Главная > ЭТНОПОЛИТИКА > AZƏRBAYCAN RESPUBLİKASI MULTİKULTURALİZM SİYASƏTİNİN NÜMUNƏSİ KİMİ
AZƏRBAYCAN RESPUBLİKASI MULTİKULTURALİZM SİYASƏTİNİN NÜMUNƏSİ KİMİ8-05-2023, 15:37. Разместил: Gulnara.Inanch |
Kərimova Nurəngiz Əli Bakı Slavyan Universiteti Filologiya fakültəsi “Heydər Əliyev İli” çərçivəsində Bakı Slavyan Universitetində 4-5 may 2023-cü il tarixlərində keçirilən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) adlı beynəlxalq elmi konfransın materialı.
Açar sözlər: multikulturalizm, tolerantlıq, milli azlıqlar, adət-ənənələr, beynəlxalq sənədlər, multikultural model, konvensiya, demokratiya. Key words: multikulturalism, tolerance, ethnic minorities, traditions, international documents, multicultural models, convention, democracy. Ключевые слова: мультикультурализм, толерантность, национальные меньшинства, обычаи и традиции, международные документы, мультикультуральная модель, конвенция, демократия. “Multikulturalizm” termini nisbətən yeni məfhum olmasına baxmayaraq son illər bütün dünyada geniş yayılıb və ciddi şəkildə müzakirə olunur. Multikulturalizm müasir dünyanda tolerantlığın mühüm aspektlərindən biridir və fərqli mədəniyyətlərin kütləvi ümumbəşəri mədəniyyətinin əsas axınına qarşılıqlı şəkildə nüfuz etməsi, qarşılıqlı zənginləşməsi və inkişafı məqsədilə paralel mövcud olmasından ibarətdir. Multikulturalizm mədəni plüralizmi nəzərdə tutan və onun inkişafına təkan verən məqsədyönlü siyasətdir. Həmin siyasət insanların etnik, irqi və dini fərqlərindən asılı olmayaraq istənilən ölkənin bütün əhalisinin hüquqlarına hörmətə əsaslanır. Multikultural cəmiyyətdə ölkənin bütün vətəndaşları öz mədəniyyətinin, dilinin, adət-ənənələrinin, etnik və dini dəyərlərinin inkişafında bərabər hüquqlara malikdir. Multikultural cəmiyyətdə milli məktəblər açılır, milli dildə qəzet və jurnallar nəşr olunur. (1,47) Ümumiyyətlə, multikulturalizm prinsipləri təkcə siyasi elita tərəfindən deyil, xalqın sıravi nümayəndəli tərəfindən də geniş şəkildə dəstəklənir. Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də onun azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərləri təşkil edir. Multikultural cəmiyyət liberal cəmiyyətdir ki, burada təkcə sosial ədalətsizliyi deyil, həm də irqçiliklə əlaqəli ədalətsizliyi ləğv etmək mümkün olmuşdur. Lakin sırf liberalizmdən fərqli olaraq multikulturalizm ayrı-ayrı fərdlərin deyil, etnik və mədəni qrupların da hüquqlarını qoruyur. Multikultural cəmiyyətin formalaşması və inkişafı prosesi tarixi inkişafın xüsusiyyətləri ilə və həmçinin sosial amillərlə müəyyən edilir. Qeyd edək ki, multikultural cəmiyyətin formalaşmasında və inkişafında cəmiyyətin malik olduğu demokratiya ənənələri əsas rol oynayır. İlk multikulturalist cəmiyyətlər Qərbi Avropa və Şimali Amerikanın demokratik hissələrində formalaşmışdı. Bu bölgələrdə tolerantlığın, əxlaqın, demokratiyanın yüksək səviyyədə olması multikulturalizm ideyalarının yayılması üçün gözəl şərait yaratmışdı. Göstəriliən amilləri nəzərə alaraq qeyd edək ki, regionların tarixi inkişafındakı fərqlərə uyğun olaraq multikulturalizmin də müxtəlif modelləri mövcuddur. Həmin spesifik modellər arasında Amerika, İsveç, Avstraliya və Kanada modellərini qeyd edilməlidir. Məsələn, multikulturalizmin Amerikan modeli. XX əsrin 60-cı illərinin ortalarına qədər ABŞ anqlo-saksonlardan (Amerika əhalisinin etno-mədəni bazası) və mühacirlərdən ibarət olan bir cəmiyyət idi. Bu cəmiyyətdə anqlosakslar hakim mövqeyə malik idi. Zaman keçdikcə ABŞda vəziyyət tamamilə dəyişdi və formalaşmaqda olan multikulturalizm ideologiyası 2 mühüm qanunun - 1964-cü il "Mülki Hüquqlar Aktı" və 1965-ci il Qoa "İmmiqrasiya Aktı"nın qəbul