Ethnoglobus » ИСТОРИЯ И ОБЩЕСТВО » Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)

Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)

image

Foto:  respublika-news.az


Reyhan Mirzəzadə  

   publisist-politoloq 


Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibəti ilə

 


 

Danılmaz tarixi həqiqətdir ki, ərəb istilasından sonra Naxçıvan əsrlər boyu Azərbaycanda bir-birini əvəz etmiş müxtəlif müsəlman dövlətlərinin tərkibində olub. X əsr ərəb tarixçisi Əl – Kufi, Əbu – Müslümün Azərbaycan şəhərlərindən biri olan Naxçıvanı tutmasını təsvir edib. XII əsrdə Yaqut əl – Həməvi  “Naxçıvan Azərbaycan şəhəridir” – deyib. Həmin əsrdə Mixitar Qoş Azərbaycan Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəgizi Naxçıvan şəhəri və Naxçıvan əyalətinin hakimi adlandırıb. XIV – XV əsrlərdə Abd –ar – Rəşid əl-Bakuvi Təbrizin Azərbaycan ölkəsinin paytaxtı, Naxçıvanın isə Azərbaycanın gözəl şəhəri olmasını qeyd edib. XVI-XVIII əsrlərdə Şah İsmayıl Xətainin yaratdığı Səfəvilər dövləti dövründə Naxçıvan əsasən bu dövlətin, bəzən də Osmanlı Türkiyəsinin tərkibində olub.

1736-cı ildə Nadir Qulu xan İran şahı elan olunandan sonra o, Səfəvilər dövləti dövründə Azərbaycanda mövcud olmuş inzibati - ərazi quruluşunu, yəni bəylərbəylikləri (Qarabağ, Şirvan, Təbriz (Azərbaycan) və Naxçıvanın daxil olduğu Çuxur Sədd (İrəvan) bəylərbəyliklərini ləğv edib və həmin ərazilərdən ibarət Təbriz şəhəri mərkəz olmaqla Azərbaycan vilayəti yaradıb. Lakin bu vəziyyət də uzun sürməyib. 1747 – ci ildə Nadir şah öldürüldükdən sonra Azərbaycan ərazisində müstəqil və ya yarımmüstəqil xanlıqlar, o cümlədən Naxçıvan xanlığı əmələ gəlib. Bu xanlıqlar Azərbaycanın xırda feodal dövlətləri olub. Onların təşkili hələ bir bayraq altında vahid mərkəzləşmiş Azərbaycan dövləti yaranması demək olmayıb. Lakin milli dövlətçilik xanlıqlar şəkilndə bərpa olunub.

1826-1829-cu illərdə ikinci Rusiya – İran müharibəsində Naxçıvan və İrəvan xanlıqları Rusiyanın tərkibinə daxil olub.

Tarixdən göründüyü kimi, Naxçıvan ta qədimdən özünəməxsus mədəniyyəti, incəsənəti ilə seçilib, dünya mədəniyyətinin inkişafı üçün örnək, məktəb olub. Söz sənətinə də, şeirə, poeziyaya da məhəbbət naxçıvanlıların qanına, mənəvi varlığına, ruhuna hopub. Naxçıvanda dünya ədəbiyyatına, onun öyrənilməsinə daim böyük maraq göstərilib. Qürurverici faktdır ki, doğma Naxçıvanımız və onun qədirbilən övladları humanist birinciliklə tarixin səhifələrində nümunəvi iz qoymuşlar. Belə ki, dünya şöhrətli məşhur rus şairi, dramaturqu, nasiri Aleksandr Sergeyeviç Puşkinin əbədiyyətə qovuşmasından 24 il sonra, yəni 1861-ci ildə Naxçıvanın Ordubad rayonunda 24 nəfər müəllim, agsaqqal və ziyalı, o cümlədən Əliməmməd Əmirxanov, Paşabəy Cahangirov, Səməd Sultanov, Sükürallah Abdulla oğlu, Ağası Nəzərbəyov, Nəcəfbəy Budaqov, Mirzə Məmməd  Ağasıyev, Mehdi Ağarza oğlu Ağasıyev və başqaları Puşkinin Moskva şəhərində heykəlinin qoyulması təşəbbüsünü ilk dəfə olaraq irəli sürmüş, bu iş üçün pul toplayıb Qafqaz  Maarif  popeçitilinə (idarə başçısına) göndərmişlər. Bu barədə sənədlər Ermənistanın Mərkəzi Dövlət Tarix Arxivində saxlanılır. Parlaq məvkurəli Naxçıvan ziyalılarının bu mütərəqqi addımı Azərbaycan xalqının, əsərləri bəşəriyyətin ictimai fikir xəzinəsinə, adı və xatirəsi isə ədəbi tarixin ən şərəfli bədii olimpinə ucalan A.S.Puşkinə olan böyük ehtiramın bir nümunəsi idi.

Rusiya tərkibində olarkən belə, əsrlər boyu xalqlar arasında münaqişələr yaradan erməni daşnakları yenə Naxçıvana el dilində desək, gün verib, işıq vermirdi. 

AMEA  Naxçıvan bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix  üzrə  fəlsəfə  doktoru  Musa Rəhimoğlunun (Quliyevin) yazdıqlarına diqqət edək: ( “525-ci qəzet” 23 iyun 2018-ci il) 

“1918-ci ildə Naxçıvanda ağır tarixi-siyasi şərait yaranmışdı. Köməyə gəlmiş Osmanlı ordu hissələri Naxçıvanı tərk edib getdikdən sonra Naxçıvan işğalçı, qəddar erməni daşnakları ilə üz-üzə qalmışdı.

 Belə bir siyasi durum Naxçıvanın hərbi işə bağlı  vətənpərvər insanlarını bir yerə toplaya bilmişdi. Bu qürurlu insanlar anlayırdılar ki, güclü dövlət qurumuna və nizami hərbi döyüş taborlarının təşkilinə böyük ehtiyac vardır. Ona görə də 1918-ci ilin noyabrında Naxçıvanda Araz-Türk Cümhuriyyəti yaradıldı. Onun müdafiə etmək istədiyi Azərbaycan torpaqları Naxçıvan, Şərur-Dərələyəz və Ordubad mahalları, həmçinin, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və digər yerlər idi. Araz-Türk Respublikasına aid sənədlərin əksəriyyəti sovet hökuməti tərəfindən məhv edildiyindən onun haqqında yazılanlar qaneedici deyil.

 Naxçıvan Araz-Türk Respublikasının yaradılması tarixi haqqında bəzi tədqiqatçılar nədənsə yaranma tarixini, yerini və yaradıcılarını qarışıq salırlar. Amma Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 314-cü fondunda qorunan bir arxiv sənədi həqiqəti bir daha təsdiqləyir. Bu tarixi sənəd Ordubad milli komitəsinin sədri Mir Hidayət Seyidovun (Seyidzadənin) 22 dekabr 1918-ci ildə Azərbaycan Nazirlər Şurasının sədrinə göndərdiyi məktubdur. Xatırladaq ki, Mir Hidayət bəy Seyidov 1918-ci il mayın 28-də Tiflisdə Milli İstiqlal bəyannaməsini imzalayan vətənpərvər şəxsiyyətlərdən biridir. Və həm də İrəvanın ermənilərə verilməsinə etiraz edən üç nəfərdən biridir.

 O, yazır: “Türklərin Qafqazdan gedişindən sonra bizim vəziyyətimiz əvvəlkindən də pis oldu. Tiflis və Gəncəyə gedən yollar bağlandı, şəhərin ərzaqla təmin olunması dayandırıldı. Məhz buna görə də 500 nəfərdən ibarət dəstəmizi ləğv etdik, yalnız bir rotanı saxladıq. Çatışmazlıq bizim təşkilatımızı əsaslı şəkildə zəiflətdi, biz kimə tabe olduğumuzu, kimdən göstəriş aldığımızı bilmədik. Naxçıvan qəzasında və Şərurda müsəlmanlar da belə vəziyyətə düşdülər, məhz buna görə də biz bir müsəlman hökuməti, Araz hökumətini yaratmağı qərara aldıq. Əslində bu hökumət Naxçıvan və Şərur müsəlmanları tərəfindən yaradılmışdır və bizə də Gəncədən xəbərin gəlməsini, həmçinin Araz hökumətinin də eyni istiqamətdə hərəkət etməsini nəzərə alaraq öz razılığımızı bildirdik. Araz hökuməti yenicə yaranıb. Onun hansı formaya düşəcəyi məlum deyil. Son vaxtlar ermənilər yenə də Zəngəzur qəzasına, bizə, yəni Şərura və İrəvan qəzası müsəlmanlarına qarşı düşmənçiliyə başlayıblar. Onlar bizim kəndlərimizə qaçmaqla xilas olublar. Zəngəzur qəzasında 20-yə qədər kəndin əhalisi öz doğma yerlərini tərk edib, İrana, Qarabağa və bizə (Naxçıvana) qaçmaqla xilas olublar. Ermənilər çalışırlar ki, Ararat dövləti Türkiyə sərhədlərindən başlayaraq Şuşaya qədər gedib çatsın, həmin yerlərdə isə bir nəfər də olsa müsəlman türkü yaşamasın.

 Andronikin dəstəsi Zəngəzur tərəfdən hücuma hazırlaşır. Belə bir ağır gündə bizim fəaliyyətimiz barədə düşünməyinizi, bizim üçün hərəkət planı tərtib etməyinizi xahiş edirik. Xahiş edirik ki, kiminlə vuruşduğumuz bizə izah edilsin (rəsmi düşmənlə yaxud quldur dəstəsi ilə)”.

 Bu sənəddən də aydın olur ki, Araz -Türk Respublikası Naxçıvanda naxçıvanlılar və  şərurlular tərəfindən yaradılmışdır. Qeyd edək ki, 1918 -1920 - ci illərdə istər Naxçıvan Müsəlman Milli Şurasında, sonralar Müdafiə Komitəsində  və  Araz -Türk Respublikasında  rəhbərliyi  Cəfərqulu xan Naxçıvanski etmişdir. Hətta Milli Şuraya və  Araz -Türk Respublikasına təsadüfi adamlar  az  müddətə  rəhbərlik etsələr də, Naxçıvana rəhbərlik Cəfərqulu xanın ixtiyarında olmuşdur”.

Təqaüddə olan tarix müəllimi Vidadi Süleymanovun qeyd edir ki, Araz -Türk Respublikası Naxçıvanın muxtariyyət  statusu  qazanmasında mühüm  rol  oynamışdı.

Fevral-burjua inqilabından sonra Zaqafqaziyada, o cümlədən Azərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvanda siyasi vəziyyət mürəkkəb idi. 1917-ci ilin martında yaradılan Xüsusi Komitə, sonra onu əvəz edən  Zaqafqaziya Komissarlığı vəziyyəti sabitləşdirə bilmədi.

1918-ci il aprelin 22-də Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrindən təşkil edilən SEYM də Zaqafqaziyada baş vermiş hərc-mərcliyə son qoymağa qadir olmadı. Diyarda milli ədavət daha da qızışdı. Əslində hər yerdə müharibə gedirdi, SEYM-də də daxili ədavət günü-gündən şiddətlənirdi. Xüsusən erməni nümayəndələr ərazi iddiaları irəli sürürdülər. Burada sovet diplomatı Q. V. Çiçerinin erməni millətçilərinin riyakarlıqlarını səciyyələndirən bir fikrini xatırlatmaq yerinə düşər: “Bütün Şərqdə işğalçı siyasətin aparıcıları, xarici kapitalın agentləri xain və satqın erməni daşnaklarıdır”.

1918-ci ilin yazında Andronik  800 nəfərlik quldur dəstəsi ilə Naxçıvan və Şərur - Dərələyəz quberniyalarına hücum etdi. Yerli əhaliyə kömək məqsədi ilə həmin il avqustun 7-də türk paşası Kazım Qara Bəkir Naxçıvana daxil oldu və erməni daşnak qüvvələrini darmadağın etdi. Buna baxmayaraq, ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər. Həmin ağır vaxtlarda Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparırdı. Cümhuriyyətin ölkəmizin ərazi bütövlüyünü qorumağa yönəlmiş tədbirlərindən biri də Naxçıvan məsələsi idi. Çünki o dövrdə Naxçıvan ağır illər yaşayırdı. Həmin dövrdə Naxçıvan məsələsi həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif mənafelərin toqquşduğu, ziddiyyətlərin kəsişdiyi düyün nöqtələrindən biri idi.

