İran milli kimliyində fars dili üçün yaranan təhlükə
- 23-12-2023, 18:39
- ЭТНОПОЛИТИКА
- 0
- 561
Foto: www.bing.com
Vidadi Mustafayev
13 esfənd 1397\4 mart 2019- cu il tarixində Taryana mədəni irsinin dostları cəmiyyətinin tarix üzrə işçi qrupunun 8-ci iclası keçirilmişdir.
Taryana Əhəminilərin hakimiyyəti dövründə(e.ə.550-e.ə.330 ) indiki Əhvaz şəkhərinin yerində salınmış şahərin adıdır.
İclasda işçi qrupunun rəhbəri, universitet ustadı\professor Əşkan Zarei “ Milli kimlikdə fars dilinin yeri“ mövzusunda uzun-uzadı danışmışdır.Bədnam professorun çıxışında İranda hakim millətçi şovinizmin bütün eybəcərliklərini çılpaqlığı ilə öz əksini tapmışdır.Şovinizm yalan, saxtakarlıq,digər xalqlara həqarət üzərində qurulur.
İşçi qrupunun üzvləri də, çox güman ki,professor kimi düşündüklərindən onun yalan-palanlarına həvəslə qulaq asıb vəcdə gəlirdilər.
Çıxış edən fars dilinin milli kimlikdə yerindən,rolu və əhəmiyyətindən danışarkən elmdən çox uzaq fikirləri dinləyicilərinə və internet izləyicilərinə sırımağa böyük həvəs göstərir.
O deyir ;” Milli kimlik ərazi, dil, tarix, din və ortaq mədəniyyət kimi müxtəlif komponentlərdən( hissə və orqanlardan\əndam\) meydana gəlir.Bunların arasında dil xüsusi rol oynayır“
Burada natiqin milli deyəndə siyasi-vətəndaşlıq deyil etnik kimlik nəzərdə tutduğu aydın görünür və həmin iddia İranın həqiqi elm adamları tərfindən də rədd edilir.Milli kimlik ilk növbədə hər hansı bir dövlətin vətəndaşlığı ilə müəyyən olunur.Vətəndaşlar müxtəlif didlə danışa bilər,dinin ardıcılları ola bilərlır.Onları birləşdirən ən ümumi xüsusiyyət eyni dövlətin vətəndaşı olmaq,eyni siyasi və vətəndaş hüquqlarına malik olmalarıdır.İranın həqiqi alimləri iranlıların milli kimliyinin XXəsrin əvvəllırindən,konstitusiyalı monarxiya təsis edildikdən sonra formalaşdığını vurğulayırlar.
Natiq fars dilinin əhəmiyyətini göstərmək üçün qeyd edir ki, İran “yunanların, monqolların, teymurilərin amansız hücumları və Əməvi və Abbasilərin irqçiliyi”nə məruz qalsa da, milli(?v.m)kimliyin komponentləri və ilk növbədə fars dili sayəsində möhkəm və sabit qalmışdır.
Professor nə tez unudub ki,yunanların,yəni Makedoniyalı İsgəndərin işğalından(e.ə. 330) sonra eranın 3-cü əsrinə, yəni Sasanilərin hakimiyyətinə (224-651) qədər İran analayışı və fars dilidən bir xəbər olmamışdır.
Fars dilinə gəlincə,farsların ilk dövləti və imperiyası olan Həxaminələr dövlətində(e.ə550-e.ə,330) onların dilinin adının nə olduğu bəlli deyildir.Yunanların işğaından sonra dil özü isə köklü transormasiyaya uğrayaraq yeni qrammatik forma və leksik dəyişikliklərlə və artıq müəyyən adı ilə-pəhləvi dili adı və arami əlifbası ilə meydana çıxmışdır.Deməli, fars dili nəinki İranın(həmin dövrdə İran toponimi məlum deyildi),İran kimliyinin varlığını,hətta öz varlığını belə qoruya bilməmişdir.
