Ethnoglobus » ЭТНОПОЛИТИКА » FİRUDİN İBRAHİMİ MÜASİR TƏDQİQATLAR KONTEKSTİNDƏ

FİRUDİN İBRAHİMİ MÜASİR TƏDQİQATLAR KONTEKSTİNDƏ

image

Foto:google

Dos.Dr. Esmira Fuad


Hər bir millət həqiqi azadlıq əldə etmək və öz müqəddəratına sahib olmaqdan ötrü yalnız bir qüvvəyə söykənməlidir. O da millətin birliyi və bu birlikdən əmələ gələn qüvvədir...” 


Firudin İbrahimi


“O tarixçilər ki, bizim dilimizi aradan aparır və deyirdilər ki, “bunların dili yoxdur, bunların dili fars dilinin şöbəsidir”, biz isbat etdik ki, bizim dilimiz müstəqil bir dildir. Azərbaycan dili fars dilinin şöbəsi deyil, xüsusi bir dildir. Bu dili danmaq həqiqəti danmaq kimidir. Mən fars dilini yaxşı bilirəm. Deyirəm ki, fars dili pis deyil, lakin mənim dilim Azərbaycan dilidir. Öz dilini danan azərbaycanlı xain deyil, bəs kimdir? Bizim də özümüz üçün iftixarımız vardır. Biz bütün bizə böhtan atanlarla mübarizə edib və onları həmişəlik məğlub etdik. Biz Tehranla danışdıqda müvəffəq olduq ki, bütün orta və ali məktəblərdə, hətta idarələrdə yazışmalar Azərbaycan dilində aparılsın!”


Seyid Cəfər Pişəvəri


Qarşımda dəyəri sözlə ölçülə bilməyəcək iki kitab durur: Firudin İbrahimi. “Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər.1946)” və “Azərbaycan danışır...” İftixarlı tariximizdən bir neçə parlaq səhifə (Azərbaycanın qədim tarixindən) “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı,  Təbriz 1324 (1945).

Hər iki kitab İranda 1945-1946-cı illərdə dalğalanan milli-demokratik hərəkatın uğurlu sonucu olaraq 12 dekabr (21 Azər) 1945-cı ildə qurulmuş Azərbaycan Milli Hökumətinin Baş prokuroru Firudin Qəni oğlu İbrahiminin anadan olmasının 100 illiyi münasibətilə çap edilib. Bu möhtəşəm tarixi nəşrlərin maliyyə dəstəkçisi, çağdaş dövrün tərzi ilə ilə desək, sponsoru “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi sədrinin I müavini, F.İbrahiminin doğmaca qardaşı Ənuşirəvan bəyin oğlu və əmisinin mənəvi varisi Firudin İbrahimidir. 

“Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946)”-nın tərtibçisi, əski əlifbadan latın qrafikasına çevirəni, nəşrə hazırlayanı, ön söz, ətək yazıları və şərhlərin müəllifi isə tanınmış şərqşünas alim, milli qeyrətli aydınımız Səməd Zülfəli oğlu Bayramzadədir...

Şanlı-şövkətli tariximizin parlaq səhifələrinə işıq salan, hər bir oxucunun əlindən tutaraq xəyalən Güney Azərbaycan xalqının ən xoşbəxt olduğu bir dövrə aparan və faktların dili ilə danışan “Azərbaycan danışır...” adlı mötəbər kitabın da tərtibçi və məsul redaktoru, eyni zamanda toplanmış materialları fars dilindən Azərbaycan türkcəsinə çevirənlərin¬dən biri yenə də Səməd Bayramzadə, digəri isə Saleh Dostəliyevdir. Və hər iki kitabda Səməd bəy belə bir tarixi gerçəyi aşılayır oxucusuna: Firidun İbrahimi Güney Azərbaycanın danışan dili, Firidun İbrahimi şəxsiyyəti – bizlərin, bu günkü və gələcək nəsillərin iftixar edə biləcəyi şərəfli tariximizin parlaq səhifəsidir!..


Bir həqiqət hər kəsə məlumdur: Həyatda təsadüfi heç nə yoxdur və bütün təsa-düflər məhz zərurətdən doğulur. AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan şöbəsinə rəhbərlik edən, 2013-cü ilin oktyabrında “Ümumsülh uğrunda” Beynəlxalq Federasiyanın “Sülhməramlı səfiri” dərəcəsini alan Səməd bəy həmin tarixi zərurətin diqtəsi ilə bu addımları atıb, soydaşlarına, qan və qarındaşlarına, eldaşlarına: “Bir dön, geriyə bax! Gör Sizlər kimlərin mənəvi varislərisiniz!” ismarışını ötürüb. Və onu bu tarixi addımları atmağa öz keçmişi itələyib, özünü dərk edəndən bəri yaşadıqları, gözləri ilə görüb şahidi olduğu hadisələr, körpəlik çağlarından fədai atası Zülfəli kişidən eşitdiyi həqiqətlər sövq edib. O Zülfəli bəydən ki, 1946-cı ildə döyüş bölgəsindən evinə dönməyib, birbaşa Danişyan Qulamyəhyanın başçılıq etdiyi fədai qoşunu ilə birgə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanan bədnam Türkmənçay müqaviləsi ilə Araz çayı boyu müəyyənləş¬dirilmiş sərhədə doğru hərəkət edərək Xudafərin körpüsünün üzərindən Arazın bu tayına - Quzey Azərbaycana keçib, ailəsi – həyat yoldaşı, bir oğlu və iki qızı isə o tayda qalıb... Ailənin başçısı heç özü də anlamadan ömür-gün yoldaşı və övladlarının bir ömürboyu yaşayacağı müsibətə, kədər və ağrıya rəvac verib. Elə isə bu ağrılı gerçəyi, Səməd bəyin özcə dilindən eşitmək daha doğru olar: 

“Atam Zülfəli kişi deyərdi ki, 1946-cı il dekabr ayının 12-də Milli Hökumət süqut etdikdən sonra, onlar Araz çayı üzərindəki körpüdən sərhədi adlayaraq Şimali Azərbaycana gəliblər. O, Hacıkənddə təşkil edilmiş düşərgədə döyüş cəbhəsindən gəlmiş subay fədailərlə birgə hərbi təlim keçib. Bu hərbi təlimlər fədailərdə İrana qayıtmaq və düşmənlə yenidən savaşa girmək, öz haqlarını geri almaq ümidi yaradıb. Əslində o, ömrünün sonunadək zərrə qədər azalmayan bu ümidlə yaşayıb və son nəfəsinədək Firqənin üzvü olaraq qalıb (ölümündən iki ay öncə Firqə biletini mənə verib tapşırdı ki, əgər dünyasını dəyişərsə, bileti ünvanına çatdırım, borclu olduğu üzvlük haqlarını da ödəyim. Mən belə də etdim). Hətta S.C.Pişəvəri də Hacıkənd düşərgəsində fədailərlə görüşüb və yenə də gələcəyinə söz verərək onlara ruh yüksəkliyi bəxş edib...


Hərbi təlimlər S.C.Pişəvərinin öldürüldüyü tarixə kimi (11.06.1947) davam etdirilib, sonra isə onlar da İrandan gəlmiş digər fədailərlə birlikdə müvafiq bölgələrdə işləmək və yaşamaq üçün göndəriliblər.