Belə bir çətin vəziyyətdə vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci il noyabrın əvvəllərində Araz-Türk Respublikasını yaratmağa nail oldular.

Əhalisi 1 milyon nəfər, ərazisi 8 min 696 kvadratmetr olan respublika hökumətinin sədri Əmirbəy Nərimanbəyov, hərbi naziri isə İbrahimbəy Cahangiroğlu idilər.

Araz -Türk Respublikasının elan edilməsi hələ lap keçmişlərdən regional müstəqilliyə can atan Naxçıvan diyarı üçün böyük əhəmiyyət kəsb edirdi. Respublikada tezliklə milis idarələri yaradıldı. Burada əsas diqqət hərbi quruculuğa verilirdi. Bunun üçün türkəsilli Xəlil bəy hərbi müşavir təyin edildi, Türkiyədən 300 əsgər və 5 zabit gətirildi.

1918-ci il dekabrın əvvəllərində gənc respublikanın silahlı dəstələri bir neçə taborda birləşmişdilər. Baş Noreşen, Düdəngə və Zeyvə kəndlərində yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən digər taborlara Həsən Şahverdi oğlu komandanlıq edirdi.

1918 - ci ilin dekabrında Ermənistan Respublikası Araz - Türk Respublikasına  qarşı genişmiqyaslı hücuma başladı. 1919-cu il yanvarın 8 - də təcili olaraq Azərbaycan Parlamentinin 7- ci sessiyası çağırıldı. Həsən bəy Ağayev Araz -Türk Respublikası parlamenti  üzvlərinin imzaladıqları ərizəni oxudu. Ərizədə deyilirdi ki, ermənilər Şərur qəzasını tutublar və Naxçıvana sarı hərəkət edirlər. Əhali qılıncdan keçirilir, təcili tədbirlər görülməlidir.

Könüllülər öz atları, silah və ərzaqları ilə döyüşlərdə igidlik göstərən Qırmızı taborçulara yardım edirdilər. Həsən Şahverdi oğlunun taboru və Kəlbalı xanın komandir olduğu dəstələr ermənilərə güclü müqavimət göstərirdilər. Polkovnik Doluxanyanın komandanlığı altında erməni qoşunları Şərura hücuma başlayanda Sədərək taboru dərhal şərurluların köməyinə gəldi və düşmən darmadağın edildi. 4 ay davam edən müdafiə və hücum əməliyyatından sonra, nəhayət Şərur daşnak qoşunlarından azad edildi.

Tarixi faktlar təsdiq edir ki, 1918-ci ilin noyabrında yaradılan Araz-Türk Respublikası 1919-cu il martın əvvəllərində süquta uğramışdır. Respublika süquta uğradıqdan sonra 1920-ci ilin əvvəllərində Şərur Qəza İnqilab Komitəsi təşkil edildi. Komitə Baş Noraşendə yerləşirdi...”

1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də AzərbaycanErmənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində  sülh müqaviləsi imzalandı. Qars müqaviləsi 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minmiş və bitmə müddəti müəyyənləşdirilməmişdir.

 Bir tərəfdə Ermənistan Sovet Sosialist RespublikasıAzərbaycan Sovet Sosialist Respublikası və Gürcüstan Sovet Sosialist Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlmiş və bunun üçün öz Müvəkkillərini təyin etmişlər: 

Ermənistan Sovet Sosialist Respublikasının hökuməti: Askanaz Mravyan - xalq xarici işlər komissarı; Poqos Makinzyan - xalq daxili işlər komissarı.

 Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti: Behbud Şahtaxtinski - xalq dövlət nəzarəti komissarı.

 Gürcüstan Sovet Sosialist Respublikasının hökuməti: Şalva Eliva- xalq hərbi-dəniz işləri komissarı; Aleksandr Svanidze -xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı.

 Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa - Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq cəbhəsi komandanı;

 Vəli bəy- Böyük Millət Məclisində Burdurdan millət vəkili;

 Muxtar bəy- İctimai İşlər Stats-Sekretarının keçmiş müavini; 

 Məmduh Şövkət bəy - Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi.

 Rusiya Sosialist Federativ Sovet Respublikasının hökuməti: Yakov Qanetski - Latviyada səlahiyyətli nümayəndə.

1918-1920-ci illərdə Türkiyənin şərq vilayətlərini erməni işğalından azad edən məşhur sərkərdə Kazım Qarabəkir zəfər yürüşünü Naxçıvanda başa çatdırmışdı. O, həm bacarıqlı, məğrur sərkərdə, həm də istedadlı şair, rəssam və bəstəkar olmuşdur. Yazıçı, telejurnalist Güllü Məmmədova Naxçıvanın xilaskarı olan Kazım Qarabəkir Paşanın həyatı, fəaliyyəti və erməni işğalçılarına qarşı mübarizəsi haqqında “Qarabəkir əfsanəsi” adlı tarixi roman yazmışdır.

       Maraqlıdır, muxtar respublika elan olunana qədər ayrıca Sovet Sosialist Respublikası hesab edilən Naxçıvan ölkəsini Qars müqaviləsində kim təmsil etmişdir? Bu barədə İsa Həbibbəyli yazır: “Əldə etdiyimiz yeni və mühüm bir tarixi sənəd ilk dəfə olaraq həmin suala cavab verməyə imkan yaradır. Bu sənəd Tağı Səfiyev adlı bir nəfərə Qars müqaviləsində iştirak etmək üçün verilmiş ezamiyyə vərəqəsindən ibarətdir. Rus dilində yazılmış həmin ezamiyyə vərəqəsində deyilir: “Verilir Tağı Səfiyev yoldaşa ondan ötəri ki, o, Naxçıvan Sovet Sosialist Respublikasının Xalq Komissarları Soveti tərəfindən Qars şəhərinə bütün Zaqafqaziya respublikaları və Türkiyənin keçirdiyi konfransa Naxçıvan ölkəsinin mənafeyini müdafiə etmək üçün ezam edilir. Və o, qeyd olunan konfransda respublikaya aid olan bütün məsələlər haqqında çıxış etmək üçün vəkil olunur”.

         Qeyd edilənlər imza və möhürlə təsdiqlənir. (Ezamiyyə vərəqinin surəti bizdədir).

          18 sentyabr 1921-ci il tarixdə verilmiş ezamiyyə vərəqəsinə Xalq Komissarları Sovetinin sədri Abbas Qədimov imza atmış, işlər müdiri onun imzasını təsdiq etmişdir. 

        Bəs adı çəkilən Tağı Səfiyev kimdir? Apardığımız axtarışlar sayəsində məlum olmuşdur ki, Tağıbəy Baxşəlibəy oğlu Səfiyev 1878-ci ildə indiki Şərur rayonunun Baş Noraşen kəndində anadan olmuşdur. 1885-ci ildə Bakı Noraşen Zemstvo məktəbinə daxil olmuş, 1889-cu ildə bu məktəbi bitirmişdir.Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat Cəlil Məmmədquluzadə 1887-1889-cu illərdə Tağıbəy Səfiyevə Baş Noraşen ikisinifli məktəbində dərs demişdir. Bundan başqa, cavan kənd müəllimi olan Cəlil Məmmədquluzadə Baş Noraşen məktəbində müəllim işləyərkən, Tağıbəy Səfiyevin atası Baxşəlibəy Səfiyevə məxsus bir otaqda kirayənişin kimi yaşamış, bu ailə ilə daha da doğmalaşmışdır. Kəndin ictimai mühiti ilə C.Məmmədquluzadənin əlaqələrinin formalaşmasına da bu nüfuzlu bəy ailəsinin əhəmiyyətli dərəcədə təsiri olmuşdur. Hətta Baş Noraşendə ikən yazılmış “Çay dəstgahı” əsərinin yaranmasında da həmin ailənin özünəməxsus rolu vardır. Belə ki, daha çox Baş Noraşen bəylərinin iştirak etdiyi bir çayxanada ilk vaxtlar xoş üz görməyən gənc Cəlil Məmmədquluzadəyə yalnız Baxşəlibəy Səfiyevin təqdimatından sonra səmimi münasibət bəslənilmişdir. Cavan qələm sahibi özünün ilk əsəri olan “Çay dəstgahı” alleqorik dramında Baş Noraşendəki çayxana əhvalatından faydalanmışdır. 

Tağıbəy Səfərov 1889-1893-cü illərdə İrəvan Müəllimlər Seminariyasında oxuyub müəllimlik sənətinə yiyələnmişdir.

... Məlum olduğu kimi, Qars müqaviləsinin bağlanması üçün danışıq və məsləhətləşmələr 26 sentyabr 1921-ci il tarixdən 13 okyabradək davam etdirilmişdir. Tağı bəy Səfiyev də həmin danışıqlarda iştirak etmiş Naxçıvan diyarının Azərbaycanın tərkibində muxtar respulika statusu qazanması üçün ciddi səy göstərmişdir. Qars müqaviləsinin rus mətninin hazırlanmasında da Tağı bəy Səfiyevin özünəməxsus əməyi vardır. Bundan başqa Tağı bəy tərəflər arasında tərcüməçilik vəzifəsini də yerinə yetirmişdir. 

Tağı bəy Səfiyev sovet hakimiyyəti illərində var qüvvəsi ilə maarif cəbhəsində çalışmışdır. O, 24 dekabr 1922-ci il tarixdən 1923-cü ilin fevral ayınadək Naxçıvan Xalq Maarif Komissarlığında inspektor vəzifəsini daşımış, diyarda yeni məktəblərin təşkilində  yaxından iştirak etmişdir. Tağı bəy uzun illər Baş Noraşen orta məktəbində rus dili müəllimi kimi səmərəli fəaliyyət göstərmişdir. Bacarıqlı müəllim hətta millli məktəblərdə rus dili tədrisinin yaxşılaşdırılması yolları haqqında xüsusi layihə hazırlamış, RSFSR  Maarif Komissarlığına təqdim etmişdir. Bundan başqa o, 1929-cu ildə məktəblilərin istifadəsi üçün “Rusca - Azərbaycanca lüğət” də hazırlamağa nail ola bilmişdir. Səmərəli pedaqoji fəaliyyətinə görə Tağı bəy Səfiyev “Maarif zərbəçisi” döş nişanına layiq görülmüşdür...”.

Qars müqaviləsinin bağlandığı ilk illərdən Azərbaycan -Türkiyə münasibətlərinin inkişafında çox böyük əməyi olmuş müdrik və cəsur, vətənpərvər və təəssübkeş diplomat, Azərbaycanın Türkiyədəki ilk səfiri İbrahim Əbilovdan xüsusi bəhs etmək istəyirəm.

İbrahim Əbilov 1882-ci ildə Ordubadda, yoxsul qalayçı ailəsində doğulmuşdur. Atası qalayçı Məhərrəm və anası Ziba oxumağa həvəs göstərən balaca İbrahimi maddi çətinliklər ucbatından vaxtında oxutdura bilməmişlər. Yalnız 1898-ci ildə 16 yaşlı İbrahim görkəmli Azərbaycan maarifçisi Məhəmməd Tağı Sidqinin Ordubadda açdığı yeni tipli “Əxtər” (“Ulduz”) məktəbinə daxil olmuşdur. Lakin o, atasının çox vaxtsız vəfatından sonra, vəziyyətin daha da ağırlaşması üzündən məktəbi yarımçıq qoymağa məcbur olur, anasını və bacısını dolandırmaq üçün fəhləliyə başlayır.

