Ethnoglobus » КУЛЬТУРА » “Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”

“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”

image

“Yurdumun sirləri” əsrimizin bestselleridir...

 

“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... 

 

General Şadan”

 

Fransa  ədəbiyyatının ”Qadın Ceyms Coysu” adı ilə tanınan ünlü nümayəndəsi, Fransanın böyük feminist yazıçısı Helen Cixos Rza Bərahəninin “Ayazın cəhənnəm günləri” romanını oxuduqdan sonra, roman haqqında öz fikir və düşün­cə­lə­rini bu cümlələrlə ifadə edir: “Oxu həyatında yeni bir əsəri bulmaq çox çətin və nadir bir hadisədir, bir sevgili ölünün qəbirdən baş qaldırıb dirilməsi kimi bir şeydir. O gün insan ədəbiyyatın həqiqi gücünə inanır. Məncə, hər 10, ya 5 ildən bir belə hadisəyə tanıq ola bilərik. Mənim üçün qiyamət günü idi. “Ayazın cəhənnəm günləri” romanını oxuduğum zaman elə bir günü yaşadım. Cəhənnəmin özünü təc­rü­bə etdim. Əsl Cəhənnəm idi. Belə əsərləri oxumaq mənim üçün dözülməzdir. Yazarın iç dünya­sından qaynayıb axan əsəri oxumaq mənə işgəncə verirdi. Bax, Rza Bərahəninin  bu əsəri mənə Cəhənnəmin nə olduğunu yaşatdı. Rzanın Cəhənnəmi gözəl və baxımlı bir saraydır,  İran, Türk və Batı arxivləri ilə doludur. Ensiklopedik bilgilər və xatirə­lər yığınıdır, başlanğıcı moderndir. Əslində Cəhənnəm deməli idim, gözəl cəhən­nəm­lər... Çünki Rza dünyasının hər tərə­findən Cəhənnəm alovlanır. Dustaqların şeirini və ailədə baş verən cinayətləri yazır. Rza çox böyük şair və xəyalpərvər bir müəllim olmaqla yanaşı, ədəbiyyat  adamıdır. O, dünya söz sənəti sehrbazları və yeni azadlıq yaradıcıları cərgəsinə daxildir...”  

Roman ünlü bolqar filosof-psixoloqu, feminist yazarı Yuliya Stoyanova Kristevaya da eyni cəhənnəm şokunu yaşadır.

Oxucularını romanlarında təsvir etdiyi qandonduran gerçəklərlə Cəhənnəm odunun içərisinə atan və əsl сəhənnəm yaşadan dev yazarın gerçəkçi bir “söz sənəti sehrbazı” olmasının, xalqının birikmiş dərdlərinin özgə dillərdə tərcümanına çevril­mə­si­nin nədənləri özünün ağrılı xatirələrində açıqlanır: “Məktəbdə (“Pərvəriş”-E.F.) oxudu­ğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra (1946), türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarıl­masını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmuş­dum. Anam soruşdu: “Niyə tutqun­san?” Mən hadi­səni ona danışdım. Ana­mın o an mənə dediyi: “Oğul, türkcə yaz!”- sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırdım, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim. Məktəbin müdir müavini gəlib onu qopardı. Sonra zəngi çaldı. Hamını – şagird və müəllimləri məktə­bin həyətinə çağırıb sıraya düzdü. O, bizdən türk dilində soruşdu: “Türk dilində olan bu qəzeti kim yazıb yapış­dırıb?” 11-12 yaşım var idi. Mən qabağa çıxdım. Müavin mənə türkcə dedi: “Məgər deməmişdim ki, türkcə yazmayın?” Dedim: “Bəli, deyib­siz...” Yenə türkcə soruşdu: “Bəs niyə yazıbsan?” Cavab verdim: “Mən fars­ca bil­mi­­­rəm”. O, qəzeti yerə atdı. Sonra boynumun kökündən tutub başımı aşağı əydi. Öz türkcəmizdə mənə dedi: “Yala buraxdığın bu qəzeti...” Mən o qəzetin bütün boyalarını sona­dək yaladım… (Səlim Babullaoğlu. “Yazmaq ləzzəti digər ləzzətlərin əvəzedicisidi” 525-ci qəzet.2011.9 aprel.s.26-27)

Bu azmış kimi, 1945-ci ilin 12 dekabrında S.C.Pişəvərinin və silahdaşlarının qur­du­ğu Milli Hökumət dövründə bircə il türkcə təhsil alan kiçik Rzanın 1946-cı ilin sonunda türkcə dərslikləri də əlindən alınaraq gözlərinin önündəcə yandırılır və həyatı­nın ikinci travmasını da yaşayır: “...Onlar bizi türk dilində yazılmış dərsliklə­ri Şəhrdari (Bələdiyyə) meydanına toplayıb yandırma­ğa məcbur etdilər. Kitabların alovları bizim başımızın üstündə dar ağaclarından asılmış kişilərin ayaqlarına qədər qalxır­dı. Gündüzləri Təbrizi qoruyub gecələri isə küçələrinə asfalt çəkən fədailər demokrat firqəsi devrildikdən sonra evlərindən çıxarılır, onlardan arxalar­ına bax­ma­dan yerimələrini tələb edir, sonra biz uşaqla­rın gözləri önündəcə arxadan atəş açıb cəsədlərini küçədəki nova atırdılar...” (amerikaninsesi.org/a/kitab-iran/1813673.html) 

Dahi yazarın ömür səhifələrindən bu ikicə yarpaq bəlirləyir ki, həyatı çox ağır şərtlər altında keçib, hakim millətin, məzlum millətə verdiyi sitəmləri görə-görə böyüyüb, bu şərtlər altında oxuyub, orta və ali təhsilini yad dildə-farsca tamamlamalı olub. Əslində divar qəzetinə türkcə yazdıqları onun “söz dünyasının sehrbazı”  olacağının ilk işartıları idi... Lakin doğma dilində danışmaq, yazma­q da elə o dönəmdə - 1946-cı ilin sonunda yasaqlanıb... Amma anasının həzin-həzin qulaqlarına oxuduğu layla dilini heç vaxt unutmayıb və bu dillə iliklərinədək yeridilən türklük ruhuna ömrü boyu sadiq qalıb və türk ruhu, təfəkkürü ilə, ancaq farsca yazdığı “Yurdumun sirləri”, “Ayazın cəhənnəm günləri” romanları böyük əks-səda doğuraraq ədəbi aləmdə şimşək tək çaxıb. Həm Öldürülənlərin avazı”, “Azadə xanım və yazarı”, “Təbrizlilər”, “Taclı hanniballar-adamyeyənlər”, “İlyas bəy Nyu-Yorkda” və s. roman­la­­rıhəm “Zillullah. (Zindan şeirləri)” “Allahın kölgəsi”, “Pəncərənin yanına gəl”, “Kəpənəklərə xitabən” şeir topluları, həm də İranın siyasi, ictimai və sosial-tarixi strukturu üzərinə yazdığı “Şəhrizad və onun yazarı”, “Kişilik  tarixi”, “Lilit”, “Maskulin tarix”, “Misir səfəri” və bütövlükdə lirik hiss və duyğuları­nın, ədəbi-tənqidi fikirlərinin yer aldığı 50-yə yaxın kitabında İrandakı hakim rejimin cinayətlərini, çirkin əməllərini ifşa edib, rejim tərəfindən haqq və hüquqları əlindən alınan, ana dili yasaqlanan, milli hissləri aşağılanan xalqının gerçək durumunu, tarixini qələmə alıb. İrihəcmli “Misdə qızıl” kitabındakı  eleştiriləri ilə İranda Avropa tipli ədəbi tənqidin əsasını qoyub və İran ədəbi tənqidinin atası statusunu qazanıbİran tarixi ilə bağlı içindən gələnləri qələmə aldığı “Dismemberment-Tikə-tikə etmək” əsərində isə tarixdə bir-birlərinə bənzəyən müxtəlif adamları bir xarakterin timsalında canlandırıb. Demokra­ti­ya, insan hüquqları, ifadə azadlığı, türk dil haqları və qadın-kişi bərabərliyi uğrunda, habelə istibdad və senzura­ya qarşı mübarizə apardığına görə həm Şah, həm də İslam inqilabından sonrakı dönəmdə həbs olunub, burada olmazın işgəncələrə məruz qalıb... Zindan əzabını, işgəncələri şəxsən yaşadığına görə, onun xatirələrin dili ilə yazdığı şeir, poema və romanlar bu dərəcədə inandırıcı alınıb. Fars, ingilis, yaxud fransız dilində qələmə aldığı bu əsərlərdə mənfi, ya müsbət, fərq eləməz, daha çox öz xalqının bütün zümrələrdən olan nüma­yəndələrinin parlaq, capcanlı obrazlarını yaradaraq Azərbaycan milli varlığını ədəbi müstəviyə gətirib… 

Rza Bərahəni romanlarında Tənbəki üsyanı (9 mart 1891-ci il), Məşrutə (1906-1911) və Xiyabani hərəkatları (1920), Seyid Cəfər Pişəvərinin qurduğu Demokratik Hökumət (1945-1946) və İran İslam İnqilabı (1978-1979) zamanı baş verən tarixi hadisələrin ən yüksək poetik dillə son dərəcə maraqlı təhkiyəsini yaradıb... 

