Ethnoglobus » АНАЛИТИКА » İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır

İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır

İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır
АНАЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
16:03, 29 aprel 2025
2 833
0

Foto: AA

Təqdim etdi: Səməd Bayramzadə

27.04.2025

ABŞ və İran arasında danışıqların üçüncü raundu dünən, şənbə, aprelin 26-da Omanın xarici işlər nazirinin vasitəçiliyi ilə Maskatda keçirilib. Danışıqların bu raunduna İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkaf sədrlik edib.

Rəsmi mənbələrə görə, danışıqların bu raundunda siyasi görüşlərlə yanaşı, texniki və ekspert müzakirələri də aparılıb. Danışıqlarda İran Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançi və Xarici İşlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi başda olmaqla iranlı ekspert qrupu iştirak edib. Amerikalı ekspertlər qrupuna Maykl Anton başçılıq etmişdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai, əvvəlki raundlarda olduğu kimi, danışıqların Oman tərəfindən idarə olunduğunu və ayrı-ayrı otaqlarda keçirildiyini açıqlayıb. O bildirb ki, İranın ekspertlər qrupuna sanksiyalar, iqtisadi-bank məsələləri, nüvə proqramı və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə bağlı məsələlər üzrə mütəxəssislər daxildir.

Bəqai həmçinin vurğulayıb ki, İran sanksiyaların dayandırılması zərurətinə sadiqdir və nüvə proqramının dinc xarakter daşıması ilə bağlı inam yaratmağa hazırdır.

Danışıqların bu raundu başa çatdıqdan sonra Omanın xarici işlər naziri qısa bir bəyanatda bildirib ki, bu raundda aparılan danışıqlar Birləşmiş Ştatlar və İranın qarşılıqlı hörmət və uzunmüddətli öhdəliklərə əsaslanan razılaşma əldə etmək istəyini əks etdirir və danışıqlarda əsas prinsiplər, məqsədlər və texniki narahatlıqlar nəzərə alınıb.

Danışıqların üçüncü raundu başa çatdıqdan sonra İranın Xarici İşlər naziri Abbas Əraqçi danışıqlar mühitinin ciddi və işlək olduğunu, prosesdən və sürətdən razı qaldığını açıqlayıb. O, əlavə edib ki, danışıqların nəticəsi ilə bağlı ümidlidir, lakin ehtiyatla davam edir.

Əraqçi daha sonra bildirib: Qarşı tərəfin iradəsi görünür, lakin bu, bütün fikir ayrılıqlarının həll edildiyi anlamına gəlmir. Onun sözlərinə görə, danışıqlar ümumilikdən konkret məsələlərə keçib və danışıqlar yalnız nüvə məsələlərinə və sanksiyaların ləğvinə yönəlib. Əraqçi danışıqların növbəti raundunun gələn şənbə günü keçirilməsinin mümkünlüyünü də açıqlayıb.

 

Mənbə: https://trt.global/farsi/article/1e679f09247a 

 

 

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
Firudin İbrahimi və azərbaycançılıq
Firudin İbrahimi və azərbaycançılıq
23.06.23, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Rəhbər Xameneyinin başına nə gəldi?
Rəhbər Xameneyinin başına nə gəldi?
07.04.26, В МИРЕ
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN
11.07.23, ЭТНОПОЛИТИКА
Salamankadan salamlar “Azərbaycan” paneli. (2-ci yazı).
Salamankadan salamlar “Azərbaycan” paneli. (2-ci yazı).
05.09.22, КОНФЕРЕНЦИИ
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
23.06.26, ЭТНОПОЛИТИКА