Ethnoglobus » В МИРЕ » SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA

SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA

image

Vidadi Mustafayev

Foto: google

ABŞ-İsrail-İran müharibəsi (28 fevral – 8 aprel 2026) və ardınca elan edilən atəşkəs (8 aprel), eləcə də ABŞ-nin İranı dəniz mühasirəsinə aldığı dövr (13 apreldən etibarən) bir həqiqəti bir daha sübut etdi: İranın müdafiə sisteminin əsas dayağı İslam İnqilabı Keşikçiləri Korpusu — Sepahdır. Həmin müharibə dövründə Sepah həm rəqib tərəflərə hücumları planlaşdırıb icra edən, həm də düşmənin hava hücumlarını dəf edən əsas qüvvə kimi çıxış etdi. Bundan əlavə, müharibənin ilk günü İranın Ali Rəhbəri Seyid Əli Xameneinin həlak olması, yeni Rəhbərin 9 gündən sonra seçilməsi və seçilmiş Rəhbərin ictimaiyyətə görünməməsi şəraitində Sepahın ölkənin idarə edilməsindəki həlledici rolu daha da qabarıq şəkildə özünü göstərdi. Bu baxımdan həmin müharibəni əməli olaraq iki dövlətlə Sepah arasındakı müharibə kimi xarakterizə etmək mümkündür.

Həmin tarixi günlərdə daxili və xarici mediada müharibənin əsas subyektlərindən biri kimi ən çox adı çəkilən qurum məhz Sepah idi. Bütün bunları nəzərə alaraq İranın siyasi-hərbi-ideoloji sistemində unikal yer tutan Sepah haqqında sistemli məlumat verməyi vacib bilirik.

İslam İnqilabı Keşikçiləri Korpusunun yaranması

Sepah kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK; farsca “sepah” — ” korpus” deməkdir) 1978–1979-cu il antimonarxist inqilabının qələbəsindən sonra formalaşmağa başlamışdır.

İnqilabın son mərhələsində və qələbəsindən dərhal sonra ilk könüllü asayiş qoruyucu birləşmələr inqilab komitələrinin və yerli ruhani avtoritetlərin dəstəyi ilə yaradıldı. Onlar əsasən dindar tələbələrdən (ruhani mədrəsəsi tələbələri), fəhlələrdən və ənənəvi şəhər təbəqələrinin (bazar əhli) nümayəndələrindən ibarət idi. Həmin dövrdə İnqilab Qvardiyası, Universitetlər Qvardiyası, Xalq Mücahidləri təşkilatının silahlı dəstələri paralel olaraq fəaliyyət göstərirdi. Bu silahlı qrupların mövcudluğu müxtəlif güc mərkəzlərinin formalaşmasına və onların  arasında rəqabətin güclənməsinə zəmin yaratdığından formalaşmaqda olan yeni hakimiyyət üçün ciddi təhlükə törədirdi.

Belə şəraitdə Müvəqqəti hökumət asayişin qorunması, mühüm siyasi, inzibati məkanların və dövlət obyektlərinin mühafizəsi üçün Milli Qvardiya təşkil etməyə başladı. Paralel olaraq İnqilab lideri Xomeyninin şəxsi mühafizəsi, inqilabi mərkəzlər və ictimai quruluşun qorunması ilə məşğul olan ayrıca silahlı dəstə fəaliyyət göstərirdi. Bu dəstənin rəhbərliyi Müvəqqəti hökumətin tabeliyindən çıxıb İnqilab Şurasına tabe olmaq üçün fərman verilməsini tələb edirdi. 7 aprel 1979-cu il tarixində yuxarıda qeyd edilən silahlı dəstələr qeyri-rəsmi şəkildə İnqilab Keşikçiləri adlanan vahid bir qurumda birləşdirildi. Onun vəzifəsi şəhər və kəndlər üzərində nəzarəti təmin etmək, dövlət və milli təsisatları, səfirlikləri qorumaq, düşmən elementlərinin sızmasının qarşısını almaq, Müvəqqəti Hökumətin və İnqilab Məhkəmələrinin qərarlarının icrasına nəzarət etməkdən ibarət idi.

Sepah formal olaraq Müvəqqəti hökumətin sərancamında idi, lakin onun komandirləri burjua hesab etdikləri hökumətə tabe olmaq istəmirdilər. Onların səyləri ilə Xomeyni tərəfindən 22 aprel 1979-cu il (2 ordibeheşt 1358) tarixində İİKK-nın rəsmən təsis edilməsi və İnqilab Şurasına (12.01.1979 – 17.07.1980) tabe edilməsi barədə fərman verildi.

İslam İnqilabı Keşikçiləri Korpusunun yaradılması inqilabın nailiyyətlərini qorumaq və onun liderinin — Ayətullah Ruhullah Xomeyninin — şəxsi təhlükəsizliyini təmin etmək zərurətindən irəli gəlmişdi. 1979-cu il Konstitusiyasının 150-ci maddəsində yeni qurumun əsas missiyasının inqilabı və onun nailiyyətlərini qorumaq olduğu açıq şəkildə vurğulanır. İnqilabın qələbəsindən sonrakı ilk aylardan etibarən İran silahlı monarxistlərin, marksistlərin və etnik azadlıq hərəkatlarının (xüsusilə Kürdüstanda və Xuzistanda) aktiv mübarizə meydanına çevrildiyi üçün Sepah həm yeni rejimi qorumaq, həm də cəmiyyəti islamlaşdırmaq — vilayəti-fəqih doktrinasını həyata keçirmək — missiyasını üzərinə götürdü. Sepahın Əsasnaməsi 1982-ci ilin may ayında təsdiq olunub; lakin onun mətni açıq mənbələrdə mövcud deyil.

Sepahın təkmilləşməsi, böyüməsi və inkişafı

Sepah mövcud olduğu bütün dövr ərzində daim təkmilləşmiş, böyümüş və inkişaf etmişdir. Bu inkişafın əsas mərhələlərini aşağıdakı kimi ümumiləşdirmək olar.

