Ethnoglobus » ИСТОРИЯ И ОБЩЕСТВО » Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)

Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)

image

Reyhan Mirzəzadə  

   publisist-politoloq 

Foto: azertag.az                              

 

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibəti ilə

 

                                          

 

Azərbaycan coğrafiyaşünası, Əməkdar elm xadimi, professor Nurəddin Kərəmov “Azərbaycana səyahət” kitabını həm mütəxəssis kimi, həm də bədii cəhətdən oxunaqlı, yaradıcı bir qələmlə yazmışdır. Kitabı oxuyan zaman Naxçıvan, onu heç zaman görməyən oxucunun da gözləri qarşısında ecazkar bir film kimi canlanır:  (tariximizin hər bir dövrü tarix olaraq qalır - R.Mirzəzadə)

“...Daşburun stansiyasından çıxıb Naxçıvan MSSR-ə yola düşdük. Füzuli rayonundan başlayaraq dəmir yolu lap Arazın sahili ilə gedir. Çay əyildikcə yol da onun istiqaməti ilə əyilir. Xəlfəli dəmiryol stansiyasından 8-9 km keçəndən sonra tunelə daxil oluruq. Tuneldən 0,5 km kənarda qatarımız Xudafərin stansiyasında dayanır. Buradan Xudafərin körpüləri görünür. Adama elə gəlir ki, Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” adlı tarixi romanının qəhrəmanları hələ ölməmiş, onlar da bizimlə bu körpünün yanından keçirlər. 

Xudafərin körpüləri Azərbaycan xalqının ən böyük sənətkarlıq nümunələrindən biridir. VII əsrdə xalq sənətkarlarımızın əli ilə tikilmiş bu körpülərdən biri hələ də Arazın coşğun dalğalarına qarşı sinə gərərək möhkəm dayanmışdır.

Ermənistan ərazisinə yaxınlaşırıq. Ağbənd stansiyasından keçərkən Ermənistanla Azərbaycan SSR-in Zəngilan rayonu sərhəddində yerləşən Bartaz və Saqırt dağlarının  zirvələri aydın görünür. Ağbənd dağının ətəkləri çayın sahilinə kimi enir. Ona görə də çay bu hissədə xeyli əyilir. Dəmir yolu da sahilə lap yaxınlaşır. Buradan Oxçiçay Xoçayçay ilə Mehrigüney, Malev, Astrazurqet çayları arasında suayrıcı təşkil edən Mehrigüney silsiləsi görünür. Mehrigüney silsiləsindən ayrılıb cənub istiqamətində uzanan köndələn dağlar Araz çayına kimi uzanır və Ermənistan SSR Meğri inzibati rayonunun ərazisinə daxil olur. Bu rayonu Ermənistanın başqa hissəsindən Mehrigüney silsiləsinin baş suayrıcı, Naxçıvan MSSR-dən isə Zəngəzur silsiləsi ayırır. Mehrigüney dağları faydalı qazıntıları və tikinti materialları ilə zəngindir. Dağların yamacları ardıc, yemişan və cır nar kolları ilə doludur. Bəzi yerdə az da olsa şamağacı meşələrinə təsadüf edilir. Yamaclarda bitki olmayan çılpaq sahələr də çoxdur. Ümumiyyətlə, bu yerlərə rütubət az düşdüyü üçün, quraqlıq sevən və quraqlığa davam gətirə bilən bitkilər inkişaf etmişdir. Qatardan baxanda belə çayların terraslarında salınmış kəndlər, üzümlüklər və meyvə bağları adama xüsusi zövq verir.

Biz, Mehriget çayı üzərindəki körpüdən keçirik. Sağ tərəfdə dəmiryolundan bir qədər kənarda görünən Meğri şəhəri bütün yolçuların diqqətini cəlb edir. Bu şəhər Ermənistan SSR-də cənub rayonunu mərkəzidir. 

Meğri özünün keyfiyyətli üzümü və meyvəsi ilə məşhurdur. Burada böyük konserv və şərab zavodları vardır. Mehriqet çayı üzərində tikilmiş güclü su-elektrik stansiyası Meğri şəhərini və ətraf kəndləri elektrik enerjisi ilə təmin edir. 

Budur, Naxçıvan MSSR ərazisinə yaxınlaşırıq. Zəngəzur dağları burada çox əzəmətli görünür. Ermənistan SSR ilə Naxçıvan MSSR arasındakı dövlət sərhədi bu silsilənin suayrıcından keçir. Arazın sahilindən cəmi 13 km məsafədə suayırıcı üzərində yerləşən Soyuqdağın hündürlüyü 3000 m-dən, 9 kilometrlikdə olan Xatalıdağın zirvəsi ilə 2600 m-dən artıqdır. Zəngəzur silsiləsinin qurtaracağını təşkil edən bu dağların ətəkləri Araz çayının sahilinə dik düşür. Dəmiryolu xətti burada çayın sahilinə enən qayalı yamaclarda çapılmış dar sahə ilə gedir. Bəzən qayalar sanki yolların üzərindən asılıb qalır. Hər tərəfə baxdıqca çılpaq dağlar görünür. Uzaqda Zəngəzur silsiləsinin cənubi-qərb ətəyində yaşıllıqlar içərisinə qərq olmuş gözəl Ordubad şəhəri bir ada təşkil edir. 

Naxçıvan MSSR Araz çayı hövzəsinin orta axınında (çayın sol sahilində) dəniz səviyyəsindən 600-700 m-dən 4000 m hündürlüyə qədər olan sahədə yerləşir. Naxçıvan MSSR şimaldan və şərqdən Ermənistan SSR (224 km məsafədə), cənubdan İranla (Cənubi Azərbaycanla) cənubi  qərbdən isə Türkiyə ilə (11 kim məsafədə) həmsərhəddir. İran və Türkiyə sərhədi Araz çayından keçir. Bu, eyni zamanda  SSRİ-nin Naxçıvanda həmin dövlətlərlə olan sərhədidir.

Naxçıvan MSSR- in sahəsi 5,3 min kv.km, sərhəd xəttinin ümumi uzunluğu 450 km-dir. Bu da Azərbaycan SSR ərazisinin 6.1 faizini təşkil edir. Naxçıvan respublikası dağlıq ölkədir. Onun sahəsinin demək olar ki, 80 faizini dağlar, 20 faizini meylli düzənlik təşkil edir. 

Ermənistan SSR ilə Naxçıvan MSSR arasındakı sərhəd Dərələyəz və Zəngəzur silsilələrinin baş suayırıcından keçir. Zəngəzur dağlarının ən yüksək zirvəsi – Qapıcık (3917m) Naxçıvan MSSR sərhədindədir.

Naxçıvan MSSR mineral sularla daha zəngindir. Kimyəvi tərkibinə görə bir-birindən fərqlənən 135-ə qədər müxtəlif mineral bulaqlar var... 

Ordubad çayının mənsəbində terraslar üzərində bağlar salınmışdır. Naxçıvanın başqa çayları: Gilançay, Əlincəçay, Naxçıvançay, Arpaçay da yüksək dağlardan başlayıb Araza tökülür.

Ordubad şəhərinə gedirik. Dəmir yolundan Ordubada 3 km məsafə vardır. Zəngəzur dağlarının ətəklərində, Ordubad çayının hər iki sahilində yerləşən bu şəhər öz yaşıllığı ilə uzaqdan adamın diqqətini cəlb edir. 

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Ordubad hələ çoxdan özünün ipəyi, yüksək keyfiyyətli üzümü, müxtəlif meyvələri ilə məşhurdur. Şəhərdə diqqəti cəlb edən qədim abidələr yaxşı saxlanmışdır. 

(Əlavə edim ki, qoruq şəhərdə - Ordubadda olan abidələr; “Mədrəsə”, “Cami məscidi”, “Buzxana”, “Zorxana”, “Dilbər məscidi”, “Sərşəhər məscidi” haqqında dəfələrlə yazılıb, onlara xas olan xüsusiyyətlər, formalar, yüksək tikinti mədəniyyəti, zövqoxşayan naxışlar incələnib - R. Mirzəzadə).

Buradakı kütləvi və pedaqoji məktəblər, xəstəxana və kitabxanalar, habelə başqa tikintilər şəhərə ayrı bir gözəllik verir. Küçələr başdan başa yaşıllıqlara bürünmüşdür. 

Ordubadda konserv və barama toxumu hazırlayan zavodlar, ipək sarıyıcı fabrik və başqa xırda sənaye müəssisələri vardır. 

Ordubad yetişdirdiyi tarixi simaları ilə məşhurdur. Hələ XVIII əsrin sonunda Azərbaycanın məşhur səyyah və coğrafiyaşünası Zeynəlabdin Şirvani özünün “Bustanüssəyahə” kitabında Ordubaddan bir çox zəkalı, elm adamlarının çıxdığını, onların çox hörmətcil, qonaqpərəst olduqlarını göstərmişdir.