Bu hadisədən sonra atam da bir neçə fədai yoldaşı ilə bərabər Naftalanda işə göndərilib, evlə təmin edilib. Yalnız İrana qayıtmaq ümidləri tamamilə puça çıxdıqdan, əli Arazın o tayında qalmış ailəsindən birdəfəlik üzüldükdən sonra - 1950-ci ilin əvvəllərində Naftalan şəhərinə yaxın yerləşən Goranboy rayonunun Səfikürd kəndində yaşayan anam Zeynəb Məhəmməd qızı ilə tanış olub və taleyini bu qızla bağlayıb. Daha sonralar atam müxtəlif işlərdə çalışıb, ailəsinin, övladlarının keçimini halal zəhmətlə qazandığı vəsaitlə təmin edib. 1985-ci ilin yazında Bayramzadə Zülfəli Arazboyu sərhədlərin açılmasını, o taya gəliş-gedişin asanlaşdığını görmədən, Güneydəki əzizlərinə qovuşmadan bir ömürboyu ürəyində daşıdığı nisgillə dünyasını dəyişib.

Haşiyə: 1980-ci ildə digər firqəçilər kimi atama da xəbər göndərildi ki, Vətənə dönmək istəyirlərsə, İranın Bakıdakı konsulluğuna ərizə ilə müraciət etsinlər, yəni yazıb xahiş etsinlər ki, onların vətənə dönmələrinə köməklik göstərsinlər.


Yaxşı yadımdadır, məsələ ilə bağlı Danişyan Qulamyəhyanın qəbulunda olduq və atam çox səmimiyyətlə ondan soruşdu ki, “bura gələndə ərizə verib gəlib¬lər ki, indi də ərizə verib geri qayıtsınlar?”. Qulam Yəhya xəfifcə gülümsədi və “yox” dedi. Atam isə “Vətənə kiməsə yalvarıb, tövbə edib dönmək istəmir, başı yuxarı, azad bir vətəndaş kimi dönmək istəyir,” - dedi. Bununla da bildirdi ki, o hələ də vətəninin, millətinin azad olacağı və demokratik bir şəraitdə yaşayacağı günə ümid edir və o gün də gələcək. Qulamyəhya ilə söhbətinin sonunda özəlliklə vurğuladı ki, əgər o (yəni Qulamyəhya) qabağa düşüb Vətənə getmək haqqında əmr verərsə, tərəddüd etmədən onun ardınca gələcək. Atama nəsib olmasa da, Vətənə başı yuxarı getmək və orada azad, müstəqil, demokratik Azərbaycan Respublikasının ilk səfirliyini açan, yaradan, yola salan diplomatik heyətin tərki¬bin¬də olmaq mənə qismət oldu: 1992-ci ilin dekabr ayının 8-də Bakıdan Tehrana uçan ilk diplomatik nümayəndə heyətinin tərkibində, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı ilk fövqəladə və səlahiyyətli səfiri Nəsib Nəsibzadə və müşaviri professor Həsən Əlibəyli ilə birlikdə səfirliyin 2-ci katibi sifəti ilə mən də var idim. Biz iki qonşu və qardaş dövlətlər arasında müstəqil və suveren Azərbaycan Respublikası adından diplomatik, iqtisadi-ticarət, mədəni-ədəbi və turizm əlaqələri, eyni zamanda da qardaşlıq, dostluq körpüsünün salınmasında, möhkəmləndirilməsi və inkişafında ilk  olaraq iştirak etdik və əlimizdən gələni əsirgəmədik. Bunun üçün də çox xoşbəxtəm”.


Bu yaxınlarda çox böyük zəhməti hesabına çapdan çıxan “Sülh uğrunda” və “Azərbaycan danışır...” kitablarını əlinə aldığı anlarda da, düşünürəm ki, Səməd Bayramzadə həmin niskil qarışıq xoşbəxt anları bir daha yaşayıb... Həmin anlarda onun həm mutluluq duyğuları, həm də gəncəcik çağında dar ağacından asılan qəhrəman fədayinin fəci taleyinə və atasının çin olmayan arzularına vaysınmadan doğan üzüntüləri bir-birinə qarışıb... 