Bəsic Müqavimət Qüvvələri (sonradan Müstəzəfin Bəsici — ‘Zəiflərin Səfərbərliyi’ adını almışdır)1979-cu ilin noyabrında Xomeyninin fərmanı ilə təşkil olundu. 1980-ci ildə Xomeyni İİKK daxilində xüsusi daxili təhlükəsizlik və kəşfiyyat bölmələrinin yaradılmasını təsdiqlədi; həmin ildə Qüds Qüvvələri də formalaşdırıldı. İran-İraq müharibəsinin gedişində (1980–1988) Sepahın hərbi strukturu üç qoşun növü — Quru, Hava və Dəniz Qüvvələri — şəklində formalaşdı. Quru qoşunları 1982-ci ildə yaranmağa başlamış, rəsmi strukturda isə 1985-ci ildə fəaliyyətə keçmişdir. 1983-cü ildə İran-İraq müharibəsi zamanı Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı yaradıldı; bu qərargah İranın ən yüksək hərbi əməliyyat koordinasiya mərkəzi kimi bugün də fəaliyyət göstərir. 1985-ci ildə həm Hərbi Dəniz, həm də Hərbi Hava Qüvvələri təşkil edildi. 1989-cu ildə Seyid Əli Xameneinin göstərişi ilə Xatəm əl-Ənbiya Quruculuq Qərargahı — Sepahın iqtisadi qanadı — yaradıldı. Beləliklə, Sepah struktur baxımından tam formalaşdı; lakin modernləşmə və genişlənmə prosesi sonrakı onilliklərdə də davam etdi.

Sepahın əsas struktur komponentləri

1. Bəsic Müqavimət Qüvvələri (1979)

Bəsic Sepahın əsas kadr bazası, hərbi dəstəyi və mülki sferada ideoloji təsirinin ötürücüsü funksiyasını yerinə yetirir. İctimai, siyasi, mədəni həyatın bir çox sahələrini — təhsil, ticarət, mədəniyyət, incəsənət — əhatə edən Bəsic təşkilatları (Şəhid Bəsici, Qadın Bəsici, Tələbə Bəsici, Mühəndis Bəsici və s.) ölkə miqyasında fəaliyyət göstərir. Bəsic daxili təhlükəsizlik və ideoloji nəzarət funksiyalarını yerinə yetirir, rejimin daxili sabitliyini təmin edən əsas strukturlardan birinə çevrilmişdir. 2005-ci ildən etibarən Bəsic “Əxlaq Polisi” funksiyasını da icra edir. 2008-ci ildə İİKK-nın nəzdində Bəsic bölmələrini özündə birləşdirən Xalq Müdafiəsi və Daxili Təhlükəsizlik Təşkilatı Strukturu yaradıldı. Bəsic eyni zamanda az təminatlı təbəqəyə sosial yardım göstərir; bu cəhətdən o, həm yardım, həm də repressiya alətidir.

2. Qüds Qüvvələri (1980)

Qüds Qüvvələri İranın xarici əməliyyatlar üzrə ixtisaslaşmış hərbi-kəşfiyyat qoludur. Onun əsas funksiyaları İran rejiminin xaricdəki düşmənləri ilə mübarizə aparmaq, İslam ölkələrində inqilab ixracını dəstəkləmək, həmin ölkələrdə İrana sadiq silahlı qrupları təşkil etmək, maliyyələndirmək və hərbi cəhətdən hazırlamaqdır. Qurumun adındakı ‘Qüds’ (Qüdüs — Yerusəlim) xüsusi simvolik yük daşıyır: zahirən əsas hədəfin Qüdsün azadlığı olduğunu nümayiş etdirməli idi.

Qüds Qüvvələri iki əsas hissədən ibarətdir: Regional Qərargahlar və Əməliyyat Bölmələri. Regional qərargahlar konkret ölkə və ya bölgə üzrə (İraq, Suriya, Livan, Fələstin, Yəmən, Əfqanıstan/Pakistan, Avropa-Afrika) ixtisaslaşmış qərargahlardan ibarətdir; hər birində komandan, əməliyyat, kəşfiyyat rəhbərləri, dəstək və logistika bölməsi fəaliyyət göstərir. Əməliyyat bölmələrinə isə Xüsusi Əməliyyat Bölməsi, Xarici Təlim Bölməsi, Silah Dəstəyi Bölməsi, Döyüş Mühəndisliyi Bölməsi, Xarici Kəşfiyyat Bölməsi və Kiber Bölmə daxildir.

Qüds Qüvvələrinin birbaşa iştirakı və dəstəyi ilə Livanda Hizbullah, İraqda Həşdi Şəəbi, Suriyada müxtəlif silahlı qruplar yaradılmış; Fələstin İslam Azadlıq Hərəkatı (HƏMAS) və Yəməndəki “Ənsar Allah” (Husilər) təşkilatları üçün əsas hami və maliyyə mənbəyi roluna çevrilmişdir. Qüds Qüvvələrinin fəaliyyəti dünyanın əksər oxşar xüsusi qurumlarından əsaslı şəkildə fərqlənir: belə ki, digər xarici əməliyyat qurumları ya kəşfiyyat, ya da xüsusi əməliyyatlar sahəsində ixtisaslaşdığı halda, Qüds hər iki funksiyanı eyni vaxtda yerinə yetirir.Qüds Qüvvələri  İİKK –nin bir qolu olsa da, bütün siyasi-hərbi sistemdə  birbaşa Ali Rəhbərə tabe müstəqil qüvvə statusunda fəaliyyət göstərir. 

Qüds Qüvvələrinin fəaliyyət regionlarından biri Azərbaycan Respublikasıdır. Birinci Qarabağ müharibəsi zamanı Qüds üzvləri İmam İmdad Komitəsinin tərkibində Azərbaycana göndərilmiş və burada hərbiləşdirilmiş “Hüseyniyyə” təşkilatı yaratmağa cəhd etmişdir; lakin Azərbaycanın müvafiq təhlükəsizlik qurumları İranın proksi qüvvəsinin fəaliyyətinin qarşısını almışdır. İkinci Qarabağ müharibəsi dövründə (2020) Qüds aktiv kəşfiyyat-məlumat toplama rolu oynamış, Türkiyə və İsrailin hərəkətlərini geniş monitorinq etmiş, Zəngəzur dəhlizi layihəsinə qarşı çıxmışdır. İİKK eyni zamanda şiə ruhaniləri, dini qruplar və İrana yaxın sosial şəbəkələr vasitəsilə dini-sosial strukturların aktivləşdirilməsinə çalışmışdır. Müharibədən sonra Rusiya sülhməramlılarının himayəsi altında olan Dağlıq Qarabağ qurumu(2020-2023) ilə əməkdaşlıq proqramı həyata keçirməyə cəhd edilmiş, lakin bu fəaliyyətin qarşısı alınmışdır. Hər iki müharibədə İran, İİKK və Qüds vasitəsilə Ermənistana həyati əhəmiyyət daşıyan hərbi-logistik dəstək vermişdir.

