Ethnoglobus » КОНФЕРЕНЦИИ » Salamankadan salamlar “Azərbaycan” paneli. (2-ci yazı).

Salamankadan salamlar “Azərbaycan” paneli. (2-ci yazı).

image
Solmaz Rüstəmova-Toqidi, Professor


Amerikalı iranşünas,  professor Janet Afari 1905-1911-ci illər İran Məşrutə inqilabı haqqında fundamental əsərin müəllifi olmaqla, hələ bu tədqiqatında İran inqilabına böyük diqqət yetirmiş “Molla Nəsrəddin” jurnalına ayrıca fəsil həsr etmiş, sonralar bu fəsil müstəqil əsərə çevrilmişdi.  Hazırda  kitab şəklində nəşr olunur. “Molla Nəsrəddin” jurnalına, təbii ki, daha çox İranla bağlı yazılara, bu ciddi maraq Janet xanımı  beynəlxalq konfranslarda dəfələrlə həmin mövzuda çıxışlara sövq etmişdi. Hələ 2000-ci ildə ABŞ iranşünaslarının öz təşkilatı - MESA-nın Florida ştatında  keçirilən növbəti konqresində isə Janet Afəri “Molla Nəsrəddin” haqqında ayrıca panel təşkil etmiş, Tadeuş Svyatoçovski başda olmaqla Amerika azərbaycanşünaslarının iştirak etdiyi bu panelə Bakıdan da alimlər dəvət olunmuşdu.  1997-ci ildən  Bakıdan tanıdığım Janet xanımın dəvəti ilə mən də bu konfransda “Molla Nəsrəddin”in Sovet dövrü haqqında məruzə ilə çıxış eləmişdim. Beləliklə, Janet xanımı bizim bu məşhur jurnalımızın xarici elmi dairələrdə əsl təbliğatçı hesab etmək olar. İranşünasların XIII beynəlxalq konqresində də təşkilatçısı olduğu paneldə həm  özü, həm də İrandan olan tədqiqatçı Zəhra Kazemi  məruzələrini “Molla Nəsrəddin” jurnalına həsr etmişlər.


    Salamankada başlayan beynəlxalq elmi məclisin elə ilk gününə təyin edilmiş və  “XIX-XX əsrlərdə Rusiya və Transqafqaz arasında  ədəbi və mədəni mübadilə” adlandırılmış panelə  onlayn vasitəsilə qoşulan Janet xanım  qonaqlarını  salamladıqdan və təqdim etdikdən sonra ilk sözü Nigar Gözəlovaya verir. “Bəhmən Mirzənin böyük kitabxanası Azərbaycan Əlyazmaları institutuna necə düşmüşdür" adlı  məruzəsində  Nigar xanım Qacarlar sülaləsini Çar Rusiyası, Cənubi Qafqaz və Azərbaycanla bağlayan şahzadə Bəhram Mirzə (Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu) və onun böyük ailəsi, eləcə də bu tarixi şəxsiyyətin Azərbaycan dilindəki əlyazmalarına haqqında danışır. Bəzi mübagisəli görünən məsələlərə aydınlıq gətirir. Məruzə slayd formatında görüntülərlə müşayiət olunur. Bu təqdimatın ən mühüm nöqtəsi, zənnimcə,  Bəhmən Mirzənin Qarabağdakı həyatı və Şuşadakı evinin işğaldan əvvəlki və sonrakı şəkillərinin müqayisəli nümayişidir.
   Paneldə iştirakçılardan əlavə 20-30 nəfər arasında dinləyici var. Bu,  yaxşı göstəricidir. Çünki eyni binada həmin vaxtda 11 panel işləyir və dinləyicilər əvvəldən seçdikləri məruzələrə qulaq asmaq üçün otaqları gəzməli olurlar. Janet xanım suallar hissəsini sona saxladığından Nigara və digər məruzəçilərə suallar verilmir.