edilməsi ilə ölkədə bərqərar oldu. Birinci qanun anqlosakson amilini “zəiflətdi” və millətlərin bərabərliyini təmin etdi, ikinci qanun isə ölkəyə immiqrasiyanı fəallaşdırdı. Hal-hazırda ABŞ-ın multikulturalist siyasəti bir tərəfdən ABŞ cəmiyyətinin bütün dəyərlərinin immiqrantlar tərəfindən qəbul edilməsini, digər tərəfdən ABŞ cəmiyyətində multikulturalizmin hüquqi mexanizmlərinin formalaşmasını nəzərdə tutur. İsveç multikulturalizm modeli. İsveç multikulturalizm modeli mədəni müxtəlifliyin qorunmasına yönəlmiş siyasətin idarə edilməsində dövlətin fəal roluna əsaslanır. İsveçdə dövlətin bu cür fəallığı güclü siyasi mövqeyə malik olan Sosial Demokrat Partiyasının hakimiyyəti ilə bağlıdır. 1976-cı ildə İsveç hökuməti əcnəbilərə səs vermək hüququnu verdi, “İmmiqrasiya Qanunu” (1997) isə İsveçi multikultural cəmiyyət kimi müəyyən etdi. İsveçin multikultural siyasətinin əsas istiqamətləri dil və təhsil strategiyasında özünü nümayiş etdirir. Həmin strategiyalar immiqrantları İsveç dilini və ana dillərini öyrənməyi təşviq etmək məqsədi daşıyır. İsveç dövləti mədəni müxtəlifliyi bir reallıq hesab edir və həmin müxtəlifliyi həm hüquqi həm mənəvi cəhətdən qorunmasını təmin edir. Multikulturalizmin Avstraliya modeli. Avstrliyada multikulturalizm siyasəti bir neçə mərhələ üzrə inkişaf edib. Belə ki, 1901-ci ildə Avstraliyada qəbul edilən “İmmiqrasiya haqqında qanun” izolyasionizm (təcrid edilmə) siyasətini idarə etmək üçün hakim elitanı inzibati əsaslarla təmin etdi. Sonralar yeni qanunvericilik sənədlərinin-“Vətəndaşlıq haqqında Qanun” (1948-ci il, düzəlişlərlə); "Miqrasiya haqqında Qanun" (1958, əlavə və dəyişikliklərlə); "Əcnəbilər haqqında Qanun" (1984, düzəlişlərlə) və "Viza Rejimi haqqında Qanun" (1997, düzəlişlərlə) qəbul edilməsi nəticəsində vəziyyət dəyişməyə başladı. Onu da qeyd etmək lazımdır ki, “multikulturalizm” termininin siyasi leksikona daxil edilməsi Avstraliyanın miqrasiya naziri A. Kreysbinin (1970) adı ilə bağlıdır. A.Kreysbi həqiqətən də anglo-sakson əhalisi ilə “yeni avstraliyalılar” arasındakı ziddiyyəti aradan qaldırmaq üçün çox böyük işlər görmüşdü. 1979-cu ildə “Avstraliya Mədəni Müxtəliflik Problemləri İnstitutu”, 1987-ci ildə isə “Multikulturalizm Məsələləri Komitəsi” yarandı. Bu faktlar Avstraliya dövlətinin immiqrasiya siyasətinin irqçilikdən multikulturalizmə doğru uğurlu inkişafında rolunun nə qədər əhəmiyyətli olduğunu göstərir. Multikulturalizmin Kanada modeli. Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərdə başlamışdı. Kanada dövləti əhalinin irqi, etnik və dini müxtəlifliyinə daim hörmətlə və həssaslıqla yanaşdığına görə bu cəhət Kanada cəmiyyətinin milli xüsusiyyətlərinin birinə çevrildi. Multikulturalizm Kanada Azadlıq və Hüquqlar Xartiyasının 27-ci bəndi ilə təmin olunur. ABŞ və Avstraliyadan fərqli olaraq, Kanadada dominant əhali tərəfindən etnik qrupların kobud şəkildə assimilyasiya olunması heç vaxt müşahidə olunmayıb. Kanada çoxdilli ölkədir və burada etnik icmaların bütün üzvlərinin öz ana dilində danışmaq və təhsil almaq hüququ var. Bunun nəticəsində Kanadanın etnik azlıqları öz mədəni kimliyini qoruyub saxlayırlar. Bu baxımdan Azərbaycan həmçinin təkcə Qafqazda deyil, hətta dünya miqyasında multikulturalizmin əyani və son dərəcə müsbət nümunəsi kimi qiymətləndiriliə bilər. (3, 112) Hal-hazırda multikulturalizmin məxsusi Azərbaycan modeli mövcuddur. Bu fikri təsdiq etmək üçün multikulturalizmin dəqiq tərifi verilməlidir. “Multikulturalizm” ilk növbədə, bir ölkədə fərqli mədəniyyətlər arasında qarşılıqlı əlaqənin müəyyən səviyyəsinə, “ yüksək keyfiyyətinə” nail olmağa yönəlmiş demokratik dövlətin strategiyasıdır və müxtəlif mədəniyyətlərə