Ethnoglobus » ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ » Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili

Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili

image
Asəf Qənbərov


Oruc tutanların sayı çoxalırmı?
Azərbaycanda son dövrlərdə əhalinin oruc ibadətinə marağı artmaqdadır. Ətrafımızda, mediada, mətbuatda oruc haqqında geniş müzakirələrin, dini söhbətlərin getdiyi müşahidə olunur. Bu ilki (2025) Ramazan ayında orucla bağlı televiziya və internet kanallarında canlı yayımlar həyata keçirilir. Bu verilişlərin baxış sayına nəzər saldıqda, əhali arasında oruc ibadətinə kifayət qədər marağın oyandığını demək mümkündür.
Oruc ibadətinə marağın artması bizdə bəzi suallar yaradır: əhalinin neçə faizi oruc ibadətinə riayət edir? Hansı yaş qruplarında oruca əməl etmək daha geniş yayılır? Hansı cinsin nümayəndələri oruca daha çox əməl edir? Bu sualları təxmini olaraq cavablandırmaq üçün, qısa və sadə onlayn sorğu tərtib edib, əsasən də gənclər arasında “Oruc haqqında sorğu” keçirməyə cəhd etdik. Sorğunun nəticələrini aşağıda təhlil edəcəyik.
Metodoloji problemlər 
Sosioloji sorğularda empirik metodologiyanın tələblərinə riayət etmək çox vacibdir: əks halda, nəticələr yanıldıcı ola bilər. Sorğuda iştirak edən respondentlər qrupunun “reprezentativliyi”, “dəyişənlərin etibarlılığı”, məlumatların (data) “normal paylanması” və s. metodoloji tələblərin ödənilməməsi araşdırma nəticələrinin etibarlılığına və tutarlılığına ciddi təsir göstərir. Buna görə də, xüsusilə qeyd etmək istəyirik ki, keçirdiyimiz onlayn oruc sorğusunda reprezentativlik şərtini təmin edə bilməmişik: çünki onlayn sorğuda təsadüfi seçmə metodunu tətbiq etmək olduqca çətindir. Daha aydın ifadə etsək, bu araşdırma ümumi əhalinin və ya müəyyən bir təbəqənin, məsələn, gənclərin və ya tələbələrin orucla bağlı davranışını obyektiv əks etdirmir! Lakin araşdırmada iştirak edənlərin orucla bağlı davranışları haqqında kifayət qədər məlumat verir. 
Sorğu 10 mart 2025 - 13 mart 2025-ci il tarixləri arasında, “google form” vasitəsilə, anonim şəkildə həyata keçirilmişdir. Məlumatlar “SPSS Statistics 26” proqram paketində analiz edilmişdir. Sorğuda, əsasən, Bakıda fəaliyyət göstərən 4 ali təhsil müəssisəsinin hər birindən bir neçə tələbə qrupu könüllü formada iştirak etmişdir.  
Ayrıca, şəxsi facebook əlaqələrim 
(https://www.facebook.com/aganbarov77) sorğuda iştirak etməyə dəvət olunmuşdur. Sorğuda 3 gün ərzində, cəmi 257 nəfər iştirak etmişdir. Fikrimcə, facebook əlaqələrimdə dini icmaların nümayəndələri üstünlük təşkil etdiyinə görə, respondentlərin oruc tutma səviyyəsinin ümumi əhalinin oruc tutma sıxlığından daha yüksək çıxma ehtimalı vardır.
Sorğuda iştirak edən respondentlərin (seçmə məcmusu) ümumi parametrlərini aşağıda, 1-ci qrafikdə müşahidə etmək mümkündür. Respondentlərin ümumi parametrləri nəzərdən keçirildikdə, cins baxımından 257 nəfərin 73.9 %-nin qadın, 26.1 %-nin kişi cinsinə aid olduğunu görürük. Yenə də, respondentlərin 98 %-nə yaxını ali təhsilli, 77.4 %-nin 18-25 yaş, 8.2 %-i 26-35 yaş, 10 %-i 36-45 yaş, 3.9 %-i 46-55 yaş qruplarına daxildir. Bu məlumatlar onu göstərir ki, respondentlərin əsas hissəsi ali təhsilli gənclərdən, əsasən də tələbə qızlardan təşkil olunmuşdur.