  Daha sonra amerikalı gənc tədqiqatçı Kelsey Rise “Mirzə Ələkbər Sabir- həyatı və axirəti:....” mövzusunda olduqca maraqlı məruzə edir. Bizim üçün yeni bir söz deməsə də bəzi yanaşmaları fərqlidir. Burada qeyd edim ki, panelin başlığına çıxarılmasa da bütün məruzələrdə İran mövzusu əsas xətdir və Sabir haqqında böyük məhəbbətlə danışan Kelsi də diqqəti onun İranla bağlı satirik şerlərinin təhlilinə həsr edir. 2 dəfə Azərbaycan olmuş, bizim dildə bir az danışan bu gənc xanım olduqca səmimi, gülərüz, mehriban, ünsiyyətə tam açıq bir insandır. Məruzəsini Sabirin Azərnəşr tərəfindən 1922-ci ildə Bakıda nəşr olunmuş “Hop-hopnamə”si üzərində qurub. Bu kitabı ilk dəfə bizim Milli kitabxanada, daha sonra Prinston Universitetinin kitabxanasında görüb. Sabirin məhz Sovet dövrü daha geniş tanındığı və təbliğ olunduğu fikrindədir. Arada bir “proletar şairi” kəlməsini də işlədir. Məruzəsini Sabirlə bitirmir, 1941-ci ildə Sovet qoşunları ilə birgə İran Azərbaycanına daxil olmuş Sovet Azərbaycanı ziyalıları qrupunun yerli azərbaycanlı ziyalılar ilə əməkdaşlığından, xüsusilə Süleyman Rüstəmin bu sahədə fəaliyyətindən,  yeni “kəşf edilmiş”  Mirzə Əli Möcüzün satiralarına Sabirin təsirindən və s. bəhs edir.    
   Kelsidən sonra Janet xanım Afəri “Molla Nəsrəddin” və Transqafqazda iranlı diaspora icması” mövzusunda məruzəsini təqdim edir. Jurnal, onun naşirləri və əsas istiqamətləri haqqında ümumi məlumat verdikdən sonra Bakının neft mədənlərində işləyən, ən aşağı, ən hüquqsuz zümrə sayılan, istər İran məmurları, istər yerli sahibkarlar tərəfindən  hər addımda haqqı tapdalanan iranlı fəhlələrin acınacaqlı vəziyyətinin  “MN” jurnalı səhifələrində mütəmadi  və olduqca dəqiq əks olunduğunu vurğulayır. Məruzəçi jurnalın bu mövzuya, eləcə də ümumən İrana, Məşrutə inqilabına  böyük marağını onun naşirinin və ümumən o dövr Qafqazın yerli ziyalı-müsəlman mühitinin İrana bağlılığı ilə izah edir.
   Janet xanımdan sonra daha iki məruzəçi xanım onlayn vasitəsilə İrandan panelə qoşulurlar. Zəhra xanım Kazemi  “Molla Nəsrəddin” satirası və İran Məclisi” mövzusunda məruzə edir.  Əslində irəli sürülən fikirlərə görə çox ciddi tədqiqat sayıla biləcək bu məruzə, “MN” jurnalının İran Məclisi və xüsusilə onun İran Azərbaycanından olan üzvlərinə, eləcə də Təbriz Əncüməninə (Məşrutə inqilabın gedişində yaradılmış yerli özünüidarə qurumu) kəskin tənqidi münasibəti üzərində qurulub. “MN”-nin İranda qanun və konstitusiya anlayışlarının düzgün formalaşmadığı, “İran Konstitusiyası” planının dini anlayışlar və İran-islam mədəniyyəti ilə eyniləşdirildiyi, eləcə də ruhanilərin Parlamentdə aparıcı rolu və Təbriz Əncüməninin  fəaliyyətinin tənqid obyekti olması  kimi  fikirlər jurnalın gətirilən hər hansı iqtibas və nümunələrlə əsaslandırılmır. Məruzəçi son nəticədə “MN”-nin bütün bu arqumentlərini satirik şəkildə ifadə etməklə iranlıların Məclisi və Təbriz Əncümənini özlərinin “ümid evi” hesab etməkdə yanıldıqları kimi mövqeyini xüsusi  vurğulayır.  Bu ciddi təhlilin  doğurduğu sualları özüm üçün dəqiqləşdirirəm.
   Nəhayət sonuncu məruzə - İranlı tədqiqatçı Elham xanım Məlekzadənin “İran Tudə Partiyası və İranın Sovet İttifaqı ilə mədəni əlaqələri” mövzusunda çıxışının ümumiyyətlə informatik xarakter daşımaqla özündə bir sıra ziddiyyətli məqamları ehtiva etdirdiyi göz qabağındadır. Bir tərəfdən 1940-50-ci illərdə İranın yüksək hakim dairələrinin SSRİ ilə mədəni əlaqələr qurmaq üçün yaratdığı rəsmi qurumlar, onların İranın görkəmli elm, ədəbiyyat, incəsənət xadimlərindən ibarət üzvləri, Sovet səfirliyi və mədəniyyət naziri səviyyəsində yüksək dövlət məmurları ilə əməkdaşlığı haqqında məlumatlar verilir, digər tərəfdən yenicə yaradılmış İran Tüdə (Xalq) Partiyasının sanki bütün bu əlaqələrə yüksək təsir etmək imkanlarından  bəhs edilir. Məruzə çox ümumi mühakimələr üzərində qurulub.
   Məruzələr bitib, Janet xanım vaxtın azlığından diskussiyalar olmayacağını bildirərək panelə yekun rəy bildirmək üçün sözü mənə verir. Bu  panelin təşkilinə və bizləri dəvət etdiyinə görə Janet xanıma təşəkkür etdikdən sonra əvvəlcə məruzəçilərə nəzərdə tutduğum suallarımı verirəm. Qeyd edım ki, Janet xanımın təşəbbüsü ilə iştirakçılar öz məruzələrinin 3-5 səhifəlik xülasələrini tanış olmaq üçün əvvəlcədən mənə göndərmişdilər. Bu iş konfransın açılışına cəmi 1-2 gün qalmış görülsə də,  hər halda yol qabağı onlarla tanış ola bilmiş, ümumi təsəvvürüm yaranmışdı. Amma indi eşitdiklərim suallarımı xeyli artırıb. Təəssüf ki, bu haqda daha geniş yazmaq imkanım yoxdur. Amma ilk sualımı elə sonuncu məruzəçiyə verdikdə ilk xoşagəlməz məqam açıqlanır: SSRİ-nin əslində çox böyük ölkə - 15 respublikadan ibarət olduğu, və İranın da öz tarixi-mədəni ənənələri nəzərə alınarsa bu ölkənin konkret olaraq hansı Sovet respublikası ilə, hansı məsələlər üzrə, hansı tədbirlər keçirdiyinə dair konkret nümunələr göstərmək xahişimə Elham xanım heç bir cavab verə bilmir. Sovet Azərbaycanının, Orta Asiya sovet respublikalarının bu əlaqələr sistemində olub-olmadığı sualı da cavabsız qalır. Tudə partiyasının bu əlaqələrin yaranmasında və inkişafında təsirinə dair sonrakı suallarım və məruzəçinin müddəalarını təkzib edən arqumentlərim üzərində dayanmağa isə artıq ehtiyac görmürəm. İranlı xanım pərt olub, məruzənin ayrı-ayrı faktlar yığını olduğu, mövzunun tədqiq edilmədiyi kimi “təəssüfümün” arxasında duran qiyməti anladığı məlumdur.    
   Amma daha ciddi mükalimə hələ qabaqda - Zəhra Kazemi ilə imiş. Zəhra xanımın məruzəsində bir neçə məqamlara, o cümlədən “MN” jurnalının İran məclisi və Təbriz Əncüməni haqqında əsas  fikirlərinə diqqət çəkirəm. Daha sonra “Molla Nəsrəddin” deyərkən hər halda ümumən bir məcəllədən söhbət getdiyi nəzərə çatdırmaqla, Zəhra xanımdan xahiş edirəm  ki, bu səviyyədə ciddi tənqidi fikirlər söyləmiş konkret müəlliflərin 1-2-nin adlarını çəksin. Elham xanımdan fərqli olaraq, Zəhra xanım guya nəsə desin, amma mən  sualımı təkrar açıqladıqdan sonra   nəhayət etiraf edir ki,  cavab verməyə çətinlik çəkir. Bununla belə  dayanmır, sualımı hər halda "cavablandırmağa" çalışır. Əvvəlcə bu müəlliflərin yəqin ki, "iranlı" olduqlarını, mənim israrla “ad” istəyimdən sonra isə, mümkündür ki, “iranlı” olmadıqlarını bildirir, daha sonra “Əzim Əzimzadə, Sabir” adlarını çəkir. Bu “adların” kimliyini ona anladandan sonra da nələrsə deyir. Ona “kömək” etmək istəyirəm və “iranlı” olmayan, lakin həmin dövr İran Məclisinə dair ən ciddi təhlil-tənqidi məqalələrin konkret bir müəllifini – “İrane-nou” qəzetinin təsisçisi Məhəmməd Əmin Rəsulzadəni tanıyıb-tanımadığını soruşuram. Deyir ki, tanıyır, amma indi “MN”-dən danışdığı üçün dərinə  getmək istəmir. Mən də əgər bu mövzu üzərində təhqiqatını davam etdirərsə “MN” jurnalı və “İrane-nou” qəzetinin Cənubi Qafqazdan olan azərbaycanlı müəlliflərinin İran Məclisinə dair fikirləri arasında bir paralel aparmağı təklif edirəm.  Susur. Bu xanımın nəinki İran məclisinin aynası olmuş "İrane nou"qəzeti, deyəsən heç "MN" jurnalını belə oxumadığı aydın olsa da onun inadı qarşısında hər halda öz əsas sualımı vermək istəyirəm. “Molla Nəsrəddin”in İran məclisi, Təbriz Əncüməni, İran azərbaycanlılarının İran məclisindəki rolu, və ümumən İran və Məşrutə inqilabı mövzusuna bu qədər dərin marağının, eləcə də  Parlamentarizm və İran Məclisi haqda bu qədər sərt, tənqidi fikirlərinin  haradan qaynaqlandığını soruşuram. Və burada Zəhra xanımın dili açılır, necə açılır. Ən qısa şəkildə: çünki İran onların, yəni molla nəsrəddinçilərin və cənubi qafqazdakı əhalinin vətənidir, bu ölkə onlara doğmadır, Mirzə Cəlil naxçıvanlı idi, atası İrandan gəlmişdi və Naxçıvan da İranın bir parçası idi və s., və s. Təşıkkür edərək, “aydındır” deyib bu xanımın sözünü kəsmək, deyilənlər haqda öz fikirlərimi bildirmək istəyirəm, ilk dəqiqələrdə alınmır.


