Ethnoglobus » ЭТНОПОЛИТИКА » İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında

İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında

image
 Türkmənlərin sosial həmrəyliyini zəiflədən tayfa təəssübkeşliyi (tayfaçılıq) və seçki meyarlarını yenidən nəzərdən keçirmək zərurəti
Xülasə: 
Türkmənsəhradakı bir milyona yaxın türkmən xalqı İranın əsil və köklü etnik qruplarından biridir. Zəngin mədəni və tarixi keçmişinə baxmayaraq, bu xalq siyasi və ictimai arenada ciddi problemlərlə üzləşir. Əsas problemlərdən biri seçki proseslərində tayfaçılıq və klançılıqla qarşıdurmadır. Bu da ictimai birliyi zəiflədir, tarixi kinləri təkrarlayır və ləyaqətsiz şəxslər üçün imkanlar yaradır. Bu məqalədə analitik-təsviri yanaşmadan istifadə edilməklə, tayfaçılığın tarixi və sosial kökləri araşdırılır, siyasi və sosial müstəvilərdə onun nəticələri təhlil edilir. Məqalədə həmçinin siyasi iştirak modellərini yenidən nəzərdən keçirmək və türkmənlərin kollektiv kimliyini gücləndirmək üçün həllər təklif edilir.
Giriş: 
Demokratik sistemlərdə seçkilər təkcə siyasi hakimiyyətin dövriyyəsi mexanizmi deyil, həm də sosial kapitalın və etnik həmrəyliyin nümayişi üçün meydandır. İran türkmənləri kimi kiçik etnik icmalarda seçkilər birliyi gücləndirmək və siyasi mövqelərini möhkəmləndirmək üçün fürsət ola bilər. Amma reallıq göstərir ki, bir çox hallarda bu proses tayfa əlaqələrinin təsiri altında olub və yaxınlaşma əvəzinə sosial və siyasi parçalanmaları daha da gücləndirib.
Bu məsələni daha dərindən başa düşmək üçün iki səviyyəni nəzərdən keçirmək lazımdır:
- Tayfaçığın (tribalizm) yaranmasının tarixi və kökləri səviyyəsi;
- Bugünkü ictimai-siyasi səviyyə isə seçki meydanında öz əksini tapır.
 Tayfaçılığın tarixi və sosial köklərinin təhlili
 1- Mərkəzi Güclərin tarixi siyasəti:
İran tarixində mərkəzi hökumətlər müxtəlif etnik qruplara nəzarət etmək üçün tez-tez parçalama və təxribat siyasətinə əl atıblar. Türkmənlərdə qəbilə və tayfaların yaradılması və möhkəmlənməsi etnik birliyin yaranmasının qarşısını alan vasitə olmuşdur. Bu siyasətlər əslində yuxarıdan bir sosial mühəndislik forması idi ki, daxili boşluqlardan istifadə edərək türkmənləri idarə etməyi və onlara nəzarət etməyi asanlaşdırırdı.
 2- Türkmən cəmiyyətinin ənənəvi quruluşu:
Türkmən cəmiyyəti ənənəvi olaraq qan və tayfa bağlarına əsaslanır. Keçmişdə bu strukturun müsbət funksiyası vardı; Çünki o, təhlükəsizliyə, iqtisadi əməkdaşlığa və qrupdaxili birləşməyə zəmanət verirdi. Amma cəmiyyətin daha əhatəli və milli birlik tələb etdiyi müasir şəraitdə bu struktur həmrəylikdən çox qrupdaxili rəqabət vasitəsinə çevrilib.
 3- Keçmişdə siyasi və sosial şüurun zəif olması:
Əvvəlki onilliklərdə ictimai savadın və siyasi şüurun aşağı səviyyədə olması məzhəb təəssübkeşliyinin davam etməsinə yol açdı. Əslində, müasir biliklərə və siyasi təhlil alətlərinə çıxışın olmaması bir çox türkmənləri ləyaqət və səmərəliliyə görə deyil, qan qohumluğuna əsaslanaraq seçim etmələrinə səbəb oldu.
Tayfaçılığın (tribalizmin) nəticələri:
(Sosioloji təhlil)
 1-    Sosial kapitalın zəifləməsi:
Sosial kapital kollektiv əməkdaşlığı asanlaşdıran inam, şəbəkələr və normaları ifadə edir. Klançılıq (tayfaçılıq) türkmənlərin üfüqi inam (tayfalar arası) əvəzinə, yalnız tayfadaxili etibara arxalanmasına səbəb olur. Bu, bütün türkmən cəmiyyətinin sosial kapitalını azaldır və kollektiv hakimiyyətin formalaşmasına mane olur.
2-    Səslərin səpələnməsi (dispersiyası) və siyasi məğlubiyyət:
Şura, parlament, hətta prezident seçkilərində səslərin müxtəlif klanlar arasında səpələnməsi layiqli namizədlərin konsensusa gəlməsinə mane olur. Nəticə etibarilə, tayfaçılığa daha az bağlı olan, amma daha aşağı səlahiyyətə malik şəxslər, kənar dəstəkdən istifadə edərək meydanda qalib gəlirlər.
 3-    Tarixi kinlərin və bölgülərin təkrar istehsalı:
Klan (tayfaçılıq) əsaslı seçki yarışmaları nəinki birliyi pozur, həm də çoxdankı kin və fərqlilikləri təkrarlayır. Müasir cəmiyyətlər qəbilə keçmişinə qalib gəlməyə çalışsa da, Türkmənsəhrada bu ənənə bəzən ortaq gələcəyin həyata keçirilməsinə maneə rolunu oynayır.
 4-    Kənar qrupların mövcud fürsətdən faydalanmaları:
Türkmənlərin daxili rəqabəti digər qrup və etnik qruplara öz mövqelərini gücləndirmək üçün bu parçalanmadan istifadə etmək imkanı yaradır. Bu vəziyyət əslində türkmənlərin daxili zəifliyini kənardakıların nəzarət alətinə çevirib.
