Dərddən "ləzzət" alanlar
- 2-04-2025, 10:59
- ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
- 0
- 228

Gülnara İnanc, kvant psixoloqu: etnopsixoloq, ethnoglobus.az beybəlxalq onlayn araşdırma mərkəzinin qurucusu, ekspert
İnsanın gördüyü, eşitdiyi və yaşadığı heç nə onun yaddaşından silinmir. Şüurltına keçir və hansı şəkildə təzahür edəcəyi məlum deyil. İnsanlar dərdləri, xəstəlikləri, problemləri xüsusi ləzzətlə, detallarla danışmağı sevirlər. Hər bir şeyin, o cümlədən fikirlərin və hisslərin də enerji olduğunu nəzərə alsaq bu tip söhbətlər zamanı nə qədər aşağıtezlikli enerji ayrıldığını təsəvvür edək. Təbii ki, neqativ enerji kainatda aşağı vibrasiyalardan yaranır və onu təkrarladıqca identik vibrasiyalar artır və genişlənir. Nəticədə insanlar artıq bu enerjiyə o qədər alışır ki, ondan "ləzzət" almağa başlayır, artıq pis düşüncə olmadan yaşaya bilmir.
Neqativ enerjilərdən "ləzzət" almaq isə insan ruhuna əzab verməkdir, deməli pis düşüncə və söhbətlərə meyllilər öz gizli psixoloji zəifliklərinə qida verirlər.
Sosial şəbəkələr cəmiyyətin zəiflikləri üzərində qurulduğu üçün kədər və əzab ilə zəngin hadisələr xüsusi populyarlıq qazanır. İnsanlar düşünmədən şər maşınının alətinə çevrilirlər. Bu tip film və kadrlara baxdıqca insan şüuraltında gizlində olan amansız hisslərini "doyurur". Amma bu hisslər dərdləri, kədəri "yedikcə" güclənir və daha çox neqativ istəyir və daha çox neqativ "yemək istəyir". Neqativ enerji getdikcə böyüyür və böyüdükcə özünə yeni qurbanlar axtarır.
İnsanlar ruhlarının inkişadı üzərində demək olar ki, işləmədiyi üçün (dindarlıq ruhun inkişafı demək deyil) aşağıtezliklikli vibrasiyalara asanlıqla yuvarlanırlar. Qeybət, ittiham, həsəd, şöhrətpərəstlik və sair neqativ enerji törədicisidir.
Müasir dövrümüzdə sosial şəbəkələr şöhrətpərəstlik kimi eqoistik bir neqativ enerjini gücləndirir. Heç bir pozitiv uğuru və əməli ilə ucalmağa gücü çatmayan birisi insanların ən həssas gizli hissləri üzərində "şöhrət " qazanır. Məsələn, körpüdə dayanıb intihara hazırlaşan birini xilas etməkdənsə onu videoya çəkir.
Əslində o, öz gizlidə olan işgəncəyə meylini ortaya qoyur, onu intihar edən insanın həyəcanı və əzabı maraqlandırır. Kadrlar sosial şəbəkəyə yerləşdiriləndən sonra onun minlərlə işləyicisi olur. Beləliklə, həmin şəxs həm gizli qəddar hisslərini "doyurur", mənfi enerji müstəvisində olsa da "şöhrətə" çatır və başqaları üzərində gizli hökmranlıq əldə edir.
Başqa bir müşahidə, bu günlər Azərbaycanda məktəbdə baş vermiş məlum intihar olayının kadrları üzərində "xalça yuma" reklamını görə bilərsiz. İntihar etmiş qızın atası müsahibəsində deyib ki, yas mərasiminə gələn birini ona gizli kamera qoşaraq suallar verirmiş. Bu fakt başqaları üzərində gizli hökmranlıq, gizli qəddarlıq hisslərinin təzahürüdür. Yəni başqalarının çəkdiyi emosional əzabdan zövq almaq cəhdi.
Məlum olaydan sonra bu günə qədər ölkədə 5 intihar hadisəsi baş verib. Psixologiyada buna Verter sindromu (effekti ) deyilir. Məsələ burasındadır ki, hadisə ictimailəşdikcə intihar enerjisi artır, demək olar ki, bütün cəmiyyətdə (sosial şəbəkə vasitəsilə hadisə asanlıqla bütün sosial təbəqə nümayəndələrinə çatdırılır ) müxtəlif variantlarda müzakirə olunur və ardınca zəif olan insanları çəkib aparır. Son günlər cəmiyyətdə intihar psixozu yaşayır. İntihar anı və yaralı uşağın kadrlarına minlərlə müxtəlif yaşlı insan baxır. Onların psixoloji vəziyyətinə nəzarət etmək mümkün deyil. Hətta sosial şəbəkədə məktəblilər arasında uşağın intihardan əvvəl "ağlı başdan aparan" dərman içdiyini danışıldığı deyilir. Elə isə, hər şeyə maraqlı olan uşaqların həmin dərmanı dadmaq istəyini önləmək üçün çox ciddi nəzarət lazımdır.
İntihar edən qız kamera qarşısında suisid zamanı qorxudan başqa heç nə hiss etmədiyini deyir. Yeniyetmələrin və gizli emosional əzab hisslərini sevənlərin bu emosiyaları yaşamaq üçün intihara cəhd etməyəvcəyinə qarantiya vermək olmaz.
Bu qəbil hadisələr cəmiyyətdə güclü neqativ enerji dalğası yaradır. Bu isə özü ilə daha çox aqressiya və insanların gizli zəif hisslərinə dayanan yeni hadisələr törədir. Nəyə çox baxırıqsa, hansı hissləri yaşayırıqsa, nədən danışırıqsa onları həyatımıza gətiririk. Buna qarşı yalnız güclü Sevgi və İşıqla çıxmaq olar.
Bu günlər cəmiyyətimizdə və dünyada xoş, sevindirici, insanların ən gözəl keyfiyyətlərinə əsaslanan hadisələr baş verir. Onları yaymaq və gücləndirmək lazımdır. Çirki çirklə yumurlar, işıq və sevgi ilə yuyurlar.