Ethnoglobus » НАРОДЫ » Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)

Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)

image



Frazeologiya  termini iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir: phrasis “ifadə” və logos “sös”, “təlim”. Hərfi tərcüməsi “ifadə haqqında təlim” deməkdir. Bəzən frazeologiyanın leksikologiyanın bir bölməsi hesab edirlər, lakin son zamanlar dilçilikdə belə bir fikir möhkəmlənməkdədir ki, dildə dörd əsas səviyyə (qat, təbəqə, yarus) vardır. Əsas səviyyələr bunlardır: fonologiya, leksikologiya, morfologiya və sintaksis. Aralıq səviyyələrə morfonologiya, frazeologiya və söz yaradıcılığı daxildir. Frazeologiya dilin leksikologiya və sintaksis səviyyələri arasında aralıq mövqe tutan “aralıq” qatdır, səviyyədir. Frazeologiya dildə işlənən sabit söz birləşmələrini araşdırır. Frazeologizmlər söz birləşmələri və cümlə şəklində olur, lakin mənaca bir sözə – bir leksik vahidə bərabər olur. Bir sözə – bir leksik vahidə bərabər olması frazeologizmlərin leksikologiyada öyrənilməsini, söz birləşməsi, cümlə kimi təşəkkül tapması, təzahür etməsi isə onların sintaksisdə araşdırılmasını tələb edir. Dilçilikdə son zamanlar meydana çıxan, getdikcə daha çox tərəfdar tapan və möhkəmlənən fikir də frazeologizmlərin bu ikili təbiəti ilə əlaqədardır. İndi dünyanın qabaqcıl dilçilik məktəbləri frazeologiyaya leksikologiya və sintaksis arasında, aralıq mövqe tutan “aralıq” səviyyə kimi baxır (eləcə də morfonologiya fonologiya və monologiya, söz yaradıcılığı isə morfologiya və leksikologiya arasında “aralıq səviyyə”dir). Azərbaycan dilçiliyində isə frazeologiya leksikologiyanın bir hissəsi hesab edilir.

Dildə işlənən söz birləşmələri iki qrupa ayrılır: sərbəst söz birləşmələri və sabit söz birləşmələri. Sərbəst söz birləşmələri elə söz birləşmələrinə deyilir ki, onları təşkil edən sözlər öz leksik mənasında işlənir, qrammatik cəhətdən sərbəst olur (hallanır, təsriflənir, sözlər sıraca dəyişə bilir), söz birləşmələrinin komponentləri (tərəfləri) arasına istənilən qədər söz daxil ola bilər (oxuyan oğlan – dünən radioda “Sona bülbüllər” mahnısını oxuyan ağdamlı cavan oğlan), ən başlıcası isə, birləşmədəki sözlər məcazi mənada işlənmir və hamısı bir yerdə bir leksik məna ifadə etmir. Belə söz birləşmələri sintaksisdə tədqiq edilir, ismi və feili söz birləşmələri belə birləşmələrdəndir.

Sabit söz birləşmələri leksikallaşmış söz birləşmələridir. Birləşmə daxilində sözlərin öz leksik-semantik mənasını qismən itirib məcazi məna kəsb etməsi və bu əsasda birikib bir leksik məna kəsb etməsi, bir sözün ifadə etdiyi mənaya bərabər məna ifadə etməsi, bir leksik vahidə çevrilməsi leksikallaşma adlanır. Sabit söz birləşmələri idiomlaşma əsasında yaranır.

Sabit söz birləşmələrinin bir sıra özünəməxsus xüsusiyyətləri vardır.

1. Sabit söz birləşmələri mənaca bir sözə, bir leksik vahidə bərabərdir, bir sözə ekvivalentdir.

2. Sabit söz birləşmələrində sözlərdən biri və ya bütün sözlər ya tam, ya da qismən məcazlaşır.

3.   Sabit söz birləşmələri sözlər kimi bir məfhum ifadə edir.

4. Sabit söz birləşmələri sırf milli səciyyə daşıyır və başqa dilə tərcümə edilmir; tərcümədə həmin dildə ekvivalent (uyğun, bərabər) sabit söz birləşməsi ilə əvəz edilir.

5. Sözdən fərqli olaraq, sabit söz birləşmələri nominativ (adlandırma) vəzifəsi daşımır, təsviri vəzifə daşıyır.

6. Sabit söz birləşmələri hər halda söz birləşməsi və cümlələr olsa da, sintaktik baxımdan təhlil olunmur, bir sintaktik bütöv kimi götürülür, yəni sabit söz birləşməsinə daxil olan sözlərin hamısı birlikdə cümlənin bir üzvü kimi götürülür.

