Ethnoglobus » ИСТОРИЯ И ОБЩЕСТВО » MİR CƏFƏR BAĞIROV və azərbaycanlıların Milli Qırğını (II hissə)

MİR CƏFƏR BAĞIROV və azərbaycanlıların Milli Qırğını (II hissə)

image
Foto: Əli bəy Zizikski. Quba Qəza komissarı olarkən ailəvi şəkli. Anası, xanımı və qardaşı ilə.
Solmaz Rüstəmova-Toqidi, tarix elmləri doktoru, profüssor
Qubada müsəlmanların soyqırımını kim dayandırıb?
Quba qəzasında Sovet hakimiyyətinin qurulması uğrunda ilk mübarizə 1918-ci ilin aprelində gürcü-menşevik knyazın və yerli müsəlman bolşevikin rəhbərliyi ilə erməni, bir neçə rus və yəhudi əsgərlərinin simasında “bolşevizm ideyası tərəfdarlarının” məğlubiyyəti ilə bitir. Lakin “vətəndaş müharibəsinin” bu ilk döyüşünün “siyasi” xarakterinə baxmayaraq, erməni dəstələrinin həmin döyüşlərdə iştirakı və geri çəkilərkən törətdikləri hərəkətlər artıq ona “milli” çalar verir. Belə ki, bolşeviklərin Qubadan getməsi onunla “əlamətdar” olur ki, 2 yəhudi müstəntiqdən başqa, şəhərdəki rus məmurlarının hamısı və bütün ermənilər də onlarla birlikdə şəhəri tərk edir. Gelovaninin şəhadətinə görə erməni dəstəsinin başçısı – Ağacanyan Qubanın bütün xristian əhalisini, əsasən də erməniləri guya xilas etmək məqsədilə ev-ev toplayır və onları güllə qabağında şəhərdən çıxarırdı. Qaçqınların erməni əsgərlərdən ləzgilərə atəş atmamaq xahişinə baxmayaraq Ağacanyan atışmanı kəsmirdi.
Nəticədə erməni-bolşevik dəstəsi tərəfindən zorla şəhərdən aparılan xristian əhalidən bir neçə rus, yəhudi və erməni, o cümlədən rus və erməni keşişləri öldürülür. Məhz bu “erməni qurbanlarını” bəhanə edərək Amazaspın 3 minlik erməni cəza dəstələri az sonra şəhərə girəcək. Lakin qubalıların dinc yaşamaq üçün hələ iki həftə vaxtı vardı. Bəs Mir Cəfər Bağırov bu iki həftədə harada idi?
Gelovani və erməni dəstələri ilə birlikdə Qubanı tərk edən M.C.Bağırov yazır: “...biz Petrovskdan gəlmiş xalis daşnak dəstəsinin himayəsi altında dəmir yolu xəttinə tərəf geri çəkildik... Biz Dərbəndə geri çəkilməyi qərara aldıq. Biz oraya çatdıqda yoldaş Naneyşvilinin Şimali Qafqazdan qayıdan eşelonları ilə qarşılaşdıq. Məşvərətdən sonra dağıdılmış dəstələrin yenidən təşkil edilməsi və Qubaya yeni hücumu hazırlamaq üçün Bakıya doğru hərəkət etmək qərarına gəldik... Çox çətinliklə Dəvəçiyə çata bildik. Bu zaman Bakı tərəfdən Daşnaksütunun liderlərindən biri olan Amazaspın məşhur dəstəsinin olduğu 4 eşelon göründü və Amazasp bəyan etdi ki, Mərkəzin, şəxsən yoldaş Şaumyanın əmri ilə Qubanı yer üzündən silmək üçün şəhərə tərəf hərəkət edirlər. Amma onlar yoldaş Naneyşvilidən bu işdə bizim partiyanın nümayəndəsinin də iştirakını təmin etməyi xahiş etdilər. Hərçənd Amazaspın yanında fövqəladə komissar kimi eser (əslində, qatı daşnak) Velunts var idi. Çox düşündükdən sonra yoldaş Naneyşvili mənə onlarla getməyi təklif etdi. Mən qəti şəkildə bundan imtina etdim, çünki bu dəstənin nə edə biləcəyini qabaqcadan görürdüm”.
Bu “qəti imtinaya” və hadisələri “qabaqcadan gördüyünə” baxmayaraq Bağırov hər halda Amazaspın dəstəsinə daxil olur, hərçənd özünü gələcəkdə təmizə çıxarmaq məqsədiləmi yazdığı, yaxud həqiqətən baş vermiş bir məqamı da vurğulamağı lazım bilir: “Yeri gəlmişkən, yoldaş Naneyşvili məni Amazaspın dəstəsi ilə Qubaya göndərərkən onun müavinlərindən zəmanət aldı ki, ... mən onların himayəsi altında olacağam, mən isə öz növbəmdə Viktor Naneyşvilidən söz aldım ki, o, mənim öz xoşumla getmədiyimi təsdiq edir”.
Öz xoşu iləmi, ya yox, hər halda Mir Cəfər Bağırov əks düşərgədə olsa da, öz həmyerliləri ilə birlikdə Quba faciəsini yaşamalı olur.
1918-ci ilin may ayının 1-də səhər, müsəlmanlara qarşı öz vəhşiliklərilə məşhur olan daşnaksakan Amazaspın rəhbərliyi altında yalnız ermənilərdən ibarət 3 minlik nizami dəstə Quba şəhərini mühasirəyə alaraq, onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutmağa başlayır. Şəhərin alınması, müsəlman əhalisinin qırğını müxtəlif cür zorakılıqlarla müşayiət olunur. Elə birinci gün əksəriyyəti qadın və uşaqlar olan 715 müsəlman öldürülür. İkinci gün 1012 nəfər - əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilir, müsəlmanların əmlakı talan edilir. Qətllər və talanlar sonrakı günlər də davam edir.
Amazaspın dəstələrinin hər hansı bir siyasi vəzifə - yeni hakimiyyətin qurulması - yerinə yetirmədiyi, əksinə müstəsna olaraq cəza missiyası daşıdığı heç kimdə şübhə doğurmurdu. Ermənilər küçələrdə və meydanlarda olanların hamısını öldürdükdən sonra, evlərə soxularaq, südəmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırır, əvvəlcədən isə onların qızılını, pulunu və qiymətli əşyalarını əllərindən alaraq, qarət edirdilər. Daha sonra evləri, bazarları, dükanları, anbarları və s. yandırırdılar. Yığışdırılmamış meyitlər küçələrdə, evlərdə qalırdı. Şəhər rəisi Əli Abbas bəy Əlibəyov dəfələrlə meyitlərin dəfn edilməsi ilə bağlı müraciət etsə də, müsəlmanları bu yolla da cəzalandırmaq istəyən Amazaspdan rədd cavabı alırdı. Yalnız dördüncü gün, şəhəri üfunət iyi bürüməyə başlayanda erməni carçılar müsəlman kişiləri qollarına ağ sarğı bağlayaraq meyitləri basdırmağa çağırırlar. Şəhərin 60-dan çox sakini bu çağırışa cavab olaraq bayıra çıxır, lakin onların heç biri geri qayıtmadığından camaat yenidən gizlənir. Basdırılmayan və yeni öldürülənlərin meyitləri ermənilər gədənə qədər, yəni hələ 6 gün də küçələrdə qalır.
Həmin günlər Quba camaatı dəfələrlə Mir Cəfər Bağırovu şəhərdə görür: gah onun mənzilində müsəlmanlar evlərinin yandırılmaması üçün erməni qoçularına haqq verirlər, gah “doqquzuncu gün müsəlmanlardan qarət edilmiş bütün əmlak Bağırovun evindən arabalara yüklənərək Ayrapetovun nəzarəti altında şəhərdən çıxarılır” və s. Yeri gəlmişkən, sonuncu epizodu Mir Cəfər Bağırov özü də, lakin başqa yozumda təsdiq edir: “Amazaspın dəstələri bir həftə bütün Quba qəzasında azğınlıq etdikdən sonra qarət etdikləri bütün qiymətli əşyaları götürərək Bakıya tərəf hərəkət etdilər. Mən az qala diz üstə çökərək ondan yandırılmış evlərin sahibləri üçün ev əşyalarından nə isə qoparmağa nail oldum. Alınan şeylər paylanmaq üçün anbara yığıldı”.
Qubanın ictimai xadimlərinin apardığı hesablamalara görə, Amazaspın dəstələri hələ yalnız şəhərin özündə 4 milyon rubl nağd pul, 4 milyon yarım rubl dəyərində qızıl, zinyət əşyaları və qiymətli daşlar, 25 milyon rubl dəyərində müxtəlif mallar və ərzaq ehtiyatı ələ keçirmişdi. Bundan əlavə, Amazaspın dəstələri Quba şəhərində 105 ev və tikili, həmçinin müsəlman idarələrinin yerləşdiyi binaları yandırmışdılar. Yanğınlar nəticəsində zərərçəkənlərə 100 milyon rubl həcmində ziyan vurulmuşdu.
Burada belə bir sual meydana çıxır – bolşevik, eyni zamanda müsəlman və əslən qubalı olan Mir Cəfər Bağırov bu hadisələrin gedişinə hər hansı bir təsir göstərə bilərdimi? Çox güman ki, yox. Onun özü də tərcümeyi-halında belə bir etiraf edir: “Çox təəssüf edirəm ki, mənim iradəmin əksinə olaraq mənə Qubada baş vermiş dəhşətli mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir köməklik göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim. Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu Mir Həşim, kürəkənimiz Hacı Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər”.
Lakin Mir Cəfər Bağırovun Quba qırğınlarındakı iştirakı ilə bağlı ən maraqlı məqam bundan sonra başlayır. Az sonra bir daha Qubaya qayıdacaq və hadisələrə qatılacaq David Gelovani belə bir şəhadət edir: “Caparidze mənim keçmiş müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram almışdı. Teleqramda deyilirdi ki, qubalılar onları xilas etmək üçün mənim Qubaya gəlməyimi xahiş edirlər, çünki Amazasp sağa-sola hər tərəfi yandırır və hamını qətlə yetirirdi. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi. Mən razılaşdım və geniş səlahiyyətlər alaraq, Qubaya gəldim”.
Mir Cəfər Bağırov öz tərcümeyi-halında D.Gelovaninin ikinci dəfə Qubaya qayıtdığından danışmır, lakin özünün Caparidzenin adına teleqram göndərdiyini qeyd edir.
Beləliklə, Mir Cəfər Bağırovun “o dəhşətli mənzərənin” qarşısının alınmasında imkansız olsa da, heç olmasa dayandırılması üçün hər halda bir təşəbbüs-cəhd etdiyi və, ən başlıcası, bu cəhdin də baş tutduğu təsdiq olunur.
İkinci dəfə Qubaya gələn D.Gelovani “burada törətdiklərinə görə Amazaspı danlayır”:
“O, və dəstənin komissarı Velunts mənə cavab verdilər ki, şəhərə öz aralarında müharibəyə başlayan şiə və sünnilər od vurmuş və bir-birini qırmışlar. Mən onlara inanmadım və Amazaspa öz dəstəsi ilə birlikdə Qubadan çıxıb getməyi təklif etdim. O əvvəlcə tərəddüd etdi, lakin sonra gedəcəyini bildirdi və həqiqətən, burda olduğu müddətin doqquzuncu günü bütün dəstəsi ilə çıxıb getdi. Onun arxasınca mən də çıxıb getdim”.
Mir Cəfər Bağırov, vurduğu teleqram müqabilində yəqin ki, Amazaspın dəstələrinin törətdiklərinə qarşı özünün mövqeyinin anlaşılacağı ümidi ilə bu dəfə şəhərdə qalır. Lakin, Amazasp Qubadan çıxıb gedəndən 4 gün sonra şəhərə gələn “Alyoşa Caparidzenin fövqəladə səlahiyyətli nümayəndəsi yoldaş Levon Qoqoberidze” onu hətta dinləməyi belə lazım bilmir, əksinə, Bağırovu və onun adamlarından daha dörd nəfəri “qan tökülməsində iştirak etməkdə” günahlandıraraq həbs edir. Şəhərdə Çurayevin başçılığı ilə yenidən İnqilab Komitəsi yaradılır. Yeni Komitə bu dəfə özünün “gürcü” tərkibi ilə, Caparidze tərəfindən göndərilmiş, əsasən gürcü partiya işçiləri və zabitlərlə seçilir. Yeni İnqilab Komitəsi bu zaman Quba qəzasının Qusar bölgəsində olan Əli bəy Zizikski ilə əməkdaşlıq barədə danışıqlara başlayır, lakin rədd cavabı alır. Mir Cəfər Bağırov isə bu zaman “gələcək taleyini gözləyən müttəhim kimi... nəzarət altında oturur və şəxsən Stepan Şaumyana ətraflı məktub yazır”.
