Ethnoglobus » ЭТНОПОЛИТИКА » Eltən Törəçi: Köçəri bir kimlikdir, köçərinin bir davranış biçimi, törəsi və oyunu var.

Eltən Törəçi: Köçəri bir kimlikdir, köçərinin bir davranış biçimi, törəsi və oyunu var.

image

İyulun 29-31-də Azərbaycanda - Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında II Milli Yaylaq Festivalı keçiriləcək. İlki 2019-cu ildən keçirilən Festival yerli və xarici ictimaiyyət tərəfindən böyük marağa səbəb olmuşdu. Əlbəttə, yaylaq, çöl, təbiət, doğal yaşam deyəndə ilk yada düşənlərdən biri "Çölçü" Milli Mədəni İrsin İnkişafı İctimai Birliyinin sədri, "Qafqaz TV"nin icraçı direktoru Eltən Qədimbəyli - Törəçidir. I Milli Yaylaq Festivalında da iştirak edən Eltən bəylə qarşıdakı II Milli Yaylaq Festivalı, eləcə də fəaliyyət sahəsi, çöl, təbiət, türklük, milli kimlik məsələləri haqqında həmsöhbət olduq.

"Bir xalqın öz törəsini anlaması, qavraması çox önəmli məsələdir"

- Bizim "Çölçü" İctimai Birliyi Milli-Mədəni İrsin İnkişafı adındadır. Milli-mədəni irs deyəndə bir millətin etnoqrafik mədəniyyəti, etnoidentifikasiyasından danışırıq. Hər bir millətin belə bir etnoidentifikasiyaya çox ciddi ehtiyacı var. Məsələn, Azərbaycanda əhalinin böyük hissəsi türklərdir və bizim milli kimliklə bağlı bəlli problemlərimiz var. Özəlliklə, Sovet quruluşunun təbliğat maşınından sonra bu problemlər artıb. Bizim kimlik anlayışımızda indi bir qarışıqlıq, dolaşıqlıq var. Bu da elə-belə deyil. Bakı Türk dünyasının mədəniyyət mərkəzi idi. Ta Sovetdən öncəki dönəmdə bütün Türk dünyasından olan ziyalılar Bakıda toplaşardı. Bakı Avropanın Parisi kimi yaradıcı adamların şəhəri idi. 1937-ci ildə 29 mindən çox ziyalımız qətl edildi. Onlar boşuna öldürülmədi. Çünki onlar milli kimliyin daşıyıcıları, anlatıcıları, milli kimliyi mənimsəyən insanlar idilər. Sonra dilimizdə, əlifbamızda dəfələrlə dəyişikliklər oldu. Əlbəttə ki, bununla da kitablarımız, mifologiyamız, ədəbiyyatımız da dəyişildi və yerinə Sovet ideologiyasını təbliğ edən saxta bir nəsil yetişdirildi. Üzülərək deyim ki, indi də o hava bəzi insanların başında qalmaqdadır. İndi də biz milli kimliyin dərinliyinə tam vara bilmirik, qavramırıq. Belə bir ifadə də var: milli mentalitet. "Milli" sözü "millət" sözündən gəlir, bizim sözümüz deyil, "mentalitet" də "mental" sözündəndir, heç bizim deyil. Öz dilimizdə olmayan qavram bizi açıqlaya bilməz, bizim göstəricimiz ola bilməz. Bütün bunların yerinə qoyduğumuz "törə" deyə bir qavram var. Törə öz fəlsəfəmiz, öz davranışımız, mədəniyyətimiz, hüququmuz, etikamız-estetikamızdır. Əslində, ziyalılarımız bu və ya digər şəkildə bunu vurğulamağa, mədəniyyətin gücünü göstərməyə çalışıblar. Məsələn, Cavid deyirdi ki, Turana qılıncdan daha kəskin, ulu qüvvət: Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! Mədəniyyət deyəndə o, törəni nəzərdə tuturdu ki, bizə unutdurulub. "Millət" sözü, əslində "budun"dur, yəni bütün. Sözün ifadəliliyinə fikir verin, biz bir bütünük. Ya da vətən anlayışı bizim deyil. Biz "yurd" deyirik. Bunları biz daha yaxşı qavraya bilirik. Bir xalqın öz törəsini anlaması, qavraması çox önəmli məsələdir. 
Bəli, son dönəmlər Türk dünyası ölkələri arasında əlaqələr daha da artıb. Bu, çox yaxşıdır. Amma üzülərək deyim ki, bunu bir çox halda edənlərin əksəriyyəti törəylə əlaqəsi olmayan şəxslərdir. Onlar bunu hansısa maddi gəlir üçün, ya da toplumda tanınmaq üçün edirlər. Çünki bu məsələ indi aktualdır. Əlbəttə, bunu ürəkdən istəyənlərlə yanaşı, bundan maddi maraq güdənlər də az deyil. 

"Milli Yaylaq Festivalının davamlı olması çox yaxşı haldır"

- Bütün bunların fonunda Milli Yaylaq Festivalı keçirməyə başlamışıq. İlk festivalla bağlı təəssüratlarınız necədir?