7. Sabit söz birləşmələrini təşkil edən sözlərdən biri və ya hamısı çoxmənalı olur.

8.   Sabit söz birləşməsinə daxil olan sözlər öz leksik mənalarını ya tam, ya da qismən itirir.

9. Sabit söz birləşmələri dəyişməz, donuq, daşlaşmış dil vahidləridir, onlar hazır şəkildə dilə daxil olur, onlarda sözləri qrammatik cəhətdən dəyişdirdikdə, yaxud bir sözü başqası ilə əvəz etdikdə əvvəlki söz birləşməsi itir, yenisi yaranır.

10.   Sabit söz birləşmələrində sözlərin (düzülüş) sırasını pozmaq olmaz.

11. Əsasən nominativ səciyyə daşıyan söz və sərbəst söz birləşmələrindən fərqli olaraq, sabit söz birləşmələri emosional, obrazlı ifadə səciyyəsinə malikdir.

Dilin başqa səviyyələrinə nisbətən frazeologiya bütün dünya dillərində az tədqiq olunmuşdur. Buna görə də, frazeologiyanın əsas tədqiqat obyekti olan sabit söz birləşmələri üçün hələ də vahid termin yaradılmamışdır. Hələ indinin özündə belə sabit söz birləşmələrini frazeoloji vahidlər, frazeoloji birləşmələr, tərkibi hissələrinə bölünməyən söz birləşmələri, dəyişməz söz birləşmələri, idiomatik ifadələr, leksik söz birləşmələri, idiomlar, frazemlər və s. terminləri işlədirlər.

Frazeologiyanın sabit söz birləşmələrinin bu növlərini göstərmək olar: idiomlar, ibarələr, hikmətli sözlər, atalar sözləri, zərb-məsəllər və tapmacalar.

 

İdiomlar

Məcazi sözlərin birləşməsindən əmələ gələn, cümlə təşkil etməyən və mənası bir sözə bərabər olan, ekvivalent olan sabit söz birləşmələrinə idiom deyilir (bəzi dilçilik ədəbiyyatında idiom termini əvəzində frazeologizm termini işlədilir; idiom termini daha düzdür). İdiomlar həm şəkil, həm də mənaca mürəkkəb sözlərə çox yaxındır; mürəkkəb sözü əmələ gətirən, öz leksik (həqiqi) mənalarını itirib məcazi kəsb edərək birləşdiyi və birlikdə vahid bir məna ifadə etdiyi kimi, idiomların komponentləri də öz leksik (həqiqi) mənalarını itirir, məcazi məna qazanır və hamısı birlikdə ümumi bir məna ifadə edir. Müasir dilçilik mövqeyindən, belə mürəkkəb sözlərlə idiomlar arasında iki böyük fərq göstərmək olar: 1) leksik baxımdan – mürəkkəb sözlər adlandırır, nominativ vəzifə daşıyır, idiomlar təsvir edir, məfhumu izah etmə yolu ilə adlandırır; 2) orfoqrafiya və qrammatika baxımından – mürəkkəb sözlər bir sözdür və birlikdə bitişik yazılır, idiomlar bir söz deyil, sabit söz birləşmələri olsa da, hər halda, söz birləşmələridir və buna görə də onun komponentləri ayrı yazılır. Buna görə də idiomlar, xüsusən feili tərkibli idiomları mürəkkəb sözlərlə (ən çox mürəkkəb feillərlə) qarışdırırlar.

İdiomlar digər sabit söz birləşmələrinə oxşasa da, bir sıra xüsusiyyətlərinə görə onlardan fərqlənir. İdiomlar başqa sabit söz birləşmələrinə nisbətən daha konkret məfhum ifadə edir. İdiomların sinonim idiomları olur və idiomlar özləri sinonim olur.

H.Ə.Həsənov idiomların sözlərdən sinonimlik və funksional-qrammatik cəhətdən fərqlənməsi haqqında yazır: 

“1.   Frazeologizmlər (idiomlar – Ə.R.) və sözlər müxtəlif şəkildə formalaşır. Belə ki, sözlər morfemlər, frazeologizmlər (idiomlar – Ə.R.) sözlər əsasında olur. Frazeologizmlər (idiomlar – Ə.R.) sözlərin birləşməsidir, sərbəst birləşmələrin modelləri əsasında yaranır, sözlər isə morfemlərdən yaranır.

2. Frazeologizmlər (idiomlar – Ə.R.) və sözlər arasında bütöv şəkildə  qaydaya salınma cəhətdən fərq var. Belə ki, söz cümlədən ibarət ola bilməz. Sözlərin struktur bütövlüyü onların tərkibinə morfem, söz daxil olmasına yol vermir, frazeologizmlərdə (idiomlarda – Ə.R.) isə bunun əksinə.

