Ethnoglobus » РЕЛИГИЯ » Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)

Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)

image

Müqəddəs İslam dininin elçisi Məhəmməd Peyğəmbər (s) 570-ci ildə Məkkə şəhərində Abdullah ibn Əbdülmütəllibin ailəsində anadan olmuşdur. O, İbrahim Peyğəmbərin (ə) oğlu İsmayıl Peyğəmbərin (ə) nəslindən, yəni Qüreyş qəbiləsinin Haşimilər soyundan idi. Qeyd etmək lazımdır ki, Musa (ə) və İsa (ə) kimi müqəddəslər də İbrahimin (ə) övladlarındandır, lakin onlar İsmayılın (ə) qardaşı İshaqın (ə) soyunun ardıcıllarıdır. İslam dininə etiqad edənlər (müsəlmanlar) peyğəmbərlərin qan qohumu olduqlarını, yəni eyni nəsildən gəldiklərini qeyd-şərtsiz qəbul edib, 124.000 peyğəmbərin (ə) hamısına iman gətiriblər. Hətta İslam fiqhinə görə bir peyğəmbərin peyğəmbərliyinə şübhə ilə yanaşan şəxs müsəlman yox, kafir hesab olunur. Bəs görəsən, Musanın (ə) və İsa Məsihin (ə) ardıcılları Məhəmməd Peyğəmbəri (s) qəbul edirmi?!

Onların müqəddəs hesab etdikləri kitablarda (İncil və Tövratda) son peyğəmbər ilə əlaqədar nişanələr varmı?! Bibliyadakı nişanələr Xristianların müqəddəs kitabı Bibliya Əhdi-ətiq və Əhdi-cədid bölmələrindən ibarətdir. Əhdi-ətiq Tövrat, Zəbur və Suhufdan (vərəqlərdən), Əhdi-cədid isə İncildən ibarətdir. Düzdür, Bibliya müəyyən dövrlərdə təhrifata (dəyişikliyə) məruz qalmışdır. Hətta bu kitabın təhrif edilməsini xristianlar da etiraf edir. İncilin 4 yerə bölünməsi (Matfey, Mark, İohann və Luka) və Tövratın babları arasında ziddiyyətlərin olmasına baxmayaraq, Məhəmməd Peyğəmbərə (s.ə.s) nisbət veriləsi ayələr kifayət qədərdir. Tövratın “Təsniyyə” kitabında (23:2) qeyd olunur ki, Nur Turi-Sina dağından gəldi, Sair dağında şəfəq saçdı və Faran dağından bizə aşkar oldu. Bildiyimiz kimi, Musa peyğəmbərə (ə) ilk vəhy Tur dağında verilmişdir. Sair dağında da İsa peyğəmbər (ə) vəyh almışdır. Faran dağı isə Məkkə ilə təqribən bir günlük məsafədə olan dağdır ki, Məhəmməd Peyğəmbərə (ə) nəbilik orada verilmişdir. Qeyd edək ki, həmin məntəqənin indiki adı Cəbəl ən-Nur dağının Hira mağarasıdır. (Haşiyə) Tövratın “Təkvin” kitabında Faran dağının Məkkədə olması qənaətinə gəlmək olur. Belə ki, ayədə qeyd edilir: “Və İsmayıl Farran səhralarında yaşayarkən anası onu misirli qadınla evləndirdi”.

Bildiyimiz kimi tarixdə qeyd edilir ki, İsmayıl peyğəmbər (ə) Məkkə səhralarında yaşamışdır. Deməli, bu qənaətə gəlirik ki, Faran Məkkədə yerləşən bir yerin adıdır. Yenə Tövratın “Təkvin” kitabında (17:20) qeyd edilir: “Mən səni İsmayıl ilə dinlədim və onu mübarək etdim. Onu artırıb əzəmətə çatdırdım. Ondan dünyaya 12 böyük şəxs gələcək və mən onu böyük bir ümmət üçün qərar verdim”. Burdakı 12 böyük şəxs məsələsi monoteistlərin (təktanrıçıların) dərhal diqqətini cəlb edir. Yəhudilərin fikrincə, 12 böyük şəxs Musanın (ə) 12 xəlifəsi, xristianlara görə 12 həvari, müsəlmanların nəzərində isə 12 imamdır. Ayədə İsmayılın (ə) soyundan söhbət gedir. İsa və Musa peyğəmbərlər (ə) isə İshaqın (ə) soyundan gəlmə elçilərdir. Qeyd etdiyimiz kimi, Məhəmməd Peyğəmbər (s), həmçinin, 12 imam da (Haşimilərdən olduqları üçün) İsmayıl peyğəmbərin (ə) nəslindəndir. Məsələyə tarixi və genetik aspektdən nəzər yetirdikdə 12 böyük şəxsiyyətin 12 imam olması daha məntiqə uyğundur. Tövratın “Yeşeya kitabı”nda (21:6-9) qeyd edilir: “Yeşeya dedi: İki süvari görürəm. Onlardan biri ulağın üstündə, digəri dəvənin üstündə oturub. Onlardan biri o birinə dedi ki, Babil yıxıldı”. Təfsirçilərin fikrincə, ulağın belindəki İsa (ə), dəvənin belindəki isə Məhəmməd (s) idi.

