IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ
- 5-12-2025, 17:03
- ЭТНОПОЛИТИКА
- 0
- 284
Foto: www.s-ge.com
Səlahiyyətlərinin icrasına başlayan( 30 iyul2024) İranın 14-cü prezidenti Məsud Pezeşkiyan bir neçə gün keçmiş seçkiqabağı vədlərini yerinə yetirib-yetirməməsi ilə imtahana çəkildi.Belə ki uzun yol keçdikdən sonra qanuna çevrilmiş “İffət və Hicab” qanun layihəsini icra etmək üçün imzalamal idi.Prezident verdiyi vədə- Hicab qaydalarını pozanlara qarşı insan ləyaqətini alçaldan fiziki və müxtəlif növ cəzalara qarşı çıxacağına əməl edərək, müxtəlif cəzalar və ilk növbədə çox ağır pul cərimələri nəzərdə tutan qanunu imzalamaqdan imtina etdi.Prezidentin səyi ilə Qanunun icrasını təmin edən digər mexanizmlərin( Spiker tərəfindən imzalanaraq icra olunması, Ali Milli Təhlükəsizlik Şuarsının qərarı ilə) işə düşməsinin də qarşısı alınaraq icrası dekabr ayından qəti şəkildə təxirə düşdü. Həmin vaxtdan mühafizəkar qüvvələrin bütün səylərinə, hətta Məclis binası qarşısında oturaq etiraz aksiyası keçirilməsinə baxmayaraq, qanun icra olunmadı.Həmin vaxtdan, sentyabr və qəti olaraq dekabr 2024-cü il tarixindən İranda faktiki olaraq Hicabsızlıq vəziyyıəti hökm sürür və həmin vəziyyətdən xanımlar geniş və aktiv şəkildə istifadə edirlər.
Həmin vəziyyəti “Nyu-York tayms” ( onun yazısı İran saytında dərc edilmişdir) “İctimai renesans”,”cəmiyyətin böyük sürətlə yenilənməsi” kimi şərh etmişdir.
Zahirən buna cavab olaraq mühafizəkar dairələr Hicab sahəsində MÖVCUD vəziyyəti-hicabsızlıq və yarımçıq hicablılğı, DÖZÜLMƏZ adlndırmışlar.
Belə ki Mühafizəkar qüvvələr- başda Ali Rəhbər olmaqla, Əsas qanunla mühafizəkarların/ruhanilərin inhisarına verilmiş Məhkəmə hakimiyyəti,Mühafizəkarların hakimiyyətini qorumaq üçün təsis edilmiş İslam İnqilabı Keşikçilər Korpusu, sədrini Rəhbərin təyin etdiyi Radio-televiziya qurumu, bütün mühafizəkar qüvvələrin məclisdə səsi olan mühafizəkar deputatlar qadınlara yenidən Hicab geydirmək məsələsində görünməmiş yekdillik və qətiyyət göstərməyə hazır olduqlarını nümayiş etdirməyə başlamışlar..
Əvvəlcə Kəşfiyyat nazirliyi Rəhbərliyə Hicabın vəziyyıti ilə bağlı hesabat təqdim etmişdir.Rəhbər bundan çıxış edərək Hökumətə lazımi göstərişlər verib. Hökumət bununla bağlı qərar qəbul edib, lakin əvvəlki mövqeyində qalıb ki, Hicabı bərpa etmək üçün indiyə qədər tətbiq edilən tədbirlər görməyin əleyhinədir.
Bunu mızərə alan Baş prokuror bəyan edib ki,Hicab İlahi, şəriət hökmü və qanununun tələbidir. Hicabı şəxsi iş hesab edənlər ya xəstədir , ya cahil.
Mühsfizəkar deputatlar Məhkəmə hakimiyyətinin sədrinə kollektiv məktub yazaraq prezidentin imzalamaqdan imtina etdiyi Hicab qanununun icrasını təmin etməyi xahiş ediblər.
13 azər 1404\4 dekabr 2025- ci il tarixində Məhkəmə hakimiyyətinin başçısı bəyan edib ki, kəşfiyyat orqanlarına Hicabsızlığı təşviq edən təşkilatları və mütəşəkkil qrupları müəyyən etməyi tapşırib.Bəyan edib ki, hicabsızlığa şərait yaradan tədbir təşkilatçıları, eləcə də iaşə obyektlərinin sahibləri sərt cəzalandırılacaqlar. Məhkəmə hakimiyyətinin sədri üstüörtülü şəkildə prezidentin Hicab qanununu imzalamamasının elə bir əhəmiyyəti olmadığını vurğulayaraq, qeyd edib ki, Hicabla bağlı vəziyyəti dəyişmək üçün mövcud qanunvericilik kifayət edir.
Məhkəmə hakimiyyətinin başçısı bir daha Hicabın ilahi, şəri və qanuni tələb olduğunu xatırladaraq HİCAB sahəsində MÖVCUD VƏZİYYƏTİN davam etməsinin YOL VERİLMƏZ olduğunu bəyan edib.
Bir ildən çox faktiki Hicabdan azad cəmiyyətdə yaşayan qadın və qızları yenidən Hicab zindanına salmaq mümkün olacaqmı?
İcra hakimiyyətinin, necə deyərlər, Azadlıqı dəstəklədiyini nəzərə alsaq, deyə bilərik ki, mühafizəkar qüvvələr qətiyyət göstərsələr,iki nəticə mümkün ola bilər.
1.Mühafizəkar qüvvələrin tamamilə məğlubiyyəti və rejim üçün gözlənilməz nəticələr 2.Rejimin çökməsinin qarçısını almaq üçün mühafizəkar və böhranlı ictimai-iqtisadi vəziyyətdən narazı qüvvələri birləşdirərək prezidenti hakimiyyətdən kənarlaşdırmaq.
İran İslam Respublikasının siyasi böhranı həll etmək sahəsində ilk illərin təcrübəsi ikinci nəticənin, son dərəcə təhlükəli olsa da, reallığa daha yaxın olduğunu deməyə əsas verir, hərçənd proqnoz verməyin asan olmadığını da xatırlatmaqda fayda var.
Hər halda, əgər mühafizəkərlar hərbə- zorbalarını reallışdırmaq istəsələr, çox gərgin hadisələrin baş verəcəyini müşahidə etmək mümkün görünür.\5 dekabr 2024
















