Ethnoglobus » КУЛЬТУРА » MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYARIN ANASI

MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYARIN ANASI

image

Vidadi Mustafayev

 27 şəhrivər \ 17 sentyabr böyük türk  və fars  dilli  Azərbaycan və İran şairi Məhəmməd Hüseyn Şəhriyarın(1906-1988) anım günüdür.Şəhriyar məhz həmin gün vəfat etmişdir. Azərbaycanlı siyasi, ictimai xadim, tədqiqatçı alim,Şəhriyar fondunun və  “Şəhriyaran” nəşriyyatının icraçı direktoru, onun   pərəstişkarlarından olan  Ələsgər Şerdustun səyi ilə şairin ölüm günü “Fars şeri və ədəbiyyatı günü” kimi İran təqviminə salınmışdır.Belə ki Ə.Şerdust 1379\2000-ci ildə  VI çağırış İran parlamentinin  deputatı  olarkən yuxarıda qeyd edilən günlə bağlı  təklif vermiş  və həmin il  Ali Mədəni İnqilab Şurasında müzakirə edilərək qəbul olunmuş  və  təqvimə salınmışdı,həmin gün  2000-ci ildən,yəni  şairin vəfatından 12 il sonra qeyd edilməyə başladı.              

Həmin məsələ dövlət-Ali Mədəni İnqilab Şurasının qərarı ilə  həll edilsə də, həmin vaxtdan həmin günün Şəhriyarın adına qeyd edilməsinə qarşı çıxışlar davam edir,ona görə də çox zaman həmin gün çox sönük qeyd edilir.Həmin günün Şəhriyarla bağlılığına qarşı çıxanlar onun ləğv edilməsinə, dəyişdirilməsinə nail ola bilməsələr də, bir sözü dəyişməklə İran təqviminə paralel bir gün əlavə etməyə nail oldular.Belə ki   26 şəhrivər 1396\16 sentyabr 2017-ci il tarixində İran Fars dili və ədəbiyyatı akademiyasının prezidenti elan etdi ki, Firdovsinin anadan olduğu gün-25 ordibeheşt \15 may Ali Mədəni İnqilab Şurası tərəfindən “Fars  d i l i  və ədəbiyyatı günü”kimi təsdiq olunubdur.O əlavə edib ki, bu “Fars şeri və ədəbiyyatı günü”nü əvəz etmir, hər iki tarixi gün qeyd ediləcəkdir.

Təbiidir ki, həmin parallelik fars şovinistlərinin azərbaycanlı şairin fars şer və ədəbiyyatını təmsil etməsini həzm edə bilməməsindən irəli gəlirdi  və Şəhriyarla bağlı günün əhəmiyyətini azaltmağa yönəlmişdir. 

Bunula belə, bu il  İranın məcazi məkanında Şəhriyarın vəfat etdiyi gün demək olar ki, geniş şəkildə qeyd edilmişdir.İnternet saytlarında yerləşdirilən yazılarda “Fars şeri və ədəbiyyatı”ndan deyil, daha çox Şəhriyarın həyat və yaradıcılığından danışılmışdır.


Biz həmin saytlarda Şəhriyarın həyat və yaradıcılığı haqqında  verilmiş yazıların qısa icmalını təqdim etməyi gərəkli hesab edirik.Düşünürük ki, bu icmal həm geniş oxucu kütləsi, həm də şəhriyarşünaslar üçün maraqlı ola bilər.

Əvvəlcə qeyd edilməlidir ki, bizim tərəfimizdən  izlənilən  bir neçə İran saytının hamısı həmin  gün böyük şair Məhəmməd Hüseyn Şəhriyara həsr olunmuş ayrıca yazılar yaymışlar.

Saytlardan birində Pəhləvi hökumətinin 1970-ci illərin əvvəllərində Şəhriyarın Səltənət kitabxanasının müdiri olmaq və ayrıca mənzillə təmin olunmaq təklifini rədd etməsindən bəhs edilir.Belə ki, həmin dövrdə Məıdəniyyət naziri və Mədəniyyət üzrə Baş direktor olan şəxslər şairin hüzuruna gələrək fərman və sənədi ona təqdim edirlər. Lakin şair bədahətən  dediyi şerdə pəhləvi rejiminin sonun yaxınlaşdığına işarə edərək təklifi qəbul etmir.