Tanınmış türkoloq və yazar Toğrul Atabayın çoxyönlü şəxsiyyət və tənqidi ağlın ən itisözlü təmsilçilərindən biri saydığı Rza Bərahəni müstəmləkəçiliyə qarşı çıxıb, yurdunun gizlədilən, ört-basdır edilən sirlərini açıqlığa qovuşdurub. Ancaq bu roman­la­rı ana dilində deyil, farsca yazmaq zorunda qalmasını qəbullana bilməyib. Ömrünün ixtiyar çağında illər boyu içində daşıdığı acını etiraf etməyi və bu yolun yolçusu olan soydaşlarını ayıltmağı gərəkli sayıb:“Biz fars dilinə xidmət etmək məcburiy­yətində qalmışıq. Əslində bizi elə duruma salıblar ki, biz öz dili­mizə xə­yanət etmişik. Nəyə görə mən, bir Azərbaycan aydını 70 yaşımda belə bir hiss keçirməliyəm?! Bizim dilimizi əlimizdən alıblar. İstəmərəm ki, məndən alı­nan haqq başqalarından da alınsın. Biz qoymamalıyıq ki, bizdən sonra gələnləri dildən məhrum etsinlər...” Bu gerçəyin bədii ifadəsi ana dilinə həsr elədiyi bu şeirində damarlarda axan qanı dondurur:

Qavalçalan oxuyar dağ ətəyində, 

Bağın dibində sənin əksini tapanda, 

Bu əksi basanda bağrına gizlin,

Dilim! Dilim! - deyən 

Heyf olmuşum, yazığım, gözəl dilim, 

Necə bağrımda yandı, lap külə döndü. 

Dilini kəsib yasaqlasalar da, “bağrında yandırıb lap külə döndərsələr də” ana dilində təhsil almaq, roman, şeir oxuma­q imkanı olmasa da, zehni açıq, işlək qalır Rza Bərahəninin... Və öz dilini savunur... Zehnini yasaq saxla­mağa haqqının olmadığını dərk edir və qadağan olunmuşa - ana dilinə bir vasitəçi tapır. Beləliklə də hakimin öz dilində ona qarşı üsyan edir. Dilinin kəsilməsini və çoxuşaqlı, yoxsul bir ailədə doğul­masını üsyanının əsası sayır və... üsyana gerçək­ləri yazmaqla başlayır... İngilis dilini yeni­­yet­məlik çağlarında ikən öyrənir və bu dildə xeyli kitab oxuyur. Təbriz Universiteti­­ni ingilis dili və ədəbiyyatı ixtisası üzrə bitirir. Təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirir, elmi işini ana dilində yazır və doktorluq dərəcəsi alır. İngilis dili ilə yanaşı, fransızcanı da mükəmməl bilməsi, dünya ədəbiy­yatına və çağdaş elmi-nəzəri fikrə dərindən bələd olması o zamankı İran ədəbi mühitin­də ona böyük üstünlük qazandırır. Gənclik illərindən dünya ədəbiyyatı ilə ciddi şəkildə tanış olması, ingilis dili araçılığı ilə də dünyanı öyrənməyə və tanımağa başlayır. Dostoyevski, Tolstoy, Folkner və b. əsərlərini də çox erkən yaşlarında ingiliscə oxuyur. “Bədbəxt adamlar” romanını oxuyanda ona elə gəlir ki, Dostoyevski Təbrizdə olub və Güney Azərbaycan türklərin­dən, təbrizlilər­dən yazıb. “Bəyaz gecələr” romanı isə yaz­maqdan əsla vaz keçə bilməyəcəyini anladır Rza Bərahəniyə... Sonra ədibin “Cinayət və cəza” roma­nını oxuyur və içində olduğu hərəkatla F.Dostoyevskinin bir bağlılığı olduğunu hiss edir. Lakin yazıçının “Gizlinlərdən qeydlər” romanını mütaliə edərkən daha çox təəccüblənir və əsərin sanki öz qələ­mindən çıxdığını sanır... Ona görə də roman yaradı­cılığında özünü Fyodor Dostoyevskinin şagirdi sayır. 

Lakin Rza Bərahəni söyləşilərində modernist düşüncəyə daha yaxın olduğunu vurğulayır. Prust, Coys, Folkner, Virciniya Vulf, Nabokov, Borxes yaradıcılığından bəhrələnərək İranda modernist və postmodernist nəsrin ən mükəmməl örnəklərini qələmə alır. Dünyada maraqla qarşılanan romanlarını yaza-yaza belə bir sonuca varır ki, Azərbaycanın yəhudilərin “Tövrat”ı kimi bir kitabı yoxdur. Müqəddəs kitab olsa da, “Tövrat”da bir etnosun həyatının başdan sonadək yazılması diqqətini çəkir. Bu baxışı ilə bağlı bəzi düşüncə adamlarının fikirlərini örnək alır. Folknerin hər il “Əhdi-Ətiq”i - “Tövrat”ı və Migel de Servantesin dünyanın ilk modern romanı sayılan “Don Kixot” romanını, özünün isə bunlardan başqa daha iki əsəri - “Min bir gecə” və Mövləvinin “Məsnəvi”sini oxudu­ğunu etiraf edir. Ancaq daha ço­x “Məsnəvi”ni oxu­du­ğunu söyləyir. Bunun səbəbi kimi isə “Məsnəvi”də bir hekayə bitməmiş sonrakı hekayənin başlamasını göstərir. “R.Bərahəni də eynilə Məsnəvi” də olduğu kimi, hadi­sə­ni parça­la­yırhissələrə bölmə ifadəsini həm konsep­siyahəm də metod məna­sında işlədir...” və deyir: “Mənim zeh­nim bu cürdür. Mənim Azərbaycanı­mı heç kəs yazmayıb. Hətta mərhum dostum Qulamhüseyn Səidinin Azərbaycanda baş vermiş bir-iki hadisəyə, məsələn, Məşrutə hərəkatına dair pyesləri və s. də bunu tam əhatə etmir. Mənim işim bir qədər fərqli­dir. “Ayaz” romanımda hadisələrə Ayazın gözü ilə baxır­dım və bu Ayazın 2500 yaşı var...” 

Və o, Bakıda çap edilib yayılmasını çox arzuladığı, tabuları sındırdığı və məhz özünün yaşadıqlarını və müşahidə etdiklərini yazdığı “Yurdumun sirləri”, baş­dan sonadək Ayazın-Azərbaycan xalqının 2500 illik tarixini ən yüksək bədii dillə, dərin məntiq və fəlsəfə ilə canlan­dırdığı “Ayazın cəhənnəm günləri” romanlarında uzaq və yaxın keçmişə ekskurs edir. Oxucu bu romanlarda silsilə tarixi fakt və olayları öyrənir, müstəm­ləkə boyunduruğunda çabala­yan Güney Azərbaycan xalqı­na uzun illər boyu yaşadılan müsibətlərin şahidi olur. 

Rza Bərahəni 21 Azər inqilabının, 18 avqust olaylarının –1953-54-cü illər İrtica dövründə xalqın tərəfdarı olan Məhəmməd Müsəddiq Baş nazir olarkən ABŞ-ın yardı­mı ilə baş verən çevriliş hadisəsinin - Müsəddiq hərəkatının, 1978-79-cu illər İslam inqilabının başvermə səbəblərini və gedişatını bir tarixçi alim səriştəsi ilə izləyir, ancaq yazıçı təxəy­yülünün fəlsəfəsi ilə qələmə alır, oxucunu gerçəkliklərlə üz-üzə, baş-başa qoyur və baş verənlərə onu inandırmağı bacarır... “İrandakı İslam inqilabının baş verməsində daxili səbəblərlə yanaşı, xarici səbəblər də mövcud idi. İran həmin dövrdə ABŞ-ın regionda ən yaxın və strateji müttəfiqi idi və bununla yanaşı, Amerika Birləşmiş Ştatları bu ölkəyə çoxlu miqdarda silah satmışdı. Əsas məqsəd isə Sovet İttifaqın­dan gələn təhlükənin qarşısını almaq və Fars körfəzində İranın domi­nant rolunu təmin etmək idi. İranda işləyən və yaşayan xarici ölkə, xüsusilə ABŞ vətəndaşlarının yüksək səviyyədə yaşaması, təbii ki, yerli əhali tərə­findən sakit qarşı­lana bilməzdi. Buna görə də, islam inqilabçılarının əsas mübarizə istiqaməti ABŞ-a qarşı çevrilmişdi. 1979-cu ilin əvvəlində inqilabın təsiri altında şah Məhəmməd Pəhləvi İranı tərk etmək məcbu­riy­yətində qaldı. Fevralın 1-də Ayətulla Xomeyni Tehrana qayıtdı. İslam inqilabından sonra da ABŞ-a qarşı müba­rizə davam edirdi. 4 noyabr 1979-cu ildə özlərini “İmam xəttinin ardıcılları” adlan­dı­ran tələ­bə­lər Tehranda Amerika səfirliyinin binasını tutdular və 52 nəfəri girov götürdülər…”

Göründüyü kimi, o, İranda mövcud müstəmləkənin öz dili ilə ona qarşı çıxır, bundan bir qamçı kimi istifadə edir, şüurlu bir post-kolonial duruş sərgiləyir...” 