Ordubaddan çıxan elm adamları bütün Şərqdə, o cümlədən Hindistanda tanınırlar. Onlardan İbrahim Ordubadi, Mirzə Sadıq Ordubadi (bu, 1572-1573-cü illərdə Hindistana - Dəgənə getmişdir), Naci Ordubadi kimi məşhur şair və yazıçıları göstərmək olar. Məmməd Səid Ordubadi kimi görkəmli yazıçı, SSRİ- də neft kimyası sahəsində məşhur alim, akademik Yusif Heydər oğlu Məmmədəliyev də Ordubad şəhərindəndirlər.

Ordubad  şəhərindən 8 km şimali-qərbdə yerləşən keçmiş Əylis kəndinin yerində çoxlu tarixi abidələr vardır. Keçmişdə böyük ticarət mərkəzi olub bala İstanbul adlanan bu kəndə dünyanın çox yerindən ticarətə və ziyarətə gəlmişlər. Kəndin bu tarixi abidələri dövlət tərəfindən qorunur. 

Culfadan 7-8 km şimalda Darrıdağın (1923 m) cənub yamacında çıxan karbonatlı-mərgmuşlu hidrogenlıi, karbonatlı- natriumlu bu mineral sular SSRİ-də həm keyfiyyətinə, həm də miqdarına görə birinci yeri tutur. Bu sular bütün dünyada  şöhrət qazanmış İtaliyanın Ronçeno, Fransanın Aya-Burbul və Almaniyanın Durheym mineral bulaqlarından xeyli üstündür. Culfa mərgmuşlu suları əsəb və dəri xəstəlikləri, qan azlığı, mədə-bağırsaq, ürək əzələləri xəstəliyi zamanı işlədilir. 

Culfadan 4 km şimali - qərbdə Cuğa kəndi yanındakı məşhur Gülüstan türbəsinə gedirik. Əlincəçayın mənsəb hissəsində, hamar düzənlikdə (Arazın sol sahilində) hələ XIII əsrin əvvəllərində  gözəl Gülüstan türbəsi tikilmişdir. Alimlərimiz müəyyən etmişlər ki, bu türbə XII əsrdə yaşamış naxçıvanlı məşhur memar Əcəminin üslubu ilə tikilmişdir. Gülüstan türbəsini Naxçıvanın başqa türbələrindən fərqləndirən əsas cəhət onun yonulmuş ağ daşdan tikilməsi və hər iki mərtəbəsinin yerin səthindən yuxarıda olmasıdır. Bunun sərdabə hissəsi (birinci mərtəbəsi) çoxbucaqlı, ikinci mərtəbəsinin içərisi isə dairəvi şəkildədir. Mərtəbələr arasında əlaqə yoxdur. Türbənin on iki guşəli əsas gövdəsinin hündür kürsü üzərində yerləşdirilməsi də xeyli maraqlıdır. Gülüstan türbəsi səthinin ornamentlərlə bəzədilməsi adama çox xoş gəlir. 

Qədim ticarət yollarının üstündə yerləşən Naxçıvan dəfələrlə hücuma məruz qalmış, vuruşmalar zamanı ora xarabalığa çevrilmişdir. Elə bu zamanda bir çox qiymətli tarixi abidələr dağıdılmışdır. Lakin XII əsrə aid  iki məqbərə - Atababa və Atabəy məqbərələri yaxşı qalmışdır. Bu məqbərələr Naxçıvan memarlıq məktəbinin əsasını qoymuş olan Əcəmi Əbubəkr oğlu tərəfindən tikilmişdir. Yusif Küseyr oğlunun türbəsi onun ilk memarlıq əsəridir.  Bu türbə 1162-ci ildə tikilmişdir. Xaricdən və daxildən səkkiz səthli olub, kvadrat şəkilli kərpicdən tikilmiş bu məqrəbənin kitabəsində onun 1162-ci ildə tikildiyi göstərilir. Kitabədə belə bir cümlə yazılmışdır:” Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlunun əməlidir”. Bu sözləri aydın göstərir ki, həmin məqbərə Əcəmi Əbu-bəkr oğlu tərəfindən tikilmişdir. 

 Xalq arasında “Atabəy gümbəzi” adlanan Mömünə Xatunun türbəsi Əcəminin ikinci və ən gözəl əsəridir. Bu türbə 1187-ci ildə tikilmişdir.

 Yenə də Naxçıvan şəhərindəyik. Qarabağlar kəndinə gedirik. Şahtaxtı dəmiryol stansiyasından 24 km şimalda yerləşən Qarabağlar kəndi özünün qədim tarixi abidələri ilə məşhurdur. XII-XIII əsrdə tikilmiş Qarabağlar türbəsi memarlıq sənətində nümunəvi türbələrdən hesab edilir. Yeraltı və yerüstü hissələrdən ibarət olan bu türbə xarici görünüşünün gözəlliyi ilə insanı heyran edir. Burada memarın çox məharətlə işlədiyi boyalar,  kərpiclər düzmək vasitəsi ilə Kufi xətti ilə yazılmış sözlər binaya xüsusi bir gözəllik verir. Tarixçilərin yazdığına görə Qarabağlar türbəsi nəinki Azərbaycanda, hətta Yaxın Şərqdə belə misli olmayan abidələrdən biridir. Bu türbə əvvəl dördkünc, sonra səkkizkünc, daha sonra isə silindr şəklində tikilmişdir. Minarələrə dairəvi pilləkənlərlə çıxılır...”    

Mirvarid xanım Dilbazinin bu şirin xatirəsi sanki bu gün yazılıb. Nə qədər səmimiyyət, nə qədər doğmalıq var bu fikirlərdə. Doğrudan da öz xalqının balalarını əməksevər, təhsilli, savadlı görən və bundan qürur duyan bir ziyalı xanım həmin gənclər üçün əsl mənəvi ana qədər əzizdir: (“Ədəbiyyat və incəsənət” qəzeti, 16 iyun 1973)

“Naxçıvan Azərbaycanın elə gözəl bir guşəsidir ki, bu gözəli bir görən bir də və bəlkə də təkrar-təkrar görmək istəyir. Mən özüm haqqında da eyni sözləri deyə bilərəm. İyun ayının 4 - də səhər Ordubada çatdıq. Stansiyada Naxçıvan vilayət partiya, hökumət nümayəndələri başda olmaqla, Naxçıvanın ziyalıları, yazıçıları, fəhlə və qulluqçuları bizi səmimiyyətlə qarşıladılar. Qucaqlarımız rəngi rəng qızılgül dəstələri ilə doldu. Naxçıvanda qaldığımız dörd gün ərzində biz qızılgül içində üzdük. Hər dəfə gül dəstələri alanda mən hələ yazılmamış şeirimin misralarını öz -  özümə oxuyurdum:

 

Gül ümmanında üzdük,

Gül bağlarında gəzdik.

Şeiri güldən yaratdıq,

Misranı güldən düzdük.

 

Bu güllər adi güllər deyildi. Bu, xalq məhəbbətinin yazıçıya ifadəsi idi.

Bu məhəbbəti qoruyub saxlamaq üçün qarşımızda hələ nə qədər gərgin əmək saatları, ayları, bəlkə də illəri dururdu.

Unudulmaz yazıçımız Məmməd Səid Ordubadinin, məşhur alim Yusif Məmmədəliyevin ev muzeylərində olduğumuz zaman bir daha yuxarıdakı qənaətə gəldim.

Onlar dünyadan köçmüşlər, ancaq əməlləri, fikirləri, idealları, nəsihətləri yaşayır. Naxçıvanlılar böyük bir məhəbbətlə bu irsi qoruyub saxlayırlar...

İlk dəfə Naxçıvanda olduğumuz zaman bu gözəl diyarın təbii gözəllyi, tarixi abidələri, dağ döşünə pillə - pillə yüksələn Ordubad şəhəri, nəğmələrimizin, dastanlarımızın qəhrəmanı olan Araz çayı, Badamlı çeşməsi, Əlincə qalası, ucsuz – bucaqsız ümman kimi dalğalı zəmiləri məni məftun etmişdi. İndi isə məni daha çox insanlar, Naxçıvanda yetişən ziyalı gənclər, Araz su – elektrik stansiyasını, Arpaçay dəryaçası tikintisini yaradanlar, idarə edənlər, ... məftun etmişdi. Burada həyat elə bir yüksəlişdə idi ki, insan onun seyrçisi yox, iştirakçısı olmaq istəyirdi.