Respondentlərin neçə faizi oruc tutur?
Qrafik – 2-də respondentlərin Ramazan ayında oruc tutma sıxlığı ilə əlaqəli məlumatları görə bilərik. Bu məlumatlara görə, sorğuda iştirak edənlərin 43.75 %-i bütün ayı oruc tutduğunu, 28.91 %-i ara-sıra tutduğunu, 27.34 %-i isə heç oruc tutmadığını ifadə etmişdir. Fikrimcə, bütün ayı oruc tutanların daha çox ibadət məqsədilə, ara-sıra və ya qismən oruc tutanların, əsasən, sağlamlıq məqsədilə oruc tutduğu ehtimal edilə bilər. 
Bütün hallarda, yuxarıda qeyd etdiyim metodoloji problemlər səbəbilə, bu nəticələrin reallığı tam əks etdirmədiyini, daha dəqiq nəticə almaq üçün təsadüfi seçmə metodu ilə daha geniş kütlənin araşdırmaya cəlb edilməsinin lazım olduğunu xatırlatmaq istəyirəm. Müqayisə üçün qeyd edim ki, əldə etdiyim məlumatlara görə, Sosial Tədqiqatlar Mərkəzinin 2018-ci ildə həyata keçirdiyi araşdırmanın nəticələrinə görə, Azərbaycanda mütəmadi oruc tutanların səviyyəsinin təxminən 32% ətrafında olduğu müəyyən edilmişdir.
Kişilər daha çox oruc tutur, yoxsa qadınlar?
Empirik araşdırmalar, adətən, qadınların kişilərə nisbətən daha çox dini ayinlərə riayət etdiyini göstərir. Bəs, bizim sorğuda hansı cinsin nümayəndəsi daha çox oruca riayət edir? Aşağıda, 3-cü qrafikdə oruc tutanların cins parametrinə görə bölgüsü təqdim olunmuşdur. 
Qrafik – 3-də gördüyümüz məlumatlara görə, bütün ay oruc tutanların 65.2 %-i kişilərdən, 36.3 %-i isə qadınlardan ibarətdir. Sorğuda “qismən tuturam” deyənlərin 10.6 %-i kişilər, 35.3 %-i qadınlar, “heç tutmuram” deyənlərin 24 %2-i kişilər, 28.4 %-i isə qadınlar olduğu müəyyən edilmişdir. Deyilənlərdən aydın olur ki, bu sorğunun nəticələrinə görə, respondentlər içərisində kişilər oruc ibadətinə qadınlara nisbətlə daha çox riayət edirlər. 
Hansı yaş qrupu oruca daha çox riayət edir?
Seçmə məcmunun ümumi xarakteristikasına nəzər yetirdikdə, respondentlərin çoxluğunun 18-25 yaş aralığına aid olduğunu görürük. Bəs, oruc ibadətinə hansı yaş qrupu daha çox əhəmiyyət verir? Bu sualın cavabını aydınlaşdırmaq üçün Qrafik – 4-ə yaxından nəzər yetirə bilərik.Yaş qruplarına görə oruc tutma praktikasını nəzərdən keçirdiyimizdə, üstünlük sırasına görə, 26-35 yaş qrupunun 81 %-i, 36 – 45 yaş qrupunun 69.2 %-i, 46 – 55 yaş qrupunun 40 %-i və 18 -25 yaş qrupunun isə 36.7 %-nin “bütün ay oruc tuturam” cavabını vermişdir. 