Amerikanın Uzaq Şərq və Şərq siyasətini, amerikalıların özlərini başqa millət və xalqlardan üstün sayaraq onlara yuxarıdan aşağı baxmasını-özündən razılıq kibrini, eyni zamanda mənfur siyasəti ilə dünyanı “xəstəxanalıq” etməsini də ifşa edən Rza Bərahəninin aydın ziyalı baxışını və vətəndaş mövqeyini romandan sətirlər bəlirlə­yir: “Bir amerikalı ayağını hara bassa, ora Amerikadır...” Yaxud: “Bizim iki başı­mız var. Biri pambıqdır, biri də qılınc. Hansı ki, bizə itaət edir, ona pambıq oluruq, itaət etmə­yənlərəsə qılınc...” “Hər yer Amerikanın xəstəxanasıdır, vacib deyil Saygon­da olsun. Dünya Amerikanın xəstəxanasıdır...”“Allah! Vyetnamda, bir Amerikalı özünü nə qədər tənha görür! Bəlkə torpaq bizdən intiqamını alır. Bəlkə 20 il öncə Amerikalı bir zabiti İranın şimalında öldürən qurd indi Vyetnama gəlib?”

Romanlarında, ədəbi-tənqidi yazılarında yazarın Türk mifologiyasının bilicisi olduğu da aydınlaşır... “Yurdumun sirləri”ndə əcnəbi öldürən Savalan qurdu­nun obra­zın­­da bozqur­dun əski türklərin qurtuluş rəmzi-totemi olduğunu çatdırır. Eyni zamanda xalqı­nın yadellilərlə, işğalçılarla heç vaxt barışıb bir araya gələ bilmə­yəcəyini, qoynun­da onlara yer verməyəcəyini həmin qurdun Savalan dağının ətəklərində dişləri ilə Amerika zabitinin şah damarını qırıb öldür­məsi, inqilabçı Təhminəni isə oğlu Nasirlə birlikdə qurdun öz kaha­sında gizlədib qoruması epizodları ilə ötürür dünya oxucusu­na... (“Təhminə bir damla suya döndü, buxar olub göyə çəkildi, ya da yerin dibinə batdı... Generalın jandarma-mühafizə xidmətlərinin, polisin, SAVAK-ın, ordunun gizli təşkila­tı­nın bütün səyləri hədər oldu. Heç kəs onun izini tapa bilmədi, elə bil ki, ayrı bir dünya­dan adamlar gələrək Təhminə ilə oğlunu oğurlayıb öz kürələrinə aparmış­dı­lar...”) Göstərir ki, Azərbaycanın mədəniyyət, elm və ürfan mərkəzi sayılan Ərdəbil dünya qurdlarının da mərkəzi­dir. Bu qoruyucu qurdlar “bəzən yolun üstünə gəlib sədd çəkərlər, qoymazlar ki, o biri heyvan və maşınlar, yaxud adamlar ordan keçsinlər...”

Maraqlıdır ki, Rza Bərahəni “Yurdumun sirləri”ndə əcnəbi öldürən qurdun amerikalı zabit Devisə, ingilis hərbçisinə-bütünlükdə amerikalılara və digər yadelli­lərə qənim kəsilməsini Güney türklərinin qeyrət məsə­ləsi kimi də mənalandırır: “Elə ki, biz çarəsiz qalırıq, heç birimizin də əlindən bir iş gəl­mir, o zaman əcnəbi öldü­rənin qeyrət damarı tərpənir. Ona əcnəbi öldürən deyirlər. Savalan qurdu əcnəbini öldürəndir. Bir dəfə bir rus kazakını öldürdü. Neçə illər bundan öncə bir ingilis generalını öldürdü. Yerli insanlarla işi yoxdur...” 

Eyni münasibətin təzahürü yazarın: “Asiyada hər kəsin əlinə bir tüfəng versən, birinci amerikalını aradan götürər...” – fikrində də özünü göstərir... Romanın sonunda yazar qurd toteminə təkrar qayıtmaqla Azərbaycan türklərinin mübarizəsinin bitmədi­yi­ni, hələ də davam etdiyini vurğulayır...

Rza Bərahəni farsların yaxın və uzaq keçmişinin, ənənələrinin içəriyini səltənətlə dini inancın təşkil etdiyini cəsarətlə söyləyir, inkişafdan geri qalan İranın Rusiya, ABŞ, İngiltərə və Almaniya­ya qarşı yürütdüyü dövlət siyasətinin - xarici siyasətin yararsız­lığını tarixi fakt­larla açıqladığı kimi, şovinist daxili siyasətini də kəskin şəkildə tənqid etməkdən çəkinmir: “Demokratiya Qərbin, liberalist bir inqila­bın tapın­tısı­dır. Şəhərdə yaşa­yan ziya­lı, orta savadlı təbəqə İranın hər yerində yaran­ma­yana qədər İran millətinin demokrati­ya­dan istifadə etmək imkanı ola bilməz və hətta kommunistlərlə mübarizə­də belə, ondan istifadə etmək olmaz. Generalın (Şadanın-E.F.) fikrincə, tarixdən öncə yaşayanların demokra­tiya ilə özəl bir məntiqi bağlılığı var, onsuz problemləri həll etmək olmaz. Buna görə də İranda seçkilər demokratik ola bilməz. Məhkəmənin mənası ola bil­məz, fərdi haqları və azadlığı tələb etmək məna­sız­dır. Qanun qarşısında bərabər­lik boş sözdür...”

“Rza şah bizi Hitlerlə müttəfiq elədi. Biz də fikirləşirdik ki, gərək şimal qonşu­muzun (SSRİ, Sovet Azərbaycanı-E.F.) qabağında səngər quraq. Savaşda halva payla­maz­­lar ki... ...Yadımdadır, 1941-ci ilin senyabrında biz hamımız hər şeyi qoyub neçə qaçdıq. Böyüklər hamıdan öncə qaçdılar. Biz kiçiklər bir az gec hərə­kə­tə gəl­dik, amma hamımız qaçdıq. Rza şah hamımızdan uzağa getdi, Tehran­dan Cənubi Afrikaya. Qızıl ordu da İrana girdi. Bizə demişdilər ki, gərək İranın bir qarış torpağı da düşmənin əlinə keçməsin. Bir qərar və mədarla Rza şah qaçdı. 24 saatın içində İranın dostu oldu düşmən, düşməni də dost...”

Beləcə, dahi yazar general Şadanın dili ilə bir az da dərinə gedir, həm ABŞ-ın, həm də SSRİ-nin, əslində isə Rusiyanın İrana-Güney Azərbaycana qarşı yürüt­düyü “dostu düşmən, düşməni də dost edən” çoxüzlü siyasətinüi iç üzünü açır, tarixi gerçək­liyi ortaya qoyur: “Ruslar istəyirlər ki, iki Azərbaycan bir olsun və sove­tin torpağına birləşdirilsin. Amerikanın dünyabaxışı və əlahəzrətin İran daxi­lin­də rəhbərliyi nəticə­sin­də bu uğursuz planın icrasına maneçilik törədildi. İranın başından böyük bir təhlükə keçdi. Əgər Azərbaycan muxtariyyət qazansaydı, mütləq İrandan ayrılacaqdı. Fikirlə­şin, İranla sove­tin sərhədi Culfa yox, bəlkə Qəzvin olacaqdı... Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər...” 