Türkmənlərin kimliyini və siyasi iştirakını yenidən nəzərdən keçirmək zərurəti
 1-    Tayfa kimliyindən etnik kimliyə keçid:
Türkmənlər dərk etməlidirlər ki, yalnız ortaq türkmən kimlikləri vasitəsilə milli arenada sövdələşmə gücü əldə edə bilərlər. Tayfaçılığın (klançılığın) kökü ənənələrə söykənsə də, bugünkü dünyada bu, sadəcə olaraq, tərəqqiyə maneədir.
 2-    Elita və ağsaqqalların imkanlarından istifadə:
Tayfa ağsaqqalları hər bir tarixi məqamda cəmiyyətin istiqamətləndirilməsində əsas rol oynamışlar. Bu gün onların müdrikliyinə, təcrübəsinə arxalanaraq, ictimai xaosdan qaça, birliyə yol aça bilərik.
3-    Elmi və mədəni kapitaldan istifadə:
Türkmənlər həmişə elmi və ictimai testlərdə yüksək IQ (intellekt əmsalı) və qabiliyyətə malik olduqlarını göstəriblər. Bu elmi və mədəni tutum məzhəb təəssübkeşliyinə deyil, rasional və məntiqli qərarların qəbuluna xidmət etməlidir.
 Nəticə:
Türkmənlər arasında klançılıq (tayfaçılıq) nəinki siyasi və sosial tərəqqiyə mane olur, həm də onların sosial kapitalını tükədir (azaldır). Bu fenomenin sosioloji təhlili göstərir ki, onun kökləri keçmiş hökumətlərin tarixi siyasətində, cəmiyyətin ənənəvi strukturunda, siyasi şüurun zəifliyindədir. Onun nəticələrinə səslərin parçalanması (dispersiyası), siyasi məğlubiyyət, narazılıqların təkrar istehsalı və kənar qrupların opportunizmi daxildir. Bu sikldən çıxış yolu ortaq türkmən kimliyini vurğulamaq, siyasi şüuru təşviq etmək, ictimai həmrəyliyi gücləndirmək və elitanın imkanlarından istifadə etməkdir. Yalnız bu yolla türkmənlər milli strukturda öz mədəni və elmi imkanlarına uyğun mövqe qazana bilərlər.
 Mənbələr:
1.    Abrahamiyan Yervand. İran beyn-e do enqelab (İran iki inqilab arasında), tərcümə: Kazım Firuzmənd, “Ney” nəşriyyatı, 1389/2010;
2.    Bourdieu Pierre. Sərmaye-ye ectemai və baztoulid-e nabərabəri (Sosial kapital və bərabərsizliklərin təkrar istehsalı), Tehran, “Elmi” nəşriyyatı, 1392/2013;
3.    Qəffari Qulamrza. “Qoumiyyət və hoviyyət-e melli dər İran” (İranda Etnik və Milli Kimlik), Tehran universitetinin “Olum-e ectemai” (İctimai elmlər) jurnalı, № 30, 1384/2005;
4.    Nur Məhəmmədi Əbdülrəhman. Torkmənha dər İran-e moaser: tarix, siyasət və hoviyyət (Müasir İranda türkmənlər: tarix, siyasət və milli kimlik), Qorqan, Gülüstan universiteti nəşriyyatı, 1395/2016;
5.    Veber Maks. Eqtesad və camee (İqtisadiyyat və cəmiyyət), tərcümə: Mənuçehr Sanei Dərəbidi, “Ney” nəşriyyatı, 1397/2018;
6.    Klein, F. Hoviyyət-e qoumi və siyasət dər camee-ye çən fərhəngi (Multikultural cəmiyyətlərdə etnik kimlik və siyasət),  “Neqah-e moser” (Müasir baxış)   nəşriyyatı, 1390/2011.
 Müəllif: Əbdülhəlim Kor,
26 mordad 1404/17 avqust 2025
 P.S.Məqalənin əslini bu linkdən izləyə bilərsiniz:

 Fars dilindən çevirəni: Səməd Bayramzadə
ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.
САМОЕ ЧИТАЕМОЕ
  1. ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ
  2. ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.
  3. Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему
  4. İki ənənənin dialektikası: Novruz və Ramazan
  5. От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном
  6. İRAN İKİ CƏBHƏDƏ VURUŞUR
  7. TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.
  8. Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы
  9. Скрытая архитектура Торы: взгляд через схему (Часть I)
  10. Переписка и рукописи раввинов
  11. ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი
  12. Илия II как объединитель грузинского общества
  13. Нисону — Песах
  14. İranın Qafqazda nüfuz davası
  15. Седакъет Керимова : СА ХАХАДИЗ
  16. Скрытая архитектура Торы: взгляд через схему (Часть II)
  17. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması
  18. Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие
  19. Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya
  20. Fələstin Torpaq Gününün 50 illiyi
  21. Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı
  22. Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü
  23. Risky Partnership
  24. Rəhbər Xameneyinin başına nə gəldi?
  25. «Красная среда»: Праздник творения и начало жизни в езидской вере
  26. Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )
  27. Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш
  28. YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы
ОПРОС

Где будете встречать Новый год?


 
«    Aprel 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
ГАЛЕРЕЯ