- Milli Yaylaq Festivalına gəldikdə, 2019-cu ildə ilk dəfə idi təşkil olunurdu. Təəssüf ki, tələm-tələsik və bir növ göstəri üçün təşkil olunmuşdu. Bəli, bir çox dövlət qurumları, Türkiyənin burdakı nümayəndəlikləri əlindən gələni etmişdilər. Bu, bir cəhd idi. Alındımı, bəli, alındı. Bunu alqışlamaq lazımdır. Çünki bu, indiyə qədər olmamışdı. Biz orda gördük ki, insanlar öz köklərinə, törələrinə necə bağlıdırlar, necə sevgiləri var. İstənilən halda, bu, insanların öz köklərinə dönməsinə və onunla bağlarını yenidən yaratmasına kömək elədi. Qüsurlar var idimi? Bəli, vardı. Orda məni üzən ən ciddi məsələlərdən biri bu idi ki, məsələn, oxçuları, hansısa etno savaş çıxışçılarını Türkiyədən və başqa türk dövlətlərindən gətirmişdik. Azərbaycandan sadəcə at çapanlar vardı. Məncə, bu, bir milli yaşam biçimi deyil, sanki bir sirk göstərisi idi. Milli kökü, öz törəni yaşadan adamlar Azərbaycanda bir icma şəklində olmalıdırlar. Ayrı-ayrı bölgələrimizdə, kəndlərimizdə qədim ənənəvi sənədlərimizi yaşadan insanlar var, amma onlar təkdirlər. Bəli, dövlətin layihələri var, onlara qismən kömək edildi, amma bu, o qədər də uğurlu deyil. Məsələn, birinin modern evdə yaşayıb, gəlib dulusçuluqla məşğul olması, onun işinə yarımçıq yanaşmasın gətirib çıxaracaq. Vaxtilə Mədəniyyət Nazirliyinə təklif vermişdim ki, gəlin, Azərbaycanda bir etnokənd yaradaq və Azərbaycanın dörd bir yanında qədim əl işləriylə məşğul olan sənətkarları oraya toplayaq ki, işlərini orda davam etdirsinlər. Milli köklərinə bağlı ölkələrdən biri Yaponiyadır. Orda öz qədim sənətlərini, döyüş növlərini yaşadanlar var və onlar babaları necə yaşayırdısa, elə də yaşayır, o ritualları qoruyurlar. Azərbaycanda Braziliyanın, Koreyanın idman növü var, amma öz milli idman növlərimiz yoxdur. Məsələn, mən illərdir oxçuluğu təbliğ etməyə, öyrətməyə çalışıram. Buna ehtiyac var. 


Festivalda, bəli, çox yaxşı tərəflər də vardı. Amma boşluq olan çox məqamlar da vardı. Çünki bunun arxasında heç nə durmurdu. İldə bir dəfə hansısa qurumları toplayıb, bir milli papaqla milli olmaq mümkün deyil. Gərək köklərə sadiq, gələnəkləri yaşadan insanlara dəstək versinlər ki, festival da öz-özündən yaransın. Öz milli mənliyimizi, kimliyimizi saxlayan qrup, icma yaranmalıdı. Azərbaycanda ənənəvi oxçuluq, atlı oxçuluq yaranmalıdır, bunun komandası olmalıdır. Azərbaycan bütün milli festivallara öz musiqisi və atçılıq komandasıyla qatılır. Atçılıq da bir göstəridir, yaşam biçimi deyil. Bəli, bizdə alpaqut idman növü var ki, onun da nə qədər qədim, köklü olduğu mübahisəlidir. Bu sahədə yaxşı işlər görülsə də, tam yanaşma yoxdur. 
Biz "Çölçü" olaraq bir çox istiqamətlərdə - geyim, idman, dil, sağlıqlı bəslənmə, həmçinin, uşaqlarla bağlı çox ciddi işlərimiz var ki, məsələyə kompleks yanaşaq. Milli oyanış, törəsəl yanaşmayla bağlı öz düşüncələrimiz və bizi dəstəkləyən insanlar da var. 
Milli Yaylaq Festivalına münasibətim normaldır, amma düşünürəm ki, bu, tam deyil, Azərbaycanı tam ifadə edə bilməyəcək. Çünki yanaşmada bir az sıxıntılar var. Xəyalımız odur ki, gələcəkdə özümüz "Çölçü" festivalını keçirəcəyik. Onun daha dərin, köklü bir festival olacağına əminəm. Çünki mən 2004-cü ildən bunun üzərində çalışıram. "Çölçü"nün yanaşması hərtərəfli yanaşmadır. 
Festivalın adı da mübahisəlidir. "Yaylaq" nə deməkdir? Baxın, "Köçəri oyunları" deyirlər. Köçəri bir kimlikdir, köçərinin bir davranış biçimi, törəsi və oyunu var. Yaylağın oyunu yoxdur. Yaylaq bir istirahət anlayışıdır, yəni o deyil. Demək, konsepsiyanın özündə sıxıntılar var. "Çölçü" isə bir türkün yaşamının hər yönünü göstərən bir konsepsiyaya sahibdir. 

- İkinci Milli Yaylaq Festivalına az zaman qalıb. Konsepsiyası, hazırlıq prosesləriylə tanışsınızmı? Bununla bağlı hansı təklifləriniz var?