3. Quru Qoşunları (1982)

Quru Qoşunları 10 operativ qərargah və müxtəlif döyüş briqadalarından ibarətdir. Bu qoşun növünə xüsusi təyinatlı qüvvələr, komandolar, zirehli bölmələr və raket/artilleriya bölmələri də daxildir. İranın bütün ərazisi 10 hərbi dairəyə bölünür; Tehran şəhəri isə ayrıca dairə sayılır.

Cənubi Azərbaycan vilayətləri iki qərargah tərəfindən əhatə olunur. Şimal-qərb regionunu (Qərbi Azərbaycan və Kirmanşah vilayətləri) əhatə edən, mərkəzi Urmiya olan 5 saylı Qərargah Həmzə Seyid əl-Şühəda Briqadasını idarə edir. Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərini əhatə edən, mərkəzi Təbriz olan 7 saylı Qərargah isə 31-ci Aşura Diviziyasına rəhbərlik edir; Şəbüstərdə İmam Zaman Briqadası, Ərdəbildə 37-ci (Həzrət Abbas) Briqada, Zəncanda isə 36-cı (Ənsar əl-Mehdi) Briqada yerləşdirilmişdir.

Quru qoşunlarının ümumi heyəti 100 min nəfərdir. Əsgərlərin öz vilayətlərində xidmət etməsi qaydası tətbiq olunduğundan Cənubi Azərbaycanda xidmət edənlər yerli — azərbaycanlı — döyüşçülərdir.

4. Xatəm əl-Ənbiya Komandanlıq Qərargahı (1983)

Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı birbaşa İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının nəzarəti altında fəaliyyət göstərir və İİKK-nın strateji koordinasiya mərkəzi funksiyasını daşıyır. Qərargahın əsas vəzifəsi müharibə vəziyyətlərində və geniş miqyaslı hərbi təhdidlər zamanı əməliyyat komandanlığını və koordinasiyanı həyata keçirməkdir. Bu qərargahın komandirləri adətən İİKK-nın ən yüksək rütbəli zabitləri arasından seçilir.

5. Hərbi Dəniz Qüvvələri (1985)

Hazırda beş dəniz bazası — Bəndər Abbas, Buşir, Mahşəhr, Əslviyyə, Bəndər Ləngə — fəaliyyət göstərir; komandanlıq qərargahı Bəndər Abbasda yerləşir. Dəniz Qüvvələri Hürmüz boğazının və Fars körfəzinin qorunmasına məsuldur. İİKK Hərbi Dəniz Qüvvələri beş sahədə — dəniz əməliyyatları, raket sistemləri, komando bölmələri, dəniz aviasiyası və dronsuz döyüş sistemləri — fəaliyyət göstərir. Arsenalda sürətli döyüş qayıqları, kiçik raket buraxan gəmilər, dəniz dronları və sürətli komando bölmələri var. Hərbi kontingent 23 000 nəfərdir. 2013-cü ildə Xamenei adına Dəniz Elmləri və Texnologiyaları Universiteti təsis edilmişdir.

6. Hərbi-Hava / Aerokosmik Qüvvələr (1985; 2009-cu ildən yenidən strukturlaşdırılmışdır)

2009-cu ildə İİKK Hərbi Hava Qüvvələri ilə Raket Komandanlığının birləşdirilməsi nəticəsində Aerokosmik Qüvvələr yaradılmışdır. Bu qoşun növünün əsas məsuliyyət sahəsi ballistik raketlər, pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə sistemlərinin inkişafı, istehsalı və döyüş tətbiqidir. Şəxsi heyətin sayı dəqiq məlum olmasa da, təxminən 15–20 min nəfər olduğu qəbul edilir. Uzun mənzilli ballistik raketlər və strateji hücum imkanları əsasən İİKK Aerokosmik Qüvvələrinin ixtiyarındadır. Bu qoşun növünün Aşura Aerokosmik Elmlər və Texnologiya Universiteti fəaliyyət göstərir.

7Kəşfiyyat  təşkilatı(2009)

Sepahın kəşfiyyat strukturunun formalaşması  qurumun yarandığı vaxtdan başlanmışdır. Beləki 1980-ci  illərdən Sepahın Kəfiyyat idarəsi fəaliyyəıt göstərirdi.

2009-cu ildə prezident s seçkilərinin  nəticələrinin saxtalaşdırılmasına geniş etirazlar keçiriləndən sonra Sepahın kəşfiyyat strukturu yenidən qurulmuş və Kəşfiyyat təşkilatı adlanmışdır.

Təşkilatın strukturunda bir neçə istiqaməti qeyd etmək olar:

1.Daxili təhlüksizlik

2.Əkskəşfiyyat

 3.Kiber bölmələr

  4.Regional istiqamət

10-15 nəfər personalı olduğu  güman edilir.

Sepah Silahlı qüvvələrə paralel və rəqib qurum kimi yaradıldığı kimi Sepahın Kəşfiyyat təşkilatı da Kəşfiyyat nazirliyinə paralel və rəqib  yaradılıb.

Kəşfiyyat təşkilatı Sepah və Ali Rəhbərə,Kəşfiyyat nazirliyi prezidentə tabedir.

Bu qurumların əsas fərqi Nazirliyin formal olaraq mülki,sistemin respublika qolunu,  Təşkilatın hərbi-ideoloji  struktur olması və dini, “inqilabi” qolunu təmsil etməsindədir..

8. Sepahda hərbi xidmət

Sepah bir ordu kimi sıravi, kiçik komandir heyəti (çavuş, baş çavuş, gizir), zabit və general heyətlərindən ibarətdir; xidmət müddətinə görə isə qısamüddətli (əsgərlik xidməti)  müəyyən müddətli və  müddətsiz (peşəkar hərbi xidmət) kateqoriyalarına bölünür. Sepah əsgərləri öz vilayətlərində xidmət edir; xidmət müddəti 14–24 aydır.