İlk səfərimdə mən Naxçıvana bir silsilə şeir ithaf etmişdim. Onların arasında “Nəfəsi isti torpaq” adlı bir şeirim də vardı. İndi isə “Nəfəsi isti insanlar” adlı şeir yazmaq ehtiyacı duyurdum. İstər Araz su – elektrik stansiyasında, istərsə də Arpaçay dəryaçası tikintisində məni ən çox sevindirən fəhlələrlə və gənc mühəndislərlə tanışlığım oldu. Azərbaycanın elmlə, biliklə silahlanmış əsl fərhadları yetişmişdir.

Araz su – elektrik stansiyasında fəhlələrlə görüşdük. Bunlar hamısı gənc, sağlam, ruhən gümrah, səhv etmirəmsə, yerli kadrlar idilər...

         Mən bu dəqiqələrdə şairdən çox ana idim. Ürəyim vüqar hissi ilə dolmuşdu. Onların boy – buxunlarına, təmiz geyimlərinə, işlərinə baxıb öz – özümə elə hey təkrar edirdim: - Vətənin balaları! Vətənin balaları! Bu qurğuda Vətənin 45 oğlu çalışırdı...

          Deyirlər, sevinc sevinc gətirər. Bu, doğrudan da belə oldu. O günün səhəri İliç rayonuna (indiki Şərur rayonu – R.Mirzəzadə) yola düşdük. Üzümlü bağlar, pambıq zəmiləri, qara təpələr, uca dağlar aşdıq. Damlarının üstündə hacıleyləklər yuva qurmuş günəşli kəndlərdən keçdik. Arpaçay dəryaçası bəndinə çatdıq. Nağıl dili desək, bənd nə bənd! Nə Fərhad külüngü, nə Məlikməmməd xəncəri buradakı dağların, div görkəmli qayaların öhdəsindən gələ bilməzdi. Burada müasir elmin qüdrəti ilə silahlanmış fərhadlar gördük... Mənə elə gəlirdi ki, bunlar hamısı öz oğullarımdır. Bu dağları uçurub, qayaları ovan oğullarıma baxıb fikrən deyirdim: “Dağlardan mətin, qayalardan möhkəm olun. Vətənin oğulları!”  

Tikintinin geniş klubunda bəndi quranlarla görüşümüz oldu. Klub cavan yaşlı, orta yaşlı kişilərlə dolu idi. Qapıdan bir dəstə qız girdi. Oğlanlar dərhal ayağa durub onlara yer verdilər. Tribunaya çıxanlar elə səlis, elə məntiqli danışırdılar ki, eləbil hamısı universitetin dil - ədəbiyyat fakültəsini qurtarmışdılar. Mən buna bütün çıxışlarda şahid oldum.

         ...Gül fabrikinə girdiyimiz zaman qapıda ayaq saxladım. Ağ xalatlı qaraşın, sarışın, əsmər üzlü qızlar qollarını çırmayıb qarşılarındakı tabaqlarda qızılgülü ləçəkləyirdilər. Onların hamısı tərtəmiz gül parçası kimi idilər. Adama elə gəlirdi ki, güllərin ətri onlara hopub. Ağ əllər qızılgüllər içərisində necə də gözəl görünürdü. Burada mənim fikrimdə “Gül əllər gül içində” misrası ilə başlayacaq bir şeir mövzusu canlandı. Qız və gül sözü  bir-birinə necə də yaraşırdı...”.

           Sevimli şairimizin bu şirin xatirəsinin “güllü akordları” yadıma bir Azərbaycan xalq söyləməsini yadıma saldı:

           “Aşıq Ələsgər Naxçıvanın Şəruruna qonaq gəlir. El ağsaqqaları öz aralarında sözləşirlər ki, bu mahalda bir məşhur el havası var, əgər Aşıq Ələsgər o havanı çala bildi, ona böyük dövran yığacağıq, yox, çala bilmədi, ancaq atına arpa-saman verəcəyik. 

           Məclis başlanır. El ağsaqqalları Naxçıvanda məşhur olan el havasından söz salırlar. Ələsgər məclisdən icazə alıb bayıra çıxır. Görür ki, bir çoban hüşkürəyində bir hava çalır, yəqin edir ki, bu həmin hava olacaq. 

Məclisə qayıdır. Sazını köynəyindən çıxarır və ağsaqqallara üzünü tutub deyir:

         - Qədim adətə görə aşıq əvvəl bir “Divani”, bir “Təcnis” və bir də bir “El havası” üstə çalıb oxuyandan sonra söhbətə başlar. Amma görürəm ki, sizin arzunuz əvvəl-əvvəl Naxçıvanda məşhur olan el havanızı eşitməkdir. Elə isə, qoyun sazımı sizin havanız üstə kökləyim. 

Ələsgər sazı kökləyir. Naxçıvan havasını elə bəzəyə-bəzəyə çalır ki, ağsaqqallar bir ağızdan “Afərin, aşıq Ələsgər!” – deyib alqışlayırlar.

Ələsgər deyir:

        - Bu sizin “Köhnə Naxçıvani” havanız. Amma bu havanın bir balası, bir gülü də var. 

         Sazın kök və pərdələrinə yaxşı bələd olan sənətkar eyni səs qatarında bu havadan bir qol ayırır, bir gül vurur. “Naxçıvan gülü” havasını yaradır. “Köhnə Naxçıvani”yə özünə münasib on birlik qoşma oxunduğu halda, “Naxçıvan gülü” nə səkkizlik gəraylı oxuyur. 

         Ələsgər qədim Naxçıvanda təkcə “Köhnə Naxçıvani” çalmır, eyni zamanda ona bir gül də vurur: - “Naxçıvan gülü”...”.

          Mirvarid xanımın xatirəsinə davam edirəm:

         “Gəzdiyimiz yerlər, tanış olduğumuz adamlar, dinlədiyimiz nitqlərin hamısı inkişafımızın canlı sübutu idi...Bizi nə qədər gözəl mövzular gözləyirdi. 

          Naxçıvan yazıçılarından Hüseyn İbrahimov, Hüseyn Razi, Müzəffər Nəsirli, Kəmalə Ağayeva, Əliyar Yusifli ilə görüşlərimizdə bizə məlum oldu ki, onlar da bu mövzular ətrafında çalışırlar. Görüşlərdə əmək insanlarının həyatına, Vətənə, anaya həsr etdikləri şeirləri oxudular və hərarətlə qarşılandılar. Təsadüfi deyil ki, Naxçıvan yazıçıları haqqında maraqlı məruzə edən filoloji elmlər dokroru Yəhya Seyidov onların yaradıcılığına yüksək qiymət verdi. Hüseyn İbrahimovun yeni yazdığı “Günəş doğan yerdə” romanı xüsusi qeyd olundu. Pedoqoji institutun (indiki Naxçıvan Dövlət Universiteti – R.Mirzəzadə) tələbələri ilə görüşümüz, institutun hazırlıq kursunda oxuyan Cavanşir Eloğunun oxuduğu şeirlər heç vaxt xatirimdən çıxmayacaq. Orada necə qüdrətli bir gənclik yetişir. Televiziyada, bədii verilişlər şöbəsinin redaktoru vəzifəsində çalışan qara gözlü, zərif sifətli Fəridə Abdullayevanı və Mahmudlu kəndində ölkəşünaslıq muzeyi təşkil edən X sinif şagirdi Abdulla Qurbanovu da unutmayacağam. Fəridə necə də fərəhli idi. Universitetin jurnalistika fakültəsini bitirmişdi...

            Biz bir bulağın üstündə, çinar ağaclarının kölgəsində nahar elədik.. Bir tərəfimiz sünbülü təzəcə dən tutmuş yaşıl buğda zəmisi, bir tərəfimiz laləli dağlar idi. Başımızın üstündə ağ buludlar, mavi səma... Ayağımız altında çəmən otları xalı kimi sərilmişdi. Biz zəhmət adamlarının süfrəsi önündə oturmuşduq. Bu çörək onların halal zəhmətlərinin məhsulu idi. Onlar necə mehriban, qonaqpərvər və istiqanlı idilər.

Mən burada uşaqlığımı, öz kəndimizi, onun səxavətli adamlarını, ata – anamı, nənə-babamı xatırladım. Onları da bir şey düşündürürdü: qonaq razı getsin...Bu qonaqlardan onların heç bir təmənnası yox idi. Yeganə təmənnaları bu idi ki, onların yeri rahat, yeməkləri ləziz, ürəkləri şad olsun. Naxçıvanda xalqımızın bu müqəddəs ənənəsi ilə yenidən qovuşdum. 

          ...Axşam düşmüşdü. Bir maşında iki qadın oturmuşduq. Xalidə xanım Hasilova və mən. Hər ikimiz öz təəssüratlarımızın və xəyallarımızın dünyasında idik. Sürücü çox mehriban, cavan bir oğlan idi. Bizim doğma oğlumuz kimi doğma. Get – gedə hava qaranlıqlaşır, zəmilər, bağlar, iydəli yollar qaranlığa qərq olurdu.

