Ethnoglobus » ЭТНОПОЛИТИКА » Tbilisidə Qafqaz Kürdlərinin I Beynəlxalq Elmi-Praktiki Konfransı baş tutub.

Tbilisidə Qafqaz Kürdlərinin I Beynəlxalq Elmi-Praktiki Konfransı baş tutub.

Tbilisidə Qafqaz Kürdlərinin I Beynəlxalq Elmi-Praktiki Konfransı baş tutub.
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
12:04, 27 avqust 2024
2 045
0
15-16 avqust tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Qafqaz Kürdlərinin I Beynəlxalq Elmi-Praktiki Konfransı baş tutub.
"Ronahi" Gürcüstan Kürdləri Assosiasiyası, Qafqaz Kürd İnstitutu, Koordinasiya Şurası, Almatı Kürd Mədəniyyətinin İnkişafı Fondu, Mədəniyyətlərarası Əməkdaşlıq Akademiyası və Kürd İcmalarının Beynəlxalq Federasiyasının təşkilatçılığı ilə keçirilən konfransın yekun deklarasiyası aşağıdakı kimi başlayır:
“Kürdüstandan kənarda yaşayan kürdlərin mədəni kimliyi yox olmaq təhlükəsi ilə üz-üzədir. Dünyadakı bütün kürd təşkilatlarını kürd kimliyini xilas etmək üçün dərhal fəaliyyət göstərdikləri ölkələrdə proqramlar yaratmağa və bununla bağlı müvafiq orqanlarla əməkdaşlığa başlamağa çağırırıq."
17 ölkədən 50-dən çox alim, ekspert və tanınmış simaların iştirak etdiyi konfransda Qafqaz kürdlərinin problemlərindən ətraflı bəhs edilib.
Konfransda 26 məruzə dinlənilib, onların hamısı Cənubi Qafqaz kürdlərinin milli, sosial-mədəni, hüquqi və digər problemlərinə həsr olunub.
Ümumilikdə assimilyasiya problemləri, ana dilinin qorunub saxlanılması və inkişaf etdirilməsinin yolları, çoxkonfessiyalı kürd cəmiyyətində tolerantlığın inkişaf zərurəti, müxtəlif ölkələrdə yaşayan kürdlər arasında münasibətlərin inkişafı kimi məsələlər müzakirə edilib.
Konfransda Cənubi Qafqaz kürdlərinin, eləcə də digər post-sovet respublikalarında yaşayan kürdlərin tarixi və hazırkı vəziyyəti müzakirə olunub. Mədəniyyət, incəsənət, təhsil, kommunikasiya, arxiv və milli hüquqlar sahəsində problemlərin həlli üçün xüsusi təkliflər və perspektivlər təqdim olunub. Kürdlərin qonşu xalqlarla dostluq əlaqələrinin inkişafının möhkəmləndirilməsinin vacibliyindən ətraflı danışılıb. Konfransda kürdlərin yaşadıqları dövlətlərlə Kürdüstan arasında mədəni, təhsil və iqtisadi əlaqələrin inkişaf etdirilməsində fəal iştirakının vacibliyinə də diqqət çəkilib.


Konfransın məruzələrinin kitab şəklində nəşri qərara alınıb. Bu məqsədlə 5 nəfərdən ibarət komissiya yaradılıb. Konfransda kürd təşkilatlarına və onların üzvlərinə konfrans tövsiyələrinin praktiki tətbiqini öz cəmiyyətlərində və daimi yaşayış yerlərində yerinə yetirməsi tövsiyə olunub.
Minnətdarlıq əlaməti olaraq yekunda konfransın təşkilatçıları və iştirakçıları Qafqaz Kürdlərinin Beynəlxalq Konfransını yüksək səviyyədə keçirmək imkanına görə Gürcüstan Prezident Administrasiyasına xüsusi təşəkkür məktubu göndərməyi qərara aldılar.