Müəyyən müddət xidmət edən heyət Sepaha and içir və “Sepahın ikinci əsgərləri” adlanır. Kiçik komandir heyəti ən azı 5 il xidmət etməli, adətən isə 15–25 il xidmət edir. Zabitlər minimum 10 il xidmət etməli, adətən 20–30 il xidmət edir; 20 ildən sonra pensiyaya çıxmaq hüququ yaranır. Generallar pensiya yaşına (adətən 60 yaş) qədər xidmət edirlər. Sepahın Baş komandanını, qoşun növlərinin komandanlarını və Qüds Qüvvələrinin komandanını İslam İnqilabının Ali Rəhbəri təyin edir.

9. Xatəm əl-Ənbiya Quruculuq Qərargahı (1989)

İİKK-nın iqtisadi fəaliyyəti mərhum  Ali Rəhbər Ayətullah Əli Xameneinin göstərişi ilə təsis edilən Xatəm əl-Ənbiya İnşaat və Mühəndislik Holdinqi ilə başlamışdır. Holdinqin yaradılmasında əsas məqsəd İran-İraq müharibəsi nəticəsində dağılmış infrastrukturu bərpa etmək və tərxis olunmuş İİKK veteranlarını işlə təmin etmək idi. 2000-ci illərin əvvəllərindən, xüsusən Mahmud Əhmədinejadın (özü də İİKK-nın keçmiş üzvü) prezidentliyi dövründə (2005–2013) holdinq neft-qaz sənayesi, metro, magistral yollar, limanlar və bəndlər sahəsində milyardlarla dollarlıq dövlət müqavilələri aldı. 2006–2010-cu illər arasında holdinq dünyanın ən böyük qaz yatağı sayılan Cənubi Pars layihəsinin əsas podratçısı oldu; həmin dövrdə dövlət İİKK ilə tendersiz 800-dən çox böyük müqavilə imzaladı.

2019-cu il məlumatlarına görə, Xatəm əl-Ənbiya Tikinti Qərargahı enerji, telekommunikasiya və mədən sektorlarını əhatə edən 800-dən artıq şirkət vasitəsilə fəaliyyət göstərir. Holdinq onlarla sektoru əhatə edən Yaxın Şərqin ən böyük iqtisadi korporasiyalarından birinə çevrilmişdir. 2021-ci il məlumatına görə, aktivlərinin ümumi dəyəri 50 milyard dolları keçmişdir. 2020-ci il məlumatına görə, hökumətin əsas infrastruktur layihələrinin təxminən 70%-i ya birbaşa İİKK, ya da onunla əlaqəli təşkilatlar tərəfindən həyata keçirilmişdir.

Holdinq Ali Rəhbərin birbaşa himayəsi altında fəaliyyət göstərir və faktiki olaraq hökumətə hesabat vermir; parlament nəzarəti məhduddur, fəaliyyəti çox zaman “milli təhlükəsizlik” məsələsi kimi təsnif edilir. Beləliklə, holdinq Sepahın maliyyə müstəqilliyini, siyasi təsirini və cəmiyyət üzərindəki nəzarətini təmin edən əsas mexanizmə çevrilmişdir. Sanksiyalar dövründə İİKK BƏƏ, Malayziya, Türkiyə və Çindəki gizli şirkətlər vasitəsilə beynəlxalq məhdudiyyətləri aşmağa imkan verən paralel logistika, maliyyə və ticarət şəbəkəsi yaratdı. Paradoksal olaraq, əvvəlcə İİKK-nı zəiflətməyə yönəlmiş sanksiyalar onun iqtisadi mövqeyini daha da möhkəmləndirdi.

10. Sepahın hərbi texnika və silah-sursat istehsalındakı rolu

İİKK İranda hərbi texnika və silahların hazırlanması və istehsalında aparıcı rol oynayan qurumlardandır. Bu rol xüsusilə İran-İraq müharibəsindən və xarici silah sanksiyalarının sərtləşməsindən sonra daha da artmışdır. İİKK silah idxalına qoyulan məhdudiyyətlərə cavab olaraq Müdafiə Nazirliyi ilə birlikdə hərbi texnologiyaların daxili inkişafına keçdi.

Ən prioritet sahə ballistik və qanadlı raketlərin hazırlanmasıdır; bu proqram əsasən İİKK Aerokosmik Qüvvələrinin nəzarəti altında idarə olunur. Həmçinin kiçik hərbi peyklərin buraxılması üçün raket daşıyıcılarının inkişafı da Sepahın ixtiyarındadır. Kəşfiyyat, döyüş və kamikadze dronlarının istehsalı son illərdə İranın müdafiə sənayesinin ən nəzərəçarpan sahələrindən birinə çevrilmişdir. Dəniz sahəsində İİKK sürətli döyüş qayıqları, sahildən dənizə raketlər və asimmetrik müharibə avadanlıqlarının istehsalına diqqət yetirir. Bundan əlavə, radarların, elektron müharibə sistemlərinin və bəzi hava hücumundan müdafiə sistemlərinin inkişafı da İİKK-nın tədqiqat-sənaye fəaliyyətlərinin ayrılmaz hissəsidir.

11. Sepahın hakimiyyət qollarına nüfuz etməsi

İran-İraq müharibəsi illərində qazandığı nüfuz sayəsində Sepah komandirləri müharibədən sonra parlament, hökumət və yerli idarəetmə orqanlarında vəzifələr tutaraq hakimiyyət strukturlarına inteqrasiya olunmağa başladılar. Bu proses Ayətullah Xameneinin Ali Rəhbər olmasından sonra daha da sürətləndi; o, İİKK-dan “sadiq elita” formalaşdırmaq üçün məqsədyönlü şəkildə istifadə etdi. 2020-ci ilə qədər parlament üzvlərinin təxminən 35%-i İİKK-da və ya Bəsicdə xidmət etmişdi.