İbrahim çörək pulu qazanmaq üçün Mahaç - qalaya (həmin dövrdə şəhər Petrovski - Port adlanırdı) yola düşür. O, bir müddət burada öz həmyerlisi ordubadlı tacir Məşədi Əli Rzayevin yanında işləyib, ailəsinə kömək edir. Lakin tacirin qəddarlığına, acgözlüyünə dözə bilməyib, çox keçmədən Bakıya qayıdır. Əvvəlcə Balaxanı neft mədənlərində, daha sonra isə dəmir yolunda fəhləlik edir. Burada o, inqilabçılarla tanış olur, elə inqilabi fəaliyyətə də buradan başlayır. Fəhlələr arasında inqilabi ədəbiyyat yaymaq üstündə həbs olunan İbrahim Əbilov, orada da inqilabi fəaliyyətini davam etdirir. Həbsdən qurtardıqdan sonra yenidən Mahaç-qalaya dönüb inqilabi fəaliyyətinə davam edir. 

1907-ci ildə Bakıya qayıdıb Xəzər ticarət donanması dənizçiləri tətilinin təşkil olunmasında iştirak edir. 1908-ci ildə İbrahim Əbilov İran inqilabçılarına-fədailərə kömək etmək üçün oraya göndərilir. Azərbaycan xalqının ləyaqətli, mərd oğlu, insanların azadlığı və xoşbəxtliyi naminə  humanist arzularla  yaşayan İbrahim bəy haraya göndərilirdisə, ona olunan etimadı yüksək səviyyədə doğruldurdu. Bir ildən sonra Bakıya qayıdan Əbilov, inqilabi işləri ilə bərabər, “Bakı həyatı” qəzetinə redaktorluq edir.

1913-cü ildə o, yenidən tutulub Həştərxana sürgün edilir. Sürgündə Nəriman Nərimanovla yaxından tanış olan İbrahim Əbilov, ömrünün sonuna qədər onunla dostluq əlaqələri saxlayır, məktublaşır. 

1918-ci ilin sonunda Tiflisdə menşevik Hümmət”  təşkilatının görkəmli simalarından biri kimi fəaliyyət göstərən Əbilov, Bakıya qayıtdıqdan sonra, 1920-ci ildə Bakı menşeviklərinin orqanı olan “İskra” qəzetinə redaktorluq edir. 

1921-ci ilin yayında Kommunist İnternasionalının III konqresinin nümayəndəsi seçilir. N.Nərimanovun təşəbbüsü ilə Sovet  Azərbaycanı hökumətinin Türkiyədə gələcək səfiri kimi həmin ilin iyununda Leninin qəbulunda olur, ondan məsləhətlər və tapşırıqlar alır.

1921-ci il oktyabr ayının  21-də İbrahim Əbilov səfirliyin gələcək 26 nəfər işçiləri ilə birlikdə  Ankaraya gəlir. (Onların 25 nəfəri tanınmış ictimai-siyasi xadimlər, 1 nəfəri isə əsgər olur). Tərkibə Mirzə Davud Rəsulzadə, Nadir İbrahimov, Əsgər Əsgərov, Məbud Zeynalov, Yusif Axundov, İsmayıl İsmayılov, Əsgər Topçubaşov, Ağababa Yusifzadə və başqaları daxil idi. İsmayıl Cəfər oğlu İsmayılov səlahiyyətli səfirin birinci katibi (o həm də bütün diplomatik söhbətlərin fəal iştirakçıısı, İbrahim Əbilovun müşaviri olur), əsgər Qara Günəş oğlu Dünyamalıyev isə Azərbaycan səfirinin şəxsi mühafizəçisi kimi bütün danışıqlarda İbrahim Əbilovu müşaiyət edir.

Həmin ilin oktyabr ayının 23-də Ankarada təntənəli bir mərasimlə Azərbaycan SSR-in dövlət bayrağı səfirlik binasında qaldırılır. Mərasimdə Mustafa Kamal Atatürk başda olmaqla, Türkiyənin Böyük Millət Məclisinin bütün üzvləri, nazirlər, ordu generalları, eləcə də Ankarada vəkalətnaməsi olan bütün diplomatik korpuslar iştirak edir. Mustafa Kamal Paşa təbrik nitqi söyləyir və Azərbaycanın bayrağını səfirlik binasının üzərinə qaldırır.Bayraq Ankara səmasında dalğalananda, Mustafa Kamal Atatürk İbrahim Əbilovun əllərini sıxıb onu bağrına basaraq deyir: “İbrahim Əbilov həzrətlərinin əlini sıxarkən qəlbimdə, damarlarımda bir böyük millətin qanı çırpınırdı”. 

Azərbaycan elçilərinin şərəfinə Mustafa Kamal Paşa öz iqamətgahında qəbul təşkil edir. Qəbul zamanı İbrahim Əbilov Azərbaycan hökuməti adından Qafqaz süvari ordusunun qızıl xəncərini Mustafa Kamala hədiyyə verir. Xəncərin üstündə belə bir xatirə avtoqrafı yazılır: “Azərbaycan fəhlə-kəndli hökumətindən türk inqilabının qəhrəmanı Mustafa Kamal Paşaya xoş bir xatirə”.

İbrahim bəy Ankaraya gələndə ailəsi üç nəfərdən ibarət idi; kiçik yaşlı qızı Ziba, həyat yoldaşı Tamara xanım və özü. Azərbaycan səfiri, onun əziz ailə üzvləri ilə Mustafa Kamal arasında olduqca mehriban dostluq, qardaşlıq əlaqəsi vardı. Atatürk tez - tez bu  ailəyə qonaq  gedir, İbrahim bəy də ailəsi ilə bərabər mütəmadi  olaraq Mustafa Kamalı ziyarət edirdilər.

İbrahim bəyin  ikinci övladının dünyaya gəlişinə çox az müddət qalır. Ailə əziz dostlarını növbəti dəfə ziyarət edərkən Tamara xanımın əhvalı dəyişilir və ona Mustafa Kamalın iş otağındaca zahı qadın üçün əlverişli şərait yaradılır, ixtisasca qinekoloq - həkim olan Tofiq Rza Rüştübəy Aras dərhal dəvət olunur, dünyaya  daha bir gözəl-göyçək qız uşağı gəlir. Mustafa Kamal uşağa Anadolu adını verir.

Həmin vaxt bütün Türkiyə qəzetləri Anadolunun Mustafa Kamal Paşanın iş otağında dünyaya gəlməsi, adqoyma mərasimi haqqında geniş məlumatlar dərc etdirmiş, İbrahim Əbilovun arvadı və yeni doğulan körpəsinin şəkillərini vermişdilər. Mustafa Kamal İbrahim Əbilovla, onun arvadı Tamara və qızları ilə birgə şəkil çəkdirmiş, şəklin altında qara mürəkkəblə avtoqraf  yazmışdı: “Adını mən verdim – bəxtini Tanrım versin. Mustafa Kamal Qazi, 12 dekabr 1922-ci il”.

Aradan bir müddət keçir. 1923-cü il fevralın əvvəllərində məlum olur ki, ayın 17-də İzmirdə bütün təbəqə nümayəndələrinin iştirakı ilə iqtisadi konfrans keçiriləcək. Tükiyə hökuməti İbrahim bəy və Aralov yoldaşa, habelə Tamara xanım və  Aralovun həyat yoldaşına dəvətnamə göndərir. İbrahim bəy və RSFSR-in Türkiyədəki səlahiyyətli səfiri Semyon Aralov inqilabi Türkiyə xalqını şəxsən təbrik etmək niyyəti ilə konfransa getməyi qərara alırlar. Onlar tələsik hazırlaşıb elə birinci qatarla ixtiyarlarına verilmiş xüsusi vaqon-salonda İzmirə yola düşürlər.

Xalq kütlələri İzmir yaxınlığındakı stansiyalarda RSFSR və ZSFSR-in səlahiyyətli səfirlərini hərarətlə salamlayır. Arası kəsilməyən çıxışlar, qarşılıqlı səmimiyyət və dostluq əhdləri bir-birini əvəz edir. Nəhayət, səfərin beşinci günü axşam Aralıq dənizi görünür. Qatar qapalı perrona daxil olur. İzmirdə qonaqları o dövrün bütün iqtisadi, ictimai, siyasi xadimləri və Mustafa Kamal Paşanın şəxsən özü qarşılamağa gəlirlər. 

Konfransda Mustafa Kamal Paşa salona daxil olub sədr yerini tutur və konfransı açıq elan edir. O, qısa giriş sözündən sonra Aralovun təbrik məktubunu oxuyur. Alqış səsləri ucalır. Sonra da İbrahim bəyin imzaladığı təbrik oxunur. Mustafa Kamal təbriki sona qədər oxumamış: “İbrahim bəyi kürsüyə!” sözləri, nidaları eşidilir. Rəyasət heyətinin xahişi ilə İbrahim bəy xitabət kürsüsünə qalxır. Alqış səslərinin ardı-arası kəsilmir. Sonra Aralov yoldaş da tribunaya qalxır. 

Ziyafətdən sonra Mustafa Kamal Paşa qonaqları konfrans nəzdində açılmış kənd təsərrüfatı və sənaye sərgisinə baxmağa dəvət edir. Ertəsi gün Atatürk təcili olaraq Ankaraya yollanır. İki gündən sonra isə İbrahim bəygil yola düşəcəkmiş. Evə qayıtmağa bir gün qalmış İbrahim bəy də ziyafət verir və mərasim gecə yarıyadək davam edir. Tamara xanım ziyafət qurtarmamış otağına gedir. Bir azdan İbrahim bəy də gəlir və o, çox yorğun görünür. Xəstəliyi şiddətləndiyindən ayağı axsayır. Təcili həkim çağrılır, İbrahim bəy vanna qəbul edir, ağrıları qismən azalsa da, axşam yenidən güclənir və təkrar həkim çağrılır. Mustafa Kamal Paşa öz şəxsi həkimini  göndərir. Konsilium olur, cərrahiyyə əməliyyatı qərara alınır. Əməliyyat iki saat yarım çəkir.

İbrahimin həyatını qoruyub saxlamaq üçün bütün imkanlar səfərbər olunsa da, o zamankı tibb elminin gücsüzlüyü, eyni zamanda çarizm dövründəki məşəqqətli sürgün illəri də öz işini görürür, zəifləyib əldən düşmüş bədənin müqaviməti qənaətbəxş olmur. Elə hey həyat yoldaşına deyir: “Tamara, deyəsən bu ağrılar məni aparacaq... Heyf...Ölmək istəmirəm...Nələr etmək niyyətindəydim...Heyhat... Tamara, özünü ələ al!.. darıxma! Uşaqlardan muğayat ol... İndi bütün çətinliklərə sinə gərməli olacaqsan, əzizim, heç narahat olma. Bakıda səni əziyyət çəkməyə qoymazlar...”

1923 - cü il fevralın 23-də səhər saat 6-da İbrahim bəy gözlərini əbədi olaraq yumur. Tamara xanımın ürək ağrısı ilə dediklərindən: “Heç inana bilmirdim ki, dəyanətli ömür - gün yoldaşım, iki körpə balamın ümidi İbrahim bir daha gözlərini açmayacaq, yaşyarımlıq, dünyalar qədər sevdiyi, “anam - anam” - deyib əzizlədiyi balaca qızımızı bir daha çiyinlərinə almayacaq.

Bir qədər öncə Mustafa Kamal Qazi öz portretini xətrini dünyalar qədər istədiyi, tez-tez yad etdiyi İbrahim Əbilova bəxş etmişdi. Onun əski əlifba ilə yazdığı avtoqrafı da dediklərimizi təsdiqləyir: “Sevgili və sayğılı İbrahim ağabəyimə. Anadolunun ağrılı günlərində qardaş deyib bağrıma basdığım dili bir, dini bir, amalı bir olan azəri türkümə ən iyi duyğularla. Mustafa Kamal Qazi. 13 sentyabr 1921”.

Yaxın Şərq ölkələrində ilk sovet diplomatı kimi İbrahim Əbilovun faydalı, səmərəli, işgüzar fəaliyyəti təəssüf ki, çox çəkmir. Özünə və ətrafındakı insanlara tələbkar olmaqla bərabər, həssas, humanist, qayğıkeş, alicənab, müdrik şəxsiyyət kimi sevilən İbrahim bəyin həyatı ömrünün ən gözəl vaxtlarında yarımçıq qalır.