Narahatlığı üzündən görünən Janet xanım söhbətə qarışmalı olur, iranlı həmkarını susdurur və mənə "davam etməyi" buyurur. Bu “Zəhra xanım” məsələsinə daha qayıtmayaraq ümumən eşitdiyim bütün məruzələrdə yanlış bildiyim (çıxışımı daha rahat olsun deyə farsca edirəm,  iranşünasların konqresi ingilis dilli olsa da fars dili də  qəbulediləndir) bir məqama diqqət çəkirəm. Bu zaman  “iştibah” – “səhv” kəlməsini işlədirəm, və hiss edirəm ki, dinləyicilər son dərəcə diqqət kəsiliblər. 
      Əvvəlki məruzələrdə də (iranlı xanımlardan başqa Janet Afərinin özünü   və qismən Kelsi Risi də nəzərdə tuturam) “Molla Nəsrəddin” jurnalının İran azərbaycanlılarının irsinin bir hissəsi olduğu müddəasından tutmuş, Sabirin İrana həssas münasibətinə dair fikirlərin kökündə  hər iki Azərbaycanın İranla müştərək tarixi olduğu faktı danılmadan, hər halda sözü gedən dövrdə - XIX-XX əsrin əvvəllərində artıq Qafqaz Azərbaycanının və bu məkanda yaşayan azərbaycanlıları öz cənublu soydaşlarından fərqləndirməyin zəruriliyini vurğulayıram. 100 ilə yaxın bir dövrdə Rusiya imperiyasının bir tərkib hissəsi olmaqla bu ölkədən və onun vasitəsi ilə Qərbdən gələn qabaqcıl, demokratik, inqilabi fikirlərə daha açıq olan Qafqaz azərbaycanlı ziyalısı artıq yeni tip düşüncə daşıyıcısıdır. “Molla Nəsrəddin” də heç bir halda “İran hadisəsi” deyildir. Məruzələrin mövzusu İranla bağlı olsa da, bu jurnalın yalnız İran deyil, Rusiya inqilabı və Osmanlıda  “gənc türklər” hərəkatına da eyni dərəcədə diqqət göstərdiyi, ümumən bütün Şərq dünyasına və müsəlmanların ictimai, siyasi, mədəni durumuna, İslam dinindən başlamış, Azərbaycan dili məsələsinə qədər çox geniş mövzular  qaldırdığı və insanları düşünməyə vadar etdiyi üçün “Molla Nəsrəddin” bu qədər şöhrət qazanmış və geniş arealda tanınmışdır. Bu jurnalı elmi gündəmə gətirdiyi üçün və ümumən onunla bağlı bütün tədqiqatlarına görə Janet xanım Afəriyə bir daha, həm də Azərbaycan alimi kimi təşəkkürümü bildirirəm. Bu sözləri  geriyə boylanaraq , ekranda Janet xanıma birbaşa müraciətlə deyirəm. Janet xanım sakit, zənnimcə bir qədər gərgin  təbəssümlə cavab verir. Mənim çıxışım boyu Janet xanımın reaksiyasını müşahidə edən Nigarın qənaətinə görə bu gərginliyə səbəb  mənim sərt rəyimdən  deyil, dəvət etdiyi iranlı xanımların bu qədər hazırlıqzıs olduqlarından qaynaqlanır.   