Bütün ay oruc tutma praktikası, əsasən, orta yaşlarda üstünlük təşkil etməkdə, ən az isə 18-25 yaş aralığında təzahür etməkdədir. “Qismən oruc tuturam” deyənlər 32.7 % nisbətində olmaqla ən çox 18-25 yaş aralığında müşahidə edilməkdə, heç oruc tutmadığını ifadə edənlər isə 46-55 yaş qrupunda 40 % nisbətində, sonra isə 18-25 yaş qruplarında 30.7 % nisbətində olduğu müşahidə edilir. Deməli, oruc ibadətinə mütəmadi riayət edənlər arasında orta yaş qrupları üstünlük təşkil edir. Gənclər arasında isə mütəmadi oruca riayət etmək digər yaş qruplarına nəzərən aşağı səviyyədədir. Amma ara-sıra və ya qismən oruc tutanlar gənclər arasında daha sıx rast gəlinir. Burdan belə bir fikir irəli sürmək olar ki, orta yaşlarda oruc praktikası ciddiyyətlə və ibadət məqsədilə, gənclər arasında isə oruc tutmaq daha çox maraq, sağlamlıq və ya yeni bir praktikanı kəşf etmək məqsədləri ilə həyata keçirilir.
Nəticə
1. Bu sorğudan hansı nəticələri çıxarmaq olar? Yuxarıda qeyd etdiyim ki, Azərbaycan reallığını tam əks etdirdiyini iddia etməməklə birlikdə, bu sorğu oruc ibadətinə həqiqətən də marağın çoxaldığını, 3 günlük bir sorğuda iştirak edənlərin təxminən 70 %-nin (bütün ay oruc tutanlar və qismən tutanlar) az-çox oruc ibadətini praktika etdiyini göstərir.
2. Daha çox gənclərin iştirak etdiyi və qızların üstünlük təşkil etdiyi sorğuda kişi respondentlərin oruc ibadətinə daha çox riayət etdikləri müşahidə olunur. Ayrıca, yaş qrupları baxımından gənclərin digər qruplara görə oruca daha az maraq göstərdikləri, orta yaş qruplarının isə Ramazan ayı orucuna daha çox əməl etdikləri məlum olur.
3. Əlbəttə ki, bu nəticələr ümumi mənzərəni tam, dəqiq və ətraflı əks etdirmədiyini bir daha vurğulamaq istəyirəm. Daha çox gənclərin, tələbələrin və ətrafımda rəyini soruşa bildiyim insanların orucla bağlı davranışlarını öyrənmək təşəbbüsünün nəticəsi olan bu sorğunu, oruc ibadətinə sosioloji baxışın forma və metodunu, orucun sadəcə bir ibadət və savab işi olmadığı, eyni zamanda sosioloji araşdırma predmeti olduğunu nümayiş etdirmək üçün həyata keçirmək istədim. 
Sonda, onu da qeyd edim ki, sosioloji bilgi ərsəyə gətirmək çətindir; empirik məlumat, müqayisə və dərin analiz tələb edir. Bu qısa sorğuda gördüyümüz kimi... Sosioloji bilgi spekulyasiya deyil: məlumat (data), müşahidə və tənqidi düşüncənin nəticəsində yaradılan bilgidir. Amma hər şeydən önəmlisi isə, sosioloji fikir tənqidə açıq və sınanması mümkün olan bilgidir.
Qeyd - 1: Sorğunun keçirilməsində mənə dəstək olan dostlarıma, tələbələrimə və sorğuda iştirak edən hər kəsə təşəkkür edirəm!
Qeyd - 2: Statistik məlumatları göstərən qrafiklər şəkillər kimi əlavə edilmişdir.





ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ
САМОЕ ЧИТАЕМОЕ
  1. Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil
  2. НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ
  3. HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
  4. "Qarabağ", Milli futbol komandası və milli ideologiya
  5. «Шеш кнафаим»: книга, потерянная по дороге
  6. Что происходит в Юго-Восточной Азии?
  7. «Красная среда»: Праздник творения и начало жизни в езидской вере
  8. Когда рукопись становится практикой
  9. Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш
  10. Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə
  11. Welatparêzekî kurd ji Azirbêcanê
  12. XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST
  13. SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
  14. Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?
  15. Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно
  16. В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном
  17. Heydər Əliyev və Cənubi Azərbaycan problemi
  18. Молчаливое свидетельство эпохи
  19. YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы
  20. İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin
  21. XHAR – LƏZGİ OCAĞI
  22. İRAN TƏRANƏLƏRİ
  23. Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом
  24. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı
  25. “QALİB” İRAN
  26. Fələstinin Bakıdakı səfirliyinin bəyanatı
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyun 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
ГАЛЕРЕЯ