İbrahim vəfat edən kimi Atatürk Hindistan və Ərəbistandan mütəxəssislər gətizdirir. Müharibənin Türkiyə iqtisadiyyatına vurduğu yaralara baxmayaraq, öz əziz dostunun cənazəsini onun adına layiq – XX yüzillikdə Türkiyə Respublikasında ilk dəfə olaraq mumiyalatdırmaq qərarına gəlir. Çoxlu vəsait tələb etsə də, həssas və qayğıkeş insan olan Mustafa Kamal Qazi öz unudulmaz dostu İbrahimin cəsədini 200 illiyə mumiyalatdırır. Vida mərasimindən sonra Mustafa Kamal Paşa əziz dostu, qardaşını dayanmadan axan göz yaşları ilə “yola salır”.

İbrahim bəyin cənazəsi ilə bərabər, həyat yoldaşı və iki balası da onların  üç il əvvəl Türkiyəyə getdikləri italyan firmasına məxsus “Reno” gəmisi ilə Vətənə qayıdırlar. Ağrılı, acılı fərq isə ondan ibarət olur ki, İbrahim artıq göyərtədə deyil, gəminin anbarında, özü də türk əsgərlərinin fəxri qarovulda dayandığı tabutda gedirdi.

Fəxri qarovulun müşaiyəti ilə İbrahim bəyin cənazəsi İzmirdən İstanbula, oradan da Batuma gətirilir. Mart ayınnı sonlarında cənazə Bakıya gəlib çatır. 

Təntənəli matəm mərasimində Nəriman Nərimanov və başqaları İbrahim Əbilovun xidmətləri və diplomatik fəaliyyətinə yüksək qiymət verirlər. Əqidə həmkarlarının çiyinlərində gətirilən İbrahim bəyin cənazəsini  2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun dəfn olunduğu yerin yaxınlığında  torpağa tapşırırlar.

Vaxtı ilə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yaşayan və bir sıra tarixi romanlar müəllifi kimi tanınan Yakov İliçov Türkiyə Respublikasının ağrılı, çətin illərindən bəhs edən “Türk karvanı” tarixi romanında Azərbaycanın vətənpərvər oğlu İbrahim Əbilovun da mükəmməl  obrazını yaratmışdır.

1923 - cü ildə Türkiyədən Bakıya qayıdandan sonra ailənin sonrakı taleyi heç də asan olmamışdı. İllər sonra tibbi təhsil almış Anadolu, 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə iştirak etmiş, saysız-hesabsız yaralılara kömək etmiş, onları həyata qaytarmışdı. Ləyaqətli, vətənpərvər bir hərbiçi zabitlə ilə ailə quran Anadolunun gözəl övladları dünyaya gəlmişdi. Bacısı Ziba sonralar xəstələnib haqq dünyasına qovuşmuşdu. 

Atasının vəfatından Azərbaycanın müstəqilliyinin bərpası illərinədək Türkiyə  mətbuatında  Atataürk - Əbilov dostluğuna dair çox - çox  yazılar yazılmış, kitablar çap olunmuşdu. Odur ki, 1992-ci ildən etibarən Türkiyədən Azərbaycana gəlib İbrahim Əbilovun qızı Anadolu xanım ilə görüşmək istəyənlərin sayı olduqca çox idi. Müxbirlər, yazıçılar, şairlər, incəsənət adamları, elm və dövlət xadimləri, idmançılar onun ziyarətinə gəlirdilər. Türkiyənin demək olar ki, həmin illərdəki bütün prezidentləri, baş nazirləri Bakıya gələrkən Anadolu xanımla şəxsən görüşürdülər, hörmət və ehtiramlarını bildirməklə, onu doğulduğu Türkiyədə yaşamağa dəvət edirdilər. Lakin Vətəni Türkiyəni candan sevən Anadolu xanım, Bakıda, atasının məzarı, ruhu olan məsafədən ayrı düşmək çətinliyinə dözə bilməzdi. Anadolu xanım rahatlığını bu  müqəddəs məzarın olduğu şəhərdə - Bakıda tapa bilirdi.

İbrahim Əbilov haqqında bu məlumatları qeyd edərkən qəlbimdə sevinc dolu hisslər yaşayıram. Həm vətənimizn belə bir övladının olması məni qürurlandırır, həm də... Həm də xoşbəxtəm ki, onun əziz övladı, böyük Atatürkün adını verdiyi qızı – Anadolu xanımla şəxsən tanış olmuşam. Haqqında ani bir söhbətdən xəbər tutarkən dərhal onu axtarmağa başladım... 

 Biz ilk dəfə görüşəndə ikimiz də duruxmuş halda bir-birimizə baxdıq.  Mən hələ həyatımda bu qədər uzü nurlu, işıqlı, daxilində sanki bir günəş parlayan, çöhrəsi təbəssümlü insan görməmişdim. Bu qədər də  məsum, ürəyi büllur, varlığı pak insan, xanım, ana, qadın olarmış həyatda... İlk saatlardaca mənimlə sanki uzun illərdən bəri tanıdığı, sevdiyi, inandığı bir şəxs kimi davrandı. Sanki uşaq kimi sevinirdi. 

Xeyli söhbətimiz oldu. Çoxlu maraqlı sənədlər, şəkillər göstərdi. Bəlkə də bu sənədlər böyük bir muzeyin eksponatları ola bilərdi. Lakin 90 - dan çox yaşı olan ahıl, səhhətindəki problemləei ilə bərabər qayğılı ömür sürən  bir xanım olduqca sadə və deyərdim ki, əlverişsiz şəraitli mənzilində bu dövləti sərvətləri - sənədləri sevə - sevə qoruyub saxlayırdı. Onun mənzilində bir millət, iki dövlətin şanlı tarixinin özünəməxsus səhifələri, dostluğu, qardaşlığı yaşayırdı. Özü də əbədi yaşayırdı.

Atasını xatırlamırdı, axı o, vəfat edəndə Anadolu çox balaca idi. Amma elə həvəslə, şövqlə danışırdı ki, sanki atası ilə dost olublar, atası ona gözəl nağıllar danışıb, əlindən tutub məktəbə aparıb, ad günündə onu təbrik edib, ona gözəl hədiyyələr alıb, alnından öpüb, imtahanları ilə maraqlanıb, ali məktəbdən çıxanda qarşlılayıb, gəlin köçəndə ona xeyir-dualar verib, övladları dünyaya gələndə, baba kimi sevinib... Bütün bunlar olmamışdı. Lakin iç dünyasında sanki bir günəş gəzdirən Anadolu xanım danışdıqca  sanki yenudən doğulurdu, uşaqlaşırdı, sevinirdi, gülürdü. Həyatda çəkdiyi bütün əzab - əziyyətləri unudurdu, nikbin ruhda ömrünə yenidən ziyarət edirdi. İçindəki günəş bütün çöhrəsinə, gözlərinə nur paylayırdı. İbrahim Əbilovun övladı, sevimli qızı olmaq ona güclü bir həyat eşqi bəxş edirdi.

Müdrik, təvazökar, yumor hissli Anadolu xanımla mütəmadi olaraq telefon əlaqəsi saxlayırdım. Özü də  məni məqam düşdükcə arayırdı. Qardaş ölkədən dəvət etdiyim jurnalistlər Türkiyə qəzetləri üçün haqqında maraqlı yazılar hazırlayırdılar. Lakin bu yazıların içində bir fakta qəzetçilər heç də ötəri yanaşmırdılar; İbrahim bəyin ölümünün səbəbi daha çox zəhərlənmə faktına uyğun idi...

Azərbaycanın Bakıdan yayımlanan televiziya kanallarında Anadolu xanımla bağlı verilişlərin hazırlanması üçün ardıcıl cəhdlərimdən biri uğurlu alındı. Həmin vaxtlar çox məşhur olan ANS kanalının çəkiliş qrupu İbrahim Əbilovun məzarını ziyarət etdi, Anadolu xanımın evindən böyük bir veriliş üçün reportajlar hazırladı.Verilişin çəkilişi zamanı Anadolu xanıma sürpriz hazırladım. İbrahim Əbilovun orijinal tərzdə çəkilmiş şəklini böyütdürüb çərçivəyə saldırdım. Çıxışım zamanı onu Anadolu xanıma hədiyyə etdim. Onun sevincini kaş gözlərinizlə görəydiniz... Ertəsi gün həmin şəkli Anadolu xanımın mənzilində çarpayısının üstündə asıldığını gördüm. “Səhər gözlərimi açan kimi atamı salamlayıram”- deyib əlimi ürəyinin üstünə qoydu. Amma heç vaxt ağlıma gəlməzdi ki, Anadolu xanım ikicə ay sonra elə həmin şəklə son dəfə həsrətlə baxıb gözlərini əbədi yumacaqdır...

Mənzilində ehtiyatsızlıq üzündən ciddi zədə almışdı. Bel nahiyyəsindən ayaqlarınadək gipsə qoyulmuşdu. Şəkər və təzyiq xəstəsi olması da vəziyyətini günü-gündən çətinləşdirirdi. Məni gördüyü andaca elə hey təşəkkür edirdi, “atamı bir daha yaşatdın” – deyirdi.

İyun ayının 15-i səhər tezdən qızı Xalidənin zənginə yuxudan ayıldım. Ağlayırdı... Bir saniyə vaxt  itirmədən özümü evlərinə yetirdim. Anadolu xanım gülümsər çöhrəsi ilə sanki yuxuya  getmişdi. Ürəyim sızıldasa da, özümü ələ aldım. Müvafiq yerlərə zəng vurdum. Saat 9-da Türkiyə səfirliyindəki tanışımla əlaqə saxladım. Türkiyənin fövqəladə və səlahiyyətli səfiri cənab Hulusi Kılıç məni şəxsən tanıyırdı. Düz 4 dəqiqədən sonra cənab səfir özü  telefon açdı. Həyəcanlı şəkildə hadisənin nə zaman baş verdiyini və cənazənin nə zaman götürüləcəyini sorusdu. 

Səfirlə həyətdə görüşdük. Çox qəmli idi. Cənazə gətirilərkən dərhal yaxınlaşıb kömək etdi. Hamı səfirin göz yaşlarını aydın görürdü. Hulusi Kılıç Mustafa Kamal Atatürkün əziz dostu İbrahim Əbilovun adını şəxsən Atatürkün qoyduğu övladı Anadolu xanımı son mənzilə son dərəcə hörmət və izzətlə yola saldı...

Böyük bir naxçıvanlının - İbrahim Əbilov və ailəsinin diplomatik tariximizə yazılan həyat səhifələrini ziyarət etdikdən sonra, bir daha “yavru vatan”ımız olan Naxçıvanın hərbi, siyasi, mədəni tarixinə qayıdıram.

1941-1945-ci illərdə  Naxçıvan Muxtar Respublikasından  alman faşizminə qarşı müharibəyə 30 min nəfərdən  artıq vətəndaşımız yola düşmüşdü. Onların 15 min 500-ü müharibənin getdiyi bütün ərazilərdəki döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdu. Naxçıvanlı döyüşçülərdən 600 nəfəri müxtəlif orden və medallarla, bir nəfəri Şöhrət ordeninin hər üç dərəcəsi ilə, 3 nəfər isə keçmiş SSRİ-nin ən yüksək fəxri tituluna - Sovet İttifaqı Qəhrəmanı adına layıq görülmüşdü. 

Həmin qəhrəmanlardan biri Qəzənfər Qulam oğlu Əkbərov 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuşdu. 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirib pedaqoji sahədə çalışmışdı. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna yazılıb və Tbilisi topçuluq məktəbində təhsil almışdı. 1942-ci ildən döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Əkbərov, topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdi.
            1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdi. Onun başçılığı altında üç nəfər topçu, almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girərək bir neçə saat davam etmiş vuruşda düşmənin 4 tankı, 60-dan çox əsgər və zabitini məhv etmişdi. Bu döyüşdə Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Qəzənfər Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
           Naxçıvan Muxtar Respublikasında Q. Əkbərovun xatirəsi əbədiləşdirilib. Ona Cəhri kəndində abidə qoyulub. Adına küçə və məktəb vardır.
           İkinci qəhrəman Abbas Şahbaz oğlu Quliyev 1916-cı il sentyabrın 15-də Naxçıvanın Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumunda təhsil almışdı. 1937-ci ildə təhsilini başa vuraraq Naxçıvana qayıtmış, burada incəsənətin teatr sahəsində çalışmışdı.