İranın mərkəzi  agentliklərinin birinin internet səhifələrində  həmin münasibətlə iki yazı yerləşdirilmişdir. Həmin yazılar bir-birini təkrar etməmiş və müəlliflər şairin həyat və yaradıcılığı ilə bağlı həm elmi, həm də bioqrafik cəhətdən yeni sözlər deməyə cəhd etmişlər.

 Birinci yazıda Şəhriyarın farsca əsərlərində xalq \danışıq dilindən yüksək məharətlə bəhrələndiy, bununla şerin səviyyəsini azaltmaq deyil, onu daha da zənginləşdirdiyi, imkanlarını genişləndirdiyi vurğulanır.Fars dilində yazdığı şerlərində həmin dildə ifadəsi çətin olan obrazların bəzən türk ifadəlırinin köməyi ilə əks olunduğu göstərilir.

İkinci yazı görkəmli adamların həyatı rubrikasında yerləşdirilmiş və şairin həyat və yaradıcılığı, onun əsas mərhələləri və xüsusiyyətlərini  qısa, yığcam  əks etdirən yazıdır.

Burada şairin ilk şerini hələ 4 yaşında olarkən ana dilində söylədiyi qeyd edilir.Yzıda maraqlı bir cəhət də diqqəti çəkir, belə ki  qeyd edilir ki, M.H.Şəhriyar Təbrizdə təhsil alarkən türkcə,farsca və ərəbcə yazıb oxumağı öyrənmişdi. Lakin nəzərə alsaq ki, şair ibtidai təhsilini Rza şah hakimyyətə gələndən əvvəl almışdır,onda məsələyə təbii yanaşmaq olar.

 İlk  təxəllüsü   “Behcət” olan şair sonra onu Hafizin fal kitabı əsasında “Şəhriyar” təxəllüsü ilə əvəz etmişdir.

Yazıda xüsusi qeyd edilir ki,  Şəhriyar şerlərini anasına oxuyarmış.Şəhriyar deyir:” Şerlərimi  anama oxuyanda mənə tənə ilə deyirdi:oğlum şerlərini ana dilində də yaz ki,anan da başa düşsün”.  Daha sonra əlavə edilir ki, bir tərəfdən ananın çağırışı, digər tərəfdən onun türk dilli yaxınlarının səyi nəticəsində Şəhriyar ana dilində əsərlər yazmağa başlamışdır. 

Şəhriyarın fars dilində 27 min ,türk dilində 3min beyt şeri vardır.

Yazıda Şəhriyarın ən əsas əsərinin türkcə yazdığı “Heydər babaya salam” əsəri olduğu xüsusi vurğulanır.Əsər  dünyanın 80-ə qədər canlı dilinə çevrilmiş, haqqında, o cümldən ABŞ-ın Kolumbiya universitetində, dissertasiyalar yazılmışdır.

Şair bir vətəndaş kimi İrana və bir dindar olaraq əhli beytə  çoxlu şer həsr etmişdir.Eyni zamanda əsərlərini  həm fars, həm də türkcə yazdığına görə bütün İranın şairi hesab edilir.Bundan əlavə şairə İranın Rəhbəri S.Ə.Xamenei xüsusi diqqət göstərmişdir.

Başqa bir saytda şairin ən məşhur lik şerlərindən biri olan farsca yazdığı “hala çera” rədifli şerə yazı həsr olunmuşdur.Burada qeyd edilir ki, şer “Şəhriyar” teleserialında göstərildiyi kimi şairin yaşlı vaxtında deyil, cavanlığında yazılıb və şerin tarixçəsi nəql olunur.


Nəhayət bir başqa saytda “Şəhriyar “Heydər babaya salam”ı kimin üçün yazmışdır?”adlı yazı getmişdir.Yazı Şəhriyarı 15 yaşından(1953-cü ildən) tanıyan, həmin vaxtdan onunla tanışlığı dostluğa çevrilmiş  və əsil şəhriyarşünas adlandırıla bilən İrəc Novbahar ilə söhbətin qısa icmalından ibarətdir.

Yazıda həmsöhbətin Şəhriyara, onun irsinə münasibətlə bağlı bir çox iradları öz əksini tapmışdır.O belə hesab edir ki,  Şəhriyarın adına heç bir qanuni fond yoxdur.Onun yaradılması üçün şairin oğlu Hadi icazə verməlidir.Şəhriyarın Ev muzeyi adlandırılan mənzildə bir dənə də əlyazısı,əsas kitabları yoxdur. Ona görə Şəhriyar düzgün təqdim olunmur və  periferiyaya sıxışdırılıb,onun haqqında yalan danışırlar.Bəziləri ad və çörək  xatirinə şəhriyarşünas oldular və onun kitablarını məhv etdilər.

İ.Novbahar belə hesab edir ki,Şəhriyar yalnız poeiziya aləmində yaşayıb.Ondan kasıb şair olmayıb, amma istəsə idi hər şeyi olardı.Şair ən səxavətli insan idi,tanıyıb-tanımadığından asılı olmayaraq hər kəsə əl tutardı.Onun türkcə yazdığı “Heydər Babaya salam” və “Səhəndiyyə”  şairin şah əsərləridir.İ.Novbahar iddia edir ki, Şəhriyar Tehranda anadan olub və ona başqa təvəllüd qeyd edirlər. O, jurnalistin Şəhriyarı hər bir iri və xırda mövzuya şer həsr etdiynə irad tutulmasını təsdiqləyir.Bəli  şairin belə  bir xüsusiyyəti olduğundan həmin irad  təbii görünür.

Göründüyü kimi adı qeyd edilən həmsöhbət Şəhriyara münasibətlə bağlı bir çox irad səsləndirir, yeni fikirlər irəli sürür.Bu məsələlərə Şəhriyarşünaslar münasibət bildirsə, yaxşı olar.

İrəc Novbaharın vurğuladığı əsas məsələlərdən biri şairin yaradıcılığına anasının təsiri ilə bağlıdır.O deyir:”Şəhriyarın türkcə şerlərinin səbəbkarı və banisi anasıdır,təəssüf ki,həmin məsələyə çox az diqqət yetirilir. Şəhriyarın anasının məzarının üstü  keçən il Qum ostandarı Sərməst və Əli Əsgər Şerdust tərəfindən yenidən qurulub, çox az adamın bundan xəbəri var”.

Əlavə edək ki,Şəhriyarın anası 1331\1952-ci ildə vəfat edib və Qumda dəfn olunubdur.

Beləliklə, İranda Şəhriyar internet səhifələrində olsa da, geniş şəkildə yad edilib.Onun yüksək əxlaqi keyfiyyətlərə malik olduğu, türkcə və farsca nəzm əsərləri yaratdığı ,ən məşhur əsərinin “Heydər babaya salam” poeması olduğu və türkcə əsərlər yazmaqda anasına borclu olduğu vurğulanır.

Biz Şəhriyarın doğrudan da anasının istəyi  və ya başqa səbəblərdən, gec də olsa türkcə şer yazması məsələsi haqqında fikir deyə bilmərik. Lakin uşaqların ana dilində danışmasında ananın birinci dərəcəli rolu olduğunu bilirik.Doğrudan da İranın böyük azərbaycanlı şəxsiyyətlərinin anaları onlardan türkcə yazmağı deyil, türk dilinə qoyulmuş yasağa etiraz etmələrini istəsə idilər,indi çoxmilyonlu xalqın dili belə acınacaqlı vəziyyətə -bütün ictimai-siyasi həyatdan sıxışdırılaraq məhdud danışıq dili səviyyəsinə və mövqeinə endirilməzdi.

Azərbaycan türk dilinin salındığı bu vəziyyət nəinki analara öz övladlarını öz dilində danışmağa sövq etmir,əksinə ana dilində danışmağı hər vəchlə məhdudlaşdırmağa məcbur edir.

Təsadüfi deyil ki,İranın Rəhbəri S.Ə.Xamenei  azərbaycanlı uşağın öz dilində danışa bilmədiyini görüb onun anasına və bütün valideynlərə evdə uşaqlarla ana dilində danışmağı məsləhət gördü.Əgər valideynlər uşaqları ilə evdə,ailədə ana dilində danışsalar, onda ana dili məsələsi həll edilmiş olarmı? Əlbəttə yox.İndiki sürətlə dəyişən, hamının savadlandığı, internetdən istifadə etdiyi bir dövrdə  evdə ana dilində danışmaqla ana dili məsələsini həll etmək  olmaz.Doğrudur, ana dilində danışmaq etnik dilin qorunmasında mühüm vasitə olsa da, istər dilin öz  inkişafında,  istərsə də o dildə danışanın ictimai, elmi, mədəni inkişafında mühüm rol oynaya bilmir, çünki ondan qeyd edilən sahələrdə istifadə olunmur.


Ana dilinin xilası yalnız və yalnız onun statusunun yüksəldilməsindən keçir.Bunun üçün bir çoxlarının düşündüyü kimi İranı parçalamağa ehtiyac yoxdur, sadəcə olaraq qabaqda gedən azərbaycanlıların azərbaycanlı olduqlarını onlara xatırlatmaq və dünyada şəxsi  maraqlardan başqa qrup\ellik,etnik maraqların olduğunu da vurğulamaq lazımdır.Onlar əmin olmalıdırlar ki, fars şovinistlərinin hay-həşirinə baxmayaraq, türk dili İranın bütövlüyü əleyhinə yönəlməyib.Türk dili fars millətçilərinin  İranın ərazi bütövlüyü və suverinliyi üçün təhdid olan ağalığına son qoymağın bir vasirəsidir.Türk hökmdarlarının danışdığı Türk dili necə ki 1000 il  türklərin qılıncı ilə birlikdə bu ərazinin siyasi birliyini qoruyubdur, bundan sonra da, statusu yüksəldiyi halda öz funksiyasını yenə də yüksək səviyyədə yerinə yetirməkdə  davam edəcəkdir.Bu məsələnin mahiyyətini fars millətçilərinə deyil, təəssüf ki onların təsiri altında onlar kimi düşünən qabaqda gedən azərbaycanlılara aydınlatmaq lazımdır.Azərbaycan elitası hər zaman mövcud sisyasi sistem çərçivəsində  onu qorumaq və möhkəmləndirmək istiqamətində hərəkət edərək öz dilinin də təəssübünü çəkməsə, dil  məsələsinin həlli həm çətinləşir ,həm təxirə salınır və o zaman ölkənin ərazi bütövlüyü və müstəqilliyi üçün,deməli onların da şəxsi maraqları üçün, təhdid ünsürünə çevrilir.Həm azərbaycanlıların, həm də sistemin maraqları Azərbaycan dili məsələsinin mövcud sistem çərçivəsində həllini tələb edir.

Şəhriyarın nümunəsi göstərdi ki, böyük şairin ana dilində yazması İranın müstəqilliyi,ərazi bütövlüyü üçün heç bir təhlükə yaratmadı,əksinə fars və türk  nəzmini ideya-bədii vasitələrlə daha da zənginləşdirdi.

İranın məşhur türk  ədəbi, elmi, dini, ictimai, siyasi xadimlərinin anaları vaxtilə və indi nə qədər gec deyil Şəhriyarın anasından nümunə götürüb  öz övladlarından ana dilinə hörmət tələb etsə idilər və  tələb etsələr, Azərbaycan dili məsələsi çox tez və asanlıqla həll edilə bilər.

Şəhriyarın türkcə şer yazmağa başlamasında anasının rolu haqqında qəti bir söz deyə bilməsək də, iki yazıda həmin məsələnin ön plana çıxarılması və ayrıca  vurğulanması xüsusi əhəmiyyət daşıyır.Yazılarda keçən ana obrazına simvolik yanaşsaq, görərik ki ANA burada VƏTƏNİN-Cənubi Azərbaycanın, bir valideyn kimi həm də Azərbaycan xalqının simvoludur.Bu gün də həmin ANA-VƏTƏN və XALQ  daha yüksək  səviyyədə, şəraitə uyğun olaraq eyni problemlə- zamana və tarixi roluna uyğun olmayan rəsmi statussuzluq ilə  üz-üzə qalıbdır.Deməli ANANIN-VƏTƏNİN öz görkəmli,nüfuzlu, yüksək vəzifəli,dəyərli övladlarına ana dilini qorumaq və statusunu yüksəltmək çağrışı bu gün də aktualdır və əgər bu çağırış eşidilsə və ona cavab verilsə, ananın dərdinə əlac edilmiş olar.

İran Azərbaycanına bu gün Şəhriyarın anası kimi qeyrətli və öz dilinin, mədəniyyətinin qeyrətini çəkən analar,ana istəyinə  dərhal əməl edən Şəhriyar kimi  oğullar  gərəkdir.

XANIMNƏNƏ Xanımın və oğlu ŞƏHRİYARIN  RUHLARI ŞAD olsun.


ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan İran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.
ОПРОС

Где будете встречать Новый год?


 
«    Yanvar 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
ГАЛЕРЕЯ