3. Frazeologizmlər (idiomlar – Ə.R.) və sözlər morfoloji bütövlüyə malikdir. Lakin sözün komponentləri (morfemlər) hər hansı paradiqmatik cərgəyə aid ola bilmir, söz bütövlükdə belə cərgənin üzvü olur. Frazeologizmlərin (idiomların – Ə.R.) tərkib hissələrinin hər biri müxtəlif paradiqmatik cərgənin üzvü kimi çıxış edir.

4. Sözlər əsasında yeni leksik vahid yaratmaq olur. Frazeologizmlər (idiomlar – Ə.R.) isə cümlə yaratmağa xidmət edir. 

5. Sözlər semantik və morfoloji müstəqilliyə malikdir, frazeologizmlərin (idiomların – Ə.R.) komponentlərini ayrı-ayrı söz hesab etmək olmaz, çünki onlarda məna müstəqilliyi yoxdur.

6. Sözlər həm həqiqi, həm də məcazi, frazeologizmlər (idiomlar – Ə.R.) isə ancaq məcazi mənada işlənir.

7. Sözlər dilin sözyaratma modelləri, frazeologizmlər (idiomlar – Ə.R.) isə q modelləri əsasında yaranır.

8. Sözlər ifadə edir, adlandırır, frazeologizmlər (idiomlar – Ə.R.) isə obrazlı adlandırmadır, təsvir edir”[1].

Bəzi dilçilik ədəbiyyatında idiomları quruluşuna görə iki qrupda birləşdirirlər: sadə idiomlar və mürəkkəb idiomlar. İki sözdən ibarət idiomlar sadə, üç və daha artıq sözdən ibarət idiomlar mürəkkəb idiom hesab olunur. İdiomların belə qruplaşdırılmasını qəbul etmək olmaz. Dilçilik ədəbiyyatının bir qismində idiomlar yenə də iki qrupa ayrılırlar: a) qrammatik cəhətdən dəyişməyən idiomlar və b) strukturca dəyişən idiomlar. Belə təsnif elmi baxımdan tam səhvdir, çünki təsnif bir-biri ilə heç bir əlaqəsi olmayan iki prinsip – qrammatik və struktur (quruluş) prinsipləri əsasında aparılır. Bəzi dilçilər idiomları 1) iki sözdən, 2) üç sözdən, 3) üçdən artıq sözdən ibarət olan idiomlar deyə pilləli şəkildə təsnif edirlər. düşünürəm ki, bu, xırdaçılıqdır. Bəzi dilçilik ədəbiyyatında idiomları, onlarda olan aparıcı sözün hansı nitq hissəsinə aid olmasına görə təsnif edirlər: ismi idiomlar və feili idiomlar. İdiomları tərkibindəki sözlərin mənşəyinə görə də təsnif edirlər: 1) xalis idiomlar və 2) alınma idiomlar. Komponentləri yalnız milli sözlərlə ifadə olunan idiomları xalis, komponentlərindən biri, ya hər ikisi alınma sözlərlə ifadə olunan idiomları alınma idiomlar hesab edirlər. İdiomların təsnifi məsələsində ən əhəmiyyətlisi onların mənaca təsnifidir. Bu məsələdə dilçilər arasında yekdil rəy yoxdur. Dilçilərin bir qismi idiomları a) semantik idiomlar və b) qrammatik idiomlar deyə iki qrupa bölür. Bu dilçilərin fikrincə semantik idiomların “tərkib üzvləri bir-biri ilə əlaqələnmiş və elə qaynayıb-qarışmışdır ki, onları ayrı-ayrılıqda təsəvvür etmək və ya təsəvvürə gətirmək olmur. Semantik frazeologizmlərdə (idiomlarda – Ə.R.) sözlər öz müstəqilliyini itirir, tam məcazi məna ifadə edir, mənaca bölünməzdir, sabit səciyyəli bütövdür. Onların mənaca motivləşməsi ilkin sözləri xatırladır. Bunların ümumi mənasının tərkib üzvlərinin mənası ilə heç bir əlaqəsi yoxdur. Çünki bu frazeologizmlər (idiomlar – Ə.R.) nə motivləşir, nə də ixtiyari olaraq yaranır. Mənaca bölünməzlik semantik frazeologizmlər (idiomlar – Ə.R.) üçün əsas şərtdir. Daxili formadan məhrumdur. Onlar semantik elementlərin toplusu olsa da, törəmə deyildir. Bunların tərkib üzvlərinin birləşməsi kimyəvi maddələrin birləşməsi kimidir. Tərkib üzvləri morfem tipli leksem vahidlərdən ibarətdir. Semantik cəhətdən ayrılmazdır. Komponentləri arasında sərbəst birləşmələrdə olduğu kimi, canlı sintaktik əlaqə olmur. Məhz buna görə də onlar sintaktik vahid kimi özünü göstərir.

