İRAN ÖZ AMPLUASINDA
- 12-03-2024, 19:06
- КУЛЬТУРА
- 0
- 480
Foto: Google
Vidadi Mustafayev
İran sözdə İslam Respublikası olaraq qonşu və müsəlman ölkələrinin mədəni irsini ÖZÜNÜNKÜLƏŞDİRMƏK də görünməmiş İNAD və İSRAR nümayiş etdirir.
Bu həftə( 4-10 mart 2024) İranda üçüncü dəfə Nizami Gəncəvi həftəsi keçirilib.İrşad naziri deyir ki, bu, Rəisi hökumətinin(2021-də prezident seçilib) nailiyyətlərindən biridir.
"Nailiyyətlər" sırasında Nizaminin guya Təfroş rayonunun Tad kəndində anadan olduğu fikrinin onun anadan olduğu EVƏ(???) XATİRƏ LÖVHƏSİ vurulması ilə rəsmilışdirildiyini qeyd etmək olar.İkinci "yenilik", artıq Nizamidən danışanda onun ölkə mənsubiyyətini bildirən Gəncə sözündən imtina edilməsidir. Üçüncü "yenilik" Nizaminin məşhur heykəlinin KOPİYASININ məşhur heykəltəraşlardan biri hesab edilən Qaşqayinin əsəri kimi Tehranda qoyulmasıdır.
İran şiə əhalisi olan ərəb ölkələrinə şiə bayrağı ilə sosial-siyasi,sünni əhalisi olan türk ölkələrinə xəyali,lakin hiyləgər Böyük İran bayrağı altında mədəni-mənəvi hücumlarını davam etdirir