- Bəli, bu festivalın davamlı olması çox yaxşı haldır. Buna yanaşmayla bağlı fikirlərimi dedim. Bildirdiyim kimi, orda yarımçıq yanaşma var. Adından tutmuş, bütün konsepsiyasıyla tanışam. Düşünürəm ki, çox yaxşıdır, amma mənim tam olaraq ürəyimcə deyil. Fikrimcə, Yaylaq Festivalının ciddi elmi dayanağı olmalı, konsepsiyası hazırlanmalıdır. Bu sahədəki elm adamlarının hamısının fikri alınmalıdır. Bu qədər böyük bir tədbir 3-5 adamın fikriylə qurula bilməz. Çünki milli-mədəni məsələlərlə bağlı çoxlu insanlar çalışır. Bu, bir komanda işidir. Amma burda mənim gördüyüm bir komanda işi yoxdur. Birincidə də yarımçıqlığı görmüşdük, indi də hardasa bu davam edir. Məsələn, mən illərdir etno mədəniyyətlə maraqlanan, məşğul olan adamam, amma belə bir tədbirin olacağını hələ təzə öyrənirəm. 

- Müasirləşən və qərbliləşən insanların bu cür festivala marağını nə dərəcədə səmimi qəbul edirsiniz?

- Səmimi olan da var, olmayan da var. Bir çox insan ora şəkil çəkdirməyə, sosial mediasında paylaşımlar etmək üçün gələcəklər, bir çoxları həqiqətən də buna marağından gələcək. Xüsusən, pandemiyadan sonra insanların bir araya toplaşması xoşdur və məhz buna görə də gələnlər olacaq. Çünki biz millət olaraq təbiəti sevirik. Əlbəttə, onların içərisində öz ailəsinə, övladlarına keçmişini, milli kimliyini, ənənələrini, bağlarını göstərmək, tanıtmaq istəyənlər də olacaq. 

"Özümü tamamlamaq üçün onlara ehtiyacım olduğunu düşünürdüm"

- I Milli Yaylaq Festivalında Etnosporlar Konfederasiyasının başqanı Bilal Ərdoğanla müsahibə edərkən, ona belə bir sual vermişdiniz ki, Amerikada, Avropada təhsil alan birisi sonradan necə oldu ki, oxçuluqla maraqlandı. İstərdim eyni sualı mən sizə verim. Mədəniyyət və İncəsənət Universitetində, sonra isə Kiyevdə rejissorluq ixtisasına yiyələnmiş Eltən necə oldu ki, özünü çöldə Çölçü olaraq buldu?

- Mən sədərəkliyəm. Naxçıvanın ən ucda, İran, Türkiyə və mənfur ermənilərlə sərhəddə, Azərbaycanın ən ucdakı qapısıyıq. Sərhəddə yaşayan insanlarda öz milli köklərinə bir bağlılıq olur. Yadımdadır ki, uşaqlıqda dağlara çıxırdıq və özümüzü oraların qoruyucusu kimi görürdük. Soyumuz "Qədi" soyundandır. "M" Sovet dövründə əlavə olunub və olmuşuq "Qədimbəyli". Mənim 7 babam yüzbaşı olub, orduda qulluq edib. Məni babam və nənəm yetişdirib. Uşaq vaxtımdan başımda papağım-börküm də, xəncərim də vardı. Anam tarix, atam rus dili müəllimi idilər. Anam kəndimizdə bir muzey yaratmışdı. Orda babamın xəncəri, paltarı vardı. O muzeyə getməyi çox xoşlayırdım və ordakı Sədərəyin kökü məni o vaxtdan cəlb edirdi. Özümü tamamlamaq üçün onlara ehtiyacım olduğunu düşünürdüm. Bizim kəndimizi bombalamağa başlayanda 8-ci sinifdə oxuyurdum. Ulu öndərimiz gəldi Sədərəyə və araşdırma apardı ki, ordakı əlaçı uşaqlar kimdir? Əlaçı uşaqların hamısını Bakıya göndərdilər ki, heyifdilər, təhsilləri yarımçıq qalmasın. Onların içində mən də vardım və mən anamı, atamı qoyub gəlmək istəmirdim. Onda atam mənə bir söz dedi ki, bala, mən indi burda ikimizin yerinə savaşa bilərəm, amma bu savaş beyin savaşıdır, milli mənlik savaşıdır, özümüzü anlamaq üçün sən oxumalısan. Oxumasan, bir sabah bu savaşı uduzacağıq. Atamın o dediyi söz məni həmişə özümü, kökümü axtarmağa vadar elədi. Anlayırdım ki, köklərimi araşdırmalıyam. Bu hiss məni Dövlət Televiziyasında Xalq yaradıcılığı redaksiyasına gətirdi. Nədənsə, folklorumuz, eləcə də keçmişlə bağlı hər şey məni çox cəzb edirdi. Düşünürdüm ki, torpağına, keçmişinə nə qədər bağlı olsan, o qədər güclü olacaqsan. Mən də ulusumuzu, xalqımızı güclü görmək istəyirəm. Dərinə nə qədər varsaq, o qədər ucalmaq şansımız olacaq. Biz türklərin ən böyük sıxıntısı birləşməkdir. Bunu da törəmizi anladıqca, mənimsədikcə, dilimiz açıldıqca bacaracağıq. 

"Ortaq türk dili məsələsini ortaya atanlar türk birliyini istəməyənlərdir"

- Dil demiş, son zamanlar "ortaq türk dili" tendensiyası yaranıb. Bizə lazımdırmı ortaq türk dili?

