İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR
- 14-05-2025, 20:01
- АНАЛИТИКА
- 0
- 186

foto:
Vidadi Mustafayev
İranda parlamentin hökumətin fəaliyyətinə daim nəzarət etmək səlahiyyəti var və məclis də həmin rolundan geniş istifadə edir. Bu əslində icra hakimyyətinin səmərəli fəaliyyət göstərməsini stimulaşdıran bir vasitədir. İran parlamenti mövcudluğu dövründə həmin səlahiyyətindən gen-bol istifadə etmişdir və edir.Nazirlər tez-tez məclisə dəvət olunur,sorğu-suala tutulurlar, onların fəaliyyəti deputatları qane etməyəndə ona qarşı impiçment tələbi meydan çıxır. Bütün bunlar icra hakimiyyətinin nöqsansız fəaliyyət göstərməsini təmin etməli idi.Lakin İranın son 46 ildə mövcud olan beynəlxalq, daxili vəziyyətinin böhranlı olması parlamentin nəzarət fəliyyətinin bir səmərə verməməsini göstərir.Bundan əlavə bir çox iranlı ekspertlər belə hesab edir ki, parlamentin nəzarət funksiyasından siyasi və digər məqsədlərlə sui istifadə etməsi daim hökumətin fəaliyyəıtinə əngəl törətmişdir.
M.Pezeşkiyan hökumətinə münasibıtdə sorğu-sual, impiçment prosesinin sürətlənməsinin ümummilli, siyasi, cinah məqsədlərindən əlavə şəxsi səbəbləri olması da özünü göstərir.
Məlum olduğu kimi,hökumətin fəaliyyətindən 4 ay keçməmiş onun aparıcı nazirlərindən olan iqtisadiyyat və maliyyə naziri impiçmentə məruz qalaraq vəzifəısindən kənarlaşdırıldı.İndiyə qədər yeni nazir təyin edilməyib.Görünür nazirin namizədliyi uğrunda ciddi mübarizə gedir.Bundan əlavə parlamentin birbaşa olmasa da, bəzi deputatların müəyyən iştirakı ilə prezidentin Parlament məsələləri üzrə müavini istefayagöndərildi.
Hazırda hökuməıtin ən azı 3 vəziri impiçment siyahısına daxil edilib.
Deputatların impiçment səlahiyyətindən tez-tez istifadə etməsinin, qeyd edildiyi kimi, digər daha vacib səbəbi də varmış. Bunu İran siyasi elitasında təmsil olunan şəxslər etiraf edirlər.Bu gün deputatlardan biri qəzəblənub ki, Mir Səlimin nə ixtiyarı var ki, deputatları rüşvətxorluqda ittiham etsin. 40 ildir siyasi hakimiyyətdə , müxtəlif vəzifələrdə işləmişvə indi də işləyən Seyid Mustafa Mir Səlim deyib ki, nazirlər məclisə dolu çanta ilə gəlib boş çanta ilə qayıdırlar və bununla impiçmentdən yaxalarını qurtarırlar.
Bundan əvvəl , keçən hökumət zamanı deputatlardan biri Şəhərsalma və yollar nazirini ittiham edirdi ki, impiçmentdən qaçmaq üçün bir neçə deputata pulsuz yüksək şassili minik avtomobili bağışlayıb.
Bu gün(13.05.2025) sorğu-suala tutulan Əmək nazir demişdir ki, ona qarşı ittihamlar onunla bağlıdır ki, nazirlikdə bir neçə nəfəri işdən kənar edib.Onlar keçmiş prezident, mərhum İ.Rəisinin faciəli şəkildə ölümündən yeni hökumıtin fəaliyyıtə başladığı dövr ərzində şirkətlərdə yüksək vəzifələırə təyin olunanlardır.Onların təyin olunduqları sahələr üzrə BİR GÜNLÜK belə stajı yoxdur.
Bu, deputatların “krışalıq” fəaliyyəıti ilə məşğul olduğunu, onların adamlarına təzyiq göstərənlərə qarşı sərt reaksiya göstərməyə hazır olduqlarını göstərir.Məhz buna görədir ki, deputatların bir çoxu külli miqdarda vəsait sərf edərək deputat kürsüsünə yiyələnməyə can atırlar.
İran siyasi, sistemi korrupsiya girdabındadır deyənlər heç də səhv etmirlər.Deputatlar seçkiyə sərf etdikləri vəsaiti dəfələrlə çox miqdarda qaytarmaq üçün müxtəlif vasitələrdən, o cümlədən impiçment səlahiyyıətindən istifadə edirlər.
Bu deyilənlərin hamısı iranlıların öz sözlərinə istinad edilərək qeydə alınmışdır.Yəni fəsad var,yalnız deputatlara aid deyil, hamı da bunu bilir, ifşa da edilir, lakin bir nəticəsi olmur, çünki sistemin köklü dəyişikliyə ehtiyacı vardır.Fəsaddan təmizlənmə mexanizmi yoxdur.Belə mexanizmə ehtiyac var.\13 may 2025