Semantik frazeologizmlər (idiomlar – Ə.R.) üçün aşağıdakı cəhətlər səciyyəvidir:

1. Məcazilik, obrazlı məna onların birliyinə, parçalanmamasına təminat verir. Çox vaxt bunların obrazlı məcazi mənası hamıya aydın olmur.

2.   Ekspressivlik daha güclüdür. Anlayanları daha təsirli və obrazlı edir.

3. Tərkib hissələrindən birini başqa sözlərlə – sinonimi ilə əvəz etmək və ya yenidən qurmaq olmur.

4. Bütövlükdə sinonimi ilə əvəz oluna bilər, mənaca dəyişdirmək mümkündür”[2].

“Qrammatik idiomlar da mənaca bütöv və bölünməzdir, bir məfhumu ifadə edir. lakin tərkib üzvləri arasında qrammatik əlaqə nəzərə çarpır, hiss olunur, canlı sintaktik əlaqəni yada salır. Sözlərin potensial ünsürləridir; onların ilkin məna izləri hələ də qalmaqdadır. Məcazi mənada işlədilsə də, tərəflərindən birinin müstəqil mənası hiss olunur”. Belə idiomlar “əmələ gəldiyi sərbəst birləşmələrin strukturunu saxlayır”, sözlərdən biri öz mənasında qalır, o biri ondan asılı olur. Frazeologizmlərdə (idiomlarda – Ə.R.) öz həqiqi mənasında işlədilən söz əsas, məcazi mənada işlədilən söz isə asılıdır. Çünki birləşmənin ümumi mənası birinci sözün mənası ilə bağlıdır”[3].

Dilçilikdə idiomların ən geniş yayılmış təsnifində onların üç növü göstərilir: qovuşma idiomlar, birləşmə idiomlar və uyuşma idiomlar.

Qovuşma idiomların tərkibinə daxil olan sözlər öz həqiqi (leksik) mənasını itirir, tamamilə məcazi mənada işlənir, onlardan birinciləri qrammatik dəyişikliyə uğramır. Qovuşma idiomların komponentləri arasına heç bir söz girə bilmir. Qovuşma idiomlar istər şəkilcə, istərsə mənaca mürəkkəb sözlərə çox yaxındır. Mürəkkəb sözlər nə vaxtsa qovuşma idiom olmuş sabit söz birləşməsindən əmələ gəlmişdir. Qovuşma idiomlar isim, sifət, feil, zərf və nidalara ekvivalent ola bilir; məsələn, vün sıyo be, çəş noe, das qəte, dil süte, rang pəre, xün qile, dil şe, qüs doe və s.

Birləşmə idiomlar qovuşma idiomlara oxşasa da, onlardan fərqli xüsusiyyətlərə malikdir, qovuşma idiomlarda birinci söz qrammatik cəhətdən dəyişmədiyi halda, birləşmə idiomlarda birinci söz mənsubiyyət şəkilçisi qəbul edir; birləşmə idiomların əksəriyyətində birinci tərəf isim və ya ikinci növ təyini söz birləşməsi ilə ifadə olunur və müxtəlif qrammatik şəkilçi qəbul edib feillə münasibətə girir, qovuşma idiomlar müxtəlif nitq hissələrinə ekvivalent olduğu halda, birləşmə idiomların əksəriyyəti feilə ekvivalent olur, nadir hallarda sifətə və zərflərə ekvivalentlik əmələ gətirir; məsələn, birinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edir:

 


[1] H.Ə.Həsənov. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1988, s.211.

[2] H.Ə.Həsənov. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1988, s.227-228.

[3] Yenə orada, s.228-229.

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.
САМОЕ ЧИТАЕМОЕ
  1. ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ
  2. ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.
  3. Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему
  4. İki ənənənin dialektikası: Novruz və Ramazan
  5. İRAN İKİ CƏBHƏDƏ VURUŞUR
  6. От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном
  7. TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.
  8. Скрытая архитектура Торы: взгляд через схему (Часть I)
  9. Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы
  10. Переписка и рукописи раввинов
  11. ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი
  12. Илия II как объединитель грузинского общества
  13. Нисону — Песах
  14. İranın Qafqazda nüfuz davası
  15. Седакъет Керимова : СА ХАХАДИЗ
  16. Скрытая архитектура Торы: взгляд через схему (Часть II)
  17. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması
  18. Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие
  19. Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya
  20. Fələstin Torpaq Gününün 50 illiyi
  21. Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı
  22. Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü
  23. Rəhbər Xameneyinin başına nə gəldi?
  24. Risky Partnership
  25. Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )
  26. «Красная среда»: Праздник творения и начало жизни в езидской вере
  27. Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш
  28. YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы
ОПРОС

Где будете встречать Новый год?


 
«    Aprel 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
ГАЛЕРЕЯ