Ethnoglobus » НАРОДЫ » LAZLAR KİMDİR?

LAZLAR KİMDİR?

image
Foto: dzen.ru
Bu sualı mənə tez-tez verirlər. “Lazlar kimdir? Lazlar və ləzgilər eyni xalqın müxtəlif adlarıdır?” – deyə soruşanlar da az deyil. Həmin sualları Azərbaycanda da, onun hüdudlarından uzaqlarda da dəfələrlə eşitmişəm. Bu yaxınlarda tanınmış bir türk jurnalisti də həmin sualları verəndə bu məsələyə aydınlıq gətirmək məqsədilə “Samur” qəzetində məqalə dərc etdirməyi qərara aldım. 
   Bir sıra tarixi məxəzlərdə, o cümlədən bəzi qədim  italyan müəlliflərinin əsərlərində ləzgilər və lazlar səhvən eyni xalq kimi qələmə verilmişdir. Buna  arxiyepiskop İoann de Qalonifontibusun, Plano Karpininin, Mişel Baların tədqiqatlarında rast gəlmək olar. Mişel Balar bir əsərində “Dağıstan lazları”ndan bəhs edir, əslində isə ləzgilər haqqında məlumat verir. Məşhur türk səyahətçisi Evliya Çələbi də ləzgilər haqqında məlumat verərkən onları “lazlar” adlandırmış, “laz” və “ləzgi” sözlərinin  oxşarlığına görə bu iki xalqı  qarışdırmışdır. Təəssüf ki, onun səhvini sonralar başqa tədqiqatçılar da davam etdirmişlər. 
   N.Marr  gürcücə Çaneti adlanan lazların bölgəsinə svanların Lazan adını verdiklərini, bu adın La (bölgə adı) + zan (lazların qədim adı olan “tzan”, “tsan”, “çan”) sözlərindən yarandığını qeyd edir.  
Lazlar tarixən Türkiyənin və Gürcüstanın ərazisində yaşamış qədim xalqdır. Türkiyədə yaşayan lazlar özlərini lazepe, Gürcüstanda yaşayanlar lazebi adlandırırlar.  Öz tarixi vətənlərini Lazika, Lazeti, Çaneti adlandırırlar. 
   Qədim yunanlar lazların ölkəsini Kolxida adlandırırdılar. VI əsr Vizantiya müəllifi Aqafi Sxolastik yazır: “Lazlar qədimdə kolxi adlanırdılar, buna Fasis, Qafqaz və ətraf yerlərin sakinləri ilə tanış olan heç kəs şübhə edə bilməzdi”. Müəllif qeyd edir ki, antik dövr alimlərindən Herodotun, Ksenofontun, Strabonun və Ptolemeyin məlumatlarına əsasən bütün Qərbi Gürcüstan Kolxida adlandırılırdı və həmin ölkənin yaradılmasında kolxlar nə cür mühüm rol oynamışdılarsa, tarixin sonrakı mərhələlərində eyni rolu lazlar oynamışlar. VI əsrin digər Vizantiya müəllifi İoann Lid isə yazır: ”Kolxida bu gün  ona görə Lazika adlanır ki, bu ölkədə rəhbər rolu lazlar oynayır”. 
   Məşhur  yunan əsatirində “Arqo” adlı gəmi ilə Qara dənizə səfərə çıxan arqonavtlardan bəhs olunur. Onlara Yason rəhbərlik edirdi. Arqonavtlar Yunanıstandan oğurlanaraq Kolxida çarına bağışlanan sehrli qoyunun qızıl dərisini geri qaytarmalı idilər. Çoxlu sərgüzəştlərdən sonra onlar məqsədlərinə çatırlar. Bu işdə Yasona Kolxida çarının qızı sehrbaz Medeya kömək edir. Sonradan Yason Medeya ilə evlənir. Bu məşhur əsatir kolxlar, yəni lazlar haqqında geniş təsəvvür yaradır. 
   Lazların ölkəsi olan Lazistan Kolxida çarlığının tərkibində olmuşdur. Sonradan ölkəni idarə edənlər İran əleyhinə Vizantiya ilə ittifaq bağlayaraq onu pravoslav təriqətindən məhrum etdilər. Bir vaxtlar gürcü çarı Tamaranın qardaşı oğlu Aleksey Qara dəniz sahillərində Gürcüstandan Trabzona kimi uzanan bu ölkənin başında dururdu.  XVI əsrdə həmin əraziləri osmanlılar işğal edir.   
   XVIII əsrin əvvəllərində Lazistan 11 dairəyə bölünür, yerli əhali arasından seçilən və “dərəbəy” adlanan başçılar tərəfindən idarə olunmağa başlayır. Dərəbəylər sultanın hakimiyyətini formal olaraq tanıyır, amma dairələri istədikləri kimi idarə edirdilər. Osmanlılar burada öz canişinlərini yalnız 1820-ci ildə hakimiyyətə gətirirlər.  
   XIX əsrdə Lazistanın böyük hissəsi Rusiya imperiyası tərəfindən işğal olunur. 1925-ci ildə lazların yaşadıqları ərazini Türkiyə Respublikası ilə sovet Gürcüstanı öz aralarında bölüşdürür. Həmin vaxtdan Türkiyənin şimal-şərqində yerləşən Lazistan lazların vətəni kimi öz mövcudluğunu itirir və tarixin səhifəsinə çevrilir. 
   Etnosun nümayəndələrinin böyük əksəriyyəti Türkiyədə, əsasən də Rize vilayətinin Hopa, Arhavi və Borçka rayonlarında məskunlaşıb. Lazların bu bölgədəki ən böyük kəndi Topluca sayılır. Qədim adətlərinin və bu dilin dialektlərinin ən çox  saxlandığı yerin  Hopa olduğu deyilir. Bu xalqın nümayəndələri  İstanbulda da yaşayırlar. Gürcüstanda lazlar Abxaziyada, eləcə də Batumi, Kobuleti və Zuqdidi şəhərlərində yaşayırlar. Sarpi, Kvariati, Qonio, Maxo və digər kəndlər lazların kəndləri kimi tanınır. 
