Ethnoglobus » КУЛЬТУРА » SABIR DINDARLIĞI

SABIR DINDARLIĞI

image

Nəriman Qasımoğlu

Mirzə Ələkbər Sabir haqqında indiyədək səslənmiş bütün yüksək dəyərləndirmələrə canı-dildən yanaşaraq bunlara bir özümlü qiyməti də əlavə edərdim. Məndən ötrü bu söz və fikir sahibi eyni zamanda bir din islahatçısıdır.
Sabirə sevgi aşılayan sovet araşdırmaçıları onu din əleyhdarı kimi təqdim etmişlər. Molla, axund, zahid, minbər, oruc, namaz, müsəlman, sünni, şiə, məzhəb, şəriət, çoxarvadlılıq, hicab və s. və i. sözlərin Sabir şerində tənqidə tutulan zümrələrə aidiyyatı olduğundan onu din düşməni kimi təbliğ etmək sovet rejimi üçün asan və sərfəli idi. «Hophopnamə»nin daha ciddi araşdırılması isə ortalığa maraqlı faktlar qoyur ki, bunlar Sabir və onun zamanı timsalında təktanrılıq-bütpərəstlik ziddiyyətlərinin, başqa sözlə, gerçək din dəyərlərinin toplumda təsdiqi uğrunda və din bütpərəstliyinin, din saxtakarlığının, mövhumatçılığın, cəhalətin əleyhinə bədii söz səviyyəsində aparılan mücadilənin cizgilərini gözəl bir şəkildə üzə çıxarır.
Ondan başlayım ki, Sabir inanclı şəxsiyyətdir. Keçirdiyi xəstəlikdən dolayı ağrılarının şiddətləndiyi anlarında dostlarından birinə məktub yazıbmış. Məktubdan bir parça vəfatından sonra – 1912-ci ildə çapdan çıxmış “Hophopnamə”nin titul səhifəsində dərc edilmişdi. Halından şikayətlənir, çəkdiyi fiziki əzablardan birdəfəlik can qurtarmaq üçün özünü zəhərləyib intihar etmək dərəcəsinə gəldiyini yazır. Sonra: “Lakin nə etməli, tərbiyeyi-ibtidaiyyənin təsirindənmi, dindarlıqdanmıdır ki, buna razı olamıyoram” - deyir. 
Sabirin dindarlığına dair C.Məmmədquluzadənin də xatiratında qeydləri var. Mirzə Cəlilin həmin yazısında  həmkarının ünvanına təriflləri ilə yanaşı, onun dindarlığına yönəlik bir qınaq da səslənir: "...Sabir eyni səbr və təhəmmül sahibi, dindar bir şairin təxəllüsüdür ki, dünyanın cövr və xafasına, insanların günah və məsiyyətinə mütəhəmmil olub, yaxşı dünyanın intizarında qalır ki, bu da iman və etiqad əhlinin qismətidir. Biz necə ki, ərz olunub, Mirzə Ələkbərin Sabir təxəllüslü şair olduğunu bilmirdik. Onun üçün də "Hophopnamə" kitabında Sabirin “sabir” təxəllüsü altında yazılarının dərcini görəndə əfsus etdik ki, "Daş qəlbli insanları neylərdin, ilahi" kimi mənzuməyə Hacı Məcid Əfəndizadənin vəfatı münasibətilə çox yanıqlı və mütəəssir qəsidəsi dərc olunub... Onun üçün mən həmvəqt "Sabir" ləfzini görəndə və eşidəndə bir xəyalata cumuram:  nə üçün dünya belə qurulubdur ki, gün ləkəsiz olmur və qızıl gül tikansız bitmir. Və bəlkə həmin dünya qanununun təsirindəndir ki, "Hophopnamə" kimi ən qiymətli və nadir bir şairimizin gülkarlığının içinə dindarlıq sarmaşıqları da gəlib qarışaydı gərək." 
Yuxarıda qeyd etdiyim məktubunda Sabir özüylə Tanrı arasında qalan dindarlığını keçirdiyi psixoloji hala sadəcə bir ştirx olaraq xatırladır məhrəm bildiyi dostuna. Onun yaradıcılığı ilə məhrəmanə ünsiyyət bağlayan oxucu da yəqin edər ki, bu, son dərəcə səmimi bir dindarlıqdır. Mövhumatçılığa, mərasimçiliyə yad, millətin tərəqqisi yolunda din islahatçılığına və azadfikirliliyə impulslar verən Tanrı qaynaqlı bir dindarlıq.
Saxtalaşdırılmış din dəyərlərilə mübarizədə ilhamını müqəddəs OXU-dan alır Sabir. Onun bir çox poetik nidaları camaata təlqin edir ki, din xadimlərinin ənənəvi moizələrinə uymaqdansa, müqəddəs Kitabımıza üz tutmaq daha yaxşı.
