GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK
- 3-04-2025, 12:08
- ЭТНОПОЛИТИКА
- 0
- 264

Vidadi Mustafayev
foto: wikimedia.org
İranın “khbaronline.ir” saytında 2019-cu ildə mötəbər PLOS Genetics jurnalında dərc edilmiş məqalənin qısa icmalı yerləşdirilmişdir. Məqalədə iranlı araşdırıcı Zəhra Mehrcunun rəhbərliyi , iranlı və alman tədqiqatçıların iştirakı ilə aparılmış araşdırmanın nəticiləri öz əksini tapmışdır.
Məqalənin məzmunu və əsas nəticələri haqqında məlumat verən panfarsist müəllif İlahə Cəfərzadə bir sira millətçi və irqçi fikirləri də qeyd edir.Biz həmin fikirlərin məqalədə qeyd edildiyi və ya icmalçı xanım tərəfindən irəli sürüldüyü haqqında məqalə ilə tanış olmadığımızdan bir söz deyə bilmərik. Lakin araşdırıcıların elm sahəsində məşğul olduqlarını, elmin xüsusiyyətlərini(obyektivlik, bitərflik və s.) bildiklərini nəzərə alaraq ehtimal edirik ki, məqalənin oxunuşundan alınan sırf ideoloji,qeyri-elmi nəticələr, qəribə də olsa öz savadsızlığını, irqçilik və millətçiliyini nümayiş etdirən xanıma məxsus ola bilər.
İcmalda deyilir ki, araşdırmaçıların fikrincə, iranlıların genetik strurukturu ə n a z ı son 5000 və bəlkə də 10 000 il ərzində ciddi dəyişikliyə uğramayıb.İcmalçı bu nəticəni əsas götürərək ona irqçilik və şovinist şərh əlavə edərək yazır ki, ərəblərin və türklərin hücumları , istilaları və İrana miqrasiyalarının həmin struktura elə bir təsiri olmayıb.
Biz icmalın icmalını davam etdirməkdən vaz keçərək, yuxarıda qeyd edilən fikrin üzərində dayanmağı vacib hesab edirik.
Elmi məqalədə, qeyd edildiyi kimi, vurğulanır ki,indiki iranlıların genetikası ƏN AZI 5000 ildir ki, əsaslı dəyişikliyə uğramayıb. İcmalçı bunun əsasında ərəblər və türklərin həmin genetik bazaya təsir edə bilmədiklərini bir neçə dəfə təkrar edir.
İndi baxaq görək bu elmi nəticə yalnız ərəblər və türklərə şamil edilə bilər, yoxsa həm də özlərini ari\ariya adlandıran farslara? Bu suala cavab vermək üçün sadə bir tarixi faktı, iranşünaslqda təsbit edilən məlumatı yada salmaq kifayət edir.İranşünaslıqda qeyd edilir ki, farslar indiki İran ərazisinə ən tezi b.e.1000 il əvvəl gəliblər.Belə olduğu halda, onların burada mövcudluq müddəti cəmi 3000 il təşkil edir.
Elmi məqalədə isə İran əhalisinin genetik strukturunun ə n a z ı 5000 il ərzində ciddi dəyişikliyə uğramadığı nəticəsi qeyd edilir.Buradan nə nəticə çıxır? Çox sadə nəticə. Yəni ariyalı farsların gəlişi yerli əhalinin genetikasının dəyişməsinə elə bir təsir göstərməyib və genetik əsaslar dəyişmədən öz varlığını davam etdirib.Bu halda farslar ilə ərəblərin və türklərin İrana gəlişi arasında genetik baxımdan nə fərq vardır? Nə onlar, nə də bunlar əhalinin genetik əsaslarını dəyişməmişdir. Bu sadə həqiqəti sadə məntiqlə dərk edə bilməyən icmalçı irqçilik və şovinist hisslərinə meydan verərək öz aləmində farsları yerli, ərəb və türkləri gəlmə adlandırmaq üçün guya daha bir əsasın, özü də genetik əsasın mövcud olduğunu göstərmək istəmişdir.
Onun bütün milləıtçi farslara xas olan irqçilik pərdəısi gözünü örtdüyündən iki məsələni də qəsdən unudur. Birincisi, prototürklərin bu ərazidə farslardan çox-çox əvvəl mövcud olduğunu
İkincisi, semit əhali qrupuna məxsus olan ərəblərin bu bölgənin əsas və yerli əhalisi olduğunu.
Bunları bilsə idi, farsların gəlmə olduğunu, türkər və ərəblərin yerli olduğunu, farsların yerli əhalinin genetik strukturuna heç bir təsir göstərmədiyini başa düşüb eyni ölkənin vətəndaşları olan ərəblər və türklərə qarşı heç bir əsası olmayan nifrət hissini heç olmasa, içində saxlayardı.
Amma nə etsin, kiçik yaşlarından şovinizm, irqçiliklə qidalandığından hər addımda onu göstərməməkdə çox çətinlik çəkir..
Adi irqçi və şovinistlər belədirsə, onda onların müəllimləri və tərbiyəçiləri haqqında nə demək olar? Bir söz- öz millətinin düşməni olan,onu uçuruma sürükləyən bədbəxt şovinist ziyalılar.
\28 mart 2025