    Daha sonra Kelsinin Sabirlə bağlı bəzi fikirlərinə də münasibət bildirirəm, onun hələ öz vaxtında "MN"- dəki satiraları ilə kifayət qədər tanındığı,"Hophopnamə" hələ Sovetlərə qədər Abbas Səhhət tərəfindən nəşr edildiyi, Sabir satirasının hədəflərinin çox geniş olduğu, və nəhayət, Sovet  Azərbaycanında həqiqətən ona çox yüksək qiymət  verilməsində, ilk abidənin məhz Sabirə qoyulmasında  müəyyən qədər ideoloji baxımdan faydalanmaq  məqamının da varlığı nəzərə alınmaqla Sabirin bununla belə hətta Sovet dövrü də heç də "proletar" deyil, məhz "milli" şair kimi geniş tədqiq edildiyini vurğulayıram. Kelsi başının hərəkəti və gülər üzü  ilə mənimlə tam razılaşdığını bildirir. 
  Çıxışımı Nigarın  məruzəsinə münasibətlə bitirirəm. Belə ki, Qacarlar nəslinin öz taleyini Rusiya İmperiyası və Qafqaz Azərbaycanı ilə bağlamış bir qolu - Bəhmən Mirzənin və onun məşhur hərbçi övladlarının timsalını   həm də İran və Qafqaz Azərbaycanı məsələsində yuxarıdakı müddəalarıma konkret nümunə kimi gətirirəm.  Bəhmən Mirzə Qacarın oğul və nəvələrindən 18 nəfərin  Rusiya ordusunda xidmət etməklə ən yüksək  rütbələrə  yüksəlməsi, daha sonra Azərbaycan Cümhuriyyəti ordusunun təşəkkülündə iştirakı  artıq İrandan qoparaq  yeni bir statusda azərbaycanlı obrazının yaranmasının göstəricisidir. Digər misallar da çəkməklə  artıq bizim Azərbaycanın mövcudluğu ilə barışmaq vaxtının çoxdan yetişdiyini elmi şəkildə əsaslandırıram. 