Sepah seçkilərə və onların nəticələrinə müxtəlif vasitələrlə təsir göstərmək imkanına malikdir: xidmətdə olan komandirlər namizəd kimi çıxış edə bilməsə də, mühafizəkar cinahı fəal şəkildə dəstəkləyir, Bəsic vasitəsilə seçicilərə ideoloji təsir göstərir. İİKK veteranları Milli Təhlükəsizlik Şurasında, Məqsədyönlülük Şurasında və Nəzarət (Nigəhban) Şurasında — əsas daxili və xarici siyasət məsələlərinin həll olunduğu qurumlarda — fəal rol oynayırlar. 2024-cü il prezident seçkilərində qalib gəlmiş Məsud Pezeşkiyanın kabinəsindən ən azı üç nəfər Sepahla bağlıdır: Daxili İşlər naziri İsgəndər Momeni, Maarif naziri Əlirza Kazımi (Sepah komandirinin qardaşı) və Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Bağır Zülqədər. Bu hal Sepahda xidmətin cəmiyyətin gözündəki dəyərini və prestijini aydın şəkildə nümayiş etdirir.

12. Sepahın xarici funksiyası: inqilab ixracı

Sepahın xarici funksiyaları arasında ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və sərhədlərinin qorunması ənənəvi silahlı qüvvə funksiyası kimi ön planda durur. Lakin Sepahı digər ordu quruluşlarından köklü şəkildə fərqləndirən cəhət onun “inqilab ixracı” missiyasıdır. İranın ilk Ali Rəhbəri Xomeyni yeni siyasi sistemin başlıca vəzifələrindən biri kimi dünya “məzlumlarını”, İslam ölkələrini və ümmətini müdafiə etməyi vurğulayırdı. Həmin missiya çərçivəsində hər bir İslam ölkəsində inqilab həyata keçirmək və bu məqsədlə yerli qüvvələri təşkilatlandırmaq strateji hədəf elan edildi.

Sepah bu siyasətin icrasında mərkəzi rol üstləndi. 1980-ci illərdə İİKK və Mədəniyyət və İslam Rəhbərliyi Nazirliyinin dəstəyi ilə ideologiya formalaşdıran və yayan bir sıra strukturlar yaradıldı: Mədəniyyət və İslam Əlaqələri Təşkilatı, Əl-Mustafa Universiteti, Xaricdə İslam İnqilabının Təbliği İnstitutu. Bunlar mədəni-diplomatik şəbəkə vasitəsilə “inqilab ixracı” üçün intellektual zəmin hazırlayırdı. Paralel olaraq 1990-cı illərin sonlarında İİKK daxilində kiber bölmə yaradıldı; media və kiber strukturlar da inqilab ixracının mühüm vasitəsinə çevrildi. İİKK-nın iqtisadi gəlirləri isə proksi qüvvələri maliyyələndirmək də daxil olmaqla xarici siyasi əməliyyatlar üçün istifadə olunurdu.

Lakin müasir dövrdə İranın inqilab ixracı siyasəti ağır məğlubiyyət dövrü yaşayır. İran 40 ildən artıq müddət ərzində heç bir ölkədə öz siyasi modelini uğurla bərqərar edə bilməmişdir. Proksi qüvvələri dəstəkləmək artıq inqilab ixracından daha çox İranın qonşu dövlətlərin daxili işlərinə müdaxiləsinin və bölgədəki mövqeyini gücləndirməsinin vasitəsinə çevrilmişdir. Bu siyasət isə İsrail, ABŞ və regional dövlətlərin birgə müqaviməti ilə üzləşmiş, proksi şəbəkəsinin böyük hissəsi ciddi şəkildə zəifləmişdir.

13. Sepahın daxili funksiyaları

13.1. İnqilabın nailiyyətlərini və vilayəti-fəqih prinsipini qorumaq

İİKK yarandığı ilk gündən daxili silahlı üsyanların yatırılmasında iştirak etdi: 1979-cu ildə kürd üsyançılara, Fədayin-e Xəlq və Mücahidin-e Xəlq milislərinə, türkmənlərə, eləcə də Xuzistanda ərəb qruplarının milli-azadlıq hərəkatlarına qarşı əməliyyatlar həyata keçirildi. 1980-ci ilə qədər İİKK daxili sabitliyin əsas qarantı kimi tanındı. İraq müharibəsindən sonra Sepah İranın siyasi sisteminin ən nüfuzlu qurumlarından birinə çevrildi; bu mövqeyini bütün sonrakı onilliklərdə möhkəmləndirdi.

Sepah hakimiyyətin şiə-islami formasını saxlamasının əsas təminatçısıdır. Belə hesab edilir ki, Korpus olmasa vilayəti-fəqih prinsipinin həyata keçirilməsi mümkün olmaz. Xomeyninin ölümündən sonra İİKK hakimiyyətin onun varisi Ayətullah Əli Xameneyə ötürülməsini təmin etdi. Müasir dövrdə isə Xameneinin öldürülməsindən sonra onun oğlu Müctəba Xameneinin Rəhbər seçilməsini mümkün edən əsas güc mərkəzi yenə Sepah oldu.

İİKK 2009-cu ildən 2026-cı ilə qədər baş vermiş bütün kütləvi etiraz dalğalarının — Yaşıl Hərəkat, 2019-2020 etirazları, 2022 qadın azadlıqları hərəkatı və sonrakı (2025-2026)iğtişaşların — Bəsicin köməyi ilə zorakılıqla yatırılmasında həlledici rol oynadı. İİKK Bəsic strukturları, mədəni təşkilatlar və media şəbəkəsi vasitəsilə təhsil sisteminə, universitetlərə, incəsənət mühitinə inqilabi ideologiya aşılayır. Bu gün İİKK təkcə güc aləti deyil, həm də ruhaniləri, hərbçiləri və bürokratiyanı Ali Rəhbərin ətrafında birləşdirən “elita konsolidasiya mərkəzi” funksiyasını yerinə yetirir; İranın “dərin dövlətinin” əsas sütununa çevrilmişdir.

13.2. Sepahın qeyri-hərbi, elmi-mədəni, ideoloji fəaliyyəti

İİKK yarandığı gündən bəri klassik döyüş qüvvəsinin çərçivəsini aşaraq təhsil, tədqiqat, media və mədəniyyət sahələrindən ibarət paralel bir sistem qurmuşdur. İİKK ilə əlaqəli əsas akademik qurum 1986-cı ildə təsis edilmiş İmam Hüseyn Universitesidir; bu universitet mühəndislik, fundamental elmlər, humanitar elmlər və müdafiə sahələrini əhatə edir. 1994-cü ildə isə Bəqiyyətullah Tibb Elmləri Universiteti yaradılmışdır. Sepahın sahə universitetləri qismində Xamenei adına Dəniz Elmləri və Texnologiyaları universiteti və Aşura Aeprokosmik Elmlər və Texnolgiyalar universitetini qeyd etmək olar.