Kürd Media Mərkəzinin təsisçisi İbrahim Əliyev


Kürd Media Mərkəzi adından ilk dəfə beynəlxalq konfransa dəvət alır və iştirak edirdim. Bunun üçün bütün təşkilatçılara və iştirakçılara minnətdaram.
Qeyd edim ki, 15-16 avqust 2024-cü il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Qafqaz Kürdlərinin I Beynəlxalq Elmi-Praktiki Konfransı" keçirildi. Konfransa 17 ölkədən 50-dən çox alim və elmi tədqiqatçılar, ictimai fəallar, jurnalistlər qatıldı. 2 gün davam edən konfrans sessiyalarla davam etdi. Oxunan məruzələrin və edilən müzakirələrin faydalı olacağına inanıram.
Konfransda mənim üçün ən maraqlı məqam Qafqazda erməni-müsəlman münaqişəsinin başlanması ilə Ermənistandan və Şərqi Zəngəzurdan müsəlman kürdlərin deportasiya edilməsi məsələsinə toxunulması idi. Deportasiya ilə bağlı məlumatların digər ölkələrdən konfransa qatılan kürd alim və tədqiqatçıların, jurnalistlərin diqqətinə çatdırılmasını Azərbaycandan olan kürdlərin beynəlxalq müstəvidə uğuru kimi qiymətləndirmək olar.
Azərbaycanlı kürdlər konfransda aktiv iştirak edirdilər. Onlardan Həjar Şamil (Həjar Əsgərov) təşkilatçılardan biri idi. Onun mərhum atası Şamil Əsgərov Azərbaycanda tanınmış alim və yazıçı olmuşdur. Kəlbəcər rayonundandırlar və ermənilərin hərbi təcavüzündən birbaşa əziyyət çəkiblər. Kürdüstanın "Rudaw" telekanalının Rusiya və post-sovet ölkələri üzrə müxbiri, Azərbaycanın Laçın rayonundan olan Kamiz Şəddadi də konfransda iştirak edir və tədbiri mətbuatda işıqlandırırdı. Laçın da 1992-2020-ci illər ərzində işğalda saxlanılmışdır. Azərbaycanda yaşayan kürd icmasını "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov təmsil edirdi. Tanınmış gənc vikipediyaçı Ayxan Zayıdzadə də konfransda iştirak edirdi.
Ermənistandan vaxtilə deportasiya edilmiş kürdlərin əksəriyyətinin azərbaycancanı səlis bilməsi və kürdcə ilə yanaşı bu dili də istifadə etmələrini diqqətdə saxladım. Onlar da konfransda fəal iştirak etdilər. Lətif Bruki kürdlərin erməniləşdirilməsi və yezidi kürdlərin Ermənistanda assimilyasiyası məsələləri ilə bağlı dəyərli tədqiqat materiallarını bizimlə bölüşdü. Qazaxıstandan konfransa qatılan Rafiq Mirzoyev və Murad Şamilov isə kürdlərin 1989-cu ildə Ermənistandan deportasiya edilməsi məsələsinə toxundular.
Konfransda tamamilə unudulmaqda olan qədim kürd dilinin qorunub saxlanılması, yenidən öyrənilməsi ilə bağlı həyəcan təbili çalınıb. Türkləşmə və erməniləşmə istiqamətlərində 3 əsrdən çoxdur davam edən assimilyasiya prosesi, ana dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi yolları, çoxkonfessiyalı kürd cəmiyyətində tolerantlığın inkişaf zərurəti, müxtəlif ölkələrdə yaşayan kürdlər arasında münasibətlərin inkişafı kimi məsələlər müzakirə edilib.
Xüsusilə xristian kürdlərin qriqoryan kilsəsi vasitəsilə erməniləşdirilməsi barəsində iştirakçıların nəzərinə çatdırılan dəyərli tədqiqat materialları mənim üçün maraqlı oldu. İrəvan, Göyçə, Dərələyəz, Zəngəzur və s. ərazilərdən müsəlman kürdlərin deportasiya edilməsindən sonra yer adlarının erməniləşdirilməsi məsələsinə də toxunuldu.


Müharibə mövzusuna əsasən assimilyasiyaya təsiri kontekstində toxunuldu. Ümumən isə siyasi mövzulara veto tətbiq edilərək, humanitar mövzularda söhbətlərə yer verildi. Mədəniyyət, incəsənət, təhsil, kommunikasiya, arxiv istiqamətlərində kürdlərin öz hüquqlarından məlumatlı olması və mövcud imkanlardan istifadə edə bilməsi bacarıqlarından danışılıb. Konfransda kürdlərin yaşadıqları dövlətlərlə Kürdüstan arasında mədəni, təhsil və iqtisadi əlaqələrin inkişaf etdirilməsində fəal iştirakının vacibliyinə də diqqət çəkilib.
Təşkilatçılara - "Ronahi" Gürcüstan Kürdləri Assosiasiyası, Qafqaz Kürd İnstitutu, Koordinasiya Şurası, Almatı Kürd Mədəniyyətinin İnkişafı Fondu, Mədəniyyətlərarası Əməkdaşlıq Akademiyası və Kürd İcmalarının Beynəlxalq Federasiyasına, eləcə konfrans iştirakçılarına öz təşəkkürümü bildirirəm.


Qaynaq: Kürd Media Mərkəzi




Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB
TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB
29.10.25, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Firudin İbrahimi və azərbaycançılıq
Firudin İbrahimi və azərbaycançılıq
23.06.23, ЭТНОПОЛИТИКА
Bakıda  “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub
Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub
31.10.25, ЭТНОПОЛИТИКА
Salamankadan salamlar. Rəsulzadənin “Azərbaycan savaşı” (3-cü yazı)
Salamankadan salamlar. Rəsulzadənin “Azərbaycan savaşı” (3-cü yazı)
05.09.22, КОНФЕРЕНЦИИ
HEYDƏR   ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
10.05.25, ИСТОРИЯ И ОБЩЕСТВО
“TÜRK DÜNYASI- 2040 VİZİONU”.      Məqsədlər, gözləntilər, reallıqlar...
“TÜRK DÜNYASI- 2040 VİZİONU”. Məqsədlər, gözləntilər, reallıqlar...
28.10.22, ЭТНОПОЛИТИКА