1941-ci ildə Sovet Ordusuna çağırılıb və Sumı topçuluq məktəbini bitirmişdi. Kapitan A.Quliyev Dneprdən Visla çayına qədər döyüş yolu keçmişdi. 1944-cü ilin avqustunda Polşa torpağında o, öz topçuları ilə birlikdə xüsusi tapşırığı yerinə yetirərək düşmənin diqqətini yayındırıb Visla çayının sağ sahilinə keçmişdi. Sonra isə üç gün ərzində faşistlərlə qeyri-bərabər döyüş aparmaqla sovet qoşunlarının maneəsiz çayı keçməsi və düşməni darmadağın etməsinə şərait yaratmışdı.
        1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O vaxtlar "İzvestiya" qəzeti bu barədə yazırdı: "Naxçıvan teatrı A. Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi".
        Kapitan A.Quliyev müharibə qurtardıqdan sonra, 1945-ci ildə hərbi xidmətdən tərxis olunmuş və Naxçıvanda rəhbər vəzifələrdə işləmişdi. 1997-ci il dekabrın 25 də Naxçıvan şəhərində vəfat etmişdir.
        Üçüncü qəhrəman Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olmuşdu. 1935-ci ildə Sovet Ordusuna çağırılmışdı. 1937-ci ildən isə N. Rəfiyev ali hərbi məktəbdə təhsil almışdı. Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub—Qərb, Şimali Qafqaz, 1-ci Belarus cəbhələrində alman faşist işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdi. 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən döyüşlərdə , Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə N.Rəfiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 

Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq etmişdi. 1955—1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, daha sonra Culfa rayon hərbi komissarı vəzifələrində çalışmışdı. 1959-cu ildə ordudan tərxis olunaraq  Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirmişdi. N.Rəfiyev 1970-ci il dekabrın 24-də vəfat etmişdir. 

Həmin illərin acılı, faciəli günlərində alman faşizminə qarşı amansız müharibədə neçə-neçə naxçıvanlı mərdliklə döyüşərkən bu torpağın  alim övladı olan Yusif Məmmədəliyev dünya elmində inqilabi bir yenilik kəşf etdi. Faşizmə qarşı döyüşlərdə sovet ağır döyüş texnikaları gücünə görə müasir tələblərə cavab verə bilməyəndə Məmmədəliyevin ən qısa zamanda kəşf etdiyi yüksək oktanlı benzin bütün texnikalara  “yeni can, yeni ruh” verdi. Keçmiş SSRİ-nin qırıcı təyyarələri, digər ağır döyüş texnikaları yenicə kəşf olunan olduqca keyfiyyətli yanacaq növündən qürurla yararlandı və mübarizədə  biri- birini əvəz edən şücaətlərin sayı xeyli artdı.

Bayaq qeyd etdim ki, İbrahim Əbilovun qızı Anadolu xanım alman faşizminə qarşı müharibədə fədakarlıqla iştirak etmişdi. Damarlarında axan naxçıvanlı qanı burda da öz sözünü deyirdi. Biz qürur duyuruq ki, Azərbaycanımızın bütün bölgələrində vətən üçün canından keçməyə hazır olan və canından keçən vətənpərvər oğul və qızlarımız həmişə olub, indi də var və həmişə də olacaqdır.Tək vuruşlarda iştirak edənlər deyil, həlak olan döyüşçülərin balalarını min bir əziyyətlə böyüdən analar, gəlinlər, sevgilisinin, nişanlısının “qara kağızı”nı alan və saçını ağardıb qocalana qədər onların yolunu gözləyən, ərə getməyən, gəlin, ana olmayan və qəlblərində itirdikləri mərdlərin sevgilərini məşəl kimi əbədi yandıran xanımlarımız da hərəsi bir qəhrəmana çevrildi sədaqət, etibar dünyasında.  

Elman Həbibin “İliç rayonunun (indiki Şərur) Sədərək kəndində 36 qarımış qız yaşayır” yarımbaşlığı ilə yazılmış “Otuz altı qız heykəli” şeirində deyildiyi kimi:

Vətən çağıranda sevdiklərini

Su damırdı sünbüllərindən.

Məhəbbət günəşi

Təzə-təzə doğurdu üfüqlərindən.

Vətən çağıranda...

Ondan da böyük məhəbbət olardı?

Getdilər... çoxunun taleyi

Qara kağızlarda qayıtdı.

Çoxunun adı – bəhsi 

Ağızlarda qayıtdı:

-Filan yerdə görüblər.

Gözlədilər, qayıdan olmadı,

36 ürək 36 çinara döndü.

Fəsillər ötdü, dolandı,

Şəvə saçlar qara döndü.

Yaşları altmışı ötdü,

Ömrün məhəbbət yaşı ötdü.

Ancaq gözləri sevdikləri

Gedən yoldan çəkilmədi,

36 bəxti qarımış qızın.

Sevincdə bəxti gətirməyən

Kədərdən bəxti yarımış qızın.

36-nın yanına hələ nə qədər 

Sıfır atmaq olar.

Bəlkə də dünyanın bütün kəndlərində 

Qarımış qız heykəli ucaltmaq olar.

 

Həmin qəhrəmanların ardıcılları, vətənpərvər Naxçıvan oğulları müstəqil Azərbaycanın da hərb tarixində böyük şücaətlər, qəhrəmanlıqlar göstəriblər. Sanki bu elin Məmməd Araz adlı şair oğlunun “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim!” harayına hünərlə, şücaətlə cavab verdilər. Vətən üçün mamır olub qayasında bitdilər, “Vətən bizim namusumuz, şərəfimiz, mənliyimiz, varlığımızdır!” şüarı ilə xain düşmənə qan udduran Naxçıvan ünvanlı bu oğullar Azərbaycanın hər qarış torpağını canları qədər sevib əziz tutdular, hamısı Qarabağ kəlməsi, Qarabağ sevdası, Qarabağ eşqi ilə həyatlarını, sağlamlıqlarını qurban verdilər.

Balası Vətənə qurban getmiş istedadlı şairimiz Xəlil Rza Ulutürk bu kəlmələrini sanki belə mərd oğullar üçün yazmışdı:

Vətəndaş olmasa, boş şeydir Vətən,

Beş günlük, on günlük güney qarıdır.

Vətən məfhumunun özəyindəki

Vətənin vüqarlı oğullarıdır.

 

Vətənin bu vüqarlı oğulları 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar. Naxçıvan da çox sayda şəhidlər verib, məmləkətin nə qədər qaziləri var. Onların şücaətləri, əziz, unudulmaz xatirələri Azərbaycanın bütün şəhidləri kimi xalqımızın, bütün türk dünyasının qəlbində hər zaman yaşayacaqdır.

1941-1945 müharibəsindən əvvəl və sonra bu doğma yurdun da olduqca çətin dövrü idi. Naxçıvanın 25 illiyi ilə əlaqədar burada film çəkilişinə hazırlıq gedirdi. Bakıdan gələn kino mütəxəssisləri, rejissorlar, aktyorlar  “Arazın o tayında” filmini çəkirdilər: Naxçıvan  İranın köhnə şəhərlərinə oxşayırdı. Memarlıq abidələri bərbad vəziyyətdə idi.

İllərdən sonra  Naxçıvan çox dəyişdi. Neçə-neçə mədəniyyət, təhsil ocaqları, səhiyyə mərkəzləri, sənaye müəssisələri, hündür yaraşıqlı, çoxmərtəbəli binalar tikilib xalqın istifadəsinə verildi. 

İndi “Naxçıvan” deyəndə, gözlərimiz önünə hər şeydən əvvəl qədim bir mədəniyyət , böyük simalar, şəxsiyyətlər gəlib durur. Şəhərdə onların adları ilə bağlı yerlər də var: Əcəmi seyrangahı,  Hüseyn Cavidin ev-muzeyi,  Hüseyn Cavid adına poeziya teatrı, Mirzə Cəlilin heykəli... Elə buradaca adam unudulmaz Xalq şairimiz Süleyman Rüstəmin sevgi dolu “Naxçıvan nəğməsi”nə yenidən məhəbbət dolu ürəklə qulaq asmaq istəyir:

Cəlalını seyr etdikcə deyirəm:

Olmaz sənin bu çağından, Naxçıvan!

Mərd oğullar, qoçaq qızlar güc alıb

Sənin ana qucağından, Naxçıvan!

 

Bakı ilə yürüşdəsən əl-ələ,

“Can” deyirsən qardaş elə, dost elə.

Cəlil, Cavid su içibdir- fəxr elə,

Sənin ilham bulağından, Naxçıvan!

 

Könlümdəki xoş arzuma çatmışam,

Gətirdiyin hər nemətdən dadmışam.

Şüvəlanda torpağıma qatmışam

Sənin qızıl torpağından, Naxçıvan!

 

Şad günündə gör nə deyir Süleyman:

Ömür sürsün oğlun-qızın firavan.

Şən mahnılar əksilməsin heç zaman

Nəsillərin dodağından, Naxçıvan!

 

Azərbaycanın daha bir gözəl şairi də Süleyman Rüstəm kimi  Naxçıvana olan sevgi  misralarını poeziyanın harmoniyalı akkordlarına çevirib. Poeziyamızın şair-bəstəkarı Əliağa Kürçaylıdır həmin şairimiz. O da 1973-cü ildə Naxçıvan  nəğməsi “bəstələyib”. Və deyib ki:

 

Bu gün Araz sahilinə gəlmişəm,

Mənim üçün “Arazbarı” çalın siz.

Bu yerlərin sorağını indi də,

Qalaların naxışından alın siz.

 

Görürsənmi başı qarlı Şahbuzu,

Əriməyib quzeylərin sal buzu.

Bol eləyin Badamlını, ağ duzu,

Süfrələri bir az geniş salın siz.

 

 

Ordubaddır bağlarının cənnəti, 

Bu ad ilə bağlamışıq ülfəti.

Dadan zaman burda hər bir neməti

Alarsınız ləzzətini balın, siz.

 

Tamaşadan gözüm doymur nədəndi?

Könlüm məgər ilqarından dönəndi?!

Dolaşanda Sədərəki, Bənəndi

Bağçalarda gəzin ayaqyalın siz.

 

Burda dastan kişilkdən, hünərdən,

Burda nəğmə qızıl donlu səhərdən .

Əgər bir gün ayrılsanız bu yerdən,

Qəlbinizlə Naxçıvanda qalın siz!

 

Naxçıvanın  qədim məhəllələrindən biri Qoçaltı adlanır. Əldə olunan mənbələrə görə, keçmişdə burda daşdan yonulmuş nəhəng qoç heykəli varmış. Mərasimlər, şənliklər bu “qoçun” iştirakı ilə keçirilərmiş. Bildiyimiz kimi, qoç türkdilli xalqlarda totem olub. Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edən Qaraqoyunlular dövlətinin bayrağında qoç başının təsviri olmuşdur. “Qurd-canavar” totemi haqda da eyni sözləri demək olar. Şəhərin ən qədim məhəllərindən biri bu totemin adını daşıyır: “Qurdlar məhəlləsi”. Kəngərlilər məhəlləsinin adı da çox qədim çağlara gedib çıxır. Qədim qıpçaq tayfası - kəngərliləri adı Orxon abidələrində yad edilir. Sarvanlar, qaraxanbəylilər, əlixanlıar da qədim türk qəbilələrindən olmuşdur. Bu qəbilələrin keşməkeşli tarixindən bizə yadigar olaraq yalnız məhəllə adları qalmışdır. 

Çoxları bilir ki, qədimlərdən Naxçıvan öz ecazkar kəhrizləri ilə də çox tanınıb. Əkinlərin böyük bir hissələri bu kəhrizlərin saf suları ilə suvarılıb. Naxçıvanın adı dillər əzbəri olan dadı, ləzzəti, şəfavericiliyi ilə heç yerdə təkrar olunmayan meyvə ağacları bu suların möcüzəsi, zəhmətkeş bağbanların fədakar əməyi hesabına ərsəyə gəlib. Sevimli şairimiz Mirvarid Dilbazi 1970-ci ildə qələmə aldığı “Ordubad bağbanları” nda bu barədə görək nə söyləyir:

 

Günlərin bir günündə

Aradım el dərmanı.