Əyalətlərdə İİKK ilə əlaqəli çoxsaylı elmi-tətbiqi mərkəzlər və ixtisaslaşmış hərbi təhsil müəssisələri fəaliyyət göstərir. Tədqiqat fəaliyyəti xüsusilə müdafiə texnologiyaları (raketlər, dronlar), kiber-informasiya təhlükəsizliyi, nanotexnologiya və biotexnologiya sahələrini əhatə edir.

Media sahəsində İİKK geniş şəbəkəyə sahibdir. Tasnim Xəbər Agentliyi İİKK-ya məxsus əsas xəbər platformasıdır; Fars Xəbər Agentliyi İİKK ilə sıx bağlı hesab olunur. Sepah Xəbərləri, Nasim News, Rah-e Dana, Daneshjoo kimi onlayn platformalar da şəbəkənin bir hissəsini təşkil edir. Cavan qəzeti İİKK-nın ideoloji xəttini əks etdirən mühafizəkar gündəlik nəşrdir. Owj İncəsənət və Media Təşkilatı isə İİKK tərəfindən maliyyələşdirilən, ideoloji yönümlü film, serial, sənədli film və video məzmun istehsal edən qurumdur. Bəsic Media Şəbəkəsi sosial mediada geniş təbliğat infrastrukturu yaratmışdır. İİKK-nın “Pasdar-e Eslam” və “Payam-e Enghelab” kimi nəşrləri şəxsi heyət və tərəfdarlar üçün kütləvi tirajlı informasiya mənbəyi rolunu oynayır. Press TV isə Sepahın ingilis dilindəki beynəlxalq televiziya kanalıdır. 

13.3. Daxili düşmənlərə qarşı mübarizə

İslam Respublikası və İİKK-nın rəsmi baxış bucağından daxili düşmənlər “beşinci kolon” və ya “nüfuzedənlər” kateqoriyası altında birləşdirilir. Bu anlayış altında radikal islahatçılar, Qərblə əlaqəli insan haqları fəalları, müstəqil media nümayəndələri, xarici maliyyələşdirmə alan QHT-lər, Qərb universitetlərini bitirmiş professorlar  daxildir. Bunlardan əlavə, öz milli varlığı uğrunda mübarizə aparan etnik, dini, siyasi və mədəni qüvvələr də potensial düşmən hesab edilir. “Separatist” və ya “terrorist” damğası vurulan qüvvələr beynəlxalq hüquq normalarından asılı olmayaraq repressiv tədbirlərin hədəfinə çevrilir.

Son onilliklərdə İİKK daxili vəziyyətə nəzarəti saxlamaq üçün intensiv fəaliyyət göstərmişdir. 1999-cu il tələbə iğtişaşları, 2009-cu il Yaşıl Hərəkat, 2019–2022-ci illər etirazları və 2025–2026-cı illər hadisələri zamanı güclə yatırılma prosesini və informasiya blokadasını həyata keçirən əsas qurum İİKK və onun Bəsic qüvvələri olmuşdur.

13.4. Qeyri-fars xalqların milli-azadlıq mübarizəsinə qarşı siyasət

İranda XX əsrin 20-ci illərinin sonlarından etibarən həyata keçirilən zorla assimilyasiya siyasəti müqavimət hərəkatı da doğurmuş; bu müqavimət özünü 1941–1945-ci illərdə, eləcə də İslam inqilabı ərəfəsində açıq şəkildə büruzə vermişdir. İnqilabdan sonra milli siyasətdə bir müddətlik yumşaqlığa və cüzi hüquqi güzəştlərə yol verilsə də, assimilyasiya siyasəti mahiyyətcə dəyişməmiş, yeni şəraitdə yeni üsullarla davam etdirilmişdir. Sepah bu siyasətin həyata keçirilməsini koordinasiya edən əsas qurumdur. 

Sepah milli azadlıq mübarizəsinə qarşı müxtəlif üsullardan istifadə edir: reydlər, izləmə, əmlakın müsadirəsi, aktivistlərin məhkəmə təqibi, silahlı müdaxilə, kütləvi həbslər, informasiya blokadası, iqtisadi-sosial marginallaşdırma, regional nəzarət və ideoloji təsir bu metodların başlıcalarıdır.

13.4.1. Sepahın Cənubi azərbaycanlıların milli-azadlıq mübarizəsinə qarşı fəaliyyəti

İranda beş vilayətdə (Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan) yığcam şəkildə, iri şəhərlərdə və demək olar ki, bütün İranda  isə səpələnmiş halda yaşayan azərbaycanlılar ölkə əhalisinin 30–40%-ni — ən azı 25–30 milyon nəfəri — təşkil edən ən böyük milli azlıqdır. Bu millət  yüz ildən çoxdur müxtəlif intensivliklə milli zülm siyasətinə məruz qalır və öz milli hüquqları uğrunda mübarizə aparır.

Azərbaycanlıların milli azadlıq mübarizəsi üç tarixi mərhələ keçirmişdir. Birinci mərhələ (1925–1946)

 1945-ci ildə Milli hökumətin yaranması və bir illik fəaliyyəti ilə tamamlanmış həmin dövr cənubi azərbaycanlıların tarixi yaddaşında dərin iz buraxmış, milli kimliyin formalaşmasında mühüm rol oynamışdır.

İkinci mərhələ (1947–1979) milli qüvvələrin tədricən yenidən toparlanması və mübarizənin əsasən mədəni sferaya keçməsi ilə xarakterizə olunur.

Üçüncü mərhələ İslam inqilabının qələbəsindən sonrakı dövrü əhatə edir; bu mərhələdə mübarizə əsasən mədəni-dil hüquqlarının genişləndirilməsi, daxili vətəndaş fəallığı və xaricdə siyasi təşkilatlanma yolu ilə davam edir. Azərbaycanlıların milli hüquqlar uğrunda  mübarizəsinin başlıca xüsusiyyəti dinc vasitələrə üstünlük verilməsi və zorakılıqdan qaçınmaqdır. 

