Ethnoglobus » ЭТНОПОЛИТИКА » TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB

TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB

TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
12:10, 29 oktyabr 2025
1 407
0

19 oktyabr tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Qafqaz Kürdlərinin II Beynəlxalq Elmi-Praktiki Konfransı baş tutub. Konfrans «Ronahi» Gürcüstan Kürdləri Assosiasiyası, Qafqaz Kürd İnstitutu və Kürdüstan Diaspor Konfederasiyasının təşkilatçılığı, Bərzani Qərargahı və Knyaz İbrahim Mirzoyev Vəqfinin dəstəyi ilə baş tutub. 20-yə qədər ölkədən 60-dan çox alim, ekspert və tanınmış simaların iştirak etdiyi konfransda əsas mövzu «Milli quruculuqda Qafqaz kürdlərinin rolu» olub.

 

Konfransda bütün məruzələr dinlənilib, onların əksəriyyəti Qafqaz kürdlərinin milli, sosial-mədəni, hüquqi və digər məsələlərinə həsr olunub. Ümumilikdə ana dilinin qorunub saxlanılması və inkişaf etdirilməsinin yolları, çoxkonfessiyalı kürd cəmiyyətində tolerantlığın inkişaf zərurəti, müxtəlif ölkələrdə yaşayan kürdlər arasında münasibətlərin inkişafı kimi məsələlər müzakirə edilib.

 

Konfransda Cənubi Qafqaz kürdlərinin, eləcə də digər post-sovet respublikalarında yaşayan kürdlərin tarixi və hazırkı vəziyyəti müzakirə olunub. Mədəniyyət, incəsənət, təhsil, kommunikasiya, arxiv və milli hüquqlar sahəsində problemlərin həlli üçün xüsusi təkliflər və perspektivlər təqdim olunub. Süni intellekt başda olmaqla yeni texnologiyalardan istifadənin zərurəti vurğulanıb. Kürdlərin qonşu xalqlarla dostluq əlaqələrinin inkişafının möhkəmləndirilməsinin vacibliyindən ətraflı danışılıb. Konfransda kürdlərin ərazisində yaşadıqları dövlətlərlə Kürdüstan arasında mədəni, təhsil və iqtisadi əlaqələrin inkişaf etdirilməsində fəal iştirakının vacibliyinə də diqqət çəkilib. Gürcüstan və Kürdüstan televiziyaları konfransı aktiv şəkildə işıqlandırıb.

 

Konfransda Kürdüstan rəhbərliyindən Prezident Neçirvan Bərzaninin müşavirləri Xeyri Bozani və Hüseyn Qeydi, Baş nazir Məsrur Bərzaninin müşaviri Renas Cano iştirak edib. Azərbaycandan konfransa 3 nəfər nümayəndə - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin sədr müavini Ramin Qəmbərov, «Ronahi» Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov və Kürd Media Mərkəzinin təsisçisi İbrahim Əliyev qatılıb. Konfransın ötən ilki məruzələrin məcmusu kitab halında nəşr edilərək iştirakçılara təqdim olunub. Ötən il konfrans 15-16 avqust tarixlərində keçirilmişdi. Konfransın bundan sonra da ənənəvi şəkildə hər il keçirilməsi planlaşdırılır.

Tədbirdə Azərbaycanın Kürd İcmasını «Ronahi» Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov və Kürd Media Mərkəzinin təsisçisi İbrahim Əliyev təmsil edib. Hər iki təmsilçi konfransda kürdcə məruzə ilə çıxış edib.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin sədr müavini Ramin Qəmbərov  da konfransda iştirak edib. 

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Tbilisidə Qafqaz Kürdlərinin I Beynəlxalq Elmi-Praktiki Konfransı baş tutub.
Tbilisidə Qafqaz Kürdlərinin I Beynəlxalq Elmi-Praktiki Konfransı baş tutub.
27.08.24, ЭТНОПОЛИТИКА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
Bakıda  “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub
Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub
31.10.25, ЭТНОПОЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
AZƏRBAYCAN  RESPUBLİKASI   MULTİKULTURALİZM  SİYASƏTİNİN    NÜMUNƏSİ KİMİ
AZƏRBAYCAN RESPUBLİKASI MULTİKULTURALİZM SİYASƏTİNİN NÜMUNƏSİ KİMİ
08.05.23, ЭТНОПОЛИТИКА
İran Kürdüstan bölgəsi yaxınlığında qoşunlarının sayını artıraraq, quru əməliyyatı keçirməklə təhdid edir
İran Kürdüstan bölgəsi yaxınlığında qoşunlarının sayını artıraraq, quru əməliyyatı keçirməklə təhdid edir
09.10.22, ЭТНОПОЛИТИКА
Firudin İbrahimi və azərbaycançılıq
Firudin İbrahimi və azərbaycançılıq
23.06.23, ЭТНОПОЛИТИКА
HEYDƏR   ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
10.05.25, ИСТОРИЯ И ОБЩЕСТВО