“Azərbaycan danışır...”da tərtibçi-müəllif sanki istedadlı qanun keşikçisinə tribuna verir. Bu tribunadan 29 iyul-15 oktyabr 1946-cı il tarixləri arasında Parisdə 21 dövlətin iştirakı ilə təşkil olunmuş Beynəlxalq Sülh Konfransında Azərbaycan Milli Hökumətinin mətbuat nümayəndəsi kimi iştirak edən, bu konfrans barədə qeyd və mülahizələrini Azərbaycan Demokrat Firqəsi (ADF) Mərkəzi Komitəsinin orqanı “Azərbaycan” qəzetinin 9 noyabr-10 dekabr 1946-cı il tarixləri arasında çıxmış 23 sayında “Sülh uğrunda” başlığı altında çap etdirən F.İbrahimi oxucuların gözləri qarşısında o dövrlərdə baş verənlərin mənzərəsini cızır. Çünki “Paris Sülh Konfransında İkinci Dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasındakı sülh müqavilələri barədə İrana öz hökumətinin mövqeyini şərh etmək imkanı verilmişdi. F.İbrahimi də Azərbaycan Milli Hökuməti adından mətbuat nümayən¬də¬si sifəti ilə bu konfransa gedir və 1946-cı il avqust ayının 10-dan Paris şəhərinin “Lüksemburq” adlanan ən məşhur tarixi qəsrində keçirilən konfransın iclaslarında iştirak edir, sona kimi də bütün müzakirələrin gedişini diqqətlə izləyir”, nəticədə ona verilmiş bu tarixi imkanı dəyərləndirməyi bacarır, bir sıra məsələləri özlüyündə çözə bilir və həmin 19 məqalə məhz bu baxış bucağından incələnərək qələmə alınır.  Güney Azərbaycan tarixi, dünəni və bu günü ilə bağlı bir sıra tədqiqatların müəllifi olan S.Bayramzadə “Sülh uğrunda”nın annotasiyasında yazır: Azərbaycan Milli Hökümətinin Baş Prokuroru Firidun İbrahiminin “Azərbaycan danışır... İftixarlı tariximizdən bir neçə parlaq səhifə” (Azərbaycanın qədim tarixindən) başlıqlı yazıları 19 hissədən ibarət olmaqla 31 oktyabr - 21 noyabr 1945-ci il (9-30 aban 1324-cü il) tarixləri arasında “Azərbaycan” qəzetinin (Azərbaycan Demokrat Firqəsinin orqanı) 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla  ayrı-ayrı başlıqlarla fars dilində çap olunmuşdur. Bu yazılar F.İbrahiminin müqəddiməsin¬dən və Azərbaycanın qədim tarixi, əhalisi, onların milli kimliyi, bu diyarın azadlığı və istiqlaliyyəti uğrunda apardıqları mübarizə və fədakarlıqları, mədəniyyət tarixi, dövlət və ordu quruluşu, ədəbiyyatı, xətti və dili, siyasi təşkilatları, məzhəbləri, geyim, adət və ənənələri barədə 19 məqalədən ibarətdir. Sözügedən yazılar Azərbaycan türkcəsinə tərcümə edilərək ilk dəfə 1946-cı ildə “Sovet Mədəniyyəti Evi” tərəfindən Təbrizdə “Azərbaycanın qədim tarixi haqqında” adı ilə çap olunmuşdur. Təəssüflə qeyd olunmalıdır ki, müəllifin özü tərəfindən yazılmış müqəddimə həmin kitabda verilməmişdir. Bu məqamı nəzərə alaraq, F.İbrahiminin “Azərbaycan” qəzetində fars dilində getmiş sözügedən yazıları Azərbaycan dilinə tərcümədə və yeni tərtibatda onun anadan olmasının 100 illik yubileyi ərəfəsində oxucuların diqqətinə ilk dəfə təqdim olunur”. 


