İran Kürdüstan bölgəsi yaxınlığında qoşunlarının sayını artıraraq, quru əməliyyatı keçirməklə təhdid edir
- 9-10-2022, 19:01
- ЭТНОПОЛИТИКА
- 0
- 465
Foto:sewcanny.blogspot.com
Adının açıqlanmasını istəməyən İraqın yüksək vəzifəli iraqlı kürd rəsmisinin bildirdiyinə görə, İran bu yaxınlarda İraqın Kürdüstan Bölgəsinə yaxın qərb sərhədinə yeni hərbi qüvvələr göndərib və iranlı kürd müxalifət qruplarına qarşı İraqın Kürdüstan bölgəsinə qurudan sərhədlərarası hərbi müdaxilə başlatmaqla hədələyib.
“İran Kürdüstan Bölgəsinə yaxınlığında qüvvələrini toplayıb və İraqın ordu rəsmilərindən ibarət heyətlə Kürdüstan Bölgə Hökumətinə mesaj göndərib ki, əgər Şərqi Kürdüstan qüvvələri [İranın kürd militantları] ərazini evakuasiya etməsə, İran qurudan əməliyyat həyata keçirəcək,” rəsmi deyib.
Rəsmi əlavə edib ki, İranın “mesajı”ndan sonra Kürdüstan Bölgəsinin daxili işlər naziri Rebad Əhməd Xalid İran Kürdüstan Demokratik Partiyasının liderləri və İran Kürdüstanı Fəhlələrin İnqilabi Birliyinin liderləri ilə görüşərək onlardan İranın müdaxiləsinin qarşısını almaq üçün dağlıq sərhəd bölgəsindən Peşmərgə döyüşçülərini geri çəkmələrini tələb edib.
İran Kürdüstanı Fəhlələrin İnqilabi Birliyinin sözçüsü Atta Saqzi Amerikanın Səsinə deyib ki, “İran sərhədə çox sayda qüvvə gətirib və İraqın Kürdüstan Bölgəsində Şərqi Kürdüstanın siyasi fəallarını qətlə yetirmək təhlükəsi var.”
Saqzi əlavə edib ki, “kürd partiya rəsmilərinə qarşı uzun zamandır təhdidlər olub, amma nümayişlərdən və şərqdə [İran Kürdüstanında] kürdlərin ayaqa qalxmasından sonra İran açıq şəkildə kürd partiyalardan qisas almaqla təhdid edib.”
Amerikanın Səsinin Vaşinqtonun İran ordusunun Kürdüstan Bölgəsinə doğru hərəkət etdiyindən xəbərdar olub-olmadığına dair suala cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsünün birinci müavini Vedant Patel onda “təfərrüatların” olmadığını deyib, ancaq əlavə edib ki, “biz İraqın suverenliyi və ərazi bütövlüyünün pozulmasına qarşı çıxacağıq.”
İranda genişmiqyaslı etirazlar sentyabrın 16-da kürdlərin əksəriyyət təşkil etdiyi şəhərlərdə, 22 yaşlı kürd qadın Məhsa Əmini başını hicabla düzgün örtmədiyinə görə İranın əxlaq polisi tərəfindən saxlanılandan sonra həyatını itirməsinin nəticəsində başlayıb.
Etirazlar sürətlə İran Kürdüstanından kənardakı şəhərlərə yayılıb və Osloda qərarghanlanan İran İnsan Hüquqları təşkilatının məlumatına görə, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında zorakı toqquşmalar nəticəsində uşaqlar daxil olmaqla, 154 nəfər həyatını itirib.
Etirazları yatırmaqda çətinlik çəkən və İranın kürd militant qruplarını kürdlərin çoxluq təşkil etdiyi şəhərlərdə xalq müqavimətini təşviq etməkdə günahlandıran İran hökuməti son iki həftədə həmin qrupların İran-İraq sərhədindəki bazalarını atəşə tutub.
Amerikanın Səsinə danışan iranlı kürd rəsmilər İrandakı iğtişaşların arxasında onların olduğunu inkar edib və deyib ki, etirazlar “spontan vətəndaş hərəkatının” bir hissəsidir.
Sentyabrın 28-də İranın İnqilab keşikçiləri Süleymaniyə, Ərbil və Kərkükdə üç iranlı kürd hədəflərə qarşı dron hücümü həyata keçirlməsindən sonra yeni eksalasiya başlayıb. Həmin hücum nəticəsində azı 14 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Hücumda ölənlər arasında bir Amerika vətəndaşı qadın və onun bir günlük körpəsi olub.
ABŞ ordusu dronlardan birini vurduğunu, çünki onun Kürdüstan bölgəsinin paytaxtı Ərbildə ABŞ qüvvələrinə təhlükə yaratdığını bildirib.
Amerikanın Səsinə danışan rəsmi və ekspertlərin fikrincə, kürd hökumətin daha qüdrətli İran üzərində nisbətən çox az gücə malik olduğunu nəzərə aldıqda, Kürdüstan Bölgəsi hökumətinin İranı bölgəyə yeni hücumlar etməkdən yayındıra bilib-bilməyəcəyi bəlli deyil.
Kürdüstan Bölgə Parlamentinin Peşmərgə Komitəsinin rəhbərinin müavini Osman Sedari Amerikanın Səsinə deyib ki, regionda təhlükənin qarşısını almağın ən yaxşı yol diplomatiyadır.
“Bizim, Kürdüstan bölgəsi olaraq, məsələni həll etmək üçün dinc anlayışımız olmalıdır. Həm [Bağdaddakı ] Mərkəzi hökumət, həm də Kürdüstan Bölgəsi bunu həll etmək üçün davamlı danışıqlar aparırlar,” Sedari deyib.