Öz xalqına aşağı nəzərlərlə baxan, saysız canlar alan, Amerikalıları isə baş tacı edən cəllad general Şadanın mürəkkəb və ziddiyyətli xarakterinin özəlliklərini açmağa Təbrizdəki 21 Azər mərasimi zamanı atının onu qaldırıb yerə çırpdıqdan sonra, şikəst qalma­sından və aldığı zədə sonucunda övlad sahibi ola bilməməsindən, hətta gələcək uşağının belə, ali irq saydığı amerikalı zabit Racer Biltimordan olmasını istəməsin­dən başlayır. Eyni açıqlamada atın bir Türkün həyatındakı önəmini, rəmzi mənada dosta dost, düşmə­nə düşmən olduğunu da vurğulayır: “At iki ayağı üstündə şahə qalxmışdı, qabaq ayaq­l­arını elə yüksəkdə saxlamışdı ki, sanki uçmağa hazırlaşırdı. Tezliklə qabaq ayaq­ları iki qanad kimi açılacaq, sanki at və atlı göyə uçacaqdılar. Sonra birdən camaatın çığırtısı bütöv bir “Vay!” səsi şəklində yüksəldi. At da bu səsi eşitmişdi. Şahə qalxdığı ayaqları­nın üstündə sürətlə fırlandı, generalı da başının üstün­də fırlatdı. Sonra boynunun və başı­nın arxasından bir şey sürətlə yerə atıldı. Yenidən at dörd ayağı üstündə dayandı. Ancaq generalın başının üstündə... Bir qatilin öldür­düyü şəxsin başının üstündə dayandığı kimi... Dedilər ki, at Təbriz xalqının intiqamını generaldan aldı. Niyə? Məgər general Təbriz xalqına nəsə eləmişdi ki, Marağada tərbiyə olunan at 21 Azər günü gəlib generaldan Təbriz xalqının intiqamın alsın?! ...At hardan bilirdi ki, generalın Təbriz xalqına qarşı törə­dilən cinayətlərdə əli var... O, hardan bilirdi ki, 21 Azər mərasimi ordunun Təbrizə girişinin bir ilini yola saldı?” 

Sitatdan general Şadanın Təbriz əhalisini əzməkdə və Demokrat Firqəsini məhv etmək­də, Azərbaycanın İrana qaytarılmasında və Təbrizdə sakitliyin, nizam-inti­zamın bərpa edilməsində böyük rol oynaması obrazlı şəkildə açılır... Ümumiy­yət­lə, xalq təfəkkürünün dərinliyinə və ana dilinin alt qatlarına məharətlə enə bilən yazar roman boyu bu xəzinədən yararlanır, rəmzi, yaxud gerçək mənada atın, qurdun, torpağın, xalqın onlara xor baxanlardan, haqqını tapdalayanlardan gec-tez qisas alacağına da işarə vuraraq, məsələni ədəbi müstəviyə gətirir... “Yurdumun sirləri”ndə qisasçılıq daha geniş, qapsamlıdı... Cinayətkar general Şadandan, İranın neft satışından gələn gəlirlərdən varlanıb böyük sərvət qazanan Fərzamdan, Eli-Südabədən, Mahi-Mahnuşədən, Huşəng Marağayidən alınan tükürpədici qisas oxucunun ürəyini üşüdür: “Soyuqbulaq! Soyuqbulaq (Şadanın Huşəngə Təbriz yaxınlığında təcavüz etdiyi yerin adıdır-E.F.)! Yadında­dır, hə? Köpək oğlu, yadındadır? Satırı qaldırıb düz döşünün ortasına vurdum. Bütün vücudu titrə­məyə başladı, ayaqları yuxarı atdandı, qanı ağzından çölə fışqırdı. Sonra isə peşə­kar bir qəssab kimi, bədənini şaqqa-şaqqa edib başını kəsdim. Əllərini çəkib ayaqlarının arasına qoydum. Kəsilmiş başını da əllərinin içinə qoydum və başsız bədənini böyük masanın üstünə uzatdım....”

“Yurdumun sirləri”ndə Rza Bərahəninin yaratdığı obrazlar qalereyasında həm mərd, həm namərd, həm əxlaqlı, ismətli, həm də əxlaqsız kişi və qadın ədəbi qəhrəmanlar yer alır. Əynindəki yaşıl rəngli yataq paltarının altından bədəninin hər yeri görünən, saçlarını döşlərinin üstünə və çiyinlərinə atan gözəl bir qadının işvə-naz ilə Raceri yatağına çəkməsi öncə Amerikalı zabiti şaşırdır, o an içində: “Bu adamın heç qüruru yoxdur. Hansı bir qürurlu kişi öz qadınını başqa bir kişi ilə otaqda tək qoyub çıxıb işə gedə bilər?” - təəccübü doğur. Ancaq Eli-Südabənin: ”Ərim istə­mə­sə, mən belə bir işi görə bilmərəm... ...O, (General Şadan-E.F.) həmişə ən yaxşı seçimləri özü edir. Sən aylar öncə, İrana gəldiyin zaman seçildin. General da bu dəfə istisna olaraq, istədi ki, o qəribə adamı mən görüm. Gördüm, bəyəndim və indi buradasan. İndi isə gəlməyə məcbursan. Əgər gəlməsən, abrını alaram. Çığıraram, cangüdənləri çağı­raram, qonşular gələr və fikirləşər ki, bir amerikalı generalın arvadına təcavüz etmək istə­yir­di. Gəl, gəəəl!..” – etirafı ərinin, Şah ordusunun generalının nə qədər əxlaqsız kişi-homoseksualist olduğunu nişan verir. Gəncəcik Huşəng Marağayini, ən yaraşıqlı can­gü­­dən­lərini seçib divarlarını çılpaq şəkillərlə bəzətdirdiyi güzgü­lü-içəri girən kimi əxlaqsız bir qocanın yaşadığı anlaşılan yataq otağında təcavüzə məruz qoyduğunu çox etkiləyici epizodlarla təsvir edir. Eyni zamanda modernist yazıçı hələ keçən əsrin 50-60-cı illərində İranda yüksək təbəqədən olan qadınların ən mürəkkəb estetik əməliy­yatlarla gözəlləşərək yaşını gizlətmək istəyini, əri olmasına baxmayaraq başqa kişilərin yatağına düşənləri, eyni cinsdən olanların seksual ilişkilərə dayalı gizlinlərini və bu kimi iyrəncliklərin baş verdiyi cəmiyyəti tənqid və ifşa edir. Belə ki, onun fahişəlikdə boğulmaq, əxlaqsızlıq yuvaları yaratmaq, Şah sarayı və amerikalılarla əlaqədə olmaq, İrandan qaçmağa təşəbbüs göstərmək kimi cinayətlərlə suçlandırılıb edam olunan qadın qəhrəmanı, rəfiqəsi Mahiyə: “Sən şanslı qadınsan. Cangüdənlər mənim şirəmi çəkiblər. Səninkilərin hamısı isə zabit və şahın köməkçiləri olub... deyə küsənən qadın qəhrəmanı Eli “altmış yaşlı qadın olmasına baxmayaraq, hələ də gözəl idi, bəlkə də yaşı ondan da çox idi... Ancaq hər yerini əməliyyat etdirmişdi. Gözlərinin və dodaqlarının ətrafını, buxağını, döşlərini, qarnını, yanlarını, bədəninin hər yerini açıb silikon doldurub tikmişdilər. Hər yeri otuz il cavanlaşmışdı. Döşünün hər birinə əlli min tümən xərc çəkmişdi...”

Şadanın generalı olduğu Şah ordusunun da içərisində mavilik-homoseksualizm, pozğunluq geniş yayılmışdı... Romandan sitat: “Bəzən iki mavi zabit qərara gəlirdi ki, səfərə çıxsı­nlar, özləri ilə də tərcüməçi aparırdılar. Gündüz orduda, gecələri də bir-birinin quca­ğın­da yatırdılar. Tərcümə­çi eşitmişdi ki, Amerika ordusunda mavilik (homoseksualizm) qadağandır. Amma elə bil qürbətdə o şeylər aradan götürülürdü. Bəzən də zabitlər şəhərlərin birində gördü­yü qadınların ünvanını dostlarına verir, şəhərdə olan zaman xadimə, ya aşbazı komandanlıqdan o qadınların dalınca göndərirdilər...”

Qurani-Kərimə, Xacə Hafizin “Divan”ına, Şeyx Səfinin məqbərəsinə və fəlsəfə­sinə, tiryəkə, sevgi quşuna və pişiyə sevgisini keçmiş qadınınım - gözəlliyi ilə baxanın ağlını başından alan Mahnuşə Rahili-Mahinin dilindən verdiyi polkovnik Həbibullah Cəzayerinin bir Azərbaycan türkü, eyni zamanda Şah ordusunun polkov­niki kimi obrazını da yaradır, xarakterinin mənfi və müsbət yönlərini açır. O, Amerika zabitlə­rinin və hərbçi soydaşlarının gözləri qarşısında qürurunun sındırıl­ma­sına döz­mür və zabit Krazlının qətlini şərəf məsələsi sayaraq tabeliyində olan 12 nəfər zabitlə həyata keçirir. Çünki bu amerikalı bəzən “onun üzündə, vücudunda alçal­mış bir tayfanın varlığını görürdü. O bala­ca gözlərdə, iri qara xallı üzdə bəzən kanadalı eskimos, bəzən də Amerikanın qərbindəki qızıldərili zühur edir­di. Bu geri qalmış çirkin öz bədəviliyi ilə Qərbi Amerikanın əzəmətli ağ dərililərini ləkələyirdi. Nəyə gərək ayrı millətlər, ayrı təbəqələr olsun. Polkov­ni­kin qaraşınlığı meksikalıları onun yadına salırdı. Qırışmış, sarı üzü onu yarı qara­dərili, yarı meksikalı kişilərə bənzədirdi. Və ya qızıldərili, yarı ispaniyalı ki, Manhetten adasın­dan gəlib Nyu-Yorka səpilmiş ac dilənçilər idilər...” - düşüncəsi ilə yanaşmasını bütünlük­də öz xalqına aid edir və fikrinə belə haqq qazandırır: “Zabit Krazlı əcnəbi qurdun başını bədənindən ayırdığı o amerikalı zabitdən qat-qat pisdir. Yəqin ki, amerikalıların da içində yaxşıları var, amma biz gördüklərimizin çoxu Krazlı kimidir. Zabit Krazlı isə onların hamısından betərdir.” 