 Kitab “Azərbaycanın diplomatiya tarixini, milli ideologiyamız olan azərbaycançılığın formalaşması və inkişafını izləmək və öyrənmək baxımından da çox faydalıdır. Belə ki, Azərbaycan adına, onun azadlıq və istiqlaliyyət, sülh uğrunda mübarizə tarixinə kölgə salanlar, böhtan atanlar, iftira söyləyənlər, siyasi və milli qərəzçilik, nadanlıq və ya müvafiq siyasi qurumların sifarişilə iş görənlər bu gün də öz çirkin, məntiqsiz, insanlığa sığmayan işlərindən əl çəkməmişlər”. 


F.İbrahiminin yazı üslubuna toxunmadan onun qeydlərinin özəlliyini saxlayaraq müasir Azərbaycan ədəbi dilinə uyğunlaşdırılmasına və səslənməsinə çalışan Səməd bəy bir sıra ərəb-fars ifadələrinin Azərbaycan dilində qarşılığını verməklə oxucunun bəhs edilən mətləbləri tamamilə anlamasına yardımçı olur...

Etiraf edək ki, xalqın sevdiyi milli qəhrəmana, azad dövlət quruculuğuna imza atdığı bir il boyunca misli görünməmiş işlər görmüş ictimai-siyasi və mədəni xadimin 100 il - bir əsrlik yubileyinə bundan gözəl hədiyyə ola bilməzdi!.. Bu, qəhrəmanı öz dilindən, yazılarından təqdim etmək yenidən doğuluşunun, könüllərə yenidən qayıdışının ən unikal variantıdır... 


“Firudin İbrahimi və azərbaycançılıq” adlı giriş məqaləsində Firudin İbrahiminin ömürnaməsi oxunur, yaşamının ayrı-ayrı səhifələri böyük məhəbbətlə vərəqlənir. S.Bayramzadənin sevgi toxunuşlu sunumundan diqqətli oxucu öyrənir ki, o, 1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Firqəsi (ADF) sıralarına qoşulub, 1 oktyabr 1945-ci il tarixində ADF-nin Təbrizdə təşkil olunmuş I qurulta-yın¬da iştirak edən Azərbaycan xalqının 237 nəfərlik təmsilçisindən biri olub, Azərbaycan Milli Məclisi təşkil olunduqdan sonra isə Seyid Cəfər Pişəvərinin başçılığı ilə təşkil edilmiş 39 nəfərdən oluşan Azərbaycan Milli Hökumətinin tərkibində Baş prokuror vəzifəsinə təyin edilib. O vaxt, yəni 1945-ci ildə Firudin gəncəcik bir oğlandı və Tehran Universitetinin hüquq fakültəsindən yenicə məzun olmuşdu. Və bu tarixi təyinatdan sonra gənc prokuror bütün şüurlu ömrünü “Azərbaycanı, millətini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, milli kimliyini, milli varlığını dünyaya tanıtdırmağa həsr edərək istər ədəbi-bədii, istər elmi-publisistik, istərsə də Paris Sülh Konfransında iştirakı zamanı qələmə aldığı qeydlərində ardıcıl olaraq azərbaycançılıq düşüncəsinin inkişafına, onun təbliğinə və təntənəsinə xüsusi diqqət yetirib”, bu yolda əlindən nə gəlirsə, əsirgəməyib. 


