Ethnoglobus » АНТРОПОЛОГИЯ » Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda

Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda

Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda
АНТРОПОЛОГИЯ / ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
15:31, 23 sentyabr 2025
1 069
0
22.09.2025
Yadulla Kərimipur
“Kuruş Paktı” - bu, şahzadə Rza Pəhləvinin sürgündə işlətdiyi termindir və İslam Respublikasının mümkün süqutundan sonra iranlılar və israillilərin belə bir paktla strateji ittifaq əldə edəcəklərini nəzərdə tutur.
Rza Pəhləvi bildirib ki, yəhudilər və İsraillə tarixi əlaqələr, xüsusən də Böyük Kirin (Kuruş) dövründə hörmət və azadlıq kökünə malikdir və bu, iki ölkə arasında gələcək üçün əməkdaşlığın təməli ola bilər. Bu təklif eyni zamanda bir sıra güclü və zəif cəhətləri ehtiva edir:
1.İslam Respublikası əleyhdarlarının əhəmiyyətli bir hissəsi İsrailə düşmən kimi baxmır. Daha doğrusu, onlar hesab edirlər ki, iki milli dövlət arasında dostluq və əməkdaşlıq texniki biliklərin ötürülməsi, kənd təsərrüfatı, su texnologiyası və s. kimi hərtərəfli - konkret və geniş şəkildə ifadə oluna bilər;
2. Kuruş həm İran, həm də yəhudi tarixində (yəhudiləri Babil əsarətindən azad edən) görkəmli yer tutur və monarxiya qurmaq istəyənlər bu tarixi simvoldan gələcək həmrəylik hissi yaratmaq üçün istifadə edirlər;
3. Fars sosial mediasında iranlılar Rza Pəhləvinin İsrailə səfərlərinə cavab və ya texnoloji əməkdaşlığa dəstək olaraq, bəzi hallarda İsrailə daha müsbət reaksiya verdilər.
Bununla yanaşı, bir neçə mənfi cəhət də vardır:
1.İslam Respublikası rejimi hələ də İsrailə strateji düşmən kimi baxır və bu da iki xalq arasında hər cür formal ittifaqın yaradılmasına böyük maneə ola bilər;
2. Hətta monarxistlər, respublikaçılar və s.kimi müxalifət qüvvələri arasında İranın İslam Respublikasından sonra gələcək siyasi quruluşu və xarici siyasət strategiyası ilə bağlı vahid fikirlər yoxdur. Buna görə də analitiklər məsələ qaldırdılar ki, “Kuruş Paktı” cəmiyyətin bir hissəsi üçün cəlbedici ola bilər, lakin onun ümumiləşdirilməsi və millət arasında qəbul edilməsi kiçik və sadə problem deyil;
3. İsraillə əməkdaşlıq bir çox iranlılar, xüsusən də İslam Respublikasının İsrailə qarşı apardığı siyasət və təbliğatdan təsirlənənlər üçün həssasdır. İstənilən açıq münasibət İslam Respublikası tərəfdarlarının təhlükəsizlik, təbliğat və hətta zorakı təzyiqlə güclü reaksiyası ilə nəticələnə bilər.
Lakin bu gün bu ideya müxalifətin İslam Respublikasına “daha dünyəvi”, “daha açıq” və “daha çox dünya üçün dost” alternativ təqdim etmək strategiyasının bir hissəsidir. Əsas mesaj budur ki, İran İslam Respublikasının süqutundan sonra hər şey fərqli ola bilər, onun hazırkı düşmənçilikləri sona çata və regionda yeni rol oynaya bilər.

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
03.09.25, ИСТОРИЯ И ОБЩЕСТВО
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
İki qonşu ölkə arasındakı 30 illik dostluq və qardaşlıq münasibətləri
İki qonşu ölkə arasındakı 30 illik dostluq və qardaşlıq münasibətləri
09.02.22, АНАЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА