Ethnoglobus » КУЛЬТУРА » «DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA

«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA

«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA
КУЛЬТУРА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
13:37, 12 avqust 2025
2 408
0
Azərbaycan və Dağıstan ədəbi əlaqələrini ardıcıl və sistemli tədqiq edən yeganə alim olan filologiya elmləri doktoru Mövlud Yarəhmədov böyük tədqiqatçı idi. O, 1934-cü ildə Dağıstanın indiki Süleyman Stalski rayonunun Vini Arağ kəndində anadan olmuşdu. Valideynləri 1949-cu ildə Bakıya köçmüş və 15 yaşlı gənc orta məktəbi burada başa çatdırmışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib 32 il fasiləsiz olaraq Nizami adına Ədəbiyyat İnstitutunda çalışan Mövlud müəllim 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Əlyazmaları İnstitutunda fəaliyyət göstərmişdir.
   Mövlud müəllim “Samur” qəzetinə çox bağlı idi. O, tez-tez redaksiyamıza gələr, əlindəki böyük portfeli stolun üstünə qoyub oradan səliqə ilə yazılmış bir-birindən maraqlı məqalələr çıxarardı. 10 kitab və monoqrafiya, 500-dən çox elmi məqalə müəllifi olan bu alimin Azərbaycan dilində oxuculara çatdırdığı “Azərbaycan və Dağıstan ədəbi əlaqələri” və “Dağıstan töhfələri” kitabları olduqca dəyərli nəşrlərdir.
   Mövlud Yarəhmədov “Dərbəndnamə”nin iki cildini, “Dərbənd folkloru”, “Dərbənd şairləri” kitablarını, həmçinin Azərbaycanın əslən Dağıstanın Axtı rayonundan olan məşhur şairi Molla Cumanın iki cildliyini çapa hazırlamışdı. Təəssüf ki, alimin həmin kitabları çap etdirmək üçün maddi imkanı olmadı. O, “Ləzgi ədəbiyyatı tarixi” kitabını tamamlamaq üzrə idi.
   Tanınmış tədqiqatçı ilk dəfə olaraq onlarca ləzgi və Azərbaycan şairini üzə çıxarmışdı. Ana dili ilə yanaşı həm də Azərbaycan dilində yazıb-yaratmış 100-dən çox ləzgi şairinin yaradıcılığını 
tədqiq etmişdi. O, eyni zamanda Mikayıl Müşfiqin, Səməd Vurğunun, Süleyman Rüstəmin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin və digər Azərbaycan şairlərinin şeirlərini ləzgi dilinə tərcümə edib kitab şəklində çapa hazırlamışdı. Təəssüf ki, həmin kitab da işıq üzü görmədi.
   Mövlud müəllim bizə 1929-cu ildə tədqiqatçıların “Koroğlu” dastanının ləzgicə çapa hazırladıqları variantı haqqında məlumat vermişdi. Onun XIV-XV əsrlərdə yaşamış məşhur ləzgi şairi, qurahlı Şeyx Maruf haqqında qəzetimizdə dərc olunan məqaləsi oxucularda böyük maraq doğurmuşdu. O, vaxtilə “Şarvili” eposunun tanınmış ləzgi yazıçısı İskəndər Qazıyev tərəfindən toplanmış bəzi boylarını redaksiyaya təqdim etmişdi, həmin materialları qəzetdə dərc etmişdik. Alim eyni zamanda ləzgi klassiki Yetim Eminin Azərbaycan Əlyazmaları İnstitutunun fondundan tapılmış şəklini və indiyədək dərc olunmamış “Olmaz” və “Mürşüd” adlı iki şeirini də oxuculara çatdırmışdı.
   2001-ci ildə, alimin dünyasını dəyişməzdən bir neçə ay əvvəl mənə verdiyi sonuncu müsahibəni sizə təqdim edirəm, əziz oxucular. Ümid edirəm ki, sizin üçün maraqlı olacaq.
   – Mövlud müəllim, son illər bizə məlum olan “Dərbəndnamə”lərlə əlaqədar aparılan tədqiqatlar qədim Dərbəndin adı ilə bağlı olan bu əsərlərin eyni əsərin variantları yox, bir-birini tamamlayan kamil tarixi abidələr olduğunu göstərir. Bu abidələrin ilk nümunəsinin nə zaman və hansı dildə yazıldığı məlumdurmu?
   – Görkəmli alim Mirzə Kazımbəyin qeyd etdiyinə görə, bu əsər Azərbaycan, çığatay və fars dillərində mövcud olmuşdur. Sonralar Əlixanov-Avarskinin yazdığına görə, bu əsər ərəb dilində də geniş yayılmışdır. Milliyyətcə avar olan Əlixanov-Avarski XVIII əsrdə bu əsərin Parisin, Berlinin və Peterburqun kitabxanalarını bəzəyən bir inciyə çevrildiyini yazırdı. Onu Bayer, Klaprot və Dorna latın, fransız və alman dillərinə tərcümə etmişlər.
   Molla Tağı Dərbəndinin göndərdiyi “Dərbəndnamə” Mirzə Kazımbəy tərəfindən ingilis dilinə tərcümə edilərək, 1851-ci ildə Azərbaycan mətni ilə yanaşı Peterburqda çap olunmuşdur.
   Əlixanov-Avarski özünün redaktorluğu ilə rus dilində 1898-ci ildə nəşr olunmuş “Tarixi Dərbəndnamə” əsərini çapa hazırlayarkən Dərbənddə məşhur general Ərəblinski ilə yaxından əlaqə saxlamış, bəzi məsələləri dəqiqləşdirməyə çalışmışdır. Məlum olmuşdur ki, “Dərbəndnamə”ni yazan      Məhəmməd-Avabi-Aktaşi Endəri kəndinin sakini olub, əsəri yazarkən  ərəb məxəzlərinə arxalanıb. Əlixanov-Avarski əsərin yazıldığı dövrü də müəyyənləşdirməyə çalışmışdır. Krımda xanlıq edən Gireylərdən hansının belə bir xeyirxah işi gördüyünü öyrənmək istəmişdir. Bəziləri əsərin 1735-ci ildə yazıldığını güman edirlər. Bu fikirlə heç cür razılaşmaq olmaz. Çünki Bayerin Qafqaz haqqında yazdığı məlumatlar Avropada həmin dövrdən  10 il əvvəl geniş yayılmışdı.
   Əlixanov-Avarskiyə məlum olmuşdur ki, “Dərbəndnamə”ni altı il Dağıstanda yaşamış, dörd il Semizdən sonra hakimiyyət başına gəlmiş Krım xanı Qazı-Girey yazdırmışdır. O, savadlı adam idi və Dərbənd haqqında belə bir tarixi abidəni də məhz o, yazdıra bilərdi. O, Dağıstanda 1578-1583-cü illərdə olmuşdur. Bundan başqa, məlum olmuşdur ki, Endəri mahalının Baraxan aulunun sakinləri Krımdan Bora xanın dövründə 1523-cü ildə bu yerlərə köçürülmüş tatarlardır. Məhəmməd-Avabi də milliyyətcə tatar idi.
   – Mirzə Kazım bəyin dediyinə və Əlixanov-Avarskinin yazdığına görə, haqqında söhbət gedən əsəri XVIII əsrdə qubalı Əliyar fars dilinə tərcümə etmişdir. Maraqlıdır, o, əsəri hansı dildən çevirmişdir?
   – Çox güman ki, Məhəmməd Avabi əsəri ərəb dilində yazmışdır. Qubalı Əliyar da əsəri məhz bu dildən tərcümə etmişdir.
   Əsərin ərəb dilində yazıldığını təsdiq edən daha bir dəlil ortaya çıxmışdır. Zaqatala qəzasının İlisu kənd sakini Xəlil bəydən bu əsərin ərəb dilində yazılmış nüsxəsi tapılmışdır.
   – Bəs “Dərbəndnaməni” ilk dəfə rus dilinə kim tərcümə etmişdir?
   – Əlixanov-Avarskinin 1898-ci ildə Tiflisdə çap etdirdiyi “Dərbəndnamə”ni Qori müəllimlər seminariyasının müəllimi Vəlibəyov 1884-cü ildə rus dilinə  tərcümə etmiş, bütün məlum variantlarla tutuşdurmuş və Əlixanov-Avarskinin redaktorluğu ilə çap etdirmişdir.
   Beləliklə, bizə məlum olan, çox müxtəlif müəlliflər tərəfindən yazılmış 30-dan çox “Dərbəndnamə” eyni əsərin variantları yox, bir-birini tamamlayan kamil ədəbi və tarixi sənət nümunələridir. Onların bəzilərində tarixilik zəif, təsvirçilik güclü olsa da, bəziləri tarixi həqiqətləri geniş təsvir və tərənnüm edən qiymətli abidələrdir. Bunları xronoloji üsulla öyrənmək və “Qarabağnamələr” kimi çap etmək günün vacib məsələlərindəndir.
   – Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm, Mövlud müəllim.