Kitabdan öyrənirik ki, F.İbrahimi 21 noyabr 1918-ci il tarixində Astaranın İran tərəfindəki hissəsində dünyaya gəlib. 1941-ci ildə, Tehran Universitetinin hüquq fakültəsinin tələbəsi ikən İran Xalq Partıyası (İXP) sıralarına qoşulan gənc milli fəal tələbə hərəkatında aktiv şəkildə iştirak edib. Ədəbi fəaliyyətinə də tələbə adını qazandığı ildən start verib və tez bir zamanda siyası məqalələr yazmağa başlayıb. 1943-cü ildə Seyid Cəfər Pişəvərinin vasitəsilə “Ajir” qəzeti təsis olun¬duq¬dan sonra gənc tələbə bu mətbu nəşrlə əməkdaşlıq edib. Həmin ildə də redaksiya heyətinin üzvü seçilib. O, öz məqalələrində imperializmi, onun yerli əlaltılarını kəskin boyalarla ifşa edib. “Ajir” qəzetində aktiv fəaliyyət göstərməklə yanaşı, yazılarını ardıcıl surətdə İXP-nin rəsmi orqanının “Rəhbər”, antifaşist ruhlu “Mərdom”, Fəhlə və Zəhmətkeşlər Birliyi Birləşmiş Mərkəzi Şurasının “Zəfər” qəzetlərində və b. mütərəqqi mətbuat orqanlarında dərc etdirib. Azərbaycanda çıxan “Xavər-e nou” (Yeni Şərq), “Azərbaycan” qəzetləri və s. demokratik mətbuat orqanları ilə də əməkdaşlıq edib və günün ictimai-siyasi məsələlərinin təhlilinə həsr olunmuş çoxlu sayda məqalələr qələmə alıb. 1945-ci ilin mayında ali təhsilini başa çatdıran F.İbrahimi İran Xarici İşlər Nazirliyi və “Ettelaat” qəzeti tərəfindən dəfələrlə iş təklifi almasına baxmayaraq, xalqına şərəflə xidmət göstərməyi özünün əsas vəzifəsi hesab edib və çoxlarına cazibədar görünən bu təklifləri qəbullanmayıb. Öz ana yurdu, uğrunda göz qırpmadan ölməyə belə hazır olduğu doğma Azərbaycana qayıdıb.


Şərqşünas alim ön söz xarakterli giriş məqaləsində yazır: “5 sentyabr 1945-ci il tarixində ADF-nin rəsmi orqanı “Azərbaycan” qəzetinin ilk sayı nəşr olunub və elə həmin tarixdən də F.İbrahimi “Azərbaycan” qəzeti ilə əməkdaşlığa başlayıb. Onun Azərbaycan mədəniyyəti, tarixi barədə məqalələri Azərbaycan xalqının milli hissinin oyanmasında mühüm rol oynayıb. O, bu yazılarında ABŞ və İngiltərənin ikiüzlü siyasətini və həmin siyasəti təqib edən Fransanı ifşa edir, bu konfransda iştirak edən həmin dövlətlərin nümayəndələrinin keçmiş müstəmləkə dövlətlərində öz nüfuzlarını qorumaqla yanaşı, hətta yeni regionlar əldə etmək və onlarda da müstəmləkəçilik siyasətini genişləndirmək cəhdlərini aydın bir şəkildə açıqlayır. F.İbrahimi Paris Sülh Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fəaliyyətində, Azərbaycana göndərdiyi hesabatlarında, “Azərbaycan” qəzetində bu konfrans barədə “Sülh uğrunda” başlığı altında çap etdirdiyi silsilə yazılarında da Azərbaycanı, onun xalqını, milli varlığını, qurduğu Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını özü üçün əsas fəaliyyət xətti kimi qəbul etmiş və son nəfəsinə kimi də bu prinsiplərə sadiq qalmışdır”.

Oxucu bu kitablardakı məqalə və çıxışlardan Firudinin parlaq şəxsiyyətinin xarakter özəlliklərini, ruhundakı əsintiləri, ardıcıl mübarizə xəttini, amal və arzularını, həyatdakı amaclarını da öyrənmiş olur. Gənc prokurorun mərdanə xarakteri, qorxmalığı, fədakarlığı, ümummilli məsələləri şəxsi istək və arzilarından nə qədər yüksək tutduğu onu heyrətləndirir. Həqiqətən sonsuz zindan əzablarına, ağlasığmaz işgəncələrə mərdliklə dözən qanun keşikçisinin istintaq zamanı etdiyi son çıxışları çox təsirli və ibrətamizdir:


Müstəntiqin sorularına prokurorun verdiyi cavabları indiki nəsillərə görk üçün kitab¬da olduğu kimi verməyi məqsədəuyğun sayırıq:

– Siz prokuror olduğunuz zaman hansı işləri icra etmisiniz?  

– Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs olunan günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik. 

– Bəs, o xalq haradadır, niyə sizin ölümünüzü istədilər? 

– Mənim kimilərin ölümünü istəyənlər imperialist ağalarının göstərişlərini yerinə yetirən mürtəce Tehran hökumətidir. Bu gün xalqımızın əl-ayağı, fəhlə, kəndli, zəhmətkeş və həmçinin əli qələm tutan ziyalıların dili bağlanmışdır. Amma bu əsarət zəncirləri əbədi deyil və onların qüdrətli əlləri ilə açılacaqdır. Mən öz ömrümü Azərbaycan zəhmətkeşlərinin və bütün İranın azadlığı, səadəti yolunda sərf etmişəm. Bu zaman içərisində çalışdım ki, öz vəzifəmi şərəflə yerinə yetirim. Mən xalq mübarizəsinin şölələri içərisində tərbiyə olunmuşam. Bu üzdən də özümü xalqa xidmətdə borclu bilirəm və müqəddəs mübarizə yolunu tutduğum üçün fəxr edirəm. Mübarizəmin bu axır mərhələlərində də öz iradə və cəsarətimi qoruyacağam!..

Və ədalətsiz məhkəmə qərarı ilə ölümə məhkum edilən nakam qəhrəmanın dar ağacına gedərkən doğmalarından son istəyi, zənnimcə, dünya xalqlarının həyatında və ədəbiyyatında rast gəlinməyən nadir hadisədir. Bu hadisəni Səməd bəy ürək ağrısı ilə, əminəm ki, həm də aramsız axan göz yaşlarının müşayiəti ilə o qədər təsirli bir dillə təsvir edib ki!..

“Edamdan iki gün öncə F.İbrahimi Paris Sülh Konfransına gedərkən aldığı kostyumun zindana göndərilməsini istədi. Sübh tezdən, üzünü qırxdıqdan sonra ağ köynəklə kostyumunu geyindi, qırmızı rəngli qalstukunu boynuna taxdı. Səliqəsinə xüsusi diqqət yetirdi. Bəzi yoldaşlarının təəccübünü görüb: “Biz öz həyatımızı bütünlüklə paklıq və şərəf içərisində keçirdik, niyə dar ağacı altında pərişan halda görünməliyik? - dedi” F.İbrahimi 1947-ci ilin 23 may gününün səhəri saat 4-də Təbrizin Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısındakı meydanda edam olundu. Kəndir boynuna salınmamışdan öncə gözlərini qapadı və vida əlaməti olaraq üzünü Savalan dağı istiqamətinə tutdu, təzim etdi və sonra cəlladların cəkic zərbəsi kimi fərqinə vardıqları uca səslə dedi: “Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!.. Həmin gün bütün Azərbaycan xalqı matəmə qərq oldu. Təbrizin mübariz cavanları mitinq və etiraz nümayişləri, “intiqam komitələri” təşkil etdilər. İnanırıq ki, F.İbrahimi şəxsiyyəti, sürdüyü ömür, Azərbaycanın azadlığı uğrunda keçdiyi mübarizə yolu, göstərdiyi qəhrəmanlıq, milli kimliyimizi və varlığımızı bütün dünyaya tanıtdırmaq işində qələmindən çıxan yazıları günümüzün gəncliyi və gələcək nəsillərimiz üçün örnək olacaq və uğrunda şəhid olduğu gün də gələcəkdir”. 

