Ethnoglobus » НАРОДЫ » XIX əsr ləzgi ədəbiyyatının məramı

XIX əsr ləzgi ədəbiyyatının məramı

image
  • Sədaqət Kərimova


Uzun illər qədim dövrlərdən indiyədək Dağıstan yazarlarının Azərbaycanla ədəbi əlaqələrinin tədqiqi ilə məşğul olmuş filologiya elmləri doktoru Mövlüd Yarəhmədov Azərbaycan dilində yazıb-yaratmış 100-dən çox dağıstanlı şairin olduğunu bildirmiş, onlar haqqında ətraflı məlumat vermişdir.

   Bu ədəbi əlaqələr ХIХ əsrdə daha da inkişaf edərək, yüksək səviyyəyə çatmışdır. Bu da təsadüfi deyildir. Həmin dövrdə Dağıstan xalqları ana dili ilə yanaşı Azərbaycan dilindən də istifadə edirdilər. Cənubi Dağıstanın mədrəsələrində ləzgi dili ilə yanaşı, ərəb, fars və Azərbaycan dilləri də tədris olunurdu. Ona görə də təhsil almaq üçün bu mədrəsələrə Azərbaycandan və Qafqazın müxtəlif yerlərindən də elmə meylli, qabaqcıl fikirli müsəlmanlar gəlirdilər.

   Belə təhsil ocaqlarından biri Mirzə Əli əl-Axtının (1771-1858) Axtıda yaratdığı mədrəsə idi. Mirzə Əli dövrünün məşhur alimi, ziyalısı, şairi idi. Ləzgi dili ilə yanaşı rus, ərəb, fars, türk dillərini, o cümlədən bir sıra Dağıstan dillərini də mükəmməl bilən Mirzə Əlinin dörd dildə “Divan”ı var idi. Onun Azərbaycan dilində qələmə aldığı şeirləri yüksək sənətkarlıq nümunələri adlandırmaq olar. Bu istedadlı şairin yazdığı qəsidə və elegiyalar onun Azərbaycan dilinin incəliklərinə dərindən bələd olduğunu sübut edir.

   Bir sıra Şərq ölkələrində olmuş, Məkkəni ziyarət etmiş alimin zəngin kitabxanasının tərifi bütün Qafqaza yayılmışdı. Elmi və bədii fəaliyyətlə yanaşı, Mirzə Əli əl-Axtı pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Həsən Alqadari onun mədrəsəsini “elmlər xəzinəsi” adlandırmışdır. Burada məntiq, fəlsəfə, fizika, astronomiya kimi elmlər tədris olunurdu. Mədrəsəni bitirən onlarca azərbaycanlı gənc vətənə döndükdən sonra burada əxz etdikləri maarifçilik ideyalarını böyük həvəslə yaymışlar.

   Azərbaycan-Dağıstan ədəbi əlaqələrinin möhkəmlənməsində XIX əsrin görkəmli alimi və şairi, Qafqazda müridizmin banisi sayılan Məhəmməd Yarağinin (1771-1837) müstəsna rolu olmuşdur. Məhəmməd Dağıstanın Küre mahalının Yarağ kəndində anadan olmuşdur. Dövrünün sayılıb-seçilən ziyalılarından olan atası İsmayıl əfəndi onu özünün rəhbərlik etdiyi Yarağ mədrəsəsinə qoymuşdur. Mədrəsədə ana dili ilə yanaşı ərəb, fars və Azərbaycan dilləri və ədəbiyyatları da tədris olunduğundan buraya Qafqazın müxtəlif yerlərindən təhsil almağa gəlirdilər. Şərq poeziyasının vurğunu olan İsmayıl əfəndi tələbələrinin ürəyində şeirə, sənətə hədsiz maraq oyada bilmişdi.

   Atası dünyasını dəyişəndən sonra onun yolunu Məhəmməd davam etdirməli olur. İliklərinə qədər maarifçi olan, xalqının tarixinə və varlığına bağlı bu insan eyni zamanda azadlıq sevgisi ilə alışıb-yanan mübariz idi. Bütün bunlarla yanaşı o, gözəl lirik şeirləri ilə hamının hüsn-rəğbətini qazanmışdı. Məhəmməd Yarağinin ləzgi, Azərbaycan və ərəb dillərində yazdığı şeirlər Temirxan-Şurada çap olunaraq yayılmışdır.

   Təbiətən rəhmli insan olduğundan o, vəqf torpaqlarından əldə olunan kənd təsərrüfatı məhsullarının gəlirini səxavətlə mədrəsənin və onun müdavimlərinin maddi ehtiyaclarına sərf edirdi. Mədrəsənin Əmirəli Tahircallı, Yalsuğ Emin kimi sənətkarlarla yanaşı, Şeyx Şamil kimi azadlıq carçısını, mərd və mübariz şəxsiyyəti yetirməsi onun şöhrətini artırmışdı...

   Ləzgi klassik poeziyasının görkəmli nümayəndəsi Yetim Eminin babası Cəlil, qardaşı Məlik ləzgi dili ilə yanaşı, Azərbaycan dilində də şeirlər yazmışlar. Bu ənənəni Yetim Emin (1838-1884) də davam etdirmişdir. Bir neçə dəfə Azərbaycanda olmuş, Bakı, Şirvan və Qarabağ şairlərinin şeir məclislərində iştirak etmiş şairin bir sıra şeirləri əlyazma dərgilərinə düşmüşdür.

   Dağıstanın və Azərbaycanın ləzgi şairlərinin yaradıcılıqlarının məziyyətlərindən danışanda ilk növbədə onların Azərbaycan ədəbiyyatına və onun görkəmli nümayəndələrinə olan maraq və sevgisi yada düşür. Azərbaycan və ləzgi dillərini mükəmməl bilən, bu dillərdə yazıbyradan sənətkarlar arasında onlarca el aşığı və şairi olmuşdur. Belələrindən biri Mazalı Əlidir (1850-1990).

   Samur qəzasının Maza kəndində anadan olmuş Əli hələ uşaq ikən atasını itirmiş, yoxsulluq içində yaşayan ailəsinə kömək etmək üçün çobanlıq etmək məcburiyyətində qalmışdır. Atasından ona miras qalan çünqürdə (sazda) çalmağı öyrənən Əli yayda Dağıstan yaylaqlarında, qışda Azərbaycan qışlaqlarında varlıların qoyun sürülərini otarır, burada aşıq məclislərində iştirak etmək fürsəti qazanır, tanınmış söz ustadları ilə tanış olur. Hər iki dilin incəliklərinə bələd olan Əli yeniyetmə yaşlarından söz qoşmağa başlayır. Tədqiqatçıların qeyd etdiyi kimi, Mazalı Əli Azərbaycan və Dağıstan ədəbiyyatını mükəmməl bilirdi, özü də mükəmməl şeirlər yaradırdı.

   Maraqlıdır ki, ömrü boyu ağır şəraitdə, ehtiyac içində yaşamış şairin əsərlərində bir sıra müasirlərinin əsərlərindən fərqli olaraq, zəmanədən şikayət motivləri deyil, mübarizlik, sabaha inam hissi güclüdür. Varlı ağaları, insafsız sahibkarları satira atəşinə tutan şairin şeirləri dillərdə gəzirdi. Şeirlərində yaşadığı dövrün ab-havası əks olunan, qismətinə çətin və əziyyət dolu bir həyat yaşamaq düşən istedadlı şair 40 yaşında Malkamut dağında tufana düşüb həlak olmuşdur.

   1875-1877-ci illərdə Həsənbəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti Azərbaycan ziyalıları ilə yanaşı, Dağıstan ziyalılarının da həyatında mühüm hadisəyə çevrilmişdir. Ləzgi ziyalılarından Yetim Emin, İxrek Rəcəb, Ruxun Əli, Migrağ Mərdəli, Mazalı Əli, Əmiraslan Ğanidin kimi görkəmli şairlərlə yanaşı, Bəşir Sultanov, Qəzənfər bəy Zülfüqarov kimi maarifçilər, Mirzə əli Əfəndi Çiləgiri kimi alimlər də onun işıq üzü görməsinə ürəkdən sevinirlər.

   Qəzetin taleyində mühüm rol oynamış şəxsiyyətlərdən biri ХIХ əsrin sonu, ХХ əsrin əvvəllərində yaşamış, Dağıstanın yetirdiyi böyük dühalardan biri olan Həsən Alqadari (1834-1910) idi. İslam ənənələri ruhunda tərbiyə almış bu alim Qafqazda müridizmin bünövrəsini qoymuş Məhəmməd Yarağının qız nəvəsidir. Həsənin atası Abdulla Yarağinin Yarağ kəndində açdığı mədrəsədə təhsil almışdı. Abdullanın elmə olan marağını və insani keyfiyyətlərini dəyərləndirən ustad qızını ona ərə vermişdi. Həsən onların ilk övladı idi. Abdulla Alqadar kəndinə qayıtdıqdan sonra burada mədrəsə açaraq, 25 il dini elmləri tədris etmişdi. Həsən də atasının mədrəsəsində təhsil almışdı. O, ləzgi dili ilə yanaşı, ərəb, fars, türk, rus, Azərbaycan dillərini, həmçinin Dağıstan xalqlarının 12 dilini mükəmməl bilirdi.

   Küre dairəsindəki çar dəftərxanasında kargüzar kimi işə düzələn, bir müddət sonra savadı və zəhmətkeşliyi nəzərə alınaraq Cənubi Tabasarana naib göndərilən Həsən Alqadari böyük mütəfəkkir idi. O, “Əkinçi” qəzetinin ilk nömrəsindən onun yaxın dostuna çevrilmiş, nəşrə mənəvi dəstək göstərməklə yanaşı, onun fəal müəllifi, yayıcısı və təbliğçisi də olmuşdur. Fəxrlə “Əkinçi”ni “bizim qəzet”, “dağıstanlıların qəzeti” adlandıran alim 16 qəzet yazdıraraq Dağıstandakı həmfikirlərinə havayı paylamışdır.   

   H.Alqadarinin səyləri sayəsində “Əkinçi” ən çox Dağıstanda yayılmışdır. Bunu qəzet səhifələrinə nəzər salanda aydın görmək olur: “Müştərilərimizin çoxu Quba, Dərbənd və Dağıstanın qeyri vilayətlərindəndir. Bizim şəhərlərdə ol qədər yoxdur” (“Əkinçi”, №13, 11 iyul, 1876). “Müştərilərimizin qədəri 149, o cümlədən Dərbənddən və Dağıstanın qeyri yerlərindən 59” (“Əkinçi”, №4, 17 fevral, 1877). Alqadarinin köməyi sayəsində qəzet təkcə ləzgilər arasında deyil, həmçinin tabasaran, qumuq, lak və dargi ziyalıları arasında da yayılırdı. H.Alqadari qəzetdə dərc edilmiş 20-yə yaxın məqaləsində dağlıları yazıb-oxumağı öyrənməyə, rus xalqının mədəniyyəti və məişəti ilə tanış olmağa səsləyirdi.

   H.Alqadari ilə H.Zərdabinin dostluğu Azərbaycan-Dağıstan xalqlarının dostluğunun ən gözəl nümunələrindən biridir. Zərdabinin Dağıstanda, Alqadarinin Azərbaycanda dəfələrlə olması barədə çoxlu arxiv materialları var. H.Alqadari Azərbaycanın adlı-sanlı alimləri və yazıçıları M.F.Axundovun, A.Bakıxanovun, H.Zərdabinin, S.Ə.Şirvaninin, C.Məmmədquluzadənin, N.Vəzirovun, F.Köçərlinin də yaxın dostu və məsləkdaşı idi.

   1877-ci il iğtişaşı alimin həyatını dəyişir. Üsyan yatırıldıqdan sonra 300-ə yaxın şəxs həbs edilir. Üsyançılara rəğbət bəslədiyinə görə Həsən Alqadarı də həbsxanaya salınır və 1879-cu ildə Tambov quberniyasına sürgün edilir. 1883-cü ildə çarın amnistiyasından sonra azadlığa çıxan Həsən Alqadari doğma kəndinə qayıdaraq, atasının yolunu davam etdirir. O, məktəb açır və orada müəllimlik edir. Məktəbdə Dağıstan tarixi, coğrafiya, astronomiya fənnlərini tədris edən böyük alımın şöhrəti hər yana yayılır. Buraya təhsil almağa Azərbaycanın müxtəlif bölgələrindən elmə maraq göstərən insanlar da gəlir.

   Ömrünün sonuna kimi, 29 il fasiləsiz burada çalışan H.Alqadari Dağıstanın, Azərbaycanın, ümumiyyətlə, Qafqazın ayrı-ayrı yerlərindən onun yanına təhsil almağa gələn yüzlərlə insanın formalaşmasında böyük rol oynayır.

   1910-cu ildə 76 yaşında vəfat edən H.Alqadarinin adı həyatı və fəaliyyəti boyu xalqlar dotluğunu təbliğ etmiş ziyalı kimi yaddaşlara həkk olunmuşdur. 12 əsərinin yalnız 6-sı bizə çatan mütəfəkkirin ən məşhur əsəri olan “Asari Dağıstan” 1895- ci ildə məşhur Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən Peterburqda nəşr olunmuşdur.

   Bütün bunlar bir daha sübut edir ki, ХIХ əsrdə Dağıstan xalqları, o cümlədən ləzgilər üçün dostluq, qardaşlıq məfhumları gəlişi gözəl sözlər yox, həyat amalı olmuşdur.


ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе
САМОЕ ЧИТАЕМОЕ
  1. Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil
  2. НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ
  3. HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
  4. "Qarabağ", Milli futbol komandası və milli ideologiya
  5. «Шеш кнафаим»: книга, потерянная по дороге
  6. Что происходит в Юго-Восточной Азии?
  7. Когда рукопись становится практикой
  8. Welatparêzekî kurd ji Azirbêcanê
  9. Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə
  10. XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST
  11. SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
  12. Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?
  13. Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно
  14. Молчаливое свидетельство эпохи
  15. В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном
  16. Heydər Əliyev və Cənubi Azərbaycan problemi
  17. İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin
  18. XHAR – LƏZGİ OCAĞI
  19. İRAN TƏRANƏLƏRİ
  20. Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом
  21. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı
  22. “QALİB” İRAN
  23. Fələstinin Bakıdakı səfirliyinin bəyanatı
  24. "FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyun 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
ГАЛЕРЕЯ