         ...Sinəmdə yalnız bir işıq qaldı. Həm də şüaları isti bir işıq. Bu, mənim ürəyim idi. Vətən torpağından, onun insanlarından, insanların şad günündən, işıqlı gələcəyindən işıq alan ürəyim! Ulduz başımızın üstü ilə elə bil bizimlə gedirdi. Bəlkə buludları parçalayıb bizə işıq salan o ulduz da Naxçıvan torpağının isti qoynunda onun günəşi ilə işıqlanıb dastanları, nağılları ilə böyüyən, qidalanan Mirzə Cəlillərin işıqlı ürəyi idi.

Mən Azərbaycanın bir çox rayonlarında olmuşam. Naxçıvan səfərim də işıqlı oldu; təzə şeirlərim yarananda buraya “uğurlu” sözünü də əlavə etməyə haqqım olacaqdır...”.

Böyük şairimiz Məmməd Araz hələ uzun illər bundan qabaq “Yaşa, ucal, doğma torpaq” məqaləsində dünyaya göz açdığı, çörəyini yediyi, suyunu içdiyi, havasını udduğu, qəlbən, ruhən, bütün varlığı ilə bağlandığı yurdu haqqında yazırdı:

“Araz sahilində dünyaya göz açmışam, Araz sahilindən dünyaya baxmışam. Hərdən mənə elə gəlir ki, bu torpaqda hər çayın, hər bulağın dilini bilirəm; hər daşın, hər qayanın tərcümeyi - halına bələdəm. Üçqardaşdan, Keçəldağdan, Dərələyəz silsiləsindən üzüaşağı – Araza doğru nə qədər qaçmışam, küləklərlə gizlənpaç, şimşəklərlə çilingağac oynamışam. Aydın, təmiz cənub gecələrinin göylərinə nə qədər sapand atıb, “ulduz endirmişəm”.

Uşaq alayımız səhərlər gündoğana, axşamlar günbatana nə qədər at çapıb, günəşə yetmək, onu səhərlər dağ başından bir qədər tez qaldırmaq, axşamlar batmağa qoymamaq istəmişik. 

Günəş əl eləyib ki, “sabah, sabah görüşəcəyik”.

Bəlkə neçə min il əvvəllər də bu torpaqda insanlar günəşsevər olublar; uşaqlarla günəşin dostluğundan bu yerə bu qədər işıq ələnib.

Bəzən mənə elə gəlir ki, insan uşaq dünyasının xatirə cığırları ilə addımlarkən çox mühafizəkar olur. O cığırlar, o izlər dəyişilməz qalır. Bir də saçının ağaran çağlarında yeni mənzərələr tapmaq çətin olur. Ancaq onu deyim ki, mən Araz boyunca ildə bir neçə dəfə Naxçıvana gəlirəm. Və hər dəfə elə bil bu yerləri ilk dəfə görürəm. Gözlərimlə tanış mənzərələrin, bu həmin yorulmaz yolların, bu həmişə “yönü bəri baxan” dağların elə rənglərini, dolaylarını, elə duruşunu görürəm ki... özüm özümə kənardan baxa bilsəydim... yəqin ki, bu torpağa ilk dəfə qədəm qoyan səyyaha bənzəyərdim.

Bu “geoloji muzeyin” eksponatları artıb, yoxsa azalıb? Onların tərtibatında elə bir yerdəyişikliyi yoxdur ki? Yoxdur, deyəsən. Bu həmin o tayı - bu tayı özünə qoşub dartan dəli Araz, bu həmin nəhəng raket gəmi kimi göyə tuşlanan İlanlı dağ, həmin boyalı dağlar, indicə nərildəyəcək buludlar... Bəs bu rənglər? Gözün görüb duyduğu, oxuduğu, lakin sayıb sözə, rəqəmə çevirməkdə aciz olduğu təbii boyalar əvvəlki olsaydı, indiyəcən solmazdımı və ya baxışı-gözü yormazdımı?

Təbiətin çox qəribə rəssamlığı var. O, eyni tipli landşaftı olan müəyyən relyefə elə “tərtibat” verir ki, yaranan mənzərə insan gözünü yoruculuqdan xilas edir. Bu mənada ilk dəfə qatar Nehrəm dərəsindən burulub geniş talaya – Araz vadisinə çıxanda eyni relyef, eyni dağ mənzərələri yenicə müxtəlif rənglərdə  çimib çıxmış kimi görünür. Sonra yenə də keçmiş, əbədi görkəminə qayıdır: qədimlik! Yer kürəsinin əmələgəlmə və formlaşma tarixini müxtəlif geoloji dəyişmələrin “aşılama əməliyyatından” qoruyub saxlayan qədimlik...

 Yəqin ki, Naxçıvan torpağına ilk qədəm qoyan, relyefi az- çox “oxumağı bacaran” adam düşünə bilər ki, burada dağların çoxu paltarının astarını üzünə çevirib... Bütün bunlardan sonra bu muzeyə yaxşı bələd olan geoloqun deməyə haqqı var: yerin yaşını təyin etmək istəyirsinizsə, Naxçıvan torpağına baxın.

Onda arxeoloqun da deməyə sözü olacaq. O da bu geoloji qədimlikdə qədim mədəniyyətin izlərini gəzəcək. Onda burada qədim şəhərin bünövrə daşları eramızın başlanğıcından çox-çox əvvəllərə təsadüf edəcək.

Tarix boyu təbii və süni fəlakətlər, torpaq üstündə təkcə bu və ya digər ictimai-siyasi mühitləri, taxt-tacları deyil, həm də xeyirxah insan əməllərinin yaratdığı nə qədər böyük- kiçik sənət abidələrini ya birdəfəlik “ölümə məhkum” eləmiş, ya da çevirib torpağa quylamışdır.

Bu gün bəzən adi bir saxsı qab bir qədim mədəniyyətin, bir şəhərin qədim “pasportunun” müəyyən edilməsi üçün yeganə meyar olur.

Bəli, Naxçıvan çuxuruna gedən yollar, oradan müxtəlif Şərq ölkələrinə ayrılan yollar çox qədimdir. Bu yollar qoca Şərqin və Qərbin bazarlarına əsrlər boyu dəvə karvanlarını dartıb, ipəyi göz qamaşdıran, xuşkəbəri iştah tamsıdan, incə zərgərlik şeyləri özünə müqayisə axtaran Azərbaycan torpağına şöhrət yükü ilə qayıdıb. 

Alim deyir ki, tarixin ictimai-siyasi şəraiti  burada qədimdən elm və mədəniyyətin inkişafına imkan yaradıb.

Şair deyir ki, buranın sərin iqlimi, daşın, qayanın çoxluğu, münbit torpağın azlığı insanı axtarışa səsləyib. 

Dünyagörmüş bir qoca günəşi göstərir; min illərlə babalarımız onun bol işığını görüb. Dağ-daşı, əkin yerini yandırıb cızdaq eləyib, amma bəxtinə, ürəyinə düşməyib.

Onu axtarmışıq. Nəsrəddin Tusi də onu axtarırdı, Bəhruz Kəngərli də, Mirzə Cəlil də...

Mən Naxçıvan çuxurunun yüz il əvvəlini, əlli il əvvəlini görməmişəm. Babam atasından, babasından söz açardı: onlar da öz babalarından. Beləliklə, mən babamdan Naxçıvan haqqında 400-500 ilin məlumatını ala bilirdim. Bu məlumatların çoxu nağıl-əfsanə, döyüşlər, qırğınlar, vuruşlar və nəhayət, bazar və əkin-biçin barədə idi...

“...Hərki-hərkilik, mənəmlik, qolu zorluluq aradan getdi”. Babamın gördüyü, babalarından “alıb saxladığı” Naxçıvandan – köhnə, mehrəli, uçuq, samanlıq damlardan, cırım-cındır kəndlərdən heç nə qalmadı. Bunlar mənim gözüm qabağında müharibədən sonra, bəlkə də son on beş - iyirmi ildə tamam dəyişdi. Yaranışdan yaraşıqlı dağların ətəyində, dərələrin boğazında, çayların yaxasında yaxasını günəşə açan yeni kəndlər dünyaya gəldi. Ölkəmizin bir çox şəhərləri ilə yarışa bilən, özündə Azərbaycan Elmlər Akademiyasının, Yazıçılar İttifaqının, Rəssamlar İttifaqının filialı olan, müstəqil Dövlət Pedaqoji İnstitutu yaranan (indiki Naxçıvan Dövlət Universiteti – R.Mirzəzadə) yeni Naxçıvan şəhəri meydana gəldi.

Bunu böyük fərəh hissi  və qətiyyətlə demək mümkündür ki, əsrlər boyu xalqımızın  elm və mədəniyyət xəzinəsinə neçə düha vermiş bu torpaq öz qanadlarını daha geniş açdı. Yenidən doğuldu, yenidən dünyaya gəldi.