Görüb ayaq saxladım

Bir pirani qocanı.

O, gördü solğunam mən,

Göy kimi dolğunam mən.

Dedi: - Dünya loğmansız,

Dərdlər dərmansız olmaz.

Barlı bağlar elində

Dodaqlar qansız olmaz.

Bizim sarı əriklər

Neçə dərdə dərmandır.

Dedim: - Onu bəsləyən

Hansı mahir bağbandır?

Dedi: - Bunlar məşhurdur

Əbutalıb adıyla.

Hər meyvədən seçilir

Öz ətrilə, 

Dadıyla.

Ordubadda bunların

Tarixi də qədimdir.

Gördüm mənim satıcım

Qoca pirdir, 

Nədimdir.

Alıb evə qayıtdım

Hər çərəzdən bir qədər.

Sanki 

Günəşlə dolu 

Piyaləydi əriklər.

 

Atdım evimdə qalan

Zəhərli dərmanları.

Əlləriniz var olsun

Ordubad bağbanları!

 

Naxçıvandakı kəhrizlərin ən böyüyü Şahab məhəlləsində idi. Adına Qırxayaq kəhrizi deyirdilər. Qırx pilləsi vardı, bu pillələrlə bulağın gölünəcən düşmək olurdu. İnsanların seyrangah yeri olan bulağın gözəl mənzərəsi vardı. Təəssüfki baxımsızlıqdan suyu soğuldu, ağzı tutuldu, sonra da təxminən 60 il əvvəl ağzını bir yolluq qapadılar, bütöv bir şəhərin yaraşığı, bərəkəti torpağın altında qaldı, üstünü örtüb hamarladılar, asvalt döşədilər. Halbuki az bir xərc hesabına kənkan çağırıb bulağı gözünü təmizləsəydilər,  bulaq bu gün də “yaşayardı”.

Yaxud  Köhnə qalanın yanındakı Tutluq çeşməsini götürək. Vaxtı ilə suyu bəlkə də on iri boruya sığmazdı. Sonralar suyu zinə-zinə gəldi. Bura vaxt vardı Naxçıvanın ən səfalı, füsunkar təbiəti olan yerlərindən biri idi, böyür-başında qoyun-quzu yatışardı. Novruz bayramı günlərində insanlar burada şənlənərdi, yaxın məhəllələrdən qoca-cavan, qız-gəlin axışıb gələrdi. Bir-birini arzu, həvəslə haylayardılar ki, gedəyin su üstünə, qayidanbaş hamı saflıq, paklıq rəmzi olan Tutluq çeşməsindən bircə bardaq olsa belə, evlərinə aparardılar.

Vaxtı ilə Naxçıvanın sinəsində Ağamalı çeşməsi də qaynayardı. Bu nazənin çeşmə də izsiz-soraqsız yoxa çıxdı. Onun yerini bircə kənkanlar bilirdi, onlar da köçüb gedəndən sonra Naxçıvanda kənkan tapmaq mümkün olmadı. Bir uzunömürlü qocadan soruşurlar ki, ay ağsaqqal, axı kənkanlıq gözəl, xeyirxah sənətdir, onlar niyə qaçırlar? Cavab verir ki, Kərbəlayı Musa çeşməsi qazılanda neçə metr sonra külüng daşa çıxır, kənkan gəlib deyir ki, kərbəlayı, ta qazmaq mümkün deyil, daşa çıxıb. Kərbəlayı Musa deyir ki, hər külüng zərbinə bir qızıl verirəm, sən qazımağında ol! Naxçıvanın ən gursulu çeşməsi bax, bu cür yaradılıb. 

Alimlər, mütəxəssislər Naxçıvanı “mədən suları muzeyi” adlandırmaqda haqlıdırlar. Şahbuz rayonundakı Gömür, Badamlı, Karaoksara, Batabat, Gəleyli, Muradyurd, Gələgin və s. mineral su bulaqları muxtar respublikada yeyinti sənayesinin və kurort təsərrüfatının inkişafında mühüm təbii iqtisadi bazadır.

Culfa rayonunda 27 qrup mineral bulaqlar vardır. Bunların içində müalicə əhəmiyyətinə görə Darrıdağ mərgümüşlü bulağı xüsusi yer tutur. Suyun tərkibində mərgümüş və qələvi maddələrinin zənginliyi, yüksək minerallaşma xassəsi, onu Avropanın ən xeyirli və təsirli mineral bulaqları ilə bir sıraya çıxarır. 1830-cu ildən məlum olan Darrıdağdakı 20-yə yaxın bulaq sutkada 350 min litrə qədər müalicə suyu verirdi.

Darrıdağ, Sirab, Badamlı, Vayxır, Qızılvəng, Cəhri, Suramlı, Nağacır və s. bulaqlar qrupu qiymətli və bol mineral su mənbəyi olmaqdan başqa, mühüm balisoloji kurort sərvətləridir. M.Nəsirlinin  “Naxçıvan Araz üstdə” şeirindəki bu gözəl sözlər Naxçıvanın bütün çeşmə və bulaqlarına rövnəq verir və yayın qızmarında sərin su kimi ürəklərə yayılır:

 

Badamlı suyundan olarmı doymaq,

Şahbuz dağlarında var neçə yaylaq.

Batabat meşəsi, Çınqıllı bulaq,

Nə qədər gözəldir, şairanədir,

Badamlı suyundan olarmı doymaq?

 

Onu da deyim ki, Naxçıvanın köksündə yer alan “Qızlar bulağı”nın öz yeri, öz ahəngi, öz dəyəri var. Zaman – zaman qızlar, oğlanlar, bütün insanlar Naxçıvanın ilahi təbiətindən zövq alaraq yaşıllıqlar içində, çeşmələr ətrafında, dağların ətəyində əl-ələ tutub sevinclə yallı getmişlər. Belə yallıları mən də gözlərimlə  görmüşəm. Hələ xeyli illər bundan əvvəl Şahbuzun gözəl bir kəndində ailəvi dostlarımızdan birinin övladının toy məclisində iştirak etdim. Naxçıvan toyunun özünəməxsus  maraqlı adət-ənənələri, insanların mehribanlığı, səmimiyyəti, gənclərin böyüklərə, ağsaqqal və ağbirçəklərin cavanlara, uşaqlara məhəbbəti, deyib güləndə, zaraftlaşanda belə, hər kəsin öz yerini layiqincə bilməsi şövqlə diqqətimi cəlb edirdi. Ağbirçəklərin toyun müəyyən məqamlarında qədim adət və ənənlərə necə sevgi ilə riayət etmələrinə fərəhlə tamaşa edirdim. Və müasir oğlanlar, qızlar da sanki bu el adətlərinə baş əyirdilər. Gəlini gətirərkən yolda gözəl bir yaşıllıqda maşın karvanının qəfil dayanması məni narahat etsə də, “Adətimizdir, düşüb burada bir yallı gedəcəyik” – dedilər və məni də bu möhtəşəm yallıya qoşdular. 

Sonradan öyrəndim ki, Naxçıvan ərazisində mərasimlərdə ifa olunan yallıların ən çoxu Şərur bölgəsinə aiddir. Toy mərasimlərində daha çox sevilən və məşhur olan yallılar “Nənüke”, “Çinq-çinq”, “Tənzərə”, “Köçəri”, “Üçayaq yallı”, “Dördayaq yallı”, “Ürfanı”, “Çöp-çöpü” və s. rəqslərdir. Bəzən bu yallı rəqslərini ifa edənlərin sayı 80 nəfərə çatır.

Nüsrət Kəsəmənlinin “Şərur yallısı” şeirinin misraları da elə yallının və əzəmətli musiqisini xatırladır:

 

 

Dəydi bir – birinə çiyinlər yenə,

Bir az da böyüdü kürəklər indi.

Bəyaz yelkənlərtək qabardı sinə,

Gəlsin rəqs eyləyək küləklər indi.

 

Günəş dövrəmizdə tonqala döndü,

Buludlar heyrətdən donub qaldılar.

Bir qız yaxasının qırıldı bəndi,

Amandır, baxmayın, dəliqanlılar!..

 

Qollar qanad açdı, 

böyüdü dövrə,

Qartallar qoşuldu yallıya sanki.

Ehey!.. 

Ayağını möhkəm bas yerə,

Yerdən üzülübsən, 

buluddasan ki!

Bir çınqı od aldı, 

süzüldü gözlər,

Qollar bir-birinə düyünmü düşdü?

Qoşulun yallıya,

durmayın, qızlar,

hamıya yer çatar, 

meydan genişdir.

 

Baxın, o cavanın qamçı belinə,

Yüngül qədəmləri gör necə çəkir...

Bir igid yaylığı alıb əlinə,

Görəsən dəstəni hayana çəkir?!

 

Qızların hörüyü qulac-qulacdı,

Bu qara kəməndə durmayın yaxın!

Kişilər hamısı Koroğlulaşdı,

Gəlinlər Nigara bənzədi, baxın!

 

Tonqal dilim-dilim dikəldi göyə,

Ona ürəklərdən od düşüb nədir?

Qırmızı üfüqlər söykəndi göyə,

Üfüqlər tonqala ilişib, nədir?

 

Coşğunluqmu gəldi Arazdan, Kürdən,

Polad zəncirlər də dözməzdi buna.

Açıldı qolların düyünü birdən

“Yallı” səpələndi Odlar yurduna!

 

Naxçıvanda geniş yayılmış ayin və mərasimlər Novruz bayramı ərəfəsində və toy şənliklərində icra edilir. Məsələn, “Qodu-qodu”, “Xanbəzəmə”, “Maral oyunu”, “Çömçəxatun” və s. tamaşalar ən çox Naxçıvanın Ordubad ərazisində geniş yayılmış və bu gün də əsas ideya və mənası qədim Şərq aləmi və Türk dünyasında  olduğu kimi günəşə sitayiş və inam olan həmin ayin və mərasimlər həvəslə icra olunur.

Bu gün cismən xalqımızdan ayrı düşən və ruhu həmişə bizimlə olan neçə-neçə mədəniyət və elm xadimlərimiz, yazıçı və şairlərimiz  var ki, onlar vaxtı ilə Naxçıvanın hər qarışını sevə-sevə ziyarət etmiş, onun hər bir guşəsinə bələd olmuş, əsərlərində, məqalələrində, esse yazılarında, şeir və mənsur şeirlərində bu əsrarəngiz, füsunkar diyarımız haqqında biri-birindən maraqlı qeydlər etmişlər.

Xalq yazıçısı Mirzə İbrahimov “Günəş yurdu” adlı xatirə məqaləsində yazır: (“Azərbaycan müəllimi” qəzeti, 15 oktyabr 1964-cü il)

“Gecə zil qaranlıq idi, bayırda aram ilə quşbaşı qar yağırdı. 

-Hər yanı qar basacaq, göydən dövlət yağır! – deyib Nehrəm kolxozunun sədri sevinclə danışırdı, - yavaş yağanda, çox yağır...

Darısqal, balaca bir otağa əllidən artıq adam yığılmışdı; briqadirlər, manqa başçıları və sairə... Yaza hazırlıq işləri müzakirə ediləcəkdi. Yer olmadığından çoxları divarlara söykənərək ayaq üstə durmuşdu. Bura kolxoz idarəsi idi. Yuxarıda üstünə mahud çəkilmiş uzunsov stolun ortasında otuzluq neft lampası yanırdı.

-Yeriniz nə yaman dardır! – deyib mən sədrlə gündüzkü söhbətimizi davam etdirdim – Yeni bina tikmək lazımdır.

-Sağlıq olsa yeni bina da, klub da tikəcəyik, elektrik işığı da çəkəcəyik, - deyib sədr xəyalpərvər, sakit gözlərlə mənə baxdı, sonra yenə gözünü çölə zillədi,- yaz yaxşı gələcək, məhsulumuz bol olacaq, bircə kolxozu möhkəmlədək, hər şey düzələr!..