Həbsdə olan Mir Cəfər Bağırov həmin məktubun məzmununu açıqlamır, lakin guya “Quba üzərinə hazırlanan yeni basqın haqqında məlumat alaraq”, Əli bəy Zizikskinin əlinə düşməmək üçün gizlicə Qubadan qaçmağa müvəffəq olur və Bakıya gəlir. Bundan sonra, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulanadək Qubaya qayıtmır.
Burada yəqin ki, Mir Cəfər Bağırovun bioqrafiyasının bilavasitə 1918-ci il Quba qırğınları ilə bağlı səhifələrini çevirmək olardı. Lakin bu hadisələrdə adları çəkilən daha iki şəxsin sonrakı taleyi və Bağırovun düz 30 ildən sonra özünün bu mövzuya qayıtması söhbətin davamını zəruri edir.
Qubanın sovetləşdirilməsinə yönəlik fəaliyyətində David Gelovani ilə kifayət qədər sıx əməkdaşlığına və hətta Amazaspın törətdiyi qırğınların qarşısını almaq üçün Bakıya, Caparidzeyə göndərdiyi teleqramda məhz bu şəxsin Qubaya qayıtması və qırğınlara son qoyması xahişinə baxmayaraq Mir Cəfər Bağırov öz tərcümeyi-halında Gelovani haqqında “sonradan təxribatçı çıxdı” yazır, lakin bu ciddi ittihamın səbəblərini açıqlamır.
Mümkündür ki, bu ittiham Gelovaninin ölkə ərazisində müsəlmanlara qarşı kütləvi qırğınların miqyasının və dəymiş ziyanın miqdarının araşdırılması, günahkarların cəzalandırılması məqsədilə Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci ilin 15 iyulunda yaradılmış Fövqəladə Təhqiqat Komissiyası ilə əməkdaşlıq etməsi ilə əlaqədar idi. Təsadüfi deyil ki, Bakı alındıqdan sonra şəhərdən qaçmamış Gelovaninin bir qədər dolaşıq və ziddiyyətli olsa da əks tərəfin nümayəndəsi kimi verdiyi ifadələrin istintaq üçün əhəmiyyətini, eləcə də hərəkətlərində şəxsi düşmənçiliyin və qərəzliyin olmadığını nəzərə alan FTK müstəntiqləri onu “şahid” qismində dindirir və məsuliyyətə cəlb etmir. Gelovani 1919-cu ilin oktyabrına qədər Cümhuriyyət hökumətinin Əmək müfəttişliyində çalışır, lakin az sonra Sabunçu vağzalı yaxınlığında iki güllə ilə öldürülür. Qatil - erməni Sərkis Terunts, tapançasını tullayaraq hadisə yerindən qaçmağa cəhd edərkən yaxınlıqda olan bir azərbaycanlı əsgər tərəfindən yaxalanır. Kifayət sayda şahidlərin, o cümlədən iki qorodovoy və iki jandarmın olduğuna, “barıt qazlarının təzə qoxusu olan mauzer” tapançasının varlığına baxmayaraq S.Terunts sona qədər özünü müqəssir bilmir və bu səbəbdən də, cinayətin əsl səbəblərini açmaq mümkün olmur. İstintaqın Gelovaninin “Daşnaksütun” partiyası ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırdığı, S.Teruntsun işinin isə Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Prokurorluğuna verildiyi nəzərə alınarsa, ehtimal etmək olar ki, D.Gelovaninin qətli məhz siyasi motivlərə görə törədilmişdi. Görünür ki, erməni-daşnak tərəfi FTK ilə əməkdaşlığı ona bağışlamır.
Quba hadisələrində dəfələrlə adı çəkilən Əli bəy Zizikskinin sonrakı taleyində isə M.C.Bağırov birbaşa mühüm rol oynayır. Quba ictimaiyyətinin ən görkəmli xadimlərindən biri, Azərbaycanda milli-azadlıq hərəkatının fəal iştirakçısı, “İttihad” partiyasından Cümhuriyyət Parlamentinin üzvü Əli bəy Zizikski Azərbaycan sovetləşdirildikdən sonra İran Azərbaycanına, Ərdəbil şəhərinə köçmüşdü. Lakin, ilk himayəçisinin yaxşılıqlarını unutmadığındanmı, yaxud özünün Quba hadisələrindəki günahlarını yumaq, ya “yumşaltmaq” niyyəti iləmi, hər halda 1923-cü ildə M.C.Bağırov Əli bəy Zizikskiyə təminat-dəvətlə Vətənə qayıtmaq təklifi göndərir. Burada diqqətəlayiqdir ki, Əli bəy Zizikski öz həmyerlisinə inanaraq bu təklifi qəbul edir! Həmin dövr artıq Azərbaycan Fövqəladə Komitəsinin sədri vəzifəsinə qədər yüksəlmiş Mir Cəfər Bağırov keçmiş rəisini və əslində siyasi rəqibini öz iş kabinetində, olduqca hörmətlə - Əli bəy Zizikskini kövrəltmək həddinə qədər – qarşılayır, ona leqallaşmaqda - üzə çıxmaqda və iş tapmaqda həqiqətən kömək edir. Zizikski Qubaya qayıtmayaraq Bakıda məskunlaşır. Bununla belə, onun nəzarətdə saxlanılmasına və bəzən açıq təqib edilməsinə son qoyulmur. Bağırovun himayəsinə baxmayaraq, 1926-cı ilin dekabrında Mərkəzi hakimiyyətin “köhnələrə” qarşı növbəti kampaniyanın gedişində Zizikski həbs edilir. İstintaq orqanları onu bir sıra “yeni cinayətlərdə”: müsavatçıların xeyrinə gizli fəaliyyət, fəhlə sinfinə qarşı mübarizə, xaricdəki əksinqilabi və saxta pul kəsən təşkilatlarla əlaqələrdə ittiham etsələr də görünür ki, kifayət qədər sübutlar tapmırlar və il yarımdan sonra Zizikskinin 1918-ci il hadisələri zamanı fəaliyyəti də cinayət işinə əlavə edilir. Əli bəy ona qarşı irəli sürülən çoxsaylı ittihamların heç birində özünü müqəssir saymır, 1918-ci ilin mart-may hadisələri haqqında danışmaqdan ümumiyyətlə imtina edir, hətta üzləşdirmələr zamanı özünü çox ləyaqətlə aparır.
1928-ci il avqustun 2-də Ə.b.Zizikski “siyasi quldur” kimi ittiham olunur və “sosial müdafiənin ən yüksək cəzasına – güllələnməyə” məhkum edilir. Az.SSR təhlükəsizlik orqanları Oktyabr İnqilabının 10 illiyi münasibətilə hökumət tərəfindən verilmiş amnistiyanın Zizikskiyə şamil edilməməsi haqqında vəsatət qaldırırlar. Bu vəsatətin Azərbaycan, Zaqafqaziya Federasiyası və Sovet İttifaqının dövlət strukturları tərəfindən təsdiqi bir ildən çox çəkir. Həmin vəsatət təsdiq edildikdən dərhal sonra Əli bəy Zizikski haqqında ölüm hökmü 1929-cu il sentyabrında yerinə yetirilir.
Qeyd olunmalıdır ki, Mir Cəfər Bağırov bu vaxt artıq Azərbaycanda deyildi, 1927–1928-ci illərdə Tiflisdə Zaqafqaziya su təsərrüfatı idarəsinin, 1928–1929-cu illərdə isə Zaqafqaziya kənd təsərrüfatı idarəsinin sədri vəzifəsində çalışırdı. Ehtimal etmək olar ki, Azərbaycanda olsaydı belə Sovet hökumətinin cəza maşınının güc topladığı bir şəraitdə artıq Əli bəy Zizikskini xilas etmək iqtidarında olmayacaqdı...
Amma 1940-cı illərin sonlarında bütün bu hadisələr tamamilə başqa bir müstəvidə, həm də Mir Cəfər Bağırovun özü tərəfindən gündəmə gələcək və onun 1918-ci il hadisələri də daxil olmaqla erməni fitnələrinə münasibətini artıq tam açıq şəkildə açıqlamasını şərtləndirəcək...
Sonu var

 
Foto: Əli bəy Zizikski
ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:44Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?20:30İRAN ŞƏHİD RƏHBƏRİ İLƏ VİDALAŞIR11:33İRAN YENƏ DƏ ORTA ƏSRLƏRDƏ QALMAQ İSTƏYİR.13:34Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…20:08Tərəddüdlü iran19:19Fələstin və İslam İnkişaf Bankı Fələstinin enerji sektorunun maliyyələşdirilməsi üçün 37 milyon ABŞ dolları dəyərində saziş imzalayıb18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyul 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
ГАЛЕРЕЯ