İslam fəlsəfəsini, irfan elmini, “Qurani-Kərimi” bir düşünür-filosof mövqeyin­dən öyrənib içəriyini dərindən dərk edən Rza Bərahəni qələmi ilə ölkəsində dinçi fanatiklərin rəvac verdiyi dini savadsızlığın aradan qaldırılması üçün də savaşır, savadsızlığı cəhalətin kökü sayır, xalqın bu zəifliyinə yenilməsini, düşmənlərinsə bundan istifadə edərək Vətənin­də meydan suladığından ürək ağrısı duyur: “İnqilab­dan əvvəl insanlar dini savad­sızlığın nəticəsində cəhalətə gedirdilər. Güclü dövlət­lər həmişə müsəlmanın bu zəif tərəflə­rin­dən istifadə edirlər. Qadınların hüquqsuz­lu­ğu, uşaqların, anaların haqla­rı­nın pozulma­sı... Azərbayca­nın indiki vəziyyətinin İranın şah zamanındakı vəziyyə­ti­nə bənzərliyi var...” 

Erməni qızının davranışları, ermıəni aşpazın:“Dayımoğlu mexanikdir. Yazmış­dı ki, gəl. Mən də getmək istəyirəm. İranda qalıb nə edəcəm? Ermənilər dərbədar olmuş bir millətdir­lər. Bir hissəsi Beyruta gedir, bir hissəsi sovetlər ölkəsinə, bir hissəsi də Amerika­ya. İranda qalıb nə edim?” - sözlərinə əsasən, ermənilərin bir toplum kimi əsl simasını, xislətini açır, fırsatçı olduqlarını, yalnız öz xeyirlərini düşündüklərini göstərir....  

Rza Bərahəni romanda Təbriz və Ərdəbili dünyanın ən gözəl şəhərləri, insanlarını yadellilərə boyun əyməyən, mərd, qeyrətli, öz yurdunu canı qədər sevən xalqın yetir­mələri kimi tanıdır. Hətta Quzey Azərbaycanın da yerləşdiyi Qafqazı belə yaratdığı amerikalı zabit obrazının dili ilə öz baxış bucağından sərgiləyir: “Mən Qafqazlıyam. Bilirsən, bu sözün mənası nədir? Başdan-başa ağappaq ipək kimi...” Eyni zamanda Mahnuşə-Mahi  Rahilinin 1929-cu ildə çəkilmiş şəklinin arxasında yazılan: “Mahi bir yaşında. 1929-cı il. Bakı şəhəri...” sözləri ilə Qafqazı, Güney Azərbaycan və Quzey Azərbaycanı birləşdirir...

Təbrizin qız və qadınlarının isə dünyanın ən gözəl, ən üstün qadını olduqlarını, hətta fahişəsinin belə, digər toplumların fahişələrindən daha ismətli, Amerikalı zabitlərin yatağı­na düşməyi özünə sığışdırmayan bir təəssübkeş olduqlarını anladır oxucusuna: “Təbrizdə hər hansı bir gözəl qadına gürcü qadını deyirlər. Amma mən deyirəm ki, Təbriz qadını gürcü qadınlarndan da üstündür. Dünyanın ən gözəl qadınıdır. Ağ dərili, bal rəngi­nə bənzər gözü, nisbətən uca boylu, bir qədər dolu, çevik, gülərüz, şirindil... Nə Tehranın bəzi qadınları kimi büzüşmüş, nə də Şirazın qadınları kimi qaraşın idilər...”

Ümumən onun qadına, gender məsələsinə baxışı fərqlidi, düşüncələri özünəxasdı, qadına feodal münasibətin, barbarca yanaşmanın əleyhinədir və əsərlərində bu yöndə savaş­dığı o qədər qabarıq duyulur ki... Ədib hətta kişilərin bu yöndə maariflənməsinin gərəkdiyini belə etiraf edir: “Qadınların mənim şəxsi həyatımda xüsusi təsiri var. Düşü­nürəm ki, hər adamın nüvəsində bir qadın var. Dünyaya gəlmək, nəfəs almaq, dil açdığımız ilk kəlmə­lər, bütün bunlar anamızdan gəlir. Biz dünyaya gəldikdə qadın qoxusunu alırıq. Lilitə gəlincə, o, Adəmə tabe olmayan və öz hüquqlarını bilən qadın olub və hü­quq­larının tapdanmasına etiraz edib. Mən bu qadını təqdir edirəm. Ümu­miy­­yət­lə, qadına hər zaman zülm edilib. Gərəkdir ki, bu zülm aradan qalxsın. 55 ildir ki, femi­nizm barə­də oxuyuram. İndi amerikalı feministlərlə dostluq edi­rəm. Bəzən feminizmi səhv başa düşürlər. Feminist­lər kişilərin zülmünə, qadınların başına vurmalarına qarşı çıxır­lar... Təəssüf ki, biz heç vaxt qadının hüquqlarını tanı­mırıq. Amma bu belə olmamalıdır. Bunun da yeganə yolu kişiləri maarifləndirməkdir...

“Yurdumun sirləri”ndən yazarın əsl türk kimliyi, ana dilinin-doğma türkcənin, Təbrizin təəssübünü çəkən yurddaş olduğu da aydın görünür:“İngilis dilini xarici dil hesab edirdilər. Türk dili isə dil sayılmırdı. Bu biganə şəhərdə bəzən iki biga­nə bir-birinin tanışı çıxırdı. Və həyat öz çətinliyini və əziyyətini əldən verirdi...” yaxud: “Bir Təbriz türkü başqa bir Təbriz türkünü dünyanın o başında da olsa, tanıyar...” və yaxud: “Anası filan... Əgər sən sovet tərəfdarı deyilsənsə, niyə türk təsniflərini öyrən­misən? Zabit (Cəlili-E.F.) dedi: Təsnif türkcədir, yəni mənimdir, burda yaşayan adam­larındır. Əgər türkcə təsnif casusluq, günahdırsa, 5-ci və 6-cı kolonun dəlilidirsə, onda Azərbaycan xalqının hamısını tutub öldürün, çünki türkcə oxuyurlar...”

Rza Bərahəni şəhidlik qonusunda son dərəcə həssas idi. Vətən, amal uğruna canından keçənləri insanlığın naxışı sayır, onları ən etkiləyici romantik dillə öyürdü. O, Şah ordusunun Ərdəbildəki diviziyasının əməllərində düzgün və sadiq, düşüncələri aydın 14 zabitinin güllələnməsini də terror hadisəsi sayır, nakam hərbçiləri isə şəhid kimi əzizlə­yir:Onların şəhidlikləri ən mükəmməl, dünyanın ən yüksək şəha­dətlə­rindən idi. Onlar kişi, qadın cinsinə bölünməyən mələklər idilər. Böyük quşlar kimi gözəl qanad­larını açıb günün qürub etdiyi qəmli vaxtında, səmanın intəhasız dərinli­klə­rinə uçurdular. İranlı və amerikalı müstəntiqlər bu xəyali gözəl uçuşun qarşısında nə qədər alçaq və zəlil görsə­nirdilər. Edam zamanı yağış yağırdı və bu, sanki lənət yağışı (bəlkə də doğanın nakam canlara tökdüyü göz yaşları-E.F.) idi...” Bu ani, şıdırğı yağan yağış cəllad general Şadanı da təəccübləndirir: “Bu nə yağışdır? Heç vaxt görməmişdim ki, Təbrizdə bu fəsildə belə bir yağış yağsın...” 

