TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.
- 24-02-2026, 15:07
- АНАЛИТИКА
- 0
- 382
Vidadi Mustafayev
Bu suala cavab vermək üçün ROMAŞKA çiçəyinin ləçəklərini bir- bir "LYUBİT/NELYUBİT" deyə qoparmaq lazımdır, əgər sonuncu ləçək "nelyubit" gəlsə, demək vuracaq
Əşi, iranlıların çoxunu Tramp o qədər də maraqlandırmır.Onların daha" vacib" problemləri vardır.
Bəndər Ənzəli giləklərinin dünən əsas vəzifəsi ,Traktor"oyunu zamanı Azərbaycan türklərinə " ən dərin və səmimi" münasibətlərini bildirmək idi ki, həmin vəzifənin öhdəsindən "şərəflə" gəlib.düşmənçilik dərəcəsini bir pillə də artırıblar.
Ən qatı, radikal mühafizəkar, ekstremist deputatın dərdi tələbələrin,yox tələbəciklərin etirazlarına yol verməməkdir.Deputat Elm nazirini təhdid edib ki, tələbə etirazları yığışdırılmasa, onu işdən çıxaracaqdır.
Tələbələr də əyri- üyrü İran cəmiyyətinin bir hissədir:bir hissəsi islahatçı, bir hissəsi qatı mühafizəkar.Onlar iki gündür etiraz aksiyası keçirirlər.Aksiyaya mane olmaq üçün polis lazım deyil.Rejim tərəfdarları bu işi özləri yerinə yetirir.
Düşmənlər deyir ki, iğtişaşlar zamanı 200 şagird öldürülüb, inanmayın, vur- tut 22 şagird öldürülüb..
Elm nazirliyindən deyiblər ki,tələbələr son günlər antirejim şüarları səsləndirdikləri üçün haqlı olaraq polis və məhkəmə orqanlarına çağrılıb, barələrində lazımi tədbir görülür.
Plan və büdcə təşkilatında müdir işləmiş biri deyir ki, 35 ildən çoxdur zahirən özəlləşdirmə siyasəti aparılır, lakin indiyə kimi dövlət heç bir istehsal şirkətini sonacan özəlləşdirməyə imkan verməyib.Halbu ki dövlət büdcəsinin çox hissəsi onlara ayrılır və faydası da hiss olunmur.Dövlətin çiynində ağır yük olaraq qalır.
Tələbələrlə bağlı xəbərləri guya tələbə xəbər agentliyi olan İSNA yox fəhlə agentliyi olan İINA və başqa saytlar verir.