Həmin proses İranın Ərəb İslam xilafəti tərəfindən işğal edilməsindən(651) sonra da təkrar olmuşdur. İran toponimi tarixi,rəsmi,dini, bədii ədbiyytdan çıxarılmış,pəhləvi dili qeyd edilən sferalardan kənarlaşdırılmış və iki yüz davam edən, iranlı ımüəlliflərin “sükut “ dövrü adlandırdığı dördən sonra yeni əlifba(ərəb) , sadələşmiş formada və yeni adla-dəri dili adı ilə meydana çıxmışdır.
Bu tarixi faktları göz ardı edən professor yazır:”İslamdan əvvəl və sonra fars dili iranlıların rəsmi, milli(?) və tarixi dili kimi xüsusi yer tutmuşdur”.
Dəri dili məsələsinə qayıdaraq qeyd etmək lazımdır ki,bu dil Qəznəvilər sülaləsi(961-1186)) ilə başlayan türk dilli sülalərinin indiki İran və ətraf bölgələrdə hakimiyyəti illərində həmin ərazilərdə geniş yayılmağa başlamışdır.Dəri dilinin ilkin vətəninin Mərkəzi Asiya ,indiki Tacikistan və Əfqanıstan olduğundan həmin dilin nə vaxtdan fars dili adlanması tarixi dəqiq məlum deyildir.Burada ən maraqlı cəhət fars dilini geniş yayılmasında IX əsrin ortalarından –XI əsrin ortalarına qədərki dövrdə, əsasən indiki İran ərazisində, irandilli xalqlar və tayfalar tərəfindən təsis edilmiş 10-a yaxın irili-xırdalı, az və nisbətən uzun ömürlü dövlətlərin elə bir rolu olmamasıdır.Onlar fars dilinin öz ərazilərində, necə deyərlər, hakim və rəsmi ərəb dili ilə yanaşı funksional azadlığına az çox şərait yaratmışdılar.
Türk sülalərinin hakimiyyəti illərində fars dili rəsmi, bədii, kargüzarlıq dili kimi, bir sözlə,məhdud işlənmə dairəsi olan yazılı sahədə geniş yayılmasına lazımi şərait yaradılmışdır.Başqa sözlə, fars dili farsların hakimiyyəti dövründə deyil,türklərin hakimiyyəti illərində çiçəklənmə mərhələsi yaşamışdır.Bu hadisənin fars dili ilə deyil, siyasi hakimiyyətin davranışı və onun əhatə dairəsilə birbaşa əlaqəsi vardır.Həmin hadisənin tarixi səbəbləri artıq aydınlaşdırılmış və dünyada bu kimi hadisələrin dəfələrlə,müxtəlf dövrlərdə və areallarda baş verdiyi təsbit edilmişdir
Bunu ilk nümunələrindən biri ilk dünya dövləti hesab edilən Həxamənilərin hakimyyəyi illərində baş vermişdir.Belə ki, imperiyanın əsas rəsmi və kargüzarlıq dili tamamilə yad,semit dillərindən biri olan arami dili olmuşdur.
Arami dilinin daşıyıcıları əsasən ticarətlə məşğul olmuş və hakimiyyətdə iştirak etməmiş,əsasən dil xidməti göstərməklə məşğul olmuşlar.
Fars dilinin daşıyıcıları da hakim təbəqədə təmsil olunmamış,yalnız kargüzarlıq xidməti ilə məşğul olmuşlar.Farsların karfüzarlıqda geniş təmsil olunması hakim sinfin konkret tarixi şəraitdə bir sıra mühüm maraqlarına cavab verdiyindən həmin siyasəti davam etdirmişlər.