Yarı qaranlıq otaqda, adamlar bir-birinə qısıldığı halda gecədən xeyli keçənə qədər söhbət oldu, kənd təsərrüfatı alətlərinin təmirindən, əkinə hazırlıq işlərindən danışıldı. Mənim yadımda qalan, mənə xoş gələn insanların gələcəyə meyl edən arzuları, qanadlı xəyalları, tükənməz yaratmaq həvəsi oldu!..

Cəhriyə gedən yolu qar basmışdı. Yəni başını qaldırıb hara baxırdın, bütün çöllər, uzaqdakı dağlar, yaxındakı kəndlər, dərələr, təpələr ağappaq qarla örtülmüşdü. Meşin papağının qulaqlarını çənəsindən açaraq yuxarı bağlayan yol yoldaşım, qəfil bir həyəcanla əlini qabağa uzatdı:

-Bir kafirin hiyləgərliyinə bax, gör sürünü necə pusur! 

Mən onun nəyə işarə etdiyini birdən-birə anlamadım. Çünki hər yanı bürümüş qar döşəməsi ətrafı nə qədər işıqlandırsa da, səhərin ala toranında çox şeyi görmək olmurdu. Bir yandan saysız- hesabsız dərə-təpələr, o biri yandan qar topası altında titrəşən kol-kos buna imkan vermirdi.

-Gummm!.. Gummm...

Bir-birinin ardınca açılan tapança səsi soyuq və dumanlı qış səhərində mürgüləyən çölləri titrətdi və uzaqlarda əriyib yox oldu. Boz canavar haradansa çıxaraq quyruğunu düyüb yamacla şütüyərək gözdən itdi. Dərə boyu Noraşen rayonundakı böyük düzə tərəf irəliləyən sürü ürküb bir anlığa bir-birinə qısıldı, sarı başlığı bərk-bərk boynuna, qulaqlarına sarımış iti qara gözlü, balaca boylu çoban əlini ağzına qoyub bizə tərəf çığırdı:

-Sağ olun. İki saatdır o, məni güdür, mən onu... acdır. Çovğun dağlardan qovub gətirib.

-Ayıq ol. Bəs necə çobansan ki, itin yoxdur?

-Elə itim var ki, bir sürüyə dəyişmərəm, - deyib çoban yenə qışqıra-qışqıra cavab verdi,-işin tərsliyindən naxoşlayıb, yurda çatan kimi əlac edərik.

Sürü bizdən uzaqlaşmamış üfüqlər açılmağa, xoş sifətli can qızdıran günəş görünməyə başladı. Çox keçməmiş göy qübbəsi buluddan, dumandan təmizləndi! İndi hara baxırdın büllur ayna kimi parıldayırdı. Sərin hava o qədər təmiz və yüngül idi ki, nəfəs aldıqca bizə ləzzət verirdi, sinəmizi həyat qüvvəsi ilə doldururdu. Yol yoldaşım qeyri-adi bir vəcd ilə - Nə gözəl, nə səfalı yerlərdir!-deyib çölləri, kəndləri qucaqlamaq istər kimi sağ əlini havada  hərlədi.

Sizə nağıl etdiyim bu hadisələr düz otuz il bundan qabaq olmuşdur. O zaman mən Naxçıvanda siyasi şöbədə qəzet redaktoru işləyirdim. O zamandan çox keçib, mən çox yerləri gəzmişəm, dünyanın bir çox ölkələrində olmuşam, çox adamlarla görüşmüşəm, lakin Naxçıvanın təbii gözəlliklərini, zəhmətkeş xalqının sadə həyatını, pambıqçılarının, bağbanlarının, çobanlarının mənalı söhbətlərini, məişət mənzərələrini indiyə qədər unutmamışam. Naxçıvan, bir yazıçı olaraq mənim üçün böyük həyat məktəbi olub. Mən orada çox gözəl insanlara rast gəlmişəm; sözündə möhkəm, əqidəsində dürüst, alnı açıq, üzü ağ, işıqlı fikirlər, təmiz arzularla yaşayan adamların süfrəsində duz-çörək kəsmişəm və bunu heç bir zaman unutmaram. Bütün bu təəssüratlar mənə otuz il əvvəl “Həyat” pyesini yazdırmışdır. (Qeyd edim ki, M.İbrahimov Naxçıvan teatrı ilə yaxından maraqlanırdı. Ədib teatrın repertuar, aktyor, tamaşaçı kütləsi, səhnə tərtibatı kimi məsələlərin yaxşılaşdırılması üçün məsləhətlər verir və yardım göstərirdi. M.İbrahimov özünün ilk dram əsəri olan “Həyat” pyesini də Naxçıvanda işləyərkən yazmışdır. Əsər burada da tamaşaya qoyulmuşdur – R.Mirzəzadə).

Əlbəttə, sonralar da mən dönə-dönə Naxçıvanda olmuşam və hər dəfə vətənimizin bu gözəl güşəsinin yüksəldiyini, abadlaşdığını, parladığını görüb sevinmişəm. Elə bizim böyük yazıçımız, yeni demokratik ədəbiyyatımızın fəxri, satirik “Molla Nəsrəddin” jurnalının banisi və redaktoru Cəlil Məmmədquluzadənin doğulduğu, müəllimlik etdiyi Nehrəm kəndini anaq. Mən yuxarıda bu kəndə otuz dördüncü ildə gördüyüm bir epizodu nağıl etdim. Bəs indi Nehrəm necədir? Doğrusu, beş-altı il əvvəl mən yenə Naxçıvana gedəndə Nehrəm kəndinə baş çəkməyi özümə borc bildim. Daha doğrusu, qarşısıalınmaz hansı duyğu isə hər dəfə məni Nehrəmə çəkir. Bəlkə də bu böyük yazıçının nəfəsidir ki, hələ də Nehrəm torpağında öz ətrini saxlayıb. Hər halda ola bilməz ki, Naxçıvana gedəm və Nehrəmə dəyməyəm. Bu dəfə də getdim. Getdim və çox sevindim. Məni sevindirən yalnız o olmadı ki, Nehrəm təzələnib, işıqlanıb, genişlənib, gözəl mədəniyyət sarayı tikib, işığı,suyu var, hər şeydən əvvəl o oldu ki, adamları inkişaf edib, adamlarının mədəni səviyyəsi artıb. Bunu kəndin küçələrində, pambıq tarlalarında görmək olar. Lap kəndə yaxın sahələrin birində pambıq yığan Tərlan adlı qaraşın, qaratel, qaragöz bir gəlinlə danışdığım yadımdadır; Tərlan nə qədər mübariz, nə qədər dilavər, nə qədər məntiqlə danışırdı. Hətta o, kolxozun işindəki nöqsanları sədrin yanındaca cəsarətlə tənqid edib dedi:

-İndi belə şeylərə dözmək olmaz, keçmiş zaman deyil!

Tərlanın ara-sıra hərarətdən allanan yanaqları, açıq cəsarətli sözləri, əzm və iradə ilə dolu gözləri yenə mənim yadıma otuzuncu illəri saldı: Axı o zaman Tərlan kimi qızların və qadınların yetişməsi bizim ən şirin arzumuz idi. Bir xəyal idi. İndi bütün bunlar həqiqətdir. Bəziləri deyə bilər ki, bəs siz Naxçıvanda Tərlan kimi olmayan, ictimai həyatda özünü passiv aparan qadınlar görmədinizmi? Cavab verirəm: gördüm! Lakin mən onların gözlərində böyük bir həvəsin, marağın, oyanan mübarizə eşqinin işığını da gördüm.

Naxçıvan Azərbaycana yalnız gözəl bağbanlar, əkinçilər, pambıqçılar, maldarlar verməyib. Azərbaycan mədəniyyətinin bir çox unudulmaz, görkəmli simaları da Naxçıvandan çıxıb, Naxçıvan zəhmətkeşlərinin yetirməsidir. Bu gün bu azadlıq və səadət bayramında Naxçıvan bütün bunlarla fəxr etməyə haqlıdır. 

Bayram süfrəsinə əlidolu gəlmək xalqımızın gözəl adətidir. Nə xoşdur, nə yaxşıdır ki, naxçıvanlılar öz bayramlarını təsərrüfat və mədəniyyət sahəsində yeni qələbələrlə qarşılayırlar. Doğrudan da adam şad olur ki, bu il onlar bütün planlarını artıqlaması ilə dolduraraq bayrama gəlirlər. Hamımız fikrən onların böyük bayram şənliyində iştirak edirik, bütün Azərbaycanın ürəyi naxçıvanlıların təmiz və bərəkətli bayram süfrəsini başında döyünür. Əziz bacı və qardaşlarımız, sizə daha böyük nailiyyət və səadət arzu edirik!..”

(ardı var)


ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan iran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.15:17کمال17:40ЕС ввел санкции против представителей властей АТО Гагаузия12:11Dilənçiliyin sosiologiyasına dair qeydlər: ilahi təhdid və mənəvi terror11:59امام علی (ع)14:36В Баку подключились к международной акции "Диктант на лезгинском языке"13:35Geyim və əxlaq haqqında19:37Глава МИ-5 заявил о росте угроз со стороны России и Ирана17:17İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır14:09“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”09:48İran dini, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq etnik və dini əyləci əlində saxlayacaq.16:32Организация тюркских государств: 15 лет единства и прогресса20:05Авраам Шмулевич: Иран не в состоянии нанести серьезный удар по Израилю18:38Azərbaycanda Roş Ha Şana bayramı ərəfəsində yeni yəhudi təqvimi dərc olunub15:17Расул Гьамзатова икрам авунай15:08XIX əsr ləzgi ədəbiyyatının məramı13:02Уйгурское национальное движение и Китай в ХХ веке15:32Белорусский народный праздник урожая "Багач" отпраздновали в музее Янки Купалы в Вязынке15:00Многовековая традиция: узбекский плов14:01Etnik kimliyi müəyyənləşdirən DNA nəticələri reinkarnasiya fəlsəfəsinin maddi təzahürüdür.12:59İmam Ali (a.s.) : " ...Sizinle savaşanlarla savaşın."18:24НОГАЙЦЫ В XV-XVIII ВВ.20:11İMAMQULUKƏND11:32Геенна изначально приготовлена не для людей, а для дьявола и его последователей – падших ангелов10:50Cəhənnəm əvvəlcə insanlar üçün deyil, şeytan və onun ardıcılları — yəni düşmüş mələklər üçün hazırlanıb17:41PARA NASIL CEZBEDİLİR?17:34САМОУНИЧТОЖЕНИЕ И БОЛЕЗНЬ19:59İran dövlətinin Bəhai icmasını zəiflətmək və məhv etmək siyasəti davam edir18:05Результаты ДНК и реинкарнация17:57В Турции найдена цилиндрическая печать возрастом около 4 тыс. лет17:00Архаизм Талибана: куда уходят корни одиозного отношения к женщинам в Афганистане22:14Митрополия Молдовы - о паломничестве священников в Россию: У них не было политических целей12:06KUANTUM BİLİNCİ TEORİSİ, AŞKINLIK, KUANTUM PSİKOLOJİSİ VE KURAN AYETLERI11:27"Sionist İsrail və Şeytan Amerika" İranı necə xilas etdi?17:43Ata Atun İngiliz Arşivlerinde Kıprısla İlgili Neler Buldu14:47Сборная Казахстана по кокпару начала первые тренировки на стадионе Игр кочевников в Астане12:04Tbilisidə Qafqaz Kürdlərinin I Beynəlxalq Elmi-Praktiki Konfransı baş tutub.20:29Нафталиевы и Шамиловы — первые горско-еврейские поселенцы Кабарды15:37В Ташкенте состоялась встреча президентов Азербайджана и Узбекистана с представителями деловых кругов двух стран15:27От Еленендорфа до Гейгёля18:11"BİRİNCİ və İKİNCİ" XOŞBƏXTLİK yaxud UTANCAQLIĞIN FƏLSƏFƏSİ!16:08Азербайджан и Казахстан проводят совместные учения «Алтын кыран-2024»21:43Проанализированы возможности Каракалпакстана и определены дальнейшие задачи17:27Погромы в Британии стали итогом исламофобской пропаганды21:04Период Яхьи Синвара в сопротивлении19:32КЕМ БЫЛИ ДИ И ЖУНЫ? Внутренняя Азия и Южная Сибирь от пришествия индоевропейцев до империи Хунну19:42Кыргызские женщины сохраняют традицию головного убора «элечек»20:43Президенты стран Центральной Азии на встрече в Астане выступили за продвижение общих интересов20:03Итоги выступления спортсменов из Центральной Азии на Олимпиаде — 202415:03В Баку отметили День Абая - Bakıda Abay Günü qeyd olunub14:55Бакуда Абай күні аталып өтті15:19СЛАВЯНЕ В ДЕШТ-И КЫПЧАКЕ19:07Великобритания сосредоточилась на защите Израиля военным присутствием в Средиземноморье и на Ближнем Востоке11:41Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir15:05تئوری آگاهی کوانتومی، استعلایی ، روانشناسی کوانتومی و آیات قرآن14:50ТОТЕМЫ У КЫПЧАКОВ11:38Азербайджанские ковры в Музее Ислама, в Иерусалиме15:00Чем обернется для региона убийство лидера ХАМАС?10:49Исчезнувшие народы. Авары10:29Как будет формироваться внешняя политика Ирана в эпоху Пезешкиана?14:05ЭТНИЧЕСКАЯ СТРУКТУРА ВОЖДЕСТВ «ЛУКОМОРСКИХ КЫПЧАКОВ»11:19«Йаум Азым» – День Великий14:35Qasım Qasımzadənin ədəbi-elmi portreti16:02MULTİKULTURALİZM MƏRKƏZİNDƏ “AZƏRBAYCANDA YAŞAYAN TATLARIN ETNO-KONFESSİONAL TARİXİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB15:37А.Клесов: Древние арии - кто они были и откуда?12:33В Монголии проходит VII Международный фестиваль исполнителей на Морин Хууре15:09Исторические традиции кыргызского народа: «Кыргызское кочевье»14:47Pulu necə cəlb etməli və saxlamalı?14:33MÜKEMMELLİK13:16От кыпчаков к казахам. Политическая история Восточного Дешт-и-Кыпчака в XIII – начале XVI в.13:27"Эй, джони ман". Как Полад Бюльбюль-оглы и Орифшо Орифов дали концерт в Таджикистане13:12Как вызвать дождь в Таджикистане? Проводим специальные таджикские обряды12:52Христианство в Кавказской Албании17:05Состоялся первый Курултай по этнотуризму "Кочевой путь Гянджабасара и традиции кочевья: по следам предков"11:36CAMAL LƏLƏZOƏ - ƏDİB, ŞAİR, TƏNĞIDƏKƏ...11:17Кыпчаки в христианском мире (вопросы адаптации и ассимиляции).15:54İsrail'in askere almaya çalıştığı Ultra Ortodoks Yahudiler kimler, neden direniyorlar?15:19آگاهی «متفاوت» انسان دشت نشین زمان و مکان را تعریف می کند15:06Moscow’s New Language Policy Document Drops All References to Problems of Non-Russian Languages Contained in 2021 Draft12:33Cостоится первое официальное заседание Satellite Rotary Club Baku İnternational Shahdag Qusar15:34Iran recruits former Afghan soldiers for Middle East conflicts10:32İranda 14-cü prezident seçkiləri keçirilir19:15Битвы империй за Азербайджан (XIII-XV вв.)19:00Наследники культуры Золотой Орды. Опыт исторической биографистики деятелей культуры тюрко-татарских государств15:45Башкортостан в ХХ – XXI вв.21:15Турецкий преподаватель изготавливает тюркские музыкальные инструменты в мастерской вуза в Бишкеке21:06Гнезда, насчитывающие столетия: «птичьи дворцы» Османской империи18:52Национальный татарский праздник Сабантуй отметили в Азербайджане17:32Туркменская литература. Попытка исторической биографистики17:05Праздник "Тун пайрам" прошел в Хакасии16:04Bir İranlıyla İletişim Kurmak Şatranç Oyununa Benzer Veya İranlıların Psikolojik Portresi15:57Стремление к совершенству – естественное желание09:58İranda 14-cü prezident seçkiləri18:36Крымскотатарская поэзия ханского периода. Опыт исторической биографистики12:49ЧЕРКЕСЫ МЕЖДУ ТЮРКАМИ И РУССКИМИ19:04İRANDA İSLAHATÇILAR İSLAHATÇI OLSALAR, MƏSUD MƏSUD OLAR19:18Суть еврейских праздников. Шавуот: обретение свободы19:15Суть еврейских праздников. Шавуот: Тора жизни23:4412 ИЮНЯ-ДЕНЬ НЕЗАВИСИМОСТИ РОССИИ15:03Социально-философское наследие Махтумкули Фраги: преемственность идей мира, гуманизма и национального единства13:50КАБАРДИНЦЫ МЕЖДУ ТЮРКАМИ И РУССКИМИ16:57Bəhai icması və Dini Komitənin birgə “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfransı keçirilib16:01DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ BEYNƏLXALQ BƏHAİ İCMASININ BMT-DƏKİ BAŞ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB15:01КРЫМСКИЕ ТАТАРЫ И КНЯЖЕСТВА ЦЕНТРАЛЬНО-ВОСТОЧНОЙ ЕВРОПЫ 1538-1713.09:06Bozkır insanının "farklı" bilinci zamanı ve mekanı tanımlar18:52ТАЛАНТ, ПРЕДАННОСТЬ И СОСТРАДАНИЕ ХИРУРГА КАМИЛЯ АБДУЛЛАЕВА15:32Татары под властью русских 1552-1913 гг.10:08Qüds, Azərbaycan və Dağlıq Qarabağ17:01“ANAJ” saytının beynəlxalq məsələlər qrupu Azərbaycan Respublikasını Şah İsmayıl Xətaiyə sahib çıxmaq əzmində ittiham edir.15:32«АЗ ХУРОСОНАМ КАШИДӢ, ТО БАРИ ЮНОНИЁН…». Ба гиромидошти хотираи мутафаккири бузурги тоҷик мавлоношиносони ҷаҳон дар Париж ҷамъ меоянд15:00Изучение этнических стереотипов в среде грузинской молодежи («свои – чужие” в обществе)13:53Məqtəl ədəbiyyatının nümunəsi kimi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinə metodoloji yanaşmanın özəllikləri09:27Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət09:17Раскрытие сокровенного: Общее и частное при даровании Торы09:06Недельная глава «Бемидбар». Лиминальное пространство21:21«КОХИ НАВРУЗ» – СОВРЕМЕННОЕ ТУРИСТИЧЕСКОЕ ЧУДО ТАДЖИКИСТАНА22:43В Таджикистане заблокированы сайты террористических и экстремистских организаций, также запрещён ввоз их литературы21:06В Азербайджане прошел прекрасный татарский национальный праздник "Карга боткасы".20:42İran prezident seçkilərinə hazırlaşır09:27როგორია აკაკი წერეთლისა და ნატალია ბაზილევსკაიას ერთადერთი ვაჟის ისტორია21:07İRAN ASSİMİLYASİYA SİYASƏTİNİ DAHA İSRARLA DAVAM ETDİRİR19:29Ləzgi-Azərbaycan ədəbi əlaqələrinin möhkəm dayaqlara söykənmiş zəngin tarixi əsrlərin dərinliklərinə gedib çıxır.19:21В Шуше состоялось заседание министров образования Организации тюркоязычных государств19:11Irak Türkleri – Azerbaycan İlişkilerinde Yeni Ufuklar18:33Azerbayacan’nın resmi olarak KKTC’yi tanımak için kendi ülke çıkarlarına uygun bir zamanı beklediğine işaret etmektedir.21:11Загрязненный воздух и шум в раннем возрасте увеличивают риск психологических расстройств20:28Bab və babilik: Bir tarixi hadisənin izi ilə17:37DOKUZ OĞUZ DESTANI BAZINDA TÜRK DESTANLARINDA VE KUTSAL KİTAPLARDA İNSANIN YARATILIŞI12:53Talış folklor mahnılarının tədqiqatçıları arasında xalq artisti və pedaqoq Zümrüd xanım Məmmədovanın rolu12:39Политическая ситуация в Иране после гибели Раиси15:13SÜLEYMAN STALSKİ "DƏRƏYƏ SU GƏLDİ DEYƏ"-СТIАЛ СУЛЕЙМАН "КlАМУ САДРА СЕЛНА ЛУГЬУЗ"15:06Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”12:26MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYARIN ANASI20:53“Ekoloji mədəniyyət, mənəvi dəyərlər və vətəndaş cəmiyyətinin həmrəyliyi”» mövzusunda respublika kulturoloji seminar keçirilib.11:55Derheqa nivîskar Şamîlê Sêlim Esgerov (1928-20.05.2005)09:53Zümrüd Məmmədovanın yubileyinə həsr olunmuş elmi-seminar keçirilmişdir.19:58Европейские страны и палестинское государство: на пути к коллективному признанию?19:44İRADƏ MƏLİKOVANIN “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM” KİTABININ TƏQDİMATI KEÇİRİLİB20:13Бронзовый медальон Султана Мехмета Фатиха продан на аукционе в Лондоне за 1,4 миллиона фунтов стерлингов13:28Çöl adamının “fərqli” şüuru zamanı və məkanı müəyyən edir00:31İRANDA HAKİMİYYƏTİN YENİ SOSİAL BAZA AXTARIŞI19:15Türkiye, Greece strengthening mutual understanding on fighting terrorism: President Erdogan18:58Сможет ли Греция правильно оценить видение Турцией перспектив сотрудничества?18:48AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)18:25AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)19:41RUSİYA ATOM BOMBASI ATMAQLA, İRAN DA ONU YARATMAQLA TƏHDİD EDİR19:44Пробуждение природы в Турции отмечают традиционным цыганским фестивалем Какава21:20Güney Azerbaycan folklorunda halkın hayatı ve ulusal kimlik işaretleri21:123.Mikro Dünya Savaşı16:46Şərqşünaslıq İnstitutunda “44 günlük Vətən müharibəsi İran mediasında” kitabı çapdan çıxıb14:42MİLLİ ADƏT-ƏNƏNƏLƏRİN QORUNMASI MULTİKULTURALİZMİN BAŞLICA ŞƏRTİDİR14:35FARS SÖZÜ FƏ BU SÖZ OLAN SÖZ BİRLƏŞMƏSİ FARSLARIN MİLLİ KİMLİYİNİN QORUYUCUSUDUR17:21KANT VƏ TANRI MÖVCUDLUĞUNU SÜBUT ÜÇÜN PRAKTİKİ SƏBƏB17:09İRANIN DOSTU KİM, DÜŞMƏNİ KİM19:31ASELSAN меняет ситуацию в области радиоэлектронной борьбы13:21Новые горизонты в отношениях Турции и Ирака
САМОЕ ЧИТАЕМОЕ
  1. “Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
  2. Yalan-palan iran
  3. КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ
  4. О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА
  5. MANTRA MEDİTASİYA.
  6. Pezeşkiyanın hicab problemləri
  7. Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
  8. Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
  9. Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?
  10. Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
  11. İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?
  12. Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər
  13. PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
  14. Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
  15. Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган
  16. Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
  17. Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК
  18. Лиля Брик- муза Владимира Маяковского
  19. Hicabsız İran
  20. «Разложение мозга»: как избежать негативного воздействия соцсетей?
  21. Влияние Турции на переходный процесс в Сирии
  22. Как будет формироваться новый период в Сирии после Асада?
  23. Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.
  24. 12 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu
  25. İnsanlar niyə pirlərə gedir
  26. Монгольская средневековая письменная культура
  27. Uşaq adlarında dünyəviləşmə tendensiyası?
  28. Humeyni'nin şiirlerinde tasavvufi motifler
  29. 2023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib
  30. İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?
  31. Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)
ОПРОС

Где будете встречать Новый год?


 
«    Yanvar 2025    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
ГАЛЕРЕЯ