     Sonra  Bəhmən Mirzənin Rusiya təbəəliyinə keçərkən vaxtilə öz yeni iqamətgahı üçün Qarabağı seçdiyini, burada  özünə yurd saldığını vurğulamaqla dinləyicilərdən bayaq Nigar Gözəlovanın  təqdimatında bu tarixi şəxsiyyətin Şuşadakı evinin erməni işğalından qabaqkı  və erməni vandalları tərəfindən tamamilə dağıdılmış şəkillərini bir daha göz önünə  gətirməyi xahiş edirəm. “İndi Şuşa azaddır. Azərbaycan ordusu Qarabağın bu tarixi paytaxtını düşməndən təmizlədi və Azərbaycan dövləti bütün digər tarixi abidələr kimi Bəhmən Mirzənin də Şuşadakı evini bərpa və abad edəcəkdir” – qənaətimi bildirirəm və hamını Şuşaya dəvət edirəm. 
     Janet xanım panelə yekun vurur, mənə məruzələrə bu qədər ciddi və dərindən yanaşdığım üçün xüsusi təşəkkür edir və paneldəki iştirakçılara   Azərbaycandan gəlmiş qonaqlar - mənimlə Nigarın elmi fəaliyyəti haqqında  yenidən, daha ətraflı məlumat verir. Bu təkrar təqdimatı bir daha panelin həqiqətən “Azərbaycan” adı ilə keçdiyinin təsdiqi kimi qiymətləndirirəm.  