Əksər əsərlərində xalq yaradıcılığından motivlər, elementlər, təlmihlər, ana dilindən söz və ifadələr olduğu kimi, “Yurdumun sirləri” romanında da Rza Bərahəni “Rüstəm və Söhrab” dastanı, Həzrət Əlinin Hüseyn Mirzənin qarşısında zühuru və əmisinin evində şaqqalara ayrılaraq öllməsi, Qara Seyidin öngörmələri, Yusif peyğəmbər, Fironla Musanın nağılı, bir sıra xalq və aşıq mahnıları və s. kimi... folk­lordan, xalq təfəkküründən süzülüb dövrümüzədək gəlib çatmış folklor örnəklərindən, dini əfsanə və rəvayətlərdən, aşıq havalarından, xalq mahnılarından bədii amalına uyğun gəldiyi məqamlarda böyük ustalıqla istifadə edir və fikrini oxucuya daha tutarlı çatdırır. Təbriz şivəsinə məxsus danışıq dilindən olduğu kimi romanlarına gətidiryi söz və cümlələr, mahnı mətnləri isə Rza Bərahəni təhkiyəsinə ayrıca bir özəllik verir. Şah dövründə qələmə aldığı “Hakim və məhkum kültür” adlı məqaləsində yazdığı kimi: “Bir sıra sözlər var ki, xalq özü yaradır. Məsələn, Təbrizdə mini­busa – “qapdıqaçdı” deyirlər. Hələ də bu sözün qarşı­lı­ğı nə farsca, nə də türkcə var. Bu, xalqın dilidir. Biz ondan yarar­lanırıq, ziyalılar, elm adamları bu kimi sözləri cilalayaraq ona elmi mahiyyət verir­lər. Ziyalıların yaratdığı sözlər də xalq arasında yayılır. Ancaq xalqın yaratdığı daha tez qəbul edilir və yayılır...” 

Xalqın yaratdıqlarına, özünə və dilinə vurğun olan yazar “Yar bizə qonaq gələcək” şərqisini də romanda həsrətli, dərin xatirə ilə dolu bir türk mahnısı” kimi qeyd edir və çayxanada gecələyən sürücülə­rin ana dilində zümzüməsindən bir bəndi örnək gətirir: 

Piyalələr irəfdədədir,

Hər biri bir tərəfdədir,

Görməmişəm bir həftədir...

Yar bizə qonaq gələcək,

Bilmirəm haçan gələcək,

Söz verib sabah gələcək...

 

Öz məzhəb və ideologiyasını yaradan, dünyanın böyük peyğəmbərlərindən biri sayı­lan, “illərlə qurdlarla birgə yaşayıb, onların dilini bilən, qurdların qoruduğu Zərdüşt”, Şeyx Səfi kimi tarixi şəxsiyyətlərin, Həzrəti Əlinin, insanlığın yaranma fəlsəfəsini, Türk kimliyini İranda ona hakim olan, hüquqlarını əlindən alan digər xalqın öz dilində tanıtmaq missiyasını da çiyinlərinə götürdüyü aydın görünür. 

“Bütün bəlalar cəhalətdən gələr”, “Adam qonağa ihanət etməz”, “Qurd qarın sultanıdı”, “Eşqə gözlə məğlub olarsan. İnsanın gözü eşqin çeşməsidi”, “İnqilabi ruh əbədi deyil, həmişə də o yuxarılarda qalmaz...” “Ruh öləndə, millət tikə-tikə olur, bir-biri ilə düşmən olur”, “Böyük ölümlərin hamısı siyasi məqsədli olur” kimi fikirlərindən də Rza Bərahəninin bir filosof müdrikliyi ilə düşündüyü yansıyır... 

Əsrin bəlası olan narkotik maddələrdən istifadənin gəncləri məhv etdiyini, ordu­nun içində belə yayılaraq zabitlərini də ağ ölümlə nəfəs-nəfəsə qoyduğunu yazan ədib zabit Biltimorun düşdüyü durumu təsvir etməklə, oxucuya narkotik bəlasın­dan-ağ ölümdən uzaq ol, mesajını ötürür: “Lənətlənmiş bu narkotik, bu amerika­lı uşağın Vyetnamda atasını yandırıb. Bax, o gözəllikdə gənc nə hala düşüb?!”

Rza Bərahəni “Yurdumun sirləri” romanının qəhrəmanı Hüseyn Tənzifinin anasının dili ilə xalqına, gənc soydaşlarına səslənir, keçənlərdən dərs almağa, yol verilən yanlışlar­dan ibrət götürməyə və öz nəslinin yanlışlarını təkrar etməməyin yolunu göstərir: “İbrət alın, siz Allah, bir yerdə, birlikdə qalın, bir-birinizə güzəşt edin, bir-birinizə əl qaldır­ma­yın, əgər bir-birinizə əl qaldırsanız, düşməniniz yerlərində qalıb, dostlarınız düşmənlərini­zə çevriləcək...”

“Iran ədəbi mühiti və siyasi-ictimai mühitinin əsiri, məhbusu olaraq qalmır. Ədəbiyyatda post-modernizm və dekonstruksionizm ilə zirvəni fəth edir. Zamanla ona, hətta farsca belə, dar və yetərsiz gəlir. Şeir haqqında zəbaniyyət və ya dil­səl­lik nəzə­riyyəsində ona toxunur. Eyni şəkildə o toplumdakı o qavramlar, o tabular da ona çox dar gəlir. Ona görə, bir çox şeydə birincilliyin təməlini atır...” 

Güney xalqı­na uzun illər boyu yaşadılan müsibətlərin güzgüsüdü “Yurdumun sirləri”, hakim kəsimlə məzlum kəsim arasındakı fərqin, yoxsulluqla zənginliyin yaratdığı para­doksal­lığın, məktəblərdə kasıb balalarının başına açılan dərdlərin, aclıq və çarəsizlik­dən övladını satan ata-anaların, ağrılarla dolu həyat yaşamaqdan bütün varlığı hıçqıran insanların, siyası məhbuslara verilən sınırsız işgəncələrdən onların düşdüyü mənzərənin sözlə rəsmini çəkir Rza Bərahəni... İnanmayanlar bu sitatları bir daha oxusunlar: “Şagirdlərin birindən ayaqyolu­nun yerini soruşanda bu həyəti göstər­mişdi. Axtar­dım, nəhayət, tapdım. Təzəcə oturmuşdum ki, birdən üzümə möhkəm bir təpik dəydi. Elə ki, 2 metr o yana tullan­dım, ağzım cırıldı, dişlərimin ikisi sındı. Ağzımı açıb çığırmaq istəyəndə dişlərimin ikisi də qarnıma getdi. Başımı qaldırdım, 3 gün öncə otaqda gördüyüm yaraşıqlı kişini qarşımda gördüm. O, ucu şiş ayaqqabılarının ucu ilə böyrəklərimi, belimi təpikləyirdi...”

“Leytenant Cəzayerinin dırnağını çəkmişdilər. Sonra Tehran SAVAK-ının iki məmu­ru­­nun köməyi ilə bəzən türkcə nəğmə oxuyan zabitə çox ağır işğəncə vermişdilər. Qaynar su ilə arxasından imalə eləmişdilər. Hər yeri qanqrena olmuşdu...” 

“Təbrizin soyuğunda geyin­mə­yə heç vaxt paltom olmazdı. Məktəbdə də yoxsullara palto verməzdilər, həmişə burnumun suyu tökülər, ya da burnumun ucunda donub qalar­dı. Anam qayıdanda evdən apardığı yekə qazanı dolu gətirirdi. Dilənçilərə məx­sus olan bu növ yemək müxtəlif məcunlarla dolu olurdu. Düyü, kabab, səbzi qovurma, düyü qızartması, qıyma, tər halva və ümumilikdə bu evlərin təndirində yapılan qar kimi ağ lavaş çörəkləri qarma­qarışıq halda qazana tökülürdü. Bu yeməklərin hər bir tikəsini anam süfrənin müxtəlif guşələrindən yığırdı. Fərqli qoxuları başımı gicəlləndirən, sərsəm edən bu yemək­lər məni dəli edirdi. Aclıq çəkən bir qurdun iştahası. Anam özü yeməyini orada yeyirdi. Nənəmlə mən yeməyə hücum çəkirdik, tələ­sik, ata-anaları ləzzətli ovu qabağına atan pələng balaları kimi yeyirdik bunları... Süfrədən kənara çəkiləndə fil kimi kefli olurduq. O, başımı aldadan şəhvətli qoxularla dolu bu qarma­qarışıq yeməklər mənimlə Rasta küçəsinin tacir və əşraflarının həyatı arasında açılan balaca bir qapı idi. Fikirləşirdim ki, gör bunların hamısı hər gecə bu qədər yeyirlər. Ancaq onların da gözlərində aclıq var, nə qədər yeyirlərsə doymurlar... 