Haşiyə çıxaraq qeyd edək ki, İmam Rza (ə) da yəhudi alimi ilə bəhsdə Tövratın həmin ayəsinin təfsirini məhz bu cür vermişdi. Əlavə olaraq qeyd edək ki, yəhudilik inancına görə son ülul-əzm peyğəmbər Musadır. Onlar Həzrət Məhəmmədlə (s) yanaşı İsa Məsihin (ə) də peyğəmbərliyini qəbul etmirlər. Fəqət Tövratın heç bir yerində “Musa son elçidir” deyə bir kəlmə qeyd edilməyib. Yəhudiliyə görə Musa (ə) və onun sələfləri öz peyğəmbərliklərini sübut etmək üçün möcüzə göstərmişdilər. Halbuki, İsa Məsihin (ə) də möcüzələri vardır. Məsələn, ölünü diriltmək, korların gözünü açmaq, əlacsız xəstələrə şəfa vermək və s. Lakin yəhudilər nə İsanı (ə), nə də onun möcüzələrini qəbul edirlər. İncildəki nişanələr “Yuhənna İncili”ndə (14:30) İsanın (ə) adından deyilir: “Daha sizlərlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir”.

“Yuhənna İncili”nin başqa bir yerində (16:8) qeyd edilir: “O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcəkdir”. Yenə “Yuhənna İncili”ndə (16:13) qeyd edilir: “Ancaq “faraklit” gəldikdə sizi bütünlüklə həqiqətə yönəldəcəkdir. O, özündən heç nə deməyəcək, nə eşitsə onu deyəcək və gələcəkdən sizi xəbərdar edəcək”. Xristianlar iddia edirlər ki, ayələrdə qeyd edilən hökmdar və “faraklit” ya Müqəddəs Ruh ya da şeytandır. İncilin bir neçə il öncə nəşr edilən versiyasında hökmdar olan şəxs şeytan olaraq qəbul edilirdi. (Qeyd edək ki, İncilin yeni nəşrlərində şeytan məsələsi aradan qaldırılmış, onun yerinə “Müqəddəs Ruh” iddiası irəli sürülmüşdür). Halbuki, bu fikir absurddur. Əgər İsa (ə) şeytanın gələcəyindən xəbər verirsə, niyə insanlarla danışmaqdan çəkinir?! Halbuki, bir peyğəmbər insanları şeytanın təkidi ilə yanlış yoldan uzaqlaşdırmaq üçün Allah tərəfindən göndərilir. Bundan əlavə, İsa Məsih (ə) özündən sonra bir varlığın gələcəyindən xəbər verir. Halbuki, şeytan İsadan (ə) öncə xəlq olmuş, onun dövründə yaşamış, indi də fitnə törətməyə davam edən bir varlıqdır.

Hətta “Lukanın İncili”ndə (4:1.13) İsa Məsihin Şeytan tərəfindən sınanması qeyd olunur. Tövratın “Salnamələr” (21:1) bölməsində şeytanın İsrailə qarşı üsyana qalxması da qeyd edilmişdir. Diqqətlə nəzər yetirək: Məsih (ə) özündən əvvəl yaranmış bir varlığın özündən sonra gələcəyinin xəbərinimi verir?! “Yuhənna kitabı”nda (16:13) qeyd edilib ki, o, özündən heç nə deməyəcək, nə eşitsə onu deyəcək və gələcəkdən sizi xəbərdar edəcək. Müqəddəs Ruh əgər Tanrı səviyyəsində bir varlıqdırsa, necə olur ki Allahdan söz alıb danışır?!

Suallar yaranır ki, Müqəddəs Ruh nə zaman insanları doğru yola yönlətməyə gəlir?! Xristianlığa görə müsəlmanlar yanlış yoldadırlar, bəs niyə Müqəddəs Ruh ayədə qeyd olunduğu kimi müsəlmanları xəbərdar edib “düz yola” yönəltmir?! Bundan əlavə, ruh mücərrəd varlıqdır. Onun maddi duyğuları (eşitmə, görmə, danışma, dadbilmə) yoxdur. Bəs Müqəddəs Ruh insanlarla necə danışa bilər?! Ayədə qeyd edilən xüsusiyyətlər insana aid olan xüsusiyyətlərdir, gələcəkdən xəbər vermək isə peyğəmbərə aid cəhətlərdir; Məhəmməd Peyğəmbərdə (s) hər iki xüsusiyyət var idi. Qurani-Kərimin “Nəcm” surəsində (3-4) buyurulur: “O, heç vaxt özündən söz demir. Dedikləri yalnız ona (Allahdan) olunan vəhydir”. Məhəmməd Peyğəmbərin (s) gələcəyi görməsi ilə əlaqədar hədis və ayələr kifayət qədərdir. Məsələn: “Rum” surəsinin ayəsi (30:2): “Rumlular məğlub oldular, lakin onlar tezliklə (3-9 il ərzində) qalib gələcəklər”.