- Ortaq türk dili zatən var. Bu, birliyi yaratmaq istəməyənlərin bir həmləsidir. Olmayan bir şeyi atırlar ortaya və bunun müzakirəsini yaradırlar. Ortaq türk dili məsələsini ortaya atanlar türk birliyini istəməyənlərdir. Çünki bu vasitəylə ayrılıq yaradırlar, qıpçaq türkü deyəcək qıpçaq dili üzərində, oğuz türkü deyəcək oğuz tükcəsi üzərində yaradaq və sair. Bizə elə gəlir ki, Lənkəranda Azərbaycan dilində danışanla Şəkidə azərbaycanca danışanın dili çox yaxındır. Xeyr, əslində, heç də yaxın deyil. Naxçıvanlıyla salyanlının dilləri xeyli fərqlidir. Sadəcə, biz bunu çox eşitdiyimiz üçün onu anlayırıq. Türk dilinin ləhcələri də bu cürdür. "Janım"la "canım"ın nə fərqi var ki? Biz bir-birimizi danışaraq başa düşəcəyik və bu da olacaq ortaq türk dili. Məncə, hər türk insanının başqa türk dövləti vətəndaşlarından bir dənə dostu olmalıdır, gənclər arasında ortaq türk dostluqları qrupu yaradılmalıdır. Bunu prinsip halına gətirəndən sonra inandırım sizi, 3-5 il ərzində biz bütün türk dillərində danışacağıq. İkinci problem, yazı problemidir. Yazı dili düzəlsə, ortaq dil də inkişaf edəcək. Çünki bu dil var, onu yaratmağa ehtiyac yoxdur. Biz çölçülər türklüyümüzlə bağlı bütün ayrımcılıqlara qarşıyıq. 
Dil bir kapitaldır. Ortaq dil bizə sabah pul qazandıracaq. Türkiyə tükcəsi indi dünya dil sıralamasında 17-ci yerdədir. Amma 330 milyon adam bu dildə danışsa, qalxacaq 4-5-ci yerə. Dünyada ən çox danışılan 4-5-ci dil kimi bizim uşaqlarımız sabah hansısa xarici ölkədə türk dili təhsili verib pul qazana bilər. Biz başa düşməliyik ki, bu dilin yaranması, bizə pul kimi də geri dönəcək. Pul da gücün bir göstəricisidir və biz türklər gücü sevirik. 
Bizim milli mənəvi cəsarətimiz çatmalıdır ki, özümüzün milli geyimlərimizi özgüvənlə geyinək. Amma hindlilər, yaponlar, ərəblər var ki, zadəgandır, ziyalıdır, professordur, əsilzadədir və öz milli geyimində qürurla gəzir. Biz isə bundan utanırıq. Başqasının geyimini geyinmək, başqası kimi görünməyə çalışmaqdır gülünc olan. Biz avropalıdan çox avropalıyıq, rusdan çox rusuq. 
"Çölçü"nün uşaq təşkilatı qurmaq kimi bir planı var və bu uşaq təşkilatı bütün türk dünyasını əhatə edəcək. Türk dünyasından uşaqlar vaxtaşırı gəlib Azərbaycanda qalacaq və buranın mədəniyyətiylə, tarixiylə yaxından tanış olacaqlar. 

- Bilal Ərdoğanla sonradan danışıqlar oldumu, qarşılıqlı əlaqələr, işbirliyi olacaqmı?

- Bəli, işbirliyi düşünürük. Gələcəkdə dediyim kimi, biz də bir neçə etnofestivallar planlayırıq, çox maraqlı və önəmli ideyalarımız var. Onları bir neçə mərhələlərə də bölmək istəyirik. Əlbəttə, Dünya Etnosporlar Konfederasiyasıyla da işbirliyi qurmağı planlaşdırırıq. Azərbaycanda ənənəvi oxçuluq federasiyası qurmaq istəyirik. Əvvəlcə bir mərkəzdə toplayıb oxçuluq ocağı qurmaq, daha sonra onu Azərbaycana yayıb federasiya halında genişləndirmək fikrimiz var. Oxçuluq təkcə bir idman növü deyil, törədir. Biz sadəcə oxçu yetişdirməyəcəyik, həm də törəsinə bağlı, öz kimliyini, mənliyini anlayan, keçmişinə, kökünə bağlı bir vətəndaş yetişdirəcəyik. 

- Qərbin və xüsusən, Rusiyanın təsiriylə cəmiyyətimizdə sürətlə qərbliləşmə gedir, dedik. Son illərdə isə həyatımıza Türkiyə kimi bir dövlət daha fəal daxil olub. Türkiyə bizim milli kimliyimizə, türklüyümüzə dönüşdə bizə təsir edə bilərmi?

- Kaş ki, təsir eləsin. İstənilən halda Türkiyə bizik. Bundan çəkinənləri mən anlamıram. Türkiyə bizə bir yerə qədər təsir edə bilər. Bir yerdən sonra əmin olun ki, Azərbaycan Türkiyəyə təsir edəcək. Türkiyənin bir çox təhsil ocaqlarını azərbaycanlı müəllimlər qurub. Türkiyəylə biz eyniyik. Eləcə də, Qazaxıstan, Türkmənistan və sair. Bu gün Türkiyəni təhlükə görənlər qərbin araqarışdıranlarıdır və onlar bunu istəmirlər. Bu da normaldır. 
- Gəlib çıxdığımız bu yerdə geri dönüşümüz sizə nə dərəcədə real görünür?
- Mən gələcəyə ümidlə, inamla baxıram. Dünyada köçəri və oturaq mədəniyyət var və bu ikincisi insanlığın görüb görəcəyi ən qeyri-insani mədəniyyətdir. Çünki o, bizi doğadan ayırdı, bizi lüksün, komfortun, intriqanın, savaşların köləsi elədi. Amma köçəri mədəniyyət yenidən oyanır. İnternetin kəşfiylə artıq insanlar ofislərə, evlərə bağlı qalmayacaqlar, özgürləşəcəklər. Köçəri mədəniyyətin yeni dalğası, türk törəsinin, kültürünün oyanışı başlayır. Çünki biz bir yerə bağlı qalmağı sevmirik. Biz dünyanın dörd bir tərəfinə yayılacağıq, öz kökümüzü, törəmizi tapacağıq. İnternet bizim illərlə həsrət qaldığımız özgürlük ruhumuzun geri qayıtmasına kömək edəcək. 

