müstəqilliyimizin qorunması, mənəvi dəyərlərin dəstəklənməsi, xalqların xoşbəxtliyi, ölkənin dünyada söz sahibi olması üçün var gücünü, bilik və bacarığını, parlaq zəkasını, jurnalist istedadını əsirgəmir.

Var olsun belə düşüncə, zəka sahibi, geniş ürəkli, talış gözəli!

P.S.
Bu oçerk Azərbaycan mətbuatına, şəhid xatirəsinə və xalq yaddaşına təmənnasız xidmət edən, maaşsız  işləyən, lakin mənəviyyatla dolu bir fədakara — İradə Məlikovaya ithaf olunur.

                                                                                             İdris Şükürlü
                                                                                             Azərbaycanın Əməkdar jurnalisti,
                                                                                                                           yazıçı-publisist

 

 

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:44Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?20:30İRAN ŞƏHİD RƏHBƏRİ İLƏ VİDALAŞIR11:33İRAN YENƏ DƏ ORTA ƏSRLƏRDƏ QALMAQ İSTƏYİR.13:34Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…20:08Tərəddüdlü iran19:19Fələstin və İslam İnkişaf Bankı Fələstinin enerji sektorunun maliyyələşdirilməsi üçün 37 milyon ABŞ dolları dəyərində saziş imzalayıb18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyul 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
ГАЛЕРЕЯ