Amma professor irqçilikdən çıxış edərək həmin hadisəni fars diinin qüdrəti ilə izah edir, hakim sülalərin dilini-türk dilini təhqir etməkdən çəkinmir.O , türk sülalərinin türk dilini rəsmi dil elan etməməsini real tarixi şəraitlə deyil,guya fars dilinin qüdrətli bir dil olması ilə izah edir.O yazır ki türk fatehləri “bilirdilər ki, dilləri boş bir dildir”.Yəni ,guya siyasi,fəlsfi,bədii sahələri ifadə etməyə yaramır.Bu, irqçi, şovinist və mədəniyyətdən uzaq yanaşmadan başqa bir şey deyildir.Çünki türk hökmdarları türk dili və türklərin gücü ilə böyük imperiyalar yaratmış,onu idarə etmiş və qorumuşlar. Fraslar isə yalnız xidmət sahəsində məşğul olurdular.
Bu şovinist professor eyni sözləri urdu dili haqqında da deyir.Fars dilinin öz gücü və qüdrəti hesabına yaılması ,lakin yad qüvvəlırin səyi ilə fəaliyyət sahələrinin məhdudlaşdırılması və sıradan çıxmasından danışarkən, Hibdistanı misal göstərir. Teymur nəslindən olan türklər Hindistanda hakimiyyətə gələrək böyük bir imperiya qurmuşlar. Moğol sülaləsi kimi təqdim edilən sülalə burada fars dilini rəsmi dilə çevirmiş,lakin Hibdistanı öz müstəmləkısinə çevirən ingilislər fars dilini oradan sıxışdırıb çıxarmış və əvəzində” Çantasında heç nə olmayan urdu dilini gücləndirmişdilər”.
Natiq qeyd edir ki,ingilislər fars dilini Hindistandan sıxışdırıb çıxardığı kimi ruslar da Cənubi Qafqazı “işğal edəndən sonra əvvəlcə bu regionlarda İran dilinin(?v.m.) kökünü kəsməklə məşğul odular”
Professor qəsdən bütün tarixi həqiqətləri təhrif edir,çünki yaxşı bilir ki,Hindistanda və Cənubi Qafqazda son dərəcə məhdud sayda insan ana dili olmayan fars dilin bilirdi.Ona görə də fars dilnin burda yayılmasından danışmaq əsl saxtakarlıqdır.Çünki Hindistanda 10-larla geniş yayılmış dil olduğu professora təbii k i, məlumdur,Cənubi Qafqazda əhalinin əksəriyyətinin türk dilində danışdığını da yəqin ki, bilməmiş deyil.
Çünki rusların 1918-ci ildəCənubi Qafqazda hakimiyyətinə son qoyulduqdan sonra xalqın fars və ya heç kimə məlum olmayan İran dilində deyil, türk dilində yazıb –oxuduğu və danışdığı məlum oldu.
Amma burada bir maraqlı cəhəti də qeyd etmək olur.Belə ki fars dili hər yerdə daxili,sırf linqvistik keyfiyyətləri ilə qalib gəldiyi halda, rus və ingilis tərəfindən öz “yurd”undan asanlıqla qovulurdu. Bu necə olan işdir? Professor ,təbii ki bunu düşmənlərin əməlləri ilə izah edir.
Digər xalqların tarixinə və dillərinə hörmət etməyi rəva bilməyən professor İran xalqlarına da eyni münasibət nümayiş etdirir.
İran xalqlarının etnik-milli.dil hüquqlarını inkar etmək üçün fars adlı etnosun mövcud olmadığını vurğulamaqdan başlayır.O yazır “İranda tarixən fars etnosu adlı nəsə\bir şey olmayıb.” Fars etnosu olmayıbsa, onda fars dili də olmamalı idi.Ya da Fars ostanının adından yaranmalı idi.Çıxış edən bu məsələyə tam “elmi”bir aydınlıq gətirir.O yazır:” Fars termini bir millətin, bir coğrafiyanın və bir dilin nəticəsi deyil və fars dili həmişə o dilin adı olub və bütün İranın məhsuludur”.