SƏDAQƏT KƏRİMOVA




Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
XIX əsr ləzgi ədəbiyyatının məramı
XIX əsr ləzgi ədəbiyyatının məramı
27.09.24, НАРОДЫ
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Qasım Qasımzadənin ədəbi-elmi portreti
Qasım Qasımzadənin ədəbi-elmi portreti
24.07.24, КУЛЬТУРА
Уйгурское национальное движение и Китай в ХХ веке
Уйгурское национальное движение и Китай в ХХ веке
27.09.24, ТЮРКОЛОГИЯ
FİRUDİN  İBRAHİMİ  MÜASİR TƏDQİQATLAR  KONTEKSTİNDƏ
FİRUDİN İBRAHİMİ MÜASİR TƏDQİQATLAR KONTEKSTİNDƏ
21.11.22, ЭТНОПОЛИТИКА
Nizami Gəncəvi: Etnik müəyyənlik, etiqadi sərbəstlik
Nizami Gəncəvi: Etnik müəyyənlik, etiqadi sərbəstlik
05.04.22, ЭТНОПОЛИТИКА / КУЛЬТУРА
Ləzgi-Azərbaycan ədəbi əlaqələrinin möhkəm dayaqlara söykənmiş zəngin tarixi əsrlərin dərinliklərinə gedib çıxır.
Ləzgi-Azərbaycan ədəbi əlaqələrinin möhkəm dayaqlara söykənmiş zəngin tarixi əsrlərin dərinliklərinə gedib çıxır.
01.06.24, КУЛЬТУРА