- Şəhər həyatını, müasir sivilizasiyanı "beton cəngəllik" adlandırırsınız. Bir az bunu açardıq.

- Oturaq mədəniyyət bizi beton cəngəlliklərə həbs elədi, doğadan ayrılmaq nəfəsimizi kəsdi. Var oluşumuzun anlamını itirdik. Biz beton cəngəlliyin arasında vəhşiləşən, aqressivləşən insanlarıq. Çünki ruhumuz özgürdür və bu cəngəllik bizi sıxır, əzir. Halbuki biz hamımız qardaşıq, doğmayıq. Sabah ən çətin məqamda bir-birimizi müdafiə edən biz olacağıq. Amma biz özümüzdən çıxmışıq. Çünki bizim ayağımız torpağa dəymir, içimizdəki enerji çıxmır. Biz gedib doğada ağacı qucaqlayanda, onunla birgə nəfəs alanda xoşbəxt oluruq. Çünki ağac bizə nəfəs verir, amma qarşılığında heç nə istəmir. Doğa bizə təmənnasızlığı öyrədir. Əgər biz homosapiensdən çıxıb üst insan olacağıqsa, bunu doğa ilə birlikdə etməliyik. Doğa bizim törəmizdir. Meşə məktəbləri yaranmalıdır. Uşaqlarımız doğada böyüməlidir. 
Şahanə MÜŞFİQ
 525-ci Qəzet - Eltən Törəçi: "Köçəri mədəniyyətin yeni dalğası, türk törəsinin oyanışı başlayır" - Müsahibə

