İKİ TƏBRİZ ÜSYANI
- 19-02-2024, 13:48
- ЭТНОПОЛИТИКА
- 0
- 491
Foto: ru.dreamstime.com
Vidadi Mustafayev
2003-cü ildən başlayaraq Təbriz şəhərinin bir qrup marginalı,yəni minlərlə insan İran inqilabının sonrakı qələbəsini təmin etmiş Bəhmən(29 bəhmən1356\18 fevral 1978) üsyanının ildönümünü qeyd etmək üçün Tehrana, İran Rəhbərinin hüzuruna gedir.Rəhbər də 22 ildir ki, təbrizliləri müxtəlif sözlərlə tərifləyir.Daha kişinin deməyə sözü də qalmayıb, bir hadisə haqqında nə qədər danışmaq olar.
Elə buna görədir ki, bu ilki görüşdən verilən icmala əsasən deyə bilərik ki,Rəhbər uzun-uzadı təkrara yol verməmək üçün bir neçə məlum fikri bir daha təbrizlilərə xatırlatmışdır.
Rəhbərin görüş zamanı əsasən daxili və xarici vəziyyətə həsr olunan çıxışının icmalında Təbriz üsyanı haqqında yalnız aşağıdakılar yer almışdır.
” Ayətullah Xamenei Şərqi Azərbaycanın minlərlə insanı ilə görüşündə
İnqilabın rəhbəri 1356-cı il bəhmən ayının 29-u Təbriz qiyamını tarix yazan hadisə adlandırdı və dedi: Həmin hadisə Qum əhalisinin 19 dey \\8 yanvar qiyamının nəticəsiz qalmasına imkan vermədi və qiyam ruhunu və inqilabi şövqü bütün ölkəyə yayaraq 22 Bəhmən 1357-ci ildə(11 fevral 1979) inqilabın qələbəsi və İran tarixinin dönüşü üçün zəmin oldu. O, 29 Bəhmən Təbriz hadisəsinin iki əlamətdar xüsusiyyəti kimi öz vəzifəsini vaxtında dərk etməyi və bu vəzifəni yerinə yetirmək üçün vaxtında hərəkət etməyi sadaladı və dedi: Təvabin vaxtında vəzifə borcunu hiss etmədi və vaxtında hərəkət etmədi və Aşurada qeyb oldu; bu səbəbdən qiyamın gec olmasına və hamısının şəhid olmasına baxmayaraq, tarixin gedişinə təsir edə bilmədilər.
İnqilab lideri Azərbaycan xalqını tarixdə, müasir dövrdə və son onilliklərdə qeyrət, məhəbbət, ehtiras və inamın təcəssümü hesab etdilər və əlavə etdilər: Təbrizdə 29 Bəhmən hadisələrinin xüsusiyyətlərindən dərs almalıyıq”.
Vəssalam. Bu cümlələri eşitmək üçün Təbrizdən Tehrana getməyə dəyərdimi? Bu suala cavab vermək üçün bir məsələni aydınlaşdırmaq lazımdır.Ayə, görəsən, bu gediş-gəliş kimin tərəfindən maliyyələşdirilir?İnanmaq olmur ki, təbrizlilər belə bir boş iş üçün əllərini ciblərinə salsınlar.
Görəsən təbrizlilər 1979-1980- ci illər üsyanını niyə yaddan çıxarıblar və həmin günlэri qeyd etmirlər. əgər həmin üsyan qalib gəlsə idi,həm İranda daha mütərəqqi və demokratik sistem bərqərar olardı,həm də Cənubi Azərbaycan xalqı milli zülmdən xilas olardı.
Təbrizlilər məhz həmin İKİNCİ Təbriz üsyanının ildönümünü hər il qeyd etsə idilər, yəqin ki, rejim xalqa qarşı siyasi, ideoloji, mənəvi zülmü şiddətləndirməyə cürət etməzdi.Doğrudan da Təbriz üsyanından dərs almaq lazımdır, amma xurafat rejiminin qurulmasına zəmin yaradan Təbriz üsyanından deyil,İran xalqının indiyə qədər uğrunda mübarizə apardığı dünyəvi siyasi sistem, vətəndaş azadlıqlarını təmin edən, VII əsrdən XXəsrə qaydışı təmin etməyə yönəlmiş İKİNCİ Təbriz üsyanından dərs almaq lazımdır.