Məlum olduğu kimi, konkret bir dil dil sosial-mədəni hadisə kimi müəyyən qrup insan toplumunun –qəbilə,tayfa, xalqın dilidir,ərazinin yox.Fars dilinin də harda yarandığı və hansı irandilli tayfa \və xalqın dili olduğu məlumdur.İndi durub demək ki,fars dili bütün iranlıların dili olub və dilidir,saxtakarlıqdan başqa bir şey deyil.Bu iddia ilk növbədə İranda mövcud olan qeyri-fars xalqlarının dillərinin inkar edilməsinə yönəlib.Doğrudan da, professor son dərəcə həyasızlıqla iddia edir:” fars dilindən başqa ölkədə mövcud olan hər şey yalnız dialekt və ya ləhcə”dir.
Çıxış edən Əsas qanunun İranda etnik dillərin son dərəcə məhdud hüquqlarını təsbit edən 15-ci maddəsinin indiyə qədər yerinə yetirilməməsinə haqq qazandırmaq üçün son dərəcə cəfəng fikirlər söyləyir.O deyir ki,Qanun hökuməti həmin qanunu icra etməyə məcbur etmir,ona görə onun istənilən şəkildə davaranması ,yəni qanunu icra etməməsi təbbidir,hətta zəruridir.O, bir qədər də irəli gedərək, Qanunda ana dili termininin işlənməməsini yada salır və qeyd edir ki,birincisi, həmin maddədə yerli və etnik dil terminləri ləhcə və dialekt kimi başa düşülməlidir.İkincisi,” Qanunda yerli ədəbiyyat deyilir, etnik dil deyilmir çünki yerli ədəbiyyat ilə dil məsələsi fərqli mövzulardır “.Təəssüf ki, o həmin fərqi izah etməyi özünə rəva bilmir.
Bir sözlə,panfarsist,şovinist dairəlrin mövqeyini əks etdirən professor hər vasitə ilə İran xalqlarının dillərinin hüquqlarının təmin edilməsinin əleyhinə çıxış edir.
O,bunun əsl səbəbini isə fars dilinin miskinliyi ilə izah edir.O yazır :” Əgər… ana dilinin tədrisi ilə bağlı fikirləri qəbul etsək, hər bir xalq özdilində danışmağa başlasa, əmin ola bilərsiniz ki, yaxın əlli-yüz il ərzində …. nəinki milli birlik və inteqrasiya aradan qalxacaq, həm də ölkənin müstəqilliyi və ərazi bütövlüyü ciddi təhlükə altında olacaq”.
Deməli, böyük imperiyaların İranı işğal etməsinə baxmayaraq, fars dili onun varlığını,milli kimliyini, milli birliyini qoruyub saxlamışdır,amma indi,farsların hakimiyyətdə olduğu bir dövrdə, fars dili etnik dillərin tədris olunması şəraitində onların qarşısında aciz qalaraq tarix boyu yerinə yetirdiyi missiyanı yerinə yetirməkdən aciz qalacaq.Bəs hanı fars dilinin o qüdrəti,o zənginliyi.Bunlar, əlbəttə, ancaq fars şovinistlərinin xəstə təxəyyülünün uydurmasından başqa bir şey deyildir.
Farslar 651-ci ildə ərəblərə bütün sahələrdə-dil,din, dövlət,siyasi,əlifba vəs. qəti şəkildə məğlub olduqdan və bir subyekt kimi tarix səhnəısindən uzaqlaşdırıldıqdan sonra yeganə təmsilçiləri kimi fars dili qaldığından, ona tarixi subyekt keyfiyyətləri şamil edirlər.Lakin bu gün onun həqiqi qüdrətini sınamaq üçün şəraitin yaradılmasından son dərəcə qorxu nümayiş etdirirlər.
Odur ki, fars dilinin qüdrəti iddiası fiksiya,miskinliyi isə real faktdır.