 

İşığı bollaşdı diyarımızın,

Ətiri bollaşdı baharımızın,

Vüqarı boy atdı vüqarımızın,

Dünyaya Naxçıvan dünyası gəldi.  

 

Zülmət yığışdırdı ətəklərini,

Fəsillər - qara dil küləklərini.

Dan yeri böyütdü bəbəklərini-

Dünyaya Naxçıvan dünyası gəldi.

 

Dirəndi dağlara nur qatarımız,

Yeni segah dedi könül tarımız.

Aldı fırçasını bəhruzlarımız,

Dünyaya Naxçıvan dünyası gəldi.

 

Min illərlə Araz çayı Naxçıvan torpağının ətəyini yalayıb keçirdi. Qoşulan nəğmələr, ağılar, bayatılar damla-damla Araz suyunu çoxaldır, duruldur, bulandırırdı. Araz suyu ona söykənən düzlərə “yanıq” verə-verə axıb keçirdi. 

Araz da yedəklənərmiş. Araz da qəzəbindən nur ayıra, daşqınından yaşıl-yaşıl nəğmə verib, kənd və şəhərlərimizə, Böyük düzün şoran torpağına axa bilərmiş. 

Naxçıvan torpağında yerüstü sərvətlər qədər yeraltı sular vardır.   Belə bulaqların sayı 200-dən çoxdur. Bu bulaqların nəğməsi ölkəmizin hər guşəsində süfrələrə dad gətirir. Yaxın vaxtlarda, Naxçıvan mineral sularının dərələrə havayı axını azaldılacaq, 150 milyon şüşə “Badamlı” və “Sirab” suyu doldurulacaqdır. Ərazidə mineral bulaqların ehtiyatı və gücü müqabilində bu rəqəm hələ çox kiçikdir. Muxtar Respublikada 60 növ məhsul buraxan 29 sənaye müəssisəsinin məhsulu indi ölkəmizin çox yerinə, həmçinin bəzi xarici ölkələrə də göndərilir. Yuxarıda demişdik ki, geoloqlar Naxçıvanı geoloji muzey adlandırırlar. Dağ süxurlarının astarı üzündə olan bu muzeyin əsas gözəgörünməz xəzinəsi var – zəngin minerallar!

Naxçıvanın dağ-mədən sənayesi artıq ənənə yarada biləcək bir inkişaf səviyyəsinə qədəm qoyur.

Hələ diqqət və nəzərlərin tam yönəlmədiyi nə qədər yataq öz axtarıcısını gözləyir.  Naxçıvanın meyvəcatının, dad-ləzzəti ilə süfrələr bəzəyən Ordubad konserv zavodunun məhsulu uzaq ölkələrə gedir. Ölkəmizin çox yerində “əla” qiymət alır. Ordubad meyvəsi, Şahbuz balı, Ordubad ipəyi, Şahbuz şərabı, Naxçıvan üzümü... Muxtar Respublika qədim ənənəli elm və mədəniyyəti, müasir sənaye sahələri ilə bərabər, müasir kənd təsərrüfatının səviyyəsi ilə də öyünə bilər... Burada insan əsrlər boyu çörəyini daşdan çıxarıb, qəlpə-qəlpə qayalardan qoparıb.

Burada yayın qızmarından, qışın şaxtasından qaçıb torpağın dərin qatlarında gizlənən sular üzə çıxıb, dərələrin boğazında qıvrılıb dəryaçaya dönüb. Torpağın yeni bolluq, bərəkət, zəhmət nəğməsi yaranır. 

Avqustun yumurta bişirən havasında təngiyib o qədər dağlara sarı pərvazlanıb, bircə saatdan sonra qar üstündə o qədər sürüşmüşəm ki...Salvartı dağlarından, Batabat meşəsindən, Şahbulaq yaylağından o qədər üzüaşağı qanadlanıb bu torpağı sinəmə sıxmaq istəmişəm ki...

... Adınla yaşa, adınla ucal, mənim doğma torpağım!”

Xalq yazıçısı Anarın “Ölməz naxışlar” adlı yazısı əslində Naxçıvan üçün yaradılmış söz, fikir abidəsidir. Bu “möhtəşəm abidə”nin müəllifi yazır:

“...1975-ci ilin payızında Naxçıvana ilk gəlişim “Dədə Qorqud” filminin çəkilişi vaxtına düşmüşdü. Bəlkə də bu səbəbdən – o günlər, o aylar bütün varlığımla Dədə Qorqud aləmində yaşadığımçün – ilk dəfə gördüyüm Naxçıvan torpağı mənə məhz oğuzlar dünyasını andırırdı – eyni sərt, çılpaq gözəllik, əzəmət, azmanlıq, epiklik... Əfsanə, əsatir ab-havası... Bütün bunlar Naxçıvanın qırmızıya çalan, sanki nəhəng baltayla paralanıb bölünmüş sıldırım dağlarıyla, lay-lay misi, dəmiri xatırladan yalçın qayalarıyla, relyefinin möcüzəvi biçimləriylə necə də uyar idi...Naxçıvan dağları gah donub qalmış alov dilimlərini, gah püskürən daş fəvvarələri, gah da buz sütunlarını xatırladır. Lay-lay fətirlərə, göbələyə, gəmiyə, insan burnuna bənzər dağ-qaya formaları da var. Təbiət Naxçıvan dağlarını əcaib plastik biçimlər kimi, mücərrəd heykəllər kimi yaradıb, həm də bu heykəllər daha aydın görünsün, daha yaxşı baxılsın deyə, onları heç nə ilə bəzəməyib, çılpaq, yalın-yalxı saxlayıb, ucsuz-bucaqsız düzəngahda bir-birindən aralı, müstəqil eksponatlar kimi yerləşdirib.

          Bu səfərdən 10 gün sonra Naxçıvana ikinci dəfə gəldim. “Dədə Qorqud” filminin bir çox mənzərə kadrları- bəlkə də əsərin ən yaxşı kadrları – məhz burda çəkildi: sübh obaşdan da zərif tül-ipək duman içində narın yuxu kimi görünən İlanlı dağ da, Batabatdan bir az yuxarı, azmanların kahasına oxşayan “Fərhad evi” də, kənd Şahbuzda qala divarları da, Əbrəqunis kəndindəki xaraba qalıqları, Əlincənin yan-yörəsi də  - filmin müxtəlif səhnələrində oğuz bahadırlarına məskən oldular...

          Oğuz igidləri ocaqlarını bu yerlərdə çatdılar, tonqallarını bu yerlərdə qaladılar, çadırlarını bu düzlərdə qurdular. Bu seyrangahlarda at çapdılar, ox atdılar, qılınc oynatdılar. Bu torpağı yağılardan qorudular...

          Bu gün Möminə Xatun məqbərəsi qarşısında dayanarkən və həmin illəri xatırlayarkən fərəh hissi keçirirəm. Tariximizin, sənətimizin bu nadir incisi uçub-dağılmaq təhlükəsindən xilas edilmiş, o vaxtın laqeydliyi Əcəmi yadigarına qayğıkeş, diqqətli münasibətlə əvəz olunmuşdur. Abidənin bərpası, qorunması, ətrafının səliqə-sahmana salınması üçün son illər çox işlər görülmüşdür. Bərpanın xüsusiyyəti və keyfiyyəti haqqında mütəxəssislərin rəyləri haçalansa da, Möminə Xatunun bugünkü görkəmi, yan-yörəsinin arıtlanması şəksiz, xoş hadisədir. Əgər vaxtı ilə Möminə Xatun ətrafındakı əhəmiyyətsiz  tikililər arasında gizlənmişdisə, itib-batmışdısa, indi onun dövrəsində yaranmış açıqlıq, genişlik – abidəni bütün əzəmətiylə, bütün gözəlliyilə qavramağa, duymağa imkan yaradır. İndi Möminə Xatun və onun ətraf mühitinə tarixi memarlıq kompleksi kimi baxılır. Bu kompleksin, bu mühitin girişi Naxçıvan memarlıq məktəbi ənənələrinə uyar üslubda ucaldılmış tağ, məqbərənin arxasındakı tarixi binalar, Qızlar bulağı, keçidlər, meydançalar, divarlar bir-birini tamamlayır, bitkinlik, bütövlük təsiri oyadır...

          Möminə Xatun ansamblı ərazisində açıq hava muzeyinin yaradılması da yaxşı təşəbbüsdür. Məlumdur ki, folklorumuzda, nağıl və dastanlarımızda, ümumuyyətlə, el zehniyyətində, xalq inanclarında at, qoç obrazları hünər, bərəkət rəmzi kimi, müqəddəs simvollar kimi yaşayır. (Bu, dildə də əks olunub. “At – muraddır”   deyirlər, “Qoç Koroğlu” deyirlər...)