qarşı hüquq bərabərliyi və tolerant münasibətə əsaslanan dinc yanaşı yaşamaq deməkdir. (4, 51) Azərbaycan tarixən çoxmillətli dövlət olub və burada ən frəqli millətlər yanaşı yaşayıb, nə milli nə də dini zəmində təqiblərə məruz qalmayıb. Azərbaycanın başqa xalqların adət-ənənələrə, vərdişlərinə qarşı hörmətlə yanaşması artıq bütün dünyada məlumdur və müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə qarşı ehtiram azərbaycanlıların mental xüsusiyyətidir. Azərbaycan Respublikası çoxmillətli dövlətdir, və əhali ən fərqli etnik qruplar – azərbaycanlılar və milli azlıqlar – udinlər, ingiloylar, krızlar, xınaluqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və başqa xalqlar tərəfindən təmsil olunur. Azərbaycan adları çəkilən xalqların vətənidir və buna görə də sadalanan xalqların nümayəndələri azərbaycanlılarla birlikdə vahid çoxmillətli xalqının bərabər hüquqlu üzvləridir. Bundan əlavə, respublikada ruslar və ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar və yeni assuriyalılar, almanlar, tatarlar yaşayır. Bu insanların təbii ki öz tarixi vətəni vardır və buna görə də Azərbaycan torpaqında yaşayan milli azlıqlara aid edilə bilər. Hal-hazırda təkcə Bakıda iyirmidən çox müxtəlif mədəniyyət cəmiyyətləri, o cümlədən, rus, ukrayna, kürd, lak, ləzgi, slavyan, tat, tatar, gürcü, ingiloy, talış, avar, Ahıska türkləri, Avropa yəhudiləri, dağ yəhudilərinin, Gürcü yəhudiləri, alman, yunan və b. cəmiyyətlər fəaliyyət göstərir. Ölkə üzrə belə cəmiyyətlərin sayı daha çoxdur, bir çox hallarda onlar etnik azlıqların kompakt yaşadığı ərazilərdə mövcuddur. Azərbaycan Respublikası çoxsaylı etnik qrupların nümayəndələrinin kompakt yaşadığı, həmin etnik qrupların maddi və mənəvi mədəniyyətini, dilini və özünü identifikasiyasını, tarixi yaddaşını və mentalitetini, etnik mənliyini qoruyub saxlayan çoxmillətli dövlətdir. Bu sırada dağ yəhudilərinin Qırmızı Qəsəbə (Krasnaya Sloboda) məskənini, rus molokan kəndlərini - Saratovkanı, İvanovkanı, Nic Udi kəndini, dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndini, eləcə də onlarla başqa yaşayış məntəqələrini misal gətirmək olar. Azərbaycanda etnik azlıqlara yerli əhali ilə bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə etmək hüququ verilib. Etnik azlıqların sıx məskunlaşdığı yerlərdə ümumtəhsil məktəblərinin ibtidai siniflərində ana dili tədris olunur; müvafiq dillərdə tədris proqramları və dərs vəsaitləri, folklor və poeziya topluları, bədii ədəbiyyat nümunələri, qəzet və jurnallar nəşr olunur; dövlət milli teatrları və həvəskar yaradıcılıq kollektivləri fəaliyyət göstərir. Azərbaycanda mövcud olan mədəni simbioz və ənənələrin müxtəlifliyi mənəvi və maddi mədəniyyətin tarixi abidələrində öz əksini tapmışdır. Astara, Qax, Quba, Zaktala və digər rayonların tarix-diyarşünaslıq muzeylərində maddi mədəniyyət abidələrinin qorunması tədbirləri çərçivəsində onların ərazisində yaşayan etnik azlıqların irsini və adət-ənənələrini əks etdirən ekspozisiyalar təşkil edilir. Azərbaycan xalqı tarixən üç dindən - Zərdüştilik, Xristianlıq və İslamdan bəhrələnərək həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mədəniyyətlərarası kommunikasiyaların qurulmasında mühüm amil kimi çıxış edir. Azərbaycanda dünyanın bir çox çoxmillətli regionları üçün nümunəyə çevrilmiş xüsusi tolerantlıq və dinlərarası dialoq modeli formalaşıb.(3, 95) Dövlət-din münasibətlərinin müasir Azərbaycan modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabər status alıb. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin edilməsi ilə yanaşı, Azərbaycan dövləti respublikada olan digər ənənəvi dinlərə də hörmət və qayğı ilə yanaşır. Azərbaycan xalqının humanizmi və etibarlı olması bütün dünyaya məlumdur. Milli ənənələrimiz Ümummilli Lider Heydər Əliyev tərəfindən daim qorunub, dəstəklənib və inkişaf etdirilib. Heydər Əliyevin uzaqgörən və müdrik, yüksək siyasi professionallıqla apardığı daxili və xarici siyasət multikulturalizmin inkişafı və ölkədə tolerantlığın bərqərar olunması üçün son dərəcə möhləm zəmin yaratmışdı. Ulu Öndərin siyasəti onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən davam edilir. Azərbaycanda millətlərarası münasibətlərdən danışarkən beynəlxalq səviyyədə qəbul edilən sənədlər də qeyd edilməlidir. Belə ki, milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında təsbit edilmişdir və ölkənin Konstitusiyası etnik, dini və irqi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini təmin edir. Azərbaycan Respublikasının milli siyasət konsepsiyası həm də BMT-nin “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”, Avropa Şurasının “Hüquqların və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası”, BMTnin “Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi”, BMT-nin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyası, BMTnin “İqtisadi hüquqlar, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”, “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Yekun Aktı”, “Kopenhagen İclasının Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş ATƏT-in İnsan Meyarı Konfransının” Sənədi, Avropa Şurasının “Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası”, “Milli azlıqlara mənsub şəxslərin hüquqlarının təmin edilməsi haqqında Konvensiya” kimi beynəlxalq sənədlərə əsaslanır.(3, 217) Həmçinin, Azərbaycan Respublikasının milli siyasətinə dair mühüm dövlət sənədi-Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı “ Azərbaycan Respublikasında yaşayan azsaylı xalqlar və etnik qrupların hüquq və azadlıqlarının müdafiəsi, dillərinin və mədəniyyətinin inkişafına dövlət dəstəyi haqqında” Fərmanı qəbul edilmişdir. Başqa sözlə, milli azlıqların müdafiəsi Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Prezident Administrasiyasında milli siyasət məsələləri üzrə dövlət müşaviri olmaqla xüsusi struktur yaradılıb və analoji struktur Milli Məclisdə də fəaliyyət göstərir. Konstitusiyanın və qanunların verdiyi bərabər hüquq və imkanlardan istifadə edən müxtəlif xalqların nümayəndələri cəmiyyətin müxtəlif sahələrində səmərəli fəaliyyət göstərir, ölkənin inkişafına layiqli töhfələr verirlər. Belə ki, milli azlıqlar Azərbaycan Respublikasının hökumətində, digər dövlət strukturlarında təmsil olunurlar. Milli Məclisdə ölkənin bir sıra etnik azlıqlarının, o cümlədən ruslar, ləzgilər, tatlar, talışlar, kürdlər və başqalarının nümayəndələri var, Azərbaycanda yaşayan etnik qrupların seçkilərdə iştirakında heç bir problem yaranmır. Beləliklə, Azərbaycan Respublikasında etnik müxtəlifliyin mövcudluğu üçün hər cür şərait yaradılmış və qorunub saxlanılmışdır. Lakin burada bir daha vurğulamaq lazımdır ki, mədəni müxtəliflik ölkəmizdə müxtəlif kimliklərin sadə əlavəsi kimi deyil, onları birləşdirən milli həmrəyliyin inkişafı üçün gözəl mühit kimi mövcuddur. Təsadüfi deyil ki, həm birinci Qarabağ müharibəsində həm 44 günlük müharibədə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri mərdliklə döyüşüb və şanlı qələbəyə layiqli töhfələr veriblər, vətən yolunda canlarından belə keçiblər. Başqa sözlə, Azərbaycan etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının doğma vətəni, ümumi evi hesab olunur. РЕЗЮМЕ В статье говорится о развитии мультикультурализма в различных странах, раскрывается суть понятия «мультикультурализм», основные направления и цель политики мультикультурализма. В статье автором представлены различные модели мультикультуральных обществ, в частности раскрываются особенности американской, шведской, австралийской, канадской модели мульткультурального общества. Автор подчеркивает, что в Азербайджане также существует собственная модель мультикультуралима, признанная во всем мире. Азербайджан во все времена был полиэтническим государством и права национальных меньшинств в этой стране никогда не ущемлялись. Более того, в Азербайджане в настоящее время национальные меньшинства представлены как в Милли меджлисе, так во всех других госструктурах. Автор перечисляет различные национальные культурные общества, функционирующие в Азербайджане, указывает, что на национальных языках издаются учебники, художественная литература, периодические издания. Политика мультикультурализма, проводимая Общенациональным лидером Гейдаром Алиевым, продолжается cегодня Президентом Азербайджанской Республики Ильхамом Алиевым. Так, указом Президента Азербайджана приняты и утверждены правовые документы, закрепляющие права национальных меньшинств, проживающих в Азербайджане. В статье приводятся документы, принятые ООН и СЕ в связи с политикой мультикультурализма во всем мире, также указывается, что представители всех народов и этнических групп принимали самое активное участие как в Первой Карабахской войне так в 44 дневной войне против агрессии со стороны Армении. Это стало возможным благодаря продуманной политике государства, и народы, проживающие на территории Азербайджана, считают эту страну своей родиной. SUMMARY In article the development of multiculturalism in various countries is spoken about , essence of "multiculturalism" concept , the directions and purpose of multiculturalism policy is explained. The author presents various models of multicultural societies, characteristic features of the American, Swedish, Australian, Canadian model of a multicultural society . The author emphasizes that Azerbaijan has its own model of multiculturalism, recognized throughout the world. Azerbaijan was always a multi-ethnic state and the rights of national minorities were never infringed here. In Azerbaijan, national minorities are represented in the Parliament and in other state structures. The author lists national cultural societies functioning in Azerbaijan, points out that textbooks and periodicals are published in national languages. The policy of multiculturalism pursued by the National Leader Heydar Aliyev is continued by President of Republic of Azerbaijan Ilham Aliyev. Thus, by decree of President of Azerbaijan, documents, affirming the rights of national minorities in Azerbaijan were approved. It is pointed out that many documents connected with the policy of multiculturalism all over the world are confirmed by UN and the CE. The representatives of all ethnic groups took an active part in First Karabakh War and in 44-day war . This became possible thanks to the thoughtful policy of the state, and the peoples living in the territory of Azerbaijan consider this country their homeland.
ƏDƏBİYYAT SİYAHISI
1. Heydər Əliyev. “Müstəqillik yolu”. Seçilmiş fikirlər. Bakı, 1997, 136 s. 2.Cəfərov N. Azərbaycanşünaslığın əsasları. Bakı: Pedaqogika, 2005, 256 s. 3.Multikulturalizmə giriş. (Dərs vəsaiti) . Bakı, Mütərcim, 2018. 370 s. 4.Гасымова С. В. Философские особенности азербайджанского мультикультурализма.Сб. «Актуальные вопросы общественных наук: социология,ролитология, философия, история».№5-6, (63), с.53-58, 2017г. 5.Мамедов А. Мультикультурализм – одно из самых важных направлений государственной политики в Азербайджане». Интервью. Баку 26 ноября АзерТадж. Вернуться назад |