İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur
ЭТНОПОЛИТИКА
İctiami elmlər sahəsində tanınmış şəxsiyyətlərdən biri olan De Tokvilin fikrincə, “İnsanların sivilləşib sivil qalması üçün onları birləşdirmək sənəti dəqiq və aydın qanundur”. Sosial tələblərin bu vəhdətinin institusionallaşması plüral cəmiyyətdə yaşamaq və davam etmək üçün şərtdir. İslam Respublikasının hakimiyyəti dövründə dövlət qurumları İrandakı sosial inkişaflardan geri qalıb.
İslam Respublikası hökuməti yarandığı gündən öz bünövrəsini ideoloji baxışlar və şiə millətçiliyi əsasında sosial fərqliliklər və münaqişələr üzərində qurub.
Hökumətin siyasi institutları öz siyasi, ictimai və tarixi missiyalarının əksinə olaraq İran cəmiyyətində siyasi və sosial parçalanmalara səbəb olub. Bu səmərəsizliklər bu günə qədər davam etməkdədir. Həmrəyliyin olmaması və bu ayrı-seçkilik hökumətin bütün səviyyələrində institusionallaşdırılıb.
Qonbədi-Kavus İranda əhalisinin əksəriyyətini türkmənlərin təşkil etdiyi türkmən şəhəri kimi tanınır. Qonbəd şəhər şurası yeddi nəfərdən ibarətdir. Onlardan üçü türkməndir. Şəhər şurasının sədri üzvlər arasından bir il müddətinə seçilir. Bu il Şəhər Şurası sədrliyinə beşinci və sonuncu seçki keçirilib. Şəhər şurasının əvvəlki dörd sədrinin hamısı türkmən olmayan üzvlərdən seçilib. Axırıncı dövr üçün həmrəylik göstəricisi kimi simvolik olaraq bir nəfər türkmənin şuraya sədr seçilməsinə dair vədlər və razılaşmalar verilirdi. Lakin regional hakimiyyət nümayəndələri bu simvolik hərəkətin qarşısını alıblar. Sonuncu dəfə də şəhər şurasına qeyri-türkmən deputat seçildi. Bu qərara heç bir hüquqi etiraz yoxdur. Amma Gonbədin rəngarəng cəmiyyətində sosial həmrəylik baxımından bu nəticə müdafiə oluna bilməz.
Bölgədəki iqtidar nümayəndələri türkmənlərin şəhər şurasına bir il sədrlik etməsinə dözə bilmirlər. Beləliklə, həmin yanaşma (ayrıseçkilik) da totalitar rejimi xarakterizə edən eksklüziv və dar düşüncəli performansı nümayiş etdirir.
Vilayətin idarə olunmasında türkmənlərin heç bir rolu yoxdur. Türkmənlərə açıq şəkildə kənar və etibarsız insanlar kimi baxırlar. Son prezident seçkilərində türkmənlərin böyük əksəriyyətinin cənab Pezeşkiana səs vermələrinə baxmayaraq, seçkidən sonra da türkmənlərin bölgə idarəçiliyindəki dəyişikliklərdə payı sıfıra yaxın olub. Səsvermə və həmrəylik nümayişlərində onlara ancaq “türkmən qardaşlar” deyə müraciət edirdilər.
Türkmənsəhra bölgəsindəki totalitar rejimin şüarı “ya mənimləsən, ya da deyilsən” kimidir. “Mənimlə olmaq” da tula payı kimi bir şeydir. Onlar “Ərbəin” (İmam Hüseynin 40 mərasimi) yürüşlərində iştirak edən və ya şiə üslubunda Hüseynə yas mərasimləri keçirən türkmənləri tapırlar. Bu cür hallar türkmən mədəniyyətinə, adət-ənənələrinə təhqirdir və buna hətta bəzi türkmən din xadimləri də etiraz edirlər.
Cəmiyyətin işıq, su, qida kimi minimum ehtiyaclarının təmin olunmadığı, İsraillə 12 günlük müharibədən sonra siyasi və təhlükəsizlik böhranları içində olduğu bir şəraitdə, xalq üçün bütün bu problemlərin içində hökumətin Türkmənsəhra türkmənləri içərisində həmrəylik yaratmamaq cəhdi böyük narahatlıq və narazılıq doğurur ki, bu da gələcəkdə bir çox mədəni və sosial qarşıdurmaların əsasına çevriləcəkdir.
Bununla belə, hökumətin antimilli siyasətləri qarşısında əhalinin müxtəlif təbəqələri arasında sosial həmrəylik, birlik və sabitlik cəmiyyətə sülh və əmin-amanlıq gətirəcəkdir.
Demokrat türkmənlər
28 mordad 1404/19 avqust 2025
Fars dilindən çevirəni: Səməd Bayramzadə
Ссылки по теме:
Британская разведка предупреждает об усилении гибридных угроз со стороны Ирана и России
XURAFAT, YAXUD MOLLA PROFESSOR
İRAN İSTİKBAR QARŞISINDA DİRƏNİŞİ İLƏ HARA GEDİR?
AVROPALI SƏYYAHLAR LƏZGİLƏR HAQQINDA
Трамп: США создадут еще две военные базы в Гренландии
Белорусский колорит в самом сердце Баку!
İRANDA HƏRƏ ÖZ İŞİ İLƏ MƏŞĞULDUR
"Qulaq filologiyası" və ya o işığı...yandırın
Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