          Naxçıvanda, Möminə Xatun tarixi- memarlıq mühitində yaradılmış açıq hava muzeyi də bu sahədə yeni, xeyirxah təşəbbüsdür. Bu muzeydə toplanmış plastik sənət örnəkləri; at, qoç, qoyun, nəhəng kərtənkələ, ilbiz fiqurları, habelə sənduqələr, sütun özülü, əski məişət əşyaları- həvəngdəstələr, su süzən daşlar, dəsətərlər, əl dəyirmanları, dörd min il yaşı olan üzüməzənlər və s. tarix boyu xalqımızın həyat, yaşayış tərzini, düşüncə xüsusiyyətlərini, gözəllik duyğularını çox əyani və dəqiq şəkildə əks etdirir.  

Bugünkü Naxçıvanın  mədəni həyatında böyük şair və dramaturq Hüseyn Cavidin adıyla bağlı işlər xüsusi yer tutur. Respublikamızda son vaxtlar yaranmış teatrlar- Gəncədə Zərrabi, Ağdamda  Natəvan, Şəkidə Səbuhi teatrları ilə bir sırada Naxçıvanda fəaliyyətə başlamış “Hüseyn Cavid poeziya teatrı” da maraq doğurur. 

Cavidin ev-muzeyi də səliqəylə, zövqlə təşkil edilib. Muzey yalnız böyük sənətkarın xatirə yeri deyil, ümumən ədəbiyyat ocağı, şairlər məclisi kimi şöhrətlənə bilər, burada şeir gecələri, teatr, tamaşa axşamları keçirmək, Cavid irsini daha geniş təbliğ etmək imkanı var, başqa şəhərlərdən, respublikalardan qonaqlar çağırmaq olar. 

Hüseyn  Cavidin məzarının Azərbaycana gətirilməsi, həsrətli didərginin vətənə qayıtması, Naxçıvan torpağına tapşırılması – mühüm tarixi hadisə kimi qiymətləndirilməlidir. Naxçıvanda Cavid türbəsini ucaldacaq sənətkarların üzərinə böyük məsuliyyət düşür. Burada Əcəmi dühasının incisi - Möminə Xatun və Yusif Qüseyir məqbərələri bütün əzəmətiylə hifz olunub. İndi –bizim günlərdə Naxçıvanda ucaldılacaq türbə - bu ölməz sənət örnəklərilə yarışa girməyəcəksə də, hər halda onlarla bir ərazidə, bir mühitdə yaşayacaq, istər- istəməz müqayisələr, tutuşdurmalar üçün əsas verəcəkdir. İstərdik ki, Cavid türbəsi Naxçıvan memarlıq məktəbinin ənənələrini davam etdirməklə bərabər, həm də müasirliyi ilə seçilsin. Atabəy və Atababa türbələri öz dövrlərini əks etdirdikləri kimi, Cavid sərdabəsi də bizim əsrin abidəsi olsun, gələcəyə bizim günlərin yadigarı, sənət örnəyi kimi qalsın. 

Bir təklifimi də bildirmək istərdim. Vaxtilə Hüseyn Cavidin cavan yaşlarında dünyadan getmiş bəstəkar övladı Ərtoğrul haqqında “Böyük sənətkarın sənətkar oğlu” adlı məqalə yazmışdım. Bu məqalədə bir faktik səhvə yol vermişdim; yazmışdım ki, Ərtoğrul Tiflisdə vəfat edib. İndi imkandan istifadə edib bu səhvi düzəltmək istəyirəm: Ərtoğrul Tiflisdə hospitalda xəstə yatıb, amma Naxçıvanda keçinib, burda da dəfn edilmişdir. Təklifim isə ondan ibarətdir ki, Ərtoğrulun məzarı da atasının türbəsinin yanına köçürülsün – faciəvi həyat keşməkeşlərilə bir-birindən ayrı düşmüş ata və oğul ölümsüzlük mənzilində əbədi qovuşsunlar.

Akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti – R.Mirzəzadə) ”Azərbaycan” jurnalının oxucularıyla, institutun müəllim və tələbələriylə görüşə gəlmişdik.

İnstitutun binaları çox geniş bir ərazidə yerləşir, inzibati təhsil korpusları arasında təbiət sahələri adama xoş təsir bağışlayır. Auditoriya pəncərələrindən baxanda İlanlı dağın füsunkar mənzərəsi görünür. Təhsilin və təbiətin belə ülvi vəhdəti yadıma Hindistan səfəri zamanı gördüyüm bir yeri – Kəlküttə şəhərinin yaxınlığında böyük hind sənətkarı, mütəfəkkiri Rabindranat Taqorun malikanəsini saldı. Çox geniş sahəsi olan bu malikanədə Taqor dünyaca məşhur Şantinegeton Universitetini yaradıb. Universitetin ərazisi bir-birindən aralı yerləşmiş bir və ikimərtəbəli zərif, yaraşıqlı binalardan və onları əhatə edən gözəl mənzərəli təbiət guşələrindən – ağaclıqlardan, güllüklərdən, çəmənliklərdən, hovuzlardan ibarətdir. Hindistanın isti iqliminə uyğun olaraq dərslərin bir çoxu açıq havada, böyük ağacların gen-bol kölgəliklərində keçirilir – bir ağacın altında bir kurs tarix dərsi keçir, başqa ağacın kölgəliyində başqa kurs rəsm, ya ədəbiyyat dərsi... belə tədris üsulunun öz məziyyətləri var – tələbə elmi bilikləri təbiətlə üzvi vəhdətdə mənimsəyir, insanlığın fikir xəzinəsinə, bəşərin bilik dəryalarına daldıqca dünyanın təbiət gözəlliklərindən də yadırğamır, torpağın ətrindən, fəsillərin, gün çağlarının dəyişmə ritmlərindən də ayrılmır. Birini qoyub birini deyim; burada Naxçıvan Pedaqoji İnstitutunun həyətində yalnız uzaq Şantinegetonu deyil, bizim Şuşanı da düşündük. Məlumdur ki, Şuşanı “Qafqazın konservatoriyası” adlandırırlar.  Bu doğrudan da belədir: əgər Şərq musiqi sistemi, muğam sənəti- Avropa simfonik və vokal yaradıcılığı qədər zəngin və mürəkkəb bir aləmdirsə, bu aləmin yaradıcıları və sərrafları – tarzənlər, xanəndələr, kamança çalanların bir çoxu təhsillərini Şuşada alıblar. Həm də bu təhsil ali məktəb binalarında, sinif otaqlarında keçməyib, möhürlü diplomlarla tamamlanmayıb. Cıdır düzünün, İsa bulağının, Xan qızı bulağının səfalı guşələrində təşkil olunan musiqi muğam məclisləri – həmin təhsilin illəri və işləri olub. “Sütül” musiqiçilər belə məclislərdən görüb-götürüb, daha doğrusu eşidib öyrəniblər və müəyyən müddətdən sonra özlərini hazır və layiq biləndə, o məclislərdəcə sənət imtahanları veriblər. Əgər haçansa Şuşanın köhnə binalarının birində, məsələn, deyək ki, indi texnikum yerləşən əzəmətli binada Şərq konservatoriyası təşkil olunacaqsa, onun bəzi dərsləri binanın yanındakı səfalı bağda, sərin kölgəlikdə keçə bilərdi. Bu yalnız bayaq dediyim kimi, təhsilin təbiətlə üzvi bağlılığı naminə, yaxud gələcək musiqiçilərin füsunkar mənzərələrdən ilhamlanmasına görə deyil, başqa səbəbdən də məqsədəuyğundur; xanəndə səsinin zili-bəmi hansı bir salonda cilalana bilər ki, həmin salonun akustik şəraiti Cıdır düzünün yüksəkliyinə, məcun havasının titrəkliyinə  əks- səda qaytaran sıldırım yarğanların, uçurumların rezonansına tay olsun. İsa bulağı meşəsindən başqa dünyanın hansı bir qapalı binasında bülbüllərin cəh-cəhi ustad tarzən barmaqlarını müşaiyət edə bilər?Nə isə. Xəyal baş alıb gedir. Naxçıvan Pedaqoji İnstitutunun salonuna qayıdaq. 

Müəllimlər, tələbələr bir- bir kürsüyə qalxır. “Azərbaycan” jurnalında dərc olunan əsərlər haqqında fikir söyləyir, jurnalın fəaliyyətində bəyəndikləri cəhətlərdən açıq ürəklə, ağız dolusu danışır, nöqsan saydıqlarını tənqid edir, təkliflər irəli sürür... 

 İndi bu salondakıları nəzərdən keçirərkən bu sifətlərdə insan talelərini, insan ömürlüklərini duymağa çalışıram – bu sifətlər mənim xalqımın sifətidir. Bu xalq üçün, bu oxucular üçün yazırıq və yazılar  həyatımızın mənası, məqsədi, məzmunudursa, deməli, bu insanlar üçün yaşayırıq. Sözümüz, demək istədiklərimiz, çatdırmağa cəhd etdiklərimiz nə dərəcədə mənzilinə, ünvanına çatır, hansı qarşılıqla, nə hisslər, nə fikirlər oyadır? Müəlliflə oxucu kontaktı, əlaqəsi, münasibəti yaranırmı? Bütün bu suallar hər bir yazıçını, o sıradan bizi də narahat edən, nigaran qoyan məsələlərdir. 

Sənət əsəri müəllifin, yaradıcının başqa insanlara, müasirlərə və gələcək nəsillərə ismarışıdır. Biz bu gün Mirzə Cəlilin, Əbubəkr Əcəminin, Bəhruz Kəngərlinin, Cavidin (mən burda ancaq Naxçıvan torpağında doğulmuş sənətkarların adını çəkirəm) ismarışlarını almışıq, bu ismarışlar qəlbimizin ən dəruni guşələrinə nüfuz edib. Bəs bizim günlərin hansı ədəbi sözü, memarlıq abidəsi, musiqi əsəri, rəssamlıq mənzərəsi müasirləri və gələcəkdəkiləri əfsunlayacaqdır? Bu, yəqin ki, cavabsız suallardır, amma bir həqiqət danılmazdır, Naxçıvanda da, getdiyim başqa rayonlarda, şəhər və kəndlərdə də müasir Azərbaycan ədəbiyyatına çox böyük maraq və diqqət var, yazıçılarımızın yalnız bədii əsərləri deyil, çıxışları, müsahibələri də mütəmadiən izlənilir, yaradıcılıq nailiyyətləri barədə söylədikləri hər bir vədin möhləti və icrası yaddaşlara həkk olur. Bu da sözsüz, yazıçımızın məsuliyyətini dediyi sözə, etdiyi hərəkətə, hər davranışına, hər yazı-pozusuna cavabdehlik hissini artırmalıdır...”

 

                                  (ardı var)

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan iran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.15:17کمال17:40ЕС ввел санкции против представителей властей АТО Гагаузия12:11Dilənçiliyin sosiologiyasına dair qeydlər: ilahi təhdid və mənəvi terror11:59امام علی (ع)14:36В Баку подключились к международной акции "Диктант на лезгинском языке"13:35Geyim və əxlaq haqqında19:37Глава МИ-5 заявил о росте угроз со стороны России и Ирана17:17İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır14:09“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”09:48İran dini, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq etnik və dini əyləci əlində saxlayacaq.16:32Организация тюркских государств: 15 лет единства и прогресса20:05Авраам Шмулевич: Иран не в состоянии нанести серьезный удар по Израилю18:38Azərbaycanda Roş Ha Şana bayramı ərəfəsində yeni yəhudi təqvimi dərc olunub15:17Расул Гьамзатова икрам авунай15:08XIX əsr ləzgi ədəbiyyatının məramı13:02Уйгурское национальное движение и Китай в ХХ веке15:32Белорусский народный праздник урожая "Багач" отпраздновали в музее Янки Купалы в Вязынке15:00Многовековая традиция: узбекский плов14:01Etnik kimliyi müəyyənləşdirən DNA nəticələri reinkarnasiya fəlsəfəsinin maddi təzahürüdür.12:59İmam Ali (a.s.) : " ...Sizinle savaşanlarla savaşın."18:24НОГАЙЦЫ В XV-XVIII ВВ.20:11İMAMQULUKƏND11:32Геенна изначально приготовлена не для людей, а для дьявола и его последователей – падших ангелов10:50Cəhənnəm əvvəlcə insanlar üçün deyil, şeytan və onun ardıcılları — yəni düşmüş mələklər üçün hazırlanıb17:41PARA NASIL CEZBEDİLİR?17:34САМОУНИЧТОЖЕНИЕ И БОЛЕЗНЬ19:59İran dövlətinin Bəhai icmasını zəiflətmək və məhv etmək siyasəti davam edir18:05Результаты ДНК и реинкарнация17:57В Турции найдена цилиндрическая печать возрастом около 4 тыс. лет17:00Архаизм Талибана: куда уходят корни одиозного отношения к женщинам в Афганистане22:14Митрополия Молдовы - о паломничестве священников в Россию: У них не было политических целей12:06KUANTUM BİLİNCİ TEORİSİ, AŞKINLIK, KUANTUM PSİKOLOJİSİ VE KURAN AYETLERI11:27"Sionist İsrail və Şeytan Amerika" İranı necə xilas etdi?17:43Ata Atun İngiliz Arşivlerinde Kıprısla İlgili Neler Buldu14:47Сборная Казахстана по кокпару начала первые тренировки на стадионе Игр кочевников в Астане12:04Tbilisidə Qafqaz Kürdlərinin I Beynəlxalq Elmi-Praktiki Konfransı baş tutub.20:29Нафталиевы и Шамиловы — первые горско-еврейские поселенцы Кабарды15:37В Ташкенте состоялась встреча президентов Азербайджана и Узбекистана с представителями деловых кругов двух стран15:27От Еленендорфа до Гейгёля18:11"BİRİNCİ və İKİNCİ" XOŞBƏXTLİK yaxud UTANCAQLIĞIN FƏLSƏFƏSİ!16:08Азербайджан и Казахстан проводят совместные учения «Алтын кыран-2024»21:43Проанализированы возможности Каракалпакстана и определены дальнейшие задачи17:27Погромы в Британии стали итогом исламофобской пропаганды21:04Период Яхьи Синвара в сопротивлении19:32КЕМ БЫЛИ ДИ И ЖУНЫ? Внутренняя Азия и Южная Сибирь от пришествия индоевропейцев до империи Хунну19:42Кыргызские женщины сохраняют традицию головного убора «элечек»20:43Президенты стран Центральной Азии на встрече в Астане выступили за продвижение общих интересов20:03Итоги выступления спортсменов из Центральной Азии на Олимпиаде — 202415:03В Баку отметили День Абая - Bakıda Abay Günü qeyd olunub14:55Бакуда Абай күні аталып өтті15:19СЛАВЯНЕ В ДЕШТ-И КЫПЧАКЕ19:07Великобритания сосредоточилась на защите Израиля военным присутствием в Средиземноморье и на Ближнем Востоке11:41Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir15:05تئوری آگاهی کوانتومی، استعلایی ، روانشناسی کوانتومی و آیات قرآن14:50ТОТЕМЫ У КЫПЧАКОВ11:38Азербайджанские ковры в Музее Ислама, в Иерусалиме15:00Чем обернется для региона убийство лидера ХАМАС?10:49Исчезнувшие народы. Авары10:29Как будет формироваться внешняя политика Ирана в эпоху Пезешкиана?14:05ЭТНИЧЕСКАЯ СТРУКТУРА ВОЖДЕСТВ «ЛУКОМОРСКИХ КЫПЧАКОВ»11:19«Йаум Азым» – День Великий14:35Qasım Qasımzadənin ədəbi-elmi portreti16:02MULTİKULTURALİZM MƏRKƏZİNDƏ “AZƏRBAYCANDA YAŞAYAN TATLARIN ETNO-KONFESSİONAL TARİXİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB15:37А.Клесов: Древние арии - кто они были и откуда?12:33В Монголии проходит VII Международный фестиваль исполнителей на Морин Хууре15:09Исторические традиции кыргызского народа: «Кыргызское кочевье»14:47Pulu necə cəlb etməli və saxlamalı?14:33MÜKEMMELLİK13:16От кыпчаков к казахам. Политическая история Восточного Дешт-и-Кыпчака в XIII – начале XVI в.13:27"Эй, джони ман". Как Полад Бюльбюль-оглы и Орифшо Орифов дали концерт в Таджикистане13:12Как вызвать дождь в Таджикистане? Проводим специальные таджикские обряды12:52Христианство в Кавказской Албании17:05Состоялся первый Курултай по этнотуризму "Кочевой путь Гянджабасара и традиции кочевья: по следам предков"11:36CAMAL LƏLƏZOƏ - ƏDİB, ŞAİR, TƏNĞIDƏKƏ...11:17Кыпчаки в христианском мире (вопросы адаптации и ассимиляции).15:54İsrail'in askere almaya çalıştığı Ultra Ortodoks Yahudiler kimler, neden direniyorlar?15:19آگاهی «متفاوت» انسان دشت نشین زمان و مکان را تعریف می کند15:06Moscow’s New Language Policy Document Drops All References to Problems of Non-Russian Languages Contained in 2021 Draft12:33Cостоится первое официальное заседание Satellite Rotary Club Baku İnternational Shahdag Qusar15:34Iran recruits former Afghan soldiers for Middle East conflicts10:32İranda 14-cü prezident seçkiləri keçirilir19:15Битвы империй за Азербайджан (XIII-XV вв.)19:00Наследники культуры Золотой Орды. Опыт исторической биографистики деятелей культуры тюрко-татарских государств15:45Башкортостан в ХХ – XXI вв.21:15Турецкий преподаватель изготавливает тюркские музыкальные инструменты в мастерской вуза в Бишкеке21:06Гнезда, насчитывающие столетия: «птичьи дворцы» Османской империи18:52Национальный татарский праздник Сабантуй отметили в Азербайджане17:32Туркменская литература. Попытка исторической биографистики17:05Праздник "Тун пайрам" прошел в Хакасии16:04Bir İranlıyla İletişim Kurmak Şatranç Oyununa Benzer Veya İranlıların Psikolojik Portresi15:57Стремление к совершенству – естественное желание09:58İranda 14-cü prezident seçkiləri18:36Крымскотатарская поэзия ханского периода. Опыт исторической биографистики12:49ЧЕРКЕСЫ МЕЖДУ ТЮРКАМИ И РУССКИМИ19:04İRANDA İSLAHATÇILAR İSLAHATÇI OLSALAR, MƏSUD MƏSUD OLAR19:18Суть еврейских праздников. Шавуот: обретение свободы19:15Суть еврейских праздников. Шавуот: Тора жизни23:4412 ИЮНЯ-ДЕНЬ НЕЗАВИСИМОСТИ РОССИИ15:03Социально-философское наследие Махтумкули Фраги: преемственность идей мира, гуманизма и национального единства13:50КАБАРДИНЦЫ МЕЖДУ ТЮРКАМИ И РУССКИМИ16:57Bəhai icması və Dini Komitənin birgə “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfransı keçirilib16:01DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ BEYNƏLXALQ BƏHAİ İCMASININ BMT-DƏKİ BAŞ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB15:01КРЫМСКИЕ ТАТАРЫ И КНЯЖЕСТВА ЦЕНТРАЛЬНО-ВОСТОЧНОЙ ЕВРОПЫ 1538-1713.09:06Bozkır insanının "farklı" bilinci zamanı ve mekanı tanımlar18:52ТАЛАНТ, ПРЕДАННОСТЬ И СОСТРАДАНИЕ ХИРУРГА КАМИЛЯ АБДУЛЛАЕВА15:32Татары под властью русских 1552-1913 гг.10:08Qüds, Azərbaycan və Dağlıq Qarabağ17:01“ANAJ” saytının beynəlxalq məsələlər qrupu Azərbaycan Respublikasını Şah İsmayıl Xətaiyə sahib çıxmaq əzmində ittiham edir.15:32«АЗ ХУРОСОНАМ КАШИДӢ, ТО БАРИ ЮНОНИЁН…». Ба гиромидошти хотираи мутафаккири бузурги тоҷик мавлоношиносони ҷаҳон дар Париж ҷамъ меоянд15:00Изучение этнических стереотипов в среде грузинской молодежи («свои – чужие” в обществе)13:53Məqtəl ədəbiyyatının nümunəsi kimi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinə metodoloji yanaşmanın özəllikləri09:27Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət09:17Раскрытие сокровенного: Общее и частное при даровании Торы09:06Недельная глава «Бемидбар». Лиминальное пространство21:21«КОХИ НАВРУЗ» – СОВРЕМЕННОЕ ТУРИСТИЧЕСКОЕ ЧУДО ТАДЖИКИСТАНА22:43В Таджикистане заблокированы сайты террористических и экстремистских организаций, также запрещён ввоз их литературы21:06В Азербайджане прошел прекрасный татарский национальный праздник "Карга боткасы".20:42İran prezident seçkilərinə hazırlaşır09:27როგორია აკაკი წერეთლისა და ნატალია ბაზილევსკაიას ერთადერთი ვაჟის ისტორია21:07İRAN ASSİMİLYASİYA SİYASƏTİNİ DAHA İSRARLA DAVAM ETDİRİR19:29Ləzgi-Azərbaycan ədəbi əlaqələrinin möhkəm dayaqlara söykənmiş zəngin tarixi əsrlərin dərinliklərinə gedib çıxır.19:21В Шуше состоялось заседание министров образования Организации тюркоязычных государств19:11Irak Türkleri – Azerbaycan İlişkilerinde Yeni Ufuklar18:33Azerbayacan’nın resmi olarak KKTC’yi tanımak için kendi ülke çıkarlarına uygun bir zamanı beklediğine işaret etmektedir.21:11Загрязненный воздух и шум в раннем возрасте увеличивают риск психологических расстройств20:28Bab və babilik: Bir tarixi hadisənin izi ilə17:37DOKUZ OĞUZ DESTANI BAZINDA TÜRK DESTANLARINDA VE KUTSAL KİTAPLARDA İNSANIN YARATILIŞI12:53Talış folklor mahnılarının tədqiqatçıları arasında xalq artisti və pedaqoq Zümrüd xanım Məmmədovanın rolu12:39Политическая ситуация в Иране после гибели Раиси15:13SÜLEYMAN STALSKİ "DƏRƏYƏ SU GƏLDİ DEYƏ"-СТIАЛ СУЛЕЙМАН "КlАМУ САДРА СЕЛНА ЛУГЬУЗ"15:06Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”12:26MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYARIN ANASI20:53“Ekoloji mədəniyyət, mənəvi dəyərlər və vətəndaş cəmiyyətinin həmrəyliyi”» mövzusunda respublika kulturoloji seminar keçirilib.11:55Derheqa nivîskar Şamîlê Sêlim Esgerov (1928-20.05.2005)09:53Zümrüd Məmmədovanın yubileyinə həsr olunmuş elmi-seminar keçirilmişdir.19:58Европейские страны и палестинское государство: на пути к коллективному признанию?19:44İRADƏ MƏLİKOVANIN “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM” KİTABININ TƏQDİMATI KEÇİRİLİB20:13Бронзовый медальон Султана Мехмета Фатиха продан на аукционе в Лондоне за 1,4 миллиона фунтов стерлингов13:28Çöl adamının “fərqli” şüuru zamanı və məkanı müəyyən edir00:31İRANDA HAKİMİYYƏTİN YENİ SOSİAL BAZA AXTARIŞI19:15Türkiye, Greece strengthening mutual understanding on fighting terrorism: President Erdogan18:58Сможет ли Греция правильно оценить видение Турцией перспектив сотрудничества?18:48AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)18:25AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)19:41RUSİYA ATOM BOMBASI ATMAQLA, İRAN DA ONU YARATMAQLA TƏHDİD EDİR19:44Пробуждение природы в Турции отмечают традиционным цыганским фестивалем Какава21:20Güney Azerbaycan folklorunda halkın hayatı ve ulusal kimlik işaretleri21:123.Mikro Dünya Savaşı16:46Şərqşünaslıq İnstitutunda “44 günlük Vətən müharibəsi İran mediasında” kitabı çapdan çıxıb14:42MİLLİ ADƏT-ƏNƏNƏLƏRİN QORUNMASI MULTİKULTURALİZMİN BAŞLICA ŞƏRTİDİR14:35FARS SÖZÜ FƏ BU SÖZ OLAN SÖZ BİRLƏŞMƏSİ FARSLARIN MİLLİ KİMLİYİNİN QORUYUCUSUDUR17:21KANT VƏ TANRI MÖVCUDLUĞUNU SÜBUT ÜÇÜN PRAKTİKİ SƏBƏB17:09İRANIN DOSTU KİM, DÜŞMƏNİ KİM19:31ASELSAN меняет ситуацию в области радиоэлектронной борьбы13:21Новые горизонты в отношениях Турции и Ирака
САМОЕ ЧИТАЕМОЕ
  1. “Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
  2. Yalan-palan iran
  3. КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ
  4. О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА
  5. MANTRA MEDİTASİYA.
  6. Pezeşkiyanın hicab problemləri
  7. Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
  8. Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
  9. Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?
  10. Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
  11. İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?
  12. Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər
  13. PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
  14. Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
  15. Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган
  16. Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
  17. Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК
  18. Лиля Брик- муза Владимира Маяковского
  19. Hicabsız İran
  20. «Разложение мозга»: как избежать негативного воздействия соцсетей?
  21. Влияние Турции на переходный процесс в Сирии
  22. Как будет формироваться новый период в Сирии после Асада?
  23. Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.
  24. 12 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu
  25. İnsanlar niyə pirlərə gedir
  26. Монгольская средневековая письменная культура
  27. Uşaq adlarında dünyəviləşmə tendensiyası?
  28. Humeyni'nin şiirlerinde tasavvufi motifler
  29. 2023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib
  30. İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?
  31. Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)
ОПРОС

Где будете встречать Новый год?


 
«    Yanvar 2025    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
ГАЛЕРЕЯ