“12 Şəhrivər” bəyanatındakı 12 maddədən oluşan milli məsələlərin - Azərbaycanın daxili muxtariyyət məsələsi, milliyət məsələsi, ana dilinin bərqərar olunması və milli ədəbiyyatın inkişafı məsələsi,  “əyalət əncümən” – yerli dövləti idarəetmə orqanı, yerli parlamentin təsisi və s. kimi böyük məsələlərin həlli və ən əsası, uluyurdda daimi sülhə nail olmaq uğrunda silahdaşları ilə çiyin-çiyinə mübarizə aparan F.İbrahimi “həm yazıları, həm də əməlləri ilə millətinin layiq olduğu yeri bütün dünyaya tanıtdıra bildi, Azərbaycanın şəhidlik tarixində ən müqəddəs və uca zirvə də məhz ona aiddir”.

Tarixi faktlara söykənərək çox dəqiqliklə hazırlanıb ərsəyə gətirilən bu kitablar bir dərsdir. Tarixin ibrət dərsi. Tariximizin açılmamış qatlarına baş vurmaq, bir sıra gizli məqamları açmaq, ən yaxın keçmişimizin qaranlıq səhifələrinə işıq salmaq istəyən möhtərəm oxucu! Buyur, əlində iki mötəbər, ən yeni qaynaq var!.. Oxu, öyrən, faydalan və çağdaşlarına, səndən sonra gələn soydaşlarına da öyrət!.. Axı, keçmişini, tarixini bilməyən, özünü tanımayan, milli kimliyini dərk etməyən bir fərdin, toplumun və xalqın gələcəyi də sual altına düşür... Aydın səma, günəşli göy üzü, mutluluqlar içində keçən yaşama sahib olmaq üçün öncə tariximizə, dünənimizə və milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, Firudin İbrahimi kimi özünü xalqın, millətinin bağımsızlığı yolunda fəda etmiş əfsanəvi qəhrəmanlarımızı, ictimai-siyasi xadimlərimizi tanımalı və bütün dünyaya tanıtdırmalıyıq!..


Yazı "Bütöv Azərbaycan" qəzetinin 1 və 15 noyabr 2018-ci il tarixli saylarında dərc edilmişdir 




ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan İran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.15:17کمال17:40ЕС ввел санкции против представителей властей АТО Гагаузия12:11Dilənçiliyin sosiologiyasına dair qeydlər: ilahi təhdid və mənəvi terror11:59امام علی (ع)14:36В Баку подключились к международной акции "Диктант на лезгинском языке"13:35Geyim və əxlaq haqqında19:37Глава МИ-5 заявил о росте угроз со стороны России и Ирана17:17İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır14:09“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”09:48İran dini, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq etnik və dini əyləci əlində saxlayacaq.16:32Организация тюркских государств: 15 лет единства и прогресса20:05Авраам Шмулевич: Иран не в состоянии нанести серьезный удар по Израилю18:38Azərbaycanda Roş Ha Şana bayramı ərəfəsində yeni yəhudi təqvimi dərc olunub
САМОЕ ЧИТАЕМОЕ
  1. TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB
  2. В Баку прошел вечер, посвященный истории татар Азербайджана
  3. Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda
  4. Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.
  5. Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)
  6. İRANIN QARA SENTYABRLARI
  7. Рабби Иосиф бен Хаим Шур
  8. Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub
  9. Оша’на Рабба – Араво - ГIэрево
  10. Паломники и Старый ишув Первый этап, часть II
  11. İrana növbəti hərbi hücum olacaqmı?
  12. Турция является одним из важнейших партнеров Срединного коридора
  13. Литовские татары в XVII-XX вв.
  14. Страсти за Каспием
  15. ترک ها در احادیث پیامبر
  16. Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)
  17. დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია
  18. Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
  19. TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ
  20. В Японии разработали новый метод «описание мыслей»
ОПРОС

Где будете встречать Новый год?


 
«    Noyabr 2025    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
ГАЛЕРЕЯ