“Ay can!” adlı bir şeri var. Burada müsəlman qadınların örtünməsinə dair ziyalılarla din fanatları arasında o zaman getmiş qızğın müzakirələrə işarə vuraraq bildirilir ki, nəhayət, müftinin bəyanına görə, demə, Quran “kəşfi-vücuhi-nisvan”ı – qadınların üzü açıq gəzməsini hökm edirmiş. OXU-nun gözəl bilicisi Sabir üçün bu, yenilik deyil. Fəqət, bu həqiqətin cəhalət mühitində müftinin öz dilindən car çəkilməsi şairə əlavə bir dəstək kimi gərəklidir. Gərəklidir ki, avam dindarlara səslənərək ötən zamanların bütpərəst və köləlik əlavələrilə yüklənmiş din dəyərlərini məhz ilahi mətnin işığında bir daha sərf-nəzər eləməyi məsləhət bilsin:
Şimdi yahu bu tühaf işlərə vicdan nə deyir?
Əql nə hökm ediyor, ya buna irfan nə deyir?
Hərə Qurana verir istədiyi mənanı,
Aç, oxu, bunlara gör həzrəti-Quran nə deyir?
Təbii ki, OXU-dan uzaq olanlardır dinimizi saxtalaşdıranlar, Sabir deyimilə, təzvir edənlər. Və məhz belələridir ziyalıları təkfir edən, yəni küfrdə suçlayanlar. Bunların rahatsızlığına səbəb gerçək mənada dinsizlik deyil, paxırların açılması əndişəsidir ki, Sabir belə də yazır:
El cümlə dönüb olsa da kafir işin olmaz,
Təzvirini kim ki duya, təkfir eləyirsən.
Din bilikləri elmi əsaslara, OXU təməllərinə söykəndiyindən verdiyi din mücadiləsində də xeyli güclüdür, məntiqlidir Sabir. Buna görə də onun poeziya dililə haqq-hesaba çəkdiyi “şirki-xəfi”, yəni gizli bütpərəstlik daşıyıcısı molla, vaiz, axund və başqa din titulları olduqca zavallı bir duruma düşmüş kimi dəyir gözlərimizə:
Tərk eylə riyani ki, riya şirki-xəfidir, 
İşbu sözü kəndin belə təqrir eləyirsən!
Mən məkrini hiss etməyə meyl etmədim əsla, 
Kəndin dili-həssasimə təsir eləyirsən!
Bizdən gözünü yığ ki, sənə aldanan olmaz,
Get onları tovla ki, təzvir eləyirsən!
Bu sətirlərdə, eləcə də «Aldanmaram ki, doğrudur ayinin, ey əmu», “Zahidlərə” və s. şerlərdə şair tamamilə ciddi bir şəkildə din qiyafəli saxtakarlara öz və özükimilər adından səslənir. 
Bir sıra başqa şerlərində – “Bərəkallah”, “Ay haray”, “Mən bilməz idim bəxtdə bu nikbət olurmuş”, “Övradımız, əzkarımız əfsaneyi-zəndir” və s.-də isə dialoqa çəkilən nadanlıq böyükləri özləri özlərini ifşa edirlər. Bunlara tribuna verməklə gözəl bir fənd (araşdırmaçılar bunu poeziyamızda forma baxımından novatorluq kimi səciyyələndirir) işlədir Sabir. Cəhalətin sosial bazasını dağıtmaq işini buraxır cahillərin öz öhdəsinə. Və danışdıra-danışdıra bunların tökdükləri sözlərdən saxta din görüntülərinin ekzotik təsvirlərini yaradır.
Sabirin islahatçılığı dinimizi öz mahiyyətinə qaytarmaq uğrundadır. Mahiyyətə, təktanrılığa qayıdışın yolları ilk növbədə elm və maarifdən keçir. Söhbət təkcə ənənəvi qaydada din biliklərinin toplum tərəfindən mənimsənilməsindən getmir. Dində islahatçılıq məsələsinə dünyəvi dediyimiz elmlərin təsir imkanları böyükdkr. Və o mənada böyükdür ki, bir çox ilahi hikmətlərin, eləcə də OXU həqiqətlərinin doğru-dürüst açıqlanması vacib elmi səviyyə tələb edir. Bu üzdən də Sabir 1907-ci ildə yazdığı “Zaman nə istəyir?” məqaləsində “Məktəb, yenə məktəb!” deyə car çəkirdi öz mühitinə. Özü də din əleyhdarı qiyafəsində bir maarifçi deyil, məhz din təəssübkeşi olan bir maarifçi kimi: “Hər şəhərdə, bacardıqca hər kənddə iştiyaq ilə, ittifaq ilə məktəb açmalı, məktəbi-islamiyyə açmalı; islamın o məsum balalarının saf qəlblərini islamiyyət nurilə tənvir etdikdən (nurlandırdıqdan) sonra əcnəbi dillərini də nə qədər oxunur-oxunsun, oxutmalı; övlad-i vətəni tərəqqiyə, mədəniyyətə isal etdirməli (çatdırmalı), islamiyyət ilə tərəqqiyə isal etməli; əcnəbi tərəqqisinə islamiyyə tərəqqisi demək olmaz; islam özü tərəqqi etməli, bununçün də çalışmalı!” 