İstanbulun fəthi haqqında Həzrət Məhəmməd Peyğəmbərdən (s) hədis: “İstanbul mütləq fəth olunacaqdır. Onu fəth edən sərkərdə nə gözəl sərkərdə, onu fəth edən ordu nə gözəl ordudur” (Əhməd ibn Hənbəl. Müsnəd, IV, 335). Qeyd edəcəyimiz məsələ də şeytan iddiası ilə eyni qəbildəndir. İsa Məsih (ə) özündən sonra gələcək bir hökmdarın (faraklitin) olduğunu söyləyir. Halbuki, xristianlıq inancına görə Müqəddəs Ruh dünya yaranan gündən var idi. Dəlil olaraq Bibliyaya nəzər yetirək. Bibliyanın “Yaradılış” (Təkvin) kitabı (1.1-3): “Başlanğıcda Allah göyləri və yeri yaratdı. Dərin sular üzərində qaranlıq var idi. Allahın Müqəddəs Ruhu suların üstündə dolaşdı…” Matfey İncili (7.15-20): “Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, lakin onlar yırtıcı qurddurlar. Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm, yaxud qanqaldan əncir yığılarmı?! Beləliklə, peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız”.

Ayədə İsa Məsih qövmünə özündən sonra gələn yalançı peyğəmbərləri haqq peyğəmbərdən ayırd etməyin yolunu göstərir. Xristianlıqda isə son peyğəmbər İsa olaraq qəbul edilir. Bəs İsa Məsih niyə İncildə ayırdetmə düsturunu öz qövmünə verir?! Ümumi nöqteyi-nəzərdən bu qənaətə gəlirik ki, nə Tövratda, nə də İncildə “son peyğəmbər” ifadəsi istifadə edilmədiyi üçün sonuncu elçilik möhürü vurulmamışdır. İbrahimi dinlərə və kitablarına nəzər yetirdikdə “son peyğəmbər” anlayışını yalnız Qurani-Kərimdə görə bilirik. Quran-Kərim, “Əhzab” surəsi (33:40): “O, Allahın rəsuludur və son peyğəmbərdir (ondan sonra peyğəmbər gəlməyəcək)”. Əksər xristianların qəbul etmədiyi “Barnaba İncili” də mövcuddur ki, bu İncildə Məhəmməd Peyğəmbərin (s) müjdəsi açıq-aşkar qeyd edilmişdir: “Tanrı dedi: Gözlə, Məhəmməd; çünki sənin xatirinə Cənnəti, dünyanı yaradacağam! Ey Məhəmməd, dünyanın qurtuluşu üçün tez gəl!” (Barnaba İncili, 97-ci hissə). Tövratda ilahi nurun Faran dağında insanlara aşkar olması, İncildə hökmdarın gəlməsi xəbəri ilə peyğəmbərlik davam etdi və sonda Quranın “Əhzab” surəsinin 40-cı ayəsi peyğəmbərlik fəaliyyətinə xitam verdi. İslamın məsələyə baxışı İslam dini bütün səmavi peyğəmbərləri, habelə, İsa (ə) və Musanı (ə) da qəbul edir. Lakin İslam dininə görə Allah mücərrəd varlıq olduğu üçün təkdir.

Fəlsəfədə mücərrəd varlıqlar haqqında qeyd edilir ki, onlar bəsitdir, bölünmür, çoxalmır, məkansızdır, ölmür və gözə görünmür. Eynilə bu xüsusiyyətlər Allaha, ruha, şeytana və sairəyə aiddir. Halbuki, İsa Məsih insan qiyafəsində Fələstində yaşamış, Məryəmin oğlu və xristianlığa görə öldürülmüş bir peyğəmbərdir. Məsələyə İncil baxımından nəzər yetirək: “İblis ona dedi: Əgər sən Tanrının oğlusansa, əmr et ki, daş çörək olsun. Lakin İsa dedi: İnsan yalnız çörəklə qidalanmaz” (Luka İncili, 4:1-5). Ayədə İsanın sınağa çəkilməsi və acımasından bəhs edilir. Əgər İsa Allahdırsa, qul olan şeytan onu necə sınağa çəkə bilər?! Cümlənin sonuna nəzər yetirdikdə İsa özünü insan adlandırır. “Mən özümdən heçnə edə bilmərəm, eşitdiyim kimi mühakimə edirəm. Çünki məqsədim öz iradəmi deyil, məni göndərənin iradəsini yerinə yetirməkdir (Yuhənna İncili, 5:30).