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
21:40TÜRK BOYLARINDA KAMÇI21:50Президент Молдовы: Наш путь с Румынией общий – наше место вместе в ЕС21:41Klaipėdos I. Kanto viešosios bibliotekos direktorė Renata Rudienė: „Gimtasis Lazdijų kraštas visada užims dalelę širdies“13:44Xanlar Həmidin yeni şerləri "Ethnoglobus.az"-ın təqdimatında12:59Qarabağ xanlığı və ləzgilər11:21Антропологические материалы из Хошбулага (Азербайджанская Республика)18:08İnqilabçılar diyarı İran20:23Смерть и эволюция человека16:02Захватчики "Галактики": станут ли хуситы новой военной силой в Красном море17:00УРАРТСКАЯ «ДВОРЦОВАЯ КЕРАМИКА» НА ПОСЕЛЕНИИ ХУДУТЕПЕ (АЗЕРБАЙДЖАНСКАЯ РЕСПУБЛИКА)17:0640 yıllık varlık mücadelesi: KKTC dimdik ayakta11:46В Тегеране спорят о вариантах участия в войне против Израиля20:01İSLAM VƏ ƏRƏB DÜNYASININ HƏMAS- İSRAİL MÜHARİBƏSİNƏ MÜNASİBƏTİ14:38ИЗ ИСТОРИИ ИЗУЧЕНИЯ ТАЛЫШСКОГО ЯЗЫКА13:58Чи чIалан куьгьне къатар18:39Влияние Мирзы Фатали Ахундова на судьбу родного народа оказалось безмерным.18:28“EGYPTIAN STATUE”, REVEALED IN THE SOUTH-EASTERN REGION OF AZERBAIJAN, IN THE SYSTEM OF ANCIENT CULTURAL AND TRADE RELATIONS12:42Şöhrətpərəstlik bəladır20:14TALIŞ - MUĞAN BÖLGƏSİ ARXEOLOJİ TƏDQİQATLARDA11:10В Таджикистане официально и одновременно работают посольства двух афганских правительств10:56İsrail -Həmas qarşıdurması və fürsətcil İran14:34Институт Гэллапа признал Таджикистан самой безопасной страной в мире14:27Ташкентский саммит: новые перспективы для широкого сотрудничества стран ОЭС14:06Ethnic Russian Men Disappearing in Heartland and Being Replaced by Immigrants, Demographers Say13:58Ashgabat May Soon Follow Baku in Defining Ties with Turkey with the Formula ‘One Nation, Two States,’ Turkish and Russian Commentators Say15:43История жизни героя первой Карабахской войны издана в виде книги в Казахстане15:33Türk Devletleri Teşkilatı Zirvesi: 21. yüzyıl bir Türk yüzyılı olabilir mi?14:01Karabakh victory: Enhanced cooperation in region18:41Южно-Китайское море: новый зигзаг конфронтации?13:32В Стамбуле состоялся медиа-саммит информагентств тюркских государств14:51На острове Корфу хранятся артефакты культурного наследия Узбекистана12:29Azərbaycanca-haputca lüğət dərc olunub12:23Azərbaycanda "Talış dili" dərsliyi dərc olunub16:06Большая Евразия и Великий Туран: возможно ли взаимодействие?11:27В Китае открылся футуристичный Музей научной фантастики11:06Люди по всей Европе тысячелетиями ели «пищу маргиналов»20:32Древние карты Казахского государства показали на выставке17:22В Каратальском районе открыт новый историко-краеведческий музей17:02В Азербайджане продолжаются учения «Мустафа Кемаль Ататюрк - 2023»19:10Армия Израиля атаковала объекты «Хезболлы» на юге Ливана19:02«Хезболла» сообщила о новых атаках против Израиля18:56Türkiye’deki kazılarda yeni Hint-Avrupa dili keşfedildi19:46İRAN-AMERİKA MÜHARİBƏSİ19:24Истории казахстанских азербайджанцев19:16Как живут казахи в Азербайджане18:57Байден: Израиль не причастен к удару по больнице в Газе21:28KİMİN ƏRAZİSİ, KİMİN İQTİSADİYYATI DAHA BÖYÜKDÜR?12:49“Milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” mövzusunda tədbir keçirilib12:15„Hamasi liidritel pole Gaza jaoks normaalset elu vaja, nemad elavad välismaal.“ Politoloog selgitab, kus on tänase konflikti juured11:26Why has the Gaza ground invasion been delayed since Friday?10:48Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfiri Nassir Abdul Karim Abdul Rahimin bəyanatı10:40Statement by the Ambassador of the State of Palestine to Azerbaijan Nassir Abdul Karim Abdul Rahim18:02Жители Баку знакомятся с казахской культурой17:57Bakı sakinləri qazax mədəniyyəti ilə tanış olurlar17:51Баку тұрғындары қазақ мәдениетімен танысуда17:57Русский язык в школах стран ЕАЭС и Азербайджана17:50Израиль впервые с 2006 года применил РСЗО в Газе17:41Из каких стран ЕАЭС в Азербайджан чаще всего приезжают туристы18:37Азербайджанская полиция несет службу на пунктах, освобожденных российскими миротворцами в Карабахе18:211941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi18:14Rza Azəri: Mühüm bir sənəd14:26Fələstin Xarici İşlər və Qürbətçilər Nazirliyinin Bəyanatı21:02Труби шофар!!!13:49ХАМАС объявил Израилю войну14:40На Ташкентском кинофестивале состоялся форум культурной организации ТЮРКСОЙ14:24İRANDA KAPİTALİST, YOXSA XALQ HÖKUMƏTİDİR?11:34“Milli-mənəvi dəyərlərin və ictimai davranş qaydalarının təbliği” mövzusunda tədbir keçirilib.13:30İSLAM İLƏ XRİSTİANLIQ ARASINDA SÜLHÜN ELÇİSİ - ASSİZİLİ FRANSİSK18:57По случаю праздника Середины осени и Дня образования КНР оффшорные беспошлинные продажи в провинции Хайнань составили 426 млн юаней14:21МИД Турции: Организация тюркских государств служит делу мира и стабильности14:08Şuşalı qəhrəman İsrafil İbrahimova həsr olunmuş "Yalnız irəli-4" sənədli filmi nümayiş olunub10:07В Азербайджане издана монография "Этнокультурные сообщества Шахдага: между прошлым и будущим"09:43" Şaxdağın etnomədəni cəmiyyətləri: keçmiş ilə gələcək arasında" adlı monoqrafiya dərc olunub.17:42Peşmerge Kerkük'e geri mi dönüyor?17:23Путь урегулированию на Кипре - принцип двух государств17:15Beynəlxalq radio Qarabağda fəaliyyətə başladı: xəbərlər həm də erməni dilində təqdim ediləcək18:53Президент Байден встречается с премьер-министром Нетаниягу и оказывает