İslamın tərəqqisi naminə (Sabirin nəzərdə tutduğu islam bütpərəstlik əlavələrinin qarışdığı islamdır, OXU islamı deyil!) o, ilk növbədə “qavaidi-diniyyənin”, yəni din qaydalarının məhz ana dilində tədrisi və mənimsənilməsi fikrini önə çəkir.
Şübhəsiz, Sabirin vurğulamaq istədiyi budur ki, din ayinlərində, gündəlik ibadətlərdə işlənən dil milli dil olmalıdır. Şerlərinin birində dindarlar üçün mənası anlaşılmayan sözlərin dilə gətirilməsini Tanrıya ibadət işində haqlı olaraq nöqsan sayır:
Aç dilini, yum gözünü, zahida,
Vird oxu, heç anlama mənasını!
Baxma bir ibrətlə bütün aləmə,
Görmə həqqin nuri-təcəllasını!
Sabirin arzusunda olduğu din tərəqqisi yolunda əngəllərdən biri təriqətçilik məsələsidir ki, o zaman da var idi, indi də var. Ötən əsrin əvvəllərində Azərbaycanın ziyalı qüvvələri məzhəblərin aradan qaldırılması, vahid İslam əqidəsinin şüurlara hakim kəsilməsi yolunda xeyli əmək sərf edirdilər. Rus imperiyasının himayədarlığı ilə ayrı-ayrılıqda yaradılmış sünni və şiə din təsisatlarını “islam idareyi-ruhaniyyəsi” adı altında birləşdirmək üçün yığıncaqlar keçirir, müzakirələr aparırdılar.
Milli bütövlüyün dərki naminə din birliyinə çağıranların cərgəsindən Sabirin də səsi ucalırdı. Sabir din dəyərlərinə toxunduğu yazıların əksəriyyətində məzhəbçilik fəsadlarını cahillərin öz dilindən ustalıqla bəyan edir:
- İttihad əmrinə dair danışırsızmı barı?
- Danışır bir paramız leyk boğazdan yuxarı!
- Sünni-şiə təəssübləri ləğv oldumu ya?
- Nə dedin? Küfr danışdın, cıraram ağzını ha!..
Bu, təhsilli növcavanla ixtiyar kişinin dialoqudur. Cahil qocanı özündən çıxaran məzhəbçiliyin ləğvinə dair verilən sualdır. Və məzhəbçilik tərəfdarlarının ziyalılar əleyhinə etdiyi həyasızlıqlara o zaman dil verən səbəblərdən biri, şübhəsiz ki, məzhəbçiliyin imperiya himayədarlığında olması idi.
Sabir özünü OXU inanclısı sayır:
Əşhədü billahi-əliyyül əzim,
Sahibi imanəm, a şirvanlılar!
Yox yeni bir dinə yəqinim mənim,
Köhnə müsəlmanam, a şirvanlılar!
Şiəyə, əmma nə bu əşkaldən,
Sünniyəm, əmma nə bu əmsaldən,
Sufiyəm, əmma nə bu əbdaldan,
Həqq sevən insanəm, a şirvanlılar!
Qaili-Qur’anəm, a şirvanlılar!
Sabir OXU dindarı olaraq din ayrı-seçkiliyinin doğurduğu qaranlıqları, bu Kitabın işığında əritməyə çağırır:
Dinməz əcəba məniyi Quranı bilənlər,
İslamı belə təfriqədə xar görənlər.
Aya, oxumazlar nə üçün dini bölənlər
“Kənu şiyəan” rəmzini Quran arasında!
Şeirdə işarə edilən rəmz OXU-nun Mal-qara surəsindədir, 159-cu ayədə. Dinimizi bölənlər, onu təriqət qəliblərində yaşadanlar, siyasi partiya çərçivəsində kiçildənlər oxumasalar da, biz oxuyaq ki, dinləmək diləsələr qoy dinləsinlər: “İnnə-l-ləzinə fərraqu dinəhum və kənu şiyəan ləstə minhum fi şeyin innəmə əmruhum ilə-lahi summə yunəbihuhum bimə kənu yəfalunə” - Rəbbimiz buyurur peyğəmbərə: “O kəslər ki, bölmüşlər dinlərini, bölünmüşlər dəstələrə, firqələrə, sən onlardan deyilsən, heç nə bağlamaz səni onlara. İşləri Allaha qalar. O da bildirər sonra onlara nə iş tuturdularsa”(6, 159).
