Ethnoglobus » ИСТОРИЯ И ОБЩЕСТВО » Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə inşa etdiyi xatirə kompleksinin açılış mərasimini keçirib (FOTOLAR - VIDEO)

Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə inşa etdiyi xatirə kompleksinin açılış mərasimini keçirib (FOTOLAR - VIDEO)

Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə inşa etdiyi xatirə kompleksinin açılış mərasimini keçirib (FOTOLAR - VIDEO)
ИСТОРИЯ И ОБЩЕСТВО
Ethnoglobus.Az
Фото: Ethnoglobus
13:22, 08 may 2022
2 063
0
 

Aprelin 27-də Yardımlı rayonun Şiləvəngə kəndində Qarabağ şəhidlərinin şərəfinə ucaldlmış xatirə kompleksinin açılış mərəsimi keçirilb. Xatirə kompleksi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərfindən “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi və tanıdılması” layihəsi çərçivəsində inşa edilmişdir. Yüz nəfərə yaxın insanın qatıldığı açılış mərasimində şəhidlərin ailə üzvləri, rayonun qabaqcıl ziyalıları, müəllim və şagirdlər, eləcə də digər qonaqlar iştirak ediblər. Bu barədə layihə rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

Açılış mərsimində giriş sözü ilə çıxış edən layihə rəhbəri Xanoğlan Əhmədov bildirib ki, bu xatirə kompleksi Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın şərəfinə ucaldılıb. Həyata keçirdikləri layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edən layihə rəhbərinin sözlərinə görə, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunan bu gözəl abidəni qısa müddətdə tikib başa çatırıblar: “Burada  Şiləvəngə, Mamulğan, Ökü və Gavran kəndlərindən olan üzərində şəhidlərin şəkli əks olunmuş 12 mərmər lövhə asılıb. Xatirə kompleksdə 2 bulaq tikilib və ətrafında mini park salınıb, parkda xeyli bəzək və meyvə ağacları əkilib. Bu nəcib təşəbbüsdə bizə dəstək olan, köməyini əsirgəməyən hər kəsə minnətdaram”.

X.Əhmədov eyni zamanda, bu layihə çərçivəsində şəhid adlarının əbədiləşdirilməsi və tanıdılması istiqamətində digər tədbirlər də həyata keçirdiklərini deyib. Onun sözlərinə görə,  şəhid məzarlarını ziyarət etməklə yanaşı, onların ailə üzvləri ilə görüşlər təşkil edilib.

Tədbirdə Yardımlı rayon Mədəniyyət şöbəsinin müdiri Ayaz Əliyev, Hacı Himayət Mahmudov, xatirə kompleksin memarı Zahir Məlikli, Təhsil şöbəsinin müdiri Pənah Tağıyev, şəhid ataları Yaşar Nəzərov və Elşən Aslanov, şair Seyid Süleyman və İdris Babayev, İltifat Məmmədov, Mirtacir Xurşidov, Hacı Namiq və başqaları öz çıxışlarında bu nəcib təşəbbüsü bəyəndiklərini bildirdilər. Onlar qeyd etdilər ki, Vətənin müdafiəsi uğrunda canından, qanından keçən bütün qəhrəmanlarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir.

Tədbirdə həmçinin məktəblilər tərəfindən şəhidlərin şərəfinə yazılmış şeirlər səsləndirildi.

 

.

 



 

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Azərbaycan-İraq Mədəni Əlaqələr İB-nin “Yalnız İrəli” filminin İctimai baxışı və Təqdimat Mərasimi
Azərbaycan-İraq Mədəni Əlaqələr İB-nin “Yalnız İrəli” filminin İctimai baxışı və Təqdimat Mərasimi
24.05.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Şuşalı qəhrəman İsrafil  İbrahimov haqqında sənədli film çəkilir
Şuşalı qəhrəman İsrafil İbrahimov haqqında sənədli film çəkilir
19.07.23, ИСТОРИЯ И ОБЩЕСТВО
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
HEYDƏR   ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
10.05.25, ИСТОРИЯ И ОБЩЕСТВО
“TÜRK DÜNYASI- 2040 VİZİONU”.      Məqsədlər, gözləntilər, reallıqlar...
“TÜRK DÜNYASI- 2040 VİZİONU”. Məqsədlər, gözləntilər, reallıqlar...
28.10.22, ЭТНОПОЛИТИКА
FİRUDİN  İBRAHİMİ  MÜASİR TƏDQİQATLAR  KONTEKSTİNDƏ
FİRUDİN İBRAHİMİ MÜASİR TƏDQİQATLAR KONTEKSTİNDƏ
21.11.22, ЭТНОПОЛИТИКА