   Qara dəniz sahillərində yaşamış lazlar tarixən yaxşı balıqçılar olublar. Ağac emalı sahəsində təcrübələri olduğundan özlərinin inşa etdikləri evlərdə yaşamışlar. Bundan başqa  münbit torpaqlar və zəngin meşələr onlara əkinçilik və heyvandarlıqla məşğul olmağa imkan verib.  Lazlar buğda, arpa, qarğıdalı, düyü yetişdirməkdə tanınmışlar. Təcrübəli dənizçilər olan lazlar əsrlər boyu dəniz ticarətinin inkişafında əhəmiyyətli rol oynamışlar. Onlar meşə məmulatları və dəridən hazırlanmış əşyalar satmaqla məşğul olmuşlar. Su və quru ticarət yollarının bu ərazidən keçməsi yerli əhalinin rifah halının yaxşılaşmasına xidmət etmişdir. 
   Lazlar islam dinini Osmanlı imperiyasının tələbi ilə XVII əsrdə qəbul etmişlər. O vaxta kimi onlar pravoslav xristianlar idilər və Vizantiya missionerləri tərəfindən xaç suyuna salınmışdılar. Qədim zamanlarda isə onlar bütpərəst olub ağaclara sitayiş etmişlər. Hazırda Türkiyədə yaşayan lazların 85 faizi islamın süni təriqətinə itaət edir, qalan 15 faizi xristian ənənələrini saxlayıb. Gürcüstanda isə əksinə, lazların 80 faizi xristian, 20 faizi isə müsəlmandır. 
   Gürcülər lazları həm də “çanlar” adlandırırlar. Qədim dövrlərdə isə onların adı “kolxidalılar” idi. Laz dili meqrel dilinə yaxındır, həmin dillə bərabər o, kartvel dil ailəsinin meqrel-zan (meqrelçan) dil qrupunu əmələ gətirir. UNESKOnun mütəxəssisləri laz dilini itməkdə olan dillərdən hesab edir. Xalqın öz əlifbası olmayıb, lazım gəldikdə yunan, gürcü və türk əlifbalarından istifadə edib. 
   Alman linqvisti Volfqanq Foyerştayn lazların mədəniyyətini və laz dilinin xüsusiyyətlərini elmi şəkildə öyrənib. Onun apardığı tədqiqatlar nəticəsində əlifba yaradılıb və bir neçə dərslik çap olunub. Lakin Türkiyədə alimin tədqiqatları mənfi qarşılanıb. Onun əleyhinə cinayət işi açılıb, alim ölkəni tərk etmək məcburiyyətində qalıb. Buna baxmayaraq, o, tədqiqatlarını Almaniyada da davam etdirib. 
   Laz ziyalıları  alimin fəaliyyətindən ruhlanaraq, yerli məktəblərdə ana dilinin tədris olunmasına nail olublar. Acarıstanda da sovet dövründə laz əlifbasının yaradılması sahəsində müəyyən işlər görülüb, əlifba kitabı və bir neçə dərslik çap olunub. Batumi radiosu ilə laz dilində verilişlər yayımlanıb. İbtidai siniflərdə laz dili tədris olunub. Hazırda laz dilinin daşıyıcılarının böyük hissəsi doğma dildən uzaqlaşmaqdadır, assimilyasiya prosesi bu etnosdan da yan keçmir. Ana dili yalnız məişətdə və yaşlılar tərəfindən işlədilir. 
   Lazların milli geyimləri arasında qadınların şalvar üstündən geyindikləri açıq rəngli uzun, gen köynəklər əsas yer tuturdu. Köynəyin üstundən  mütləq dolaylıq  bağlanır və al-əlvan rənglərdən olan önlük taxılırdı. Ənənəvi laz geyiminin mühüm ünsürlərindən biri keşan yaylığı sayılırdı. Bu pambıq şalla qadınlar başlarını və çiyinlərini örtürdülər. Hazırda laz qadınlarının qoruyub saxladıqları yeganə milli geyim keşandır. 
   Lazların özlərinə məxsus musiqi və rəqs ənənələri var. Onların geniş istifadə etdikləri musiqi alətləri kamança və zurna sayılır. Bundan başqa tülüm aləti də geniş yayılıb. Rəqsləri düz xətt üzrə və ya dairəvi düzülmüş adamlar tərəfindən dinamik şəkildə ifa olunur. Gürcüstanda lazların milli rəqsi olan “Lazuri” məşhurdur. Cəldliyinə və itiliyinə görə çox zaman onu “Lezginka” ilə qarışdırırlar. Laz soyadları adətən -şi, iya, -en və ya oğlu sonluqları ilə bitir. Misal üçün, Abdulzelişi, Qvadzabiya, Olen. Türkiyədə yaşayan müasir lazlar adətən “oğlu” sonluğunu atırlar. Məsələn, Kuroğlunu Kur ilə əvəz edirlər. 
   Lazlar keçmiş SSRİ respublikalarında da yaşayıblar. Onların çoxu 1920-ci ildə Türkiyəyə və Orta Asiya respublikalarına köçüb. Böyük Vətən müharibəsi illərində lazlar da bir sıra xalqlar kimi deportasiyaya məruz qaldılar. 1945-ci ildə tanınmış laz yazıçısı və ictimai xadimi Məhəmməd Vanlişi bununla bağlı Lavrenti Beriyaya müraciət edir və lazların səhvən köçürüldüyünü bildirir. Nəticədə bəraət qazanan lazların əksəriyyəti öz dədə-baba yurdlarına qayıdır. 
   Lazların müasir dövrdə ən tanınmış nümayəndəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sayılır. Onun əcdadları Lazistandandır. Gürcüstanda isə bundan əvvəlki ombudsmen Georgi Tuquşi laz idi. Lazların mədəniyyətinin qorunub saxlanması məqsədi ilə Gürcüstanda beynəlxalq mədəniyyət mərkəzi yaradılıb, “Kolxa” radiosu laz dilində verilişlər yayımlayır. Türkiyədə də bu cür mədəniyyət mərkəzi fəaliyyət göstərir. Gürcüstanla Türkiyə arasında 1992-ci ildən bəri davam edən vizasız rejim hər iki ölkədə yaşayan lazlara öz qohum-əqrabaları ilə görüşməyə imkan verir. 
   Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində Lazılar kəndi mövcuddur. 
                   Sədaqət KƏRIMOVA
"Samur" qəzeti, 26 yanvar 2024-cü il



ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan İran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.15:17کمال17:40ЕС ввел санкции против представителей властей АТО Гагаузия12:11Dilənçiliyin sosiologiyasına dair qeydlər: ilahi təhdid və mənəvi terror11:59امام علی (ع)14:36В Баку подключились к международной акции "Диктант на лезгинском языке"13:35Geyim və əxlaq haqqında19:37Глава МИ-5 заявил о росте угроз со стороны России и Ирана17:17İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır14:09“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”09:48İran dini, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq etnik və dini əyləci əlində saxlayacaq.
САМОЕ ЧИТАЕМОЕ
  1. TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB
  2. Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)
  3. Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub
  4. Рабби Иосиф бен Хаим Шур
  5. Паломники и Старый ишув Первый этап, часть II
  6. Оша’на Рабба – Араво - ГIэрево
  7. Литовские татары в XVII-XX вв.
  8. Турция является одним из важнейших партнеров Срединного коридора
  9. Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)
  10. ترک ها در احادیث پیامبر
  11. Страсти за Каспием
  12. Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
  13. Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III
  14. დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია
  15. TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ
  16. FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"
  17. В Японии разработали новый метод «описание мыслей»
  18. IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ
ОПРОС

Где будете встречать Новый год?


 
«    Dekabr 2025    »
B.e.Ç.a.ÇC.a.CŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
ГАЛЕРЕЯ