Güney Azərbaycanın gənc şairi Elşən Böyükvənd romanları ilə dünya tənqidçi və yazarlarını heyrətləndirən Rza Bərahəninin təkcə doğulub böyüdüyü Təbrizin və İranın deyil, çağdaş dünya ədəbiyyatının dev yazarı­ olduğunu, əsərlərində məhz Türk kimliyi­nin boy verdiyini, Güney türklərinin, xalqının tarixini, yaşadığı ağrı-acıları yazdığını dərk etməyən, onu bu yöndən anlamayanlara səslənir. Təbriz ləhcəsində yazılan və türkcə nəsrin bütün özəllik­lərini daşıyan, ikinci Pəhləvi dövründə Əmirkəbir yayın evində basıldıqdan sonra bütün­lük­lə məhv edilən, yalnız bircə nüsxəsi yazıçının özündə qalan “Ayazın cəhənnəm günləri”ndə Səməd Behrənginin öldürülməsi mövzusunu da gündəmə gəti­rir:”İntiqamüvi o quldurlardan alacam, intiqamüvi... Mahmudun dırnax­la­rın­nan eşiyə çəkə­cam! Aş qulax­larüvi, eşit Səməd! Mahmudun ürəyinin başında bir yer var ki, mənim qəməmin ucu üçün yaranıb. Mən bu qəməni birəlli vırmıyacam, ürəyinin başınnan iki əllə elə möhkəm nallıya­cam ki, sinəsində ürəyi qırx yerə bölün­sün, Səməd! Otuz ildi bu qəməni itildirəm. Dədəmin, dədəmin dədəsinin, dədələrimin, qərdəşlərimin intiqamını Mahmutdan alacam. Min ildi, Səməd! İki min ildi, hətta üş min ildi bu götverənlər, bu ana-bacıların s...dıxlarım, bizim boynumuza minib deyillə: “Hin eşşəyim bu yana, Hin eşşəyim o yana...” Ağızlar bağlıdi, zindanlar  doludi. Hər ağzın bacasının qabağında da bir quldur, qurum­sax, qəzzax durub keşik çəkir. Kaş ölməyəydün  Səməd,  göreydün ki, mən bu qəməni nə üçün itiltmişəm. Baxdıxcan bu qəmiyə, özüm də qorxuram, Səməd!”

Əslində bu səslənişi Elşənin özümüzə, Türk kimliyimizə, Türk ruhuna sahib olan, ancaq zor gücü ilə yad dillərdə yazan insanlarımıza-yazarlarımıza yad baxışımıza qarşı etirazı da saymaq olar: “Helen Cixos Rza Bərahəninin əsərlə­rindəki Türklük içəriyini sezirsə, nədən bizim bir sıra yazarlarımız bunu sezmir, yaxud sezmək istəmirlər?..” 

Bəlkə bu içəriyi sezməyə elə “dönəmin aydınla­rı­nın yoluxmuş olduğu bir çox xəstəlik və zehniyyətdən uzaq, eyləmdə və söyləmdə bir dünya yurtdaşı olan, tabuların bir çoxu­nu sındıran və dünya çapında bir aydına çevrildiyi üçün hakim və status-kvoçu zehniyyət tərəfindən hər zaman kənarlaşdırılan” Rza Bərahəninin dünyaca tanınan romanlarını oxumaq­la başlayaq?!

Bəlkə elə Toğrul Atabayın da:“Bərahəninin dəyəri bilinmədi təəssüf ki... O coğrafiyanın ədəbiyya­tın­da və düşüncə dünya­sında haqqı olan yerini ala bilmədi. O coğrafiyaya baxışı, siyasi tarixə baxışı və ya, “Maskunin Tarix” kimi əsərlərində olduğu kimi, sosial kültür üzrə gətir­diyi tənqid­lərlə o dönəmin ötəsində və üstündə bir şəxsiyyət olduğu üçün yetərin­cə anlaşılmadı. Anlaşılmaq da istənilmədi bir çox yerdə. Bizim ictimaiyyət də, təəssüf ki, Bərahənini mənimsəməyə və yiyələnməyə hazır deyil­di...” dəyərləndirməsindən ibrət götürüb bu böyük şair, yazıçı, publisist və ədəbi tənqidçini anlama­ğa, türk təfəkkürünə söykəli yaradıcılığını yayınlamağa, öyrənib yiyələn­məyə start verək?!

 