SSRİ-nin dağılması və 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının yaranması ilə cənubi azərbaycanlıların milli şüuru yeni mərhələyə qədəm qoydu. Buna cavab olaraq İranda farslaşdırma siyasəti yenidən gücləndirildi; türk dili və türk kimliyi milli bütövlüyə potensial təhdid kimi qiymətləndirildi. İslam inqilabından sonra fars milli şovinizmi dini ideologiya ilə sintez edildi: türk dili və mədəniyyəti İslam hakimiyyətinin legitimliyi üçün potensial təxribat mənbəyi kimi dəyərləndirildi.

Bu gün İİKK-nın və onunla əlaqəli güc-məhkəmə strukturlarının tətbiq etdiyi metodlar Azərbaycan milli hərəkatını boğmağa yönəlmiş sistemli strategiya təşkil edir. Həbs və təqiblər çox zaman yalnız fəalları deyil, onların ailə üzvlərini və qohumlarını da əhatə edir. Amnesty International-ın məlumatlarına görə, azərbaycanlılar da daxil olmaqla etnik azlıqlar yüksək vəzifələrə, dövlət idarələrinə və resurslara çıxışda sistemli məhdudiyyətlərlə üzləşir. Saytlar bloklanır, KİV-lər senzura edilir, ictimai həyatda Azərbaycan dilinin istifadəsi məhdudlaşdırılır; “panazərbaycanizm” və “pantürkizm” ittihamları repressiyaların hüquqi əsasına çevrilir. Tehran diasporadakı azərbaycanlıların fəaliyyətini, eləcə də Azərbaycan Respublikası ilə əlaqələrini intensiv şəkildə izləyir.

Bununla belə güclü mədəni ənənələr, dərin tarixi yaddaş, transmilli əlaqələr və artan beynəlxalq diqqət Azərbaycan milli hərəkatının milli kimliyini qorumaq və mübarizəni davam etdirmək potensialını canlı saxlayır.

14. İranın xarici siyasətinin, inqilab ixracı doktrinasının və İİKK-nın iflası

İran dünya zəiflərinin rəhbəri və onlara zülm edənlərin əsas düşməni iddiası ilə ABŞ və İsrailə qarşı mübarizə yolu seçmişdir.İran ərəb-İsrail,Fələstin –İsrail münaqişəsinə İslam –İsrail münaqişəsi donu geyindirərək İslam dünyasına rəhbərlik iddiasını həyata keçirməyə cəhd edirdi.ABŞ-a qarşı mübarizə bütün cəhətlərdən böyük disbalans baxımından  İrana baha başa gəldiyindən, əsas diqqəti İslam aləminə, İsrailə qarşı mübarizəyə yönəltmişdi.Həmin mübarizə, qeyd edildiyi kimi, 2023- cü ildə həlledici mərhələyə daxil olmuşdur.İsrail İranın proksi qüvvələrinin bir hissəsinə ciddi zərbə vurmuş və son mərhələ kimi İrana qarşı ABŞ-la birlikdə iki müharibə aparmışdır. 

İranın regionda təsirini gücləndirmək, şiə məzhəbi azlıqlarından sosial dayaq və proksi qüvvə kimi istifadə etmək, bütün bu ekspansiya siyasətini zahirən İsraillə barışmaz  düşmənçilik üstündə quran və dolayısı ilə ABŞ-ın regionda təsirini zəiflətmək siyasəti yeridən İran  region və ilk növbədə ərəb dövlətlərinin, İsrail və ABŞ sərt qarşdurması ilə üzləşirdi.

 Qeyd edildiyi kimi,  İranın xarici siyasətinin islam inqilabı ixracı istiqamətinin  əsas icraçısı İslam İnqilabı Keşikçilər Korpusu və onun həmin sahədə ixtisaslaşmış  müstəqil qolu olan Qüds qüvvələrinin üzərinə düşürdü.

 İİKK təkcə silahlı hərəkatları əlaqələndirmir, həm də İslam müqaviməti və müstəqillik şüarları altında Qərb əleyhinə qüvvələri birləşdirərək ideoloji missiyanı da  yerinə yetirirdi.

  İİKK, Xarici İşlər nazirliyinin ənənəvi diplomatiyasından muxtariyyətini və Ali Rəhbərə birbaşa tabeliyinini qoruyub saxlayaraq, beynəlxalq səhnədə İranın “dərin dövlətinin” təməlinə çevrilmişdir.

İsrail və ABŞ-ın İrana qarşı müxtəlif səviyyəli mübarizəsi uzun müddət İranın “üstünlüyü” ilə davam etmiş və İranın özgüvəni və ambisiyalarını da artırmışdır

2023-cü il 7 oktyabr hadisələrindən sonra regionda formalaşmış yeni hərbi-siyasi reallıq İranın onilliklər boyu qurduğu “mühasirə həlqəsi” modelinin sistemli şəkildə çökməkdə olduğunu göstərdi. İranın HƏMAS, Hizbullah və Suriya rejiminə əsaslanan proksi strategiyasının əsas komponentləri ardıcıl zərbələr nəticəsində fəaliyyət qabiliyyətini itirdi.

İsrailin Qəzza, Livan və Suriya istiqamətlərində həyata keçirdiyi əməliyyatlar İran proksi sisteminin faktiki olaraq koordinasiya və yaşayış qabiliyyətini itirdiyini göstərdi. Suriyada və Livanda İranın SEPAH və Qüds qüvvələrinin yüksək rütbəli komandanlarına qarşı həyata keçirilmiş dəqiq zərbələr Tehran üçün ciddi strateji boşluq yaradıb.

2025 -cü il 12 günlük( 11-23 iyun)İsrail-İran, 2026 cı il hələlik 40 günlük(28.02-08.04) ABŞ, İsrail –İran müharibəsi proksi qüvvələrin hərtərəfli hamisi  olan İran İslam Respublikasını tamamilə zəiflədərək nəinki həmin qüvvələri dəstəkləmək , təminat və təcihicat imkanından,həm də qonşular və ilk növbədə İstail üçün təhlükə mənbəyi olmaq imkanından məhrum etməyə  yönəlib.Bu sahədə İran xeyli zəiflədilibdir.