Sual yaranır: Əgər İsa tanrıdırsa, niyə özü istədiyini edə bilmir?! Halbuki, Allah hər şeyə qadirdir. Ayə Qurani-Kərimin “Nəcm” surəsinin 3-4-cü ayələrinin sanki ekvivalentidir. Çünki burada peyğəmbərliyə aid olan anlayışlar qeyd edilib. Bir peyğəmbər heç vaxt özündən söz danışmaz, o, Allahın sözlərini camaata çatdırar. İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimdə Məhəmməd Peyğəmbərin (s) bütün bəşər və aləmlər üçün xilasedici olaraq göndərildiyi qeyd edilir: “Biz səni aləmlərə rəhmət olaraq göndərdik” (Ənbiya, 107). Ayədə Peyğəmbərin (s.ə.s) bütün (təxminən 18 min) aləmə, habelə, insanlara (xristianlara, yəhudilərə, dinsizlərə və s.) rəhmət olaraq göndərildiyi qeyd edilir. Həqiqətən də Peyğəmbərin (s.ə.s) sünnəsi, hədisləri, ona verilən Quran insanları zəlalətdən qurtarıb doğru yola yönəltmək üçün bir rəhmət çırağıdır.

Qurani-Kərimə görə İsa Məsih (ə) öz qövmünə Məhəmməd Peyğəmbərin (s.ə.s) müjdəsini vermişdir: “İsa dedi: Ey israil övladları, şübhəsiz, mən özümdən öncə gələni (Tövratı) təsdiq edən və məndən sonra gələcək “Əhməd” adlı elçinin müjdəsini verən Allahın peyğəmbəriyəm” (Saff, 6). Tairxə nəzər yetirdikdə İslam meydana gələn ərəfələrdə bir çox xristian və yəhudinin İslama iman gətirdiyinin şahidi oluruq. Məsələn, tarixdə qeyd edilir ki, Həzrət Əli (ə) Siffeyn döyüşünə getməzdən öncə bir xristian əlində lövhə ilə ona yaxınlaşaraq deyir ki, bu lövhədə İsanın (ə) sadiq həvarisinin nişanəsi var; o qeyd edir ki, sonuncu peyğəmbər və ya onun canişini rastınıza çıxsa, onun dinini qəbul edin. Sonuncu peyğəmbərin adı Əhməd, canişini isə İlyadır. Qeyd edək ki, xristianlar Əli adına İlya deyə xitab edirlər. Tairxçi Təbəri qeyd edir ki, bir xristian alimi Bəhruz adlı bir əcəmə (farsa) dərs deyirdi. Bəhruz qatı dindar idi. Bir gün xristian alimi ona deyir ki, Ərəbistandan bir peyğəmbər çıxacaq, sən onun dinini qəbul et. Onun üç əlaməti var: sədəqə almaz, çiynində peyğəmbərlik möhrü vardır, hədiyyə qəbul edəndir”. Təbərinin yazdığına görə, bu xristian alimi Məhəmməd Peyğəmbərin (s) peyğəmbərliyindən xəbərdar idi və öz şagirdi Bəhruzu bu xəbərlə müjdələmişdi. Sonralar Bəhruz Məhəmməd Peyğəmbərlə (s) tanış olub onun sadiq səhabəsinə çevirildi; həmin Bəhruz adlı şəxs Salmani-farsi idi.

Tanrıverdi Əliyev

Mənbə: islam.az

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ
САМОЕ ЧИТАЕМОЕ
  1. Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil
  2. НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ
  3. HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
  4. "Qarabağ", Milli futbol komandası və milli ideologiya
  5. «Шеш кнафаим»: книга, потерянная по дороге
  6. «Красная среда»: Праздник творения и начало жизни в езидской вере
  7. Что происходит в Юго-Восточной Азии?
  8. Когда рукопись становится практикой
  9. Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )
  10. Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш
  11. Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə
  12. Welatparêzekî kurd ji Azirbêcanê
  13. XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST
  14. SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
  15. Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?
  16. Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно
  17. В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном
  18. Heydər Əliyev və Cənubi Azərbaycan problemi
  19. YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы
  20. Молчаливое свидетельство эпохи
  21. İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin
  22. XHAR – LƏZGİ OCAĞI
  23. İRAN TƏRANƏLƏRİ
  24. Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом
  25. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı
  26. “QALİB” İRAN
  27. Fələstinin Bakıdakı səfirliyinin bəyanatı
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyun 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
ГАЛЕРЕЯ