İrana növbəti hərbi hücum olacaqmı?
- 6-10-2025, 17:38
- АНАЛИТИКА
- 0
- 181
Foto: BBC.COM
İmadəddin Baqi – “Şərq”
Bu günlərdə küçələrdə gördüyünüz, tanıdığınız hər kəsdən tutmuş dostluq məclislərinə qədər hər yerdə bir sual verilir: İrana hücum edəcəklərmi? Bəzi insanlar hücumu təbii qəbul edir və bunun nə vaxt olacağını soruşurlar. Mən bir çox səbəblərə əsaslanaraq hesab edirəm ki, Amerika və Avropa sionist lobbisinin təsiri altında hər halda tətik mexanizmini (bu mexanizm Birgə Hərtərəfli Fəaliyyət Planı/JCPOA çərçivəsində bir mexanizm idi ki, İran öz öhdəliklərini pozarsa, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə səsverməyə ehtiyac olmadan əvvəlki Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etməyə imkan verirdi və nəhayət, bu mexanizm 28 sentyabr 2025-ci ildə Avropa üçlüyünün hərəkəti ilə işə salındı və İrana qarşı sanksiya qətnamələrini bərpa etdi – tərc.) işə salmağa və İrana qarşı təzyiqləri gücləndirməyə çalışırdılar.
Hətta İslam Respublikası özünün bütün mövcudluğu tarixində ilk dəfə son aylarda müəyyən çeviklik nümayiş etdirdi. Amma onlar (istər İrandakı sistemə inamsızlıqdan, istərsə də başqa səbəblərdən) bu imkanları müəyyən bəhanələrlə rədd edərək yeni, həddindən artıq tələblər irəli sürdülər.
Bu, qəribə və ya gözlənilməz deyildi. Qəribəsi olanı hakimiyyətin belə bir ssenari ilə üzləşməsidir. Əslində isə hərbi hücumlar, bombardmanlar, aldadıcı danışıqlar, psixoloji müharibə və təbliğatla dəstəklənmiş bu ssenari əvvəlcədən yazılmış və addım-addım həyata keçirilmişdir. Mən ABŞ və İsrailin hərbi hücumundan narahat deyiləm. İranı xilas etmək üçün onlara qarşı əlimizdə olan yeganə kart xalq və milli dəstəkdir.
… Ona görə də əsas məsələ xarici təhlükəni dəf etmək deyil, sosial kapitalı və ictimai etimadı artırmaqla zərərsizləşdirilə bilən daxili təhlükələri dəf etməkdir. Təəccüblü olan odur ki, ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq və insanların iqtisadi məmnunluğuna nail olmaq müəyyən xərc tələb edirsə və ya məsələn, elektrik enerjisinin kəsilməsi probleminin həlli üçün elektrik şəbəkəsində islahatların aparılması 20 milyard dollar investisiya tələb edirsə, sosial kapitalın artırılması üçün lazımi tədbirlər tamamilə pulsuzdur, belə ki, social kapitalın artırılmasına pulsuz əmək və hesaba gəlməyən maraqlar vasitəsilə nail olmaq olar.
… Şübhə etməyin ki, idarəetmənin sosial kapitalı artarsa, risk faktoru da eyni dərəcədə azalacaq və bunun təsirini iqtisadi bazarda, hətta valyuta və qızılda da görəcəksiniz. Unutmayın ki, bazarın vəziyyətinə təsir edən amillərdən bəziləri psixoloji və siyasi xüsusiyyətlərdir. Əgər iqtisadi problemlərin kəskinliyi və dərinliyi, xarici təhdidlərin miqyası və onların texnoloji üstünlüyü nəzərə alınmaqla İranda idarəetmə tərzi kökündən dəyişməzsə, daxili insidentlərin xarici hücumla birlikdə baş verməsi ehtimalı yüksəkdir. Lakin bəziləri bıçaq sümüyə dirənənə qədər həqiqətə inanmayacaqlar.
Həqiqət isə budur ki, 12 günlük müharibədən sonra xalqın hakimiyyətə münasibətini dəyərləndirmək üçün nə məzhəbi radio-televiziyada bir dəyişiklik oldu, nə bu illərdə təkəbbürdən başqa bir şey çıxarmayan cümə imamları minbərlərdən uzaqlaşdırıldı, nə moizələrinin ton və üslubu dəyişdirildi, nə də məhkəmə sistemində edamların sayı azaldı.
Tərcümə və təqdimat: Səməd Bayramzadə
