Filologiya elmləri doktoru, dos. Esmira Fuad

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan İran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.15:17کمال17:40ЕС ввел санкции против представителей властей АТО Гагаузия12:11Dilənçiliyin sosiologiyasına dair qeydlər: ilahi təhdid və mənəvi terror11:59امام علی (ع)14:36В Баку подключились к международной акции "Диктант на лезгинском языке"13:35Geyim və əxlaq haqqında19:37Глава МИ-5 заявил о росте угроз со стороны России и Ирана17:17İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır14:09“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”09:48İran dini, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq etnik və dini əyləci əlində saxlayacaq.16:32Организация тюркских государств: 15 лет единства и прогресса20:05Авраам Шмулевич: Иран не в состоянии нанести серьезный удар по Израилю18:38Azərbaycanda Roş Ha Şana bayramı ərəfəsində yeni yəhudi təqvimi dərc olunub15:17Расул Гьамзатова икрам авунай15:08XIX əsr ləzgi ədəbiyyatının məramı13:02Уйгурское национальное движение и Китай в ХХ веке15:32Белорусский народный праздник урожая "Багач" отпраздновали в музее Янки Купалы в Вязынке15:00Многовековая традиция: узбекский плов14:01Etnik kimliyi müəyyənləşdirən DNA nəticələri reinkarnasiya fəlsəfəsinin maddi təzahürüdür.12:59İmam Ali (a.s.) : " ...Sizinle savaşanlarla savaşın."18:24НОГАЙЦЫ В XV-XVIII ВВ.20:11İMAMQULUKƏND11:32Геенна изначально приготовлена не для людей, а для дьявола и его последователей – падших ангелов10:50Cəhənnəm əvvəlcə insanlar üçün deyil, şeytan və onun ardıcılları — yəni düşmüş mələklər üçün hazırlanıb17:41PARA NASIL CEZBEDİLİR?17:34САМОУНИЧТОЖЕНИЕ И БОЛЕЗНЬ19:59İran dövlətinin Bəhai icmasını zəiflətmək və məhv etmək siyasəti davam edir18:05Результаты ДНК и реинкарнация17:57В Турции найдена цилиндрическая печать возрастом около 4 тыс. лет17:00Архаизм Талибана: куда уходят корни одиозного отношения к женщинам в Афганистане22:14Митрополия Молдовы - о паломничестве священников в Россию: У них не было политических целей12:06KUANTUM BİLİNCİ TEORİSİ, AŞKINLIK, KUANTUM PSİKOLOJİSİ VE KURAN AYETLERI11:27"Sionist İsrail və Şeytan Amerika" İranı necə xilas etdi?17:43Ata Atun İngiliz Arşivlerinde Kıprısla İlgili Neler Buldu14:47Сборная Казахстана по кокпару начала первые тренировки на стадионе Игр кочевников в Астане12:04Tbilisidə Qafqaz Kürdlərinin I Beynəlxalq Elmi-Praktiki Konfransı baş tutub.20:29Нафталиевы и Шамиловы — первые горско-еврейские поселенцы Кабарды15:37В Ташкенте состоялась встреча президентов Азербайджана и Узбекистана с представителями деловых кругов двух стран15:27От Еленендорфа до Гейгёля18:11"BİRİNCİ və İKİNCİ" XOŞBƏXTLİK yaxud UTANCAQLIĞIN FƏLSƏFƏSİ!16:08Азербайджан и Казахстан проводят совместные учения «Алтын кыран-2024»21:43Проанализированы возможности Каракалпакстана и определены дальнейшие задачи17:27Погромы в Британии стали итогом исламофобской пропаганды21:04Период Яхьи Синвара в сопротивлении19:32КЕМ БЫЛИ ДИ И ЖУНЫ? Внутренняя Азия и Южная Сибирь от пришествия индоевропейцев до империи Хунну19:42Кыргызские женщины сохраняют традицию головного убора «элечек»20:43Президенты стран Центральной Азии на встрече в Астане выступили за продвижение общих интересов20:03Итоги выступления спортсменов из Центральной Азии на Олимпиаде — 202415:03В Баку отметили День Абая - Bakıda Abay Günü qeyd olunub14:55Бакуда Абай күні аталып өтті15:19СЛАВЯНЕ В ДЕШТ-И КЫПЧАКЕ19:07Великобритания сосредоточилась на защите Израиля военным присутствием в Средиземноморье и на Ближнем Востоке11:41Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir15:05تئوری آگاهی کوانتومی، استعلایی ، روانشناسی کوانتومی و آیات قرآن14:50ТОТЕМЫ У КЫПЧАКОВ11:38Азербайджанские ковры в Музее Ислама, в Иерусалиме15:00Чем обернется для региона убийство лидера ХАМАС?10:49Исчезнувшие народы. Авары10:29Как будет формироваться внешняя политика Ирана в эпоху Пезешкиана?14:05ЭТНИЧЕСКАЯ СТРУКТУРА ВОЖДЕСТВ «ЛУКОМОРСКИХ КЫПЧАКОВ»11:19«Йаум Азым» – День Великий14:35Qasım Qasımzadənin ədəbi-elmi portreti16:02MULTİKULTURALİZM MƏRKƏZİNDƏ “AZƏRBAYCANDA YAŞAYAN TATLARIN ETNO-KONFESSİONAL TARİXİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB15:37А.Клесов: Древние арии - кто они были и откуда?12:33В Монголии проходит VII Международный фестиваль исполнителей на Морин Хууре15:09Исторические традиции кыргызского народа: «Кыргызское кочевье»14:47Pulu necə cəlb etməli və saxlamalı?14:33MÜKEMMELLİK13:16От кыпчаков к казахам. Политическая история Восточного Дешт-и-Кыпчака в XIII – начале XVI в.13:27"Эй, джони ман". Как Полад Бюльбюль-оглы и Орифшо Орифов дали концерт в Таджикистане13:12Как вызвать дождь в Таджикистане? Проводим специальные таджикские обряды12:52Христианство в Кавказской Албании17:05Состоялся первый Курултай по этнотуризму "Кочевой путь Гянджабасара и традиции кочевья: по следам предков"11:36CAMAL LƏLƏZOƏ - ƏDİB, ŞAİR, TƏNĞIDƏKƏ...11:17Кыпчаки в христианском мире (вопросы адаптации и ассимиляции).15:54İsrail'in askere almaya çalıştığı Ultra Ortodoks Yahudiler kimler, neden direniyorlar?15:19آگاهی «متفاوت» انسان دشت نشین زمان و مکان را تعریف می کند15:06Moscow’s New Language Policy Document Drops All References to Problems of Non-Russian Languages Contained in 2021 Draft12:33Cостоится первое официальное заседание Satellite Rotary Club Baku İnternational Shahdag Qusar15:34Iran recruits former Afghan soldiers for Middle East conflicts10:32İranda 14-cü prezident seçkiləri keçirilir19:15Битвы империй за Азербайджан (XIII-XV вв.)19:00Наследники культуры Золотой Орды. Опыт исторической биографистики деятелей культуры тюрко-татарских государств15:45Башкортостан в ХХ – XXI вв.21:15Турецкий преподаватель изготавливает тюркские музыкальные инструменты в мастерской вуза в Бишкеке21:06Гнезда, насчитывающие столетия: «птичьи дворцы» Османской империи18:52Национальный татарский праздник Сабантуй отметили в Азербайджане17:32Туркменская литература. Попытка исторической биографистики17:05Праздник "Тун пайрам" прошел в Хакасии16:04Bir İranlıyla İletişim Kurmak Şatranç Oyununa Benzer Veya İranlıların Psikolojik Portresi15:57Стремление к совершенству – естественное желание09:58İranda 14-cü prezident seçkiləri18:36Крымскотатарская поэзия ханского периода. Опыт исторической биографистики12:49ЧЕРКЕСЫ МЕЖДУ ТЮРКАМИ И РУССКИМИ19:04İRANDA İSLAHATÇILAR İSLAHATÇI OLSALAR, MƏSUD MƏSUD OLAR19:18Суть еврейских праздников. Шавуот: обретение свободы19:15Суть еврейских праздников. Шавуот: Тора жизни23:4412 ИЮНЯ-ДЕНЬ НЕЗАВИСИМОСТИ РОССИИ15:03Социально-философское наследие Махтумкули Фраги: преемственность идей мира, гуманизма и национального единства13:50КАБАРДИНЦЫ МЕЖДУ ТЮРКАМИ И РУССКИМИ16:57Bəhai icması və Dini Komitənin birgə “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfransı keçirilib16:01DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ BEYNƏLXALQ BƏHAİ İCMASININ BMT-DƏKİ BAŞ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB15:01КРЫМСКИЕ ТАТАРЫ И КНЯЖЕСТВА ЦЕНТРАЛЬНО-ВОСТОЧНОЙ ЕВРОПЫ 1538-1713.09:06Bozkır insanının "farklı" bilinci zamanı ve mekanı tanımlar18:52ТАЛАНТ, ПРЕДАННОСТЬ И СОСТРАДАНИЕ ХИРУРГА КАМИЛЯ АБДУЛЛАЕВА15:32Татары под властью русских 1552-1913 гг.10:08Qüds, Azərbaycan və Dağlıq Qarabağ17:01“ANAJ” saytının beynəlxalq məsələlər qrupu Azərbaycan Respublikasını Şah İsmayıl Xətaiyə sahib çıxmaq əzmində ittiham edir.15:32«АЗ ХУРОСОНАМ КАШИДӢ, ТО БАРИ ЮНОНИЁН…». Ба гиромидошти хотираи мутафаккири бузурги тоҷик мавлоношиносони ҷаҳон дар Париж ҷамъ меоянд15:00Изучение этнических стереотипов в среде грузинской молодежи («свои – чужие” в обществе)13:53Məqtəl ədəbiyyatının nümunəsi kimi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinə metodoloji yanaşmanın özəllikləri09:27Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət09:17Раскрытие сокровенного: Общее и частное при даровании Торы09:06Недельная глава «Бемидбар». Лиминальное пространство21:21«КОХИ НАВРУЗ» – СОВРЕМЕННОЕ ТУРИСТИЧЕСКОЕ ЧУДО ТАДЖИКИСТАНА22:43В Таджикистане заблокированы сайты террористических и экстремистских организаций, также запрещён ввоз их литературы21:06В Азербайджане прошел прекрасный татарский национальный праздник "Карга боткасы".20:42İran prezident seçkilərinə hazırlaşır09:27როგორია აკაკი წერეთლისა და ნატალია ბაზილევსკაიას ერთადერთი ვაჟის ისტორია21:07İRAN ASSİMİLYASİYA SİYASƏTİNİ DAHA İSRARLA DAVAM ETDİRİR19:29Ləzgi-Azərbaycan ədəbi əlaqələrinin möhkəm dayaqlara söykənmiş zəngin tarixi əsrlərin dərinliklərinə gedib çıxır.19:21В Шуше состоялось заседание министров образования Организации тюркоязычных государств19:11Irak Türkleri – Azerbaycan İlişkilerinde Yeni Ufuklar18:33Azerbayacan’nın resmi olarak KKTC’yi tanımak için kendi ülke çıkarlarına uygun bir zamanı beklediğine işaret etmektedir.21:11Загрязненный воздух и шум в раннем возрасте увеличивают риск психологических расстройств20:28Bab və babilik: Bir tarixi hadisənin izi ilə17:37DOKUZ OĞUZ DESTANI BAZINDA TÜRK DESTANLARINDA VE KUTSAL KİTAPLARDA İNSANIN YARATILIŞI12:53Talış folklor mahnılarının tədqiqatçıları arasında xalq artisti və pedaqoq Zümrüd xanım Məmmədovanın rolu12:39Политическая ситуация в Иране после гибели Раиси15:13SÜLEYMAN STALSKİ "DƏRƏYƏ SU GƏLDİ DEYƏ"-СТIАЛ СУЛЕЙМАН "КlАМУ САДРА СЕЛНА ЛУГЬУЗ"15:06Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”12:26MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYARIN ANASI20:53“Ekoloji mədəniyyət, mənəvi dəyərlər və vətəndaş cəmiyyətinin həmrəyliyi”» mövzusunda respublika kulturoloji seminar keçirilib.11:55Derheqa nivîskar Şamîlê Sêlim Esgerov (1928-20.05.2005)09:53Zümrüd Məmmədovanın yubileyinə həsr olunmuş elmi-seminar keçirilmişdir.19:58Европейские страны и палестинское государство: на пути к коллективному признанию?19:44İRADƏ MƏLİKOVANIN “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM” KİTABININ TƏQDİMATI KEÇİRİLİB20:13Бронзовый медальон Султана Мехмета Фатиха продан на аукционе в Лондоне за 1,4 миллиона фунтов стерлингов13:28Çöl adamının “fərqli” şüuru zamanı və məkanı müəyyən edir00:31İRANDA HAKİMİYYƏTİN YENİ SOSİAL BAZA AXTARIŞI
САМОЕ ЧИТАЕМОЕ
  1. “Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
  2. Yalan-palan İran
  3. О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА
  4. MANTRA MEDİTASİYA.
  5. Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
  6. Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
  7. Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.
  8. Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
  9. Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.
  10. Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
  11. Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК
  12. Монгольская средневековая письменная культура
  13. Империя Юань – Монгольская империя Внутренней Азии и Китая
  14. «Разложение мозга»: как избежать негативного воздействия соцсетей?
  15. İnsanlar niyə pirlərə gedir
  16. Humeyni'nin şiirlerinde tasavvufi motifler
  17. Uşaq adlarında dünyəviləşmə tendensiyası?
  18. 2023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib
  19. کعبه قلب خمینی
  20. Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)
  21. ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN
  22. 12 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu
  23. İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?
  24. TEHRANDA TERROR
  25. Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»
  26. گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.
  27. افکار و سندرم خستگی مزمن
  28. چرا پول نداریم؟
  29. KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS
  30. Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”
  31. İRAN MÜXALİFƏTİ VƏ TRAMP
  32. Военное дело Улуса Джучи (Золотой Орды)
  33. Манихейство и его распространение среди тюрок
  34. Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды
ОПРОС

Где будете встречать Новый год?


 
«    Fevral 2025    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
ГАЛЕРЕЯ