Sabir satirik üslubdan kənar səpkidə sırf dini şerlər də yazmışdır. Mövhumatçılıq dəyərləri və görsənişlərinin ifşasına həsr etdiyi satiralarını birmənalı olaraq din əleyhinə yazılar kimi qələmə verən sovet araşdırmaçıları bəlli səbəblərdən həmin o şerlərin çox zaman, necə deyərlər, “üstünü vurmamış”, ən yaxşı halda isə bunları “dil, ifadə zənginliyindən məhrum, onun yaradıcılığı üçün səciyyəvi olmayan” əsərlər kimi qiymətləndirmişlər.
Təbii ki, Sabirə atesitanə bir ehtiyac duyan sovetlər onu da özününkiləşdirmək istəmişlər. Fəqət, Sabiri oxuduqca, duyduqca, dərk etdikcə aydın görünür ki, o hər mənada millətin, bəşəriyyətin, ona istedad bəxş eləmiş Tanrının olaraq qalır. Sırf dini dediyimiz şeirləri (“Təhəssür, “Əl-aman, ey şahi-Yasrib mədfənu Məkki vətən”, “Növhə” və s.) də millətin dərdlərilə yüklüdür. Bu şerlərin birində peyğəmbər ruhundan dad umaraq şikayətlənir: “Getdi zillət, batdı şövkət, tutdu zillət milləti”; “əsr namərd, əhl bielm, əmr müşkil, elm xar…”
Sabiri ana-ana düşünürəm bu yüz ilin içində görəsən nə qədər dəyişmişik yaxşılığa doğru. Hər halda müəyyən tərəqqi göstəricilərimiz var – elmdə, mədəniyyətdə, lap elə dinin özündə də. Bu sonuncuya aid tərəqqi göstəricilərimiz isə hələ yetmir ki, Tanrıdan layiqli qarşılıqlar ala bilək.
Yaradanın Öz əmridir ki, Ona doğru qoşmaq üçün vəsilə aramaq gərək (5, 35), yəni iz qoyduğu, naxış vurduğu, yönəltdiyi gözəl-gözəl yolları aramalı. Bu yollardan biri də Sabirdən keçir. Həmişəyaşar, çağdaşımız Sabirdən. Salam olsun onun ruhuna!
1999



ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.
САМОЕ ЧИТАЕМОЕ
  1. ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ
  2. ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.
  3. Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему
  4. İki ənənənin dialektikası: Novruz və Ramazan
  5. İRAN İKİ CƏBHƏDƏ VURUŞUR
  6. От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном
  7. TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.
  8. Скрытая архитектура Торы: взгляд через схему (Часть I)
  9. Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы
  10. Переписка и рукописи раввинов
  11. ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი
  12. Илия II как объединитель грузинского общества
  13. Нисону — Песах
  14. İranın Qafqazda nüfuz davası
  15. Седакъет Керимова : СА ХАХАДИЗ
  16. Скрытая архитектура Торы: взгляд через схему (Часть II)
  17. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması
  18. Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие
  19. Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya
  20. Fələstin Torpaq Gününün 50 illiyi
  21. Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı
  22. Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü
  23. Rəhbər Xameneyinin başına nə gəldi?
  24. Risky Partnership
  25. Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )
  26. «Красная среда»: Праздник творения и начало жизни в езидской вере
  27. Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш
  28. YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы
ОПРОС

Где будете встречать Новый год?


 
«    Aprel 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
ГАЛЕРЕЯ