на него давление18:24В Анкаре стартовал Фестиваль мировых культур с участием посольств 55 стран20:59Азербайджанцы Молдовы выступают против минного терроризма Армении15:16Антитеррористическая операция Азербайджана в Карабахе15:10В Евлахе завершилась встреча представителей властей Азербайджана и армянских жителей Карабаха19:19Туранские пустыни включены в список Всемирного природного наследия ЮНЕСКО17:28İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar16:26A Human Rights Report on the Azerbaijani Turks in Iran: April-June 202316:14Минобороны Азербайджана: В Карабахе начаты локальные антитеррористические мероприятия17:09Веха турецко-японской дипломатии: фрегат «Эртугрул»20:20В Баку состоялось праздничное мероприятие, посвященное еврейскому Новому году19:50Türk-Japon diplomasisinin miladı: Ertuğrul Fırkateyni18:24Ильхам Алиев рассказал о новой сфере сотрудничества между Азербайджаном и странами Центральной Азии19:00В Кыргызстане пройдет Конгресс «История тюркских государств»17:25Путин отметил важность реализации масштабных проектов на Дальнем Востоке13:24Карстовые воронки в Турции: причины их возникновения19:31Президент Алиев принял министров тюркских государств17:53В столице Татарстана продолжается фестиваль мусульманского кино11:2331 Ağustos günü çekilen iki telgraf14:40На матрице истины:Родословная армян и урартийская концепция (Продолжение)14:33На матрице истины:Родословная армян и урартийская концепция13:17На матрице истины ( Продолжение)13:09На матрице истины20:25К чему стремится Иран, вступая в БРИКС?16:17В Казахстане возрождают редкую породу собак12:19Дом для Матрешки13:26Sepah emissarının Gürcüstanda din adı altında fəaliyyəti19:49Белуджские сепаратисты столкнулись с проникновением исламских террористов19:35Узбекистан и Азербайджан создали Высший межгосударственный совет19:08Политические манипуляции Армении в Лачинском коридоре17:50Чем важен визит главы МИД Турции в Ирак18:47Американцы устраивают саммит с Японией и Южной Кореей против Китая, России и КНДР18:38Тайваньский вопрос: Токио посылает разнонаправленные сигналы Пекину22:44ŞEYX NƏSRULAH MARNEULİDƏ.\ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN C.MƏMMƏDQULUZADƏ19:43"Звезда Монголии". Бывшая "шестнадцатая республика СССР" дрейфует на Запад20:54В Казахстане отмечают День Абая14:41Турецкая Cengiz Holding будет строить туннель через узбекский перевал Тахтакарача13:26Роскосмос заявил о запуске ракеты со станцией "Луна-25" с космодрома Восточный18:47Игорь Волчек: Мультфильмы должны развлекать и воспитывать12:34И все равно — ашхабадец: Валерию Непомнящему — 80!18:05Более половины населения Великобритании– не христиане, а две трети жителей Лондона – представители этнических меньшинств11:11Как христианство завоевало Рим с помощью простой математики13:31В Ашхабаде прошел саммит глав Таджикистана, Туркменистана и Узбекистана21:59В Беларуси стартуют II Игры стран СНГ11:24ТIигьиржалви шаир11:15Турция может стать новым центром в энергетике18:58DİL CƏBHƏSİNƏ ƏSGƏRİ BORC18:37دریاچه اورمیه با حکومت جمهوری اسلامی احیاء نمی‌‌شود18:30Maşallah Rəzmi: Urmiya gölü İslam Respublikası hökuməti tərəfindən canlandırılmayacaq15:32Proqnozlara görə, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq12:22Кишинев отстранит от должности главу Гагаузии12:14"Ось Турции" и "новая эра тюрок": тюркский мир, Турция и Центральная Азия18:25Этнографический женский костюм юга Узбекистана16:18Tehranın Azərbaycana qarşı əsassız iddiaları13:30İRAN-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN GENİŞLƏNMƏSİNƏ KİM MANE OLUR ?09:51Президент ТРСК: Операция на Кипре предотвратила еще большую трагедию14:12Şuşalı qəhrəman İsrafil İbrahimov haqqında sənədli film çəkilir12:33‘Başkan Barzani’nin Azerbaycan ziyaretinin manevi değeri çok yüksek, bunun sonuçlarını göreceğiz’12:21Почему странам Центральной Азии нужно объединяться11:46Жапаров подписал закон о переходе госучреждений Кыргызстана на государственный язык08:58Итоги вильнюсского саммита НАТО и сбалансированная политика Турции09:59Кошки Ван – достопримечательность Турции09:16Какой будет судьба бойцов «Вагнера» в арабских странах?21:07Расширение НАТО и Япония как форпост «западного мира» в Азии18:59Язык цветов в Османской империи18:56Посол России вызван в МИД Ирана12:46HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN12:26MILLƏT, MİLLİYYƏT, MİLLİ KİMLİK, ETNİK MƏNSUBİYYƏT, “MİLLİ” SÖZÜ22:29Dua Etme; Dilsel mi, Eylemsel mi?17:21Культура и инновации11:50В Турции стартовал 662-й турнир по масляной борьбе «Кыркпынар»11:40Астана: сияющая звезда Центральной Азии12:27В Ташкенте открываются Недели культурного наследия Узбекистана и партнерских инициатив12:07В Ташкенте открылись выставки туркестанского авангарда и Темуридского ренессанса11:54Какие выгоды несет России вступление Ирана в ШОС12:46Без приоритета на Тайнството, Църквата се превръща в хуманитарен клуб с униформени служители19:08"Каждое дерево особенное". О мире народных музыкальных инструментов Марьяна Скромблевича16:03В Туркменистане началась Неделя культуры20:54İBRAHİM PEYĞƏMBƏRİN YANLIŞI, TANRI MƏRHƏMƏTİ20:21Что стало с памятником в Хедера?20:38Талибы провоцируют конфликты из-за водных ресурсов15:58Жители Центральной Азии считают свои страны «перевалочным пунктом» для релокантов из