   Lakin azərbaycanlı qonaqların çıxışlarının oyatdığı ən maraqlı məqam hələ qabaqdaymış.  Belə ki, yüksək və nikbin notda yekun nitqləri bitər-bitməz dinləyicilərin arasından bir qadın az qala gözü yaşlı mənə yaxınlaşaraq “İcazə verin sizi bağrıma basım, Şuşadan, Qarabağdan danışarkən elə bil bacımı, doğmamı dinləyirdim” deyir və qucaqlayır. Məlum olur ki, 83 yaşlı Fatimə xanım Sövdavar Fərmanfərmaiyan  Bəhmən Mirzə Qacarın nəslindəndir,  anası tərəfdən isə Cavanşirlərdəndir. Öz soy-kökünü yaxşı bilən bu xanım 2 dəfə Azərbaycana gəlib, öz qohumlarını tapıb, Şəkiyə gedib, təbii ki, Qarabağa, Şuşaya qalxa bilməyib. Bəhmən Mirzənin məzarının Bərdədə olduğundan  xəbəri var, amma oranı da ziyarət edə bilməyib. Son illər isə Bakı ilə əlaqəsi sanki kəsilib, qohumu Çingiz Qacarın sağ olub-olmadığını soruşur və vəfatı xəbərindən kədərlənir. Amma indi, bu paneldən çox böyük impuls aldığını və əgər səhhəti imkan verərsə mütləq Azərbaycana gəlmək və Şuşaya  getmək arzusunu bildirir.
   Beləliklə, İran və “Molla Nəsrəddin”lə başlanan panel Azərbaycan və Şuşa ruhiyyəsi ilə başa çatır...
Amma konqres öz işini davam etdirir.
   İzləyin...
ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.
САМОЕ ЧИТАЕМОЕ
  1. ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ
  2. ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.
  3. Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему
  4. İki ənənənin dialektikası: Novruz və Ramazan
  5. От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном
  6. İRAN İKİ CƏBHƏDƏ VURUŞUR
  7. TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.
  8. Скрытая архитектура Торы: взгляд через схему (Часть I)
  9. Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы
  10. Переписка и рукописи раввинов
  11. ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი
  12. Илия II как объединитель грузинского общества
  13. Нисону — Песах
  14. İranın Qafqazda nüfuz davası
  15. Седакъет Керимова : СА ХАХАДИЗ
  16. Скрытая архитектура Торы: взгляд через схему (Часть II)
  17. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması
  18. Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие
  19. Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya
  20. Fələstin Torpaq Gününün 50 illiyi
  21. Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı
  22. Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü
  23. Rəhbər Xameneyinin başına nə gəldi?
  24. Risky Partnership
  25. Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )
  26. «Красная среда»: Праздник творения и начало жизни в езидской вере
  27. Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш
  28. YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы
ОПРОС

Где будете встречать Новый год?


 
«    Aprel 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
ГАЛЕРЕЯ