İran iqtisadiyyatında inflyasiya, valyuta böhranı və sosial narazılıqlar fonunda əhali İİKK-ın xaricdə apardığı bahalı əməliyyatların səmərəsini sorğulamağa başlayıb. Bu fikir həm mülayim xəttli iranlı ekspertlər, həm də diaspor analitikləri tərəfindən dəstəklənir.

Faktlar göstərir ki, İranın 2000–2020-ci illər boyunca formalaşdırdığı proksi əsaslı regional model 7 oktyabr sonrası dövrdə ciddi struktur sarsıntısı keçirir. Bu məğlubiyyət yalnız taktiki deyil, həm də siyasi və ideoloji məzmun daşıyır.

2026-cı ildə baş vermiş ,   40 günlük  ABŞ,İsrail-İran müharibəsi ( 28.02-08.04.2026)  aprelin 8 –dən etibarən atəşkəs mərhələsinə qədəm qoysa da, 13 aprel tarixindən ABŞ -ın İranı dəniz blokadasına alması ilə yeni formada davam edir.Başqa sözlə , atıq İranı proksi qüvvələrinin taleyi yox  sistemin mövcudluğu, hətta ölkənin ərazi bütövlüyü məsələsi düşündürür.Bütün bunlar İranın daxili  və xarici siyasətinin, xarici siyasətinin “iinqilab ixracı”istiqamətinin və hər iki sahədə mühüm rol oynayan İİKK fəaliyyətinin iflasa uğradığını sübut edir. 

İranın xarici siyasəıtdəki köklü uğursuzluqları  rejimə müxalif daxili və xarici İran qüvvələrində  rejimə qarşı mübarizənin uğurlu olacağı ümidini gücləndirmişdir.

Nəticə

İranda 1960-cı illərin əvvəllərindən başlanan geniş iqtisadi islahatlar (torpaq islahatı), sürətli sənayələşmə, mədəni və sosial modernləşmə siyasəti cəmiyyətin ənənəvi təbəqələrini əhatə edə bilmədiyindən onların müqaviməti ilə üzləşdi. İslahatların siyasi liberallaşmanı əhatə etməməsi isə bir tərəfdən şahın şəxsi hakimiyyətini gücləndirir, digər tərəfdən orta sinifin demokratik tələblərini kəskinləşdirirdi.

Güclü və vahid demokratik mərkəzin olmadığı şəraitdə şah rejiminə qarşı güclənən mübarizəyə ruhanilər, xüsusilə Ayətullah Xomeyni rəhbərlik etdi. Bir ildən çox davam edən inqilab (8 yanvar 1978 – 11 fevral 1979) nəticəsində əvvəlcə İran İslam Respublikası elan edildi (1 aprel 1979), ardından Əsas Qanunla (3 dekabr 1979) dini hakimiyyət ilə respublika quruluşunun birliyi prinsipinə əsaslanan tamamilə yeni bir siyasi sistem yarandı. Dünyada analoqu olmayan bu siyasi sistemin əsas hərbi, siyasi və ideoloji dayağı — İslam İnqilabı Keşikçiləri Korpusu oldu.

İran islam Respublikasının  öz üzərinə  imkanlarına uyğun olmayan  öhdəlik götürməsi, dünya kapitalizmi və imperializminə qarşı mübarizədə SSRİ-ni əvəz etmək  ambisiyası, həmin istiqamətdə siyasət yeritmək cəhdləri hakimiyyətin gözləmədiyi tamamilə əks nəticə verirdi.Yeni rejim milli və beynəlxalq sanksiyalarala üzləşdi,qonşular tərəfindən böyük eytiyatla qarşılanırdı.

 Şiə azlıqlarını öz himayəsinə alaraq qonşu ölkələrin daxili işlərinə müdaxilə etməsi   ciddi regional müqavimət formalaşmasına səbəb oldu. 

Daxili sferаdа vətəndaşların demokratik azadlıqlarının məhdudlaşdırılması, tez-tez baş verən etirazların repressiv üsullarla yatırılması əhalinin geniş kütlələrində rejimə — və onun zorakılıq aləti olan Sepaha — qarşı dərin nifrətin formalaşmasına zəmin yaratdı. Bütün bunlar bir yerdə İİKK-nı uzun perspektivdə iki cəbhədə — həm xaricdə, həm də daxildə — böyük uğursuzluğa məhkum edirdi.

Dünya tarixinin magistral yolundan kənara çıxan İran İslam Respublikası bu yola qayıtmaq dövrü yaşayır. İranın bu təkamülünə rejimin varlığında ən çox maraqlı  qurum olan Sepah da nə qədər müqavimət göstərsə, çıxış yolu hər iki tərəf üçün daha ağrılı olacaq. Tarixi təcrübə göstərir ki, fəaliyyətini İranın dövlət maraqları ilə uyğunlaşdıran, inqilab ixracı iddiasından əl çəkən Sepah həm İran xalqına, həm də bölgəyə böyük xidmət göstərmiş olar. Lakin bu, İranın islahat yolunu seçib-seçməyəcəyi ilə bağlı daha geniş siyasi sualın cavabından asılıdır.\29 aprel 2026























ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟
САМОЕ ЧИТАЕМОЕ
  1. Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil
  2. ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.
  3. НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ
  4. Скрытая архитектура Торы: взгляд через схему (Часть I)
  5. HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
  6. ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი
  7. Илия II как объединитель грузинского общества
  8. İranın Qafqazda nüfuz davası
  9. Нисону — Песах
  10. "Qarabağ", Milli futbol komandası və milli ideologiya
  11. Седакъет Керимова : СА ХАХАДИЗ
  12. Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие
  13. Скрытая архитектура Торы: взгляд через схему (Часть II)
  14. Risky Partnership
  15. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması
  16. Fələstin Torpaq Gününün 50 illiyi
  17. Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya
  18. Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı
  19. Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü
  20. «Шеш кнафаим»: книга, потерянная по дороге
  21. «Красная среда»: Праздник творения и начало жизни в езидской вере
  22. Rəhbər Xameneyinin başına nə gəldi?
  23. Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш
  24. Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )
  25. Что происходит в Юго-Восточной Азии?
  26. XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST
  27. Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно
  28. İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin
  29. YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы
  30. Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?
  31. Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə
  32. В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном
  33. SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
  34. XHAR – LƏZGİ OCAĞI
  35. Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом
ОПРОС

Где будете встречать Новый год?


 
«    May 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
ГАЛЕРЕЯ