РФ16:41“Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III şagird respublika konfransı keçirilib10:10Firudin İbrahimi və azərbaycançılıq12:08В Эрзуруме открылся Центр исследования турецко-армянских отношений18:48Этапы возрастной дискриминации согласно ООН16:53Каждый шестой человек сталкивается с дискриминацией по возрасту13:21О литературном творчестве Любы Юсуфовой21:19Армяно-азербайджанские переговоры отложены17:08Караимы – хранители традиций и языка в литовском Тракае17:07Античный город Силлион — важная достопримечательность Антальи14:14İranda hicabsız və hicablılar haqda əxlaq kodeksi13:59РУССКИЙ ЯЗЫК В ЦА СТАНОВИТСЯ ИНСТРУМЕНТОМ ЦИФРОВОГО БУДУЩЕГО10:19Материал российских медиаэкспертов о блокировках и шатдаунах в соседней стране18:49Пойдет ли Индия в НАТО?19:09ТРАДИЦИИ КОРЕЙСКОГО ПРЕДПРИНИМАТЕЛЬСТВА В ЦЕНТРАЛЬНОЙ АЗИИ19:47İranda məsciddən qaçırlar, bizdə Xameneyiyə biət edirlər…19:34CÜMHURİYYƏTİMİZİN “OSKARI”13:22Выборы в Турции: западные СМИ и турецкие избиратели14:12Черкесы между прошлым и будущим13:59Русскоязычная коранистика досоветского периода16:02Мигрантов из Центральной Азии вновь стали массово «приглашать» на фронт, даже в мечетях08:55В Австрии в 2022 году совершено 1324 правонарушений на почве исламофобии08:47В Конье стартовала «Неделя турецкой кухни»18:53Монастырский комплекс Худавенг обладает особым значением.16:54Сохранение биоразнообразия, как фактор защиты окружающей среды16:46Саммит в Сиане, как сигнал роста влияния Китая в Центральной Азии16:42В Кыргызстане прошла неделя моды AK-Buura Fashion Week-202317:20Благодаря строительству коридора Север - Юг России избежит изоляции от Мирового океана17:06Что происходит в Гагаузии16:44Доклад Госдепа о свободе религий – инструмент вмешательства в дела Азербайджана09:59HEYDƏR ƏLİYEVƏ ARXALANAN GƏNC AZƏRBAYCANLI MÜTƏRCİM21:06ON SOME PECULIARITIES OF TALYSH DECORATIVE- APPLIED ART18:26Депортация крымских татар: не утихающая боль народа18:05Китай стремится усилить влияние в Центральной Азии21:34Azərbaycan dili haqqında 1400 il bundan qabaq Kəsra Ənuşirəvan Adilin qeydləri19:05Azərboyconi sərboz17:01Гагаузия может объявить о своей независимости16:28Etibar Əliyev_ ğurbətədə vətəni dardi kəşə şair.....20:06Cəmiyyətimizdə oğlan uşaqlarına verilən qüsurlu tərbiyə və məişət zorakılığı11:38«Media savadlılığı və qazilər: “Hansı daha təhlükəlidir: müharibə yoxsa informasiya?" adlı tədbir Bakıda davam edib09:18От Агалыка до Памира12:40Xıdır İlyas-Hıdrellez20:11Лексика нашего времени
САМОЕ ЧИТАЕМОЕ
  1. На Ташкентском кинофестивале состоялся форум культурной организации ТЮРКСОЙ
  2. Как живут казахи в Азербайджане
  3. İRAN-AMERİKA MÜHARİBƏSİ
  4. Труби шофар!!!
  5. ИЗ ИСТОРИИ ИЗУЧЕНИЯ ТАЛЫШСКОГО ЯЗЫКА
  6. Истории казахстанских азербайджанцев
  7. Türkiye’deki kazılarda yeni Hint-Avrupa dili keşfedildi
  8. «Хезболла» сообщила о новых атаках против Израиля
  9. Армия Израиля атаковала объекты «Хезболлы» на юге Ливана
  10. В Каратальском районе открыт новый историко-краеведческий музей
  11. KİMİN ƏRAZİSİ, KİMİN İQTİSADİYYATI DAHA BÖYÜKDÜR?
  12. Байден: Израиль не причастен к удару по больнице в Газе
  13. Жители Баку знакомятся с казахской культурой
  14. Bakı sakinləri qazax mədəniyyəti ilə tanış olurlar
  15. Древние карты Казахского государства показали на выставке
  16. ХАМАС объявил Израилю войну
  17. В Азербайджане продолжаются учения «Мустафа Кемаль Ататюрк - 2023»
  18. Баку тұрғындары қазақ мәдениетімен танысуда
  19. İRANDA KAPİTALİST, YOXSA XALQ HÖKUMƏTİDİR?
  20. Why has the Gaza ground invasion been delayed since Friday?
  21. Люди по всей Европе тысячелетиями ели «пищу маргиналов»
  22. Statement by the Ambassador of the State of Palestine to Azerbaijan Nassir Abdul Karim Abdul Rahim
  23. „Hamasi liidritel pole Gaza jaoks normaalset elu vaja, nemad elavad välismaal.“ Politoloog selgitab, kus on tänase konflikti juured
  24. Fələstin Xarici İşlər və Qürbətçilər Nazirliyinin Bəyanatı
  25. Azərbaycanda "Talış dili" dərsliyi dərc olunub
  26. В Стамбуле состоялся медиа-саммит информагентств тюркских государств
  27. Азербайджанская полиция несет службу на пунктах, освобожденных российскими миротворцами в Карабахе
  28. В Китае открылся футуристичный Музей научной фантастики
  29. Русский язык в школах стран ЕАЭС и Азербайджана
  30. Израиль впервые с 2006 года применил РСЗО в Газе
  31. Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfiri Nassir Abdul Karim Abdul Rahimin bəyanatı
  32. Rza Azəri: Mühüm bir sənəd
  33. Из каких стран ЕАЭС в Азербайджан чаще всего приезжают туристы
  34. “Milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” mövzusunda tədbir keçirilib
  35. “EGYPTIAN STATUE”, REVEALED IN THE SOUTH-EASTERN REGION OF AZERBAIJAN, IN THE SYSTEM OF ANCIENT CULTURAL AND TRADE RELATIONS
  36. 1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
  37. Большая Евразия и Великий Туран: возможно ли взаимодействие?
  38. Ashgabat May Soon Follow Baku in Defining Ties with Turkey with the Formula ‘One Nation, Two States,’ Turkish and Russian Commentators Say
  39. TALIŞ - MUĞAN BÖLGƏSİ ARXEOLOJİ TƏDQİQATLARDA
  40. Южно-Китайское море: новый зигзаг конфронтации?
ОПРОС

Где будете встречать Новый год?


 
«    Dekabr 2023    »
B.e.Ç.a.ÇC.a.CŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
ГАЛЕРЕЯ