İRAN VƏ ZAMANIN İRONİYASI
- 17-12-2025, 15:58
- АНАЛИТИКА
- 0
- 291
Foto: mumbai.mfa.gov.ir
İranda əksəriyyət bütün sahələri sarsıdan son dərəcə dərin böhrandan çıxmaq yolunu rejimin dəyişməsində, ruhanilərin siyasi, məhkəmə hakimiyyətindən kənarlaşdırılmasında, dinin dövlətdən ayrılmasında, həqiqi demokratiyanın bərqərar edilməsində,bir sözlə, hamılıqla adam kimi yaşamaqda gördüyü bir vaxtda, bütün bu bəlaların banisi olan Xomeyninin xatirəsini daha bir üsulla əbədiləşdirmək üçün17 dekabr 2025-ci il tarixində onun adına mükafatın ilk sahiblərinin adları açıqlanacaq. Bu mükafat 2013-cü ildə neokonservator M.Əhmədinejadın prezidentliyinin (2005-2013) son aylarında təsis edilsə də, prosedur çətinlikəri və çox güman ki, 2013-2021-ci illərdə icra hakimyyətinə başçılıq etmiş yarıi slahatçı, yarı mühafizəkar prezident H.Ruhani hökumətininin müqaviməti nəticəsində formalaşdırılması başa çatmamışdır.
İslam rejiminin ilk günündən onun ən qatı tərəfdarları, qoruyucuları və rəhbərlərindən biri olan, mühafizəkar İbrahim Rəisinin 2021-ci ildə prezident seçilməsindən sonra mükafatla bağlıtəşkilati, prosedur məsələləri sürətlə həll edilmiş və 2023-cü ildə təşkilat komitəsinin işə başlaması haqqındə sənəd imzalanmış və mükafatın təqdim edilmsəi ilə bağlı işlərə start verilmişdir. Həmin vaxtdan mükafat komitəsinin əsasnaməsi müsabiqədə iştirak etmək istəyənlərin tanış olması üçün xarici ölkələrə göndərilmiş və onun ardınca mükafat almaq həvəsində olan insanların yazı- pozularının qəbulu, hüquqi şəxslərin müəyyən edilməsinə başlanmışdır.
Mükafat komtəsinin elmi katibinin dediklərinə görə dünyada Xomeyni “aşiqləri”nin sayı-hesabı yox imiş. Nə az, nə çox mükafata 6000 nəfər, təşkilat,qurum iddialı imiş.
Onlardan yalnız 1800 nəfər, təşkilat və s, müsabiqəyə buraxılıb.Elmi katibin dediklərindən belə məlum olur ki,Xomeyni mükafatına son dərəcə müxtəlif, yüksək səviyyədə iştirakdan tutmuş,tam laqeydlik( dəxli və aid olmayan yazı-pozu göndərmək), və inkara qədər( əleyhinə yazılar), münasibət sərgilənmişdir.
Seçilmiş gələcək mükafatçılar üç sahə -elmi əsərlər, təbliğatı işlər, əməli, praktiki işlər( məsələn, İsrailə qarşı mübarizədə iştirak və s.) üzrə qruplaşdırılıblar.
Maraqlıdır ki, Xomeyni yalnız mükafatın adı deyil, bütün işlər Xomeyninin həyatı, fəaliyyəti, ideyaları və s.aid olmalıdır.
Bir tərəfdən siyasi İslam və ruhanilərin hakimiyyətindən xilas olmaq səyləri göstərilir, digər tərəfdən İranın hazırki çox ağır vəziyyətinin əsas səbəbkarlarından biri olan din xadimi, onun irsi dünya miqyasında təbliğ edilir.
Həmin xəbərlə eyni vaxtda, eyni saytda İranın hazırki böhranlı,xaos, acınacaqlı vəziyyətindən çıxış yolu haqqında danışan tarix üzrə professor vurğulaylr ki, ən münasib həll yolu həqiqı demokratiyanın bərqərar olmasıdır.Rəhbərsiz,siyasi islamsız, filansız. Nə qədim, İslamdan əvvəlki dövrü(ərəblərə bütün sahələrdə məğlub olan Sasani imperiyası) ideallaşdıran “İranşəhri” ideologiyası, nə də Orta əsrləri( hərbi, siyasi, dini, mədəni sahələrdə qalib olan Ərəblərin həyat tərzi,dini, dünyagörüşü və s) ideallaşdıran İslamçılıq həll yolu göstərə bilməz.
Həll yolu məlumdur, İran reallığı nəzərə alınmaqla, magistral yola, hamının getdiyi və getməyə çalışdığı yola qayıtmaqdır.Bəsdir,bir ölkə üzərində yarım əsrdir uğursuz eksperiment aparıldı.\16 dekabr 2025
Vidadi Mustafayev

















