Ethnoglobus » ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ » Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır

Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır

Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır
ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
Ethnoglobus.Az
Фото: Ethnoglobus
14:07, 16 aprel 2025
2 969
0

Gülnara İnanc , kvant psixoloqu. ekspert, ethnoglobus.az Beynəlxalq onlayn araşdırma mərkəzinin qurucusu, etnopsixoloq 

Savaş və digər ektremal şəraitlərdə zaman sürətlə hərəkət edir (sıxılır) və belə şəraitdən sonra gündəlik ləng həyata qayıtmaq asan deyil. Cəmiyyətimizdə müharibədən sonrakı psixoloji durumu şərti olaraq bir neçə kateqoriyaya bölmək olar: döyüşlərdə iştirak edib geri qarıdanlar və onların ailələri, şəhidlərin , əsir və itkin düşmüş  hərbçilərin ailələri, əsirlikdən qayıdanlar.

Müharibə dövrünün baş qəhrəmanı olan hərbçi ilk dövrlər cəmiyyətin də qələbə eyforiyasında olması səbəbindən özünü rahat hiss edir.  Savaşda hərbçinin ünsiyyət dairəsi məhduddur: onun dütün diqqəti irəli getmək, düşməni öldürməkdir. Döyüşün eyforiyası hərbçinin özünü qorumaq instinktini ikinci plana keçirir. 

Qələbəmiz isə hərbçilərimizi mərkəzə gətirdi, onlar qəhrəmandır, sevilir, onlar  ideal obrazdır. Bir müddət sonra isə hərbçi formasını dəyişib dinc həyata qayıdan  dünənki qəhrəman gündəlik qayğılar, ailəiçi münaqişlər, cəmiyyətlə münaqişləri başlayır. Məsələn, yolda biri sizin avtomobilinizi vurub əzibsə və siz ondan xərclərin ödənməsini tələb edirsizsə, keçmiş hərbçi “sən isti yatağında yatanda mən ölümlə üz –üzə idim” deyəcəksə, bu zaman münaqişə yaranacaq, çünki savaş bitib və mənə küllü miqdarda ziyan dəyib. Keçmiş hərbçi isə hələ də keçmişlə yaşayır, hamının onun səhv hərəkətlərinə göz yummasını tələb edir, belə olmadığı halda isə insanın özü ilə və cəmiyyətlə münaqişələri başlayır. Hərbçilər döyüş şərtlərini gündəlik həyatına gətirir. Döyüşdəki qəhrəman ideal insan deyil, onun tərbiyəsində və psixoloji durumunda müxtəlif qüsurlar var. Dinc həyatda isə onun sözünün qabağına söz deyəndə münaqişələr başlayacaq. 

Adlı –sanlı idmançıların qazandığı uğurlardan sonra   kriminal işlərə bulaşması ilə başlı ölkəmizdə də yetərincə faktlar var.  Xatirimdədir ki, adını unutduğum birinci Qarabağ savaşının döyüşçüsü (özünün dediyinə görə milli  qəhrəman idi) 90-cı illərin sonunda silah alverinə görə həbs olunmuşdu.

Bu kimi halların baş verməməsi üçün keçmiş hərbçi yeni reallıqları qəbul etməlidir və biz onlara bu işdə yardım etməliyik. Adaptasiya prosesi asta gedir və ailə üzvləri və cəmiyyət bu mənada dözümlü davranmalıdır.

İkinci qəbil insanlar isə qazilər və şəhid ailələridir. Gənc oğlan sağlamlığını itiribsə, o, bundan sonra bu reallıqla yaşamalı olacaq və onu  və ailəsini buna psixoloji hazırlamaq vacibdir. Şəhid ailələri də eynilə doğmalarını itirdiklərini qəbul etməli və bundan sonra onların həyatında yeni bir dvr başladığını qəbul etməlidirlər. Bu, çox acı bir reallıqdır.

Əgər ordudan sağ-salamat qayıtmış hərbçini asta-asta göylərdən yerə endirmək-reallığa qaytarmaq lazımdlrsa, şəhid  ailələri və qaziləri ucaltmaq , onları yeni həyat üçün motivasiya etmək lazımdır.  Bu, çox ehtiyatla , mərhələli və fərdi aparılmalıdır. Heç bir halda insanın özünə acımasına, yaxud kənardan onlara acımağa imkan vermək olmaz. 

Ağlamaq terapiyadır, amma 3 gündən artıq  olanda depressiya yaradır. İndi televiziya verilişlərinə dəvət olunanlar arasında şəhidlrin yaxınlarının təqdimatında kədər, ağrı və acı önə çəkilir. Sözügedən kateqoriya insanlarla   həm psixoloji yardım, həm də ictimaiyyətə təqdimat zamanı empatiya qurulmalı, amma onlar dərdli insanlar kimi təqdim olunmamalıdır. Bütün hallarda güclü sevgi nümayişi olmalıdır: onlara göstərmək lazımdır ki, qazilər, keçmiş hərbçilər, şəhid ailələri  nə kimdənsə aşağı, nə də üstdədir-onlar bizim ürəyimizdədir. İctimai şüura da bu, təlqin olunmalıdır. Bu qrupa aid olan birinin problemi yaranıbsa, şikayət etmək yox, aidiyyatlı qurumlara müraciət olunmalı, nəticə alanadan əl çəkməməli, böhran ictimailəşdirilməlidir.

 

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə inşa etdiyi xatirə kompleksinin açılış mərasimini keçirib (FOTOLAR - VIDEO)
Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə inşa etdiyi xatirə kompleksinin açılış mərasimini keçirib (FOTOLAR - VIDEO)
08.05.22, ИСТОРИЯ И ОБЩЕСТВО
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Azərbaycanın ilk KVANT PSİXOLOQU Gülnara İnanc Lent.az-a danışdı: Zəngin olmaq üçün 3D-dən çıxmaq lazımdır
Azərbaycanın ilk KVANT PSİXOLOQU Gülnara İnanc Lent.az-a danışdı: Zəngin olmaq üçün 3D-dən çıxmaq lazımdır
15.02.22, ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
“TÜRK DÜNYASI- 2040 VİZİONU”.      Məqsədlər, gözləntilər, reallıqlar...
“TÜRK DÜNYASI- 2040 VİZİONU”. Məqsədlər, gözləntilər, reallıqlar...
28.10.22, ЭТНОПОЛИТИКА
Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir
Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir
05.08.24, КОНФЕРЕНЦИИ / ЭТНОПОЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА