Ethnoglobus » ЭТНОПОЛИТИКА » AZƏRBAYCAN RESPUBLİKASI MULTİKULTURALİZM SİYASƏTİNİN NÜMUNƏSİ KİMİ

AZƏRBAYCAN RESPUBLİKASI MULTİKULTURALİZM SİYASƏTİNİN NÜMUNƏSİ KİMİ

image

Kərimova Nurəngiz Əli

                                                                                                      Bakı Slavyan Universiteti

                                                                                                       Filologiya fakültəsi

“Heydər Əliyev İli” çərçivəsində Bakı Slavyan Universitetində 4-5 may 2023-cü il tarixlərində keçirilən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) adlı beynəlxalq elmi konfransın materialı.

 

                                                                                                       

Açar sözlər: multikulturalizm,  tolerantlıq,   milli azlıqlar,   adət-ənənələr,  beynəlxalq sənədlər,   multikultural model,   konvensiya, demokratiya.

Key words:    multikulturalism,  tolerance,  ethnic minorities, traditions, international documents, multicultural models,   convention, democracy.  

Ключевые слова: мультикультурализм,   толерантность,  национальные меньшинства,  обычаи и традиции, международные документы,   мультикультуральная  модель,  конвенция, демократия.

“Multikulturalizm”   termini   nisbətən  yeni məfhum olmasına baxmayaraq   son illər bütün dünyada  geniş yayılıb   və   ciddi şəkildə  müzakirə olunur.  Multikulturalizm  müasir dünyanda   tolerantlığın  mühüm   aspektlərindən biridir  və  fərqli   mədəniyyətlərin kütləvi ümumbəşəri mədəniyyətinin   əsas axınına qarşılıqlı şəkildə  nüfuz   etməsi, qarşılıqlı zənginləşməsi və inkişafı məqsədilə paralel mövcud olmasından ibarətdir.

Multikulturalizm mədəni plüralizmi nəzərdə tutan və  onun inkişafına təkan verən  məqsədyönlü siyasətdir.  Həmin siyasət  insanların etnik, irqi və dini fərqlərindən asılı olmayaraq istənilən ölkənin bütün əhalisinin hüquqlarına hörmətə  əsaslanır. Multikultural cəmiyyətdə ölkənin bütün vətəndaşları öz mədəniyyətinin, dilinin, adət-ənənələrinin, etnik və dini dəyərlərinin inkişafında bərabər hüquqlara malikdir.  Multikultural cəmiyyətdə milli məktəblər açılır, milli dildə qəzet və jurnallar nəşr olunur. (1,47) Ümumiyyətlə, multikulturalizm prinsipləri təkcə siyasi elita tərəfindən deyil, xalqın  sıravi nümayəndəli  tərəfindən də geniş şəkildə dəstəklənir. Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də onun azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərləri təşkil  edir. Multikultural cəmiyyət liberal cəmiyyətdir ki, burada təkcə sosial ədalətsizliyi deyil, həm də irqçiliklə əlaqəli ədalətsizliyi   ləğv   etmək mümkün olmuşdur. Lakin sırf  liberalizmdən fərqli olaraq multikulturalizm ayrı-ayrı fərdlərin deyil, etnik və mədəni qrupların da hüquqlarını  qoruyur. Multikultural cəmiyyətin formalaşması və inkişafı prosesi tarixi inkişafın xüsusiyyətləri ilə və  həmçinin sosial amillərlə müəyyən edilir. Qeyd edək ki, multikultural cəmiyyətin formalaşmasında və inkişafında cəmiyyətin malik olduğu  demokratiya ənənələri  əsas rol oynayır. İlk multikulturalist cəmiyyətlər    Qərbi Avropa və Şimali Amerikanın demokratik hissələrində   formalaşmışdı. Bu bölgələrdə tolerantlığın, əxlaqın, demokratiyanın yüksək səviyyədə olması multikulturalizm ideyalarının yayılması üçün gözəl şərait yaratmışdı. Göstəriliən  amilləri   nəzərə alaraq qeyd edək ki, regionların tarixi inkişafındakı fərqlərə uyğun olaraq multikulturalizmin də müxtəlif modelləri mövcuddur. Həmin  spesifik modellər arasında Amerika, İsveç, Avstraliya və Kanada modellərini qeyd edilməlidir.  Məsələn, multikulturalizmin Amerikan modeli. XX əsrin 60-cı illərinin ortalarına qədər  ABŞ anqlo-saksonlardan (Amerika  əhalisinin etno-mədəni bazası) və mühacirlərdən ibarət olan  bir cəmiyyət idi. Bu  cəmiyyətdə anqlosakslar hakim mövqeyə malik idi. Zaman keçdikcə ABŞda vəziyyət tamamilə dəyişdi və formalaşmaqda olan multikulturalizm ideologiyası 2 mühüm qanunun - 1964-cü il "Mülki Hüquqlar Aktı" və 1965-ci il Qoa "İmmiqrasiya Aktı"nın qəbul edilməsi ilə ölkədə bərqərar oldu. Birinci qanun anqlosakson  amilini “zəiflətdi” və millətlərin bərabərliyini təmin etdi, ikinci qanun  isə ölkəyə immiqrasiyanı  fəallaşdırdı. Hal-hazırda  ABŞ-ın multikulturalist siyasəti bir tərəfdən  ABŞ cəmiyyətinin bütün dəyərlərinin immiqrantlar tərəfindən qəbul edilməsini,   digər tərəfdən     ABŞ cəmiyyətində   multikulturalizmin  hüquqi mexanizmlərinin formalaşmasını  nəzərdə tutur. İsveç multikulturalizm modeli. İsveç  multikulturalizm modeli  mədəni müxtəlifliyin qorunmasına yönəlmiş siyasətin idarə edilməsində dövlətin fəal roluna əsaslanır. İsveçdə dövlətin  bu cür fəallığı   güclü   siyasi mövqeyə malik olan Sosial Demokrat Partiyasının hakimiyyəti ilə bağlıdır. 1976-cı ildə İsveç hökuməti əcnəbilərə səs vermək  hüququnu verdi, “İmmiqrasiya Qanunu” (1997)  isə İsveçi multikultural cəmiyyət kimi müəyyən etdi. İsveçin multikultural siyasətinin əsas istiqamətləri dil və təhsil strategiyasında özünü  nümayiş  etdirir. Həmin  strategiyalar immiqrantları İsveç dilini və ana dillərini öyrənməyi təşviq etmək məqsədi daşıyır. İsveç dövləti mədəni müxtəlifliyi bir  reallıq   hesab edir    və    həmin müxtəlifliyi həm hüquqi həm  mənəvi cəhətdən qorunmasını  təmin edir. Multikulturalizmin Avstraliya modeli. Avstrliyada multikulturalizm   siyasəti        bir neçə  mərhələ üzrə inkişaf edib.  Belə ki, 1901-ci ildə Avstraliyada qəbul edilən “İmmiqrasiya  haqqında qanun” izolyasionizm (təcrid edilmə) siyasətini idarə etmək üçün hakim elitanı inzibati əsaslarla təmin etdi. Sonralar  yeni  qanunvericilik sənədlərinin-“Vətəndaşlıq haqqında Qanun” (1948-ci il, düzəlişlərlə); "Miqrasiya haqqında Qanun" (1958, əlavə və dəyişikliklərlə); "Əcnəbilər haqqında Qanun" (1984, düzəlişlərlə) və "Viza Rejimi haqqında Qanun" (1997, düzəlişlərlə) qəbul  edilməsi   nəticəsində vəziyyət   dəyişməyə başladı. Onu da qeyd   etmək lazımdır ki, “multikulturalizm” termininin siyasi leksikona daxil edilməsi Avstraliyanın miqrasiya naziri A. Kreysbinin (1970) adı ilə bağlıdır. A.Kreysbi həqiqətən də anglo-sakson əhalisi ilə “yeni avstraliyalılar” arasındakı ziddiyyəti aradan qaldırmaq üçün çox  böyük işlər    görmüşdü. 1979-cu ildə    “Avstraliya Mədəni Müxtəliflik Problemləri İnstitutu”, 1987-ci ildə  isə    “Multikulturalizm Məsələləri Komitəsi” yarandı. Bu  faktlar   Avstraliya dövlətinin immiqrasiya siyasətinin  irqçilikdən multikulturalizmə doğru uğurlu inkişafında rolunun nə qədər əhəmiyyətli olduğunu göstərir. Multikulturalizmin Kanada modeli. Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərdə başlamışdı. Kanada dövləti əhalinin irqi, etnik və dini müxtəlifliyinə  daim  hörmətlə və həssaslıqla yanaşdığına görə bu  cəhət Kanada cəmiyyətinin   milli xüsusiyyətlərinin birinə çevrildi.   Multikulturalizm Kanada Azadlıq və Hüquqlar Xartiyasının 27-ci bəndi ilə   təmin olunur. ABŞ və Avstraliyadan fərqli olaraq, Kanadada dominant əhali tərəfindən etnik qrupların kobud şəkildə assimilyasiya  olunması heç vaxt   müşahidə olunmayıb. Kanada çoxdilli ölkədir və burada etnik icmaların bütün üzvlərinin öz ana dilində danışmaq və  təhsil    almaq hüququ var. Bunun    nəticəsində Kanadanın etnik azlıqları öz mədəni kimliyini  qoruyub saxlayırlar.  Bu baxımdan Azərbaycan həmçinin  təkcə Qafqazda  deyil, hətta dünya miqyasında  multikulturalizmin  əyani   və   son dərəcə   müsbət     nümunəsi kimi  qiymətləndiriliə  bilər. (3, 112)  Hal-hazırda multikulturalizmin  məxsusi  Azərbaycan modeli  mövcuddur. Bu fikri təsdiq etmək üçün  multikulturalizmin  dəqiq tərifi verilməlidir. “Multikulturalizm” ilk növbədə, bir ölkədə fərqli   mədəniyyətlər arasında qarşılıqlı əlaqənin müəyyən  səviyyəsinə, “ yüksək keyfiyyətinə” nail olmağa yönəlmiş demokratik dövlətin strategiyasıdır və  müxtəlif mədəniyyətlərə qarşı hüquq bərabərliyi və  tolerant münasibətə əsaslanan dinc yanaşı yaşamaq  deməkdir. (4, 51)  Azərbaycan tarixən  çoxmillətli dövlət olub və  burada   ən frəqli  millətlər  yanaşı yaşayıb,  nə milli nə də dini  zəmində təqiblərə məruz qalmayıb.  Azərbaycanın   başqa xalqların    adət-ənənələrə, vərdişlərinə  qarşı  hörmətlə yanaşması  artıq   bütün dünyada  məlumdur  və müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə  qarşı   ehtiram   azərbaycanlıların  mental xüsusiyyətidir. Azərbaycan Respublikası çoxmillətli dövlətdir,   və  əhali       ən fərqli etnik qruplar – azərbaycanlılar və   milli azlıqlar – udinlər, ingiloylar, krızlar, xınaluqlar, buduqlar, tatlar, talışlar, ləzgilər  və başqa   xalqlar tərəfindən təmsil olunur.    Azərbaycan adları çəkilən    xalqların vətənidir   və buna görə də sadalanan  xalqların nümayəndələri    azərbaycanlılarla birlikdə vahid çoxmillətli xalqının   bərabər  hüquqlu  üzvləridir. Bundan əlavə, respublikada ruslar və ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar və yeni assuriyalılar, almanlar, tatarlar yaşayır. Bu insanların təbii ki öz tarixi vətəni vardır və buna görə də Azərbaycan torpaqında  yaşayan milli azlıqlara aid edilə bilər.   Hal-hazırda təkcə Bakıda iyirmidən çox müxtəlif mədəniyyət cəmiyyətləri, o cümlədən, rus, ukrayna, kürd, lak, ləzgi, slavyan, tat, tatar, gürcü, ingiloy, talış, avar, Ahıska türkləri, Avropa yəhudiləri, dağ yəhudilərinin, Gürcü yəhudiləri, alman, yunan və b. cəmiyyətlər  fəaliyyət göstərir. Ölkə üzrə belə cəmiyyətlərin sayı   daha çoxdur,  bir çox hallarda onlar etnik azlıqların kompakt yaşadığı    ərazilərdə mövcuddur. Azərbaycan Respublikası çoxsaylı etnik qrupların nümayəndələrinin kompakt yaşadığı,    həmin etnik qrupların maddi və mənəvi mədəniyyətini, dilini və özünü identifikasiyasını, tarixi yaddaşını və mentalitetini, etnik mənliyini qoruyub saxlayan çoxmillətli dövlətdir. Bu sırada dağ yəhudilərinin  Qırmızı Qəsəbə (Krasnaya Sloboda) məskənini, rus  molokan kəndlərini -  Saratovkanı, İvanovkanı, Nic Udi kəndini, dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndini, eləcə də onlarla başqa yaşayış məntəqələrini misal gətirmək olar.   Azərbaycanda etnik azlıqlara yerli əhali ilə bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə etmək hüququ verilib. Etnik azlıqların sıx məskunlaşdığı yerlərdə ümumtəhsil məktəblərinin ibtidai siniflərində ana dili tədris olunur; müvafiq dillərdə tədris proqramları və dərs vəsaitləri, folklor və poeziya topluları, bədii ədəbiyyat  nümunələri, qəzet və jurnallar nəşr olunur; dövlət milli teatrları və həvəskar yaradıcılıq kollektivləri fəaliyyət göstərir. Azərbaycanda mövcud olan mədəni simbioz və ənənələrin müxtəlifliyi mənəvi və maddi mədəniyyətin tarixi abidələrində öz əksini tapmışdır.  Astara, Qax, Quba, Zaktala və digər rayonların tarix-diyarşünaslıq muzeylərində maddi mədəniyyət abidələrinin qorunması tədbirləri çərçivəsində onların ərazisində yaşayan etnik azlıqların irsini və adət-ənənələrini əks etdirən ekspozisiyalar təşkil edilir.      Azərbaycan xalqı tarixən üç dindən - Zərdüştilik, Xristianlıq və İslamdan    bəhrələnərək   həm ölkə daxilində, həm də beynəlxalq aləmdə    mədəniyyətlərarası kommunikasiyaların qurulmasında mühüm amil kimi çıxış edir. Azərbaycanda dünyanın bir çox çoxmillətli regionları üçün nümunəyə çevrilmiş xüsusi tolerantlıq və dinlərarası dialoq modeli  formalaşıb.(3, 95) Dövlət-din münasibətlərinin müasir Azərbaycan modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabər  status alıb. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin edilməsi ilə yanaşı, Azərbaycan dövləti   respublikada  olan  digər ənənəvi dinlərə də  hörmət və qayğı ilə    yanaşır. 

Azərbaycan  xalqının   humanizmi və  etibarlı olması bütün dünyaya məlumdur. Milli ənənələrimiz   Ümummilli  Lider  Heydər Əliyev tərəfindən  daim     qorunub, dəstəklənib  və inkişaf etdirilib. Heydər Əliyevin  uzaqgörən və  müdrik,   yüksək siyasi professionallıqla apardığı   daxili və xarici siyasət multikulturalizmin inkişafı və  ölkədə tolerantlığın  bərqərar olunması üçün  son dərəcə  möhləm zəmin yaratmışdı.  Ulu Öndərin   siyasəti onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezident İlham   Əliyev tərəfindən   davam edilir.  Azərbaycanda   millətlərarası münasibətlərdən danışarkən  beynəlxalq   səviyyədə qəbul  edilən sənədlər də qeyd  edilməlidir. Belə ki, milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında təsbit edilmişdir və ölkənin Konstitusiyası etnik, dini və irqi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini təmin edir. Azərbaycan Respublikasının milli siyasət konsepsiyası həm də BMT-nin “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”, Avropa Şurasının “Hüquqların və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası”, BMTnin “Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi”, BMT-nin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyası, BMTnin “İqtisadi hüquqlar, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”, “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Yekun Aktı”, “Kopenhagen İclasının Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş ATƏT-in İnsan  Meyarı Konfransının” Sənədi, Avropa Şurasının “Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası”, “Milli azlıqlara mənsub şəxslərin hüquqlarının təmin edilməsi haqqında Konvensiya”  kimi beynəlxalq sənədlərə əsaslanır.(3, 217)    Həmçinin, Azərbaycan Respublikasının milli siyasətinə dair mühüm dövlət sənədi-Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  imzaladığı “ Azərbaycan Respublikasında yaşayan  azsaylı xalqlar və etnik qrupların hüquq və azadlıqlarının müdafiəsi, dillərinin və mədəniyyətinin inkişafına dövlət dəstəyi haqqında” Fərmanı qəbul edilmişdir.  Başqa sözlə, milli azlıqların müdafiəsi Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Prezident Administrasiyasında milli siyasət məsələləri üzrə dövlət müşaviri olmaqla xüsusi struktur yaradılıb və  analoji struktur Milli Məclisdə də fəaliyyət göstərir. Konstitusiyanın və qanunların verdiyi bərabər hüquq və imkanlardan istifadə edən müxtəlif xalqların nümayəndələri cəmiyyətin müxtəlif sahələrində səmərəli fəaliyyət göstərir, ölkənin inkişafına layiqli töhfələr verirlər. Belə ki, milli azlıqlar Azərbaycan Respublikasının hökumətində, digər dövlət strukturlarında təmsil olunurlar.  Milli Məclisdə ölkənin bir sıra etnik azlıqlarının, o cümlədən ruslar, ləzgilər, tatlar, talışlar, kürdlər və başqalarının nümayəndələri var,  Azərbaycanda   yaşayan etnik qrupların seçkilərdə iştirakında heç bir problem  yaranmır. Beləliklə,  Azərbaycan Respublikasında etnik müxtəlifliyin mövcudluğu üçün hər cür şərait yaradılmış və qorunub saxlanılmışdır. Lakin burada bir daha vurğulamaq lazımdır ki, mədəni müxtəliflik ölkəmizdə müxtəlif kimliklərin sadə əlavəsi kimi deyil, onları birləşdirən milli həmrəyliyin inkişafı üçün   gözəl mühit kimi  mövcuddur. Təsadüfi deyil ki,   həm birinci Qarabağ müharibəsində həm 44 günlük  müharibədə Azərbaycanda yaşayan  bütün xalqların nümayəndələri  mərdliklə  döyüşüb və    şanlı qələbəyə  layiqli töhfələr  veriblər,  vətən yolunda   canlarından belə keçiblər.  Başqa sözlə, Azərbaycan   etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının doğma vətəni, ümumi evi hesab olunur.

                                                                       РЕЗЮМЕ

    В  статье  говорится о   развитии мультикультурализма  в различных странах,  раскрывается  суть    понятия «мультикультурализм»,   основные  направления  и цель   политики мультикультурализма.   В статье  автором представлены различные модели  мультикультуральных обществ, в частности  раскрываются особенности  американской,   шведской, австралийской,   канадской  модели мульткультурального общества.  Автор подчеркивает,  что в Азербайджане   также   существует  собственная  модель   мультикультуралима,  признанная во всем мире.  Азербайджан  во все времена был  полиэтническим государством  и   права  национальных меньшинств  в этой  стране   никогда не ущемлялись. Более того,   в Азербайджане  в настоящее  время   национальные меньшинства    представлены  как  в Милли меджлисе, так  во всех   других  госструктурах.  Автор перечисляет различные  национальные культурные общества, функционирующие  в Азербайджане,   указывает, что  на национальных языках издаются   учебники,   художественная  литература,  периодические издания.  Политика мультикультурализма,  проводимая    Общенациональным лидером Гейдаром Алиевым, продолжается  cегодня Президентом Азербайджанской Республики Ильхамом Алиевым. Так, указом Президента Азербайджана  приняты и утверждены  правовые документы, закрепляющие права  национальных   меньшинств, проживающих в Азербайджане. В статье    приводятся документы, принятые  ООН и СЕ   в связи  с политикой мультикультурализма  во всем   мире, также   указывается, что   представители  всех народов  и этнических   групп  принимали  самое активное участие  как в Первой Карабахской   войне так в   44 дневной войне  против  агрессии со стороны Армении.  Это стало возможным  благодаря   продуманной  политике   государства,   и  народы, проживающие  на территории Азербайджана,  считают эту страну своей родиной.

                                                                    SUMMARY

In    article   the development of multiculturalism in various countries  is spoken  about ,     essence of   "multiculturalism" concept , the   directions and purpose of  multiculturalism policy is explained.  The author presents various models of multicultural societies,      characteristic  features of the American, Swedish, Australian, Canadian model of a multicultural society . The author  emphasizes    that Azerbaijan has its own model of multiculturalism, recognized throughout the world. Azerbaijan  was always   a multi-ethnic state and the rights of national minorities were never    infringed  here.  In Azerbaijan,  national minorities are represented   in the   Parliament  and in   other state structures. The author lists    national cultural societies functioning in Azerbaijan, points out that textbooks  and periodicals are published in national languages. The policy of multiculturalism pursued by the National Leader Heydar Aliyev is continued    by   President of  Republic of Azerbaijan Ilham Aliyev. Thus, by decree of   President of Azerbaijan,   documents,    affirming  the rights of national minorities   in Azerbaijan were   approved.   It is pointed  out that   many   documents connected with the policy of multiculturalism  all over   the world are  confirmed  by  UN and the CE.  The representatives of all  ethnic groups took an active part   in   First Karabakh War and in   44-day war . This became possible thanks to the thoughtful policy of the state, and the peoples living in the territory of Azerbaijan consider this country their homeland.

     

                                     ƏDƏBİYYAT SİYAHISI

 

1. Heydər Əliyev. “Müstəqillik yolu”. Seçilmiş fikirlər. Bakı, 1997, 136 s.

2.Cəfərov N. Azərbaycanşünaslığın əsasları. Bakı: Pedaqogika, 2005, 256 s.

3.Multikulturalizmə giriş. (Dərs vəsaiti) . Bakı, Mütərcim, 2018. 370 s.

4.Гасымова С. В. Философские особенности азербайджанского мультикультурализма.Сб. «Актуальные вопросы    общественных наук: социология,ролитология, философия, история».№5-6, (63), с.53-58, 2017г.

5.Мамедов А. Мультикультурализм – одно из самых важных направлений государственной политики в Азербайджане». Интервью. Баку 26 ноября АзерТадж.

 

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:44Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?20:30İRAN ŞƏHİD RƏHBƏRİ İLƏ VİDALAŞIR11:33İRAN YENƏ DƏ ORTA ƏSRLƏRDƏ QALMAQ İSTƏYİR.13:34Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…20:08Tərəddüdlü iran19:19Fələstin və İslam İnkişaf Bankı Fələstinin enerji sektorunun maliyyələşdirilməsi üçün 37 milyon ABŞ dolları dəyərində saziş imzalayıb18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyul 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
ГАЛЕРЕЯ